Məhkəmə qərarları › İş №2(103)-223/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-223/2025

10.07.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-223/2025 10.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı əmrin ləğv edilməsi, işə bərpa, istifadə olunmayan əmək məzuniyyətinə görə kompensasiyanın, ezamiyyə xərclərinin və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə mülki iş üzrə (açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X9 (sədrlik edən və məruzəçi), X17 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=2866291Vəkil, cavabdehin nümayəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=2866291Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı əmrin ləğv edilməsi, işə bərpa, istifadə olunmayan əmək məzuniyyətinə görə kompensasiyanın, ezamiyyə xərclərinin və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli 2(006)-1375/2024 nömrəli qətnaməsindən İddiaçı və cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən ayrı – ayrılıqda verilmiş apellyasiya şikayətlərinə аçıq məhkəmə iclаsındа bаxаrаq İşin halları

1. İddiaçı barədə olan 24 fevral 2023-cü il tarixdə imzalanmış Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, işçi işə 01 aprel 2018-ci il tarixdə başlamış, bu barədə onunla 30 mart 2018-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, əməyin ödənilməsi vaxtamuzd olmaqla aylıq əmək haqqı məbləği 1509,71 manat (əvvəlki 1126,65 manat) məbləğində müəyyən edilmişdir. Bildirişin çap edildiyi 01 mart 2023-cü il tarixdə müqavilənin statusunun xitam edilmiş olması görünür.

2. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının 28 fevral 2023-cü il tarixli 05 №-li əmrindən görünür ki, İddiaçı ilə bağlanmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

3. “X27 Azərbaycan” QSC tərəfindən verilmiş iddiaçıya məxsus hesabdan çıxarışın surətindən görünür ki, iddiaçının hesabına 30 yanvar 2023-cü il tarixdə 900 manat məbləğində maaş ödəməsi və sonuncu dəfə üçün isə 24 fevral 2023-cü il tarixdə 300 manat məbləğində maaş ödəməsi həyata keçirilmişdir.

4. İddiaçı müraciəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti tərəfindən ona ünvanlanmış cavab məktubunun surətindən görünür ki, iddiaçı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət 27 mart 2023-cü il tarixdə edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilmiş cavabda həmçinin göstərilmişdir ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının hüquqi ünvanına onlar tərəfindən sənədlərin göndərilməsi ilə bağlı məktub göndərilmiş, lakin sənədlər təqdim edilməmişdir. Həmçinin, X19 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim etdikləri 01 sentyabr 2022 – 27 mart 2023-cü il tarixlərini əhatə edən əmək haqqı bank hesabından çıxarışda müəssisə rəhbərliyi tərəfindən sonuncu ödənişin 24 fevral 2023-cü il tarixində ödənildiyi müəyyən edilmişdir. Lakin müəssisə rəhbərliyi tərəfindən iş vaxtının uçotu tabelləri, məzuniyyət haqlarının hesablanması və ödənilməsi və əmək haqqı cədvəlləri təqdim edilmədiyindən son haqq-hesabın hesablanıb ödənilməsinə münasibət bildirilməsi mümkün olmamışdır.

5. İddiaçı 03 iyul 2023-cü il tarixli müraciəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti tərəfindən ona ünvanlanmış cavab məktubunun surətindən görünür ki, müraciəti ilə əlaqədar məlumat verməsi, pozuntuların dəqiqləşdirilməsi və izahatın alınması məqsədi ilə DOST Mərkəzinə dəvət olunmağı barədə ünvanına məktub göndərilmiş, onunla telefon əlaqəsi saxlanılmış, lakin o getməmiş və əmək haqqı bank hesabından çıxarışı araşdırmaya təqdim etməmişdir. Əmək hüquqlarının pozulması ilə əlaqədar "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının hüquqi ünvanına 06 iyul 2023-cü il tarixli məktub göndərilmiş və ona aid olan sənədlərin təqdim edilməsi tələb olunmuş, lakin poçt xidməti tərəfindən F-20 formalı qəbzdə “köçüb” qeydi ilə məktub geri qaytarılmışdır.

6. Abşeron RPİ-nin İŞ-nin 18 mart 2023-cü il tarixli qərarından görünür ki, ünvan 1 ünvanında yerləşən şirkətin direktoru X8 xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nə ərizə ilə müraciət edərək "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının əvvəlki qanuni təmsilçisi X3 və şirkətin digər işçilərinin onlara olan etibarından sui-istifadə edərək filiala məxsus daşınar əmlakları və malları qanunsuz olaraq ələ keçirtdiklərini bildirməsi üzrə materiallar nəzərdən keçirilərək, cinayət işinin başlanması rədd edilmişdir.

7. Yasamal RPİ-nin 26-cı PB-nin 11 mart 2023-cü il tarixli qərarından görünür ki, 01 mart 2023-cü il tarixdə saat 12-24 radələrində TR vət. X11 Azərbaycan Respublikası DİNnin 102 xidməti-zəng mərkəzi sisteminə 28 fevral 2023-cü il tarixdə ona məxsus Azinfo şirkətinə aid Şkoda markalı **-PV-*** və Hundai markalı 77-AL165 dövlət qeydiyyat nişanlı avtomaşınların şirkət işçilərinin işdən azad olunmalarına baxmayaraq avtomaşınları təhvil verməyərək etibarnaməsi olmadan idarə etmələri barədə olan müraciəti üzrə təhqiqat materialları ilə bağlı cinayət işinin başlanması rədd edilmişdir.

8. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının 26 fevral 2023-cü il tarixli, 204/M №-li əmrinin (əmri direktor Pərviz Əliniyazzadə imzalamışdır) surətindən görünür ki, digər əməkdaşlarla yanaşı İddiaçı 2022-ci təqvim ilində əmək funksiyalarını yüksək səviyyədə yerinə yetirdiyi üçün 2000 manat mükafat məbləği ilə mükafatlandırılmışdır. 01 mart 2023-cü il tarixdə sistemə daxil edilmiş Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, 05 saylı, 28 fevral 2023cü il tarixli əmr ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən – işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda - əsası ilə işəgötürən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə işçi İddiaçı arasında olan 30 mart 2018-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir.

9. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən İddiaçı ünvanlanmış 02 mart 2023-cü il tarixli pretenziya məktubundan görünür ki, ona 28 fevral 2023-cü il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işdən azad edilməsi, işlədiyi müddətdə əsassız olaraq şirkətdən əldə etdiyi 3292 manat 22 qəpik məbləğində pulu 5 gün müddəti ərzində qaytarması bildirilmişdir.

10. Bakı şəhəri Yasamal Rayon Prokurorluğu tərəfindən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktoru Yaşar Babataşa ünvanlanmış 26 fevral 2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı X1 və digər şəxslər tərəfindən 745135,63 manat məbləğində vəsaitin mənimsənilməsi barədə Yasamal rayon Prokurorluğuna daxil olmuş müraciəti üzrə araşdırma aparılır.

11. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş 04 mart 2023-cü il tarixli, 03 №-li qərardan görünür ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının keçmiş direktoru X4 tərəfindən 24 yanvar 2023-cü il tarixdən 28 fevral 2023-cü il tarixədək verilmiş bütün ezamiyyət, mükafat və əmək haqqının artırılması barədə əmrlərin etibarsız və qanunsuz hesab edilməsi, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının keçmiş direktoru X4 tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək saxta sənəd verməsi barədə hüquq-mühafizə orqanlarına müraciət edilməsi qərara alınmışdır.

12. HElektron ünvan 1 adlı hesab sahibinin 02 yanvar 2023-cü il tarixli elektron məktubundan görünür ki, 2022-ci ilin yekunları ilə bağlı İstanbulda keçiriləcək illik yığıncaqda iştirak edəcək bəzi əməkdaşların arvadlarının ərləri ilə birlikdə İstanbula səyahətinə və həmin şəxslərin də qonaqlanma xərclərinin şirkət tərəfindən ödənilməsinə razılıq verilmişdir.

13. Pərviz Əliniyazzadə və Elektron ünvan 2 adlı hesab sahiblərinin elektron poçt yazışmalarından görünür ki, Elektron ünvan 3 adlı elektron poçt sahibi 03 yanvar 2023-cü il tarixdə təyyarə biletləri üçün adların siyahısını həmin şəxslərə göndərmişdir.

14. HElektron ünvan 1 adlı hesab sahibinin 10 yanvar 2023-cü il tarixli məktubundan aydın olur ki,ezamiyyətdə iştirak şirkət əməkdaşlarından kənar şəxslərin təyyarə biletlərinin həmin əməkdaşların hesabına borc olaraq qeyd edilməsi nəzərə tutulmuşdur.

Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azinfo Dış Ticarət Anonim" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsinə dair 28 fevral 2023-cü il tarixli 05 saylı əmrin ləğv edilməsi, texnik müdir vəzifəsinə bərpa edilməsi, 28 fevral 2023-cü il tarixindən işə bərpa edilən günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, 2022-2023-cü iş ilinə görə istifadə edilməyən 31 gün müddətində əmək məzuniyyətinə görə ona 1164,35 manat kompensasiya ödənilməsi, 02 fevral 2023 - 07 fevral 2023-cü il tarixləri arasında Türkiyə Respublikasının İstanbul şəhərində ezamiyyətə görə 1854,77 manat ezamiyyə xərclərinin ödənilməsi, 2023-cü ilin fevral ayının əmək haqqı olaraq 1509,71 manat pul vəsaitinin İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir)

16. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında 30 mart 2018-ci il tarixində müddətsiz əmək müqaviləsi bağlanılmış, həmin tarixdə əmək müqaviləsinin bağlanılması ilə bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişi həmin elektron informasiya sistemində qeydiyyata alınmış və əmək müqaviləsi hüquqi qüvvəyə minmişdir. İddiaçı cavabdeh müəssisədə texnik müdir vəzifəsinə qəbul olunmuşdur. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 28 fevral 2023-cü il tarixində cavabdeh müəssisə tərəfindən heç bir əsas göstərilmədən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70/ç maddəsi ilə 05 saylı əmrlə xitam edilmişdir. Bu barədə işçi xəbərdar edilmədiyi üçün iddiaçı 01 mart 2023-cü il və 02 mart 2023-cü il tarixlərində də əmək müqaviləsi üzrə funksiyalarına da davam etmişdir. 02 mart 2023-cü il tarixində cavabdeh müəssisənin işçisi Türkiyə Respublikasının vətəndaşı Fırat Aktaş ona bildirmişdir ki, onun əmək müqaviləsinə xitam verilmişdir. Bildirmək istəyir ki, iddiaçı ilə cavabdeh müəssisə arasında imzalanmış olan əmək müqaviləsinə 28 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70/ç maddəsi ilə xitam verilməsinə dair 05 saylı əmrin surəti hal-hazırdakı dövrə qədər iddiaçıya təqdim olunmamışdır. 2023-ci ilin mart ayı tarixindən etibarən dəfələrcə şifahi və rəsmi qaydada poçt vasitəsi ilə müraciət edib iddiaçının işdən azad edilməsi barədə əmrin surətini, əmək kitabçasını və son haqq-hesabın ödənilməsi üçün müraciət etsə də, buna cavabdeh müəssisə tərəfindən məhəl qoyulmamışdır. Bundan sonra 27 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinə ərizə ilə müraciət edərək bu qanunsuzluqların aradan qaldırılması, iddiaçıya işdən çıxarma barədə əmrin surətini, əmək kitabçasının və son haqq hesabın verilmədiyi bildirilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Bakı şəhər İdarəsi tərəfindən verilən 27 aprel 2023-cü il tarixli cavab məktubunda edilən müraciətə Xidmətin Bakı şəhər idarəsində baxıldığını, cavabdeh müəssisənin faktiki və hüquqi ünvanına məktub göndərildiyini, lakin cavabdeh müəssisə tərəfindən tələb olunan sənədlərin təqdim edilmədiyi bildirilmişdir. Həmçinin, həmin məktubda iddiaçı tərəfindən təqdim edilən 01 sentyabr 2022-27 mart 2023-cü il tarixlərini əhatə edən əmək haqqı bank hesabı çıxarışında müəssisə rəhbərliyi tərəfindən ən son 24 fevral 2023-cü il tarixində ödəniş aparıldığı, lakin müəssisə rəhbərliyi tərəfindən iş vaxtının uçotu tabelləri, məzuniyyət haqqlarının hesablanması və ödənilməsi və əmək haqqı hesab cədvəlləri təqdim edilmədiyindən son haqq-hesabın hesablanıb ödənilməsinə münasibət bildirməyin mümkün olmadığı qeyd olunmuşdur. Həmçinin, həmin məktubda Xidmət tərəfindən aparılan araşdırmalar zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi “Əmək və məşğulluq” altsisteminə baxış keçirilərkən iddiaçı ilə cavabdeh müəssisə arasında 01 aprel 2018-ci il tarixində bağlanmış əmək müqaviləsinə dair bildirişin 28 fevral 2023-cü il tarixində X22 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verildiyi müəyyən edildiyi bildirilmişdir. Bundan başqa Xidmətin Bakı şəhər idarəsi tərəfindən verilən cavabda qeyd edilən sənədlərin tələb edilməsi məqsədi ilə yenidən cavabdeh müəssisəyə müraciət etməli olduqları bildirilmişdir. (27 aprel 2023-cü il tarixli cavab məktubu əlavə edilir) Bundan sonra yenidən 03 iyul 2023cü il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinə müraciət olunmuş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən 22 avqust 2023-cü il tarixində analoji cavabla müraciətə cavab verilmişdir (22 avqust 2023-cü il tarixli cavab məktubunun surəti əlavə olunur). İşdə olan materiallardan da göründüyü kimi iddiaçı tərəfindən şikayətin araşdırılması ilə bağlı dəfələrcə X15 müraciət edildiyi və gedildiyi halda, cavabdeh müəssisə tərəfindən bir dəfə də olsun X15 gəlinməmiş, sənədlərin verilməməsi və son haqq-hesabın ödənilməməsi ilə bağlı heç bir izahat verilməmişdir. Yəni hal-hazırdakı dövrə qədər iddiaçının işdən azad edilməsi ilə bağlı əmrinin surəti, əmək kitabçası və işçinin son haqq-hesabı cavabdeh müəssisədə qalmaqdadır. Bu gün X19 belə cavabdeh müəssisədən əmək kitabçasının, işdən azad edilmək barədə əmrin surətinin alınıb hüquqları pozulmuş işçiyə verilməsi ilə bağlı tədbir görə bilməməkdədir. Məlumat üçün bildirmək istəyir ki, X22 ərizə ilə Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının əvvəlki qanuni təmsilçisi X4 və şirkətin digər işçilərinin onlara olan etibarından suiistifadə edərək Filiala məxsus daşınar əmlaklar və malları qanunsuz olaraq ələ keçirtdiyini bildirmişdir. Abşeron RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru X14 tərəfindən X22 tərəfindən edilmiş müraciət əsasında toplanmış materiallara qiymət verilərək 18 mart 2023-cü il tarixində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir (qeyd edilən qərarın surəti ərizəyə əlavə edilir). Bundan başqa cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktoru X22 ərizə ilə Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə müraciət edərək şirkətin Azərbaycan Respublikasındakı Filialının əvvəlki direktoru X4 və şirkətin digər işçilərinin onlara olan etibarından sui-istifadə edərək filiala məxsus daşınmaz əmlakları və malları qanunsuz ələ keçirdiklərindən 17 fevral 2023-cü il tarixindən X2 Filialın direktoru vəzifəsindən azad etmiş və şirkətin fəaliyyətinin tam şəkildə araşdırılması üçün təftiş komissiyası yaratmış, buna baxmayaraq şirkətə məxsus avtomobilləri X4 və şirkətin texniki müdiri İddiaçı ələ keçirtmişdir. Qeyd edilən şikayət ərizəsinə əsasən şirkətə məxsus avtomobillərin qaytarılmasına kömək göstərilməsini və həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin baş təhqiqatçısı, polis mayoru X12 tərəfindən 11 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir (qeyd edilən qərarın surəti ərizəyə əlavə edilir). Cavabdeh müəssisə işdən azad edilmənin səbəbindən və şərtlərindən asılı olmayaraq bu sənədləri verməli, son haqq-hesabı işçinin hesabına ödəməlidir. Bildirmək istəyir ki, bu günə qədər əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar olaraq son haqqhesab iddiaçıya ödənilməmişdir. Həmçinin bildirmək istəyir ki, işçinin işdən çıxarılan günə qədər istifadə etmədiyi 31 gün əmək məzuniyyətinə görə ona 1164,35 manat kompensasiya da ödənilməmişdir. Həmçinin, İddiaçı işdən azad edildiyi gün 2023-cü ilin fevral ayının son günü idi. İddiaçıya 2023-cü ilin fevral ayının əmək haqqısı 1509,71 manat da bu günə qədər iddiaçıya ödənilməmişdir. Bundan başqa İddiaçı 02 fevral 2023-07 fevral 2023-cü il tarixləri arasında ümumilikdə 5 gün müddətində Türkiyə Respublikasında xidməti ezamiyyətdə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X13” 14 saylı qərarının tələblərinə əsasən də iddiaçıya xidməti ezamiyyətdə olduğu müddət ərzində və işdən azad olunduqdan sonra ezamiyyə xərcləri ödənilməmişdir. Bu da ümumlikdə 1854,77 manat təşkil etməkdədir. Məlumat üçün qeyd etmək istəyir ki, ezamiyyə xərcləri ilə bağlı ödəniləcək ezamiyyə xərcləri ilə bağlı işəgötürən tərəfindən tutulmalı olan sosial sığorta haqqları tutularaq dövlət büdcəsinə də ödənilmişdir. Bildirmək istəyir ki, İddiaçı işdən azad edilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin başqa tələbləri də kobud surətdə pozulmuşdur. Belə ki, şdən çıxarılma barədə əmrdə sadəcə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70/ç maddəsinə istinad olunmuş, sadəcə maddənin mətni elektron informasiya sistemində müəyyən edilən əmrdə qeyd olunmuşdur. Əmək Məcəlləsinin 72-ci maddəsində qeyd edilən hallardan hansı İddiaçı tərəfindən törədilmişdir ki, iddiaçının həmin maddə ilə əmək fəaliyyətinə xitam verilmişdir. Məlumat üçün bildirmək istəyir ki, İddiaçı əmək müqaviləsinə xitam verilməmişdən 2 gün əvvəl yəni 26 fevral 2023cü il tarixində cavabdeh “Azinfo Dış Ticarət Anonim" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 204/M saylı əmrlə 2022-ci il tarixində əmək funksiyalarını yüksək şəkildə yerinə yetirdiyinə görə 2000 manat məbləğində mükafatlandırılmışdır (bildirmək istəyir ki, qeyd edilən mükafat da bu günə qədər işçinin əmək haqqı hesabına köçürülməmişdir.) Həmçinin, qeydir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin tələblərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddənin tələblərindən də göründüyü kimi işçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70/ç maddəsi ilə əmək müqaviləsinə xitam verilməsi üçün işçi, əmək müqaviləsi üzrə öz öhdəliklərini pozması işəgötürənin hüquqla və ya qanunla qorunan mənafelərinə hər hansı bir ölçüdə ziyan vurmalıdır. O cümlədən, işçinin əmək müqaviləsinə 70-ci maddənin hər hansı bir bəndi ilə xitam verilməsi əsaslandırılmalıdır. Bildirmək istəyir ki, cavabdeh “Azinfo Dış Ticarət Anonim" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilərkən iddiaçının müqavilə üzrə hansı öhdəliklərini pozması və bu səbəbdən işəgötürən təşkilatın qanunla qorunan hansı mənafelərinə ziyan vurduğu əsaslandırılmamışdır. Hər nə qədər İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70/ç maddəsi ilə xitam verilsə də, cavabdeh “Azinfo Dış Ticarət Anonim" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən həmin işçinin izahatı alınmamışdır ki, bunun özü kobud qanun pozuntusu olmaqla yanaşı həmin əmrin də məhkəmə qaydasında ləğv edilməsi üçün hüquqi əsas təşkil edir. 18 dekabr 2023-cü il tarixində mediator X16 tərəfindən MŞB/18/20235- 01596 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmiş, həmin arayış iddiaçıya 18 dekabr 2023-cü il tarixində təqdim edilmişdir. Bu səbəbdən hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilmək üçün qanunvericilikdə nəzərdə tutulmuş bir aylıq müddət buraxılmamışdır. Yuxarıda qeyd edilənlər və qanunvericiliyin tələbləri “Azinfo Dış Ticarət Anonim" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70/ç maddəsi ilə xitam verilməsinə dair 05 saylı 28 fevral 2023-cü il tarixli əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı, o cümlədən istifadə edilməmiş məzuniyyətə görə ödəniləcək məzuniyyət haqqının, ezamiyyə xərclərinin və təyin edilmiş mükafat məbləğinin, 2023-cü ili fevral ayı üçün ödənilməyən əmək haqqının ödənilməklə İddiaçı cavabdeh “Azinfo Dış Ticarət Anonim" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında texnik müdir vəzifəsinə bərpa edilməsi üçün hüquqi əsas təşkil edir.

17. Cavabdehin iddia müddətinin tətbiq olunması barədə ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı və digər əməkdaşlar barədə prokurorluqda araşdırma aparılmaqdadır. Həmçinin iddia tələbində qeyd edilən ezamiyyə xərcləri bağlı bütün ödənişlər işəgötürən tərəfindən edilmişdir, hətta həmin ezamiyyədə iştirak edən işçilərin arvadlarının da bilet və digər xərcləri işəgötürən tərəfindən qarşılansa da, onlara bildirilmişdir ki, həmin məbləğlər işçilərə borc kimi yazılacaq və sonradan tutulmalar aparılacaq. Ona görə də İddiaçı işdən azad olunarkən onun arvadına görə yazılmış borc onun son haqq hesabından çıxılmışdır. İşəgötürən tərəfindən 28 fevral 2023-cü il tarixli 05 saylı əmr iddiaçıya 30 mart 2023-cü il tarixdə poçt vasitəsilə göndərilmişdir. Qeyd edir ki, iddia müddətinin keçməsi barədə tərəfindən verilən ərizə məhkəmə üçün iddiadan imtina edilməsinə dair qətnamə çıxarılmasına qeyd-şərtsiz əsas yaradır. Sonda o, iddia tələbinin qanunla müəyyən edilmiş iddia müddəti keçməklə verildiyi üçün həmin iddiadan imtina barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli 2(006)- 1375/2024 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin olunaraq, İddiaçı ilə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış 30 mart 2018-ci il tarixli, xxxxxxx000300 nömrəli əmək müqaviləsinə əsasən 2023-cü ilin fevral ayı üçün əmək haqqının ödənilməmiş hissəsinin, 01 yanvar 2023-cü il tarixdən 28 fevral 2023-cü il tarixədək İddiaçı istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə pul əvəzinin "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən İddiaçı ödənilməsi qət edilmişdir.

19. Qətnamə onunla əsaslandırılmışdır ki, iddia tələbinə beş hissədə - əmrin ləğvi və işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, istifadə edilməmiş əmək məzuniyyəti üçün haqqın ödənilməsi, ezamiyyə xərclərinin ödənilməsi, 2023-cü ilin fevral ayı üçün ödənilməmiş əmək haqqının ödənilməsi istiqamətində münasibət bildirilməlidir. Lakin qeyd edilməlidir ki, eyni zamanda, cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəməyə ərizə daxil olduğundan iddia tələblərinə həmin ərizə ilə paralel şəkildə münasibət bildirilməsi zəruridir. Məhkəmə nəzərə çatdırır ki, aparılmış araşdırma zamanı İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad edilməsi ilə bağlı qanunvericiliyin tələblərinin gözlənilməsi işəgötürən tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə araşdırması zamanı İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad edilməsinin qanunun tələblərinə riayət edilməklə icrası öz təsdiqini tapmamışdır. Bu baxımdan məhkəmə iddianın bu hissədə əsaslı olmasını nəzərə alır. Lakin cavabdeh tərəfindən bütövlükdə iddia tələbinə münasibətdə iddia müddətinin tətbiq edilməsinə dair ərizə verildiyindən məhkəmə iddia müddətinin tətbiq edilməklə tələbin rədd edilməsinin mümkünlüyünü iddia tələbinin hər bir hissəsinə münasibətdə araşdırır. Belə ki, iddia ərizəsinin “...İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 28 fevral 2023-cü il tarixində cavabdeh müəssisə tərəfindən heç bir əsas göstərilmədən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70/ç maddəsi ilə 05 saylı əmrlə işdən azad edilmişdir. Bu barədə işçi xəbərdar edilmədiyi üçün iddiaçı 01 mart 2023-cü il və 02 mart 2023-cü il tarixlərində də əmək müqaviləsi üzrə funksiyalarına da davam etmişdir. 02 mart 2023-cü il tarixində cavabdeh müəssisənin işçisi Türkiyə Respublikasının vətəndaşı Fırat Aktaş ona bildirmişdir ki, onun əmək müqaviləsinə xitam verilmişdir...” hissəsindən və məhkəmə iclasında tərəflərin verdikləri izahatlardan, habelə təqdim edilmiş digər sənədlərdən görünür ki, iddiaçının hüquqları pozulmaqla verildiyini iddia etdiyi əmrlə bağlı 02 mart 2023-cü il tarixində məlumatı olmuşdur. Beləliklə, iddiaçı tələbin “əmrin ləğvi və işə bərpa” hissəsi ilə bağlı qanunvericilikdə məhkəməyə müraciət üçün nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür. Məhkəmə işin faktiki hallarından və rəsmi yazışmalardan müəyyən etmişdir ki, iddiaçının həm iddia ərizəsində göstərdiyi kimi onun işdən azad edilməsindən artıq 2023-cü ilin mart ayından etibarən məlumatı olmuşdur, həmçinin işəgötürən tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda ona işdən azad edilməsi barədə məlumat verilmişdir, qeyd edilən məktubun poçt qəbzində xx.xx.2023-cü il tarixi qeyd edilmişdir. Həmçinin İddiaçı X19 Xidmətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli müraciətinə də orqan tərəfindən xx.xx.2023cü il tarixdə cavab verilərkən onunla olan əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilməsi bildirilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə işdən azad edilməsi barədə özünün deməsinə görə xx.xx.2023-cü il tarixdən etibarən xəbərdar olmasına baxmayaraq, məhkəməyə işə bərpa tələbi ilə xx.xx.2024-cü il tarixdə müraciət etməsinin üzrlü səbəblərinə dair sübut təqdim etməmişdir. Odur ki, işəgötürən tərəfindən qəbul edilmiş işdən çıxarma barədə əmrin ləğvi və işə bərpa tələbinə münasibətdə iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir.Tələbin “məcburi işburaxmaya görə kompensasiyanın ödənilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tələbin “işə bərpa” ilə bağlı olan hissəsində iddia təmin edilə bilmədiyindən, yəni işçiyə münasibətdə məcburi iş buraxma müddəti tanınmadığından və bu hissədə iddiaçının tələbi əmrin ləğvi və işə bərpa ilə bilavasitə bağlı olduğundan təmin edilə bilməz. Tələbin “ezamiyyə haqqının ödənilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan sənədlərdən, xüsusilə də, bu barədə olan elektron poçt yazışmalarından edilmiş çıxarışlardan görünür ki, iddiaçının xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasında Türkiyə Respublikasının İstanbul şəhərinə ezam edilməsi ilə əlaqədar işəgötürən tərəfindən onun bütün mümkün xərcləri – nəqliyyat, mehmanxana, qidalanma və s. ödənilmişdir. Bu faktı, həmçinin, məhkəmə iclası zamanı iddiaçının özü də təsdiqləyərək bildirmişdir ki, onun ezamiyyə xərcləri tam şəkildə işəgötürən tərəfindən qarşılanmışdır. Yəni iddiaçı özü işçi kimi nəqliyyat, mehmanxana və qidalanma üçün xərc çəkməmişdir. Aydın olur ki, işçinin ezamiyyətdə olduğu müddətdə əmək haqqı saxlanması nəzərə alınmaqla, ezamiyyə zamanı işçi hər hansı xərc çəkmədiyindən və bütün xərclər isə işəgötürən tərəfindən qarşılandığından bu hissədə iddia təmin edilə bilməz. Tələbin “ödənilməmiş əmək haqqının ödənilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əmək müqaviləsi ilə bağlı elektron sistemdən 2023-cü ilin fevral ayına olan çıxarışa əsasən, iddiaçının aylıq əmək haqqının 1509,71 manat təşkil etməsinə baxmayaraq, “X27 Azərbaycan” QSC tərəfindən verilmiş iddiaçının kart hesabından çıxarışın surətindən görünür ki, iddiaçıya sonuncu dəfə xx.xx.2023-cü il tarixə cəmi 300 manat məbləğində maaş ödənişi edilmişdir. Bu səbəbdən qeyd edilən təqvim ayına münasibətdə iddiaçıya ödənilməmiş qalan əmək haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Tələbin “istifadə edilməmiş əmək məzuniyyəti üçün haqqın ödənilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə yalnız xx.xx.2023-cü il tarixdən işçinin işdən azad olunduğu xx.xx.2023-cü il tarix aralığına münasibətdə məsələyə qiymət verilməsini mümkün hesab edir, o baxımdan ki, son haqq-hesabın ödənilməsi tələbi ilə bağlı qanunvericinin müəyyən etdiyi iddia müddəti 1 il təşkil edir və cavabdeh tərəfindən bütövlükdə iddia tələbinə münasibətdə iddia müddətinin tətbiqi ilə bağlı ərizə verildiyindən, məhkəmə xx.xx.2023-cü il tarixdən daha əvvəlki dövr üçün istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə pul tutulmasını mümkün hesab etmir. Qeyd edilməlidir ki, təqvim ilinin başladığı xx.xx.2023-cü il tarixdən əmək müqaviləsinə xitam verildiyi xx.xx.2023-cü il tarixədək iddiaçı ödənişli əmək məzuniyyətinə çıxa bilərdi. Beləliklə, qeyd edilən təqvim ili üçün onun istifadə edilməmiş ödənişli əmək məzuniyyəti günləri mövcud olmuşdur ki, bu da qanunvericilikdə nəzərdə tutulmuş ödənilməsi lazım olan son haqqhesab anlayışına daxildir. Bu səbəbdən iddiaçıya xx.xx.2023-cü il-xx.xx.2023-cü il tarixləri üçün istifadə edilməmiş əmək məzuniyyət günlərinə görə haqqın ödənilməsi hissəsində iddia təmin edilməli, bu hissədə ödənişlərin hesablanaraq iddiaçıya ödənilməsi müəssisənin mühasibatlıqla məşğul olan müvafiq struktur bölməsinə tapşırılmalıdır. Beləliklə aparılmış araşdırma ilə məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 10, 70, 71, 83, 172, 195, 196, 290, 296, 300-cü, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 35.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 375, 377.1, 379.1, 379.1.6, 379.4-1-ci, 380-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarın, Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının xx.xx.2012 -ci il tarixli qərarı ilə təsdiq edilmiş “X10”nın 5ci bəndinin 3-cü hissəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

21. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməklə iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, AR Əmək Məcəlləsinin 296.3cü maddəsinin tələblərinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maraqlı olan hal budur ki, birinci instansiya məhkəməsi maddi hüquq norması qismində AR Əmək Məcəlləsinin 296.2, 296.4, 296.7-ci maddəsinin tələblərinə istinad etmişdir. Ancaq həmin maddənin 3-cü bəndinə istinad etməmiş, həmin maddənin tələblərini görməzlikdən gəlmişdir. Halbuki, istər iddia tələbi məhkəmədə irəli sürülən dövrə qədər, istərsə də iddia tələbi ilə bağlı məsələ Bakı şəhəri Nəsimi rayon məhkəməsində araşdırılarkən cavabdeh tərəfindən nə əmrin surəti, nə əmək kitabçasının əsli təqdim edildi, nə də son haqq-hesab iddiaçı (işçi) İddiaçı hesabına ödənildi. Nəsimi rayon məhkəməsinin qətnaməsində iddia tələbi işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbi ilə bağlı aşağıdakılar qeyd edilmişdir: “Məhkəmə nəzərə çatdırır ki, aparılmış araşdırma zamanı İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad edilməsi ilə bağlı qanunvericiliyin tələblərinin gözlənilməsi işə götürən tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə araşdırması zamanı İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad edilməsinin qanunun tələblərinə riayət edilməklə icrası öz təsdiqini tapmamışdır. Bu baxımdan məhkəmə iddianın bu hissədə əsaslı olmasını nəzərə alır. Lakin cavabdeh tərəfindən bütövlükdə iddia tələbinə münasibətdə iddia müddətinin tətbiq edilməsinə dair ərizə verildiyindən məhkəmə iddia müddətinin tətbiq edilməklə tələbin rədd edilməsinin mümkünlüyünü iddia tələbinin hər bir hissəsinə münasibətdə araşdırır.” Hesab edirik ki, birinci instansiya məhkəməsi iddia müddəti ilə bağlı məsələni tətbiq edərkən düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Bildirmək istəyirik ki, tərəfimizdən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinə müraciət etdikdən və ona yazılı cavab verildikdən sonra işdən hansı maddə ilə azad edildiyini bilmişdir. Hətta məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş olan X19 Xidməti belə qeyd edilən sənədlərin alıbnıb iddiaçıya verilməsi üçün heç bir əməli tədbir görə bilməmişdir. Hüququn pozulmasının akar edildiyi gün məsələsi ilə bağlı bildirmək istəyirik ki, AR Əmək Məcəlləsini 296.3-cümaddəsinin yanaşmasından da göründüyü kimi aşkar edilmə işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi tarixdən hesablanır. Əgər işçiyə hər hansı bir əmr verilmirsə, işçiyə oniun işdən azad edilmə barədə əmək kitabçasının əsli təqdim edilmirsə, o zaman işçi hüququnun pozulduğunu, hansı hüquqi əsalandırma ilə işdən azad edildiyini necə biləcək? Qeyd edilən hal işə göürən tərəfindən sui-istifadə edilə bilıən bir haldır. Belə ki, işçini istənilən bir səbəblə (o cümlədən AR Əmək Məcəlləsini70/ç maddəsi ilə) işdən azad edən işəgötürən işçiyə düzgün olmayan bir məlumat verməklə bir aylıq müddətin rahat keçməsinə şərait yarada bilər və işçinin də beləliklə hüququnun pozulduğunu gec öyrənməsinə və məhkəməyə vaxtında müraciət etməməsinə səbəb ola bilər ki, bunun özü də iddia müddətinin ötürülməsinə səbəb olan hal kimi tövsif etmək mümkündür. Əgər iddia müddətinin ötürülməsi ilə bağlı yanaşma məhz Nəsimi rayon məhkəməsinin bu qətnaməsi ilə müəyyən edilən kimidirsə, o zaman 296.3-cü maddəsinin tələbləri öz əhəmiyyətini itirmiş hesab edilir və bundan sonra qeyd edilən maddəyə istinad edilməsinin də bir mənası qalmır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməliəmək haqqı və digər ödəmələr) ilə birlikdəsonuncu iş günü işçiyə verilməlidir. İşdə olanmateriallardan da göründüyü kimi cavabdehin o dövrdə olan direktoru X22 tərəfindən verilmiş olan əmrin surəti, əmək kitabçasının əsli İddiaçı təqdim edilməmiş, işdən çıxdığı günədək ödənilməli olan son haqq hesab ona ödənilməmişdir. Məhz Nəsimi rayon məhkəməsində iddia tələbi iddiaçıya son haqq-hesabın ödənilməsinə dair hissədə təmin edilmişdir. Maraqlı olan haldır ki, sənədlər cavabdeh müəssisədən dəfərlərcə istənilsə də hər dəfə müxtəlif bəhanələrlə həmin sənədləri təqdim etməkdən imtina etmişlər və Nəsimi rayon məhkəməsinin hakimi VüsaləMusayeva bu xüsusatı öz qətnaməsində bir dəfə də olsun belə qeyd etmək istəməmişdir. Bu da həmin hakimin işi necə də “obyektiv və hərtərəfli” araşdırdığına əyani sübut təşkil edir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi İddiaçı əmək müqaviləsinə xitam verildikdən sonra ona əmək müqaviləsinə xitam verilməsi ilə bağlı son haqq hesab ödənilməmişdir. Bu isə birbaşa 192.4-cü maddəsinin tələblərinə uyğun gəlməkdədir. Həmçinin birinci instansiya məhkəməsi hər nə qədər iddia müddətinin ötürülməsi səbəbindən iddia tələbini rədd etsə də öz qətnaməsində əmək müqaviləsinə AR Əmək Müəcəlləsinin 70/ç maddəsi ilə xitam verilərkən əmək qanunvericiliyinin riayət edilmədiyini və iddianın bu hissədə əsaslı olmasını nəzərə aldığını qeyd etmişdir. Bu isə birbaşa AR inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələblərinin kobud şəkildə pozulmasına əyani sübut təşkil edir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən verilmiş heç bir əsası olmayan 04 mart 2024cü il tarixli, 03 saylı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının keçmiş direktoru X4 tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək verilmiş bütün ezamiyyət, mükafat və əmək haqqının artırılması barədə əmrlərin etibarsız və qanunsuz hesab edilməsi barədə əmrə sübut kimi qiymət vermişdir. Məhkəmə bu əmrin verilmə tarixini 04 mart 2023 olaraq qeyd etmişdir. Halbuki bu əmr 04 mart 2024-cü il tarixində mülki iş Nəsimi rayon məhkəməsinin hakimi Vüsalə Musayevanın icraatında olarkən verilmişdir. Bu isə onu deməyə əsas verir ki, bu əmr mübahisə edilən əmrin verilməsindən tam 1 il 5 gün sonra – iş məhkəmədə olarkən verilmişdir. Ancaq məhkəmənin yanaşmasından isə belə anlaşılır ki, Filialın əvvəlki direktoru, digər işçilər və o cümlədən iddiaçı işdən azad edildikdən 4 gün sonra belə bir əmr verilərək daha əvvəlcədən verilmiş bütün əmrləri etibarsız hesab edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsində məhkəmə qeyd etmişdir ki, “Məhkəmə işin faktiki hallarından və rəsmi yazışmalardan müəyyən etmişdir ki, iddiaçının həm iddia ərizəsində göstərdiyi kimi onun işdən azad edilməsindən artıq 2023-cü ilin mart ayından etibarən məlumatı olmuşdur, həmçinin işəgötürən tərəfindən məhkəməyə təqdimedilmiş İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda ona işdən azad edilməsi barədə məlumat verilmişdir, qeyd edilən məktubun poçt qəbzində xx.xx.2023-cü il tarixi qeyd edilmişdir.” (bax qətnamə 13-cü səhifə 1-ci paraqraf) Bildirmək istəyirik ki, cavabdeh müəssisə tərəfindən iddiaçıya hər hansı bir bildiriş və ya məktub göndərilməmişdir. Məhkəmənin öz qətnaməsində bildiriş və ya məktubun 30 mart 2023-cü il tarixində iddiaçıya göndərilməsinə dair qeyd edilənlər həqiqəti əks etdirmir. Belə ki, qeyd edilən qəbzin “Azərpoçt” üzərindən göndərilməsinə dair araşdırma aparılan zaman belə bir qəbzin mövcud olmadığı müəyyən edilmişdir. Bu səbəbdən hesab edirik ki, məhkəmənin öz qətnaməsində gəlmiş olduğu bu nəticənin də heç bir hüquqi əsası yoxdur. Bundan başqa məhkəmə qətnaməsinin 14-cü səhifəsində qeyd edilmişdir ki, “Tələbin“istifadə edilməmiş əmək məzuniyyəti üçün haqqın ödənilməsi” hissəsi ilə bağlı məhkəmə yalnız xx.xx.2023- cü il tarixdən işçinin işdən azad olunduğu xx.xx.2023-cü il tarix aralığına münasibətdə məsələyə qiymət verilməsini mümkün hesab edir, o baxımdan ki, son haqq-hesabın ödənilməsi tələbi ilə bağlı qanunvericinin müəyyən etdiyi iddia müddəti 1 il təşkil edir və cavabdeh tərəfindən bütövlükdə iddia tələbinə münasibətdə iddia müddətinin tətbiqi ilə bağlı ərizə verildiyindən, məhkəmə xx.xx.2023-cü il tarixdən daha əvvəlki dövr üçün istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə pul tutulmasını mümkün hesab etmir. Qeyd edilməlidir ki, təqvim ilinin başladığı xx.xx.2023-cü il tarixdən əmək müqaviləsinə xitam verildiyi xx.xx.2023-cü il tarixədək iddiaçı ödənişli əmək məzuniyyətinə çıxa bilərdi. Beləliklə, qeydedilən təqvim ili üçün onun istifadə edilməmiş ödənişli əmək məzuniyyəti günləri mövcud olmuşdur ki, bu da qanunvericilikdə nəzərdə tutulmuş ödənilməsi lazımolan son haqq-hesab anlayışına daxildir. Bu səbəbdən iddiaçıya xx.xx.2023-cü il-xx.xx.2023-cü il tarixləri üçün istifadə edilməmiş əmək məzuniyyət günlərinə görə haqqın ödənilməsi hissəsində iddia təmin edilməli, bu hissədə ödənişlərin hesablanaraq iddiaçıya ödənilməsi müəssisənin mühasibatlıqla məşğul olanmüvafiq struktur bölməsinə tapşırılmalıdır.” Maraqlı olan haldır ki, birinci instansiya məhkəməsi istifadə edilməmiş əmək məzuniyyətinə görə hansı əsaslarla məhz 01 yanvar 2023-cü il tarixindən 28 fevral 2023-cü il tarixinə qədər olan dövr üçün əmək məzuniyyəti üçün ödəniş ola biləcəyini, ondan əvvəlki dövr üçün istifadə edilməmiş əmək məzuniyyətinin ödənilə bilməyəcəyini qeyd etmişdir. Hər nə qədər cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsinə dair ərizə versə də, həmin tələb qanunsuz əmrin ləğv edilməsi ilə bağlı məhkəmədə irəli sürülən iddia tələbi ilə bağlı nəzərə alına bilərdi. Anacaq pul tələbi ilə qanunvericilikdə nəzərdə tutulan bir illik iddia müddətini bu məsələyə tətbiq etməyin heç bir hüquqi əsası yox idi. İşdə olan mateiallardan da göründüyü kimi iddiaçı 01 aprel 2018-ci iltarixindən etibarən cavabdeh müəssisədə işləmişdir. Əmək məzuniyyəti verilərkən və ya hesablanarkən əsas alınan meyar iş ilidir. Yəni işçiyə əmək məzuniyyəti təqvim ilinə görə yox, iş ilinə görə verilməkdədir. İşçinin işə qəbul edildiyi tarixə və iddia tələbinə baxıldığında isə görülməkdədir ki, tələb 01aprel 2022 - 01 aprel 2023-cü iş ilinə görədir və bu iş ili tamam olmadan işçinin əmək müqaviləsinə xitam verilmişdir. Bu səbəbdən iddia müddətini tətbiq edən məhkəmə iddiaçının 01 yanvar 2023-cü iltarixdən əvvəl istifadə edilməmiş əmək məzuniyyətinə görə ödəniş tələb edə bilməyəcəyinə dair gəlmiş olduğu qənaətin heç bir hüquqi əsası yoxdur.

23. Cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı apellyasiya şikayəti verərək iddianın təmin olunduğu hissələrdə qətnamənin ləğv olunaraq həmin hissələrdə də iddianın rədd olunmasını xahiş etmişdir.

24. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışdan müəyyən olunur ki, ona 2022-ci ilin mart ayından 2023- ci ilin mart ayınadək cavabdeh tərəfindən əmək haqqı məbləği və istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə pul əvəzi tam şəkildə ödənilmişdir, hətta cavabdeh tərəfindən ona artıq ödənişlər də olunmuşdur. Lakin qeyd olunanlara baxmayaraq məhkəmə tərəfindən iddia tələbinin qismən təmin olunması barədə qətnamə çıxarılmışdır. Qeyd olunur ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə qətnaməsinin qismən təmin edilmiş hissəsi isə sübutlarla deyil, yalnız ehtimal və fərziyyələrlə əsaslandırılmışdır. Halbuki, həmin hissəilə bağlı xüsusi bilik tələb edən sualları izah etmək zərurəti yarandığından məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir. Belə ki, iddiaçının "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında işlədiyi hər ay üçün müəyyən edilmiş əmək haqqı məbləğinin nə qədər təşkil etdiyi, iddiaçıya 2022-ci ilin mart ayından 2023-cü ilin mart ayınadək "xxxx" Şirkəti tərəfindən nə qədər ödəniş olunduğu, iddiaçıya 2022-ci ilin mart ayından 2023-cü ilin mart ayınadək "xxxx" Şirkəti tərəfindən əmək haqqı məbləğindən əlavə nə qədər ödəniş olunduğu, iddiaçıya ümumiyyətlə istədiyi müddət üçün məzuniyyət pulu ödənilib-ödənilməməsi kimi hallar araşdırılmamışdır. Bundan əlavə, ümumiyyətlə iddiaçının heç özü də bilmir məhkəmədən nə istəyir və irəli sürdüyü tələblər qeyrimüəyyəndir və bir-biri ilə ziddiyyət təşkil edir. İddiaçı bir tərəfdən işə bərpa olunmasını, digər tərəfdən isə işdən çıxarılmasını qəbul edərək son haqq hesab ödənilməsini tələb edir. Beləliklə, yuxarıda qeyd etdiyi hallardan, əsaslardan, dəlil və sübutlardan, qanunvericilik normalarından görünür ki, birinci instansiya məhkəməsinin qeyd edilən mülki iş üzrə qəbul etdiyi qətnamə əsassızdır, mülki və prosessual qanunvericiliyin tələblərini pozmaqla və düzgün tətbiq etməməklə qəbul edilmişdir, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bir sıra faktiki hallar aydınlaşdırılmamış, aydınlaşdırılmış faktiki hallarla bağlı düzgün hüquqi qiymətləndirilmə aparılmamış, iş üzrə düzgün nəticələrə gəlinməmişdir və МРМ-nin 385-ci maddəsinə əsasən məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yaranmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayətlərinə etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

26. İddiaçı, onun nümayəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=2866291Vəkil apellyasiya şikayətini uyğun izah verərək onun təmin ediləsini məhkəmədən xahiş etdi.

27. Cavabdehin nümayəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=2866291Nümayəndə apellyasiya şikayəti ilə razı olmadığını bildirərək şikayətin təmin olunmamasını xahiş etmişdir.

28. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 3.4-1. Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əmək haqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Maddə 10. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək işçinin əsas vəzifələri hesab olunur Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər Maddə 195. İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır: d) işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə; Maddə 196.1. Bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfındən aşkar edilərək müəyyən olunduqda, habelə müvafıq səlahiyyətli vəzifəli şəxsin (orqanın) müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafıq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. Maddə 290.1. Fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər

30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır Maddə 375. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir Maddə 379.1. İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: Maddə 379.1.6. Tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə. Maddə 379.4-1. Tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır.

31. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı: “İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.”

32. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının xx.xx.2012 -ci il tarixli qərarı ilə təsdiq edilmiş “X10”nın 5-ci bəndinin 3-cü hissəsinə əsasən ezamiyyə xərclərinin 1 günlük normasına - gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlərlə bağlı xərclər daxildir. Həmin qaydaların 6-cı bəndinə əsasən işçi ezamiyyətdən qayıtdıqdan sonra ezamiyyət ilə əlaqədar xərclədiyi vəsaitlərin məbləği haqqında avans hesabatını 3 gün ərzində təqdim etməlidir.

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

34. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti ilə iddianın rədd olunduğu, cavabdehin apellyasiya şikayəti ilə təmin olunan hissələrində mübahisələndirildiyindən qətnamə apellyasiya şikayətlərinin dəlilləri üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

36. İddiaçının apellyasiya şikayətində mübahisələndirilən əsas xüsusat ondan ibarətdir ki, iddia müddətinin ötürülməsi və ilə bağlı düzgün nəticəyə gəlinməmişdir. Bu hissədə hüquqi əsas kimi Əmək Məcəlləsinin 296.3-cü maddəsinə istinad olunaraq qeyd olunmuşdur ki, hüququn pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

37. Həmin normanın tələbinə əsasən hüququn pozulmasının aşkar edildiyi gün 2 əsasla müəyyən edilir: işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün.

38. Birinci instansiya məhkəməsi düzgün olaraq məhz 2-ci hala istinad olunmaqla qeyd etmişdir ki, iddiaçının hüquqları pozulmaqla verildiyini iddia etdiyi əmrlə bağlı 02 mart 2023-cü il tarixində məlumatı olmuşdur və bu xüsusat iddiaçının özünün də gətirdiyi arqumentlərlə təsdiqini tapır. Buna görə də məhkəmə kollegiyası iddia müddətinin ötürülməsi ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma və qiymətləndirmə ilə razılaşır.

39. Şikayətin digər əsası kimi ona istinad olunmuşdur ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən verilmiş heç bir əsası olmayan 04 mart 2024-cü il tarixli, 03 saylı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının keçmiş direktoru X4 tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək verilmiş bütün ezamiyyət, mükafat və əmək haqqının artırılması barədə əmrlərin etibarsız və qanunsuz hesab edilməsi barədə əmrə sübut kimi qiymət vermiş, əmrin verilmə tarixini 04 mart 2023 olaraq qeyd etmişdir, halbuki bu əmr 04 mart 2024-cü il tarixində - mülki iş Nəsimi rayon məhkəməsinin hakimi Vüsalə Musayevanın icraatında olarkən verilmişdir. Bu dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin əmr iddianın heç bir hissəsi ilə bağlı əhəmiyyət kəsb etmir, yəni, bu əmrin qətnamədə göstərilməsi iddianın heç bir hissəsi ilə bağlı məhkəmənin düzgün olmayan nəticəyə gəlməsinə əsas verməmişdir.

40. Digər bir dəlil kimi tələbin istifadə edilməmiş əmək məzuniyyəti üçün haqqın ödənilməsi hissəsi ilə bağlı məhkəmənin yalnız xx.xx.2023- cü il tarixdən işçinin işdən azad olunduğu xx.xx.2023-cü il tarix aralığına münasibətdə məsələyə qiymət verilməsinə istinad olunur. Bu hissədə də birinci instansiya məhkəməsi iddiaçı tərəfindən medasiyaya müraciət edildiyi və iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi vaxtı nəzərə alaraq iddianın qismən təmin olunması ilə bağlı düzgün nəticəyə gəlmişdir.

41. İddianın təmin edilməyən digər hissələrinə münasibətdə iddiaçının apellyasiya şikayətində hər hansı bir dəlil irəli sürülmədiyindən və birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirmə aparıldığından məhkəmə kollegiyası bu hissələrdə gəlinən nəticə ilə razılaşır və əlavə qiymətləndirmə aparılmasına zərurət görmür.

42. Cavabdehin apellyasiya şikayətinin dəlilini o təşkil edir ki, iddiaçıya 2022-ci ilin mart ayından 2023- ci ilin mart ayınadək cavabdeh tərəfindən əmək haqqı məbləği və istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə pul əvəzi tam şəkildə ödənilmişdir, hətta cavabdeh tərəfindən ona artıq ödənişlər də olunmuşdur, həmin hissə ilə bağlı xüsusi bilik tələb edən sualları izah etmək zərurəti yarandığından məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir.

43. Cavabdehin şikayətində qeyd olunan dəlillərin araşdırılması məqsədilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 avqust 2024-cü il tarixli, 2(103)- 3508/2024 nömrəli qərardadına əsasən məhkəmə - mühasibatlıq ekspertizası təyin olunmuş və ekspert qarşısında məhz cavabdeh tərəfindən təklif edilən suallar qoyulmuşdur. Lakin məhz cavabdeh tərəfindən zəruri sənədlər ekspertə təqdim olunmadığından rəyin verilməsindən imtina edilmişdir.

44. MPM-nin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhz bu normanın tələbinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdeh tərəfindən zəruri tədqiqat predmetləri ekspertə təqdim olunmadığından şikayətdə irəli sürülən dəlilin araşdırılması mümkün olmamışdır və buna görə də cavabdehin apellyasiya şikayətində irəli sürülmüş dəlillər qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

45. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətlərinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir.

46. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli 2(006)- 1375/2024 nömrəli qətnaməsindən İddiaçı və cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən ayrı – ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli 2(006)- 1375/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar