Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2263/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı1 nümayəndəsi (vəkili) Nümayəndə2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-nin nümayəndələri və vəkillləri Nümayəndə3 iştirakı ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “yaşayış və qeyriyaşayış sahələrinin, yaxud onların dəyərinin ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçıların nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və "Cavabdeh2” MMC-yə (MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Moskva prospektində MMC tərəfindən inşa edilən binadan 417,5 kv.metr yaşayış, 417,5 kv.metr qeyri-yaşayış sahəsinin, yaxud həmin sahələrin bazar dəyərini təşkil edən 1 252 000 (bir milyon iki yüz əlli iki min) manatın İddiaçı1, həmin binadan 750 (yeddi yüz əlli) kv.metr yaşayış, 750 (yeddi yüz əlli) kv.metr qeyri-yaşayış sahəsinin, yaxud həmin sahələrin bazar dəyərini təşkil edən 2 250 000 (iki milyon iki yüz əlli min) manatın İddiaçı2 verilməsi vəzifəsinin müştərək qaydada cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələblərini belə əsaslandırmışlar ki, onlarla Cavabdeh1 arasında sonuncunun təsisçisi olduğu Cavabdeh2 MMC-nin adına tikintiyə rəsmi icazənin alınmasına və həmin tikintinin maliyyələşdirilməsi üçün onların MMC-yə təsisçi kimi daxil olmaqla və sərmayə qoymaqla birgə fəaliyyət göstərmək barədə razılıq əldə edilmiş, bina hazır olduqdan sonra qoyduqları sərmayənin miqdarına mütənasib şəkildə həmin binada yaşayış və qeyri-yaşayış sahələrinin onlara verilməsi barədə razılaşmışlar. 2015-ci ildə İddiaçı2 özünün “xxxxxxxxx” ASC-də olan hesabından 200 000 (iki yüz min) ABŞ dolları götürmüş və Cavabdeh1 vermiş, pulların verilməsində İddiaçı1 və Cavabdeh1 işçisi Qədirov Saləddin də iştirak etmiş, Cavabdeh1 pulları qəbul etdikdən sonra dərhal sənədləri rəsmiləşdirməyə getmişdir. Sonradan Cavabdeh1 bildirmişdir ki, daha 200 000 (iki yüz min) ABŞ dolları lazımdır, buna görə də İddiaçı2 özünün “xxxxxxxxx” ASC-də olan hesabından daha 100 000 (bir yüz min) ABŞ dolları götürmüş, həmin pulları “xxxxxxxxxx” MTK-nın ofisində, yenə də birinci dəfə iştirak edən şəxslərin iştirakı ilə Cavabdeh1 vermiş, Cavabdeh1 bu pulları da aldıqdan sonra sənədləri rəsmiləşdirməyə getmişdir. Bundan bir neçə gün sonra İddiaçı1 ofisdə, Saləddin Qədirovun və İddiaçı2 iştirakı ilə Cavabdeh1 daha 95 000 (doxsan beş min) ABŞ dolları vermiş, ümumilikdə onlar tərəfindən Cavabdeh1 395 000 (üç yüz doxsan beş min) ABŞ dolları verilmiş, sənədlər MMC-nin adına rəsmiləşdirildikdən sonra tikinti işlərinə başlanmışdır. Sahənin düzləşdirilməsi və oradan torpağın çıxarılması üçün İddiaçı1 tərəfindən daha 72 000 (yetmiş iki min) ABŞ dolları xərclənmiş, bu pulların xərclənməsinin şahidləri prorab və işçilər olmuş, onlar görülən işə görə pul almışlar. İddiaçı2 və İddiaçı1 xərclədiyi ümumi məbləğ 467 000 dörd yüz altmış yeddi min) ABŞ dolları təşkil etmiş, tərəflərindən öhdəliklər yerinə yetirilsə də, onların nə Cavabdeh2 MMC-yə təsisçi kimi qəbul edilmələri barədə, nə də yaşayış və qeyri-yaşayış sahələrinin verilməsi barədə öhdəlik cavabdehlər tərəfindən yerinə yetirilməmiş, hər dəfə müxtəlif bəhanələr gətirilmişdir. 2019-cu ildə məlum olmuşdur ki, Cavabdeh1 binanın tikintisi haqqında başqa şəxslərlə razılığa gəlib və onlara bu barədə məlumat verməyib. Belə olan halda onlar Cavabdeh1 müraciət edərək, qoyulmuş sərmayələrinin müqabilində qiyməti maya dəyəri əsas götürülməklə hesablanmış yaşayış və qeyri-yaşayış sahələrinin, yaxud həmin sahələrin bazar qiymətinin verilməsini tələb etmiş, lakin o, pul vəsaitinin olmadığını bəhanə gətirərək bundan imtina etmişdir. Öhdəliklərin alternativ icrası kimi onlar tərəfindən dörd il əvvəl (2015-ci ildə) tikintisinə sərmayə qoyduqları binada daşınmaz əmlaka, həm yaşayış, həm də qeyri-yaşayış sahələrinə dair sənədlərini maya dəyəri əsas götürülməklə rəsmiləşdirməsini təklif etdikdə də, Cavabdeh1 bunu icra etməkdən imtina etmişdir. Qoyulmuş sərmayənin tikintiyə sərf edilməsi vaxtında tikintinin maya dəyəri hər kv.metr üçün 200 ABŞ dollarının manat ekvivalentindən çox deyildir. Bu səbəblə onlara verilməli olan yaşayış və qeyri-yaşayış sahələrinin maya dəyəri hər kv.metr üçün 200 ABŞ dolları üzərindən hesablanmalıdır. İddiaçı1 qoyduğu sərmayənin 167 000 ABŞ dolları, İddiaçı2 qoyduğu sərmayənin 300 000 ABŞ dolları olması nəzərə alınmaqla İddiaçı1 417.5 kv/metr yaşayış, 417.5 kv.metr qeyriyaşayış sahəsi, İddiaçı2 750 kv.metr yaşayış, 750 kv.metr qeyri-yaşayış sahəsi verilməli, yaxud həmin sahələrin bazar dəyərini təşkil edən hər kv.metr üçün 151 manat olmaqla, 1 252 000 (bir milyon iki yüz əlli iki min) manat İddiaçı1, 2 250 000 (iki milyon iki yüz əlli min) manat İddiaçı2 cavabdehlərdən müştərək qaydada tutularaq verilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin olunmaması qət edilmişdir. Qətnamədən iddiaçıların nümayəndələri apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi hüquq normasını düzgün tətbiq etmədiyini, işin hallarına və sübutlara düzgün hüquqi qiymət vermədiyini irəli sürmüşdür. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2, onların nümayəndələri (vəkilləri) Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş, bununla belə sonradan İddiaçı2 ərizə təqdim edərək Cavabdeh1la qarşılıqlı razılığa gəldiyini, binanın tikintisinə sərmayə kimi qoyduğu 300 000 ABŞ dolları Cavabdeh1 tərəfindən ona qaytarıldığından iddia tələblərindən imtina etdiyini bildirmişdir. Məhkəmə iclaslarında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMCnin nümayəndələri (vəkillləri) Nümayəndə1 və Nümayəndə3 apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş, İddiaçı2 iddia tələbindən imtinasının nəzərə alınaraq ona münasibətdə işin icraatına xitam verilməsini, digər iddiaçının iddia tələbinin isə rədd olunmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı2 iddia tələblərinin təmin edilməməsinə dair hissədə ləğv olunmaqla iş üzrə icraata bu hissədə xitam verilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi onun iddia tələblərinin təmin olunmaması ilə bağlı hissədə ləğv olunaraq iddia tələblərinin qismən təmin edilməsi haqqında yeni qətnamə çıxarılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələblərini təmin etmədiyi zaman iddianın hər hansı sübutla təsdiq olunmadığına və İddiaçı1 irəli sürdüyü faktiki halların iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığına əsaslanmışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, bununla həm də qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmamasına yol açmışdır. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, “İddiaçı2 sürücüsüdür, İddiaçı2 onunla “xxxxxxxxx” ASC-yə gedərək oradan pul götürmüş, Azad müəllimin şirkətinə gəlmiş, Azad müəllimin otağında Cavabdeh1 və mühəndis Saleh olmuşlar. Cavabdeh1 tanıyır və bilir ki, İddiaçı2 və İddiaçı1 Natanil Mixayloviçlə birgə iş görmüşlər. X6 İbrahimovun iş yerində görmüş, ona ümumi iki dəfə pul aparmışlar. Birinci dəfə İddiaçı2la bankdan 171 000, ikinci dəfə 100 000 pul götürmüşlər”. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, “İddiaçı2 onun köhnə dostudur. O, Cavabdeh2-də baş mühəndis vəzifəsində işləyir, hal-hazırda yaşayış binasının tikintisini həyata keçirirlər. 2015-ci ildə Azad müəllimin ofisində İddiaçı2 2-3 dəfə pul verib. İlk dəfə 200 000 ABŞ dolları pul məbləğini gətirib masanın üzərinə qoydu və Azad müəllim həmin məbləği Cavabdeh1 verdi. İkinci dəfə Mais müəllim 100 000 ABŞ dolları gətirib masaya qoydu və Azad müəllim həmin məbləği Natan İzrailova verdi. Üçüncü dəfə isə Azad müəllim özü 95 000 ABŞ dolları məbləğində pul vəsaitini və torpaq işlərinin görülməsinə dair 72 000 manat və ya 75 000 manat pul Natan Mixayloviçə verdi. Pulun verilməsində o, İddiaçı1, Cavabdeh1, İddiaçı2 iştirak edib, başqa kiminsə iştirak etməsini xatırlamır. O, Natanil Mixayloviçin işçisidir, İddiaçı2 məsləhəti ilə işə götürülüb”. Apellyasiya baxışı zamanı təkrar dindirilmiş Səlahəddin Qədirov birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq etmiş, şahid qismində dindirilməsinə qərar verilmiş X8 isə tikinti şirkətinin sahibi olduğunu, Səlahəddini, Azadı, Maisi və Natanili tanıdığını, ilk dəfə Mais müəllimlə, sonradan 3-4 dəfə Natanillə görüşdüklərini, Mais müəllimin layihələri təqdim etdiyini, lakin qərar verə bilməkdiklərini və şərikinin gəlməli olduğunu dediyini, müəyyən müddətdən sonra Natanil müəllimin Moskvadan gəldiyini, birlikdə onların ofisində ümumi şifahi razılığa gəldiklərini, ərazinin 30 faizinin Mais müəllimgilə, 70 faizinin isə tikintini aparacaqları üçün onlara qalacağı barəsində razılaşdıqlarını, sözə güvənib hər hansı sənəd olmadan tikintiyə başladıqlarını, tikinti sahəsinə 600-700 minlik armatur tökdüklərini, tikintinin sahibi kimi Natanil və Mais müəllimi tanıdığını, sonradan tikintinin yarımçıq qaldığını, armaturun geri qaytarıldığını və gördükləri işə görə pullarının ödənildiyini bildirmişdir. İş materiallarından görünür ki, İddiaçı1 Cavabdeh1 “WhatsApp” proqramı vasitəsilə yazdığı “Salam Natan, sən mənimlə necə hesablaşmağı düşünürsən. Artıq beşinci ildir ki, sən mənə 467 000 dollar borclusan” mesajına Cavabdeh1 tərəfindən “Mən heç kimə heç nə borclu deyiləm! Sən pulu biznesə qoydun, lakin öhdəliklərini yerinə yetirməyərək, biznesi buraxdın. Sənin biznesdəki pulların, ümumi sahənin 25 faizi hesabı ilə, sənədlər paketinə görə sənin səlahiyyətli nümayəndələrin tərəfindən verildi. Həmin 25 faizdən sənə, müvafiq olaraq, sahələr məxsusdur” məzmununda; “Sən mənim kabinetimdə nağd pul aldın və bizdən birimizi təsisçi etməli idin və öz şəriklərinlə danışırdın və onlar da sənə Maisi təsisçi etməyə razılıq verdi, mən də tikintidən imtina etməmişdim, sən mənim əlimi sıxdın ki, tikintiyə başlayırıq və gedib başqası ilə danışdın, bizi aldatdın və başqaları ilə tikməyə başladın və beləliklə, beş ildir ki, bizi aldadırsan, nə rəsmi kağız verirsən, nə də pulu qaytarırsan” mesajına “...Azad-əzizim! Mən heç vaxt heç kimi aldatmamışam – bu mənim prinsipim deyil. Sən bu layihəyə təxminən üç il sahib oldun, amma ona yiyələnmədin. Azərbaycan qanunvericiliyinə görə, tikintiyə dair sərəncam üç il ərzində icra olunmadıqda, qüvvədən düşür. Bunun sən də yaxşı bilirsən, Mais də, ona görə də Mais vəziyyətdən çıxmaq üçün sənə məlum olan şərtlərlə investor tapmağa məcbur oldu. Öz tərəfimdən sənə söz verirəm ki, hara verildiyini yaxşı bildiyiniz pulunuzu qaytarmaq üçün əlimdən gələn hər şeyi edəcəyəm. narahat olmayın, pullar sizə qayıdacaq. Mən onları mənimsəməmişəm. Anlayışınız üçün təşəkkür edirəm” məzmununda; “Sabahınız xeyir məlumat üçün bildirim ki, mən də eyni şərtlərlə inşa etməyə hazır idim biz bir-birimizin əlini sıxdıq, sən isə başqalarını tapdın əgər biz biznesdəyiksə sən mənimlə razılaşdırmalısan, lakin bunu etdin indi isə mənə sənə mənzilləri və ofisləri maya dəyəri ilə yazmağı yaxud əldən çıxmış fayda nəzərə alınmaqla pulla hesablaşmağı təklif edirəm çünki siz mənsiz belə ölçülərdə qeyri-yaşayış sahəsi edə bilməzdiniz gəlin bir-birimizə qarşılıqlı hörmət edək” mesajına isə “Orda maya dəyəri yüksəkdir” “Bizə sənədlər paketinə görə 25 faiz verdilər, sən bunu bilirsən sən mənə 22,5 faiz təklif edirdin” məzmmununda cavablar verilmişdir. Beləliklə aydın olur ki, İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdeh1 "Cavabdeh2" MMC-nin inşa edəcəyi binanın tikintisinin maliyyələşdirilməsi üçün külli miqdarda pul vəsaitləri verilmiş, bunun müqabilində Cavabdeh1 onlara həmin binada qoyduqları vəsaitlərə uyğun yaşayış və qeyri-yaşayış sahələri vermək öhdəliyi götürmüş, lakin sonradan həmin işbirliyi baş tutmamış, İddiaçı1la Cavabdeh1 arasında aparılmış “WhatsApp” yazışmalarında sonuncu, bu faktı etiraf edərək, iddiaçılara verilməli olan sahələrin hansı qiymətdən hesablanması barədə fikirlərini bildirmiş, pul vəsaitlərinin borc kimi deyil, biznesə qoyulduğunu qeyd etməklə, öhdəliklərini icra edəcəyini vəd etmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. İddiaçı1 tərəfindən məhkəməyə yuxarıda göstərilənlərdən başqa digər sübut təqdim edilməsə də, kollegiya qeyd etməyi zəruri hesab edir ki, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir sıra hallarda “...sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər” (“Mahmudov Rusiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin xx xxxx 2007-ci il tarixli qərarı). Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 İddiaçı1 pul vəsaiti aldığını və “onu qaytarmaq üçün əlindən gələn hər şeyi edəcəyini” bildirməsi, həmçinin hazırkı məhkəmə icraatı başladığı dövrdən etibarən iddiaçılardan heç bir pul vəsaiti almadığını irəli sürməsinə baxmayaraq, apellyasiya baxışı zamanı onlardan birinə - İddiaçı2 – 300 000 ABŞ dolları ödəməsi, işin hallarının məcmusunda qiymətləndirildiyində onun İddiaçı1 da pul almış olduğu və onu geri qaytarmadığı nəticəsinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, Cavabdeh1 iddiaçının (İddiaçı1) hesabına əsassız varlanmış olduğundan, 167 000 ABŞ dolları pul vəsaiti ondan alınaraq İddiaçı1 qaytarılmalıdır. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi zamanı ödənilmiş dövlət rüsumlarının məbləği də (bank xidmət haqqı ilə birlikdə) Cavabdeh1 tutularaq İddiaçı1 ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3061/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsiİddiaçı1 iddia tələblərinin təmin edilməməsi ilə bağlı hissədə ləğv edilməklə həmin tələblər üzrə yeni qətnamə çıxarılsın(qətnamənin İddiaçı2 iddia tələblərinin təmin edilməməsinə dair hissəsinin müvafiq qərardadla ləğv edildiyi vəiş üzrə icraata bu hissədə xitam verildiyi nəzərə alınmaqla). İddiaçı1 Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “yaşayış və qeyri-yaşayış sahələrinin, yaxud onların dəyərinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin olunsun. Cavabdeh1 167 000 (yüz altmış yeddi min) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), habelə dövlət rüsumlarının əvəzi qismində 45,80 (qırx beş manat 80 qəpik) manat alınaraq İddiaçı1 ödənilsin. İddiaçı1 iddia tələbləri qalan hissələrdə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Ziya Şirinov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-2263/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2263/2020
30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver