Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2219/2024 04.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: zəbt olunmuş torpaq sahəsinin boşaldılması və istifadəyə qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və istifadəyə qaytarılması” tələbinə dair iddiası üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-713/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. 11.08.1980-ci il tarixli, 16765 nömrəli icarə müqaviləsinə əsasə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsi 30-cu dalanda yerləşən ümumi sahəsi 0.25 ha olan 1572 nömrəli bağ sahəsi və 32,75 kv.metr yaşayış sahəsi iddiaçının atası mərhum X1 icarəyə verilmişdir.
2. xx.xx.2001-ci il tarixli, 16765 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsi olan 1572 nömrəli bağ sahəsi və 32,75 kv.m sahəsi olan 1 otaqdan ibarət bina Bakı şəhəri İcra Hakimiyyətinin nizamnamə əsasında fəaliyyət göstərən “Birlik” X3 və İstismarı Birliyi tərəfindən X2 istifadəsinə verilmişdir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin daşınmaz əmlakın üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi ilə bağlı xx.xx.2018-ci il tarixli, **********29 nömrəli bildirişində göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1572 saylı bağ sahəsində mərzçəkmə və hasarlama işləri tam aparılmamış və bağ sahəsinin ərazisi 2058.8 kv.m təşkil etmiş olduğu bildirilmişdir. Bu səbəbdən də ərizənin icrasında imtina edilmişdir. Mərzçəkmə işlərinin görülməsi və bağ sahəsinin azaldılmasına dair notarial qaydada təsdiq edilmiş razılıq ərizəsinin təqdim edilməsi məqsədəuyğun hesab edilmişdir.
4. İddiaçı şikayəti əsasında aparılmış araşdırma üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarından görünür ki, Cavabdeh vermiş olduğu izahatında bildirmişdir ki, Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin 1478B saylı müqavilə əsasında xx.xx.2007-ci il tarixdən rəsmi qaydada həmin torpaq sahəsini 30 il müddətinə icarəyə götürüb, mişar daşları ilə hasar inşa edərək içərisində ağac əkmişdir. Həmin qərardan həmçinin görünür ki, iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, təxminən 4 ay bundan əvvəl qonşuluqda yerləşən torpaq sahəsinin sahibi Eldar adlı şəxs ondan xəbərsiz olaraq əmisi Vaqifin istifadəsində olmuş torpaq sahəsinin təxminən 3,5 ar hissəsini hasara alaraq öz istifadəsində olan torpaq sahəsinə birləşdirmişdir.
5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1573 saylı bağ sahəsi 0.117721 ha olmaqla, xx.xx.2014-cü il tarixdən Cavabdeh adına dövlət reyestrində qeydiyyata alınmışdır.
6. Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 164 nömrəli məktubuna əsasən Ləhiş bağ massivində yerləşən 1572 və 1573 saylı bağ sahələrində aparılan yoxlamalar zamanı, 1572 saylı bağ sahəsinin İddiaçı, 1573 saylı bağ sahəsinin isə Cavabdeh faktiki istifadəsində olması müəyyən edilmişdir. Hansı ki, 1572 və 1573 saylı bağ sahələri Kürdəxanı Bələdiyyəsinin inzibati ərazisi olsa da, mülkiyyətində deyil.
7. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 5740/2022 nömrəli qətnaməsi ilə ərizəçi İddiaçı ərizəsi təmin edilərək X4 və İstismar Birliyi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsi 1572 saylı bağ sahəsinə verilmiş 16765 saylı, xx.xx.2001-ci il tarixli bağın icarəyə verilməsi haqqında sənədin İddiaçı aid olması müəyyən edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və istifadəyə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən zəbt edilmiş qanuni istifadəsinə verilmiş torpaq sahəsinin boşaldılması və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X1 1968-ci ildə 16765 nömrəli müqavilə əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsi 30-cu dalanda yerləşən ümumi sahəsi 2500 kv.m (0.25 ha) olan 1572 nömrəli bağ sahəsi ayrılmışdır. Bakı şəhər İcra hakimiyyətinin bağlar təsərrüfatı komissiyasının xx.xx.2001-ci il tarixli sərəncamının 18 nömrəli protokolu əsasında onunla X3ı və istismarı birliyi arasında “Bağın icarəyə verilməsi haqqında” xx.xx.2001-ci il tarixli 16765 nömrəli müqavilə bağlanmışdır. “Yerli İcra Hakimiyyətlərinin nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhər icra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Məlumat üçün nəzərə çatdırmışdır ki, qeyd edilən müqavilə və hüquq müəyyənedici digər sənədlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin arxivində mövcuddur. Cavabdeh istifadəsində olan ümumi sahəsi 2500 kv.m (0.25 ha) olan 1572 nömrəli bağ sahəsinin bir hissəsini zəbt etdiyindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmasında çətinliklər yaranmışdır. Cavabdeh tərəfindən dəfələrlə şifahi qaydada xəbərdarlıq edilmiş, bağ sahəsinin eskiz-layihəsi əsasında onun istifadəsində və sahibliyində olduğu bildirilmiş, lakin cavabdeh tərəfindən haqlı tələbləri təmin edilməmişdir. Beləliklə, cavabdehin zəbt etdiyi torpaq sahəsi qanuni istifadəmə ayrılmış torpaq sahəsidir və istifadəsinə qaytarılmalıdır.
10. İddiaçı xx.xx.2022-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək qanuni istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları 30cu dalan, 1572 nömrəli bağ sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 39T-4110xx.xx- 4490883.61 koordinatlarda yerləşən hissəsinin boşaldılması və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılması xahiş edilmişdir.
11. Cavabdehin nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə iddiaya qarşı etiraz ərizəsi verərək bildirmişdir ki, hazırkı iddia tələbini irəli sürmək üçün İddiaçı subyektiv hüququ yoxdur. Belə ki, iddiaçı tərəfin sübut qismində məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubu və həmin məktuba əlavə edilmiş xx.xx.2001-ci il tarixli, 16765 nömrəli "Bağın icrayə verilməsinə dair" Müqaviləni nəzərədən keçirsək həmin müqavilənin 2021-ci ilin avqust ayının 15-də müddətinin bitdiyini, yəni müqavilənin 20 il müddətinə qüvvədə olduğunu, həmin müddətini isə 2 il bundan əvvəl bitdiyini müəyyən etmiş olur. Həmin müqavilənin hazırda qüvvədə olması barədə məhkəməyə iddiaçı tərəfindən heç biri sübut təqdim edilməmişdir. Qeyd olunanlar cavabdeh tərəf olaraq onlara tam şəkildə qənaətə gəlməyə əsas veriri ki, mübahisəli torpaq sahəsi dövlətin mülkiyyətindədir və həmin torpaq sahəsinin iddiaçı tərəflə heç bir hüquqi bağlantısı yoxdur. Qeyd olunanların nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
12. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə tikinti-texniki ekspertizası təyin edilmişdir.
13. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4713 nömrəli ekspert rəyinə əsasən faktiki olaraq iddiaçının istifadəsində olan bağ sahəsinin sərhədləri üç tərəfdən qonşu hasarla ayrılıb, yol tərəfdən isə sərhəddi şərtidir. Faktiki torpağın sahəsi 1937.0 kv.m təşkil edir. Sözügedən sahədə bir mərtəbəli yarım zirzəmili yaşayış evi (yaşayışa yarasız) və hovuz tikilisi mövcud olması, İddiaçı iddiasına əsqsən qonşusu Cavabdeh tərəfindən onun torpaq sahəsinin 499.0 kv.m hissəsi hasarla ayrılaraq öz istifadəsində olan digər torpaq sahəsinə birləşdirilmiş olması qeyd edilmişdir.
14. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 713/2023 nömrəli qətnaməsi ilə (hakim N.A.Cəfərli) iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən ümumi sahəsi 0.25 ha olan 1572 nömrəli bağ sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 499.kv.m olan hissəsi Cavabdeh hesabına boşaldılaraq torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması, mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh iddiaçının xeyrinə ödənilməsi, 50 manat ekspertiza xərcinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
15. Məhkəmə müəyyən etmişdir ki, Bakı şəhəri Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsindən ibarət olan 1572 nömrəli bağ sahəsi X3 və İstismarı Birliyi ilə X5 arasında bağlanmış xx.xx.2001-ci il tarixli icarə müqaviləsi əsasında iddiaçının qanuni sahibliyinə verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadatrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********35 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan məlum olur ki, iddiaçının qanuni sahibliyində olmalı olan 2500 kv.m olan torpaq sahəsinin 1937 kv.m olan hissəsi hazırda iddiaçının istifadəsindədir, 499 kv.m olan digər hissə isə qonşu tərəfdən hasarla ayrılaraq öz istifdasində olan digər torpaq sahəsinə birləşdirlmişdir. Məhkəmənin Bakı şəhər Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə göndərmiş olduğu sorğuya cavabdan, habelə xx.xx.2021-ci il tarixli cinayət işinin rədd qərarında qeyd edilmiş Cavabdeh tərəfindən verilmiş izahatdan da məlum olur ki, Bakı şəhəri Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 1572 nömrəli bağ sahəsinin 499 kv.m olan hissəsi Cavabdeh qanunsuz istifadəsindədir. Bundan başqa məhkəmə onu da qeyd etmişdir ki, Bakı şəhəri Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 1572 nömrəli bağ sahəsinin 499 kv.m olan hissənin zəbt edən qonşunun Cavabdeh olması həmçinin hazırki mülki iş üzrə iştirak edən cavabdehin nümayəndəsi və vəkili tərəfindən də inkar edilməmişdir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4-cü, Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 107, 115, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
17. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi subyektiv hüquq baxımından hüququ olmuyan şəxs tərəfindən irəli sürülmüşdür. Belə ki, iddia ərizəsində və ona əlavə olunan qoşmalarda mübahisəli torpaq sahəsi ilə İddiaçı hüquqi bağlılığını təsdiq edən hər hansi sübuta rast gəlinmir. Bununla əlaqədar, mübahisəli torpaq sahəsinin iddiaçı ilə hər hansı hüquqi bağlılığını və kordinatları müəyyən etmək məqsədilə kompleks məhkəmə torpaq-tikinti-texniki ekspertizaları təyin edilməli, mübahisəli torpaq sahələrinin hər birinin hüquqmüəyyənedici sənədlər araşdırılmalı və həmin sənədlər əsasında mübahisəli torpaq torpaq sahələrinin ayrı-ayrılıqda kordinatları yerində müəyyən edilməli idi. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunub ki, qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən qərardadda qoyulmuş suallarla əlaqədar tədqiq olunan torpaq sahəsinə dair faktiki kordinatların, baza məlumatlarının və mütəxəssis rəyinin mərkəzə təqdim edilməsi zəruri olduğundan, bu barədə məhkəməyə vəsatət göndərilmişdir. Lakin vəsatətin verilməsindən uzun müddət keçməsinə baxmayaraq məhkəmə tərəfindən torpaq sahələrinin kordinatları barədə mütəxəssis rəyi mərkəzə təqdim edilməmişdir. Bununla bağlı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Resyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda sözügedən iş üzrə müraciətdə tədqiqat obyektinə baxış keçirilməsinin tarixi, vaxtı barədə məlumatın olmaması, mütəxəssis qarşısında qoyulmuş sualların, hüquq müəyyənedici və texniki sənədlərin təqdim edilməməsi səbəbindən tədqiqat obyektinə baxış keçirilməsi və müvafiq münasibətin bildirilməsi mümkün olmamışdır. Eynilə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Resyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda artıq mütəxəssis rəyi əlavə olunsa da, verilmiş suallara cavablardan o qənaətə gəlmək olur ki, müəxəssis heç bir tədqiqat aparmadan yalnız iddiaçı filankəsin dediyi sözlərə əsasən rəy tərtib etmişdir. Belə ki, mütəxəssis qarşısında qoyulmuş suallar üzrə heç bir araşdırma və tədqiqat aparılmamış və suallara yazılmış cavablar əsaslandırılmamışdır. Mütəxəssis qarşısında qoyulmuş 4 sualdan 2-ci və 3-cü suallara yazılmış cavablar iddiaçı Niftəliyev Vaqifin iddiasına əsaslanmış və həmin suallar üzrə tədqiqat aparılmamışdır. Sabunçu rayon məhkəməsinin hazırda mübahisələndirilən qətnaməsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********52 nömrəli, xx.xx.2023cü il tarixil məktubuna istinad etmişdir. Həmin məktuba əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, faktiki olaraq iddiaçının isitifadəsində olan bağ sahəsinin sərhədləri üç tərəfdən qonşu hasarla ayrılıb, yol tərəfdən isə sərhəddi şərtidir. Faktiki torpağın sahəsi 1937,0 kv.m təşkil edir. Sözügedən sahədə birmərtəbəli yarım-zirzəmili yaşayış evi (yaşayışa yararsız) və hovuz tikilisi mövcuddur. Bununla bağlı koordinatları əks etdirən sxem əlavə olunmuşdur. Qeyd olunan mütəxəssis rəyində İddiaçı iddiasına əsasən qonşusu Cavabdeh tərəfindən onun torpaq sahəsinin 499,0 kv.m hissosi hasarla ayrılaraq öz istifadəsində olan digər torpaq sahəsinə birləşdirilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4713 nömrəli ekspert rəyindən görünür ki, faktiki olaraq iddiaçının istifadəsində olan bağ sahəsinin sərhədləri üç tərəfdən qonşu hasarla ayrılıb, yol tərəfdən isə sərhəddi şərtidir. Faktiki torpağın sahəsi 1937.0 kv.m təşkil edir. Sözügeden sahədə bir mərtəbəli yarım zirzəmili yaşayış evi (yaşayışa yarasız) və hovuz tikilisinin mövcud olması, İddiaçı iddiasına əsasən qonşusu X8 tərəfindən onun torpaq sahəsinin 499.0 kv.m hissəsinin hasarla ayrılaraq öz istifadəsində olan digər torpaq sahəsinə birləşdirilmiş olması qeyd edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən açıq şəkildə bəlli olur ki, qoyulmuş suallarla bağlı obyektiv tədqiqat aparılmamış, əsassız mütəxəssis rəyinə istinad edilərək iddiaçı tərəfinin mənafelərinə xidmət olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4713 nömrəli ekspert rəyində mütəxəssis rəyində 4 cü suala cavab olaraq qeyd olunur ki, torpaq sahələrinin kordinatları tam və düzgün olmadığından həmin suala cavab verilməmişdir. Baxmayaraq ki məhkəmə tərəfindən həm mütəxəssis, həm də ekspert qarşısında “İddiaçı xx.xx.2001-ci il 16765 saylı icarə müqaviləsi əsasında istifadəsində olan Bakı şəhəri, Ləhiş qəsəbəsi, 30-cu dalanda yerləşən ümumi sahəsi 2500,0 kv.m (0.25 ha) olan 1572 nömrəli bağ sahəsinin 39T-4110xx.xx-90883.61 koordinatlarına Cavabdeh tərəfindən müdaxilə olunmuşdurmu?” məzmununda 4 nömrəli sual qoyulmuş, lakin mütəxəssis və eskpert tərəfindən həmin suala cavab verilməsindən imtina edilmişdir. Cavab olaraq göstərilmişdir ki, təqdim edilmiş sahənin koordinatları düzgün və tam olmadığından qeyd olunan sualı cavablandırmaq mümkün olmadı. Sual olunur, məhkəmə nəyə əsasən müəyyən etmişdir ki, İddiaçı məxsus torpaq sahəsi Cavabdeh tərəfindən zəbt olunmuşdur. Həmçinin məhkəməsi hazırki mülki mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsini tətbiq etməklə yanılmışdır. Belə ki, mülki işin materiallarından görünür ki, mübahisəli torpaq sahələrinə münasibətdə İddiaçı hüquq müəyyənedici sənədlərə sahib deyil. İddiaçı istinad etdiyi torpaq sahəsi 16765 nömrəli xx.xx.2001-ci il tarixdə 20 il müddətinə bağlanmış müqaviləyə əsasən onun istifadəsində olmuşdur. Qeyd olunan icarə müqavilənin 20 illik qüvvədə olma müddəti 2021-ci ildə bitdiyindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 719.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə xitam verilir. Həmçinin məhkəmənin Bakı şəhər Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə göndərmiş olduğu sorğuya alınmış cavab məktubundan bəlli olur ki, Cavabdeh ilə Kürdəxanı Bələdiyyəsi arasında bağlanmış 147GB saylı xx.xx.2007-ci il tarixli icarə müqavilə əsasında 30 il müddətinə 0.18 ha torpaq sahəsi icarəyə verilmişdir. Eyni zamanda məhkəmin diqqətinə çatdırılır ki, Sabunçu rayon məhkəməsi cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə etirazını iddiaçının xeyrinə təhrif edərək belə bir qənaətə gəlmişdir ki, guya Cavabdeh İddiaçı istinad etdiyi torpaq sahəsinin sonuncaya aid olmasını təkzib etmir. Cavabdeh tərəf olaraq hesab edirlər ki, məhkəmə hazırki mülki işə baxarkən işin hallarını düzgün araşdırmamış, mülki mübahisəyə tətbiq etməli olan maddi və prosesual normaları tətbiq etməmiş və nəticə etibarı ilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq, Bakı şəhərində keçirilməsi nəzərdə tutulan COP 29 Beynəlxalq tədbir ilə əlaqədar olaraq yaşadığı Bakı şəhəri Suraxanı rayonundan Bakı Apellyasiya Məhkəməsi istiqamətində bütün yolların bağlı olması səbəbindən hazırkı mülki iş üzrə təyin edilmiş məhkəmə prosesində iştirak edə bilmədiyini, qeyd olunanların üzürlü səbəb kimi nəzərə alınmasını və apellyasiya şikayətinə onun iştirakı ilə baxılmasını təmin etmək məqsədilə məhkəmə prosesinin başqa tarixə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Hazırkı işdə iddia tələbi təmin edildiyindən və cavabdeh apellyasiya şikayətində qətnaməni bütövlükdə mübahisələndirdiyindən, həmin qətnamənin əsaslılığı tam olaraq yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. İşdən görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsindən ibarət olan 1572 nömrəli bağ sahəsi xx.xx.2001-ci il tarixli icarə müqaviləsi əsasında iddiaçı X2 istifadəsinə verilmişdir. Həmin torpaq sahəsi bundan əvvəl uzun müddət iddiaçının atasının istifadəsində olmuşdur.
27. Mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri daşınmaz əmlak üzərində mülkiyyət hüququnun əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir.
28. Beləliklə, iddiaçı ilə Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan X3 və İstismarı Birliyi arasında sözügedən torpaq sahəsinə dair bağlanmış icarə müqaviləsi 2007-ci il mayın 22-dək bağlandığından və həmin müqavilə göstərilən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün əsas olduğundan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır.
29. İddiaçı sözügedən torpaq sahəsinə öz mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə 2018-ci ildə müraciət etsə də, həmin Xidmətin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmiş və bunun əsası kimi bildirilmişdir ki, 1572 saylı bağ sahəsində mərzçəkmə və hasarlama işləri tam aparılmamış və bağ sahəsinin ərazisi 2058.8 kv.m təşkil edir. Mərzçəkmə işlərinin görülməsi və bağ sahəsinin azaldılmasına dair notarial qaydada təsdiq edilmiş razılıq ərizəsinin təqdim edilməsi məqsədəuyğun hesab edilir.
30. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2001-ci il tarixli icarə müqaviləsində “icarədar” kimi X5 göstərilsə də, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-5740/2022 nömrəli qətnaməsi ilə həmin müqavilənin İddiaçı, yəni iddiaçıya aid olması müəyyən edilmişdir.
31. Cavabdeh mütəxəssis tərəfindən torpaq sahələrinin kordinatları tam və düzgün olmadığından həmin suala cavab verilmədiyini, bununla da qoyulmuş suallarla bağlı obyektiv tədqiqat aparılmadığını bildirsə də, kollegiya qeyd edir ki, torpaq sahəsinin koordinatlarının olub-olmamasından asılı olmayaraq, işdə olan 1572 saylı bağ sahəsinin planından görünür ki, sahənin uzunluğu 100 metr, eni isə 25 metr təşkil edir (s. 9). Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyinə əlavə edilmiş plandan isə aşkar şəkildə müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus sahənin uzunluğu 49,43 metr, eni 12,53 metr hissəsi zəbt edilmişdir (s.79). Zəbt edilmiş sahə 499 kv.m təşkil edir.
32. Cavabdeh Sabunçu RPİ-nin 15-ci Polis Bölməsində vermiş olduğu izahatında Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin 1478B saylı müqaviləsi əsasında xx.xx.2007-ci il tarixdən rəsmi qaydada həmin torpaq sahəsini 30 illik müddətə icarəyə götürdüyünü bildirsə də, bununla bağlı hər hansı sənəd məhkəməyə təqdim etməmiş, həmin Bələdiyyənin cavabdehin vəkilinə ünvanladığı xx.xx.2022-ci il tarixli, 164 nömrəli məktubunda isə göstərilmişdir ki, 1572 və 1573 saylı bağ sahələri Kürdəxanı Bələdiyyəsinin mülkiyyətində deyil.
33. Belə olan halda, Bələdiyyənin mülkiyyətində olmayan torpaq sahəsinin cavabdehə icarəyə verilməsi inandırıcı və ağlabatan görünmür.
34. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh tərəfindən apellyasiya şikayətində iş üzrə alınmış ekspert və mütəxəssis rəylərinin əsassız olduğu bildirilsə də, cavabdehə məxsus çıxarışa əsasən göstərilmiş koordinatlara uyğun olaraq cavabdehin faktiki olaraq həmin torpaq sahəsində yerləşdiyinin müəyyən edilməsi üçün kollegiyanın xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin cavabdehə bildirilməsinə baxmayaraq, onun tərəfindən torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsi ilə bağlı xidmət haqqı ödənilmədiyindən Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertizasının aparılmasından imtina edilmişdir.
35. Mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-713/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.