Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-226/2025 18.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: payın naturada ayrılması, paylı mülkiyyətdə olan əşyanın hərracda satılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 Məmmədhüseyn oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan mənzillərin naturada bölünərək təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-200/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)- 519/2021 nömrəli qətnaməsi ilə cavabdeh X3 adına ünvan 2, 26, 27, 28 və 29 saylı mənzillər üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışların ləğv edilməsi, ünvan 2, 26 saylı mənzilin, ünvan 2, 27 saylı mənzilin, ünvan 2, 28 saylı mənzilin, ünvan 2, 29 saylı mənzilin üzərində 1/2 hissədə iddiaçı X1 və 1/2 hissədə Cavabdeh paylarının müəyyən edilməsi qət olunmuşdur. Qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən bu hissədə dəyişdirilmədən saxlanılmışdır.
2. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, məhəllə - 2942 a, mənzillər 26, 27, 28 və 29 (yeni qaydalarla AZ1121, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, 173, M6,m1, m2, m3, m4 saylı mənzillər) üzərində ½ hissədə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı tərəflərin ½ paylarda mülkiyyətində olan ünvan 2, 26, 27, 28, 29 saylı (Yeni qaydalarla AZ 1121, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, 173, M6, m1, m2, m3, m4) mənzillərdən İddiaçı payının naturada ayrılması, bu mümkün olmadıqda mənzillərin açıq hərracda satılaraq iddiaçıya düşən pulun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh ilə İddiaçı ½ paylarda mülkiyyətində olan ünvan 2, 26,27,28,29 saylı( Yeni qaydalarla AZ1121, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, 173,M6,m1, m2, m3, m4) mənzillərdən İddiaçı payının naturada ayrılması, bu mümkün olmadıqda mənzillərin açıq hərracda satılaraq satışdan əldə edilmiş vəsaitin tərəflər arasında paylarına mütanasib surətdə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı rəsmi nikahda olmuşdur. Məhkəmə qətnaməsi ilə tərəflər arasında olmuş nikah pozulmuşdur. Daha sonra İddiaçı birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 2(011)-519/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, Cavabdeh "xxxx" MMC-yə ünvanladığı və 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində notariat qaydasında təsdiq olunmuş xx.xx.2020-ci il tarixli, 8İ-5272 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli, 8İ-5270 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli, 8İ-5269 reyestr nömrəli və xx.xx.2020-ci il tarixli, 8İ-5271 reyestr nömrəli ərizələr, cavabdehlər Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixində bağlanmış xx.xx.2014-cü il tarixli, 52 saylı, xx.xx.2013-cü il tarixli, 28 saylı, xx.xx.2013-cü il tarixli, 29 saylı və xx.xx.2014-cü il tarixli, 30 saylı müqavilələrin ləğv olunması haqqında saziş, cavabdehlər "xxxx" MMC və X3 arasında bağlanmış, ünvan 2, 26 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli, 52 saylı, ünvan 2, 27 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli, 28 nömrəli, ünvan 2, 28 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli, 29 saylı və ünvan 2, 29 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli, 30 nömrəli “Mənzil alqı və satqısı haqqında” müqavilələr, cavabdeh "xxxx" MTK-nın üzvlərinin 09 nömrəli, xx.xx.2020-ci il tarixli Ümumi iclasının qərarlarının (protokolları) etibarsız edilmiş və həmin qərarlar əsasında cavabdeh X3 adına ünvan 2, 26, 27, 28 və 29 saylı mənzillər üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışların ləğv edilməsi, ünvan 2, 26 saylı mənzilin, ünvan 2, 27 saylı mənzilin, ünvan 2, 28 saylı mənzilin, ünvan 2, 29 saylı mənzilin,Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, ev 17, 19, 21, 35 saylı mənzilin üzərində 1/2 hissədə iddiaçı X1 və 1/2 hissədə Cavabdeh paylarının müəyyən edilməsi, “Mersedes Benz E220 CDİ” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı (əvvəlki **-MM-***) avtomobilə dair cavabdehlər Cavabdeh və X7 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, “Kia Mohave” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı və “Mersedes Benz E220 CDİ” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərində 1/2 hissədə iddiaçı X1 və 1/2 hissədə Cavabdeh paylarının müəyyən edilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək, "Ford Focus" markalı **-CC-*** dövlət