Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2256/2021 13.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Alıyeva Gülər Neymət qızının katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2994/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq Müəyyən etdi: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 19.048,92 ABŞ dollarıəsas borc, 11.529,96 ABŞ dollarıfaiz borcu, cərimə borcu 3.809,79 olmaqla, cəmi 34.388.67 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın cavabdehə məxsus “Hyundai Grandeur minik”markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilə (tip-sedan, buraxılış ili 2013, mühərrik-G6DEDA143228, BAN- KMHFH41HBDA337756) yönəldilərək, açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2994/2020saylı xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vemişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh şikayət ərizəsi qətnamədən verilən şikayətlərə dair qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Belə ki, Cavabdehnın şikayətinin nəticə hissəsi bu şəkildə ifadə edilmişdir: “Apellyasiya şikayətimi təmin edəsiniz. Azərbaycan Beynəlxalq Bank ASC Sənaye filialının mənimlə bağladığı ipoteka müqaviləsinin AR MM-nin və ipoteka müqaviləsinin şərtlərinə uyğun olaraq bağlanılmamasını müəyyən edərək etibarsız hesab edilərək ləğv edilsin.Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004) 2994/2020 nömrəli qətnaməsini ləğv edib,mənim borclu olduğum Azərbaycan Beynəlxalq Bank ASC Sənaye filialına borcumu, xx.xx.2014- cü il tarixdə bağlanan müqavilənin şərtlərinə və X1 1 ABŞ = 0,77 Azərbaycan manatı dəyərində hesablanmasını sizdən xahiş edirəm”. Əvvəla, məhkəmə kollegiyası iş materiallarına əsaslanaraq qeyd edir ki, apelyatorun şikayətində qeyd etdiyi və xahiş etdikləri ilə bağlı birinci instansiya məhkəməsində hər-hansı tələb (qarşılıqlı iddia) irəli sürməmişdir. Və belə olan təqdirdə cavabdeh olduğu iş üzrə hazırda belə tələb sürməsi mülki-prosessual qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Həmin Məcəllənin 361.1.4-cü maddəsinə görə, apellyasiya şikayətində işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməlidir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də qətnamədən apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364 və 366-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2994/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Bakı şəhər Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Vahid Sadıqov Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2256/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2256/2021
13.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver