Məhkəmə qərarları › İş №2(103)-2235/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2235/2025

11.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2235/2025 11.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ləyaqətsiz vərəsə hesab olunma barədə” iddiasına dair mülki iş üzrə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli 2(002)-214/2025 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdehlər – iddiaçının arvadı və övladları ləyaqətsiz vərəsə hesab olunsun. Qaradağ Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin olunmasın. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Apellyasiya şikayəti xx.xx.2025-ci ildə verilib. Bundan 1 ay 18 gün sonra – xx.xx.2025ci ildə iddiaçı ölüb. AR Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə görə, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir. Mübahisəli hüquq münasibəti hüquq varisliyinə yol vermir. Odur ki, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)-214/2025 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ləyaqətsiz vərəsə hesab olunma barədə” iddiasına dair iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar