Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2248/2025 14.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: vəkilin xidmətlərinə görə mükafatın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı uğurlu nəticəsinə görə mükafatın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-3153/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ilə cavabdehlər arasında xx.xx.2023-cü il tarixdə “X2 Haqqında Müqavilə”lər bağlanmışdır. Müqavilələrin 2.6-cı bəndində nəzərdə tutulmuşdur ki, məhkəmə prosesi hüquqi yardım göstərilən şəxsin xeyrinə nəticələnəcəyi təqdirdə, məhkəmə aktı qanuni qüvvəyə mindiyi andan 1 aydan gec olmayaraq, müraciət edən (hüquqi yardım göstərilən şəxsin) tərəfindən mübahisə predmeti olan və ya əldə edilməsi iddia edilən və yekun xidmət nəticəsində müştəri tərəfindən əldə edilən daşınar-daşınmaz əmlakın və ya pul vəsaitinin 10% miqdarında mükafat vəkilə ödənilməlidir.
2. Cavabdeh3 Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizə ilə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsinə baxmaq şərtilə yeni tikiləcək binanın 65 kv.m 20% əlavə edilməklə yaşayış sahəsinin əvəzləşdirilməsi ilə bağlı müqavilənin bağlanması və digər tələbləri üzrə "xxxx" MMC-yə qarşı iddiasından imtina etmiş, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
3. Cavabdeh2 Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizə ilə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsinə baxmaq şərtilə yeni tikiləcək binanın 109 kv.m 20% əlavə edilməklə yaşayış sahəsinin əvəzləşdirilməsi ilə bağlı müqavilənin bağlanması və digər tələbləri üzrə "xxxx" MMC-yə qarşı iddiasından imtina etmiş, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
4. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 632/2024 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdeh "xxxx" MMC-yə qarşı, xx.xx.2024-cü il tarixli, e-2(006)-633/2024 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh2 cavabdeh "xxxx" MMC-yə qarşı müqavilənin bağlanması və kirayə pulunun verilməsi tələbinə dair iddiası üzrə mülki işin icraatına iddiadan imtina etməsi səbəbindən xitam verilmişdir.
5. "xxxx" MMC-nin direktoru Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 132 saylı fərdi yaşayış evinin üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 132 saylı fərdi yaşayış evindən çıxarılmaqla, evin boşaldılması və sökülməsi, "xxxx" MMC tərəfindən həmin ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 179 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh2 mülkiyyətinə verilməsi, Yeni çoxmərtəbəli yaşayış binası tikilənədək "xxxx" MMC tərəfindən Cavabdeh2 hər ay 600 manat məbləğində kirayə haqqı ödənilməsi barədə iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir.
6. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 84/2024 nömrəli qərardadı ilə ("xxxx" MMC iddiası üzrə icraata Cavabdeh3 iddia tələbi birləşdirildiyi mülki iş üzrə) iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma, kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər öz ərizəsi əsasında geri qaytarılmışdır.
7. Cavabdeh3 "xxxx" MMC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli notarial təsdiqli ərizə ilə "xxxx" MMC-nin ünvan 2 ünvanında inşa olunan çox mənzilli yaşayış kompleksinin 2-ci blok, 5-ci mərtəbə ümumi sahəsi 265.8 kv., 5 otaqlı, 19 saylı mənzilin 82.9 kv.m-dən və həmin hissəyə dair pay hüququndan imtina etmiş, həmin 82.9 kv.m-in istənilən şəxsin adına sənədləşdirilməsinə etiraz etmədiyini, gələcəkdə həmin mənzildəki 82.9 kv.m hissəyə dair "xxxx" MMC-yə qarşı heç bir iddiasının olmayacağını bildirmişdir. Eyni tarixli notarial təsdiqli digər ərizə ilə Cavabdeh1 nümayəndəsi kimi onun adından "xxxx" MMC-yə eyni məzmunlu müraciət ünvanlamışdır.
8. Cavabdeh1 "xxxx" MTK-ya ünvanladığı xx.xx.2024-cü il tarixli notarial təsdiqli ərizə ilə "xxxx" MTK-nın ünvan 2 ünvanında inşa olunan çox mənzilli yaşayış kompleksinin 2-ci giriş, 5-ci mərtəbə ümumi sahəsi 70.8 kv.m, 2 otaqlı,19a saylı mənzilindən və pay hüququndan imtina etmiş, həmin mənzilin istənilən şəxsin adına sənədləşdirilməsinə etiraz etmədiyini, gələcəkdə həmin mənzilə dair "xxxx" MTK-ya qarşı heç bir iddiasının olmayacağını bildirmişdir.
9. Cavabdeh1 "xxxx" MTK-ya ünvanladığı xx.xx.2024-cü il tarixli notarial təsdiqli ərizə ilə "xxxx" MTK-nın ünvan 2 ünvanında yerləşən yaşayış kompleksinin 2-ci giriş, 5-ci mərtəbə, 2 otaqlı, 82.9 kv.m olan 19C saylı mənzil yenidən "xxxx" MTK-ya geri qayıtmasına etiraz etmədiyini və gələcəkdə bununla bağlı heç bir iddiasının olmayacağını bildirmişdir.
10. xx.xx.2024-cü il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 (nümayəndəsi kimi onun əvəzinə Cavabdeh3) Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 132 ünvanında yerləşən 328 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evini 100.100 manata X1 (nümayəndəsi kimi onun əvəzinə X6) satmışdır.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr baş idarəsi tərəfindən məhkəmənin sorğusu əsasında təqdim edilmiş məlumata əsasən Cavabdeh1 iştirakı ilə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisində "xxxx" MTK-nın inşa etdiyi binada adına olan mənzilin (19C) şirkətə geri qayıtmasına etiraz etməməsi barədə ərizə, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisində "xxxx" MTK-nın inşa etdiyi binada adına olan mənzilin (19B) şirkətə geri qayıtmasına etiraz etməməsi barədə ərizə, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisində "xxxx" MTK-nın inşa etdiyi binada adına olan mənzildən (19A) imtina etməsi barədə ərizə, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisində "xxxx" MMC-nin inşa etdiyi binada mənzildəki (19 saylı) payından imtina etməsi barədə ərizə, xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair ilkin alqı-satqı müqaviləsi, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 53 saylı notariat ofisində ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satılmasına dair müqavilə, xx.xx.2016-cı il tarixdə Bakı şəhəri 50 saylı notariat ofisində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 31G, qapı 12 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satılmasına dair müqavilə, Cavabdeh3 iştirakı ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 53 saylı notariat ofisində ünvan 6 ünvanında yerləşən torpaq sahəsinin satılmasına dair müqavilə, xx.xx.2022-ci il tarixdə Qəbələ regional “ASAN xidmət" mərkəzində notariat ofisində Qəbələ şəhəri, M.F.Axundov küç, döngə 13 ünvanında yerləşən torpaq sahəsinin alınmasına dair müqavilə rəsmiləşdirilmişdir. Cavabdeh2 adından rəsmiləşdirilmiş müvafiq notariat hərəkəti aşkar olunmamışdır.
a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 haqqında müqaviləyə əsasən işin uğurlu nəticəsinə görə, cavadehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən əldə olunan əmlakı və ya pul vəsaitin 10 %-i məbləğində mükafat kimi nəzərdə tutulmuş vəsaitin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri “Pro Bono” vəkil bürosunun vəkilidir. Cavabdehlər ilə xx.xx.2023-cü il tarixdə “X2 Haqqında Müqavilə” bağlanmışdır. X2 Haqqında Müqavilənin 2.6-cı bəndinə uyğun olaraq “Məhkəmə Prosesi hüquqi yardım göstərilən şəxsin xeyrinə nəticələnəcəyi təqdirdə, məhkəmə aktı qanuni qüvvəyə mindiyi andan 1 aydan gec olmayaraq, müraciət edən (hüquqi yardım göstərilən şəxsin) tərəfindən mübahisə predmeti olan və ya əldə edilməsi iddia edilən və yekun xidmət nəticəsində müştəri tərəfindən əldə edilən daşınar daşınmaz əmlakın və ya pul vəsaitinin 10% miqdarında mükafat vəkilə ödənilməlidir” aralarında razılaşma olmuşdur və bu razılaşma X2 Haqqında Müqavilədə öz əksini tapmışdır. Belə ki, "xxxx" MMC iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 132 saylı fərdi yaşayış evinin üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 132 saylı fərdi yaşayış evindən çıxarılmaqla, evin boşaldılması və sökülməsi, "xxxx" MMC tərəfindən ünvan 8 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 179 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh2 mülkiyyətinə verilməsi, Yeni çoxmərtəbəli yaşayış binası tikilənədək "xxxx" MMC tərəfindən Cavabdeh2 hər ay 600 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 hüquqi yardim göstərilməsi ilə əlaqədar müraciət edərək "xxxx" MMC-nin iddia ərizəsi əsasında müqavilə bağladıqları vəkilin heç bir iş görmədiyini, mənzillərinin ölçüləri daha böyük olduğunu və qarşılıqlı iddia vermədyini, onun tərəfindən hüquqi yardım göstərilməsini xahiş etdilər. Məhkəmə işi və təqdim edilmiş səndlərə baxaraq razılaşmışlar ki, "PİLOT-16” MMC xx.xx.2023-cü il tarixdə iddia ərizəsində qeyd etdiyi Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi ev 132 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 179 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin və Cavabdeh2 hər ay 600 manat məbləğində kirayə haqqının əvəzinə sənədlərdə olan olçülərə uyğun olaraq məzilin və ya pulun verilməsi təqdirində əlavə olaraq ümumi məbləğin 10% vəkilə mükafat olaraq veriləcəkdir. Razılığa gəlindikdən sonra Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 xx.xx.2023-cü il tarixdə hüquqi yardım göstərilməsi ilə əlaqədar M-1195, M-1198 və M-1197 nömrəli hüquqi yardım müqaviləsı bağlanmışdır. Bundan sonra tərəfindən Cavabdeh2 adından xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək birinci iddia üzrə ünvan 9 ünvanda yerləşən, Cavabdeh2 mülkiyyətində olan 109 kv metr yaşayış sahəsinin yerləşdiyi yerə müvafiq, yəni, faktiki yerləşdiyi yer üzrə, pəncərəsi əsas yola - C.Məmmədquluzadə küçəsinə baxmaq şərti ilə, Cəlil Məmmədquluzadə 132 saylı ünvanında tikiləcək binanın 109 kv m+20% yaşayış sahəsinin vətəndaşa əvəzləşdirmə əsasında verilməsi barədə müqavilənin bağlanması, eyni zamanda yaşayış sahəsinin istifadə edilməməsinə görə yaşayış sahəsi təhvil verildiyi günədək olmaqla, aylıq 600 manat hesablanmaqla kirayə pulunun verilməsi öhdəliklərinin cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulmasına dair qərar qəbul edilməsi xahiş edilmiş və xx.xx.2023-cü il tarixli e-2(006)-633/2024 saylı mülkü iş Nəsimi Rayon Məhkəməsinin icraatına verilmiş və baxışa təyin edilmişdir. İkinci iddia üzrə tərəfindən Cavabdeh1, adından xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək ünvan 9 ünvanda yerləşən, Cavabdeh1 mülkiyyətində olan 93 kv metr qeyri-yaşayış sahəsinin yerləşdiyi yerə müvafiq, yəni, faktiki yerləşdiyi yer üzrə, giriş qapısı birbaşa küçəyə və pəncərəsi əsas yola C.Məmmədquluzadə küçəsinə baxmaq şərti ilə, Cəlil Məmmədquluzadə 132 saylı ünvanında tikiləcək binanın 1-ci mərtəbəsində 93 kv m +20% qeyri yaşayış sahəsinin Cavabdeh1 əvəzləşdirmə əsasında verilməsi barədə müqavilənin bağlanması, eyni zamanda qeyri-yaşayış sahəsinin istifadə edilməməsinə görə 2021-ci il tarixdən başlayaraq qeyri-yaşayış sahəsi təhvil verildiyi günədək olmaqla, aylıq 1050 manat hesablanmaqla icarə pulunun verilməsi öhdəliklərinin cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulmasına dair qərar qəbul edilməsi xahiş edilmiş, xx.xx.2023-cü il tarixli e-2(006)-632/2024 saylı mülkü iş Nəsimi Rayon Məhkəməsinin hakimi Nail Abbasovun icraatına verilmiş və baxışa təyin edilmişdir. Üçüncü iddia üzrə tərəfindən Cavabdeh3, adından xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək ünvan 9 ünvanda yerləşən, Cavabdeh3 mülkiyyətində olan 65 kv metr yaşayış sahəsinin yerləşdiyi yerə müvafiq, yəni faktiki yerləşdiyi yer üzrə, pəncərəsi əsas yola - C.Məmmədquluzadə küçəsinə baxmaq şərti ilə, Cəlil Məmmədquluzadə 132 saylı ünvanında tikiləcək binanın 65 kv m+20% yaşayış sahəsinin vətəndaşa əvəzləşdirmə əsasında verilməsi barədə müqavilənin bağlanması, eyni zamanda yaşayış sahəsinin istifadə edilməməsinə görə yaşayış sahəsi təhvil verildiyi günədək olmaqla, aylıq 600 manat hesablanmaqla kirayə pulunun verilməsi öhdəliklərinin cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulmasına dair qərar qəbul edilməsi xahiş edilməsi əsasında xx.xx.2023-cü il tarixli e-2(006)-5023/2023 saylı mülki iş Nəsimi Rayon Məhkəməsinin icraatına verilmiş və baxışa təyin edilmişdir. Məhkəmə prosesində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 43-cü maddəsinə əsasən vəsatət verilmiş və məhkəmə işləri bir icraatda birləşdirilmişdir. "xxxx" MMC tikintinin uzadılmasını, məhkəmənin onun ziyanına nəticələnəcəyini nəzərə alaraq qarşı tərəf ilə yəni onun hüquqi yardım göstərdiyi vətəndaşlar ilə razılığa gəlməyə məcbur olmuşdur. Tərəflər arasında xx.xx.2024-cü il tarixdə razılaşma olmuş və "xxxx" MMC-nin Baki şəhəri, Nəsimi rayonu, Abbas Zamanov küçəsi, ev 24 ünvanında inşa olunan çox mənzilli yaşayış kompleksinin 2-ci blok, 5-ci mərtəbə ümumi sahəsi 265.8 kv., 5 otaqlı, 19 saylı mənzil, Baki şəhəri, Nəsimi rayonu, Abbas Zamanov küçəsi, ev 24 ünvanında inşa olunan çox mənzilli yaşayış kompleksinin 2-ci bloku, 5-ci mərtəbə ümumi sahəsi 70.8 kv., 2 otaqlı,19 a saylı mənzili və əlavə olaraq 100100 manat "xxxx" MMC tərəfindən Cavabdeh2, X3 və Cavabdeh3, ünvan 10 ünvanında yerləşən 328 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evinin əvəzinə əvəzləşdirilərək hüquqların müdafiə etdiyi şəxslərə verilmişdir. Tərəfindən məhkəmə icraatı ilə bağlı düzgün hüquqi yardım göstərilmişdir ki, məhkəmə prosesi hüquqi yardım göstərilən şəxslərin xeyrinə nəticələnmişdir və şəxslər istədiyi nəticəyə nail olmuşlar. Vətəndaşlar xx.xx.2023-cü il tarixli, M-1195, M-1198 və M-1197 saylı “X2 Haqqında Müqavilə” nin 2.6-cı bəndinə uyğun olaraq umumi məbləğin 10 %-ni ödəməkdən yayınırlar. Nəticədə vətəndaşa ümumi sahəsi 336.6 kv.m yaşayış sahəsi ilə 100100 manat pul vəsaiti təqdim olunmuşdur. Hansı ki, ilkin iddia üzrə "xxxx" MMC yalnız C.Məmmədquluzadə küçəsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasında 179 kvadrat metr mənzilin verilməsi barədə iddia tələbi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Uğurlu hüquqi yardım nəticəsində ünvan 10 ünvanında yerləşən 328 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün "xxxx" MMC öz üzərinə öhdəlik götürmüş və xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisin reyestrdə 3M-206 № ilə ünvan 10 ünvanında yerləşən 328 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün tərəflərin öhdəlikləri qiymət və ödəniş qaydası haqqında şərtlər haqqında müqavilənin 2.1-ci predmeti olan əmlakın qiyməti 100100 manat məbləğində müəyyən olunmuşdur və bundan əlavə "xxxx" MMC-nin ünvan 2 ünvanında inşa olunan çox mənzilli yaşayış kompleksinin 2-ci bloku, 5ci mərtəbə ümumi sahəsi 265.8 kv, 5 otaqlı,19 saylı mənzil və "xxxx" MTK-nin ünvan 2 ünvanında inşa olunan çox mənzilli yaşayış kompleksinin 2-ci bloku, 5-ci mərtəbə ümumi sahəsi 70.8 kv, 2 otaqlı, 19 a saylı mənzil təhvil verilmişdir. Ümumilikdə tərəflər ilkin iddia üzrə 179 kv metr yox, məhz vəkilin uğurlu fəaliyyəti nəticəsində 328.0 kv.m metr mənzil əvəzinə 100100 manat pul və ünvan 2 ünvanında inşa olunan çox mənzilli yaşayış kompleksinin 2-ci bloku, 5-ci mərtəbə ümumi sahəsi 265.8 kv., 5 otaqlı,19 saylı mənzil və ünvan 2 ünvanında inşa olunan çox mənzilli yaşayış kompleksinin 2-ci bloku, 5-ci mərtəbə ümumi sahəsi 70.8 kv., 5 otaqlı,19 a saylı mənzillə hüquqlarını müdafiə etdiyi Cavabdeh1, Cavabdeh3 təmin olmuşdur. Sonradan cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvan 11 ünvanında inşa olunan çox mənzilli yaşayış kompleksinin 2-ci bloku, 5-ci mərtəbə ümumi sahəsi 265.8 kv.m 5 otaqlı,19 saylı mənzil və ünvan 2 ünvanında inşa olunan çox mənzilli yaşayış kompleksinin 2-ci bloku, 5-ci mərtəbə ümumi sahəsi 70.8 kv.m 2 otaqlı,19 a saylı mənzil hüquqlarında imtina edərək sözü gedən mənzillərin əvəzi olaraq pul almışlar. Müqaviləyə əsasən razılaşmış 10% işin uğurlu nəticəsinə görə mükafat cavadehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ilə bağlanmış müqaviləyə əsasən vəkilə mükafat olaraq ödəməli olduğu halda, müqavilə öhdəliyini pozaraq bilərəkdən ödəməkdən yayınırlar.
14. Məhkəmə tərəfindən "xxxx"xxxx"xxxx" MTK mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər.
15. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etməklə Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin tələblərini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələri və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsini, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2023-cü il tarixli qərarını nəzərə alaraq, X2 haqqında müqaviləyə əsasən işin uğurlu nəticəsinə görə, yəni cavadehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən əldə olunan 1.378.080 manat pul vəsaitinin 10%-i, yəni 137.880 manat məbləğində mükafat kimi nəzərdə tutulmuş vəsaitin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
16. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 3153/2024 nömrəli qətnaməsi ilə (hakim N.İ.Abbasov) iddia təmin edilməmişdir.
17. Məhkəmədə müəyyən edilmişdir ki, hər üç müqavilə işin nəticələnməsindən asılı olan şərtlərlə bağlanılmışdır. Göründüyü kimi, tərəflər arasında bağlanılan tapşırıq müqavilələri pozitiv şərtlə bağlanılmaqla orada hüquqi yardıma görə haqq (120 manat) eləcə də məhkəmə prosesi uğurlu nəticələndiyi halda hər üç müqavilə üzrə məhkəmə aktı qanuni qüvvəyə mindiyi andan 1 aydan gec olmayaraq, müraciət edən şəxslər (cavabdehlər) tərəfindən mübahisə predmeti olan və ya əldə edilməsi iddia edilən və yekun xidmət nəticəsində müştəri tərəfindən əldə edilən daşınar/daşınmaz əmlakın və ya pul vəsaitinin 10 faizi miqdarında mükafatın iddiaçıya ödənilməsi müəyyən edilmişdir. Həmin müqavilələr əsasında iddiaçının təmsil olunduğu iddialara dair mülki işlər üzrə icraata iddiadan imtina edilməsi səbəbi ilə xitam verilmiş, mübahisə mahiyyəti üzrə həll edilməmişdir.
18. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış hər üç tapşırıq müqaviləsi üzrə mükafatın ödənilməsi yalnız məhkəmə prosesi hüquqi yardım göstərilən şəxsin xeyrinə nəticələnəcəyi ilə şərtləndirilmişdir.
19. Məhkəmə hesab etmişdir ki, mülki işlər üzrə icraat zamanı tələbdən imtina edilməsi tələb irəli sürmüş ərizəçilərin hüququ olduğundan icraata xitam edilməklə yekunlaşması işin uğurlu həll edilməsi və məhkəmə prosesinin onların xeyrinə nəticələnməsi anlamına uyğun gəlmir və iddiaçının iddiada göstərdiyi dəlillər öz təsdiqini tapmır. Bu dəlillər öz təsdiqini tapdığı halda belə, məhkəmə prosesindən kənar həll edildiyindən, iddia əsassız olmaqla təmin edilməməlidir.
20. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehlərin iddiaçıya verdikləri etibarnamələrdə hüquqi yardım göstərilən mülki işlər üzrə, o cümlədən iddiadan imtina etmə səlahiyyətinin əks olunmasına baxmayaraq, belə imtina cavabdehlərin özləri tərəfindən edilmiş, bu zaman iddiaçının onlara hüquqi yardım göstərmədiyi və bu halın onun iştirakı olmadan baş verdiyi məhkəmə iclasında iddiaçının ifadələri ilə müəyyən olunmuşdur. Bundan əlavə, cavabdehlər məhkəməyə imtina ərizəsi təqdim etdikdən sonra həmin icraat üzrə onların nümayəndəsi və vəkili olan iddiaçının da elektron kabinetinə məhkəmə iclasının tarixi və vaxtı barədə məlumat yerləşdirilmişdir.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 328.1, 328.4, 390.1, 390.5, 777.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə” 2020-ci il 1 dekabr tarixli Qərarlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarına, Azərbaycan Respublikası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarına, Azərbaycan Respublikası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il tarixli Qərarına, Mülki-Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
22. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməsinin gəldiyi nəticə əsassızdır. Belə ki, 1 ildən artıq məhkəmə prosesi davam etdikdən sonra cavabdehlər vəkillərindən imtina edərək onunla müqavilə bağlamışdır. Tərəfindən aparılmış hüquqi yardımın nəticəsi olaraq ilkin iddia üzrə yox, məhz onun məhkəmədə "xxxx" MMC-yə qarşı irəli sürdüyü iddia üzrə cavabdehlərə ümumi sahəsi 510.4 kv metr mənzillər və 100.100 manat pul ödənilmişdir. X2 məhkəmə işinin yekunlaşması ilə yox, müqavilə bağlanmış şəxslərin xeyrinə nəticələnəcəyi ilə qiymətləndirilməlidir. Belə ki, cavadehlər məhz onunla müqavilə bağlandıqdan sonra 1 il sürən məhkəmə çəkişməsinin cavadehlərin xeyrinə geri götürülməsi ilə nəticələnmişdir ki, cavadehlər ilkin iddia üzrə 179 kv.m mənzilin əvəzinə "xxxx" MMC-dən 510.4 kv.m və 100.100 manat pul əldə etmişlər. Vəkil hüquqi yardım etməsi ilə bağlı vətəndaş ilə müqavilə bağlayarkən ehtimal edə bilməz ki, məhkəmə prosesi hökmən qətnamə, qərar və ya barışıqla bitəcək. Vəkilin göstərdiyi hüquqi yardımın əsas məqsədi vətəndaşın iddia etdiyi əmlakı və vəsaiti və ya hər hər hansı bir qeyri-maddi neməti əldə etməsidir. Cavabdeh tərəf isə məhkəmə prosesinin istənilən mərhələsində iddianı qəbul edib, məhkəmə prosesi gedişatında və ya digər şəraitdə iddiaçı ilə razılaşa bilər. Cavabdehin iddianı qəbul edib iddiaçının iddia etdiyini ona verməsi istənilən halda vəkilin gördüyü hüquqi yardımın nəticəsində olur. Aydın məsələdir ki, cavabdeh durduğu yerdə 510.4 kv metr və 100.100 manatı iddiaçıya öz xoşu ilə verməz. Hansı ki, açıq-aydın görünən bir ilə yaxın sürən onun vəkil olaraq işə qoşulmağına qədər cavabdeh iddiaçıya 179 kv.m mənzil verməsi ilə bağlı birbaşa iddia qaldırmışdı. İş bu formada davam etsə idi, mülkiyyətçi yalnız 179 kv.m mənzil əldə edəcəkdi. Yalnız o vəkil kimi işə qoşulduqdan, iş materialları üzrə sübutları toplayıb məhkəməyə təqdim etdikdən, hüquqi yardımı düzgün qurduqdan sonra məhkəmə prosesində iş iddiaçının xeyrinə dəyişmiş oldu. Qeyd etmək istərdi ki, ondan əvvəl işə qoşulan vəkil bir il ərzində heç bir nəticəyə nail olmamış, vətəndaş bu səbəbdən onunla müqaviləni xitam edib hazırki iş üzrə iddiaçı ilə razılaşmışdır. Cavadehlərə artıq özlərini qane edən əmlak "xxxx" MMC tərəfindən ödənildiyindən və nəzərə alsaq ki vəkilə əldə edilmiş ümumi sahəsi 510.4 kv.m və 100.100 manat pulun 10%-ni ödəməkdən boyun qaçırmaqdan ötrü bu üsula əl atmışlar. Məhkəmə işinə əlavə edilmiş "xxxx" MMC-nin 02-135/2024 saylı “Daşınmaz Əmlakın Qiymətləndirilməsinə dair Mütəxəsis rəyində əmlakların dəyəri Bakı Şəhəri Nəsimi rayonu Abbaz Zamanov küçəsi ev 24, mənzil 19, 19a, 19b, 19c və yaxın ətrafı ərazilərdə yerləşən təmirsiz yaşayış mənzillərinin təqdim edilmiş texniki göstəricilərinə uyğun olaraq, xx.xx.2024-cü il tarixinə bazar dəyəri ümumilikdə 1.378.080 manat məbləğində dəyərləndirilmişdir. Xüsusi olaraq qeyd etmək istərdi ki, hüquqların müdafiə etdiyi cavadehlərin istədiyi dəyər "xxxx" MMC tərəfindən təmin edildiyi üçün iddianı geri götürmüşdülər. Bu da ona dəlalət edir ki, cavadehlər iddianı geri götürərkən artıq məhkəmə prosesi başa çatmamışdan cavadehlərin xeyrinə nəticələnmişdir. Vəkilin bir nömrəli vəzifəsi X2 üçün müraciət etmiş şəxsin maraqlarını qorumaq, Məhkəmə prosesinin və ya tələb etdiyi iddialarının təmin edilməsidir ki, cavadehlərin maraqlarına uyğun olaraq artıq məhkəmə prosesi başa çatmadan nəticələnmişdir. Məhkəmə MTK-nın nümayəndəsinin məhkəmədə həqiqətən əmlakların Kərimovlara verilməsini etiraf etməsinə baxmayaraq bu barədə heç bir araşdırma aparmağa cəhd göstərməmiş və bu sübutları qiymətləndirməmişdir. Bunu audio və video yazılar sübut edir. Cavabdeh məhkəmə prosesinə bir dəfə olsun nə özü, nə də nümayəndəsi vasitəsilə gəlməməsinə baxmayaraq, cavabdeh tərəfindən heç bir sübut təqdim edilməməsinə baxmyaraq məhkəmə onun xeyrinə qərar çıxartmışdır. Çünki qarşı tərəf bu əmlakı hüquqi yardım nəticəsində əldə etmişdir. O məhkəmə zalında vəkillə üzləşəcəyi təqdirdə əmlakı məhz vəkilin uğurlu işi nəticəsində əldə etdiyini etiraf etməmək üçün proseslərə gəlməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi və orada göstərilənlərə uyğun izahat verdi.
26. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər və üçüncü şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 328.1. Əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş veribverməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Maddə 328.4. Pozitiv şərt o deməkdir ki, əqd hansısa hadisənin müəyyən müddətdə baş verəcəyi şərti ilə bağlanmışdır. Əgər həmin müddət bitmiş və hadisə baş verməmişsə, şərt qüvvədən düşmüş sayılır. Əgər müddət müəyyənləşdirilməyibsə, şərt istənilən vaxt yerinə yetirilə bilər. Hadisənin baş verməsinin mümkünsüzlüyü aydın olduqda şərt qüvvədən düşmüş sayıla bilər. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
28. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19. İ. Vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi vəkillik fəaliyyətinin fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının tərkibində həyata keçirilməsi nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Maddə 19 İİ. Vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün yaradılmış qurumun əməkdaşı olan vəkilin və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin qonorarının məbləği vəkilin yardımından istifadə edən şəxs və onu vəkil yardımı ilə təmin edən qurum və ya fərdi qaydada fəaliyyət göstərən vəkil arasında bağlanmış, göstərilən yardımın və qonorarın məbləğini və şərtlərini əks etdirən müqavilə əsasında ödənilməlidir. Maddə 19.İİİ. Vəkil qurumları və ya fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən X2nə görə təyin edilən haqqın məbləğinin məhdudlaşdırılması qadağandır. X2nə görə ödənilən haqqın məbləğinin təyin edilməsi bu yardımı göstərən tərəfin müstəsna hüququdur və yalnız tərəflərin razılığı ilə tənzimlənir...
29. Azərbaycan Respublikası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı: Hüquqi yardım göstərilməsi ilə bağlı müqavilələr üzrə razılaşdırılmış haqq (qonorar) və mükafat bir-birindən fərqli anlayışlar olmaqla, birincisi vəkilə həvalə edilmiş tapşırığın müqabilində, onun üzərinə götürdüyü öhdəlik üzrə icra etdiyi işlərin əvəzi olaraq ödənilir və xidmətin nəticəsindən asılı deyildir. Vəkilin peşə biliyindən, təcrübəsindən, ixtisas dərəcəsindən, səriştəsindən, X2 ilə bağlı sərf edilmiş vaxtdan, işin mürəkkəbliyindən və s. amillərdən asılı olaraq, bu haqqın məbləğində fərqləndirmənin mövcudluğu mümkündür. Tərəflər arasında razılaşdırılmış mükafat isə tapşırığın uğurlu həllinə (məsələn, iddianın və ya şikayətin təmin edilməsi, hüquqi yardımla bağlı müraciət edənin maraqlarına uyğun qərarın qəbul edilməsi və s.) görə vəkilə ödənilən əlavə ödənişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının qanunvericiliyində işin uğurlu nəticəsinə görə vəkilə mükafat ödənilməsinin mümkünlüyünə və ya həddinə dair hər hansı məhdudiyyət təsbit edilməmişdir. Mülki Məcəllənin 6.3-cü maddəsinə görə isə mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Odur ki, hazırkı halda müqavilə azadlığı prinsipindən irəli gələrək hüquqi yardım barədə müqavilə üzrə tərəflər şərtli ödəniş barədə razılıq əldə etməkdə sərbəstdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin tələbləri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələri və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi baxımından X2 haqqında müqavilələrə işin uğurlu nəticəsinə görə mükafatın ödənilməsi ilə bağlı müddəaların daxil edilməsi yol veriləndir.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. İşdən görünür ki, hazırki iş üzrə cavabdehlər özlərinin "xxxx" MMC-yə qarşı əmlak tələbləri ilə bağlı mübahisə üzrə iddiaçı ilə xx.xx.2023-cü il tarixli “X2 Haqqında Müqavilə” bağlamaqla, müqavilənin 2.6-cı bəndinə əsasən, məhkəmə prosesi hüquqi yardım göstərilən şəxsin xeyrinə nəticələnəcəyi təqdirdə, məhkəmə aktı qanuni qüvvəyə mindiyi andan 1 aydan gec olmayaraq, müraciət edən (hüquqi yardım göstərilən şəxsin) tərəfindən mübahisə predmeti olan və ya əldə edilməsi iddia edilən və yekun xidmət nəticəsində müştəri tərəfindən əldə edilən daşınar-daşınmaz əmlakın və ya pul vəsaitinin 10% miqdarında mükafatın vəkilə ödənilməsi barədə razılaşmışlar.
35. Sonradan hazırki iş üzrə cavabdehlər Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə iddiadan imtina olunması barədə ərizələr təqdim edərək, "xxxx" MMC-yə qarşı iddialarından imtina etmiş, iş üzrə icraata xitam verilməsini xahiş etmişlər, məhkəmənin müvafiq qərardadları ilə mübahisə mülki işin icraatına iddiadan imtina etməsi səbəbindən xitam verilmişdir.
36. Həmçinin, məhkəmənin qərardadı ilə iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma, kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər öz ərizəsi əsasında geri qaytarılmışdır.
37. Hazırda iş üzrə iddiaçının tələbi ona əsaslanır ki, qarşı tərəfə sözügedən məhkəmə icraatı ilə bağlı düzgün hüquqi yardım göstərdiyindən mübahisə həmin şəxslərin xeyrinə nəticələnmiş, cavabdehlər MMC ilə məhz onların iddia etdiyi tələbə uyğun olaraq razılaşmış və ümumi sahəsi 510.4 kv.m əmlak və 100.100 manat pul əldə etmişlər. Lakin əldə edilmiş vəsaitdən 10% mükafatı ödəməkdən boyun qaçırmaq məqsədilə sonuncu mərhələdə vəkildən gizlin iddialarını geri çəkmişlər. Halbuki, yalnız o, vəkil kimi işə qoşulduqdan, iş materialları üzrə sübutları toplayıb məhkəməyə təqdim etdikdən, hüquqi yardımı düzgün qurduqdan sonra məhkəmə prosesində iş iddiaçıların xeyrinə dəyişmişdir.
38. Kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış “X2 Haqqında Müqavilə”lərin 2.6-cı bəndində nəzərdə tutulmuşdur ki, məhkəmə prosesi hüquqi yardım göstərilən şəxsin xeyrinə nəticələnəcəyi təqdirdə, məhkəmə aktı qanuni qüvvəyə mindiyi andan 1 aydan gec olmayaraq, hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə mükafat ödənilməlidir.
39. İşdən göründüyü kimi, iddiaçı "xxxx" MMC hazırki iş üzrə cavabdehlərə qaldırdığı iddia ərizəsinin geri qaytarılmasını xahiş etmiş, məhkəmənin qərardadı ilə MMCnin iddia ərizəsi əlavə edilmiş sənədlərlə birlikdə ona qaytarılmışdır. Cavabdehlər də öz növbəsində iddialarından imtina etmişlər və bu imtina məhkəmə qərardadları ilə təsdiq edilmişdir.
40. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin geri qaytarılması, qarşı tərəfin isə öz iddiasından imtina etməsi məhz məhkəmə prosesinin hüquqi yardım göstərilən şəxslərin xeyrinə nəticələnməsi kimi qiymətləndirilə bilməz.
41. Belə ki, işə baxan məhkəmə tərəfindən mübahisənin mahiyyəti üzrə həll edilməsi barədə məhkəmə aktı qəbul edilməmiş, başqa sözlə, məhkəmə prosesi hazırki iş üzrə cavabdehlərin xeyrinə hər hansı məhkəmə aktının qəbul edilməsi ilə nəticələnməmişdir.
42. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə tərəflər arasında bağlanmış müqavilədə hüquqi yardıma görə haqq da müəyyən edilmiş, iddiaçı tərəfindən də cavabdehlərə hüquqi yardım göstərilməklə onların mənafelərinə uyğun qarşılıqlı iddia ərizələri hazırlanaraq məhkəməyə təqdim edilmişdir.
43. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.
45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 3153/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: