Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2226/2024 01.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər:(İstifaə hüququnun ititrilmiş hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi),X12 və X5 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli, 2(002)-3177/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı 21 fevral 1992-ci il tarixdən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 2, 29 saylı evin mülkiyyətçisi, cavabdehlər isə həmin evdə yaşayış yeri üzrə qeydiyyatda olan, lakin faktiki olaraq uzun müddətdən bəri həmin evdə yaşamayan və daimi yaşayışlarını başqa ünvanda təmin edən qardaşı qızı və sonuncunun uşaqlarıdır. 2.İddiaçı yuxarıda qeyd olunan səbəbdən hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. a) Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 yetkinlik yaşına çatmayan 2010-cu il təvəllüdlü X2 ilə birlikdə iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 29 saylı evə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 29 saylı ev xx.xx.2021-ci il tarixli çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyatdan keçmişdir və xüsusi mülkiyyətindədir. Həmin ev əvvəllər atasına məxsus olmuş, 2021- ci ildən isə onun mülkiyyətinə keçmişdir. Cavabdeh1 onun qardaşı qızı, digər cavabdehlər isə sonuncunun uşaqlarıdır. Təranə 1996-cı ildə Həzrətquliyev Azərlə ailə quraraq ona məxsus evdən daimi olaraq köçüb getmiş və övladları olan digər cavabdehlərlə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsində yaşayırlar. Ona məxsus evdə cavabdehlərə məxsus heç bir əşya yoxdur və cavabdehlərin ona məxsus evlə heç bir əlaqələri yoxdur. Cavabdehlərin ona məxsus evdə qeydiyyatda qalmaları onun üçün bir sıra problemlər yaradır, belə ki, bu hal onun mənzil üzərində mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Ona görə də iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. 5.Məhkəmə baxışı zamanı Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, 1996-cı ildə ailə qurduqdan sonra Abşeron rayonu, Qobu qəsəbəsinə köçmüşdür, hal-hazırda da Qobu qəsəbəsində ailəsi ilə birgə yaşayır. İddiaçı onun bibisidir, bibisinə məxsus evdə onun heç bir əşyası yoxdur. Belə ki, gəlin köçməmişdən əvvəl bibisinin evi ilə eyni həyətdə yerləşən, valideynlərinə məxsus digər sənədiz evdə yaşamışdır, lakin gəlin köçdükdən indiyə kimi həmin sənədsiz evə gedib-gəlir, öz qardaşı həmin evi hazırda sənədləşdirməyə çalışır, lakin onları ora qeydiyyata alacağına söz vermir. Qobu qəsəbəsində yaşadıqları ev də sənədsiz olduğundan, övladları ilə birlikdə həmin evə qeydiyyata düşə bilmirlər. Ona görə də qeydiyyatda qalmaq istəyir. Qeyd olunanlara əsasən, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. 6.Məhkəmə baxışı zamanı Cavabdeh2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı onun anasının bibisidir və o, heç vaxt iddiaçıya məxsus evdə yaşamamışdır. Hazırda Qobu qəsəbəsində yaşayır, lakin yaşadıqları ev sənədsiz olduğundan qeydiyyata düşə bilmirlər. Qeydiyyatdan məhrum olmaq istəmədiyinə görə iddia tələbinə etiraz edir. Qeyd olunanlara əsasən, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. 7.Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X10 ifadə verərək bildirmişdir ki, iddiaçı onun xalası, cavabdehlərdən Təranə dayısı qızıdır. Cavabdeh Təranə uzun müddətdir ki, gəlin köçmüşdür və Qobuda yaşayır. İddiaçıya məxsus evlə cavabdehlərin heç bir əlaqəsi yoxdur. 8.Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 03 noyabr 2023-cü il tarixli, 2(002)-3177/2023 saylı qətnaməsi ilə (hakim-Fuad Hüseynov) iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 yetkinlik yaşına çatmayan 2010-cu il təvəllüdlü X3 ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 2, 29 saylı evə istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmişdir. İş materiallarında olan: 9.Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 2, 29 saylı ev İddiaçınun xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.2021-ci il tarixdə qeydiyyat aparılmışdır. 10.Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 44 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 2, 29 saylı evdə qeydiyyatdadır. Həmin mənzildə özü, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2 və digər şəxslər qeydiyyatdadırlar. 11.X1, X10 və X6 öz imzaları ilə təsdiq etdikləri xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 2, 29 saylı evdə yaşamış Hüseynova Təranə 1996-cı ildə Həzrətquliyev Azərlə rəsmi nikah qeydiyyatından keçməklə həyat yoldaşının evinə köçmüşdür. Hal-hazırda Abşeron rayonu, Qobu qəsəbəsində yaşayır. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 2, 29 saylı evdə Təranəyə məxsus heç bir əmlak yoxdur. 12.Məhkəmə həmçininxx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 87.2-ci maddəsinin və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinin tələblərinə əsasən də iddianı əsaslı hesab etmişdir. 13.Məhkəmə qeyd etmişdir ki, cavabdehlərin daşınmaz əmlakın dövlət reyestrində hər hansı hüquqları qeydə alınmadığından, habelə onlar mülkiyyətçi olan iddiaçının qanunda nəzərdə tutulan ailə üzvləri olmamaqla onunla birgə yaşamadıqlarından, onların hüquqi vəziyyəti Mülki Məcəllənin 228.1 və 228.5-ci maddələrində nəzərdə tutulmuş qanuni şərtlərə uyğun deyildir. Ona görə də faktiki olaraq uzun müddətdən bəri iddiaçıya məxsus evdə yaşamayan və daimi yaşayışlarını özlərinə məxsus başqa yaşayış yerində təmin edən cavabdehlərin həmin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddia tələbi əsaslı hesab olunmalıdır. Bundan əlavə, xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 87.2-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.Digər tərəfdən, cavabdehlərin iddiaçıya məxsus evdə qeydiyyatda qalmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə ziddir. Belə ki, həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 (on) gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. 14.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya Əlavə 1 saylı Protokolun 1-ci maddəsinə; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.4, 228.1, 228.5-ci;Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 aprel 2018-ci il tarixli Qərarına; xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 217.4, 26-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri 15.Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 16.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli ev onların baba evi olmuş, ev iki hissəyə ayrılmaqla ayrıça giriş çıxış yolu vardır. Həmin evin birində iddiaçı, digərində isə onun (cavabdehin) atası, anası qardaşı və o özü yaşamışlar. Faktiki olaraq həmin ünvanda iki ev olsa da evilərin bir sənədi vardır. Cavabdeh 1996-cı ildə ailə qursa da mütamadi olaraq atasına məxsus evə gəlib getmiş, uşaqları da orada böyüyüb, həmin evdən də payının olduğunu bilirdi. Cavabdehin həmin evdə payının olmasını iddiaçı özü də heç vaxt inkar etməmişdir. Evə çıxarış alınarkən atası sağ idi, lakin xəstə olduğundan öz hərəkətlərini idarə edə bilmirdi. Bibisi də atasının sağlamlıq vəziyyətindən istifadə edərək evi tam olaraq öz adına sənədləşdirmişdir. Lakin evi sənədləşdirdikdən sonra rəsmi qaydada paylarını ayıracağını bildirmişdir. İddiaçı evi 2021-ci ildə xüsusi mülkiyyət kimi tam olaraq öz adına keçirmişdir. Cavabdehin atası isə 2022-ci ildə vəfat etmişdir. Atası vəfat etdikdən sonra cavabdeh atasının vərəsəsidir və onun də həmin evdə payı vardır. Abşeron rayonu Qobu qəsəbəsi Məmmədyarov küçəsi 12 saylı ev onun qaynatasına məxsusdur, onlar həmin evdə müvəqqəti olaraq yaşayırlar. Onların daimi yaşamağa və qeydiyyata düşməyə başqa ünvanı yoxdur. Cavabdeh mübahisəli evdə doğulmuşdur, orada boya başa çatmaqla qeydiyyatdadır və onun həmin evə istifadə hüququ vardır. Ev iddiaçının adına olsa da həmin mülk onların baba mülkü olmuş, vərəsəlik qaydasında onun da orda payı vardır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 17.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d)Məhkəmə icraatı iştirakçılarının izahatları 18.Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi, izahatında qeyd etdi ki, o, həqiqətən 1996-cı ildə ailə qurandan sonra Qobu qəsəbəsinə ərə gedib, ailəsi ilə orada yaşayır. O, yaşadığı yerə qeydiyyata düşməyində çətinliklər var. Buna görə də, hazırki iddianın təmin edilməsinə razı deyildir. 19.Məhkəmə kollegiyasının iclasındaİddiaçıapellyasiya şikayətini qəbul etmədi, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, 21 fevral 1992-ci ildən mübahisəli evin mülkiyyətçisidir. Sadəcə olaraq xx.xx.2021-ci il tarixdə müraciət edib, yeni çıxarış almışdır. Onun mülkiyyətində olan evdə “A” və “B” tikilililəri var və bütün tikililər onun mülkiyyətindədir. Cavabdehin qeyd etdiyi hər hansı özbaşına tikili mövcud deyildir. 20.Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 növbəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq,onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respulikası Konstitusiyasının: 21.13-cü maddəsnin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 22.29-cu maddəsnin 1-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir nöünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qoruur. Azərbaycan Rspublikası Mülki Məcəlləsi: 23.Maddə 140.Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 24.Maddə 152.1.Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ndan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquudur. 25.Maddə 152.5.Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətlər ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifad edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə ol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər,bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hquqdan sui-istifadə olmasın. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 26.Maddə 123. 1-ci hissə. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 27.Maddə 53. 1-ci hissə. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bəradər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirirlər. 28.Maddə 53. 3-cü hissə. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayan onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 29.Maddə 217.2.Qətnamə mübahisəli hüquq münsibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamnı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 30.Maddələr 14.2, 77.1 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifad etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut tməlidir; məhkəmə (hakim) öz qətna¬mə¬sini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarlaəsaslandırır. 31.Maddə 385.2.Brinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyətiüzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 32.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 33.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın Cavabdeh1 aid təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki digər cavabdehlər qətnamədən apellyasiya şikayəti verməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 34.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli, 2(002)- 3177/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 35.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli Qərarında vurğulamışdır ki, Qeyd edilməlidir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər mülki prosessual qanunvericilikdə xüsusi yer tutur. Ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri).Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarları).Mülki Prosessual Məcəllənin 217.3 və 217.4-cü maddələrinə görə isə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 36.Kollegiya qeyd edir ki, işin faktiki halları ondan ibarətdir ki, mübahisəli ev 21 fevral 1992-ci il tarixdən iddiaçının mülkiyyətindədir. İddiaçı sonradan adına olan qeydiyyat vəsiqəsini yeniləmiş və xx.xx.2021-ci il tarixdə yeni çıxarış almışdır. İddiaçının mülkiyyətində olan ünvanda “A” və “B” tikililəri mövcud olmaqla, texniki pasportda nəzərdə tutulmuş, həmin tikililərin sahəsi iddiaçının mülkiyyətini əks etdirən çıxarışda qeyd olunmuşdur. Həmin ünvanda başqa özbaşına hər hansı tikili mövcud deyildir. Cavabdeh1 iddiaçının qardaşı qızı olmaqla, nikah şəhadətnaməsinə əsasən 12 yanvar 1996-cı ildə X4 ilə ailə qurmuş, özünün də qeyd etdiyi kimi, 1996-cı ildən mübahisəli evdən köçüb, Qobu qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. 37.Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalarıdır. 38.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7 maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. 39.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 40.Kollegiya iş üzrə toplanılmış sübutlara qiymət verərək hesab edir ki, cavabdehin yaşayış evindən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətləri 2000-ci ilin sentyabrın 1-dək yarandığı (cavabdeh 1996-cı il tarixdə ailə qurararaq Abşeron rayonu, Qobu qəsəbəsinə köçmüş) üçün, həmin münasibətlə bağlı mübahisə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 41.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 aprel 2018-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə əsasən, hüquq münasibətlərinin yarandığı və davam etdiyi dövrdə qüvvədə olmuş mülki və mənzil qanunvericiliyi normalarının mənasına görə, mənzil sahibinin, yaxud kirayəçinin öz mənzilinə köçürdüyü şəxslərin həmin mənzildən istifadə hüququ əldə edilməsinin müəyyən şərtləri nəzərdə tutulmuşdur. Mənzildən istifadə hüququnun yaranmasının mühüm şərti həmin şəxsin kirayəçinin ailə üzvü olmasıdır. Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri onun arvadı (əri), uşaqları və valideynləri hesab olunur. İcarədarla birlikdə yaşayan digər şəxslər də onun ailə üzvləri hesab oluna bilər. Kirayəçinin ailə üzvləri sırasına bu şəxslər o zaman daxil ola bilərlər ki, onlar kirayəçinin yaxın qohumu, yaxud əmək qabiliyyətini itirməsi ilə əlaqədar ondan asılı olsunlar. İstisna hallarda, kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan şəxslər də ailə üzvləri sırasına daxil ola bilər. Göstərilən cəhətlərdən (birgə yaşamaq və ümumi təsərrüfat aparmaq) biri olmadıqda, həmin şəxslər mənzil (ev) sahibinin, yaxud kirayəçinin ailə üzvləri hesab oluna bilməz və nəticədə yaşayış sahəsindən istifadə hüququnu əldə edə bilməzlər. 42.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin xx.xx.2009-cü il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələbinə əsasən mübahisəli evə istifadə hüququ mövcud olmuş olsa da, onun 1996-cı ildə ailə həyatı qurmasından, daimi yaşamaq üçün həyat yoldaşının yaşadığı Abşeron rayonu Qobu qəsəbəsində yerləşən evinə gəlin köçməsindən, mübahisəli mənzildə yaşamadığından, mənzilə istifadə hüququ qalmamışdır. 43.Belə ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarının 2-ci bəndindən görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. 44.Göründüyü kimi, iddiaçının mənzillə bağlı yaşamaq hüququnun itirilməsi üçün Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar hazirki işin faktiki halları ilə uzlaşır. Belə ki, həmin əsas isə ondan ibarətdir ki, iddiaçı daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməli və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməlidir. 45.Hətta şəxsi servitut sayılan mənzildən istifadə hüququ, MM-in 228.5-ci maddəsinə əsasən yarandıqdan sonra müvafiq şərtlər gerçəkləşdikdə (məsələn, istifadə hüququ sahibi ayrı yaşayış sahəsi əldə etdikdə, daimi olaraq yaşamaq üçün başa yerə köçdükdə və s.) həmin hüququn hər hansı kompensasiya verilmədən qanuna əsasən aradan qalxması mümkündür. 46.Bu səbəbdəndir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsini istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun aradan qalxdığı hallara aid etmişdir. 47.Beləliklə kollegiya hesab edir ki, cavabdeh 1996-cı ildə ailə qurandan sonra daimi yaşamaq üçün mübahisəli evdən getdiyi üçün, onun həmin evə olan yaşamaq hüququ itirilmişdir. Sözügedən hüquq göstərilən əsaslarla yaranmış olsa belə, bu hüquq həmişəlik və ya ehtiyyat bir hüquq sayılmır. Yəni, qanunda nəzərdə tutulmuş əsaslar yarandıqda bu hüququn aradan qalxması (xətm olması) mümkündür. Aradan qalxdıqdan sonra isə həmin hüquq qanuni əsaslarla yenidən yaranmadıqda ona istinad oluna bilməz. 48.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instaniya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkəmə mübahisələndirilən hissədə iddia tələbi üzrə qanunvericiliyin tələblərinə və işin fakitki hallarına əsasən əsaslı və qanuni nəticəyə gəlmişdir. 49.Kollegiya apellyatorun vərəsə olması, həyətdə onlara məxsus başqa tikili olması ilə bağlı dəlillərini əsassız hesab edərək, qeyd edir ki, o, qeyd olunanlarla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, Mülki Məcəllənin 140-cı maddəsinə müvafiq olaraq reyestrin düzgünlüyü prezumpsiyasına əsasən iddiaçı mübahisəli evin mülkiyyətçisidir. 50.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 6.10-cu bəndinə əsasən əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Tərəflərin əvvəlki vəziyyətə qaytarılması üçüncü şəxslərin hərəkətləri ilə əlaqədar olduqda qətnamədə bu məsələ də həll edilməlidir. 51.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessua hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 52.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 53.Apellyasiya şikayətinin dəlilini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 54.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli, 2(002)-3177/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-2226/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2226/2024
01.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver