Məhkəmə qərarları › İş №2(103)-2268/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2268/2021

28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2268/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-140/2020 saylı, 07.10.2020-ci il tarixli qətnaməsindən İddiaçı QSC və Cavabdeh1 tərəfindən ayrılıqda verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sofiyyəddin qızı, Cavabdeh3 və Rzayev İsmət Abdul oğluna qarşı “kredit müqaviləsi üzrə əsas borcun ödənilməsi, borc tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanılmış 17.03.2009-cü il tarixli 09L000000308 saylı kredit xətti müqaviləsinə, 17.05.2016-cu il tarixli 09L000000308S saylı sazişə, 31.01.2014-cü il tarixli 09R000010301 saylı kredit razılaşmasına, 17.05.2016cı il tarixli 09R000010301SA saylı, 27.02.2017-ci il tarixli 09R000010301SB saylı, 01.06.2017-ci il tarixli 09R000010301SC saylı sazişlərə, 27.02.2017-ci il tarixli 009R********** saylı kredit razılaşmasına, 01.06.2017-ci il tarixli 009R**********S saylı sazişə xitam verilməsini, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 09R000010301 saylı kredit razılaşması üzrə 38395.63 ABŞ dolları məbləğində kredit borcu, 9089.41 ABŞ dolları məbləğində faiz borcu və 21837.51 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 69322.55 ABŞ dolları borcun, 009R********** saylı kredit razılaşması üzrə 2860.17 ABŞ dolları məbləğində kredit borcu, 283.23 ABŞ dolları məbləğində faiz borcu və 521.78 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 3665.18 ABŞ dolları borcun, ümumilikdə 72987.73 cəmi ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqlarının tutulmasını, tələbin Bakı şəhəri Suraxanı rayonu Qara Çuxur qəsəbəsi “Şərq” y/ sahəsi 2704 küçəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan 33 nömrəli fərdi yaşayış evinə yönəldilməsinə, ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsini, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada tutulmasını və Bakı şəhəri Suraxanı rayonu Qara Çuxur qəsəbəsi “Şərq” y/ sahəsi 2704 küçəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan 33 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh4 həmin evdən istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, həmin evin boşaldılması və İddiaçı QSC-nə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsinə dəqiqləşmə barədə ərizə təqdim edərək, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanılmış 17.03.2009-cü il tarixli 09L000000308 saylı kredit xətti müqaviləsinə, 17.05.2016-cu il tarixli 09L000000308S saylı sazişə, 31.01.2014-cü il tarixli 09R000010301 saylı kredit razılaşmasına, 17.05.2016-cı il tarixli 09R000010301SA saylı, 27.02.2017-ci il tarixli 09R000010301SB saylı, 01.06.2017-ci il tarixli 09R000010301SC saylı sazişlərə xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 09R000010301 saylı kredit razılaşması üzrə 34000.59 ABŞ dolları məbləğində kredit borcu, 12323,42 ABŞ dolları məbləğində faiz borcu və 30923.74 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 77247.75 ABŞ dolları borcun, 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqlarının tutulması, tələbin Bakı şəhəri Suraxanı rayonu Qara Çuxur qəsəbəsi “Şərq” y/ sahəsi 2704 küçəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan 33 nömrəli fərdi yaşayış evinə yönəldilməsinə, həmin əmlakın açıq hərracdan satılması və 77247.75 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqlarının ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSCyə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada tutulması və Bakı şəhəri Suraxanı rayonu Qara Çuxur qəsəbəsi “Şərq” y/ sahəsi 2704 küçəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan 33 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh4 həmin evdən çıxarılması, evin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 17.03.2009-cü il tarixli 09L000000308 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 300000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Tərəflər arasında bağlanılmış 17.05.2016-cu il tarixli 09L000000308S saylı sazişə əsasən kredit xətt müqailəsinin müddəti 206 ay, məbləği 500000 ABŞ dolları müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 31.01.2014cü il tarixli 09R000010301 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 65000 ABŞ dolları məbləğində kredit götürmüşdür.Tərəflərin imzaladıqları 17.05.2016-cı il tarixli 09R000010301SA saylı, 27.02.2017-ci il tarixli 09R000010301SB saylı, 01.06.2017-ci il tarixli 09R000010301SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 12.06.2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 26604.37 ABŞ dolları ödəmiş, onun 38395.63 ABŞ dolları məbləğində kredit borcu qalmışdır.Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 17.01.2018-ci il tarixə 219 gün üçün hesablanmış faiz borcu 9089.41 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 17.01.2018-ci il tarixə 219 gün üçün hesablanmış cərimə 21837.51 ABŞ dolları təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 27.02.2017-ci il tarixli 009R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3150 ABŞ dolları məbləğində kredit götürmüşdür.Tərəflərin imzaladıqları 01.06.2017-ci il tarixli 009R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 13.09.2017-ci il tarixdənbanka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 289.83 ABŞ dolları ödəmiş, onun 2860.17 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 17.01.2018-ci il tarixə 126 gün üçün hesablanmış faiz borcu 283.23 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 17.01.2018-ci il tarixə 126 gün üçün hesablanmış cərimə 521.78 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh-ipoteka verən Cavabdeh2 iddiaçı ilə bağladığı ipoteka müqaviləsi əsasında Bakı şəhəri Suraxanı rayonu Qara Çuxur qəsəbəsi “Şərq” y/ sahəsi 2704 küçəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan 33 nömrəli fərdi yaşayış evini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Tərflər arasında bağlanılmış 17.05.2016-cı il tarixli 09M000000271S saylı sazişə əsasən ipoteka müqaviləsinə əlavə dəyişikliklər edilmişdir. İpoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh2 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş 19.12.2017-ci il tarixdə göndərilmiş və 21.12.2017-ci il tarixdə qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişin qeydə alınması haqqında ərizə 26.12.2017-ci il tarixdə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim olunmuş və idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınması üçün ümumilikdə 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ödəmişdir. Suraxanı RİHB-nın Qaraçuxur qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17.03.2009-cu il tarixli 1173 saylı arayışa əsasən Bakı şəhəri Suraxanı rayonu Qara Çuxur qəsəbəsi “Şərq” y/ sahəsi 2704 küçəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan 33 nömrəli fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh4 həmin fərdi yaşayış evini İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizələr təqdim edərək həmin evin ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmişlər və ipoteka predmetinə tutma yönəldildiyi təqdirdə və satıldıqda həmin əmlakı qeyd-şərtsiz tərk edəcəyini barədə öhdəlik götürmüşdür.(forma 2 arayışının və razılıq ərizəsinin surəti əlavə olunur, sənədlərin əsli Notariat kontorunda saxlanılır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-140/2020 saylı, 07.10.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilməsi, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanılmış 17.03.2009-cü il tarixli 09L000000308 saylı kredit xətti müqaviləsinə, 17.05.2016-cu il tarixli 09L000000308S saylı sazişə, 31.01.2014-cü il tarixli 09R000010301 saylı kredit razılaşmasına, 17.05.2016-cı il tarixli 09R000010301SA saylı, 27.02.2017-ci il tarixli 09R000010301SB saylı, 01.06.2017-ci il tarixli 09R000010301SC saylı sazişlərə xitam verilməsi, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 09R000010301 saylı kredit razılaşması üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sofiyyəddin qızından, Cavabdeh3 və Rzayev İsmət Abdul oğlundan müştərək qaydada 34000,59 ABŞ dolları əsas, 12323,42 ABŞ dolları faiz borcu, 3400 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 49724 (qırx doqquz min yeddi yüz iyirmi dörd) ABŞ dolları, 01 (bir) sent məbləğində pul (ödəniş gününə olan manat məzənnəsi ilə), məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat rüsumu, 21 (iyirmi bir) manat xidmət haqqı tutularaq İddiaçı QSC-nin hesabına köçürülməsi, tələb Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Şərq y/s, 2704 küçəsində yerləşən 33 saylı evə yönəldilərək açıq hərracdan satılması və satışdan əldə edilən vəsait İddiaçı QSC-nin hesabına ödənilməsi, ipoteka predmeti olan, Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Şərq y/s, 2704 küçəsində yerləşən 33 saylı evin ilkin satış qiyməti 100000 (yüz min) manat müəyyən edilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sofiyyəddin qızı, Cavabdeh3 və Rzayev İsmət Abdul oğluna qaytarılması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sofiyyəddin qızı, Cavabdeh3 və Rzayev İsmət Abdul oğlundan İddiaçı QSC-nin xeyrinə müştərək qaydada tutulması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sofiyyəddin qızı, Cavabdeh3 və Rzayev İsmət Abdul oğlundan müştərək qaydada ekpert rəyləri üzrə cəmi 240 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilməsi, iddia tələbi qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-140/2020 saylı, 07.10.2020-ci il tarixli qətnaməsindən İddiaçı QSC və Cavabdeh1 tərəfindən ayrılıqda apellyasiya şikayəti verilmişdir. İddiaçı QSC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh2 Sofıyəddin qızının və Cavabdeh4 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılmasının təmin edilməməsi hissəsində gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ipotekaya qoyulmuş əmlak satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş verib verməyəcəyi məlum olmayan hüquqi faktlar üzrə tələb aququ yaranmadığından həmin hissədə iddia təmin edilə bilməz.Məhkəmənin gəldiyi nəticə ilə aşağıda qeyd olunanlara görə razı deyidirlər.Belə ki, borclunun kreditor qarşısında yaranan əsas öhdəliklərinin icrasını təmin edən ipoteka aksessor xarakter daşıyır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, ipoteka icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir.Odur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli 2(008)- 2020 saylı qətnaməsini qismən - “ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yölnəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh2 və Cavabdeh4 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılmasının təmin edilməməsi” hissəsində ləğv edilərək, iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, nəzərə alınmalıdır ki, is üzrə zamin Cavabdeh2 məhkəmə baxışı müddətində 02.10.2020-ci il tarixində ölmüşdür.Elektron məhkəmə sistemində şəxsin ölüm faktı görünsədə, lakin qətnamə qəbul edərkən məhkəmə bu halı ətraflı araşdırmamış, iddianın təmin edilməsi üçün tələbi Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Şərq y/s, 2704 küçəsində yerləşən 33 saylı evə yönəldilərək, həmin əmlakın açıq hərracda satılması və satışdan əldə edilən vəsaitinİddiaçı QSC-nin hesabına ödənilməsini qət etmişdir.Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilməlidir.Odur ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-140/2020 saylı, 07 oktyabr 2020-cu il tarixli qətnaməsini ləğv edərək, ipoteka predmetinə tutma yönəldilməsi hissəsində iddia tələbinin rədd edilməsi, kredit borcunun ödənilməsi hissəsində isə qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən veilmiş 16.10.2020-ci il tarixli “Ölüm haqqında Şəhadətnamə”yə əsasən Cavabdeh2 02.10.2020-ci il tarixdə vəfat etdiyindən (Qətnamə 07.10.2020-ci il tarixdə qəbul edilmişdir.) və ipoteka predmeti olan ev mərhum Cavabdeh2 mülkiyyəti olduğundan vərəsələr müəyyən edilənə kimi Bakı Apellyasiya Məhkəməsinin 11 mart 2021-ci il tarixdə mülki iş üzrə icraat dayandırılmış, keçən müddət ərzində mərhumun adına heç bir vərəsəlik açılmadığı “Elektron informasiya sistemi” vasitəsi ilə müəyyən edildiyindən iş üzrə icraat təzələnmişdir və iş üzrə cavabdehlər –mərhumun oğlu və əri Cavabdeh3 və Rzayev İsmət Abdul oğlu hüquqi varislər olaraq tanınmışlar. Məhkəmə kolegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin məzmunununa uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli 2(008)- 2020 saylı qətnaməsinin qismən – mübahisələndirilən hissədə ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş digər şəxslər məhkəmə iclasında iştirak etməmişdirlər.Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-cı maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli 2(008)-2020 saylı qətnaməsi ləğv edilərək iddianın qismən təmiin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan: 05.02.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 31.01.2014-cü il tarixli 09R000010301 saylı kredit razılaşması üzrə əsas borcu 38395,63 ABŞ dolları, faiz borcu 9089,41 ABŞ dolları, cərimə borcu 21837,51 ABŞ dolları təşkil edir. 15.02.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 27.02.2017-ci il tarixli kredit razılaşması üzrə əsas borcu 2860,17 ABŞ dolları, faiz borcu 283,23 ABŞ dolları, cərimə borcu 521,78 ABŞ dolları təşkil edir. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 17.03.2009-cu il tarixli 09L000000308 saylı Kredit xətti müqaviləsinin surətindən görünür ki, Bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün Kreditalana 300 000 ABŞ dolları məbləğində uzunmüddətli kredit xəttini açır. Kreditlər tərəflər arasında bağlanmış ayrıca razılaşma əsasında əsasında veriləcək. Bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay müddətinə 17 mart 2019-cu il tarixdən verilməlidir. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 17.05.2016-cı il tarixli 09L000000308S saylı Kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında Sazişdən görünür ki, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 500 000 ABŞ dolları məbləğində kredit xəttini açır.kreditlər tərəflər arasında bağlanmış ayrıca razılaşma əsasında veriləcək. Bu müqavilə bankın kredit verilmə vədini ifadə etmir. Sazişin 1.2-ci bəndinə görə bu müqavilə ilə kredit razılaşmaları əsasında istənilən məbləğ 206 ay müddətinə 17 may 2026-cı il tarixdən gec olmayaraq verilməlidir. İddiaçıQSC ilə Cavabdeh1 arasında 31.01.2014-cü il tarixli, 09R000010301 kredit razılaşması üzrə 09L000000308 nömrəli 17.03.2009-cu il tarixli Kredit Razılaşmasından görünür ki, bank 65 000 ABŞ dolları məbləğində krediti aylıq faiz dərəcəsi 1,75 faiz olmaqla 36 ay müddətinə kredit alana verir. Kreditin verilməsi-köçürmə qəbzindən görünür ki, 65000 ABŞ dolları məbləğində pul vəsaiti 31.01.2014-cü ildə Cavabdeh1 hesabına köçürülmüşdür. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 17.05.2016-cı il tarixli 09R000010301SA saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, Bank ilə kredit alan arasında 17.03.2009-cu il tarixli 09L000000308 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 31.01.2014-cü il tarixdə bağlanmış 09R000010301 Kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 20.04.2015-ci il tarixli Ödəniş Planına uyğun olaraq ödəməlidir. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 27.02.2017-ci il tarixli 09R000010301SB saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, Bank ilə kredit alan arasında 17.03.2009-cu il tarixli 09L000000308 Kredit xətti müqaviləsi üzrə 31.01.2014-cü il tarixdə bağlanmış 09R000010301 saylı kredit razılaşması əsasında Kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 27.02.2017-ci il tarixli Ödəniş Planına uyğun olaraq ödəməlidir. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 01.06.2017-ci il tarixli 09R000010301SC saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, Bank ilə kredit alan arasında 17.03.2009-cu il tarixli 09L000000308 Kredit xətti müqaviləsi üzrə 31.01.2014-cü il tarixdə bağlanmış 09R000010301 saylı kredit razılaşması əsasında Kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 01.06.2017-ci il tarixli Ödəniş Planına uyğun olaraq ödəməlidir. İddiaçıQSC ilə Cavabdeh1 arasında 27.02.2017-ci il tarixli, 009R********** saylı kredit razılaşması üzrə 09L000000308 nömrəli 17.03.2009-cü il tarixli Kredit Razılaşması üzrə müqavilədən görünür ki, bank 3150 ABŞ dolları məbləğində krediti aylıq faiz dərəcəsi 1,9167 faiz olmaqla 36 ay müddətinə kredit alana verir.Kreditin verilməsi-köçürmə qəbzindən görünür ki, 3150 ABŞ dolları məbləğində pul vəsaiti 27.02.2017-ci ildə Cavabdeh1 hesabına köçürülmüşdür. AccessBank” QSC ilə Cavabdeh1 arasında bağlanmış 01.06.2017-ci il tarixli 009R**********S saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, Bank ilə kredit alan arasında 17.03.2009-cu il tarixli 09L000000308 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 27.02.2017-ci il tarixdə bağlanmış 009R********** Kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 01.06.2017-ci il tarixli Ödəniş Planına uyğun olaraq ödəməlidir. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 19.03.2009-cu il tarixli Zaminlik Müqaviləsindən görünür ki, Borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu Cavabdeh1 ilə bank qarşısında birgə məsuliyyət daşıyır. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış Zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 17.05.2016-cı il tarixli 09S000000367S saylı Sazişdən görünür ki, Bank ilə Zamin arasında 19.03.2009-cu il tarixdə bağlanmış 09S000000367 saylı Zaminlik müqaviləsinin preambulasına dəyişiklik edilmiş və əlavə edilməklə həmin preambulada kredit xəttinin məbləği 500 000 ABŞ dolları və kredit xəttinin müddəti 206 ay müəyyən edilmişdir. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 19.03.2009-cu il tarixli Zaminlik Müqaviləsindən görünür ki, Borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu Cavabdeh1 ilə bank qarşısında birgə məsuliyyət daşıyır. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış Zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 17.05.2016-cı il tarixli 09S000000368S saylı Sazişdən görünür ki, Bank ilə Zamin arasında 19.03.2009-cu il tarixdə bağlanmış 09S000000368 saylı Zaminlik müqaviləsinin preambulasına dəyişiklik edilmiş və əlavə edilməklə həmin preambulada kredit xəttinin məbləği 500 000 ABŞ dolları və kredit xəttinin müddəti 206 ay müəyyən edilmişdir. İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 19.03.2009-cu il tarixli Zaminlik Müqaviləsindən görünür ki, Borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu Cavabdeh1 ilə bank qarşısında birgə məsuliyyət daşıyır. İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış Zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 17.05.2016-cı il tarixli 09S000000369S saylı Sazişdən görünür ki, Bank ilə Zamin arasında 19.03.2009-cu il tarixdə bağlanmış 09S000000369 saylı Zaminlik müqaviləsinin preambulasına dəyişiklik edilmiş və əlavə edilməklə həmin preambulada kredit xəttinin məbləği 500 000 ABŞ dolları və kredit xəttinin müddəti 206 ay müəyyən edilmişdir. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 19.03.2009-cu il tarixli 09M000000271 saylı İpoteka müqaviləsindən görünür ki, İpoteka qoyan öz mülkiyyətində olan və müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı Bank ilə Cavabdeh1 arasında 17.03.2009-cu il tarixdə Bakı şəhərində bağlanmış 09L000000308 saylı Kredit Xətti Müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan Kredit Razılaşması, Bank qarantiyası verilməsi haqqında müqavilə formasında bağlanan ayrıca razılaşmalar üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək üçün Bank qarşısında ipoteka ilə yüklü edir. Müqavilənin 2.1-ci bəndinə görə ipoteka predmeti Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi. Şərq y/sahəsi 2704 küçəsində istifadədə olan 0.01271 ha torpaq sahəsində yerləşən 2 mərətəbli, 86.1 kv.m yaşayış, 79.6 kv.m köməkçi sahədən sahəsindən ibarət otaqlı 33 nömrəli mənzildir. 17.05.2016-cı il tarixli 09M000000271S saylı ipoteka müqaviləsinə deyişiklik və əlavələr edilməsi haqqında sazişdən görünür ki, 19.03.2009-cu il tarixli 09M000000271 saylı İpoteka müqaviləsinə dəyişiklik edilmiş həmin ipoteka predmeti 500 000 ABŞ dolları həddinə müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında RX seriyalı ******* saylı Çıxarışdan görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Şərq 2704 küçəsi, ev 33 İddiaçı QSC-nin xeyrinə 206 ay müddətinə ipoteka ilə yüklü edilmişdir (qeydiyyat tarixi 18.05.2016, qeydiyyat nömrəsi **********). İş materiallarından görünür ki, İpoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş 30.10.2017-ci il tarixdə göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında Ərizədən görünür ki, ipoteka predmetinə dair bildiriş 26.12.2017-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. İş materiallarından görünür ki, Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən veilmiş 16.10.2020-ci il tarixli “Ölüm haqqında Şəhadətnamə”yə əsasən Cavabdeh2 02.10.2020ci il tarixdə vəfat etmişdir. "xxxx" MMC-nin 30.07.2018-ci il tarixli 0628/18/AB nömrəli Rəyindən görünür ki, Sabunçu rayon Məhkəməsinin 04.04.2018-ci il tarixli, 2(008)-3432/2018 saylı Qərardadına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Şərq 2704 küçəsi, ev 33 bazar dəyərinə uyğun qiymətləndirilmiş və mənzilin orta bazar dəyəri 100.000,0 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17621 nömrəli 04.09.2019-cu il tarixli Ekspert Rəyindən görünür ki, Cavabdeh1 17.01.2018-ci il tarixinə İddiaçı QSC-yə əsas borcu 38445,10 ABŞ dolları, faiz borcu üzrə 10806,66 ABŞ dolları təşkil edir. 31.01.2014-cü il tarixli, 09R000010301 saylı kredit razılaşması üzrə 17.01.2018-ci il tarixə borclunun İddiaçı QSC-yə olan borcu əsas borcu üzrə 2860,18 ABŞ dolları, faiz borcu üzrə 276,63 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4941 nömrəli 02.03.2020-ci il tarixli Ekspert Rəyindən görünür ki, Cavabdeh1 31.01.2014-cü il tarixli kredit razılaşması üzrə İddiaçı QSC-yə əsas borcu 38395,63 ABŞ dolları, faiz borcu üzrə 23489,75 ABŞ dolları təşkil edir. 27.02.2017-cü il tarixli, 009R********** saylı kredit razılaşması üzrə borclunun İddiaçı QSC-yə olan borcu əsas borcu üzrə 2860,18 ABŞ dolları, faiz borcu üzrə 1674,55 ABŞ dolları təşkil edir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında kredit, zaminlik və ipoteka müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən pul məbləğini Cavabdeh1 vermiş, digər cavabdehlər Cavabdeh2 (02.10.2020-ci il tarixdə vəfat etmişdir), Cavabdeh3 və Cavabdeh4 zamin qismində bank qarşısında borclu ilə birlikdə məsuliyyət daşımış, bunun nəticəsində bankın cavabdehlərə müqavilə üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdehlər isə müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişlər.Əsas borclu müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə cavabdehlərin bank qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəliklər icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, cavabdehlər həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehlər ilə iddiaçı arasında kredit və zaminlik müqaviləsi bağlanmış və cavabdehlərin bağlanmış kredit və zaminlik müqaviləsi üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmışdır. Buna görə də tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi (əsas kredit borcu, faiz və cərimə borcu) icra etməlidir. Məhkəmə Kollegiyası iddia tələbinin cavabdehlər Cavabdeh2 hüquqi varisləricavabdehlər Cavabdeh3 və Cavabdeh4 münasibətdə olan hissəsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə də qismən əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İşin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış, zaminlər Cavabdeh3 və Cavabdeh4 isə borclunun əvəzinə hər hansı ödəniş etməmiş və bununla da cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlikləri yerinə yetirməmişlər. Məhkəmə Kollegiyası ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh4 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılmasının təmin edilməməsi barədə 1-ci instansiya məhkəməsinin qənaətini əsaslı saymayaraq hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın məsi hüququnun yaranması anıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3.1-cı maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, (59.3.1-ci maddə) yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli 2(008)- 2020 saylı qətnaməsi ləğv edilsin. İddia qismən təmiin edilsin. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanılmış 17.03.2009-cü il tarixli 09L000000308 saylı kredit xətti müqaviləsinə, 17.05.2016-cu il tarixli 09L000000308S saylı sazişə, 31.01.2014-cü il tarixli 09R000010301 saylı kredit razılaşmasına, 17.05.2016cı il tarixli 09R000010301SA saylı, 27.02.2017-ci il tarixli 09R000010301SB saylı, 01.06.2017-ci il tarixli 09R000010301SC saylı sazişlərə xitam verilsin. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 09R000010301 saylı kredit razılaşması üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Rzayev İsmət Abdul oğlundan müştərək qaydada 34000,59 ABŞ dolları əsas, 12323,42 ABŞ dolları faiz borcu, 3400 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 49724 (qırx doqquz min yeddi yüz iyirmi dörd) ABŞ dolları, 01 (bir) sent məbləğində pul (ödəniş gününə olan manat məzənnəsi ilə), məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat rüsumu, 21 (iyirmi bir) manat xidmət haqqı tutularaq İddiaçı QSC-nin hesabına köçürülsün. Tələb Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Şərq y/s, 2704 küçəsində yerləşən 33 saylı evə yönəldilərək açıq hərracdan satılsın və satışdan əldə edilən vəsait hesabına İddiaçı QSC-ninborcu ödənilsin, ipoteka predmeti olan, Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Şərq y/s, 2704 küçəsində yerləşən 33 saylı evin ilkin satış qiyməti 100.000,0 (bir yüz min) manat müəyyən edilsin. İpoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Şərq y/s, 2704 küçəsində yerləşən 33 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh4 həmin evdən çıxarılsın və fərdi yaşayış evi boşaldılsın. Satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsi cavabdeh Rzayev İsmət Abdul oğluna qaytarılsın. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Rzayev İsmət Abdul oğlundan İddiaçı QSC-nin xeyrinə müştərək qaydada tutulsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Rzayev İsmət Abdul oğlundan müştərək qaydada ekpert rəyləri üzrə cəmi 240 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar