Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2218/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və sərfiyyat borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “dəymiş maddi zərərin əvəzinin və sərfiyyat borcunun ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-6286/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və sərfiyyat borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş 6.242,4 manat maddi zərər, 2.130,52 manat cari borc, 106,43 manat yeni tarifə keçidlə bağlı borc olmaqla, cəmi 8.479,35 manat, pozulmuş hüququn bərpası ilə əlaqədar çəkilmiş 400 manat, 104,8 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8.984,15 manat məbləğində pul vəsaitinin məcburi qaydada tutularaq, iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddia tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində SD148 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı Bakı X3 Departamenti tərəfindən **********00133 nömrəli abonent kodu verilmişdir. Cavabdeh tərəfindən bağlanmış müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək), “X2”nın6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) və “Qaztəchizatı haqqında Qanun”unun 6.2-ci bəndinin tələbləri pozularaq istifadəsinə verilmiş qazsayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə,habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli və qanunazidd hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 345,60 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 885,60 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 216 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 518,40 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 4276,80 manat olmaqla, ümumilikdə 6242,40 məbləğində zərər dəydiyi müəyyən olunmuşdur. Bundan başqa, cavabdehin yuxarıda qeyd olunan aktdan əlavə olaraq, faktiki istifadə edilmiş, lakin dəyəri ödənilməmiş sərfiyyat üzrə 2130,52 manat cari borcu, 106,43 yeni tarifə keçidlə əlaqədar isə manat borcu qalmaqdadır. Cavabdeh tərəfindən həyata keçirilən aylıq ödənişlər və borca görə tutulmalardan sonra İddiaçınə ödənilməli borc məbləği hazırda AGİS üzrə sistemdən çıxarılmış saldolar üzrə ümumi olaraq 8479,35 mana təşkil edir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli və qanunazidd hərəkətləri nəticəsində İddiaçınə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən tam ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
3. Sabunçu Rayon Məhkəməsinin 2(008)-6286/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Həqiqət Mahmudova) ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 345,6 manat maddi ziyan, 2130,52 manat cari sərfiyyat borcu, 106,43 manat yeni tarifə keçidlə əlaqədar yaranmış borc olmaqla, cəmi 2582,55 (iki min beş yüz səksən iki manat, əlli beş qəpik) manat məbləğində pul vəsaiti və 45,82 (qırx beş manat, səksən iki qəpik) manat dövlət rüsumunun əvəzinin tularaq, İddiaçı bank hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.
5. Cavabdeh qətnamə ilə razılaşaraq onu mübahisələndirməmişdir. Apellyasiya şikayətinin dəlilləri:
6. İddiaçı tərəfindən verilmiş şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, İddiaçı İBnin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş akt və iş materiallarında olan digər sübutlar Birliyə vurulmuş zərəri sübut edir. Belə olan halda İddiaçı İB-nin ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin istehlakçı tərəfindən qaz sayğacına müdaxilə etməsinə dair sübutların olmasına baxmayaraq, rayon məhkəməsi iddia tələbini tam təmin etməməklə səhv nəticəyə gəlmiş, maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Belə ki, cavabdehə aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ istehlakçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni qaz sayğacına müdaxilə edilməklə təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Eyni zamanda aktlar cavabdehin təbii qazdan qanunsuz istifadə etdiyinə dair əsaslardır. İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Göstərilənlərə əsasən qətnamənin dəyişdirilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatı:
7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi, bildirdi ki, cavabdeh tərəfindən sayğadan kənar qazdan istifadə edilmişdir, müvafiq aktlar da var.
8. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, həmçinin bildirdi ki, sayğacdan kənar qoşulma olub, iki ay istifadə edilib, bu müddətə 8 min manat sərfiyyat ola bilməzdi, çünki evdə yalnız dörd qaz plitəsi və balaca soba var, odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübuların tədqiqi:
9. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir.
10. Abonent saldosundan görünür ki, cavabdehin təbii qaz sərfiyyatına görə borcu 2020-ci ilin mart ayından dekabr ayınadək 170,3 manat, 2021-ci il üzrə 968,5 manat, yeni tarifə keçidlə əlaqədar 22,7 manat, 2022-ci il üzrə 964,52 manat, yeni tarifə keçidlə əlaqədar 83,73 manat, 2023-cü ilin yanvar ayından iyun ayınadək 109,2 manat borc hesablanmışdır. Abonent 2020-ci ildə 20 manat, 2021-ci ildə 20 manat, 2022 ci ildə 20 manat, 2023-cü ilin avqust ayınadək 22 manat ödəniş etmişdir.
11. Təbii X2nın pozulması haqqında xx.xx.2020-ci il tarixli aktdan görünür ki, ünvan 2 ünvanında Cavabdeh məxsus evə baxış keçirilərkən abonet kodu **********00133 olan abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərin PQ ün maksimal saatlıq qaz sərfi nominal sərfi 0.8 m3/saat orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 3456 m3 itki hesablanmışdır.
12. xx.xx.2021-ci il tarixli aktdan görünür ki, sayğacın hesablama mexanizmi keçən qaz sərfiyyatının həcmini qeyd etmədiyi aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən göründüyü kimi 8856 m3itirilmiş qaz sərfiyyatı hesablanmışdır.
13. 14.02.2022-ci il tarixli aktdan görünür ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin alt hissədən əzildiyi müəyyən edilmişdir.
14. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2021-ci xx.xx.2022-ci il tarixlərdə tərtib edilmiş aktlar səhvən yazılmışdır, bununla belə, iddia ərizəsindən aydın olur ki, həmin akt əsasında cavabdehdən 4276,8 manat ziyan məbləği tələb olunur.
15. Hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 2218/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə mütəxəssis (ekspert) rəyinin alınması və rəyin verilməsi Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinə həvalə olunması qərara alınmışdır. Həmçinin rəy alınanadək iş üzrə icraat dayandırılmışdır.
16. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Bakı filialının 22 aprel 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh istifadəsində olmuş **********1 nömrəli, G-4 markalı qaz sayğacı xx.xx.2022- ci il tarixdə; 10566477 nömrəll, Q-4 markalı qaz sayğacı isə xx.xx.2021-ci il tarixdə "Azəriqaz" (B-1 tərəfindən çıxarılaraq Dövlət yoxlamısına göndərilmiş, yoxlamanın nəticələrinə görə hər iki halda sayğaclar istismara yararsız hesab edilərək utilizasiyaya göndərilmişdir. Bu baxımdan sözügedən sayğaclara vizual baxış keçirmək mümkün olmadı. Lakin, xx.xx.2023-cü il tarixdə qeyd edilən ünvanın qaz xəttinə baxış keçirilən zamanı daşıyıcı qaz kəmərinin abonentin evinin qarşısından keçən hissəsində kənar qoşuma izləri aşkar edildi. Cavabdeh xx.xx.2020-ci il tarixdən 29.04 2022-ci il tarixə qədər "Azəriqaz” İB-İ tərəfindən tərtib edilmiş 5 aktla 6242 manat dəyərində əlavə qaz sərfiyyatı hesablanaraq qaz abonent hesabına daxil edilmişdir. Tərtib edilmiş aktlara əlavə edilmiş sənədlərin təhlili abonentin sayğacdan kənar qazdan istifadə etməsini ve sayğaca müdaxiləsini tam təsdiq etmir. Belə ki, aktlarda abonentin və ya hal şahidlərin imzaları yoxdur, çəkilmiş fotoşəkillərin həmin ünvana aid olmasını müəyyən etmək mümkün deyil, istehlakçının istifadə etdiyi qaz qurğulan dəqiqləşdirilməmişdir. Bu baxımdan iddiaçıya hesablanan borcun məbləği həqiqəti əks etdirmir. Cavabdeh qaz abonent saldosunun təhlili göstərir ki, sayğacdan keçən qazın miqdarı 2020-2021-ci illər ərzində cəmi 5427 m² olmuşdur və bu reallığa uyğun gəlir. 2023-cü ilin 25 iyun tarixinədək istehlakçı tərəfinden sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qaran ilə təsdiq olunmuş "X2"na dəyişiklik edilməsi barədə" Azerbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qerarı ilə müəyyən edilmişdir. "Azəriqaz” İB-nin sözügedən aktları bu qərardan əvvəl tərtib edildiyindən, borcun nəyə əsasən hesablanmasına rəy vermək mümkün deyil. “X2Ünın 6.5-ci bəndinə əsasən, Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz qaz xəttini dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun selahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb ətməlidir. Qeyd edilən ünvanda yerləşən evə baxış keçirildi və aşağıda göstərilən qaz qurğularının qaz xətlərinə qoşulu olduğu müəyyən edildi: 1 - ədəd PQ-3 markalı məişət tipli qaz plitəsi və 1 ədəd dəmir soba. Digər qaz qurğularının daxili qaz kəmərlərinə qoşulması əlamətləri müəyyən edilmədi. Bu baxımdan istehlakçı tərəfindən qazın talanmasında təqsirli olması müəyyən edildikdə analogiya üzrə "X2"nın 6.5-ci, 6.5-1-ci ve 6.5-2-ci bəndlərinə əsaslanaraq, iddiaçının fərdi-yaşayış evində istifadə olunan 1 ədəd PQ-3 məişət tipli qaz plitəsinin maksimal saatlıq qaz sərfi 0.9 kub metr, 1 ədəd dəmir sobanın maksimal qaz sərfinin 1.5 kub metr olduğunu və istifadə dövrünü nəzərə almaqla qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt üzrə: 1 ədəd PQ-3 məişət tipli qaz plitəsi üçün - 1 x 0.9 m³ x 3 saat x 30gün = 81 m³, 1 ədəd dəmir soba üçün üçün - 1 x 1.5 m³ x 24 saat x 30 gün=1080 m³, cəmi 1161 m³ dəymiş ziyanın məbləği isə 116.1 manat təşkil edə bilər. xx.xx.2021-ci il tarixli, ******* nömrəli və xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktların hər biri üzrə: 1 ədəd PQ-3 məişət tipli qaz plitəsi üçün - 1 x 0.9 m³ x 3 saat x 30gün = 81 m³ ; 1 ədəd dəmir soba üçün 1 x 1,5 m³ x 24 saat x 30 gün = 1080 m³; 2 akt üzrə cəmi 81 m³ + 1080 m³ x 2 = 2322 m³ təşkil edə bilər. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli Qərarına əsasən, əhali abonentləri üçün təbii qazın illik istehlak həcminin 1200 m³ (1200 m³ daxil olmaqla) olan hissəsi üçün hər 1 m³-i 0.12 manat, illik istehlak həcminin 1200 m³dən 2500 m³-dək hissəsi üçün hər 1 m³- i x 0, 20 manat, illik istehlak həcminin 2500 m³ dən çox olan hissəsi üçün hər 1 m³- i isə 0,25 manat qiymət təyin edildiyini nəzərə alaraq 2322 m³ qaz həcminin 1200 m³ 144 manat (1200 x 0,12 = 144 manat), qalan 1122 m³- i 224.4 manat ( 1122 x 0,20=224.4 manat), cəmi 144 + 224.4 = 368,4 manat məbləğində vurulmuş zərər müəyyən edilə bilər. xx.xx.2022-ci il tarixli, ******* nömrəli və xx.xx.2022ci il tarixli, ******* nömrəli aktların hər biri üzrə: bu aktlar üzrə də cəmi 2021-ci ildə tərtib edilmiş aktların hesabatında olduğu kimi qazpaylayıcıya vurulmuş zərərin məbləği 368.4 manat təşkil edə bilər. Beləliklə, abonentin sayğacdan kənar qazdan istifadə etməsi və qaz sayğacına müdaxiləsi nəzərə alınarsa qazpaylayıcıya dəyən zərərin məbləği 116.1 + 368.4 + 368.4 = 852.9 manat təşkil edə bilər. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
17. 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
18. 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
19. 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
20. 560.3 və 560.3.5.2.-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh tərəfindən sonrakı hallar üzrə qanunsuz xəttə qoşulması, cavabdehin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində müəyyən edilmədiyi halda, cavabdehə əlavə pul hesablanması yolverilməzdir.
21. Qazpaylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qazpaylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X2 ilə tənzimlənir. X2 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (11-ci maddənin 6-cı bəndi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X2” Qazpaylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir (1.3). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallara adan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktlar rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5-6.7)
22. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X2»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
24. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
25. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
26. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
27. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tətbiq edilən prosessual hüquq normaları:
22. Mülki Prosessual Məcəllə
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
31. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
32. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
33. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
34. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
35. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
38. 384.0.3. qətnaməni dəyişdirə bilər;
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır Apellyasiya Məhkəməsinin baxışının hədləri:
40. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən iddia tələbinin maddi ziyana dair təmin edilməyən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
41. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməklə, qətnamə cavabdehdən tutulmalı olan məbləğ hissəsində dəyişdirilməlidir.
42. Hazırkı iş üzrə cavabdeh qaz xəttinə qeyri-qanuni qoşulmasını təsdiq etmiş, lakin cəmi iki ay sayğacdankənar istifadə etdiyini, bu müddətə iddiaçının tələb etdiyi məbləğdə maddi ziyan vurulmasının mümkün olmadığını bildirmişdir.
43. İddiaçı qazdan sayğacdankənar istifadə ilə bağlı ona 6.242,4 manat maddi ziyan dəydiyini bildirmişdir.
44. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, aparılmış araşdırmalar nəticəsində cavabdehin qaz sayğacından kənar qeyri-qanuni qaz xətti qoşulma halı aşkar edildiyindən iddiaçıya ziyan dəyməsi sübut olunur.
45. Bununla belə, iddiaçı cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə ona 6.242,4 manat məbləğdə ziyanın dəyməsi barədə əsaslı və şübhədənkənar sübutlar təqdim edə bilməmişdir. Göründüyü kimi, maddi ziyanın məbləği mübahisələndirilir.
46. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən mülki iş üzrə mütəxəssis (ekspert) rəyinin alınması qərara alınmış və rəyin verilməsi Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinə həvalə olunmuşdur.
47. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Bakı filialının 22 aprel 2024-cü il tarixli mütəxəssis rəyindən məlum olur ki, abonentin sayğacdan kənar qazdan istifadə etməsi və qaz sayğacına müdaxiləsi nəzərə alınarsa qazpaylayıcıya dəyən zərərin məbləği 116.1 + 368.4 + 368.4 = 852.9 manat təşkil edə bilər.
48. Kollegiya qeyd edir ki, maddi ziyanın məbləğinin 6.242,4 manat təşkil etdiyini iddia edən iddiaçı tərəfindən bununla bağlı əsaslı və şübhədənkənar sübut təqdim edilmədiydən, mütəxəssis rəyi ilə isə maddi ziyanın məbləğinin 852.9 manat təşkil etdiyi müəyyən edildiyindən, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehdən maddi ziyana görə tutulan məbləğ hissədə dəyişdirilməli, təbii qazdan qanunsuz istifadəyə görə cavabdehdən tutulmalı məbləğ 852.9 manat müəyyən edilməlidir
49. MPM-nin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
50. Həmin Məcəllənin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə:
51. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehdən maddi ziyana görə tutulan məbləğ hissədə dəyişdirilməli, təbii qazdan qanunsuz istifadəyə görə cavabdehdən maddi ziyana görə tutulmalı məbləğ 852.9 manat olmaqla, cəmi tutulmalı məbləğ 3089,85 (üç min səksən doqquz manat səksən beş qəpik) manat müəyyən edilməlidir.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
53. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.
54. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Sabunçu Rayon Məhkəməsinin 2(008)-6286/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh İddiaçı xeyrinə təbii qazdan qanunsuz istifadəyə görə maddi ziyana görə tutulmalı məbləğ 852.9 manat olmaqla, cəmi tutulmalı məbləğ 3089,85 (üç min səksən doqquz manat səksən beş qəpik) manat müəyyən edilməlidir. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.