nömrə nişanlı avtomobilin üzərində 1/2 hissədə iddiaçı Cavabdeh və 1/2 hissədə cavabdeh X1 paylarının müəyyən edilməsi, ilkin iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçı X2, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçı Cavabdeh aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11289/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə Cavabdeh və X7 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-519/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qismən,“Mersedes Benz E220 CDİ” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair cavabdehlər Cavabdeh və X7 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və 1/2 hissədə iddiaçı X1 və ½ hissədə Cavabdeh paylarının müəyyən edilməsi hissəsində ləğv edilmiş, ilkin iddia həmin hissədə qismən təmin edilmiş,“Mersedes Benz E220 CDİ” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair cavabdehlər Cavabdeh və X7 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsindən əldə edilmiş 40.000 manat pulun 1/2 hissəsi, yəni 20.000 manatın ilkin iddia üzrə Cavabdeh alınaraq ilkin iddia üzrə iddiaçı X1 xeyrinə tutulması, cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2662/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Xətai rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra qətnamə icra edilmiş, İddiaçı mənzillər üzərində 1/2 hissədə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Sözügedən mənzillər birgə nikah dövründə əldə edilmiş vəsait hesabına bir mənzilə birləşdirilmiş, faktiki olaraq cavabdeh tərəfindən bir mənzil olaraq istifadə olunur. İddiaçı mənzilə olan mülkiyyət hüquqlarını həyata keçirə bilmir, belə ki, cavabdeh onu həmin mənzilə ümumiyyətlə buraxmır.
6. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)- 5001/2023 nömrəli qərardadı ilə tikinti-texniki ekspertizası təyin edilmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/6785 nömrəli rəyinə əsasən ünvan 2 ünvanında yerləşən 26,27,28,29 saylı (Yeni qaydalarla AZ1121 Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, 173,M6,m1, m2, m3, m4 saylı) mənzillərin faktiki olaraq birləşdirildiyini və bir mənzil kimi istifadə edildiyini nəzərə alaraq, bu suallar üzrə tədqiqat aparılmamış, rəyin tədqiqat hissəsində göstərilənlər əsasən, tədqiqat obyektinin mülkiyyətçilərinin paylarına uyğun şəkildə naturada ayrılmasının “İnşaat Norma və Qaydaları 2.08.01.89 – un 1.1, 2.2,2.4 və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.
8. xx.xx.2024-cü il tarixli təklifdən görünür ki, İddiaçı Cavabdeh tərəflərin birgə mülkiyyətində olan, ünvan 2, 26,27,28,29 saylı ( Yeni qaydalarla AZ1121, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, 173,M6,m1, m2, m3, m4) mənzillərin hamısının birlikdə bazar qiymətinin 1.000.000 manat olmasını nəzərə alaraq həmin mənzillərin bölgüsünə dair ½ hissədə payını 500.000 manat həddində qiymətlədirdiyindən və bu məbləğdə vəsait tərəfindən ona ödənildiyi təqdirdə mənzilə dair ½ hissə payından onun xeyrinə imtina olunacağını təklif etmişdir.
9. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)- 200/2024 nömrəli qətnaməsi ilə (hakim S.C.Hacıyeva) iddia təmin edilmiş, İddiaçı və Cavabdeh birgə paylı mülkiyyətində olan ünvan 2, 26, 27, 28, 29 saylı (Yeni qaydalarla AZ1121, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, 173,M6, m1, m2, m3, m4) mənzillərin açıq hərracdan satılması, ünvan 2, 26, 27, 28, 29 saylı (Yeni qaydalarla AZ1121, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, 173,M6,m1, m2, m3, m4) mənzillərin satılmasından əldə edilən vəsaitin İddiaçı ilə Cavabdeh arasında paylarına mütənasib surətdə bölünməsi qət edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, işin halları ilə müəyyən olunur ki, mübahisəli əmlak ümumi paylı mülkiyyətdədir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə əmlakda paylar müyyən edilmiş və mənzilin paylara uyğun real bölgüsünün həyata keçirilməsinin mümkün olmadığı müəyyən edilmişdir. İşin halları hazırkı halda Mülki Məcəllənin 220-ci maddəsində nəzərdə tutulan 3-cü qaydanın tətbiq olunmasını istisna etmir. Ona görə mənzilin açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin mülkiyyətçilərin payına uyğun olaraq bölünməsi barədə hazırkı iddia ilə çıxış etməkdə iddiaçı haqlı olmuşdur. Ona görə mənzilin açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin mülkiyyətçilərin payına uyğun olaraq bölünməsi barədə yeni qərar qəbul edilməlidir.
11. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən 26, 27, 28, 29 saylı (Yeni qaydalarla AZ1121 Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, 173,M6,m1, m2, m3, m4 saylı) mənzillər faktiki olaraq birləşdirildiyindən və bir mənzil kimi istifadə edildiyindən mənzillərin real bölgüsü texniki cəhətdən mümkün deyildir. Əmlakların naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin iddiaçı ona aid olan payın dəyəri ödənilməklə cavabdeh tərəfindən alınmasını təklif etmişdir. Lakin cavabdeh təklifi qəbul etməmişdir.
12. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarında hüquqi mövqe belə olub ki, digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər.
13. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab etmişdir ki, müxtəlif hissələrdən ibarət olub, vahid mürəkkəb əmlak sayılan ünvan 2, 26, 27, 28, 29 saylı ( Yeni qaydalarla AZ1121, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, 173,M6,m1, m2, m3, m4) mənzillər birləşdiyindən, o cümlədən faktiki olaraq birləşdirilmiş mənzillərin yalnız bir giriş-çıxış qapısı olduğunu nəzərə alaraq, mənzilin mülkiyyətçilərinin paylarına uyğun şəkildə naturada ayrılması “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndələrinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığından mübahisəli mənzillər açıq hərracdan satılaraq, satışdan əldə edilmiş pul vəsaiti tərəflər arasında paylarına mütənasib surətdə bölünməlidir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3, 220.6, 221-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 103.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsi MPM-in 149- 150-ci maddələrinin tələblərinə uyğun təqdim edilməmişdir. İş materiallarında məhkəmə araşdırılması zamanı cavabdehin qeydiyyatda olduğu ünvan kimi göstərilən ünvan 4 cavabdehin nümayəndəsi olaraq ona təqdim edilmiş etibarnamədən təsdiqini tapır. Etibarnamədən göründüyü kimi, cavabdehin qeydiyyat ünvanı X11 küşəsi, ev 5, m 88 olmaqla Əhmədli yaşayış sahəsidir. Məhkəmə heç bir baxış keçirmədən nəticəyə gəlmişdir ki, sözügedən mənzillər birgə nikah dövründə əldə edilmiş vəsait hesabına bir mənzilə birləşdirilmiş, faktiki olaraq cavabdeh tərəfindən bir mənzil olaraq istifadə olunur. Məhkəmə öz əsaslandırmasında təqdim edilmiş sübutları nəzərə almayarq qeyd edir ki, xx.xx.2024cü il tarixli təklifdən görünür ki, İddiaçı Cavabdeh tərəflərin birgə mülkiyyətində olan, ünvan 2, 26, 27, 28, 29 saylı ( Yeni qaydalarla AZ1121, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, 173,M6,m1, m2, m3, m4) mənzillərin hamısının birlikdə bazar qiymətinin 1.000.000 manat olmasını nəzərə alaraq həmin mənzillərin bölgüsünə dair ½ hissədə payını 500.000 manat həddində qiymətlədirdiyindən və bu məbləğdə vəsait tərəfindən ona ödənildiyi təqdirdə mənzilə dair ½ hissə payından onun xeyrinə imtina olunacağını təklif etmişdir, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə, mübahisənin düzgün həlli üçün iş üzrə məhkəmə tərəfindən əmtəəşünaslıq ekspertizası təyin edilməmişdir. Buna görə də hesab edir ki, iş üzrə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından, iş üzrə məhkəmə-texniki və əmtəəşünaslıq ekspertizaları təyin edilməli idi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-3546/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
19. Məhkəmə-qiymətləndirmə ekspertizasının aparılmasından imtina edildiyindən xx.xx.2025-ci il tarixli məktubla mülki iş materialları məhkəməyə geri qaytarılmışdır.
20. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-226/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-qiymətləndirmə ekspertizasının keçirilməsi "xxxx" MMC-nin ekspertlərinə həvalə edilmişdir.
21. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, MEB-m102-0625 nömrəli rəyinə əsasən ünvan 2 ünvanında yerləşən 26, 27, 28, 29 saylı (Yeni qaydalarla AZ1121, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, 173,M6, m1, m2, m3, m4) yerləşən mənzillərin sahəsinin 1 kv.m-in bazar dəyəri 1,576.33 manat təşkil edir. Mərkəzi Ekspertiza Bürosunun qiymətləndirici-mütəxəssisləri tərəfindən aparılmış hesablamalar və təhlillər nəticəsində sözügedən ünvanda yerləşən mənzillərin hazırda bazar dəyəri aşağıdakı kimi müəyyən edilmişdir: mənzil 1 (26) – 82.800 manat, mənzil 2 (27) – 120.700 manat, mənzil 3 (28) – 123.600 manat, mənzil 4 (29) – 207.900 manat olmaqla, ümumilikdə, 535.000 manat (texniki səhv olaraq mənzil 3 (28) aid sahə və qiymət mənzil 4 (29) aid bənddə qeyd olunmuş və əksinə).
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, hərracın ilkin olaraq qapalı keçirilməsinin tərəfdarıdır.
23. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin o (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq, Şəki Rayon Ağır Cinayətlər Məhkəməsində əvvəlcədən təyin edilmiş məhkəmə prosesi olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə tərəfindən təyin edilən və alınmış qiymətləndirmə rəyi ilə razı olduğunu bildirmiş və onların iştirakı olmadan işə baxılaraq qanuni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının (nümayəndəsi və vəkilinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı: Bənd 19. .... əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür. Bənd 62. Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması. Bənd 64. Araşdırma nəticəsində əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. İddiaçıların əşyanın hərracdan satılmasını tələb etmədikləri halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir. Bənd 65. Ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. Bənd 66. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir. Ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və əşyadan payın ayrılması barədə işlərə baxılarkən məhkəmələr qətnamənin nəticə hissəsində icra qaydası qismində əşyanın bazar dəyərinə uyğun hərracdan ilkin satış qiymətini göstərməlidirlər.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Hazırkı işdə iddia təmin olunduğundan və cavabdeh apellyasiya şikayətində qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tam olaraq yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməli, tərəflərin paylı mülkiyyətində olan mənzillər ilkin olaraq yalnız onların iştirakı ilə qapalı hərracda, əmlak həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracda satılmalı, satış pulu tərəflərin paylarına uyğun bölünməli, ünvan 2, 26, 27, 28, 29 saylı (Yeni qaydalarla AZ1121, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, 173, M6, m1, m2, m3, m4) mənzillərin ilkin satış qiyməti: mənzil 26 (m1) – 82.800 manat, mənzil 27 (m2) – 120.700 manat, mənzil 28 (m3) – 207.900 manat, mənzil 29 (m4) – 123.600 manat müəyyən edilməlidir.
30. Belə ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edilərkən Mülki Məcəllənin 220-ci maddəsinə istinad etməklə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu isə qətnamənin ləğv edilməsi üçün əsasdır.
31. İşdən müəyyən olunur ki, ünvan 2, 26, 27, 28 və 29 saylı mənzillərin ½ hissəsi iddiaçının, ½ hissəsi isə cavabdehin mülkiyyətindədir.
32. İddiaçının tələbi həmin mənzillərin tərəflərin paylarına uyğun naturada ayrılması mümkün olmadıqda, evin açıq hərrac vasitəsi ilə satılaraq paylara mütənasib surətdə pulun bölünməsidir.
33. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə paylı əmlakın 2 mülkiyyətçisi olduğundan və onlardan birinin payının ayrılması əşya üzərində ümumi paylı mülkiyyətə xitam verilməsi ilə nəticələndiyindən bu iddianın qanuni əsasını Mülki Məcəllənin 221-ci maddəsi təşkil edir.
34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə qərardadında Mülki Məcəllənin 220-ci və 221-ci maddəsindəki qeyd olunan tələblərin baxılması qaydası və əsasları ilə bağlı məsələlərə aydınlıq gətirilmişdir.
35. Belə ki, Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması.
36. Birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2- 10/6785 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən 26, 27, 28, 29 saylı (Yeni qaydalarla AZ1121 Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, 173,M6,m1, m2, m3, m4 saylı) mənzillərin faktiki olaraq birləşdirildiyini və bir mənzil kimi istifadə edildiyini nəzərə alaraq, bu suallar üzrə tədqiqat aparılmamışdır, rəyin tədqiqat hissəsində göstərilənlər əsasən, tədqiqat obyektinin mülkiyyətçilərinin paylarına uyğun şəkildə naturada ayrılması “İnşaat Norma və Qaydaları 2.08.01.89 – un 1.1, 2.2,2.4 və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyil.
37. Bundan başqa, apellyasiya araşdıması zamanı məhkəmə kollegiyası tərəfindən mübahisəli ünvana yerində müayinə keçirilmiş və müəyyən olunmuşdur ki, ünvan 2 saylı bina 8 mərtəbədən ibarətdir, sözügedən mənzillər binanın 6-cı mərtəbəsində yerləşir. Qeyd olunan mənzillər vahid mənzil formasında birləşdirilmiş və mənzillərin kəsişməsində yerləşən ümumi dəhliz mənzilə əlavə edilmişdir (foto 8,9,10,11). Mənzillərin tərəflərin paylarına uyğun fiziki bölgüsünün mümkünsüzlüyü kollegiya tərəfindən də müəyyən edilmişdir.
38. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, tərəflərin ümumi paylı mülkiyyətdə olan mənzillərin naturada (fiziki) bölgüsü mümkün olmadığından, həmin daşınmaz əmlak məhkəmə qərarı ilə hərracdan satılmalıdır.
39. Kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının yuxarıda istinad olunan qərardadında göstərilənləri nəzərə alaraq qeyd edir ki, ümumi mülkiyyətdə olan əşyanın bölünməsi prosedurunda digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir.
40. Kollegiyanın iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili hərracın ilkin olaraq qapalı keçirilməli olduğunu bildirmişdir.
41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, tərəflərin paylı mülkiyyətində olan mənzillər ilkin olaraq yalnız onların iştirakı ilə qapalı hərracda, mənzillər həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracda satılmalıdır.
42. Bundan başqa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və əşyadan payın ayrılması barədə işlərə baxılarkən məhkəmələr qətnamənin nəticə hissəsində icra qaydası qismində əşyanın bazar dəyərinə uyğun hərracdan ilkin satış qiymətini göstərməlidirlər.
43. Kollegiyanın xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli qərardadları ilə iş üzrə məhkəmə-qiymətləndirmə ekspertizaları təyin edilmiş, cavabdeh mənzillərə ekspertlər tərəfindən baxış keçirilməsinə şərait yaratmadığından, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertizanın aparılmasından imtina edilmiş, "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən isə xx.xx.2025-ci il tarixli, MEB-m102-0625 nömrəli rəyə əsasən, baxış keçirilmədən iş materiallarında olan fotoşəkillər əsasında (yerində müayinə zamanı çəkilmiş) mənzillərin hazırda bazar dəyəri: ünvan 2, mənzil 26 (Yeni qaydalarla AZ1121, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, 173, M6, m1) - 82.800 manat, mənzil 27 (m2) - 120.700 manat, mənzil 28 (m3) – 207.900 manat, mənzil 29 (m4) – 123.600 manat müəyyən edilir. İddiaçı həmin qiymətlərlə razı olduğunu bildirmiş, məhkəmə kollegiyası da həmin qiymətləri reallığa uyğun və ağlabatan hesab edir.
44. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı həmçinin qeyd edir ki, işdə olan məhkəmə aktı ilə müəyyən edilir ki, iddia ərizəsində cavabdehin ünvanı kimi göstərilmiş mənzil də tərəflərin mülkiyyətindədir. MPM-in 149.2.2-ci maddəsinə əsasən tərəflərin faktiki ünvanı da iddia ərizəsində göstərilə bilər. İşdən həmçinin görünür ki, məhkəmə iclasları barədə məlumat cavabdehin “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yüklənmişdir. Odur ki, məhkəmə kollegiyası cavabdehin bu dəlilini formal hesab edərək əsassız sayır.
45. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-200/2024 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilsin. İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan ünvan 2, 26, 27, 28, 29 saylı (Yeni qaydalarla AZ1121, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, 173, M6, m1, m2, m3, m4) mənzillər ilkin olaraq yalnız tərəflərin iştirakı ilə qapalı hərracda, mənzillər həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracda satılsın, satış pulu tərəflərin paylarına uyğun bölünsün. ünvan 2, 26, 27, 28, 29 saylı (Yeni qaydalarla AZ1121, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, 173, M6, m1, m2, m3, m4) mənzillərin ilkin satış qiyməti: mənzil 26 (m1) - 82.800 manat, mənzil 27 (m2) - 120.700 manat, mənzil 28 (m3) – 207.900 manat, mənzil 29 (m4) – 123.600 manat müəyyən edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. İş üzrə birinci instansiya məhkəməsində keçirilmiş tikinti-texniki ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində vəsaitin 25 manatı İddiaçı, 25 manatı Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: