Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2218/2025 15.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Birinci iş üzrə İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair, ikinci iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: Mənzilə istifadə hüququ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavavdeh (bundan sonra- iddiaçı) İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-364/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı (bundan sonra – cavabdeh) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Mübahisə predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, ev 63F, giriş 2, 190 saylı mənzil İddiaçı adına nikahdan əvvəl xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı ilə Cavabdeh xx.xx.2020-ci il tarixdə nikaha daxil olmuşlar və tərəflər arasında olan nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdeh həmin mübahisəli mənzildə heç vaxt yaşamamış, kirayədə qaldığı mənzili tərk edərək getmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, məhəllə 3123, ev 63F, giriş 2, mənzil 190 ünvanında yerləşən mənzildən Cavabdeh istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdmişdir.
3. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5 və 157.2-ci maddələri, həmçinin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddələrinə istinadən belə əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, məhəllə 3123, ev 63F, giriş 2, mənzil 190 ünvanında yerləşən iki otaqlı mənzil onun, yəni İddiaçı, şəxsi mülkiyyətindədir. AR ƏMDK yanında DƏDRX tərəfindən həmin mənzilə onun mülkiyyət hüquqlarını təsdiq edən ********** qeydiyya nömrəli çıxarış xx.xx.2020-ci il tarixdə verilmişdir. O, Cavabdeh ilə xx.xx.2020-ci tarixdə nikaha daxil olmuşdur. Cavabdehlə birgə nikahlarından X9 adlı bir övladı dünyaya gəlmişdir. Ailə qurduqdan sonra daima kirayədə yaşaslar da, o, həyat yoldaşı olduğuna görə Cavabdeh şəxsi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, məhəllə 3123, ev 63F, giriş 2, mənzil 190 ünvanında yerləşən mənzilə qeydiyyata götürülməsinə razılıq vermişdir. Cavabdeh ilə münasibətləri əvvəllər normal olsa da, sonradan, onun anasının ailə işlərinə qarışması səbəbindən pozulmuşdur. Cavabdeh təqribən bir il əvvəl birgə yaşadıqları evdən azyaşlı uşaqları ilə birlikdə çıxıb getmişdir. Cavabdeh qaldırdığı iddia əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-503/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə aralarındakı nikaha xitam verilmişdir. X7 artıq onun ailə üzvü olmadığından, onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, məhəllə 3123, ev 63F, giriş 2, mənzil 190 ünvanda yerləşən mənzildən istifadə hüququnun saxlanmasının heç bir faktiki və hüquqi əsası qalmadığından və onun mülkiyyət hüquqlarını pozduğundan, o, hesab edir ki, onun həmin ünvanda yerləşən mənzildən istifadə hüququna xitam verilməlidir.
4. Cavabdeh İddiaçı qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, yəni Cavabdeh və övladı xx.xx.2022-ci il təvəllüdlü X4 Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, məhəllə 3123, ev 63F, giriş 2, 190 saylı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı ilə 01 noyabr 2020-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Onların rəsmi nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X9 adlı bir övladları vardır. Cavabdeh nikahlarından 3 gün əvvəl, yəni xx.xx.2020-ci il tarixdə təmirsiz ev almışdır. İddiaçı bildirmişdir ki, təmirə ehtiyac olan mənzilləri var və birlikdə onu təmir edərək köçməlidirlər. Cavabdeh ona Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, məhəllə 3123, ev 63F, giriş 2, mənzil 190 ünvanında yerləşən 79.30 kv.m sahədən ibarət olan iki otaqlı mənzilin ailələrinə məxsus olduğunu bildirmişdir. Cavabdeh İddiaçı bundan başqa ona bildirmişdir ki, müvəqqəti kirayə ev tutub yaşasınlar, evi təmir etdirib bitirəndən sonra evə köçərlər. O, da razılaşmışdır və hər ay əmək haqqını cavabdehin bank hesabına köçürmüşdür ki, malmaterial və digər təmir işlərinə xərcləsin. Belə ki, nikaha daxil olandan sonra 2020-ci ildən 2021-ci ilin dekabr ayınadək pulu onun “Nikoyl” bank kart hesabına keçirtmişdir. 2022-ci ilin yanvar ayından isə pulu ondan nağd şəkildə almışdır. 2022-ci ilin mart ayında analıq məzuniyyətinə çıxmışdır. Analıq məzuniyyətində 1800 manat almış və gətirib yoldaşına vermişdir. Hələ analıq məzuniyyətində olarkən dövlətin ona ödədiyi 44 manat pulu kartdan əri çıxartmışdır. Ona məxsus bütün qazancı onun əlində idi. O, nikahdan əvvəl də mühasib vəzifəsində çalışmış və hal-hazırda da həmin vəzifədə çalışır. Həyat yoldaşı ona bildirmişdir ki, öz mənzillərini təmir etməlidirlər, kirayə xərcləri onların ailə büdcələrinə zərər vurur. Dəfələrlə cavabdehə yəni İddiaçı nə vaxt mənzilin hazır olacağını və nə vaxt köçəcəklərini soruşduqda ona bildirmişdir ki, “tələsməyək ailəmizə uyğun bir mənzilimizin olmasını istəyirəm”. Mənzilin hazır olduğunu bilsə də, ailədə əlavə söz söhbət olmasın deyə onun dedikləri ilə razılaşmağa məcbur olmuşdur. Ailədə yaranacaq söz söhbətin qızının uşaq psixogiyasına tez təsir edəcəyindən və hər hansı travma almağından ehtiyat edirdi. 2023- cü ilin iyul ayında cavabdeh İddiaçı daha kəskin aqressivləşməyə başlamış, onu tez-tez körpə övladı ilə qapıdan çölə atmış və qapını daxildən bağlamışdır. Bu hal onda tez-tez özünü göstərməyə başlamışdır. Belə ki, onun bu hərəkətləri ilə ailəni qoruyub saxlamağın mümkünsüz olduğunu görmüşdür. Son dəfə qızı ilə onu evdən qovmuş və onlar binanın soyuq pilləkənlərində saatlarla oturmalı olmuşlar. Gəlin köçdüyü vaxtdan yuxarıda adı çəkilən ünvanda yerləşən mənzildə o, və bir azyaşlı qızı Fatimə Cəfərova qeydiyyatdadırlar və hal-hazırda həmin mənzildə onların istifadə hüquqları vardır. O, 2020ci ildən 2023-cü ilin iyul ayına qədər cavabdehlə birgə yaşamaqla, onun ailə üzvü kimi qəbul edilmiş, həmin müddət ərzində davamlı olaraq ümumi təsərrüfatı birlikdə aparmışlar. Cavabdeh İddiaçı ilə aralarında nikah məhkəmə qətnaməsi ilə pozulsa da, qətnamə hüquqi qüvvəsini almamışdır. Ailə münaqişəsi zəminində yəni ərinin təhqir və böhtanlarına dözməyərək bir azyaşlı uşağı ilə birlikdə çıxmış və müvəqqəti olaraq qardaşının evində qalır. O, Bakı 9 saylı X3 ölkə xaricinə çıxarılması və mənzilə köçürmə haqqında Mediasiya sessiyasında vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil2 tərəfindən təmsil olunmuşdur. Cavabdeh hər iki məsələni mediatorun iştirakı ilə müzakirə etməyə razılıq vermişdir. Ondan əlavə olaraq cavabdeh bildirmişdir ki, o, 79 kv.m mənzili ona layiq görməmiş və onu kirayədə yaşatmışdır. Eyni zamanda o, güya onun işləməsinə narazı olduğunu, işlədiyi təqdirdə isə əmək haqqının hamısını ona verməsi şərtini irəli sürmüşdür. Əmək haqqını da ailə ehtiyacları üçün xərcləmişdir. Cavabdeh özü etiraf etmişdir ki, bütün pul ona verilmişdir. 6.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6189/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı mənzilə köçürmə tələbinə dair iddiası üzrə e-2(001)- 6189/2024 saylı mülki işin İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə 2(001)-4880/2024 saylı mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-364/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə birinci iş üzrə İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia tələbinin təmin edilməsi, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, ev 63F, giriş 2, 190 saylı mənzilə dair istifadə hüququna xitam verilməsi, ikinci iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə köçürmə” tələbinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. 8.Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, ev 63F, giriş 2, 190 saylı mənzil İddiaçı adına nikahdan əvvəl xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı ilə Cavabdeh xx.xx.2020-ci il tarixdə nikaha daxil olmuşlar və tərəflər arasında olan nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuş, qətnamə qanuni qüvvəsi almasa da, faktiki olaraq tərəflər arasında ailə münasibətlərinə xitam verilmiş, cavabdeh həmin mübahisəli mənzildə yaşamamış, kirayədə qaldığı mənzili tərk edərək getmişdir. İddiaçı isə cavabdehin mübahisəli mənzilə olan istifadə hüququna xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır. Bununla yanaşı Cavabdeh mübahisəli mənzilin mülkiyyətçisinin keçmiş ailə üzvü olmaqla maddi vəziyyəti və özünü yaşayış sahəsi ilə təmin etməyə imkan verməyən diqqətə layiq digər hallar barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulduğundan, bununla da Cavabdeh İddiaçı arasında ailə münasibətlərinə xitam verildiyindən İddiaçı tələbi əsaslı olduğundan təmin olunmalı və Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, ev 63F, giriş 2, 190 saylı mənzilə dair istifadə hüququna xitam verilməli, birinci iş üzrə iddia tələbi təmin edildiyinə görə ikinci iş üzrə iddia tələbi təmin edilməməlidir.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü; “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 22 yanvar 2015-ci il qərardadına; «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına, və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək birinci iş üzrə İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiasının rədd olunması və ikinci iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə köçürmə” tələbinə dair iddiasının təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəməyə DƏDRX-dən cavabdehin adına heç bir yaşayış sahəsinin olmaması barədə arayış təqdim etməsinə baxmayaraq məhkəmə ümumiyyətlə onu sübutlar siyahısında belə göstgərməmişdir və nəzərə almamışdır. Bildirmək istəyir ki, məhkəmə getdiyi dövrdə o, hələ də iddiaçının ailə üzvü hesab edilirdi. Belə ki, boşnma barədə qətnamə apellyasiya məhkəməsində baxılır və qanuni qüvvəsini almamışdır. O, ailə üzvü ola-ola məhkəmə onun isitfadə hüququna xitam vermiş və onun həmin mənzilə köçürülməyini təmin etməmişdir. Halbuki, iddiaçı özü məhkəmədə etiraf edir ki, o, Cəfərova Aişə ilə ailə həyatı qurmaq istəyəndə ona bildirmişdilər ki, ev olmasa ona getməyəcək və o, nikahdan 3 gün qalmış mənzilə çıxarış alaraq cavabdehə təqdim etmişdir, cavabdehi oraya qeydiyyata salmışdır və onların orada yaşayacağını vəd etmişdir. Hətta nikahdan sonra özü etiraf edir ki, divar kağızından başqa bütün təmir işlərini görmüş və sonradan daha böyük ev almaq niyyətinə düşmüşdür. Onların arasında nikahın pozulması haqqında Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin № 2(001)-503/2024 saylı xx.xx.2024-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almayaalmaya iş apellyasiya məhkəməsində olduğundan nikahın pozulmasında iddiaçı o (Aişə) olduğunu hələ bundan sonra kassasiya şikayətinin verilməsi ehtimalı ola-ola onların arasında nikahın pozulmasını qanuni qüvvəyə minmiş kimi göstərərək cavabdehi vaxtından əvvəl ailə üzvü statusundan çıxardaraq mənzildən istifadə hüquqlarını pozmuşdur. Nikahın pozulmasına dair Binəqədi rayon Məhkəməsinin № 2(001)-503/2024 saylı xx.xx.2024-ci il tarixli qətnaməsi hələ də qanuni qüvvəsini almamışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamış, bu halın isə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti vardır. Heç bir sübuta tərəflərin məhkəmədə verdiklərə izahatlara düzgün yanaşmamışdır. İddiaçı o gədər ziddiyətli ifadələr vermişdir ki, məhkəmə onu düzgün çıxartmaq üçün məhkəmə qətnaməsində onun bir ifadəsini belə qeyd etməmişdir. Ona görə ki, onun dediyi bütün sözlər yalnız onun əleyhinədir. Hətta sübutları tədqiq edərkən məhkəmə cavabdehin DƏDRX-dən adına yaşayış sahəsinin olmaması barədə arayışı belə tədqiq etməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
13.Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etmədi, izahatında qeyd etdi ki, təmir xərcləri və mülkiyyət hüququ fərqli anlayışlardır. Xanımın vəsaiti hesabına təmir edilməyib, sübut etməlidir ki, hansı vəsait hesabına edilib, mənzil indi də təmirsiz haldadır, mənzil 2012-ci ildə alınıb, çıxarış alınması da nikah dövründən əvvələ aiddir, iddiaçı (ikinci iş üzrə) məhkəməyə də gəlmir, iddiasını və şikayətini sübut etmək üçün məhkəməyə gəlməli idi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahatında qeyd etmişdir ki, tərəf evi nikahdan əvvəl alıb. Orada yaşamayıblar. Xanım çıxıb gedib. Onlar kirayədə qalıblar. Təmir edilsə belə qarşı tərəf sübut etməlidir. O zaman da təmir xərcini tələb edə bilərdi. Təmirin olunması mənzilə köçürülmə üçün əsas ola bilməz.Tərəflərin boşanma ilə bağlı mübahisələri hazırda yoxdur.Həmin qətnamədən də qarşı tərəf şikayət edə bilməz.Qətnamə qanuni qüvvəsini alıb. Ev təmir də edilməyib.Tərəflər orada yaşamayıblar. 14.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etmədi, izahatında qeyd etdi ki, Rayon məhkəməsində qəbzlər, bildirişlər təqdim etmişdir, həmin sənədlər elektrik, su, qaz və s. ilə bağlı olub, mənzildə təmir getsə idi ən azından elektrik üçün aylıq sərfiyyat olmalı idi, xanıma təklif etmişdir ki, ya mənzili təmir etdirsin, ora köçsün, ya da kirayədə qalarlar, mənzili nə zaman təmir etdirsə edər. Onlar təmirli mənzildə kirayədə yaşamışlar, aylıq 652 manat ödəniş etmişdir, qarşı tərəfin heç bir sübutu yoxdur, vəsait qoyubsa da sübut etməli idi, nikah dövründə elektrik üçün sərfiyyat 3 manat olub. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı izahatında qeyd etmişdir ki, qətnamənin nömrəsini apellyasiya şikayətində səhv qeyd ediblər. Boşanma zamanı uşaqlarının travma almaması üçün cəhd etdi. Yazılı müraciətlər də etmişdir. Xanım evdən pulu, qızılı oğurlayıb gedib. Birgə təsərrüfatları olmayıb. Boşanma ilə bağlı mübahisələri də yoxdur. Mənzili 2012-ci ildə almışdır. Sonra da mərhələli təmir etdirmişdir. Divar kağızı və s. son işləri etməmişdir. Bunlar heç biri nikah dövründə olmayıb. Onunla kirayədə yaşamışlar. Həmin evin də içi dolu olub. Heç bir əlavə əşya xanım almayıb. Xanımla 32 ay nikahda olmuşlar. Xanımın maaşı çox deyil ki, təmirə köməklik etsin. Onun mülicəsini və ehtiyaclarını ödəmişdir.
15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq normaları:
16. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Hazırki halda Cavabdeh apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
22. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, ev 63F, giriş 2, 190 saylı mənzil İddiaçı adına nikahdan əvvəl xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı ilə Cavabdeh xx.xx.2020-ci il tarixdə nikaha daxil olmuşlar və tərəflər arasında olan nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Tərəflər nikahda olduqları müddətdə mübahisəli mənzildə deyil, kirayə götürdükləri mənzildə yaşamışlar. 23.Birinci instansiya məhkəməsi tərəflər arasında nikah münasibətlərinə xitam verildiyinə görə Cavabdeh artıq İddiaçı ailə üzvü hesab edilməməsinə əsaslanaraq Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərinə əsasən cavabdehin iddiaçıya məxsus mənzildən istifadə hüququna xitam verilməsini qət etmişdir. 24.Məhkəmənin mövqeyi ilə razılaşmayan cavabdehin dəlilləri ondan ibarətdir ki, qətnamə qəbul edilərkən onlar arasındakı nikahın pozulmasına dair qətnamə hələ qanuni qüvvəsini almamış, həmin iş apellyasiya instansiyası məhkəməsində olmuş, DƏDRX-dən cavabdehin adına heç bir yaşayış sahəsinin olmaması barədə arayış təqdim etməsinə baxmayaraq məhkəmə bunu nəzərə almamışdır. 25.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 503/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikaha xitam verilməsi, aliment və uşaq” tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1765 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X4 anası Cavabdeh yanında saxlanılması və İddiaçı xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. 26.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1270/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə cavabdeh İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-503/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin mübahisələndirilən – “alimentin tutulması qaydası” hissəsində dəyişdirilməsi, cavabdeh İddiaçı 24 aprel 2022-ci il təvəllüdlü X1 üçün iddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində aliment tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. 27.Eyni zamanda həmin qətnamədən görünür ki, apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş 24 aprel 2022-ci il təvəllüdlü X4 anası - Cavabdeh yanında saxlanılması və aliment hissələrində yoxlanılması olmuşdur. 28.Məhkəmə kollegiyası nikahın pozulması ilə bağlı iddia tələbi ilə Cavabdeh məhkəməyə müraciət etməsini və nikahın pozulması ilə bağlı tərəflər arasında mübahisənin olmamasını, eyni zamanda nikahın pozulmasının apellyasiya instanisyası məhkəməsində yoxlama predmeti olmamasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında nikah münasibətlərinə xitam verilməsi və ona görə də cavabdehin mübahisələndirlən mənzilədən istifadə hüququnun saxlanmaması ilə bağlı düzgün qənaətə gəlmişdir. 29.Kollegiya eyni zamanda apellyatorun DƏDRX-dən cavabdehin adına heç bir yaşayış sahəsinin olmaması barədə arayışının nəzərə alınmaması ilə bağlı dəlilini də əsassız hesab edərək qeyd edir ki, mübahisə predmeti olan mənzildə tərəflər heç zaman yaşamamışlar. Tərəflər nikah dövründə kirayə mənzildə yaşamışlar. Cavabdeh isə həmin mənzili tərk etmişdir (i.v.75). 30.xx.xx.2024-cü il tarixli arayışda qeyd olunur ki, Cavabdeh qardaşı X5 məxsus Cənnət Park yaşayış kompleksində bina 7, blok 1, mərtəbə 1, saylı mənzildə qızı ilə birlikdə yaşayır (i.v.15). 31.Cavabdeh tərəf mübahisəli evin təmir edilməsində iştirak etdiyini, onun vəsaiti hesabına təmir edildiyini bildirsə də bunu təsdiq edən hər hansı bir mötəbər sübut təqdim etməmiş, əksinə iş materiallarından evin təmirsiz vəziyyətdə olduğu, "xxxx" ASC-nin bildiriş xəbərdarlığın surətindən göründüyü kimi mübahisə predmeti olan mənzilə görə son ödənişin xx.xx.2017-ci ildə edildiyi, 2025-ci ildə sərfiyyat borcunun olmadığı qeyd olunmuşdur (i.v. 160). 32.2025-ci il tarixdə çəkilmiş foto şəkillərdən görünür ki, mübahisə predmeti olan mənzil tam təmir edilməmişdir (i.v.162). 33.Məhkəmə kollegiyası tərəfindən cavabdeh tərəfin iştirakını təmin etmək məqsədilə məhkəmə iclası təxirə salınsa da, Cavabdeh heç bir üzrlü hal barədə məlumat vermədən məhkəmə iclasında iştirak etməmiş, iclasa gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. 34.Beləliklə Cavabdeh iddiaçıya məxus mənzildən istifadə hüququ mövcud olmadığından məhkəmə Cavabdeh mənzilə köçürülmə tələbini rədd edərək qanuni və əsaslı nəticəyə gəlmişdir.
35. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
36. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
37. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-364/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xumar Mərdanova Sabit Bəhrəmzadə