Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2267/2020 04.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X7 və X2 ibarət tərkibdə, Günel Lətif qızı Nəbiyevanın katibliyi ilə, İddiaçı və onun nümayəndəsi X3, cavabdehlər Piriyev Cavabdeh1, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına və Piriyev Cavabdeh1 qarşı “əmək müqaviləsinə xitam verilməklə tutduğu vəzifədən azad edilməsinə dair əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)-5440/2019 saylı qətnaməsindən cavabdeh C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına və Piriyev Cavabdeh1 qarşı “əmək müqaviləsinə xitam verilməklə tutduğu vəzifədən azad edilməsinə dair əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Piriyev Cavabdeh1 onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməklə, xx.xx.2019-cu ildən tutduğu vəzifədən azad edilməsinə dair xx xxxx 2019-cu il tarixli 68 saylı əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi, məcburi işburaxmaya görə ödənilməli əmək haqqının, ödədiyi 30 manat dövlət rüsumunun, ona dəymiş 5000 (beş min) manat məbləğində maddi və 50000 (əlli min) manat məbləğində mənəvi zərərin əvəzinin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə, eyni zamanda bilə-bilə qanunsuz əmr verdiyinə görə cavabdeh Piriyev Cavabdeh1 cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının rəhbərliyinin İddiaçı işdən çıxarılması haqqında xx xxxx 2019-cu il tarixli 68 saylı əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki işinə bərpa edilməsi, İddiaçı xx xxxx 2019-cu il tarixdən başlayaraq işə bərpa olunacağı tarixədək məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı qeyd olunan qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının 14-cü dərəcəli aktrisası İddiaçı əmək intizamını ciddi şəkildə pozaraq, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək üzürsüz səbəbdən işə çıxmamışdır. Sonuncunun daxili nizam-intizam qaydalarını kobud şəkildə pozan növbəti hərəkəti, xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə Şəki və Sabirabad rayonlarında təşkil olunmuş qastrol səfərlərinə getməkdən imtina etməsi olmuşdur. Bununla da, qastrol səfərlərinin pozulmaması üçün teatrda gedən məşqlər dayandırılmış, İddiaçı oynadığı obrazın başqa aktrisa tərəfindən tez zamanda hazırlanması üçün həmin əsərin məşqləri salınmış, bu isə plan üzrə nəzərdə tutulmuş yeni tamaşanın vaxtında təhvil verilməsini mümkünsüz etmiş, nəticədə teatr iş planında nəzərdə tutulan işləri yerinə yetirə bilməmişdir. Bu barədə teatr kollektivi tərəfindən akt tərtib edilmiş, lakin İddiaçı üzürsüz səbəbdən işə çıxmamasını əsaslandıracaq heç bir sənəd təqdim etməmiş, bu barədə yazılı izahat verməkdən də imtina etmişdir. Bundan əlavə, Həmkarlar İttifaqı komitəsi tərəfindən iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş qaydada tutduğu vəzifəsindən azad olunmasına razılıq verilmişdir. Hesab edir ki, iddiaçının əmək və icra intizamının normal ahəngini pozması faktı ilə əlaqədar teatr tərəfindən araşdırmanın nəticəsi və həmin faktın həqiqətən də öz təsdiqini tapdığını sübut edən hər hansı sənədin təqdim olunmaması barədə birinci instansiya məhkəməsinin mülahizəsi əsassızdır. Belə ki, işin faktiki hallarını təsdiq edən xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixli aktlarla, İddiaçı barəsindən yazılmış xx.xx.2019 və xx.xx.2019-cu il tarixli təqdimatlar, o cümlədən, işəgötürənin Həmkarlar İttifaqı komitəsinə göndərdiyi xx.xx.2019-cu il tarixli 54 saylı məktubu, Həmkarlar İttifaqı komitəsinin xx.xx.2019-cu il tarixli iclasının protokolu və həmin tarixli aktı ilə İddiaçı tərəfindən teatrda əmək və icra intizamının normal ahənginin pozulması təsdiq edildiyi halda, birinci instansiya məhkəməsi həmin sübutlara əhəmiyyət verməmişdir. İddiaçı barəsində işəgötürənin təqdimatı Həmkarlar ittifaqı komitəsində müzakirə edilərkən özü ilə əlaqə saxlanılaraq Həmkarlar İttifaqı komitəsinin iclasına dəvət edilməsinə baxmayaraq, o iclasa gəlməkdən və izahat verməkdən imtina etmiş, xəstə olması barədə heç bir məlumat verməmişdir. Bundan başqa, İddiaçı xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək əmək qabiliyyəti olmadığı vaxt, onun xx.xx.2019-cu il tarixli əmrlə işdən azad olunmasının qanunsuz və əsassız olması barədə də məhkəmənin mülahizəsi yanlış olmuşdur. Qeyd edilənlər təsdiq edir ki, məhkəmə işi hərtərəfli, tam və obyektiv araşdırmamış, işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun nəticəyə gəlməmişdir ki, bu da MPMnin tələblərinin pozulmasıdır. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X4 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdeh Piriyev Cavabdeh1 apelyasiya şikayətinin təmin olunmasını xahiş etdi. İddiaçı İddiaçı və onun nümayəndəsi X6 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin olunmamasını xahiş etdilər. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, аpеlyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apelyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixli 53 saylı əmrə əsasən C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına sınaq müddətinə 9-cü dərəcəli dram artisti təyin edilmiş, xx.xx.2013-cü ildə öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı xx.xx.2014-cü il tarixli 10 saylı əmrə əsasən C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına 10-cü dərəcəli dram artisti təyin edilmiş, xx.xx.2015-ci il tarixli 03 saylı əmrlə 11-ci dərəcəli, xx.xx.2015-ci il tarixli əmrlə isə 14-cü dərəcəli dram artisti vəzifəsinə keçirilmişdir. Teatrın xx.xx.2019-cu il tarixli 68 saylı əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədikdə) xx.xx.2019-cu ildən 14-cü dərəcəli dram artisti vəzifəsindən azad edilmişdir. Bundan əlavə, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2019-cu il tarixli əmrin məzmunundan müəyyən olunur ki, İddiaçı əmək intizamını ciddi şəkildə pozaraq, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək üzürsüz səbəbdən işə çıxmamış, xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə Şəki və Sabirabad rayonlarında təşkil olunmuş qastrol səfərlərinə getməkdən imtina etmişdir. Bununla da, qastrol səfərlərinin pozulmaması üçün teatrda gedən məşqləri dayandırılmış, İddiaçı oynadığı obrazın başqa aktrisa tərəfindən tez zamanda hazırlanması üçün həmin əsərin məşqləri salınmış, bu isə plan üzrə nəzərdə tutulmuş yeni tamaşanın vaxtında təhvil verilməsini mümkünsüz etmiş, nəticədə teatr iş planında nəzərdə tutulan işləri yerinə yetirə bilməmişdir. Bu barədə teatr kollektivi tərəfindən akt tərtib edilmiş, lakin İddiaçı üzürsüz səbəbdən işə çıxmamasını əsaslandıracaq heç bir sənəd təqdim etməmiş, bu barədə yazılı izahat verməkdən də imtina etmişdir. Bundan əlavə, Həmkarlar İttifaqı komitəsi tərəfindən iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş qaydada tutduğu vəzifəsindən azad olunmasına razılıq verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci və 3-cü hissələrinə əsasən, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 79.1-ci maddəsinə əsasən, hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə;öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Qeyd edilən maddənin mənasından göründüyü kimi, qanunvericilik işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsini işə götürənin qeyd edilən halı bilib-bilməməsindən asılı etməmiş - birbaşa qadağan etmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı xx xxxx 2019-cu ildən xx xxxx 2019-cu ilədək olan müddətdə hipertonik tipli anemiya diaqnozu ilə xəstə yatmış və işə çıxmamışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının həqiqətən də əmək və icra intizamının normal ahəngini pozması faktı ilə əlaqədar C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı tərəfindən hər hansı daxili araşdırmanın nəticəsi və həmin faktın həqiqətən də öz təsdiqinin tapdığını sübut edən hər hansı sənəd birinci instansiya məhkəməsinə təqdim edilməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına qanunvericiliyin qeyd olunan maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, İddiaçı xx xxxx 2019-cu ildən xx xxxx 2019-cu il tarixədək əmək qabiliyyəti olmadığı vaxt o, qanunsuz olaraq xx.xx.2019cu il tarixli əmrlə işdən azad edildiyinə görə, həmin əmr ləğv edilməli, iddiaçı əvvəlki işinə bərpa edilməli, ona xx xxxx 2019-cu il tarixdən başlayaraq işə bərpa olunacağı tarixədək məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının əmrinin qanunsuz hesab edilməklə ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa edilməsi, iddiaçıya məcburi iş buraxmaya görə almadığı əmək haqqının ödənilməsi barədə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Həmçinin, X5 Təşkilatının xx xxxx 2019-cu il tarixli 6 saylı iclas protokolundan görünür ki, həmin iclasda Teatrın direktoru Cavabdeh1 Piriyevin iddiaçının işdən azad olunması barədə tarixi məlum olmayan təqdimatına cavab olaraq, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən azad edilməsinə razılıq verilməsi barədə qərara gəlinmişdir. Bundan başqa, cavabdeh iddiaçıya xəbərdarlıq edilməsi barədə xx.xx.2017-ci il tarixli 25 saylı və xx.xx.2018-ci il tarilxi 34 saylı əmrlərin təsdiq edilmiş surətlərini təqdim etmişdir ki, həmin əmrlərin iddiaçı barəsində xx.xx.2019-cu il tarixdə işdən çıxma barədə əmrin qəbulu zamanı hüquqi qüvvəsi olmamışdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)- 5440/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə - iddia tələbinin təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2(103)-2267/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2267/2020
04.03.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver