Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2269/2025 17.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Bakı şəhəri 39 saylı Notariat Ofisinə, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı «miras əmlakda payların müəyyən edilməsi və payların uyğun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayəti verilməsi üçün prosessual müddət ötürülmüşdür) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X5 ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Bakı şəhəri 39 saylı Notariat Ofisinə, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı «miras əmlakda payların müəyyən edilməsi və payların uyğun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi» tələbinə dair Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin e- 2(008)-4004/2024 tarixli, xx.xx.2024-cü il nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yoxlayaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Bakı şəhəri 39 saylı Notariat Ofisinə, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı «miras əmlakda payların müəyyən edilməsi və payların uyğun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi» tələbinə dair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum atası 13 aprel 1977-ci ildə vəfat etmiş X2 miras qalmış ünvan 1 ünvanında yerləşən 0.24827 ha torpaq sahəsi üzərində 1/7 hissədə İddiaçı2, 1/7 hissədə İddiaçı1 və 1/7 hissədə İddiaçı3 payının müəyyən edilməsi və paylara uyğun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi Bakı şəhəri 39 saylı Notariat Ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin e-2(008)-4004/2024 tarixli, xx.xx.2024-cü il nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, X1 miras qalmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.24827 ha olan torpaq sahəsinə İddiaçı1 1/7 hissəsində, İddiaçı2 1/7 hissəsində və İddiaçı3 1/7 hissəsində pay hüququnun müəyyən edilməsi qət edilmişdir.
3. Həmin qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il, 2(008)-4004/2024–saylı qətnaməsini ləğv edilərək iş üzrə iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq normaları:
4. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
5. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.1-cı maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.
6. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
7. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
8. Həmin Məcəllənin 363.1.3-cü maddəsində qeyd edilir ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
9. Həmin Məcəllənin 366.2-ci maddəsində qeyd edilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
10. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin e-2(008)-4004/2024 tarixli, xx.xx.2024-cü il nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
11. Belə ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin e-2(008)-4004/2024 tarixli, xx.xx.2024-cü il nömrəli qətnaməsi Cavabdeh3 məxsus elektron kabinetə 01 noyabr 2024cü il tarixdə yerləşdirilmişdir.
12. Qətnamədən Cavabdeh3 tərəfindən apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabineti vasitəsilə xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Mülki iş isə apellyasiya şikayətinə baxılması üçün 04 mart 2025-ci il tarixdə Sabunçu rayon məhkəməsi tərəfindən göndərilmiş və 06 mart 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur.
13. Göründüyü kimi Cavabdeh3 apellyasiya şikayəti verdiyi zaman qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddəti ötürmüş olmuşdur.
14. Bununla belə cavabdeh həmin qətnamədən şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə də təqdim etməmişdir.
15. Mülki Prosessual Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).
16. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
17. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin e-2(008)-4004/2024 tarixli, xx.xx.2024-cü il nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş şikayət qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən qeyri-mümkün hesab edilməli və şikayət cavabdehə qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 366, 402, 405.0.2ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARAALDİ:
Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin e-2(008)-4004/2024 tarixli, xx.xx.2024-cü il nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayət Cavabdeh3 geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov