Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2243/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququ olmayan şəxs hesab edilməsi və qeydiyyatdan çıxarılma tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-4135/2020 saylı qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında istifadə hüququ olmayan şəxslər hesab edilməsi və çıxarılmış qətnamənin cavabdehlərin həmin ünvandan qeydiyyatdan çıxarılması üçün əsəs olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020- ci il tarixli, 2(004)- 4135/2020 nömrəli qərardadı ilə mülki işin icraatına xitam verilmişdir. İddiaçı şikayət verərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-4135/2020 nömrəli qərardadının ləğv edilməsini, işin baxılmasının davam edilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)- 4135/2020 saylı qərardadı ilə şikayət geri qaytarılmışdır. İddiaçı şikayət verərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-4135/2020 saylı qərardadın ləğv edilməsini, şikayətinin qəbul edilməsini, məhkəmə müddətin buraxılmasını əsas tutarsa buraxılmış müddətin üzürlü səbəblərə görə uzadılmasını, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)- 4135/2020 nömrəli qərardadının ləğv edilməsini, işin baxılmasına davam edilməsini və iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı həmin vaxt oğlunun yanında digər ünvanda yaşamış və həmin qərardadı zərfin içində xx.xx.2020-ci il tarixdə öz mənzilin qapısına qoyulmuş vəziyyətdə almışdır. Həmin gün vəkilə telefonla SMS-lə şəklini qöndərmişdir. Vəkili isə xx.xx.2020-ci il tarixdə həmin qərardaddan şikayəti poçt vasitəsilə məhkəməyə göndərmişdir. Məhkəmə isə həmin şikayəti müddətin ötürülməsi və vəkilin yanında məhkəmə iclasında birinci qərardadı elan etdiyinə qörə qaytarmışdır. Qərardad xx.xx.2020-ci il tarixdə almış və şikayəti xx.xx.2020-ci ildə vermişdir. Nə o, nə də onun vəkili birinci qərardadın alınması ilə bağlı heç yerdə imza etməmişlər. Vəkilin yanında qərardadın elan olunması da əsassızdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-4135/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya baxışı zamanı iddiaçının təmsilçisi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdehlər hər biri ayrı-ayrılıqda şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (128.1). Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir (128.2). Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (130.1). Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır (130.3). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (133.1). Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır (133.2). Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) (133.3). İş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-4135/2020 nömrəli qərardadından şikayət verilərkən, iddiaçı tərəfindən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa olunmasına dair ərizə ilə məhkəməyə müraciət edilməmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-4135/2020 saylı qərardadından verilmiş şikayətdə buraxılmış müddətin bərpasına dair mövqeyi hər hansı bir müddəa ilə əsaslandırılmamışdır. Ona görə şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-4135/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2243/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2243/2021
02.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver