Məhkəmə qərarları › İş №2(103)-2263/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2263/2025

27.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2263/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri 10 saylı Notariat Ofisinə qarşı mülki iş üzrə (Açar sözlər: mirasın qəbulu, vərəsəlik şəhadətnaməsinin etibarsızlığı, iddia müddətinin axımının başlanması, sübutların qiymətləndirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X29 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X12 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı cavabdeh Bakı şəhəri 10 saylı Notariat Ofisinə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində, X21, X22, X23, X24, X19, Məmmədov Adil Oruc oğlu və X28 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməklə) “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, daşınmaz əmlaka dair çıxarışın etibarsız hesab edilməsi və vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4234/2024 saylı 28 noyabr 2024-cü il tarixli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X19 tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 477085 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı (atası Məmmədov Oruc Vəli oğlu, anası X15) xx.xx.1960-cı il tarixdə Ermənistan Respublikasının, Krasnoselo rayonunun, Ardanıs kəndində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 36 nömrə ilə qeyd edilmişdir.

2. Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 160202 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Məmmədov Oruc Vəli oğlu xx.xx.2011-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 584 nömrə ilə qeyd edilmişdir.

3. ünvan 7dən xx.xx.2011-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, xx.xx.2011-ci ildə vəfat etmiş Məmmədov Oruc Vəli oğlunun vərəsəsi – Bakı şəhəri, C.Haxıbəyli küçəsi, ev 54, mənzil 14-də qeydiyyatda olan həyat yoldaşı X8r.

4. Şəhadətnamə verilən miras əmlak AR Bakı şəhəri İH Tİ və MHQİ tərəfindən xx.xx.1999-cu il tarixdə verilmiş 1011 saylı reyestr kitabının 151821-ci səhifəsində 30/151821 saylı ilə qeydə alınmış seriya MH 169062 saylı qeydiyyat vəsiqəsinə və AR ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhəri, Əİ tər, xx.xx.2011-ci il tarixli, 11/25305 saylı arayışa əsasən, mərhum Məmmədov Oruc Vəli oğluna məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 54 saylı evdə yerləşən, ümumi sahəsi 155.3 m2 , o cümlədən yaşayış sahəsi 118.1 m2 olan, 7 otaqlı, 14 nömrəli şəxsi mənzildən ibarətdir. Reyestrdə 2-v-1-215 nömrə ilə qeyd edilmişdir.

5. Məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri və X31 Şəxsi tərəfindən məhkəməyə təqdim edilmiş MA seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 155.3 m2 , yaşayış sahəsi 118.1 m2 , yardımçı sahəsi 37.2 m2 olan, 7 otaqdan ibarət 14 nömrəli mənzil X6 mülkiyyətindədir və həmin mənzil üzərində xüsusi mülkiyyət hüququ X6 adına xx.xx.2011-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır.

6. Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 316989 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X13 xx.xx.2021-ci il tarixdə “ürəyin kəskin işemik xəstəliyinin digər formaları” səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021ci il tarixdə 418 nömrə ilə qeyd edilmişdir.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-99/2022 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı, X21, X22, X23 və X16 cavabdehlər X19, X28 və Məmmədov Adil Oruc oğluna qarşı daşınmaz əmlaka dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və hər bir vərəsənin payına uyğun məcburi pay hüququnun təmin edilməsinə dair iddia tələbi qismən təmin edilmiş, X6 X19, X28 və Məmmədov Adil Oruc oğlu ilə ayrı-ayrılıqda bağladığı xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsi qət edilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5883/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, cavabdehlər X28 və Məmmədov Adil Oruc oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-871/2024 nömrəli qərarından müəyyən olunur ki, cavabdeh Məmmədov Adil Oruc oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5883/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsinin cavabdeh Məmmədov Adil Oruc oğlunun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 10.ünvan 2 ünvanlanmış xx.xx.2022-ci il tarixli, 4680 nömrəli cavab məktubundan müəyyən olunur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-99/2022 nömrəli icra vərəqəsi xx.xx.2022-ci il tarixdə icra edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 54 saylı evin 14 nömrəli mənzilinə dair Bakı şəhəri 14 saylı Notariat X4 ilə X28, Məmmədov Adil Oruc oğlu və X19 arasında xx.xx.2017-ci il tarixdə rəsmiləşdirilərək qeydiyyatı 4Ə/-386, 4Ə/-387, 4Ə/-388 reyestr nömrələri ilə aparılmış daşınmaz əmlakın bağışlama müqavilələri xx.xx.2022-ci il tarixdə ləğv edilmiş və reyestr kitabında, həmçinin “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemində müvafiq qeydiyyat aparılmışdır.

Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdeh Bakı şəhəri 10 saylı Notariat Ofisinə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində, X21, X22, X23, X24, X19, Məmmədov Adil Oruc oğlu və X28 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ata mülkü olan ünvan 1 ünvanında yerləşən 14 nömrəli mənzilə aid 10 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, daşınmaz əmlaka dair çıxarışın etibarsız hesab edilməsi və onun vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia onunla əsaslandırılmışdır ki, atası Məmmədov Oruc Vəli oğlu vəfat edənə kimi Bakı şəhəri Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsi ev 54 mənzil 14 ünvandakı mübahisəli mənzildə yaşamışdır. Mərhum Məmmədov Oruc Vəli oğlunun övladları: İddiaçı, X21, X22, X28, Məmmədov Adil Oruc oğlu, X19, X23, X24 bir ailədə böyümüşdürlər. Ana babası oğlu X40 müharibəsindən qayıtmadığına görə stresslər keçirmiş, xəstə olmuşdur. Həmin vaxt anası atası ilə rəsmi nikahda olmuş və həmin nikahdan o, dünyaya gəlmişdir. O, anadan olandan sonra babası anasını ona qulluq etmək üçün öz evinə qaytarmışdır. Atası ilə ailəsini bərpa etməyə imkan verməmişdir. Atası təkrar evlənənə kimi ona nənəsi qulluq etmişdir. Atası evlənəndən sonra isə onu analığı X1. O, analığını ana kimi qəbul etmişdir. Ölənə kimi onu ana deyə çağırmışdır. Atası Məmmədov Oruc Vəli oğlu 15 mart 2011-ci il tarixində vəfat etmişdir. Onun vəfatından sonra qeyri-qanuni yolla son beşik qardaşı X19 ata mülklərini anaları X6 adına keçirmişdir. Həmin vaxt onun və digər bacıqardaşlarının vərəsəlik hüququ qərəzli olaraq pozulmuşdur. Onların heç biri vərəsə kimi cəlb edilməmişlər. X13 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Onun 7-si mərasimindən sonra məlum olmuşdur ki, kiçik qardaşları X19 yenidən qanun pozuntusuna yol verərək ata mülklərini ələ keçirmək məqsədilə onlardan xəbərsiz qərəzli olaraq ata mülkünü X28, Məmmədov Adil Oruc oğlu və X19 tam olaraq öz adlarına keçirmişlər. Atalarından qalmış, X6 mülkiyyətində olan Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsi ev 54 mənzil 14 ünvanında yerləşən ümumi sahəsi 155.3 kv.metr (yaşayış sahəsi 118.1 kv.metr və yardımçı sahəsi 37.2 kv.metr), 7 otaqdan ibarət olan mənzilin 5 otağı 14 saylı Notariat Kontorunun xx.xx.2017-ci il tarixində tərtib etdiyi daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X14, qalan 1 otaq Məmmədov Oruc Vəli oğluna və 1 otaq Məmmədov Adil Oruc oğluna hədiyyə edilmişdir. Bakı şəhəri ünvan 3 ünvana bölünmüşdür. ünvan 4nı qardaşları Məmmədov Adil Oruc oğluna, ünvan 5 ünvanı qardaşları X25, ünvan 6 ünvanı qardaşları X14 aiddir. X14 mülkün 5 otağı – 81.2 faizi (87.5 kv.metr, 5 otaq yaşayış sahəsi və köməkçi sahə 37.2 kv.metr, ümumi 124.4 kv.metr), X25 mülkün 1 otağı – 11.7 faizi (18.1 kv.metr, 1 otaq yaşayış sahəsi), Məmmədov Adil Oruc oğluna mülkün 1 otağı – mülkün 7 faizi (10.5 kv.metr, 1 otaq yaşayış sahəsi) hədiyyə edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-99/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi mövcuddur. Onlar məhkəmədən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi üzrə vərəsəlik hüquqlarının bərpa edilməsi ilə əlaqədar olaraq Bakı şəhəri Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsi ev 54 mənzil 14 ünvanındakı mübahisəli daşınmaz əmlaka dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-99/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X6 X19, X28 və Məmmədov Adil Oruc oğlu ilə ayrı-ayrılıqda bağladığı 8 iyun 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqavilələri etibarsız hesab edilmişdir. Narazı qalan qardaşları Bakı Apellyasiya Məhkəməsinə şikayət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hüquqlarının pozulmasını və manefələrinə ciddi şəkildə ziyan dəydiyini bildirmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 2(102)- 5883/2023 nömrəli qətnaməyə əsasən, cavabdehlər – qardaşları X28 və Məmmədov Adil Oruc oğlunun ayrı-ayrılıqda şikayətləri təmin edilməmiş və Nərimanov Rayon Məhkəməsinin 2(005)-99/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 2(102)-871/2024 nömrəli qərar il cavabdeh Məmmədov Adil Oruc oğlu tərəfindən verilmiş şikayət təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin 2(005)-99/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, qanuni qüvvəsini almış və icraya yönəlmiş Nərimanov Rayon Məhkəməsinin 2(005)-99/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi qismən icra edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən qətnamə icraya yönəldilmiş, Nərimanov rayon İcra şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunmuş, məhkəmə qərarı icra olunmuş və Bakı şəhəri Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsi ev 54, mənzil 14 ünvanında olan mübahisəli daşınmaz əmlaka dair 3 ədəd bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair məlumat Ədliyyə Nazirliyinin “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemində qeydə alınaraq həmin iş üzrə icraata xitam verilmişdir. Hal-hazırda miras əmlakın vərəsələr arasında bölünməsinə dair notarial hərəkətlərin edilməsi mərhələsindədirlər. 14 saylı notariat kontorunun xx.xx.2017-ci il tarixində tərtib etdiyi daşınmaz əmlakın bağışlanması müqavilələri etibarsız hesab edilmişdir. 14 saylı Notariat Kontorunda bu iş üzrə araşdırmalar aparılarkən məlum olmuşdur ki, miras əmlak onun analığı X6 adına keçirilərək bölünərkən ona ata mülkündən pay düşmür. Onun anası X9r. Bu səbəbdən də atası vəfat edəndən sonra qanunsuz olaraq tərtib edilmiş 10 saylı Dövlət Notariat Kontorunda tərtib edilmiş saxta qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi gündəmə gəlmişdir. Bununla əlaqədar olaraq, o, 10 saylı Dövlət Notariat Kontorunun rəisi X17 müraciət etmiş və ona köməklik göstərilməsini xahiş etmişdir. Lakin, notariat ofisinin rəisi onun şifahi müraciətinə Mülki Məcəllənin 1246-cı maddəsinə görə, qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinin mümkün olmadığını və bunun üçün məhkəməyə müraciət etməli olduğunu bildirərək imtina etmişdir. İmtinanın səbəbini həmin dövrə aid vərəsəlik sənədlərinin Dövlət Notariat Kontorunun arxivində olması ilə izah edərək bildirmişdir ki, məhkəmənin sorğusuna əsasən vərəsəlik işi tələb ediləcək və hakim iş üzrə məhkəmə araşdırması apararaq öz qərarını verəcəkdir.

13. Üçüncü şəxs X19 iddia tələbinə etirazı onunla əsaslandırmışdır ki, miras qoyan, yəni ataları Məmmədov Oruc Vəli oğlu xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. İddiaçı atasının vəfat etməsindən məlumatlı olmuş və bütün yas mərasimlərində iştirak etmişdir. Bununla belə miras əmlakı vərəsə kimi qəbul etmək barəsində notariat kontoruna ərizə ilə müraciət etməmişdir. Miras əmlak, yəni Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 54 nömrəli evin 14 nömrəli mənzili anaları X6 adına rəsmiləşdirilmişdir. Lakin, iddiaçı iddia ərizəsində qeyd edir ki, guya o, atalarının vəfatından 2 il sonra qeyriqanuni yolla miras əmlak olan mənzili analarının adına keçirmiş və bununla da onun və digər bacı-qardaşların vərəsəlik hüququnu qərəzli olaraq pozmuş və buna görə də onların heç biri vərəsə kimi cəlb edilməmişdir. Miras əmlak bütün birinci növbə vərəsələr arasında qəbul edilmiş ümumi razılıq əsasında analarının adına rəsmiləşdirilmişdir. Beləliklə də, bu zaman bütün vərəsələrin bundan xəbəri olmuşdur. Deməli, miras əmlak tamamilə qanuni əsaslarla, notariat qaydasında birinci növbə vərəsə olan analarının adına rəsmiləşdirilmişdir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, iddiaçı miras qoyanın vəfatından məlumatlı olmuşdur, onun bütün yas mərasimlərində şəxsən iştirak etmişdir. Həmin vaxt mirasın qəbulu ilə bağlı notariat kontoruna ərizə ilə müraciət etməmişdir. Bundan sonra, iddiaçı miras əmlakın qəbulu ilə bağlı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 99/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı, X21, X22, X23 və X16 ona, Məmmədov Adil Oruc oğluna və X25 qarşı “daşınmaz əmlaka dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və hər bir vərəsənin payına uyğun məcburi pay hüququnun təmin edilməsi”nə dair iddia ərizəsi qismən təmin edilmiş, X6 X19, X28 və Məmmədov Adil Oruc oğlu ilə ayrı-ayrılıqda bağladığı xx.xx.2017-ci il tarixli “daşınmaz əmlakın bağışlama müqavilələri” etibarsız hesab edilmiş, iddia qalan hissədə, yəni hər bir vərəsənin payına uyğun məcburi pay hüququnun təmin edilməsinə dair hissədə təmin edilməmişdir. Həmin iş üzrə iddiaçılar qeyd olunan məhkəmə qətnaməsi ilə razılaşmış və apellyasiya şikayəti verməmişlər. Qətnamə həmin hissədə qanuni qüvvəsini almışdır. Bundan 3 il keçdikdən sonra, hazırkı iş üzrə iddiaçı yenidən, mahiyyəti üzrə eyni iddia ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş və bu zaman ən azından 3 il iddia müddətini ötürmüşdür. Əslində isə 13 il müddətində iddia müddətini ötürmüşdür. Eləcə də, mahiyyəti üzrə eyni iddia tələbi üzrə məhkəməyə bir dəfə iddia ərizəsi ilə müraciət etmək olar. Hazırkı iş üzrə iddiaçı notariat ofisinə mirasın qəbul ilə bağlı müraciət etməmiş və ötürülmüş müddətin bərpasına dair məhkəməyə ərizə verməmişdir. Beləliklə, iddiaçı atasının – miras qoyanın vəfat etməsi barədə tam məlumata sahib olmasına baxmayaraq, vərəsəliyin qəbulu ilə bağlı 13 il müddətində notariusa rəsmi qaydada ərizə təqdim etməklə müraciət etmədiyindən, qanun üzrə vərəsəlik üzrə vərəsəlik haqqında şəhadətnamənin, daşınmaz əmlaka dair çıxarışın etibarsız hesab edilməsi və vərəsəlik hüququnun tanınması üçün heç bir qanuni əsas yoxdur. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X19, X28 və Məmmədov Adil Oruc oğlu iddia müddətinin tətbiq edilməsinə dair eyni məzmunlu ərizələrlə məhkəməyə müraciət edərək, məhkəmədən İddiaçı cavabdeh Bakı şəhəri 10 saylı Dövlət Notariat Kontoruna qarşı “qanun üzrə vərəsəlik şəhadətnaməsinin, daşınmaz əmlaka dair çıxarışın etibarsız hesab edilməsi və vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

15. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4234/2024 nömrəli, 28 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, ünvan 1 ünvanında yerləşən 14 nömrəli mənzilə dair ünvan 7dən verilmiş xx.xx.2011-ci il tarixli, reyestrdə 2-v-1-215 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi; İddiaçı ünvan 1 ünvanında yerləşən 14 nömrəli mübahisəli mənzilə vərəsəlik hüququnun tanınması qət edilmişdir.

16. Məhkəmə qeyd etmişdir ki, miras qoyanın yaşadığı yer, eləcə də əmlakın yerləşdiyi yer Nərimanov rayonu ərazisində olsa da, vərəsəlik işi Suraxanı rayonunda yerləşən notariat kontorunda açılmışdır. Həmçinin notarius tərəfindən digər vərəsələrin axtarılması istiqamətində hər hansı tədbirlər görülməmişdir. İddiaçı isə aparılan hərəkətlər barədə məlumatsız olmuşdur. Notariuslar tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı həmçinin mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün də tədbirlər görməlidir.

17. Məhkəmə hesab etmişdir ki, ünvan 7dən Gülbəsti Məmmədovaya xx.xx.2011-ci il tarixdə reyestrdə 2-v-1-215 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən qanunvericiliyin tələblərinə riayət edilməmiş, notarius tərəfindən vəzifəsi düzgün icra edilməyərək “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur, bu isə iddiaçının məlumatsız qalmasına səbəb olmuşdur. Bununla da məhkəmə hesab etmişdir ki, ünvan 1 ünvanında yerləşən 14 nömrəli mübahisəli mənzilə dair ünvan 7dən verilmiş xx.xx.2011-ci il tarixli, reyestrdə 2-v- 1-215 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir.

18. Həmçinin məhkəmə iddia tələbinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış etibarsız hesab edilməsi hissəsinə münasibətdə hesab etmişdir ki, həmin çıxarış xx.xx.2011-ci il tarixli, 2-v-1-215 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş, həmin şəhadətnamə etibarsız hesab edildiyindən çıxarış da etibarsız hesab edilməli və İddiaçı ünvan 1 ünvanında yerləşən 14 nömrəli mübahisəli mənzilə vərəsəlik hüququ tanınmalıdır.

19. İddiaçı iddia ərizəsində mülkiyyətçinin adının dəyişdirilməsi xahiş edilən müqavilənin tərəfi deyil. Müqavilədə mülkiyyətçi olaraq X7 qeyd olunmuş, bununla yanaşı müqavilənin tərəflərin rekvizitləri hissəsində həmin şəxsin etibarnamə əsasında çıxış etməsi göstərilmişdir. Lakin, X10 yalnız 15 kv.m. sahəsi olan daşınmaz əmlakın mülkiyyətçisi olması, müqavilənin isə 2 otaqlı, sahəsi 71,2 kv.m. olan daşınmaz əmlak barədə bağlanması işin mübahisələndirilməyən hallarındandır (*həmin hissədə iddiaçı müqaviləyə hər hansı düzəlişin edilməsini xahiş etməyib). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

20. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlmişdir ki, X3 potensial vərəsə olması X2 bağlanmış və icra edilmiş müqaviləyə hər hansı dəyişiklərin edilməsinə əsas vermir.

21. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29cu maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəllənin 5, 139, 140, 148, 149, 1133, 1134, 1145, 1147 və 1151-ci maddələrinə; Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 12 və 16-cı maddələrinə; “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 9 və 55-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

22. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4234/2024 nömrəli, 28 noyabr 2024-cü il tarixli qətnaməsindən narazı qalan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X19 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və ədalətsiz olduğuna görə ləğv edilməlidir. Belə ki, mirasqoyan – ataları Məmmədov Oruc Vəli oğlu 15 mart 2011-ci il tarixdə vəfat etmişdir. İddiaçı atasının vəfat etməsindən məlumatlı olmuş və bütün yas mərasimlərində iştirak etmişdir. Bununla da miras əmlakı vərəsə kimi qəbul etmək barədə qanunvericiliklə nəzərdə tutulmuş müddətdə notariat kontoruna ərizə ilə müraciət etməmişdir. Bununla da iddiaçı 13 (on üç) il müddətində iddia müddətini ötürmüşdür. Belə fərz edilsə ki, İddiaçı atasının vəfat etməsindən məlumatsız olmuşdur. Lakin 2021-ci ildə analarının vəfatından dərhal sonra o, miras əmlakının qəbulu ilə bağlı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir (iddia həmin hissədə təmin edilməmiş, iddiaçı apellyasiya şikayəti verməmişdir) və iddia ərizəsində göstərmişdir ki, «…atasının vəfatından sonra miras əmlak olan ev anamızın adına rəsmiləşdirilmişdir.» Beləliklə, ən azından 2021-ci ilin mart ayında iddiaçıya məlum olmuşdur ki, atası vəfat etmişdir, miras əmlak da analarının adına rəsmiləşdirilmişdir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciətlə verdiyi iddia ərizəsində göstərdiklərindən məlum olur ki, onun xəbəri olmuşdur ki, atası 2012-ci ildə vəfat etmişdir. (Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-99/2022 saylı 02 mart 2022-ci il tarixli qətnaməsi, 1-ci səhifə, sonuncu abzas. Kcerosurəti işin materiallarına əlavə olunmuşdur). İddia ərizəsində İddiaçı göstərir ki, guya o, saxta etibarnamə əsasında, atalarının vəfatından 2 il sonra ata mülkünü analarının adına keçirmişdir. Hazırki iş üzrə İddiaçı imkanı olmuşdur ki, saxta hesab etdiyi “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsızlığı haqqında iddia tələbi ilə məhkəməyə müraciət etsin. İmkanı olduğu halda bunu etməmişdir. Bundan başqa qeyd etmişdir ki, miras əmlakın analarının adına rəsmiləşdirilməsi məsələsi hamısının ümumi fikri olmuşdur. Həmin vaxt onlar 10 saylı Dövlət Notariat Kontoruna getmişlər və miras əmlakdan olan paylarından da imtina etmişlər. İddiaçı onlarla birlikdə orada iştirak etmiş və miras payından imtina ərizəsi vermişdir. Lakin bu hal birinci instansiyası məhkəməsi tərəfindən araşdırılmamışdır. Qətnamədə göstərilməmişdir ki, İddiaçı miras əmlakdan imtina ərizəsi vermişdir ya yox. Hətta cavabdeh Bakı şəhəri 10 saylı Notariat Kontoru bağlandığına görə iddiaçıya imtina məktubu da verməmişdir, birinci instansiya məhkəməsi də mövcud olmayan cavabdehə qarşı qaldlrılmış iddianı əsassız, qanunsuz olaraq təmin etmişdir. Cavabdeh isə mövcud olmadığına görə məhkəmə iclaslarında iştirak etməmiş, heç bir fikir bildirməmişdir. Bütün bunlara baxmayaraq, iddiaçının vərəsəlik hüququ tanınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2ci maddəsində göstərilir ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarılması üçün əsasdır. Hesab edir ki, iddia müddəti keçmişdir, lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. 2021-ci ildə analarının vəfatından dərhal sonra o, miras əmlakının qəbulu ilə bağlı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir və iddia ərizəsidə göstərmişdir ki, «…atasının vəfatından sonra miras əmlak olan ev anamızın adına rəsmiləşdirilmişdir.» Beləliklə, ən azından 2021-ci ilin mart ayında iddiaçıya məlum olmuşdur ki, atası vəfat etmişdir, miras əmlak da anamızın adına rəsmiləşdirilmişdir. Lakin o, 3 ildən sonra Suraxanı Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə baxışında cavabdeh Bakı şəhəri 10 saylı Notariat Kontorunun iştirakını təmin etməməklə prossessual hüquq normasını kobud surətdə pozmuşdur. Çünki məhkəmədə cavabdehin iştirakı təmin edilsəydi daha obyektiv araşdırılma aparılardı. Bu səbəbdən belə hesab edir ki, məhkəmənin hansı qənaətə gələcəyini tərəflərin hər hansı birinin qabaqcadan müəyyən etməsi yolverilməzdir və ciddi qanun pozuntusudur.Məhkəmə yalnız iddiaçı tərəfin ifadəsini nəzərə almış, sübutlara obyektiv qiymət verməmişdir, cavabdehin iştirakını təmin etməmiş, notariat işini sorğu ilə tələb etməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

25. İştirak etdiyi məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, onların atası birdir, lakin anaları fərqlidir. Birinci nikahdan ancaq o doğulmuşdur. Atasının ikinci nikahından isə 7 uşaq dünyaya gəlmişdir, onlardan biri uşaq ikən rəhmətə getmişdir. Atası rəhmətə gedəndən sonra ev analığının adına rəsmiləşmişdir. Analığı rəhmətə gedəndən sonra onun hüzur mərasimində məlum oldu ki, ev özgəninkiləşdirilmişdir. O sağ ikən notariusa aparılmış, ev Vəli, Adil və Məhərrəmə bağışlanmışdır. Bağışlama müqaviləsindən onların məlumatları yox idi. Nərimanov Rayon Məhkəməsində araşdırma aparılan zaman bağışlama müqavilələri etibarsız hesab edildi. Atası rəhmətə gedəndən sonra ancaq analığı vərəsə kimi tanındı. Ondan da xəbərləri olmamışdır. Həmin vaxt notariusda ancaq İradə bacısı iştirak etmişdir. Vərəsəlik haqqında şəhadətnamə açılan zaman heç birinin razılıq ərizəsi alınmamışdır. Həmin evdə cəmi 3 nəfər qeydiyyatda olmuşdur və ev onların arasında bölünmüşdür. Hal-hazırda ev iki dəfə satılmışdır. Onlar notariusa mülkin bölgüsü ilə bağlı müraciət edən zaman notarius ona dedi ki, buna hüququ çatmır. İstəyir ki, mülk atasının adına qayıtsın və yenidən bölgü aparılsın. Atası 1999-cu ildə rəhmətə getmişdir. Ondan sonra 3 ay və 6 ay ərzində notariat kontoruna müraciət olunmamışdır. Atası rəhmətə gedəndən sonra orada daimi olaraq analığı yaşayırdı. 1999-cu ildə o, Bərdə korpusunda zabit kimi xidmət edirdi, qeydiyyatı da yataqxana idi. Atası rəhmətə gedən zaman o, yas mərasinində iştirak edirdi. O, həmin evdə heç vaxt yaşamamışdır. 1992-ci ildə noyabr ayının 27-ə qədər Sovet ordusunda zabit kimi qulluq etmişdir, 1992-ci ilin noyabr ayından sonra isə gəlmişdir, ünvanı isə Səngərlər olmuşdur. Müxtəlif bölgələrdə hərbi xidmətdə olmuşdur. Miras əmlakın qəbulu ilə bağlı nə imtina etmiş, nə də qəbulu ilə bağlı ərizə vermişdir. O, Memar Əcəmidə yaşamışdır, atası isə mübahisəli evdə yaşamışdır. Digər qardaş-bacıları hamısı o evdə böyümüşlər, ailə qurub ayrılana qədər həmin evdə qeydiyyatda olmuşlar.

26. İştirak etdiyi məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Məmmədov Novruz oğlu apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir və bildirmişdir ki, atası rəhmətə gedən zaman iddiaçı orada yaşamırdı. Atası 2011-ci ilin mart ayının 15-də rəhmətə getmişdir

27. İştirak etdiyi məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X24 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

28. İştirak etdiyi məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X23 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

29. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

33. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X19 tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi xahiş edilir. Mübahisənin predmeti bölünməz olduğundan kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

34. 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

35. 1133.1 və 1133.2-ci maddələrinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

36. 1134.1 və 1134.2-ci maddələrinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.

37. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

38. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

39. 1151-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

40. 1159.1-ci maddəsinə, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

41. 1160-cı maddəsinə əsasən, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.

42. 1243.1 və 1243.2-ci maddələrinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

43. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

44. 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.

45. 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

46. 1321.3-cü maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.

47. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyə əsasən “.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair xx.xx.2023-cü il tarizli Qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir.

Tətbiq edilən prosessual hüquq norması

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

50. 14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

53. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

54. 220.4-ci maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, mübahisəyə maddi və prosessual hüquq norması düzgün tətbiq edilməmişdir.

56. Baxılan işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına əsasən müəyyən olunur ki, miras qoyan Məmmədov Oruc Vəli oğlu xx.xx.2011-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 584 nömrə ilə qeyd edilmişdir. Miras əmlak onun birinci növbə vərəsəsi qismində arvadı - X13 tərəfindən mirasın qəbul edilməsi barədə notariat orqanına ərizə ilə müraciət edilməklə qəbul edilmiş, miras əmlak onun adına rəsmi olaraq qeydiyyata alınmışdır.

57. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-99/2022 nömrəli qətnaməsinə əsasən, iddiaçılar İddiaçı, X21, X22, X23 və X16 cavabdehlər X19, X28 və Məmmədov Adil Oruc oğluna qarşı “daşınmaz əmlaka dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və hər bir vərəsənin payına uyğun məcburi pay hüququnun təmin edilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, X13 ilə X19, X28 və Məmmədov Adil Oruc oğlu arasında ayrı-ayrılıqda bağlanmış xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsi qət edilmişdir.

58. Hazırda iddiaçı, qardaşı X11 qeyri-qanuni yolla atası Məmmədov Oruc Vəli oğlunun əmlakını 15 mart 2011-ci il tarixində vəfatından sonra anası X6 adına keçirdiyini, onun və digər bacı-qardaşlarının vərəsə kimi cəlb edilmədiyini, miras əmlakın analığı X6 adına keçirilərək bölündüyü təqdirdə bu əmlakdan ona pay düşməyəcəyini, bu səbəbdən də 10 saylı Dövlət Notariat Kontoru tərəfindən tərtib edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

59. İddianın əsaslı olduğu qənaətinə gələn birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, miras qoyanın yaşadığı yer, eləcə də əmlakın yerləşdiyi yer Nərimanov rayonu ərazisində olsa da, vərəsəlik işi Suraxanı rayonunda yerləşən notariat kontorunda açılmışdır. Həmçinin notarius tərəfindən digər vərəsələrin axtarılması istiqamətində hər hansı tədbirlər görülməmişdir. İddiaçı isə aparılan hərəkətlər barədə məlumatsız olmuşdur. ünvan 7dən Gülbəsti Məmmədovaya xx.xx.2011-ci il tarixdə reyestrdə 2-v-1-215 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən qanunvericiliyin tələblərinə riayət edilməmiş, notarius tərəfindən vəzifəsi düzgün icra edilməyərək “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur, bu isə iddiaçının məlumatsız qalmasına səbəb olmuşdur.

60. Məhkəmə kollegiyası üçüncü şəxsin verdiyi apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hazırkı mülki işin halları iddiaçının, analığı X6 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmamasının yoxlanılması baxımından araşdırılmalıdır.

61. Bu məsələnin düzgün hüquqi həlli üçün isə ilk növbədə iddiaçının mirası qanunla müəyyən edilmiş qaydada qəbul edib-etmədiyi müəyyən edilməlidir. Başqa sözlə, vərəsələrdən birinin digər vərəsənin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı barədə tələb irəli sürə bilməsi üçün əvvəlcə onun özünün mirası qəbul etməsi təsdiq olunmalıdır. Əks hal, onun həmin iddianı qaldırmağa subyektiv hüququnun olmadığı nəticəsini əmələ gətirəcəkdir.

62. Araşdırmaya keçməmişdən əvvəl məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli Qərarı hazırkı mübahisəyə şamil edilmir.

63. Beləliklə mirasın açıldığı tarixdə qüvvədə olmuş Mülki Məcəllənin hazırkı işə tətbiq edilməli olan 1246-cı və 1273-1-ci maddələrinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir.

64. Göründüyü kimi mirasın qəbulu institutu ilə bağlı mirasın açıldığı vaxt qüvvədə olmuş Mülki Məcəllənin tələblərinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakının faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir

65. Qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (“G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli qərarı).

66. Formalaşmış hüquqi mövqeyə əsasən mirasın formal və qeyri-formal qəbulu üsulları müəyyən olunur. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.

67. İş materiallarından və iddiaçının məhkəmə iclası zamanı verdiyi izahatdan görünür ki, o, doğulduğu vaxtdan hal-hazıradək mübahisəli mənzildə yaşamadığını, miras əmlakı faktiki sahiblik yolu ilə qəbul etmədiyini, mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə ilə müraciət etmədiyini etiraf edir. Göründüyü kimi, iddiaçının mirasın faktiki və rəsmi qəbulu ilə bağlı qanunla müəyyən edilmiş 6 aylıq müddəti ötürdüyü işin mübahisələndirilməyən halıdır.

68. Beləliklə baxılan iş üzrə müəyyən edilmişdir ki, iddiaçı atasından qalan mirası qanunla müəyyən edilmiş müddətdə qəbul etməmişdir. Bu da onun atasından qalan mirasdan pay almaq hüququnun itirilməsinə səbəb olur və iddia tələbinin rədd olunması üçün müstəqil əsasdır. İddiaçının mirası qəbul etməsi müəyyən olunmadığına görə, onun iddia ərizəsində irəli sürdüyü digər tələblər üzrə araşdırma aparılmasına zərurət qalmır. Çünki həmin tələblər, iddiaçının mirası qəbul etməsindən irəli gələn hüquqlara bağlıdır.

69. Belə ki, pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə o zaman yol verilə bilər ki, iddiaçının müvafiq subyektiv hüququnun mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edilmiş olsun. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia, buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından rədd olunmalıdır.

70. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığı üçün apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilməlidir.

71. MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

72. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

73. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X11 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4234/2024 nömrəli, 28 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Bakı şəhəri 10 saylı Notariat Ofisinə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində, X21, X22, X23, X24, X19, Məmmədov Adil Oruc oğlu və X28 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməklə) “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və s.” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar