Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2229/2023 09.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdehlər İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti və Bakı şəhəri 26 saylı Notariat kontoruna qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi və digər” tələbinə daiq qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-4114/2022 saylı qərardadından ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-nin direktoru X4 imzası və MMC-in möhürü ilə təsdiqlənmiş Razılaşma adlanan sənədin 1.2-ci bəndi üzrə cavabdehin üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirərək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün razılaşdırılmış kompensasiya məbləğinin ödənilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin direktoru X4 imzası və MMC-in möhürü ilə təsdiqlənmiş Razılaşma adlanan sənədin 1.2-ci bəndi üzrə cavabdehin üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirərək, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün razılaşdırılmış kompensasiya məbləğinin ödənilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MMC İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti və Bakı şəhəri 26 saylı Notariat kontoruna qarşı qarşılıqlı iddia ilə müraciət edərək, İddiaçı Cavabdeh MTK arasında 26 saylı Notariat kontorunda bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişinin etibarsız hesab edilməsi, həmin barışıq sazişi ilə bağlı olan bütün hüquqi nəticələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4114/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı İddiaçı Cavabdeh MMC-yə qarşı “öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair ilk iddiası üzrə mülki işin icraatına xitam verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4114/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh MMC-nin cavabdehlər İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti və Bakı şəhəri 26 saylı Notariat kontoruna qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi və digər” tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Həmin qətnamədən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Eyni zamanda, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə İddiaçı məhkəməyə ərizə və apellyasiya şikayətini təqdim edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4114/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından şikayəti vermək üçün müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərək, buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4114/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ərizəsi təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4114/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən şikayətin verilməsi üçün mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılmasının səbəbi üzürlü hesab edilməklə, buraxılmış müddət bərpa edilmişdir. Həmin qərardaddan ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC şikayət verərək, qərardadın ləğv edilməsini və buraxılmış müddətin bərpası barədə ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC şikayətini onunla əsaslandırmışdır ki, “Elektron məhkəmə" informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinetlərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Göründüyü kimi, mülki iş üzrə ərizəçi və işdə iştirak edən şəxs, ilkin iddia üzrə iddiaçı statusu olan İddiaçı “Elektron məhkəmə" informasiya sistemində qeydiyyatdan keçmiş, məhkəmə qərardadı bu şəxsin həmin sistemdə yaradılmış “elektron kabinetində yerləşdirilmiş və ona bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılmışdır. Qərardaddan şikayət müddətini ötürən ərizəçi İddiaçı “ASAN imza” nömrəsinin aktiv olmadığını əsas gətirməklə ötürülmüş müddətin bərpasını məhkəmədən xahiş etmiş və məhkəmə tərəfindən prosessual qanunvericiliyin tələbləri pozulmaqla ərizənin təmin edilməsi barədə qərardad qəbul edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(006)-4114/2022 saylı qərardadı ilə ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin şikayəti təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s); 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4114/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı xx.xx.2022-ci il tarixdə ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı elektron məhkəmə informasiya sistemində yaradılmış şəxsi elektron kabinetində yerləşdirilmişdir. Həmin qərardad ondan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin sonuncu günü, yəni xx.xx.2023-cü il tarixdə ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ərizəsinə əsasən məhkəmə qəbzinə imza etdirməklə ona rəsmi təqdim edilmişdir. Bundan sonra İddiaçı xx.xx.2023-cü il tarixdə qərardaddan şikayət verilməsi müddətinin bərpa edilməsi barədə ərizəni və qərardaddan şikayəti məhkəməyə təqdim etmişdir. Məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən İddiaçı şəxsi elektron kabineti olsa da, onun təsdiq edilmiş elektron ünvanı (e-mail) mövcud deyil. Bu səbəbindən qərardadın xx.xx.2022-ci il tarixdə yerləşdirilməsi barədə məlumat ona çatdırılmamışdır. Onun xx.xx.2023-cü il tarixdə qərardadın təqdim edilməsi barədə məhkəməyə müraciəti də bu halı təsdiq edir. Hər bir halda, xx.xx.2023-cü il tarixdə qərardaddan şikayət vermə müddəti ötməmişdir və qərardad ona çatdırıldığı təqdirdə o, qərardadın ona rəsmi təqdim edilməsini xahiş etmək əvəzinə ondan şikayət vermiş olardı. Qərardadı rəsmi aldığı tarixdən 6 gün sonra isə şikayətini məhkəməyə təqdim etmişdir. Bu da öz növbəsində onun tərəfindən qərardaddan şikayət verilməsi müddətinin ötürülməsinin üzürlü hesab edilməsi və buraxılmış müddətin bərpa edilməsi üçün əsas yaradır. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4114/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından şikayət verilməsi üçün mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edib, buraxılmış müddəti bərpa etmişdir. Bu səbəbdən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMCnin şikayəti təmin olunmamalı, şikayət verilməsi müddətinin bərpa edilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(006)-4114/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-4114/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2229/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2229/2023
09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver