Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2246/2022 04.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi ilə, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ipoteka müqaviləsi ilə bağlı digər mübahisələr tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-6739/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə "xxxx" ASC arasında 21 iyun 2018-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinin və 21 iyun 2018-ci il tarixli 2119 SBFAK saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi, bununla bağlı bütün hüquqi nəticələrin və “Kia Cerato” minik markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilə verilmiş AD N:269045 saylı 21 iyun 2018-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, “Kia Cerato” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı, mühərrik nömrəsi G4FGDH670911, ban nömrəsi KNAFX4116E521458, 2014-cü il buraxılışlı avtomobilə iddiaçının mülkiyyət hüququnun tanınması və həmin avtomobillə bağlı iddiaçıya nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-6739/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı İddiaçı dəftərxana vasitəsi ilə ərizə təqdim edərək, apellyasiya şikayətindən imtina etdiyini bildirmiş, iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətindən imtinanın qəbul edilməsinə və apellyasiya icraatına xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəni və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və iddiaçının apellyasiya şikayəti əsasında başlanmış apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir (maddə 369). Məhkəmə kollegiyası hesab edir ki, şikayətdən imtina qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, ərizəçinin şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 191, 369, 405-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayətindən imtinası qəbul edilsin. Baxılan iş üzrə İddiaçı apellyasiya şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2246/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2246/2022
04.10.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver