Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2251/2023 22.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “mənzildən çıxarılma” hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-299/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 77 kv.m fərdi yaşayış evindən əşyaları (iddiaçıya məxsus mətbəx mebeli və digər otaqlarda yerləşən bütün mebellər istisna olmaqla) ilə birlikdə çıxarılması barədə iddiası Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-299/2023 saylı işi üzrə xx.xx.2023cü il tarixli qətnaməsi ilə rədd edilmiş, İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir.
2. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 88, 217.4-cü maddələrinə; Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, , İddiaçı müvafiq subyektiv hüquqa, yəni cavabdehin mənzildən çıxarılmasını tələb etmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. Hazırkı iddianın verilməsi ilə iddiaçı dolayı yollarla əmlak üzərində hüquqlarının mövcud olduğunu tanıtdırmaq niyyətində olmuşdur. İddiaçının atasının müəyyən miqdarda vəsait ödəməklə ünvan 1 ünvanında yerləşən 77 kv.m fərdi yaşayış evini aldığı iddia edilmişdir. İstinad olunan halın təsdiqi olaraq məhkəməyə 03 avqust 2017-ci il tarixdə X5 tərəfindən yazılmış ünvan 1 ünvanında yerləşən 77 kv.m fərdi yaşayış evinin dəyərinin 38500 manatdan 17000 manatının X4 tərəfindən ona ödənilməsi barədə ərizə əlavə edilmişdir. İddiaçı hazırkı sənədin hüquqmüəyyənedici sənəd olduğuna istinad edərək və atasının da yeganə varisi olduğunu qeyd edərək hazırkı iddianı vermişdir. Lakin istinad olunan ərizə mənzilin alğısatqısına dəlalət edən qanunla müəyyən edilmiş alğı-satqı müqaviləsi kimi qəbul edilə bilməz. Nə qədər ki verilmiş iddianın hüquqi əsası yoxdur və iddiaçının da hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur, iddia tələbi təmin edilə bilməz. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
3. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-299/2023 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.2, 158.4; Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 106.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən də göründüyü kimi o atası Tahir Tağıyevin yeganə hüquqi varisidir. ünvan 1 ünvanında yerləşən 77 kv.m fərdi yaşayış evi mərhum atası X4 tərəfindən X2 alınmışdır. Həmin mənzil pay haqqı ödənilməklə atasının istifadəsində olmuşdur. Yəni daşınmaz əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmasa da, mübahisəli mənzil onun gözlənilən mülkiyyətidir. Bu işin mübahisəsiz halıdır. Buna görə də, işin faktiki halları nəzərə alınmadan subyektiv hüququnun olmadığına istinad edilərək iddia tələbinin rədd edilməsi qanunvericiliyin tələblərinə, ən əsası hüququn ruhuna ziddir. Yəni Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən çıxarılan qətnamə ilə faktiki olaraq onun mülkiyyətində olan əmlakdan cavabdehin çıxarılmasının təmin edilməməsi mərhum atasına məxsus əmlakın cavabdeh tərəfindən ələ keçirilməsi ilə nəticələnir. İş materiallarından da göründüyü kimi cavabdeh iddia ərizəsində qeyd olunanları etiraf edərək, əmlakın ona məxsus olduğunu lakin oradan çıxmadığını bildirmişdir. Bu hal belə daşınmaz əmlakın ona məxsus olduğunu təsdiqləyir. Buna görə də, onun əmlak hüquqlarının cavabdeh tərəfindən pozulmasından müdafiə hüququ mövcuddur. Lakin Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən çıxarılan qətnamə nəinki onun mülkiyyət hüquqlarının müdafiəsini təmin etmiş, əksinə qətnamədə göstərilən mövqe onun mülkiyyət hüquqlarını tam məhdudlaşdırmışdır. Belə ki, tələbini əsaslandırdığı faktları cavabdehin etiraf etməsi onu gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Lakin məhkəmə tərəfindən qətnamə çıxarılarkən cavabdehin etirafı nəzərə alınmamış və iddia tələbi rədd edilmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
4. Bakı Apellyasiya Məhkəməsində icraat zamanı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyətin hüquqi statusu və (dövlət reyestrində və ya digər əsaslarla) qeydə alındığı tarixdən hazırkı tarixədək (ardıcıllığı və əsasları göstərilməklə) mülkiyyətçilər barəsində ətraflı məlumatların alınması üçün göndərilmiş sorğulara cavab olaraq fərdi yaşayış evinə dair hər hansı qeydiyyatın aşkar edilmədiyi bildirilmişdir.
5. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, mübahisə predmeti olan fərdi yaşayış evinin dövlət qeydiyyatından keçmədiyini, çıxarış alınmadığını, lakin notariat qaydasında alğı-satqı ilə əldə etdiklərini, həmin binanı tikən şəxsin onları aldatdığını bildirmiş, şikayətin təmin edilməsini xahiş etmişdir.
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, mübahisəli fərdi yaşayış evinin başqasına məxsus olmadığını bildirmiş, şikayətin təmin edilməsini xahiş etmişdir.
7. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak edən Cavabdeh iddiaçı ilə əvvəllər dost olduqlarını, həmin mənzildə kirayədə qalması ilə bağlı şifahi razılaşmaları olduğunu, şəxsi münasibətləri korlandığı üçün iddiaçının mənzildən çıxmasını tələb etdiyini, mənzildən çıxmaq istəmədiyini və bunun səbəbini açıqlanması mümkün olmayan şəxsi məsələ olduğunu bildirmişdir.
8. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
10. Mülki Məcəllənin müddəalarına əsasən: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.
11. Mülki Prosessual Məcəllənin müddəalarına əsasən: 81. (Sübutların mümkünlüyü) Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
12. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri; Azərbaycan Respublikasının ratifikasiya etdiyi «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Avropa Konvensiyanın 1 saylı xx.xx.1952ci il tarixli Protokolunun 1-ci maddəsi; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139–140, 152– 158, 178–180; Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 217.4, 265.4, 372, 385–390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayətinin mübahisələndirilən dəlillərinə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, artıq birinci instansiya tərəfindən qiymətləndirilmiş apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayəti əsassız olduğundan rədd edilməli və onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onu ödəyən şəxslərə aid edilməlidir.
13. Diqqətə çatdırılmalıdır ki, iddiaçının istinad edə bilmədiyi və mövcud olmayan maddi hüquq normalarının münasibətlərə təfsiri baxımından hüququn analogiyası üzrə belə tətbiqi sui-istifadəyə və qanunsuzluğa şərait yaradan hal olaraq mülki hüququn fəlsəfəsinə ziddir.
14. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 393 və 402- 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-299/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.