Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2231/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(007)-2391/2020 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin Binəqədi filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli İK № 719/1-15 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-yə olan 9,942.23 (doqquz min doqquz yüz qırx iki ABŞ dolları, iyirmi üç sent) ABŞ dolları əsas, 1,889.61 (min səkkiz yüz səksən doqquz ABŞ dolları, altmış bir sent) ABŞ dolları faiz borcu, 1,777.17 (min yeddi yüz yetmiş yeddi Abş dolları, on yeddi sent )ABŞ dolları olmaqla, cəmi 13,609.01 (on üç min altı yüz doqquz ABŞ dolları, bir sent) ABŞ dolları və iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat dövlət rüsumunun tutulması, borcun ipoteka qoyulmuş, Cavabdeh məxsus olan “X1”, Ban 1C4RJFCG3EC241900, buraxılış ili 2013-cü il, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakların satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti borcun ödənilməsinə kifayət etmədikdə qalan hissənin cavabdehə məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı eyni zamanda iddianın təmin tədbiri barədə ərizə verərək Cavabdeh məxsus olan “X1” markalı (Ban 1C4RjFCG3EC241900, buraxılış ili 2013 olan) ** SO *** dövlət qeydiyyaat nişanlı avtomobilin üzərinə həbs qoyularaq cavabdehə və 3-cü şəxslərə istismarının qadağan edilməsi və İddiaçı ASC-yə məxsus cərimə meydançasında saxlanmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2391/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə iddianın təmin olunması barədə ərizə qismən təmin olunmuş, Cavabdeh məxsus olan X1 markalı (Ban 1C4RjFCG3EC241900, buraxılış ili 2013 olan) ** SO *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularaq onun istismarı cavabdehə və 3-cü şəxslərə qadağan edilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə həmin qərardadda yol verilmiş yanlışlıq aradan qaldırılmış və avtomobilin dövlət qeydiyyat nişanının ** OA *** olması müəyyən olunmuşdur. Cavabdeh şikayət verərək xx.xx.2020-ci il tarixli qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)-2391/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddiaçı restruktrizasiya göstərişinə əməl etmədi. Səbəb isə avtomobilin həbsdə olması idi. Lakin iddiaçı restruktrizasiya göstərişçinə əməl etmədi, işi qəsdən uzadıb 2019-cu ilin dekabr ayında məhkəməyə müraciət etdilər. Bu qədər müddətdir maşınsız qalmışdır. O, borcdan qaçmır, lakin hər şey qanun çərçivəsində olmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 bildirdi ki, qərardad işi mahiyyəti üzrə həll etmir. Maşından istifadə olunduqda kilometrajı düşür. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı(bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi kimi tədbirlər görülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2018-ci il tarixli qərarında qeyd olunru ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin tədbirinin tətbiqinə dair ərizəni təmin edərkən tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Çünki, iddianın məzmunundan da görünür ki, iddiaçı cavabdehdən kredit borcunu və tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsini tələb edir. Apellyasiya instansiyası məhkəməsi, xüsusilə vurğulayır ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşısa və işi qabaqcadan mahiyyəti üzrə həll etməsə də, iddia tələbinin məzmununa və həddinə uyğun olmalıdır. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək etmək hüququ vardır. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(007)- 2391/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(007)-2391/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2231/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2231/2021
15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver