Məhkəmə qərarları › İş №2(103)-2265/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2265/2023

19.04.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2265/2023 19.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh MMC-nə qarşı mülki iş üzrə (Açar sözlər: kompensasiyanın ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), İkram Sabir oğlu Şirinov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-193/2022 saylı 04 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçıların nümayəndəsi və vəkili Vəkil Tahir oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 ünvan 1 ünvanında qeydiyyatdadır.

2. AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 ünvan 1 ünvanında qeydiyyatdadır.

3. AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 ünvan 2 ünvanında qeydiyyatdadır.

4. İddiaçı1 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan yaşayış evinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə İddiaçı1 məxsus olan ünvan 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə faktiki ümumi sahəsi 244.9 kv.m olan evinin əvəzinə 30.5% artıq, həmin ünvanda inşa ediləcək yeni hündürmərtəbəli yaşayış binasının B1 blokunda, 4-cü mərtəbədə, ümumi sahəsi 64.79 kv.m olan, 21 nömrəli təmirli 2 otaqlı mənzili İddiaçı1 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan yaşayış evinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə İddiaçı1 məxsus olan ünvan 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə faktiki ümumi sahəsi 244.9 kv.m olan evinin əvəzinə 30.5% artıq, İddiaçı2 həmin ünvanda inşa ediləcək yeni hündürmərtəbəli yaşayış binasının B1 blokunda, 2-ci mərtəbədə, 1 nömrəli təmirli, ümumi sahəsi 51.21 kv.m olan, 1 otaqlı mənzili mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan yaşayış evinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə İddiaçı1 məxsus olan ünvan 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə faktiki ümumi sahəsi 244.9 kv.m olan evinin əvəzinə 30.5% artıq, İddiaçı2 həmin ünvanda inşa ediləcək yeni hündürmərtəbəli yaşayış binasının B1 blokunda, 5-ci mərtəbədə, 28 nömrəli təmirli, ümumi sahəsi 64.79 kv.m olan, 2 otaqlı mənzili mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.4-cü bəndinə əsasən Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan yaşayış evinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə İddiaçı1 məxsus olan ünvan 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə faktiki ümumi sahəsi 244.9 kv.m olan evinin əvəzinə 30.5% artıq, İddiaçı3 həmin ünvanda inşa ediləcək yeni hündürmərtəbəli yaşayış binasının B1 blokunda, 3-cü mərtəbədə, 8 nömrəli təmirli, ümumi sahəsi 51.21 kv.m olan, 1 otaqlı mənzili mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.5-ci bəndinə əsasən Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan yaşayış evinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə İddiaçı1 məxsus olan ünvan 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə faktiki ümumi sahəsi 244.9 kv.m olan evinin əvəzinə 30.5% artıq, X9 həmin ünvanda inşa ediləcək yeni hündürmərtəbəli yaşayış binasının B1 blokunda, 3-cü mərtəbədə, 11 nömrəli təmirli, ümumi sahəsi 77.14 kv.m olan, 2 otaqlı mənzili mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.6-cı bəndinə əsasən Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan yaşayış evinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə İddiaçı1 məxsus olan ünvan 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə faktiki ümumi sahəsi 244.9 kv.m olan evinin əvəzinə 30.5% artıq, İddiaçı4 həmin ünvanda inşa ediləcək yeni hündürmərtəbəli yaşayış binasının B1 blokunda, 6-cı mərtəbədə, 35 nömrəli təmirli, ümumi sahəsi 64.79 kv.m olan, 2 otaqlı mənzili mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.

5. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 1/3 hissə İddiaçı1, 1/3 hissə X5 və 1/3 hissə X1 adına xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır.

6. Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti başçısının aparatının Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət-yə ünvanlaşmış xx.xx.2022-ci il tarixli məktubunun surətində qeyd olunmuşdur ki, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 197 saylı sərəncamına, Nəsimi RİH ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə uyğun olaraq və ərazidə yaşayan sakinlərin tələblərini nəzərə alaraq, Bakı şəhəri Nəsimi rayonu, Ağadadaş Qurbanov, Sarabski və Məhəmməd Naxçıvani küçələrinin əhatə etdiyi ərazidə sökülmüş bütün tikililərin sahələrinin hesablanması tikilinin divarının xarici sərhədlərindən nəzərə alındığından bunun qarşılığında sakinlərə veriləcək yeni mənzillərin sahələrinin də eyni meyar əsasında, yəni divarların xarici sərhədlərindən hesablanması razılaşdırılmışdır.

7. 07.10.2021-ci il tarixli, BD51 nömrəli Ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən 3000 manat X6 hesabına köçürülmüşdür.

8. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/5123 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, B.Bağırova küçəsi, bina B1 blokunda, 4-cü mərtəbə, 21 nömrəli, 2 otaqlı mənzilin ümumi sahəsi (yaşayış və köməkçi sahə ilə birgə) 54,34 m2, sözügedən mənzilin daxili divarlarının altına, şaxta altına, beton sütunlar altına və balkonlara düşən sahələr nəzərə alınmaq şərti ilə, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin isə 64,2 m2 təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, B.Bağırova küçəsi, bina B1 blokunda, 2-ci mərtəbə, 1 nömrəli, 1 otaqlı mənzilin ümumi sahəsi (yaşayış və köməkçi sahə ilə birgə) 40,96 m2 , sözügedən mənzilin daxili divarlarının altına, şaxta/altına, beton sütunlar altına və balkonlara düşən sahələr nəzərə alınmaq şərti ilə, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin isə 51,21 m2 təşkil etdiyi nüəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, B.Bağırova küçəsi, bina B1 blokunda, 6-cı mərtəbə, 35 nömrəli, 2 otaqlı mənzilin ümumi sahəsi (yaşayış və köməkçi sahə ilə birgə) 53,18 m2 , sözügedən mənzilin daxili divarlarının altına, şaxta altına, beton sütunlar altına və balkonlara düşən sahələr nəzərə alınmaq şərti ilə, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin isə 64,2 m2 təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, B.Bağırova küçəsi, bina B1 blokunda, 5-ci mərtəbə, 28 nömrəli, 2 otaqlı mənzilin ümumi sahəsi (yaşayış və köməkçi sahə ilə birgə) 53,43 m2 , sözügedən mənzilin daxili divarlarının altına, şaxta altına, beton sütunlar altına və balkonlara düşən sahələr nəzərə alınmaq şərti ilə, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin isə 64,2 m2 təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, B.Bağırova küçəsi, bina B1 blokunda, 3-cü mərtəbə, 8 nömrəli, 1 otaqlı mənzilin ümumi sahəsi (yaşayış və köməkçi sahə ilə birgə) 41,38 m2 , sözügedən mənzilin daxili divarlarının altına, şaxta altına, beton sütunlar altına və balkonlara düşən sahələr nəzərə alınmaq şərti ilə, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin isə 51,2 m2 təşkil etdiyi müəyyən edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh MMCnə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli Müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən üzərinə götürülmüş öhdəliyi lazımi qaydada icra etmədiyi üçün, yəni müqavilə ilə göstərilmiş mənzilin ümumi sahəsi ilə iddiaçılara təhvil verilmiş mənzilin faktiki sahəsi arasında olan kəskin fərqə görə cavabdehdən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 xeyrinə çatışmayan hər 1 kv.m üçün 3000 manat kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, xx.xx.2016-cı il tarixli Qərarın icrası məqsədi ilə Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 197 nömrəli Sərəncamı və Nəsimi RİH ilə Cavabdeh MMC arasında xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Bakı şəhərinin Nəsimi rayonu ərazisində abadlıq-quruculuq işlərinin aparılması, qəzalı vəziyyətdə olan binaların sökülməsi, həmin binaların sakinlərinin mənzil şəraitinin yaxşılaşdırılması işlərini cavabdeh şirkət həyata keçirirdi. Bu səbəbdən iddiaçılara məxsus ünvan 4 ünvanda yerləşən mənzilin sökülməsi, əvəzində həmin ünvanda yaşayan sakinlərə yeni inşa ediləcək binada yaşayış mənzillərin verilməsi tərəflər arasında razılaşdırılmışdır. Buna dair tərəflər arasında xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 13 saylı Notariat Kontorunda Müqavilə bağlanmışdır. Müqavilə bağlanarkən iddiaçıların adından İddiaçı1 çıxış etsə də, faktiki olaraq bir müqavilə ilə bütün iddiaçılara aid müqavilə predmeti razılaşdırılmışdır. X4 münasibətdə Cavabdeh MMC Bakı şəhəri. Nəsimi rayonu, B.Bağırova küçəsində yerləşən 29 saylı fərdi yaşayış evinin söküntüsünə görə həmin ünvanda inşa ediləcək hündürmərtəbəli yaşayış binasının Bİ blokunda, 4-cü mərtəbədə ümumi sahəsi 64,79 kv.m olan 21 nömrəli 2 otaqlı təmirli mənzilin verilməsi öhdəliyini üzərinə götürmüşdür. Agamalıvev Naliq baiq oğluna münasibətdə cavabdeh “ARCHİCO" MMC Bakı şəhəri, Nəsimi rayonu, B.Bağırova küçəsində yerləşən 29 saylı fərdi yaşayış evinin söküntüsünə görə həmin ünvanda inşa ediləcək hündürınərtəbəli yaşayış binasının B1 blokunda, 2-ci mərtəbədə, ümumi sahəsi 51,211 kv m olan 1 nömrəli, 1 otaqlı təmirli mənzilin verilməsi öhdəliyini üzərinə götürmüşdür. X7 münasibətdə cavabdeh “ARCHİCO" MMC Bakı şəhəri, Nəsimi rayonu, B.Bağırova küçəsində yerləşən 29 saylı fərdi yaşayış evinin söküntüsünə görə həmin ünvanda inşa ediləcək hündürmərtəbəli yaşayış binasının B1 blokunda, 5-cü mərtəbədə, ümumi sahəsi 64,79 kv.m olan 28 nömrəli, 2 otaqlı təmirli mənzilin verilməsi öhdəliyini üzərinə götürmüşdür. İddiaçı3 münasibətdə cavabdeh “ARCHİCO" MMC Bakı şəhəri, Nəsimi rayonu, B.Bağırova küçəsində yerləşən 29 saylı fərdi yaşayış evinin söküntüsünə görə həmin ünvanda inşa ediləcək hündürmərtəbəli yaşayış binasının B1 blokunda, 3-cü mərtəbədə, ümumi sahəsi 51,21 kv.m olan, 8 nömrəli, 1 otaqlı təmirli mənzilin verilməsi öhdəliyini üzərinə götürmüşdür. İddiaçı4 münasibətdə cavabdeh “ARCHİCO’' MMC Bakı şəhəri, Nəsimi rayonu, B.Bağırova küçəsində yerləşən 29 saylı fərdi yaşayış evinin söküntüsünə görə həmin ünvanda inşa ediləcək hündürınərtəbəli yaşayış binasının B1 blokunda, 6-cı mərtəbədə, ümumi sahəsi 64,79 kv.m olan, 35 nömrəli, 2 otaqlı təmirli mənzilin verilməsi öhdəliyini üzərinə götürmüşdür. Hazırda binada inşaat işləri qismən tamamlandığı üçün mənzillər iddiaçılara hələ təhvil verilməmişdir, iddiaçılar kirayə yaşayırlar. Binanın əsas inşaat işləri tamamlandığı üçün onlar öz mənzilləri ilə tanış olmuş, mənzilinə girib-çıxmışlar. Mənzili ilə tanış olan zaman aşkar etmişdilər ki, mənzillərin müqavilə və sənəddə göstərilən sahələri ilə faktiki sahə arasında kəskin fərq mövcuddur. Belə ki, 64.79 kv.m kimi qeyd olunan mənzilin sahəsi balkon sahəsi tam sayılsa belə 48 kv təşkil edir, halbuki qanunvericiliyə görə balkonun sahəsi hesablanarkən 30% hissəsi nəzərə alınmalıdır. Yəni faktiki sahə 45 kv.m-dən az ölçünü təşkil etmişdir. Bu hal bütün iddiaçıların mənzillərində təkrarlanır. Cavabdeh şirkətə bu anlaşılmazlığa görə müraciət etdikdə isə, binanın bayır divarından ölçünün aparıldığı cavabı verilmişdir. Qanunvericilik aktlarının tələblərindən aydın olur ki, bu mülkiyyət hüququnun kobud pozuntusudur. Bundan başqa inşaat aparan cavabdeh ümumi sahəsə qeyri-yaşayış və yardımçı sahələri də daxil etdiyini deyir, məsələn soba borusu kanalını (şaxta), pilləkən meydançası, məhəccərlər və sair.

11. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinin əsassız olduğunu bildirərək iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi, həmçinin iddia ərizəsinə etiraz ərizəsinə uyğun çıxış edərək bildirdi ki, Nəsimi RİH ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin 2.4-cü bəndinə əsasən Cavabdeh MMC ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin sahəsindən 15%-dən artıq sahəsi olan mənzillərlə təmin etməlidir. DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışdan göründüyü kimi, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 244.9 m2 təşkil edən fərdi yaşayış evi hər birinin 1/3 hissə olmaqla İddiaçı1, X3 və X1 paylı mülkiyyətində olmuşdur. Belə olan halda ümumi əmlakda hər bir payçının, o cümlədən İddiaçı1 81.6 m2 sahəyə mülkiyyət hüququnun olması işin mübahisəsiz halıdır. Cavabdeh MMC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İddiaçı1 premium tipli binadan sahəsi 64,79 m2 təşkil edən 3 ədəd ikiotaqlı, sahəsi 51.21 m2 təşkil edən 2 ədəd birotaqlı, sahəsi 77,14 m2 təşkil edən 1 ədəd ikiotaqlı olmaqla - yekun sahəsi - 373,93 m2 təşkil edən, cəmi 6 ədəd təmirli mənzilin verilməsi razılaşdırılmışdır. Eyni zamanda birdəfəlik 35.400 AZN vəsait ödənilmiş və hər ay 1550 AZN kirayə haqqının ödənilməsi razılaşdırılmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/5123 nömrəli ekspert rəyindən də göründüyü kimi İddiaçı1la bağlanmış müqavilə üzrə 1, 8, 21,28, 35 nömrəli mənzillərin ümumi sahəsi (mənzilin divarlarının altına, şaxta altına, beton sütunlar altına və balkonlara düşən sahələr nəzərə alınmaq şərti ilə, habelə yardımçı sahə daxil edilməklə olan sahəsi) müqavilə üzrə razılaşdırılmış sahələrə uyğun gəlir. Nəsimi RİHB-nın xx.xx.2022-ci il tarixli, 3/55 nömrəli məktubundan göründüyü kimi Nəsimi RİHB-nın 21 oktyabr 2016-cı il tarixli, 197 saylı sərəncamına, Nəsimi RİH ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə uyğun olaraq və ərazidə yaşayan sakinlərin tələblərini nəzərə alaraq Bakı şəhəri Nəsimi rayonu, Ağadadaş Qurbanov, Sarabski və Məhəmməd Naxçıvani küçələrinin əhatə etdiyi ərazidə sökülmüş bütün tikililərin sahələrinin hesablanması tikilinin divarının xarici sərhədlərindən nəzərə alındığından bunun qarşılığında sakinlərə veriləcək yeni mənzillərin sahələrinin də eyni meyar əsasında, yəni divarların xarici sərhədlərindən hesablanması razılaşdırılmışdır. Cavabdeh MMC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə 11 nömrəli mənzilin sahibi X11 da xx.xx.2021-ci il tarixli ərizəsi ilə etiraf etmişdir ki, mənzilin ümumi sahəsi mənzilin divarlarının altına, şaxta altına, beton sütunlar altına və balkonlara düşən sahələr nəzərə alınmaq şərti ilə, habelə yardımçı sahə daxil edilməklə olan sahəsi nəzərə alınmaqla hesablanır. Bundan başqa Bakı Apellyasiya Məhkəməsi də Cavabdeh MMC-yə hazırkı ərazi ilə bağlı sakinlərlə söküntü və əvəzləşmə işləri aparılan zaman ölçü işlərinin divarların qalınlığı nəzərə alınmaqla aparılması barədə qərar qəbul etmişdir. Göründüyü kimi Cavabdeh MMC dövlət qarşısında götürdüyü öhdəliyə uyğun olaraq sakinləri mövcud mənzillərinə nisbətdə ən azı 15% əlavə sahəsi olan mənzillərlə təmin etmiş, sakinlərə yüksək kompensasiya və kirayə haqqları ödəmiş, sahələrinin hesablanmasında heç bir pozuntuya yol verməmiş, müqavilə öhdəliklərinə tam əməl etmişdir.

12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-193/2022 saylı 04 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh MMC-nə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.1, 421.2, 437.1, 568.1, 577.1 və 578.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən iddiaçıların nümayəndəsi və vəkili Vəkil Tahir oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini və iddia tələbinin tam təmin olunması xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə iddiaçılar arasında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Bəsti Bağırova ev 29 ünvanında iddiaçılara məxsus fərdi yaşayış evinin sökülüb yerində tikilən binadan mənzillər verilməli idi. Lakin Cavabdeh MMC müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmir. Belə ki, nəzərdə tutulmuş mənzillərin sahəsi müqavilədə nəzərdə tutulmuş ölçülərlə uyğunluq təşkil etmir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin qətnaməsi qət olunduqdan sonra tərəflər Cavabdeh MMC-nin ofisində yenidən görüşmüşlər. Görüş zamanı məlum olmuşdur ki, dövlət orqanları tərəfindən təsdiq olunmuş tikinti layihəsində də ölçülər mənzilin daxili divarlarından ölçülmüşdür, lakin müqavilədə başqa rəqəm qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 30 Dekabr 2021-ci il tarixli 10/5123 nömrəli rəyinə əsasən müəyyən olunmuşdur ki, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Bəsti Bağırova küçəsi 29 ünvanında inşa olunan yeni tikili binanın təqdim olunan mənzillərdə daxili divarların altına, şaxta altına, beton sütunlar altına və balkonlara düşən sahələr nəzərə alınmaqla, yardımçı sahə daxil edilməklə ümumi sahələr hesablanmışdır. Yaşayış binasında otaqların və digər yerləşən sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində ölçülməklə təyin edilir. Məhkəmə tərəflər arasında bağlanmış müqavilədə təhvil verilməli olan mənzilin ümumi sahəsini tikinti sahəsi ilə qarışdırır. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə təhvil verilməli olan mənzilin ümumi sahəsi razılaşdırılmışdır. Lakin ekspert rəyindən də göründüyü kimi mənzilin ümumi sahəsi ilə, tikinti sahəsi arasında ciddi fərq var. Təhvil verilməli olan mənzilin ümumi sahəsi müqavilədə göstərilən ümumi sahəyə uyğun gəlmir, xeyli azdır. Aradakı fərq konpensasiya olunmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək İddiaçı1 və digərlərinin Bakı şəhəri Nərimanov Rayon Məıhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-193/2022 saylı qətnaməsindən verdikləri apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayətinə etiraz iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırılmışdır.

c) Proses iştirakçılarının izahatı

18. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

19. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

20. Məhkəmənin iclasında iştirak edən üçüncü şəxs Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi X8 mülki iş üzrə ədalətli qətamə qəbul edilməsini xahiş etmişdir.

21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə digər İddiaçı1 məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

22. 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

23. Maddə 421.1 müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür;

24. Maddə 421.2 tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur;

25. Madə 437.1 əgər müqavilənin predmeti fərdi-müəyyən əşyadırsa, kreditor başqa əşyanı, onun dəyəri daha yüksək olsa da, qəbul etməyə borclu deyildir;

26. Maddə 568.1 satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur;

27. Maddə 577.1 alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər;

28. Maddə 578.1 satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

36. Hazırki halda qətnamə iddiaçılar tərəfindən mübahisələndirilməklə ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edildiyindən bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-193/2022 saylı 04 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

39. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia tələbində tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli Müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən üzərinə götürülmüş öhdəliyi lazımi qaydada icra etmədiyini, yəni müqavilə ilə göstərilmiş mənzilin ümumi sahəsi ilə iddiaçılara təhvil verilmiş mənzilin faktiki sahəsi arasında olan kəskin fərq olduğunu iddia edərək çatışmayan hər 1 kv.m üçün 3000 manat kompensasiyanın ödənilməsi tələb etmişlər.

40. Belə olan halda, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 578.1-ci maddəsi nəzərdən keçirilə bilər.

41. Bununla belə, iddianın tam və ya qismən təmin edilməsi üçün cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçılar müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verməsi sübuta yetirilməlidir.

42. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan yaşayış evinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə İddiaçı1 məxsus olan ünvan 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə faktiki ümumi sahəsi 244.9 kv.m olan evinin əvəzinə 30.5% artıq, həmin ünvanda inşa ediləcək yeni hündürmərtəbəli yaşayış binasının B1 blokunda, 4-cü mərtəbədə, ümumi sahəsi 64.79 kv.m olan, 21 nömrəli təmirli 2 otaqlı mənzili İddiaçı1 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan yaşayış evinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə İddiaçı1 məxsus olan ünvan 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə faktiki ümumi sahəsi 244.9 kv.m olan evinin əvəzinə 30.5% artıq, İddiaçı2 həmin ünvanda inşa ediləcək yeni hündürmərtəbəli yaşayış binasının B1 blokunda, 2-ci mərtəbədə, 1 nömrəli təmirli, ümumi sahəsi 51.21 kv.m olan, 1 otaqlı mənzili mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan yaşayış evinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə İddiaçı1 məxsus olan ünvan 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə faktiki ümumi sahəsi 244.9 kv.m olan evinin əvəzinə 30.5% artıq, İddiaçı2 həmin ünvanda inşa ediləcək yeni hündürmərtəbəli yaşayış binasının B1 blokunda, 5-ci mərtəbədə, 28 nömrəli təmirli, ümumi sahəsi 64.79 kv.m olan, 2 otaqlı mənzili mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.4-cü bəndinə əsasən Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan yaşayış evinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə İddiaçı1 məxsus olan ünvan 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə faktiki ümumi sahəsi 244.9 kv.m olan evinin əvəzinə 30.5% artıq, İddiaçı3 həmin ünvanda inşa ediləcək yeni hündürmərtəbəli yaşayış binasının B1 blokunda, 3-cü mərtəbədə, 8 nömrəli təmirli, ümumi sahəsi 51.21 kv.m olan, 1 otaqlı mənzili mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.5-ci bəndinə əsasən Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan yaşayış evinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə İddiaçı1 məxsus olan ünvan 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə faktik ümumi sahəsi 244.9 kv.m olan evinin əvəzinə 30.5% artıq, X9 həmin ünvanda inşa ediləcək yeni hündürmərtəbəli yaşayış binasının B1 blokunda, 3-cü mərtəbədə, 11 nömrəli təmirli, ümumi sahəsi 77.14 kv.m olan, 2 otaqlı mənzili mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.6-cı bəndinə əsasən Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan yaşayış evinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə İddiaçı1 məxsus olan ünvan 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə faktiki ümumi sahəsi 244.9 kv.m olan evinin əvəzinə 30.5% artıq, İddiaçı4 həmin ünvanda inşa ediləcək yeni hündürmərtəbəli yaşayış binasının B1 blokunda, 6-cı mərtəbədə, 35 nömrəli təmirli, ümumi sahəsi 64.79 kv.m olan, 2 otaqlı mənzili mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.

43. Kollegiya hesab edir ki, iddiaçıların iddia tələbi və apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Belə ki, tərflər arasında bağlanan müqavilədən göründüyü kimi, mənzillərin ümumi tikinti sahələri 64.79 kv.m, 51.21 kv.m, 64.79 kv.m, 51.21 kv.m, 77.14 kv.m və 64.79 kv.m təşkil etmişdir .

44. İddiaçılar razılaşdırılmış sahədə mənzilin onlara verilmədiyini iddia edir, cavabdeh MMC isə bu xüsusat üzrə müqavilə öhdəliyini lazımınca yerinə yetirdiyini bildirərək ona istinad edir ki, mənzilin ümumi sahəsi, yəni ölçünün divarların çöl tərəfindən aparılması ilə hesablanır.

45. Ümumi sahəsinə bütün tikinti ərazisinin daxil olması iş üzrə keçirilmiş ekspertiza rəyində də qeyd olunmuşdur.

46. Belə ki, mülki iş üzrə keçirilmiş xx.xx.2021-ci il tarixli, 10/5123 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, B.Bağırova küçəsi, bina B1 blokunda, 4-cü mərtəbə, 21 nömrəli, 2 otaqlı mənzilin ümumi sahəsi (yaşayış və köməkçi sahə ilə birgə) 54,34 m2 , sözügedən mənzilin daxili divarlarının altına, şaxta altına, beton sütunlar altına və balkonlara düşən sahələr nəzərə alınmaq şərti ilə, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin isə 64,2 m2 təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, B.Bağırova küçəsi, bina B1 blokunda, 2-ci mərtəbə, 1 nömrəli, 1 otaqlı mənzilin ümumi sahəsi (yaşayış və köməkçi sahə ilə birgə) 40,96 m2 , sözügedən mənzilin daxili divarlarının altına, şaxta/'altı na, beton sütunlar altına və balkonlara düşən sahələr nəzərə alınmaq şərti ilə, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin isə 51,21 m2 təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, B.Bağırova küçəsi, bina B1 blokunda, 6-cı mərtəbə, 35 nömrəli, 2 otaqlı mənzilin ümumi sahəsi (yaşayış və köməkçi sahə ilə birgə) 53,18 m2 , sözügedən mənzilin daxili divarlarının altına, şaxta altına, beton sütunlar altına və balkonlara düşən sahələr nəzərə alınmaq şərti ilə, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin isə 64,2 m2 təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, B.Bağırova küçəsi, bina B1 blokunda, 5-ci mərtəbə, 28 nömrəli, 2 otaqlı mənzilin ümumi sahəsi (yaşayış və köməkçi sahə ilə birgə) 53,43 m2 , sözügedən mənzilin daxili divarlarının altına, şaxta altına, beton sütunlar altına və balkonlara düşən sahələr nəzərə alınmaq şərti ilə, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin isə 64,2 m2 təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, B.Bağırova küçəsi, bina B1 blokunda, 3-cü mərtəbə, 8 nömrəli, 1 otaqlı mənzilin ümumi sahəsi (yaşayış və köməkçi sahə ilə birgə) 41,38 m2 , sözügedən mənzilin daxili divarlarının altına, şaxta altına, beton sütunlar altına və balkonlara düşən sahələr nəzərə alınmaq şərti ilə, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin isə 51,2 m2 təşkil etdiyi müəyyən edilmişdir.

47. Bu baxımdan mənzillərin sahəsinə dair əqddə mövcud olan belə bir şərtin müqavilə azadlığı çərçivəsində keçərli, yaxud etibarsız olmasının müəyyən edilməsi hazırkı işin düzgün hüquqi həlli üçün (cavabdeh MMC-nin müqavilə öhdəliyini icra edibetməməsini müəyyənləşdirmək baxımından) mühüm əhəmiyyət kəsb edir.

48. Məlum olduğu kimi, müqavilə azadlığı Konstitusiya ilə təminat verilən mülkiyyət və azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Mülki Məcəllənin 390.1-ci maddəsində təsbit olunmuş müqavilə azadlığı, mülki hüquq subyektlərinin seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək imkanlarını təmin edir.

49. Bununla yanaşı qanunverici müqavilənin standart şərtləri ilə bağlı xüsusi qaydalar müəyyən etmişdir. Müqavilənin standart şərtləri əvvəlcədən düşünülməklə hazırlanmış şərtlər toplusudur ki, həmin şərtlərə görə onu qəbul edən tərəf icraya olan mənfəətini təmin etməyə məhkum vəziyyətindədir (zəifdir) və standart şərtləri qarşı tərəflə müzakirə edəcək imkana (nə zaman, nə də bilik və məlumatlılıq baxımından) malik deyil. Hətta qəbul edən tərəf standart şərtləri qarşı tərəflə müzakirə etmək istəsə belə, qarşısındakı şəxsin belə səlahiyyəti və ya hansısa şərti dəyişdirmək hüququ olmur. Bu xüsusiyyətlər qanunda müqavilənin standart şərtlərinə verilən anlayışda da əks olunmuşdur.

50. Standart şərt müqavilənin tərkib hissəsinə çevrildikdən (MM 418-ci və 419-cu maddələri) sonra etibarlılıq tələblərinə cavab verməlidir. Yəni standart şərtlər onu qəbul edən şəxsin qanunla verilmiş hüquqlarını əlindən alırsa, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.

51. Göründüyü kimi, qeyd edilən müqavilə üzrə müvafiq mənzillərin sahələri ilə məhkəmə araşdırması zamanı təyin edilmiş tikinti-texniki ekspertizasının nəticəsi kimi verilmiş müvafiq ekspert rəyi üst-üstə düşərək, iddiaçı şəxslərin mülkiyyətində olan mənzillərin sahələri qeyd edilən qaydada, yəni sahələri 64.79 kv.m, 51.21 kv.m, 64.79 kv.m, 51.21 kv.m və 64.79 kv.m müəyyən edilmişdir.

52. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 hazırkı iddiası əsassızdır, iddiaçı şəxslərin təqdim etdiyi müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır.

53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

54. Kollegiya onu da qeyd edir ki, müqavilə üzrə tərəflərdən İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh MMC tərəfindən üzərinə götürülmüş öhdəliyi lazımi qaydada icra etmədiyini qeyd edərək kompensasiyanın ödənilməsini tələb etsələr də, birinci instansiya məhkəməsi müqavilə üzrə digər tərəfin də, yəni X9 veriləcək yeni hündürmərtəbəli yaşayış binasının B1 blokunda, 3-cü mərtəbədə, 11 nömrəli təmirli, ümumi sahəsi 77.14 kv.m olan, 2 otaqlı mənzilinin də müqavilə şərtləri ilə üst-üstə düşdüyü qənaətinə gəlmişdir. Kollegiya qətnamədə qeyd edilən həmin halı texniki qüsur olaraq qəbul edir və birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsini yalnız formal mülahizələrə görə ləğv edilməsi üçün əsas hesab etmir. Nəzərə almaq lazımdır ki, X9 veriləcək mənzil mübahisə predmeti olmamış və həmin mənzil üzərində hər hansı məhkəmə araşdırması aparılmamışdır.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

İddiaçıların nümayəndəsi və vəkili Vəkil Tahir oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-193/2022 saylı 04 fevral 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar