Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2228/2025 15.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “əmlakın mənzildən çıxarılması tələbinə dair”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması barədə tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-645/2025 nömrəli 28 yanar 2025-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı Cavabdeh İddiaçı Hüseynağa qızına məxsus Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 39 saylı mənzilindən iddia ərizəsində sadalanan cehiz əşyalar ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən, ev 39 126 saylı 2 otaqlı olan mənzil onun xüsusi mülkiyyətindədir. Oğlu, X6 2009-cu ilin iyun ayının 20-də Cavabdeh ilə nikaha daxil olmuşdur və o, da öz növbəsində ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən, ev 39, 126 saylı 2 otaqlı olan mənzilini onların birgə yaşaması üçün müvəqqəti (öz hesablarına mənzil alınana qədər) istifadələrinə vermişdir. Lakin, Nəsimi Rayon Məhkəməsinin №2(006)-2240/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə onların nikahına xitam verilmiş və oğlu ona məxsus mənzildən köçüb getmişdir. Cavabdeh onlarla bütün münasibətləri kəsdiyinə görə onun cehiz əşyaları ilə birlikdə ona məxsus mənzildən çıxarılması qərarına gəlmişdir. Cehiz əşyaları aşağıdakılardan ibarətdir: yataq mebeli dəsti - 1 ədəd yataq, 1- ədəd böyük dolab, 2 ədəd kiçik yataq şkafı, 1 ədəd güzgülü masa; qonaq otağı mebeli - 2 ədəd dolab və 1 divan; mətbəx mebeli, mətbəx masası, soyuducu və paltaryuyan maşın. Cavabdeh İddiaçı Hüseynağayevya qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları- X4 və X5 ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə yaşayış sahəsindən istiladə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh 20 iyun 2009-cu il tarixində İddiaçı Hüseynağa qızının oğlu X6 ilə rəsmi nikaha girmiş, nikahları Nəsimi rayon qeydiyyat şöbəsində bağlanılmış və 444 nömrə ilə qeydə alınmışdır. Birgə nikahdan 01 aprel 2010-cu ildə X4 və 30 noyabr 2013-cü ildə X5 doğulmuşdur. Nikahları sonradan xx.xx.2024-cü il tarixində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2240/2024 saylı qətnaməsinə əsasən pozulmuş, 7 saylı X11 tərəfindən 13 oktyabr 2024-cü il tarixində nikahın pozulması barədə şəhadətnamə verilmişdir. Bakı şəhəri 4 saylı Mediasiya təşkilatının təsdiq etdiyi xx.xx.2024-cü il tarixli barışıq sazişinə uyğun olaraq tərəflər- (Cavabdeh və X6) nikahın pozulması və yetkinlik yaşına çatmayan uşaqların-X4 və X2 ananın yanında saxlanılması və X3 hər bir uşaq üçün ayda 500 manat ananın xeyrinə aliment ödənilməsi, ** ZD *** dövlət qeydiyyat nişanlı “İNFİNİTİ EX-35 minik” markalı avtomaşının 10 gün ərzində ananın istifadəsinə verilməsi ilə bağlı üzərlərinə öhdəlik götürmüşlər. Qeyd etmişdir ki, 20 iyun 2009-cu il tarixində nikah bağlanandan sonra o, cehiz əşyaları ilə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə köçmüş, yaşayış yeri üzrə rəsmi qeydiyyata alınmaqla şəxsiyyət vəsiqəsi almış və həmin vaxtdan bu günə kimi bu mənzildə uşaqları ilə birgə yaşayır. Uşaqları da burada doğulmuş, yaşayış yeri üzrə qeydiyyata alınmaqla müvafiq şəxsiyyət vəsiqələri alınmış və hazırda onunla birgə yaşayırlar. Uşaqlar hazırda orta məktbdə təhsil alırlar. O, özü hazırda işləmir, adına hər hansı ev və ya mənzil yoxdur. İddiaçı Hüseynağa qızı burada qeydiyyatda olmuş olsa da, burada heç vaxt yaşamayıb, çünki onların bu mənzildən başqa 2 əlavə mənzilləri də vardır. Birində özləri yaşayır, digərini isə kirayəyə veriblər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-645/2025 nömrəli 28 yanvar 2025-ci il tarixli nömrəli qətnaməsi ilə (hakim Nail Abbasov) ilk iddia tələbinin təmin edilməsi, Cavabdeh məxsus yataq (1 ədəd yataq, 1 ədəd böyük dolab, 2 ədəd kiçik yataq şkafı, 1 ədəd güzgülü masa), qonaq (2 ədəd dolab və 1 ədəd divan) və mətbəx mebelləri, mətbəx masası, soyuducu və paltaryuyandan ibarət əmlaklar Bakı şəhəri, Nəsimi trayonu, 20 Yanvar küçəsi 39 saylı evin 126 saylı mənzilindən çıxarılması, Cavabdeh İddiaçı qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması barədə qarşılıqlı iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin ilk və qarşılıqlı iddia üzrə iddiaçıların özünə aid edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh (qarşılıqlı iddiaçı) apellyasiya şikayəti vermiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2228/2025 nömrəli 05 mart 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilməklə, icraata qəbul edilmiş, məhkəmə iclası 15 aprel 2025-ci il tarixə, saat 10:10-a təyin edilmişdir. xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli sorğusu ilə həmin mülki iş üzrə qətnaməyə düzəliş edilməsi barədə iddiaçının nümayəndəsi Nümayəndə ərizəsinə baxılması məqsədi ilə mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi-vəkili mülki işin baxışdan çıxarılmasına etiraz etmədiklərini bildirdilər. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-645/2025 nömrəli 28 yanvar 2025-ci il tarixli qətnaməsinə düzəliş edilməsi məsələsinə baxılması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq həmin məhkəməyə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-645/2025 nömrəli 28 yanvar 2025ci il tarixli qətnaməsinə düzəliş edilməsi məsələsinə baxılması üçün mülki iş apellyasiya baxışından çıxarılsın və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2228/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2228/2025
15.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver