Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2215/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Maraqlarına toxunulan şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 46 saylı Xüsusi Notariusuna qarşı “mirasın qəbulu müddətinin uzadılması və vərəslik şəhadətnaməsinin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından maraqlarına toxunulan şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Ağatalıbova Möhtərəm Ağanur qızının xx xxxxxx 2018-ci il tarixdə vəfatından sonra ondan qalmış mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilməsi və miras əmlakın qəbul edilməsi müddətinin həmin qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq iki ay uzadılması barədə qətanmə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə, iddia təmin edilərək, Ağatalıbova Möhtərəm Ağanur qızının xx xxxxxx 2018-ci il tarixdə vəfatından sonra ondan qalmış mirasın İddiaçı tərəfindən qəbul edilməsi müddətinin buraxılması səbəblərinin üzrlü hesab edilməsi və hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq miras əmlakın qəbul edilməsi müddəti 2 ay uzadılması qət edilmişdir. Maraqlarına toxunulan şəxs Maraqlı şəxs, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və Səbail Rayon Məhkəməsi tərəfindən apelyasiya şikayəti işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti qeyri-mümkün hesab edilərək, mülki işin apelyatorun apleyasiya şikayəti vermək hüququna malik olan şəxs kimi qəbul edilib-edilməməsi məsələsinin həll olunması üçün rayon məhkəməsinə qatarılması qərara alınmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə Maraqlı şəxs həmin qərardaddan verdiyi kassasiya şikayəti təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti Maraqlı şəxs buna hüququ olmadığından geri qaytarılmışdır. Maraqlı şəxs, həmin qərardaddan şikayət verərək, ləğv edilməsini, mülki işin apelyasiya şikayəti ilə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəməyə təqdim edilmiş şahid izahatlarından və doğum haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs iddiaçının qardaşı, miras qoyanın isə oğludur. Belə olan halda, bacısı İddiaçı mirasın qəbul edilməsi üçün müddəti ötürməsinin üzrlü hesab edilərək, ona vərəsəlik şəhadətnaməsi verilməsi barədə qətnamə Maraqlı şəxs maraqlarına və mənafelərinə toxunur. Belə ki, onun tərəfindən miras əmlak artıq faktiki olaraq qəbul edilməklə idarə olunur. Səbail Rayon Məhkəməsi, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi, şikayətin dəlillərinə uyğun izahat verərək, təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, proses iştirakçısını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilərək, qərardad ləğv olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1 və 357.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Birinci instansiya məhkəməsi apelyasiya şikayətini geri qaytararkən mövqeyini belə əsaslandırmışdır ki, Maraqlı şəxs apelyasiya şikayətində mirası faktiki qəbul etdiyini göstərsə də, mirasın qəbul edilməsinə dair vərəsəlik şəhadətnaməsini şikayətə əlavə etmədən məhkəmənin qətnaməsindən apelyasiya şikayəti vermişdir. Buna görə də, iş üzrə qəbul edilmiş qətnamə ilə onun hüquq və vəzifəsinə toxunulması halı müəyyən edilmədiyindən və onun tərəfindən bu halı təsdiq edən mötəbər sübut növləri təqdim edilmədiyindən apelyasiya şikayəti geri qaytarılmalıdır. Kollegiya, rayon məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq bildirir ki, işin hallarından görünür ki, iddiaçı Ağatalıbova Möhtərəm Ağanur qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağatalıbova Möhtərəm Ağanur qızının xx.xx.2018-ci il tarixdə vəfatından sonra ondan qalmış mirasın qəbul edilməsi müddətinin buraxılması səbəbinin üzrlü hesab edilməsi və müddətinin qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq iki ay uzadılması barədə qətanmə çıxarılmasını xahiş etmiş və Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunmuşdur. Maraqlı şəxs, miras qoyanın vərəsəsi kimi qətnamə ilə hüquqlarına toxunulduğunu bildirərək, ondan apelyasiya şikayəti vermiş və şikayət Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilərək, iş apelyatorun apleyasiya şikayəti vermək hüququna malik olan şəxs kimi qəbul edilib-edilməməsi məsələsinin həll olunması üçün rayon məhkəməsinə qatarılmışdır. Qəradadda qeyd olunmuşdur ki, iş materiallarından göründüyü kimi, Maraqlı şəxs mübahisə üzrə tərəf olmamış, habelə işdə iştirak etməyə cəlb olunmamışdır. Belə olan halda, onun apelyaisya şikayəti vermək hüququna malik olan şəxs kimi qəbul edilə bilməsi üçün işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınmasına ehtiyac vardır. Həmçinin, Maraqlı şəxs apelyasiya şikayətinə İddiaçı və mirasqoyan Ağatalıbova Möhtərəm Ağanur qızı ilə qohumluq əlaqəsinin olmasına dair hər hansı sənəd də əlavə etməmişdir. İş rayon məhkəməsinə qaytarıldıqdan sonra Maraqlı şəxs tərəfindən məhkəməyə təqdim edilmiş, doğum haqqında şəhadətnaməyə əsasən, Maraqlı şəxs xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, atası X2, anası isə Ağatalıbova Möhtərəm Ağanur qızıdır. Göründüyü kimi, qeyd olunan şəhadətnamə əsasında Maraqlı şəxs iş üzrə İddiaçı qardaşı olmaqla mirasqoyan Ağatalıbova Möhtərəm Ağanur qızının oğlu olması faktı sübuta yetirilir. Bu hal isə ona dəlalət edir ki, Səbail Rayon Məhkəməsinin mübahisələndiirlən qətnaməsi ilə onun hüquqlarına toxunulmuşdur. Kollegiya onu da vurğulayır ki, Bakı Apelyasiya Məhkəməsi tərəfindən apelyasiya şikayəti qeyri-mümkün hesab edilərkən, iş məhz bu faktın araşdırılması məqsədilə geri qaytarılmışdır. Bu fakt müəyyən edildikdən sonra isə rayon məhkəməsinin apelyasiya şikayətini geri qaytarmaqla, Maraqlı şəxs miras əmlakı qəbul etməsini təsdiq edən sənədi (vərəsəlik hüququ haqqında şəhadətnamə) təqdim etməməsinə istinad etməsi əsaslı olmamaqla, mübahisənin mahiyyəti baxılması mərhələsində araşdırılmalı hal olmaqla, hazırkı mərhələdə apelyasiya şikayətinin mümkünlüyünün müəyyən edilməsi üçün əhəmiyyət kəsb etmir. Belə olan halda, məhkəmə Kollegiyası MPM-in 360-cı və 361-ci maddələrinin də tələblərini nəzərə alaraq hesab edir ki, Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli və Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayəti mümkün hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-482/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-482/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayəti mümkün hesab edilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2215/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2215/2021
17.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver