Məhkəmə qərarları › İş №2(103)-2250/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2250/2023

07.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2250/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X16 Sarıyevin sədrliyi ilə, X15 və X4 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(004)-4977/2022 saylı qərardadından maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 23 saylı Notariat ofisinə qarşı “qərarın ləğvi və müddətin bərpası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara İddiaçı2 və İddiaçı1 vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilməsinə dair Bakı şəhəri, 23 saylı Notariat Ofisinin 24 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsi və X6 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilə dair İddiaçı2 və İddiaçı1 vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin Bakı şəhəri, 23 saylı Notariat Ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-4977/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Maraqlarına toxunan şəxs Maraqlı şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-4977/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü-ci il tarixli, 2(004)-4977/2022 nömrəli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 4977/2022 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü-ci il tarixli, 2(004)- 4977/2022 nömrəli qərardadından verdiyi şikayət məhkəmənin 09 fevral 2023-cü il tarixli, 2(005)- 4977/2022 saylı qərardadı ilə təmin edilməmiş və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda olan mənzil özəlləşdirilməyib, dövlət mülkiyyətindədir. O və bacısı ailəsi ilə birlikdə həmin mənzildə yaşayır və həmin ünvanda 8 nəfər ailə üzvləri ilə passport qeydiyyatındadırlar. Yasamal Rayon Məhkəməsnin xx.xx.2022-ci il tarixli, 2(004)-4977/2022 saylı qətnaməsində göstərilən X6 miras qalmış ünvan 4 ünvanında yerləşən miras əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin üzürlü hesab edilərək uzadılması qanunsuz və əsassızdır. Belə ki, məhkəmə qətnaməsində göstərilən Bakı şəhəri, M.Seyidov küçəsi 53 saylı binanın, 73 saylı mənzili qardaşı X7 mülkiyyətində olmayıb. Ev dövlətə məxsus olub və onların valideynlərinə verilib. Valideynlərinin ölümündən sonra “Order”də dəyişiklik edilib. Həmin mənzil qardaşının mülkiyyətində olmadığı üçün onun ölümü ilə həmin mənzilə vərəsəlik açıla bilməzdi. Həmin mənzilin onlara düşən hissəsi bu günə qədər özəlləşdirilməyib. Qardaşının sağlığında iddiaçılar və onların anası məhkəmə vasitəsi ilə evə köçürülüb. Onlar 3 otaqlı mənzilin 1 otağını özəlləşdirib, 2005-ci ildə X1. Onlar özəlləşdirmək hüquqlarından istifadə edib, onlara ayrılmış bir otaqlı mənzili satdıqlarına və bu hüquqdan bir dəfə istifadə edə bildirkərinə görə təkrar mənzilin özəlləşdirilməsində iştirak edə bilməzlər. Onlar da hazırda yaşadıqarı evi özəlləşdirmək üçün notariat kontoruna deyil, inventarizasiya bürosuna və reyestr xidmətinə müraciət edəcəklər. Bakı şəhəri M.Seyidov küçəsi 53 saylı binanın 73 saylı mənzilində o yaşadığı üçün məhkəmənin qətnaməsi birbaşa onun hüquqlarına toxunur. Ona görə də, məhkəmənin onu 2-ci dərəcəli “vərəsə” hesab edərək şikayətini geri qaytarması tamamilə əsassızdır və həmin qərardad ləğv olunaraq apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Həmçinin, iddiaçıların vəkili Vəkil “Elektron Kabinet” vasitəsilə etiraz təqdim edərək Maraqlı şəxs tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, qərardad ləğv edilməli, apellyasiya şikayəti qəbul edilməlidir. Belə ki, məhkəmə hesab etmişdir ki, əvvəlki növbənin vərəsələrinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna etdiyindən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-4977/2022 nömrəli qətnaməsi Maraqlı şəxs maraqlarına toxunmur. İş materiallarında olan qanuni qüvvəyə minmiş Yasamal Rayon Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı X8 cavabdehlər İddiaçı1 və X10 qarşı mənzildən çıxarıma və yaşayış saəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası rədd edilmiş və qeyd olunmuşdur ki, cavabdehlərin Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 53-də yerləşən 73-cü mənzil üzərində istifadə hüququ olmadığından, bu qətnamə cavabdehlər İddiaçı1 və X9 Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 53-də yerləşən 73-cü mənzil üzrə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasdır. Həmin qətnamədə qeyd olunmuşdur: - İddiaçı1 və X13, X8 övladlarıdır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli qətnaməsinə əsasən X11 ilə X14 arasında bağlanmış nikah pozulmuşdur. -Yasamal Rayon Məhkəməsinin 07 iyul 2003-cü il tarixli qətnaməsi ilə X5 yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə Bakı şəhəri, M.Ə.Seyidov küçəsi 53 saylı evin, 73 saylı mənzilinə istifadə hüquqları tanınmış və həmin mənzilin sahəsi 18 kv.metr olan bir yaşayış otağı yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə X5 istifadəsinə verilmiş, mənzilin yardımçı sahələri ümumi istifadədə saxlanılmışdır. -Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 11 saylı sərəncamına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2003-cü ill tarixli 2(004)- 1184/2003-cü il tarixli qətnaməsi əsas götürülməklə Bakı şəhəri, Yasamal rayonu, M. Seyidov küsəsi, ev 53 ünvanında yerləşən 73 saylı mənzil aşağıdakı qaydada bölünmüşdür: yaşayış sahəsi 18 kv.m olan bir otağın kirayə müqaviləsi X11 ilə bağlanmış (ailə tərkibi 3 nəfər-özü, qızı, oğlu); yaşayış sahəsi 29 kv.m olan iki otağın kirayə müqaviləsi X14 ilə bağlanmış (ailə tərkibi 6 nəfər). -Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən aydın olur ki, M.Seyidov küçəsi 53 saylı evin, 73 saylı mənzilinin 18,02 kv.metrdən ibarət bir otağı X5 adına xx.xx.2005-ci il tarixdə xüsusi mülkiyyət hüququ kimi qeydiyyata alınmışdır. - Daha sonra həmin otaq xx.xx.2005-ci il tarixdə X2 adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. -ananın otaq üzərində mülkiyyət hüququna xitam verildiyindən, cavabdehlərin də həmin otaq üzərində hüquqları itirilmişdir. Həmçinin iş materiallarından göründüyü kimi apellyasiya şikayəti verən Maraqlı şəxs ünvan 5 ünvanında yerləşən mənzildə qeydiyyatda olmaqla orada yaşayır. Buna görə də, kollegiya hesab edir ki, apellyasiya şikayətini qaytarmaqla, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(004)-4977/2022 saylı qərardadı ləğv edilsin. Maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(004)-4977/2022 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti qəbul edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar