Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2251/2024 08.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1rşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı barədə mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), X13 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1rşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(004)-569/2024 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X5 verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq İşin halları
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X5 “İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında” 23 oktyabr 2023-cü il tarixli, 3-17-2/3-4-1666/2023 saylı əmrdən görünür ki, X5 tabeliyində Bakı Peşə Hazırlığı Mərkəsinin Sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsinin müdiri vəzifəsində çalışan İddiaçı AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 23 oktyabr 2023-cü il tarixdən əmək müqaviləsinin müddətinin bitməsi ilə tutduğu vəzifədən azad edilmiş və onunla 17 iyul 2020-ci il tarixində bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
2. İddiaçı məxsus ******* saylı Əmək kitabçadan görünür ki, İddiaçı **********1 nömrəli əmrə əsasən 17 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 2 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının müdiri vəzifəsinə təyin edilmişdir. **********3 nömrəli əmrə əsasən 30 noyabr 2020-ci il tarixdə Agentliyin 1 saylı Ərazi Məşğulluq Mərkəzi filialının müdiri vəzifəsinə keçirilmişdir. **********9 nömrəli əmrə əsasən 06 avqust 2021-ci il tarixdə struktur dəyişikliyinə əsasən 1 saylı Ərazi Məşğulluq filialına müdir vəzifəsinə keçirilmişdir. **********1 nömrəli əmrə əsasən 20 sentyabr 2021-ci il tarixdə 13 saylı Ərazi Məşğulluq filialına müdir vəzifəsinə keçirilmişdir. **********3 nömrəli əmrə əsasən 15 mart 2022-ci il tarixdə X2 filialına müdir müavini vəzifəsinə keçirilmişdir. **********1 nömrəli əmrə əsasən 23 iyun 2022-ci il tarixdə Bakı Regional Məşğulluq filialının Sənədlərlə iş və inzibati şöbəsinə müdir vəzifəsinə keçirilmişdir. 3-17-2/3-4-1562/2023 nömrəli əmrə əsasən 27 sentyabr 2023-cü il tarixdə X5 tabeliyində Bakı Peşə Hazırlığı Mərkəsinin Sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. 3-17-2/3-4-1666/2023 nömrəli əmrə əsasən 23 oktyabr 2023-cü il tarixdə İddiaçı AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir.
3. SN 00008 seriyalı ******* nömrəli “Əmək qabiliyyətinin olmaması vərəqəsi”nin surətindən görünür ki, İddiaçı 23 oktyabr 2023-cü il tarixindən 04 noyabr 2023-cü il tarixinədək xəstəlik səbəbindən işdən azad edilmişdir.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X10 X20 ilə İddiaçı arasında bağlanmış 17 iyul 2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı X5 2 saylı Ərazi Məşğulluq Mərkəzi filialının müdiri vəzifəsinə təyin edilmişdir. Həmin əmək müqaviləsi ƏM-nin 47-ci maddəsinin f bəndinə əsasən 3 ay müddətinə bağlanmışdır.
5. “17 iyul 2020-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi barədə” 30 noyabr 2020-ci il tarixli Razılaşmanın surətindən görünür ki, işçi İddiaçı ilə bağlanmış 17 iyul 2020-ci il tarixli əmək müqaviləsinin 1.2-ci bəndi “1.2 İşçi əsas iş yeri üzrə X5 1 saylı Ərazi Məşğulluq Mərkəzi filialına müdir vəzifəsinə təyin edilir” redaksiyada verilmişdir.
6. “17 iyul 2020-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi barədə” 17 mart 2021-ci il tarixli Razılaşmadan görünür ki, 17 iyul 2020-ci il tarixli əmək müqaviləsinin 2.1ci bəndi dəyişdirilmiş, əmək müqaviləsinin 2.1-ci bəndində 3 ay sözləri 6 ay sözləri ilə əvəz edilmişdir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmişsə, həmin əmək müqaviləsi uzadılmış hesab olunur.
7. “17 iyul 2020-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi barədə” 20 sentyabr 2021-ci il tarixli Razılaşmanın surətindən görünür ki, işçi İddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin 1.2-ci bəndi “1.2 İşçi əsas iş yeri üzrə X5 13 saylı Ərazi Məşğulluq filialına müdir vəzifəsinə təyin edilir” redaksiyada verilmişdir.
8. “17 iyul 2020-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi barədə” 15 mart 2022-ci il tarixli Razılaşmadan görünür ki, işçi İddiaçı ilə bağlanmış 17 iyul 2020-ci il tarixli əmək müqaviləsinin 1.2-ci bəndi “1.2 İşçi əsas iş yeri üzrə X5 X2 filialına müdir müavini vəzifəsinə təyin edilir” redaksiyada verilmişdir.
9. “17 iyul 2020-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi barədə” 23 iyun 2022-ci il tarixli Razılaşmadan görünür ki, işçi İddiaçı ilə bağlanmış 17 iyul 2020-ci il tarixli əmək müqaviləsinin 1.2-ci bəndi “1.2 İşçi əsas iş yeri üzrə X5 Bakı Regional Məşğulluq filialının Sənədlərlə iş və inzibati şöbəsinə müdir vəzifəsinə təyin edilir” redaksiyada verilmişdir.
10. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 **********9 nömrəli, 06 avqust 2021-ci il tarixli əmrindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə struktur dəyişikliyinə əsasən 1 saylı Ərazi Məşğulluq filialına müdir vəzifəsinə keçirilmişdir.
11. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 **********1 nömrəli, 23 iyun 2022-ci il tarixli əmrindən görünür ki, İddiaçı 23 iyun 2022-ci il tarixdə Bakı Regional Məşğulluq filialının Sənədlərlə iş və inzibati şöbəsinə müdir vəzifəsinə keçirilmişdir.
12. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********0 nömrəli, 14 iyun 2019-cu il tarixli əmrindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vakant inzibati vəzifələri üzrə dövlət qulluğuna qəbul üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən 15 aprel 2019-cu il tarixdə elan edilmiş ümumi müsahibədən müvəffəqiyyətlə keçmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Hacıqabul Rayon Məşğulluq Mərkəzində baş məsləhətçvəzifəsində qulluq keçən İddiaçı 14 iyun 2019-cu il tarixdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Hacıqabul Rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsinə keçirilmişdir.
13. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********3 nömrəli, 16 mart 2020-ci il tarixli əmrindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Aparatının Əmək bazarının təhlili, statistika və yerli orqanlarla iş şöbəsinin Yerli orqanlarla iş sektorunun müdiri vəzifəsində müddətli müavilə əsasında çalışan İddiaçı öz arzusu ilə 16 mart 2020-ci il tarixdən müddətli müqavilə əsasında 2 saylı Bakı Ərazi Məşğulluq Mərkəzində direktor vəzifəsinə keçirilmişdir.
14. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********5 nömrəli, 15 iyul 2020-ci il tarixli əmrindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin 2 saylı Bakı Ərazi Məşğulluq Mərkəzinin direktoru İddiaçı 15 iyul 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə AR ƏMnin 68-ci maddəsinin 2-ci hissəinin a bəndinə əsasən xitam verilmişdir.
15. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 İdarə Heyətinin 17 iyul 2020-ci il tarixli, **********8 nömrəli qərarından çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 2 saylı Ərazi Məşğulluq Mərkəzinin əsasında 2 saylı Ərazi Məşğulluq Mərkəzi filialı yaradılmışdır.
16. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 İdarə Heyətinin 17 iyul 2020-ci il tarixli, **********1 nömrəli əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndinə uyğun olaraq İddiaçı 17 iyul 2020-ci il tarixdən tərəflərin qarşılıqlı razılığı ilə 3 ay müddətinə Azərbaycan Respublikasinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 2 saylı Ərazi Məşğulluq Mərkəzi filialının müdiri vəzifəsinə təyin edilmişdir.
17. İşçilərin davamiyyət cədvəlinin surətindən görünür ki, İddiaçı 23 oktyabr 2023cü il tarixdə işə gəlmiş və tabelə imza çəkmişdir.
Birinci instansiya məhkəməsində icraat
18. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 23 oktyabr 2023-cü il tarixli, 3-17-2/3-4-1666/2023 nömrəli əmrinin ləğv edilməsi, onun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 Bakı Peşə hazırlığı Mərkəzi PHŞ Sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsinə şöbə müdiri vəzifəsinə bərpa olunmağı və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
19. İddia onunla əsaslandırılmışdır ki, 05 fevral 1998-ci il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əmək fəaliyyətinə başlamışdır. 05 fevral 1998-ci il tarixdə 1 il müddətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Gəncə bölgəsi üzrə X8 Nəzarət Şöbəsinə əmək müfəttişi vəzifəsinə təyin edilmişdir. 03 yanvar 2000-ci il tarixdən X8 Mərkəzi Aparatında aparılmış struktur dəyişikliyi ilə əlaqədar tutduğu vəzifədən azad edilərək, əmək haqqı ştat cədvəlinə uyğun olaraq ödənilməklə Gəncə bölgəsi üzrə X8 əməyin mühafizəsinin texniki məsələləri üzrə əmək müfəttişi vəzifəsinə keçirilmişdir. 01 sentyabr 2000-ci il tarixdən həmin vəzifədən azad edilərək, əmək haqqı ştat cədvəlinə uyğun ödənilməklə 1 il müddətinə Gəncə bölgəsi üzrə X8 əməyin mühafizəsinin texniki məsələləri üzrə baş əmək müfəttişi vəzifəsinə keçirilmişdir. 01 may 2003-cü il tarixdə X9 aparılmış struktur dəyişiklikləri ilə əlaqədar Gəncə bölgəsi üzrə X16 7 nömrəli bölgə üzrə X16 adlandırılmışdır. 01 sentyabr 2013-cü il tarixdə X8 dövlət qulluqçularının vəzifələrinin adları inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğunlaşdırılaraq “baş əmək müfəttişi” vəzifəsi “baş məsləhətçi-baş əmək müfəttişi” adlandırılmışdır. 01 sentyabr 2003-cü il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq ona 3-cü dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. 19 aprel 2007-ci il tarixdən 7 nömrəli bölgə üzrə X8 “baş məsləhətçibaş əmək müfəttişi (texniki)” ilə bağlanmış əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 33.1.2-ci bəndinə əsasən xitam verilmişdir. 23 aprel 2007-ci il tarixdə Daşkəsən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru vəzifəsinə təyin edilmiş və ona 1-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. 10 sentyabr 2009-cu il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 33.1.1-ci bəndinə əsasən həmin vəzifədən azad edilmişdir. 30 dekabr 2009-cu il tarixdən Bakı şəhər Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktor müavini-Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun müdiri vəzifəsinə təyin edilmişdir. 26 aprel 2011-ci il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.3- cü maddəsinin 2-ci hissəsinə əsasən Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktor müavini-Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun müdiri vəzifəsindən azad edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Hüquq və kadrlarla iş sektorunun müdiri vəzifəsinə təyin edilmişdir. 28 may 2011-ci il tarixdə Sabirabad rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru vəzifəsi ona həvalə edilmişdir. 09 avqust 2012-ci il tarixdə Qaradağ rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru vəzifəsi ona həvalə edilmişdir. 06 fevral 2014-cü il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.3-cü maddəsinə əsasən Nazirlik yanıda Dövlət Sosial Təminat Xidmətinin Sabunçu rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin baş məsləhətçisi vəzifəsinə təyin edilmişdir. 28 iyul 2016-cı il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 iyun 2016-cı il tarixli 11/7-222 nömrəli əmrinə və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinin ikinci hissəsinə əsasən Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Sabunçu rayon X4 və işsiz vətəndaşların sosial müdafiəsi sektorunun baş məsləhətçisi vəzifəsinə təyin edilmişdir. 04 fevral 2019-cu il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinin ikinci hissəsinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61-ci maddəsinin 2-ci hissəsinə əsasən nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Hacıqabul rayon Məşğulluq Mərkəzinin baş məsləhətçisi vəzifəsinə keçirilmiş və Mərkəzin direktoru vəzifəsinin icrası ona həvalə edilmişdir.14 iyun 2019-cu il tarixdə həmin Mərkəzin direktoru vəzifəsinə təyin edilmişdir. 16 oktyabr 2019-cu il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. 18 oktyabr 2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən Xidmətin aparatının Əmək bazarının təhlili, statistika və yerli orqanlarla iş şöbəsinin Yerli orqanlarla iş sektorunun müdiri vəzifəsinə müvəqqəti təyin edilmişdir. 16 mart 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən Xidmətin 2 saylı Bakı Ərazi Məşğulluq Mərkəzinin direktoru vəzifəsinə keçirilmişdir. 02 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən Xidmətin 2 saylı Ərazi əşğulluq Mərkəzinin müdiri vəzifəsinə müddətli müqavilə əsasında keçirilmişdir. 15 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. 17 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 2 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının müdiri vəzifəsinə təyin edilmişdir. 30 noyabr 2020-ci il tarixdə Agentliyin 1 saylı Ərazi Məşğulluq Mərkəzi filialının müdiri vəzifəsinə keçirilmişdir. 06 avqust 2021-ci il tarixdə struktur dəyişikliyinə əsasən 1 saylı Ərazi Məşğulluq filialına müdir vəzifəsinə keçirilmişdir. 20 sentyabr 2021-ci il tarixdə 13 saylı Ərazi Məşğulluq filialına müdir vəzifəsinə keçirilmişdir. 15 mart 2022-ci il tarixdə Şirvan X12 filialına müdir müavini vəzifəsinə keçirilmişdir. 23 iyun 2022-ci il tarixdə Bakı Regional Məşğulluq filialının Sənədlərlə iş və inzibati şöbəsinə müdir vəzifəsinə keçirilmişdir. 27 sentyabr 2023-cü il tarixdə onunla həmin şərtlərlə, yəni 17 iyul 2020-ci il tarixdən 17 oktyabr 2022-ci il tarixədək 2 il 3 ay 1 gün müddətinə yeni əmək müqaviləsi bağlanmışdır və o, Agentliyin Bakı Peşə hazırlığı Mərkəzi PHŞ Sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsinə şöbə müdiri vəzifəsinə təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Əmək fəaliyyəti dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyiyində müxtəlif rəhbər vəzifələrdə çalışmış, işinin öhdəsindən layiqincə gəlmişdir, dəfələrlə ona vəzifələrini layiqincə yerinə yetirdiyinə görə əmək haqqına əlavələr və mükafatlar təyin edilmişdir. İşdən azad edilməmişdən qabaq son 1 ayda ona vəzifələrini layiqincə yerinə yetirdiyinə görə əmək haqqının 75 %-i miqdarında mükafat təyin edilmişdir. Onunla cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X10 X20 arasında 17 iyul 2020-ci il tarixdə 2 il 3 ay 1 gün müddətinə, birinci ayı sınaq müddəti olmaqla, 17iyul 2022-ci il tarixdən müqavilə bağlanmışdır. Həmin müqavilənin müddətinin bitməsinə müqavilənin 9.3-cü bəndinə əsasən 1 təqvim ayı qabaqcadan xəbərdar edilməklə xitam verilmədiyi üçün müqavilə 17 oktyabr 2022-ci il tarixdən həmin müddətə uzadılmış hesab edilməli olduğu halda əsassız olaraq 23 oktyabr 2023-cü il tarixində müqavilənin müddətinin bitməsi əsası ilə xitam verilmişdir. Onunla əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə müvafiq olaraq ona heç bir xəbərdalıq edilməmişdir. O, müqaviləyə xitam verildiyi gün, yəni 23 oktyabr 2023-cü il tarixdə səhər işə gələrək, tabelə imza atmışdır. Həmin tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İnsan Resursları Departamenti tərəfindən əməkdaşların biliklərinin qiymətləndirilməsi keçirilmişdir və o da qiymətləndirmədə iştirak etmişdir. Qiymətləndirmədə iştirak edərkən səhhətində problemlər yarandığı üçün həmin tarixdən 03 noyabr 2023-cü il tarixədək işə çıxa bilməmişdir. 04 noyabr 2023-cü il tarixdə işə çıxdığı vaxt ona onunla bağlanmış əmək müqaviləsinə 23 oktyabr 2023-cü il tarixində müqavilənin müddətinin bitməsi əsası ilə xitam verildiyi bildirilmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən o, həmin vaxt xəstəliyi ilə əlaqədar bülletendə olduğu üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilə bilməzdi. 04 noyabr 2023-cü il tarixdə ona əmək kitabçası təqdim edilmişdir və o, həmin vaxt jurnalda müvafiq qeydlər aparmışdır. Bununla yanaşı 27 sentyabr 2023-cü il tarixdə xidməti məruzə ilə Agentliyin tabeliyində olan Bakı Peşə Hazırlığı Mərkəzinin Sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsinin müdiri vəzifəsinə rotasiya qaydasında keçirildiyi halda 23 oktyabr 2023-cü il tarixdə, yeni vəzifədə 1 aydan da az müddətdə işlədikdən sonra müqaviləyə xitam verilmişdir. İşdən azad edilməmişdən qabaq son 1 ayda ona vəzifə öhdəliklərini layiqincə yerinə yetirdiyinə görə əmək haqqının 75 %-i miqdarında mükafat təyin edilməsi sonuncu tutduğu vəzifədən 1 aydan az müddətdə işlədikdən sonra azad edilməyinin qərəzli xarakterli olduğunu göstərir. Əmək kitabçasında qeydlərdən və işə əlavə edilmiş əmrlərin surətindən görünür ki, Agentlikdə işlədiyi müddətdə Agentliyin rəhbərliyi tərəfindən ona qərəzli münasibət göstərilmişdir. Agentlik yarandığı vaxtdan orada çalışdığı müddət ərzində 5 dəfə rotasiya qaydasında başqa işə keçirilmiş və bu da işin keyfiyyətinə təsir etmişdir. Belə ki, Agentlik yaradıldıqdan sonra X17 Sədrinin 17 iyul 2020-ci il tarixli **********1 nömrəli əmrinə əsasən 17 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 2 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının müdiri vəzifəsinə təyin edilmişdir. 30 noyabr 2020-ci il tarixdə Agentliyin 1 saylı Ərazi Məşğulluq Mərkəzi filialının müdiri vəzifəsinə keçirilmişdir. 06 avqust 2021-ci il tarixdə struktur dəyişikliyinə əsasən 1 saylı Ərazi Məşğulluq filialına müdir vəzifəsinə keçirilmişdir. 20 sentyabr 2021-ci il tarixdə 13 saylı Ərazi Məşğulluq filialına müdir vəzifəsinə keçirilmişdir. 15 mart 2022-ci il tarixdə ŞirvanX12 filialına müdir müavini vəzifəsinə keçirilmişdir. 23 iyun 2022-ci il tarixdə Bakı Regional Məşğulluq filialının Sənədlərlə iş və inzibati şöbəsinə müdir vəzifəsinə keçirilmişdir. Hər dəfə o rəhbərlik etdiyi kollektivə yenicə uyğunlaşıb əmək fəaliyyətinin davamlılığını və nizam-intizamı təmin etdiyi, işin keyfiyyətini yaxşılaşdırdığı vaxtlarda yeni vəzifəyə keçirilmişdir. Bu hallar barədə dəfələrlə elektron email vasitəsilə X11 Sədrinə müraciətlər edərək əsassız olaraq başqa işə keçirildiyini bildirmiş və məsələyə yenidən baxılmasını xahiş etmişdir. Lakin müraciətlərinin nəticəsi olmamışdır. O, inzibati vəzifə tutmuş dövlət qulluqçusu olduğu üçün Agentlik tərəfindən onunla sınaq müddəti müəyyən edilməklə müddətli əmək müqaviləsi bağlanması da qanunvericiliyin tələblərinə zidd olmuşdur. İşlədiyi müddətdə heç bir nöqsanı olmayıb və vəzifə funksiyalarımı layiqincə yerinə yetirmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X10 X20 yaradılana qədər o, dövlət qulluğunda inzibati vəzifə tutmuş və ixtisas dərəcəsi isə 1-ci dərəcəli dövlət qulluqçusu olmuşdur. Lakin buna baxmayaraq, onunla cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X10 X20 arasında 17 iyul 2020-ci il tarixdə 2 il 3 ay 1 gün müddətinə, birinci ayı sınaq müddəti olmaqla, 17 oktyabr 2022-ci il tarixədək müqavilə bağlanmışdır.
20. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə əmək münasibətləri yarandığı zaman olduğu kimi əmək müqaviləsinə xitam verildiyi zaman da Agentlik tərəfindən əmək qanunvericiliyinin tələblərinə tam şəkildə riayət edilmişdir. İddiaçının iddia ərizəsində istinad etdiyi kimi 16 oktyabr 2021-ci il tarixdə İddiaçı dövlət qulluğuna xitam verilmiş, 18 oktyabr 2021-ci il tarixdən Nazirlik yanında Dövlət Məşğulluq Xidmətində müxtəlif vəzifələrdə müddətli əmək müqaviləsi əsasında çalışmış və 15 iyul 2020-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə müvafiq olaraq öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İddiaçının 17 iyul 2020-ci il tarixdə əmək müqaviləsinin 2 il, 3 ay, 1 gün müddətinə bağlanması barədə iddiaları əsassızdır. Belə ki, İddiaçıla 17 iyul 2020-ci il tarixdə əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə 3 ay müddətində bağlanmış və mütəmadi olaraq uzadılmışdır. İddiaçı ilə müddətli əmək müqaviləsi tərəflərin qarşılıqlı razılaşması ilə, iddiaçının özünün sərbəst iradə ifadəsi ilə imzalanmaqla bağlanmışdır. Müqavilə bağlanarkən ƏM-nin 47-ci maddəsinin f bəndinin tələbləri pozulmadığından qanuni hesab edilməlidir. Eyni zamanda işçilərlə müddətli əmək müqaviləsinin bağlanması işəgötürənin hüququdur və Agentlik bu hüququndan istifadə etmişdir. İddiaçı isə könüllü olaraq bu müqaviləni bağlayaraq buna dair sərbəst iradəsini ifadə etmiş, əmək müqaviləsinin 3 aylıq müddətə bağlanması barədə məlumatlı olmuşdur. İddiaçı əmək müqaviləsinə Agentliyin 23 oktyabr 2023-cü il tarixli 3- 17-2/3-4- 1666/2023 nömrəli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən müqavilənin müddətinin bitməsi ilə əlaqədar xitam verilmişdir. İddiaçı iddia ərizəsində qeyd etdiyi bir nüans ondan ibarətdir ki, iddiaçı ilə Agentlik arasında bağlanmış müddətli əmək müqaviləsi əmək qanunvericiliyinin pozulması ilə xitam verilmişdir.İddia ərizəsinin qeyd edilən hissədə etibarsızlığı ilə bağlı bildirilir ki, tərəflər arasında olan müddətli əmək müqaviləsininxitamı əmək müqaviləsinin xitamı ilə bağlı qanunvericiliyin aidiyyəti müddəalarına uyğun həyata keçirilmişdir. İddiaçını müddətli əmək müqaviləsi üzrə müqaviləsinin müddəti 17 oktyabr 2023-cü il tarixində bitmişdir. Müvafiq müqaviləyə qanunvericilikdə nəzərdə tutulan 1 həftə ərzində xitam verilmişdir. Əlavə olaraq bildirilir ki, 23 oktyabr 2023-cü il tarixdə İddiaçı işə getmiş, davamiyyət tabelinə imza atmış, həmçinin əməkdaşların bilik və bacarıqlarının qiymətləndirilməsi ilə bağlı sınaq imtahanında iştirak etmişdir. İşdə olarkən həmin tarixdən əmək müqaviləsinə xitam veriləcəyini bildiyi andan iş yerini tərk etmiş və özünə əmək qabiliyyətinin müvəqqəti itirilməsi vərəqəsi açdırmışdır. Sözügedən davamiyyət tabelində iddiaçının inzibati binaya girişi ilə bağlı müvafiq qeyd olsa da, özü tərəfindən çıxışla bağlı hər hansısa bir qeyd aparılmamışdır. Bunun səbəbi ondan ibarət olmuşdur ki, iddiaçı işə gəldikdən sonra ona şifahi formada əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə xitam edildiyi bildirilmiş, iddiaçı da öz növbəsində çıxışla bağlı müvafiq qrafaya imza atmadan iş yerini tərk etmişdir. Həmin gün əmək qabiliyyətini itirməsi ilə bağlı Agentliyə heç bir məlumat verməmişdir. Agentlik iddiaçının 23 oktyabr 2023-cü il tarixdən etibarən əmək qabiliyyətini müvəqqəti itirməsi ilə bağlı informasiyanı ancaq iddiaçı əmək kitabçasını təhvil alan zaman şifahi formada verdiyi məlumata əsasən əldə etmişdir. Belə olduğu halda hazırki iş üzrə təqdim edilmiş SN 00008 seriyalı ******* nömrəli “Əmək qabiliyyətinin olmaması vərəqəsi” mötəbər sübut qismində dəyərləndirilməməlidir. Bundan əlavə iddiaçının qeyd etdiyi kimi rotasiya qaydasında iş yerinin dəyişdirilməsi iddia edildiyi kimi təktərəfli qaydada həyata keçirilməmiş, müvafiq dəyişiklərlə əlaqədar əlavələr imzalanmışdır. Əmək qanunvericiliyi baxımından sözügedən dəyişikliklər Agentliyin ümumi fəaliyyətinin təşkili ilə bağlı olmuşdur və işəgötürən öz fəaliyyətini səmərəliləşdirmək üçün işçilərin hüquq və azadlıqlarını, habelə qanunla qorunan mənafelərini pozmamaq şərtilə qeyd edilən formalı tədbirlər görmək hüququnu özündə saxlayır.
21. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(004)- 569/2024 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmişdir.
22. Qətnamə onunla əsaslandırılmışdır ki, əvvəllər cavabdeh orqanda uzun müddət ərzində dövlət qulluqçusu olub, hazırki əmək müqaviləsinin məzmunu baxımından da iddiaçının əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması cavabdeh tərəfindən mübahisə olunmur. Belə olan halda, cavabdeh təşkilatın iddiaçı ilə hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətli əmək müqaviləsi bağlaması işdən görünmür, cavabdeh tərəf də bun hər hansı aydınlıq gətirməmişdir. Məlum olduğu kimi, işçinin uzun illər ərzində müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdə ağlabatan səbəb olmadan çıxması və dərhal qısa müddətli əmək müqaviləsi bağlaması (başqa sözlə həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratması) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. İşçinin bu cür (bir qayda olaraq öz xeyrinə olmayan) dəyişikliyə getməsi, ağlabatan səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür. Sonuncu dəfə iddiaçı X5 tabeliyində Bakı Peşə Hazırlığı Mərkəsinin Sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsinin müdiri vəzifəsində çalışmış, əmək funksiyası çərçivəsində yerinə yetirdiyi iş, göstərdiyi xidmət daimi xarakterə malik olmaqla, bu hal qabaqcadan işəgötürənə məlum omuşdur. Belə ki, müddətli əmək müqaviləsinin bağlanması üçün əsas şərt - işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmasıdır. Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə bağlıdır. Bununla da məhkəmə hesab edir ki, cavabdeh tərəfindən Əmək Məcəlləsinin 45 və 47-ci maddələrinin tələbləri pozulmuşdur. Çünki, xx.xx.2020-ci il tarixdə uzun müddət ərzində fasiləsiz olaraq cavabdeh müəssisədə müxtəlif vəzifələrdə işləməsi və əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin müvəqqəti və ya mövsümi deyil, daimi xarakterə malik olması qabaqcadan cavabdehə bəlli olmasına və bir sözlə onunla müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan hər hansı halların müəyyən edilməməsinə baxmayaraq cavabdeh iddiaçı ilə qanunsuz olaraq müddətli əmək müqaviləsi bağlamışdır. Baxmayaraq ki, onunla müddətli əmək müqaviləsi bağlanması üçün hər hansı hüquqi əsas olmamışdır. Halbuki, qeyd olunan maddələrin tələblərinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan işəgötürənə bəlli olduğu halda işçi ilə müddətli əmək müqaviləsi bağlanıla bilməz və əmək müqaviləsi o halda müəyyən müddətə bağlanıla bilər ki, Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən hallar mövcud olmuş olsun. Hazırki halda isə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə onun gördüyü işin daimi xarakterə malik olması istisna edilmir, bu hal əvvəldən cavabdehə bəlli olmuşdur. Başqa sözlə, onunla müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən hallar olmamışdır. Bütün bunlara baxmayaraq cavabdeh, uzun müddət ərzində iddiaçı ilə dövlət qulluqçusu kimi, daha sonra müqavilə bağlayaraq əmək münasibətində olmağına rəğmən onunla 3 ay müddətinə, daha sonra əmək müqaviləsinə dəyişiklik edərək 6 ay müddətinə müddətli əmək müqaviləsi bağlayıb, sonradan isə müddətin qurtarmasını əsas gətirərək bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Cavabdehin nümayəndəsi həm etirazında, həm də məhkəmə iclasında verdiyi izahatında iddiaçı ilə müddətli əmək müqaviləsinin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin tələbləri çərçivəsində tərəflərin qarşılıqlı razılığı ilə bağlandığı və həmin müqavilənin bilavasitə onun iradəsini ifadə etdiyini göstərsə də, məhkəmə bununla razılaşmır. Eyni zamanda məhkəmə qeyd edir ki, uzun müddət ərzində eyni qurumda işləyən işçinin struktur dəyişikliyi nəticəsində yeni yaradılan qurumda 3-6 aylıq müddətlə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə uzlaşmır. Belə ki, Əmək Məcəlləsinin 56-cı maddəsinin 1-2- ci hissələrinə görə, istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir,isəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri,sərəncamı ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68- ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. Həmin normanın şərtləri gerçəkləşdiyi halda əmək münasibətlərinin bu qaydada tənzimlənməsi əvəzinə müddətsiz əmək müqaviləsi ilə çalışan işçinin işdən azad edilməklə (öz xahişi əsasında olsa belə) onun yeni qurumda qısa müddətli əmək müqaviləsi əsasında eyni (yaxud oxşar) işə götürülməsi Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair" 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqe diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir, işçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir, işəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Bu baxımdan şəxsin işə qəbul edilməsi zamanı həyata keçirilmiş sənədləşmənin nəticələrindən irəli gələn anlaşılmazlıq və ziddiyyətlər işçinin xeyrinə həll olunmalıdır. Odur ki, əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyrimütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır. Bu baxımdan məhkəmə hesab edir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən rarşılıqlı razılıq hazırki halda mövcud olmamışdır. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur. İddiaçının uzun illər işlədiyi iş yerində cəmi 3 ay müddətinə, daha sonra isə dəyişiklik edilməklə 6 ay müddətinə yeni əmək müqaviləsi bağlaması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz, işçinin bu cür dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmanın işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür. Odur ki, məhkəmə hesab edir ki, əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalı idi. Belə ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olduğu qabaqcadan bəllidir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə belə halda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır. Lakin həmin maddədə qeyd olunub ki, 47-ci maddədə müəyyən edilmiş hallar istisnadır. 47-ci maddənin “f” bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər. İşəgötürən hesab edir ki, əmək müqaviləsinin müddətli bağlanması qanuna uyğundur, çünki qarşılıqlı razılıq olub. Lakin müqavilənin müddətli bağlanmasına işçinin razılığı olmayıb. “Razılıq” deyiləndə iradə ifadəsi başa düşülür. İradənin ifadə olunması üçün əvvəlcə iradə olmalı, daha sonra o, ifadə olunmalıdır. Ona görə də mübahisənin düzgün həll edilməsi üçün müddətə münasibətdə iradənin olub-olmadığı aydınlaşdırılmalıdır. İradə - insanın təfəkkür prosesi əsasında qərar qəbul etmək, öz fikir və fəaliyyətini qəbul olunmuş qərara müvafiq yönəltmək qabiliyyətidir. İradənin olubolmaması motivlə (dərk olunmuş maraqla) müəyyənləşdirilir. Hazirki halda isə işçinin iradə və motivi müəyyən olunmur. Motiv yoxdursa, deməli, müqavilənin müddətli bağlanması barədə işçinin iradəsi yoxdur. Göründüyü kimi, əmək müqaviləsinin müddətli bağlanmasına işçinin razılığı yoxdur, Ona görə də əmək müqaviləsinin müddətə dair şərti (2.1-ci bənd) uydurma sayılır. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə əmək müqaviləsinin (əqdin) həmin şərtə aid hissəsi uydurma (əhəmiyyətsiz) hesab olunur və müqavilə müddətsiz bağlanmış sayılır. Odur ki, həmin müəssisədə (təşkilati hüquqi forması dəyişdirilmiş) 20 ilə yaxın daimi xarakterli əmək fəaliyyəti göstərmiş İddiaçı ilə əmək müqaviləsi müddətin bitməsinə görə ləğv oluna bilməz.
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 69, 70, 71, 73, 74, 75, 76, 300-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
24. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X5 qətnamədən apellyasiya şikayəti verərək tam ləğv edilməklə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərarında işçinin müddətli əmək müqaviləsi bağlanmasına razılığının müəyyən olunmadığını qeyd etsə belə, iş materiallarından da görünür ki, içşi ilə bağlanmış əmək müqaviləsi, ona edilmiş əlavə və dəyişikliklər işçinin öz imzası ilə təsdiq edilmişdir. Əmək qanunvericiliyi baxımdan işəgötürənin şəxslərlə müddətli əmək müqaviləsi bağlanması üçün işçilərin razılığının məxsusi formada sübut olunması zərurəti nəzərdə tutulmamışdır. Tərəflər arasında bağlanmış məhz bu münasibətlər çərçivəsində müqavilə üzrə işçinin razılığı olaraq nəzərə alınmalıdır. Ümumi müqavilə nəzəriyyəsi baxımından müqavilənin bağlanmış hesab olunması üçün tərəflərin bir-birinə uyğun iradə ifadəsinin mövcudluğu zərurəti nəzərdə tutulur. Hazırkı mübahisə üzrə isə həmin razılıq əldə edilərək müddətli əmək müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən onnun cavabdehlə müddətli müqavilə bağlanması ilə əlaqədar iradəsinin olmaması nə iddia ərizəsində mübahisələndirilmiş, nə də məhkəmə icraatı zamanı sözügedən iradəyə cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində xələl gəlməsi ilə bağlı aidiyyatı sübutlar təqdim olunmamışdır. Məhkəmə iddiaçının müvafiq məhkəmə mübahisəsindən qanuni gözləntisinin xarakterini dəyişdirmiş və mülki prosessual qanunvericiliyinin tələblərinə uyğun olmayaraq iddiaçı tərəfindən mübahisələndirilməyən və aididyyatı sübutlar təqdim edilməyən faktiki hala istinad edərək işin iddiaçının lehinə həlledilməsini təmin etmişdir. İddiaçı dövlət qulluqçusu olaraq əmək müqavləsinə öz ərizəsi əsasında xitam vermiş, daha sonra müddətli müqavilə çərçivəsində əmək münasibətlərinə daxil olmuşdur. İddiaçı qeyd edilən məsələni mübahisələndirməmişdir. Belə olduğu təqdirdə məhkəmə iddiaçının müddətli müqavilə ilə bağlı razılığınının olmaması ilə bağlı nəticəyə gələrək iddiaçının müstəqil iardə ifadəsini dolayısı ilə səhv təvsir etmişdir. Əgər müvafiq dəyişiklik işçinin hüquqlarının pozulması ilə müşaiyət edilmişdirsə, oz aman işçi tərəfindən hüquqlarının bərpası ilə bağlı 18 oktyabr 2019-cu il tarixdən hazırkı dövrə qədər heç bir müraciət edilməmişdir. İşçi müddətli əmək müqaviləsinə daxil olarkən sözügedən müqavilənin müddət əsası ilə xitam edilməsi riskini görmüş və qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətinə etiraz iddia ərizəsində göstərilən xüsusatlarla əsaslandırılmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
27. İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək şikayətin təmin olunmadan, qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
28. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin olunaraq, qətnamənin ləğv, iddianın isə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə; Maddə 3.9. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu; Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45.2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 45.3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir Maddə 47. Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə. Maddə 68.1. Əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması; Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 83.2 Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair" 15 iyul 2011-ci il tarixli qərarı:
... işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir, işçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir, işəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli qərarı:
“... əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər.”
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
35. Apellyasiya şikayətinin dəlillərindən birini o təşkil edir ki, məhkəmə işçinin müddətli əmək müqaviləsi bağlanmasına razılığının olması müəyyən olunmamasına, istinad etsə də iş mayteriallarından görünür ki, əmək müqaviləsi, və ona edilmiş əlavə və dəyişiklilər içinin öz imzası ilə təsdiq edilmiş və əmək qanunvericiliyi baxımından işəgötürənlə işçilər arasında müddətli əmək müqaviləsinin bağlanması üçün sonuncunun razılığının məxsusi formada sübut olunması zərurəti nəzərdə tutulmamışdır.
36. Apellyasiya şikayətinin bu dəlilinə münasibətdə məhkəmə kollegiyası onu qeyd edir ki, əmək müqaviləsi Əmək Məcəlləsinə uyğun bağlanmış hesab olunması ehtimal edilsə belə, Əmək Məcəlləsnin 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Hazırkı işinin hallarından da göründüyü kimi, iddiaçı artıq staj və sınaq müddətini başa vuraaraq uzun illər daimi dövlət qulluğunda inzibati vəzifə tutmuşdur. Beləliklə, iddiaçının yerinə yetirdiyi əmək funksiylarının daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu işin halları ilə öz təsdiqini tapır.
37. Həmçinin cavabdeh apellyasiya şikayətində iddiaçının dövlət qulluğuna öz ərizə ilə xitam verildiyinə istinad etsə də, ilk növbədə məhkəmə kollegiyası onu qeyd edir ki, iddiaçının daimi dövlət qulluğundan öz arzusu ilə xitam verilərək müddətli müqavilə bağalamağa razı olması ağalabatan olmamaqla, onun hüquqlarının və qanun mənafelərinin pozulmasının bariz nümunəsidir. Belə ki, dövlət qulluğunda olarkən ona təqdim olunan təminatlardan imtina edərək nəticəsinin onun üçün riskli olmasını bildiyi halda işçinin müddətli əmək müqaviləsinin bağlanmasına razılıq verməsi şübhə doğuran məqamlardan olmaqla yanaşı, iddiaçının bununla bağlı dəfələrlə yazılı şəkildə cavabdehə narazılığını ifadə etməsi onun iradəsinə uyğun olmayaraq müddətli əmək müqaviləsinin bağlandığı deməyə tam əsas verir.
38. Apellyasiya şikayətinin bir digər dəlili ondan ibarətdir ki, iddiaçı müddətli əmək müqaviləsinin bağlanması ilə bağlı iradəsinin olub-olmamasını mübahisələndirməmişdir.
39. Apellyasiya şikayətinin bu dəlilinə münasibətdə məhkmə kollegiyası onu qeyd edir ki, iddia ərizəsində iddiaçı cavabdehin onunla müddətli əmək müqaviləsinin qanunsuz olaraq bağlanmasını vurğulamış, həmçinin iddia ərizəsinə əlavə etdiyi cavabdehə dəfələrlə ünvanladığı yazılı müraciətlərdə də onunla müddətli əmək müqaviləsinin bağlanmasına narazılığını açıq-aşkar ifadə etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli qərarında da məhz bu hallara uyğun olaraq qeyd olunmuşdur ki, əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir.
40. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
41. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(004)- 569/2024 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(004)- 569/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov Fuad Abdıyev Xəyal Sarıyev