Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-227/2025 16.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Əliəşrəf qızına qarşı ilkin iddia ərizəsi, İddiaçı Cavabdeh Əliəşrəf qızının cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə (açar sözlər: mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürmə və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X5 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili Vəkil3, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Əliəşrəf qızının iştirakı ilə, İddiaçı Cavabdeh Əliəşrəf qızına qarşı «mənzildən məcburi çıxarılma və mənzilin təhvil verilməsi» tələbinə dair ilkin iddiasına, iddiaçı Cavabdeh Əliəşrəf qızının cavabdeh İddiaçı qarşı «mənzilə istifadə hüququnun tanınması tələbinə dair» qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 2(006)- 340/2024 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Əliəşrəf qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Nəsimi rayon XDS İK-nın 17 yanvar 1986-cı il tarixli 43/5 saylı qərarından görünür ki, TİB-81 MTK-ya məxsus Bakı şəhəri Nəsimi rayonu Əlisgəndər İsgəndərov küçəsi 3/1 saylı evin 33 saylı mənzilinin X9 anası X24 ilə birlikdə təqdim edilməsi, orderə X6 və anası X16 daxil edilməsi qərara alınmışdır. ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 30 iyun 2010-cu il tarixli MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Əlisgəndər İsgəndərov küçəsi 3/1 saylı evin 33 saylı mənzili xüsusi mülkiyyət kimi X4 adına qeydiyyata alınmışdır. 15 sentyabr 2022-ci il tarixdə 6 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat ofisində təsdiq olunmuş daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X13 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Əlisgəndər İsgəndərov küçəsi 3/1 saylı evin 33 saylı mənzilini İddiaçı bağışlamışdır Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Əlisgəndər İsgəndərov küçəsi 3/1 saylı evin 33 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyatdan keçmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin 16 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Əlisgəndər İsgəndərov küçəsi 3/1 saylı evin 33 saylı mənzili (xx.xx.1986-cı il tarixli 216803 nömrəli orderə, xx.xx.2010-cu il tarixli 43 nömrəli maliyyə arayışına və xx.xx.2010-cu il tarixli 32 nömrəli 2 saylı forma üzrə arayışa əsasən) xx.xx.2010-cu il tarixdə X4 adına qeydiyyata alınmış, lakin 6 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-1977 saylı bağışlama müqaviləsinə əsasən İddiaçı bağışlanmışdır. 14 avqust 2023-cü il tarixli ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, ünvan 1 ünvanda X13 qeydiyyatdadır. 18 avqust 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri Vidadi küçəsi ev 22 ünvanda qeydiyyatdadır. 81 saylı MTK tərəfindən verilmiş 20 oktyabr 2023-cü il tarixli 32 saylı arayışdan görünür ki, Cavabdeh Əliəşrəf qızı 1989-cu ildən indiyə kimi ünvan 1 ünvanda yaşayır. O, bu ünvanda 2013-cü il tarixə qədər mərhum əri X17 ilə birlikdə yaşamış, hal-hazırda Cavabdeh Əliəşrəf qızı qeyd olunan ünvanda tək yaşayır. 81 saylı MTK tərəfindən verilmiş 24 oktyabr 2023-cü il tarixli 35 saylı arayışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Əlisgəndər İsgəndərov küçəsi 3/1 saylı evin 33 saylı mənzili üzrə illik təsərrüfat xərcləri 1989-2013-cü illər ərzində həmin ünvanda yaşamış mərhum X17 tərəfindən, onun ölümündən sonra isə 2014-cü ildən başlayaraq arvadı Cavabdeh Əliəşrəf qızı tərəfindən ödənilmiş, hal-hazırda da onun tərəfindən ödənilir. Nikah haqqında şəhadətnamədən görünür ki, X17 ilə Cavabdeh Əliəşrəf qızı arasında nikah 19 iyul 1989-cu il tarixdə Səadət Sarayında 2033 saylı akt qeydi ilə bağlanmışdır. Ölüm haqqında şəhadətnamədən görünür ki, X17 14 mart 2013-cü il tarixdə vəfat etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu S.R.Ələkbərova tərəfindən təsdiq olunmuş ərizəsinin surətindən müəyyən olunur ki, o, ünvan 3 ünvanında yerləşən evə görə 5.000 manat ödənilmək şərti ilə X3 məxsus hissəsinin sökülməsinə, satılmasına və kompensasiyanın X10 tərəfindən alınmasına azılıq vermişdir. Həmin 5.000 manatı tam olaraq almış, həmin əmlaka dair heç bir tələbi yoxdur, gələcəkdə bu barərə məhkəməyə müraciət etməyəcəkdir. Mülki işə əlavə olunmuş kommunal xidmətlərin ödənilməsini təsdiq edən çoxsaylı qəbzlərdən müəyyən olunur ki, Bakı şəhəri Nəsimi rayonu Əlisgəndər İsgəndərov küçəsi 3/1 saylı evin 33 saylı mənzili üzrə istifadə olunan kommunal xidmətlərin dəyəri Cavabdeh Əliəşrəf qızı tərəfindən ödənilmişdir. (iş.103) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh Əliəşrəf qızına qarşı «mənzildən məcburi çıxarılma və mənzilin təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əliəşrəf qızının ünvan 4 ünvandan məcburi çıxarılması və onun ailə üzvləri ilə birlikdə həmin mənzilə köçürülməsi, 100 manat dövlət rüsumunun Cavabdeh Əliəşrəf qızından onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, xx.xx.2023-cü il tarixdə İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əliəşrəf qızının ünvan 1 ünvandan məcburi çıxarılması və onun ailə üzvləri ilə birlikdə həmin mənzilə köçürülməsi, Cavabdeh Əliəşrəf qızının qanunsuz istifadəsində olan, ona məxsus ünvan 1 ünvanda yerləşən mənzildə xx.xx.2023-cü il tarixdən yaşadığı bütün müddətlər üzrə ayda 300 manat olmaqla, 15 ay üzrə cəmi 4.500 manat kirayə haqqının və ödənilmiş 65 manat dövlət rüsumunun Cavabdeh Əliəşrəf qızından onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, xx.xx.2023-cü il tarixdə İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əliəşrəf qızının ünvan 5 ünvandan məcburi çıxarılması və onun ailə üzvləri ilə birlikdə həmin mənzilə köçürülməsi, Cavabdeh Əliəşrəf qızının qanunsuz istifadəsində olan, ona məxsus ünvan 1 ünvanda yerləşən mənzildə xx.xx.2023-cü il tarixdən yaşadığı bütün müddətlər üzrə ayda 300 manat olmaqla, 15 ay üzrə cəmi 4.500 manat kirayə haqqının və ödənilmiş 165 manat dövlət rüsumunun Cavabdeh Əliəşrəf qızından onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xəlilova X12 Həmid Əbdül oğluna qarşı «mənzilə istifadə hüququnun tanınması» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, onun yaşadığı ünvan 1 ünvanına istifadə hüquqlarının tanınması və evdən istifadəyə maneənin aradan qaldırılması, ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 50,75 m2 sahəsi olan yaşayış sahəsi bağışlama müqaviləsi əsasında atası X26 tərəfindən ona verilmişdir. Bundan əvvəl həmin mənzil 2008-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış əsasında atasına məxsus olmuş və həmin mənzildə yalnız atası qeydiyyatda olmuşdur. xx.xx.2022-ci il tarixdə adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış alınmışdır. Qeyd edilən ünvanda olan həmin mənzil ona məxsus olsa da, mənzildə Cavabdeh yaşayır. Belə ki, mərhum əmisi X27 və onun həyat yoldaşı Cavabdeh ünvan 6 ünvanda yaşamışlar. Lakin ev şəraiti bərbad vəziyyətdə və yaşayış üçün qeyri-qənaətbəxş olduğundan atası, əmisinə və həyat yoldaşına ev şəraitləri düzələnədək əvvəllər özünə məxsus Nəsimi rayonu Əlisgəndər İsgəndərov küçəsi ev 3/1 mənzil 33 ünvanda yerləşən mənzildə müvəqqəti yaşamağı təklif etmişdir. 10 ildən artıq əmisi və həyat yoldaşı qeyd edilən mənzildə tək yaşamışlar, onların uşaqları olmamışdır. Lakin mənzilin enerji, su sərfiyyatına görə ödənişlər atası, onun adına keçiriləndən sonra isə özü tərəfindən ödənilmişdir. Əmisi təxminən 10 il bundan əvvəl vəfat etmiş və yoldaşı həmin mənzildə qısa müddət yaşayandan sonra onda olan məlumata görə Maştağa qəsəbəsində qohumlarının mənzilinə köçmüşdür. Təxminən 2021-ci il tarixdə cavabdehə məxsus Bakı şəhəri Vidadi küçəsi ünvanda yerləşən 22 saylı ev sökülmüş və cavabdehə kompensasiya ödənilmişdir. Atası, anası və onun öz ailəsi (3 nəfər uşaq daxil olmaqla) hal-hazırda ünvan 7 ünvanda yerləşən, mülkiyyət hüququ əsasında ona məxsus 85 saylı mənzildə yaşayırlar. Bacısı və ailəsi kirayədə yaşayır və öz evləri yoxdur. Hövsan qəsəbəsində yerləşən mənzildə yeddi nəfər qalır və mənzildə darısqallıq yarandığından ünvan 8 ünvanda yerləşən mənzili təmir etdirmək və ata-anasını, həm də bacısının mənzil şəraitinin yaxşılaşdırılması üçün və kirayə haqqından azad etməsi üçün həmin mənzilə köçürtmək istəyir. Lakin qeyd edilən mənzilin təmir edilməsi və yaxın qohumlarının həmin mənzilə köçməsi niyyətində olmasını öyrənən mərhum əmisinin həyat yoldaşı Cavabdeh mənzilə daxil olub onları mənzilə buraxmaqdan imtina edir və bildirir ki, həmin mənzil onun özünə məxsusdur, bu mənzildən çıxmaq fikri yoxdur. Bir neçə dəfə cavabdehə həmin mənzildən çıxmaq təklif edilsə də, cavabdeh mənzili tərk etməkdən imtina edir və onun ailəsi ilə birlikdə ona məxsus mənzilə köçməsinə mane olur. Hətta bununla əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət etmək məcburiyyətində qalmışlar. Dəfələrlə ona məxsus mənzildən çıxması və mənzili ona təhvil verməsi barədə xəbərdarlığına baxmayaraq, cavabdeh mənzildən çıxmaqdan imtina edir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İlkin iddia üzrə İddiaçı məhkəmə iclasında ilk iddianı müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclasında ilk iddianı müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddia üzrə iddiaçının izahatı ilə razı olduğunu bildirdi və əlavə olaraq qeyd etdi ki, Cavabdeh İddiaçı mülkiyyətində olan mənzildə yaşaması və iddiaçının öz mənzili üzərində istifadə hüquqlarını məhdudlaşdırılması səbəbindən iddia tələbinin həcminin artırılması zərurəti yaranmışdır. Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin təqdim etdiyi çıxarışdan aydın olur ki, ünvan 9 ünvanda yerləşən mənzil xx.xx.2022-ci il tarixdən bu günə qədər İddiaçı mülkiyyətindədir. İlkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia üzrə İddiaçı mülkiyyətində olan mənzildə uzun illərdir yaşadığını etiraf etmişdir. Buna görə də hesab edir ki, iddiaçını mənzil üzərində istifadə hüququnu məhdudlaşdıran Cavabdeh mənzildən çıxarılanadək yaşadığı dövrlər üzrə sözügedən mənzil üçün ayda 300 manat olmaqla, 15 ay üzrə cəmi 4.500 manat kirayə haqqı ödəməlidir. Qarşılıqlı iddia ərizəsinə münasibətdə qeyd edir ki, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə mənzilə istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia ərizəsi verilmişdir. Hesab edir ki, Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi əsassız olduğundan təmin edilə bilməz. Cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsinin ilk cümləsində yazılmışdır ki, «... və ərimin anasına məxsus olan ...» cümləsinin bu hissəsi tamamilə yanlış və əsasızdır. Belə ki, ünvan 9 ünvanda yerləşən mənzil heç vaxt iddiaçının anası X21 aid olmamış, sözügedən əmlak Nizami Rayon Xalq Deputatları İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixli 43/5 saylı qərarı ilə iddiaçının atası X11 verilmiş və həmin mənzil Ə.Xəlilov tərəfindən iddiaçıya bağışlanılmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin **********99-05301-093021 reyestr nömrəli, ********** saylı qeydiyyat nömrəli çıxarışından da aydın olur ki, sözügedən mənzil İddiaçı mülkiyyətindədir və İddiaçı həmin mənzildə rəsmi qeydiyyatdadır. Qarşılıqlı iddiada Cavabdeh iddia etmişdir ki, «...ünvan 9 ünvanda yerləşən evə gəlin köçmüşəm». Lakin Cavabdeh gəlin olaraq ünvan 3 ünvanda yerləşən evə gəlin köçmüş, bu səbəbdən də mənzilə dair istifadə hüququ əldə edərək, 2019-cu ildə kompensasiya almışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qeyd etmişdir ki, «qaynanam, yoldaşım və mən həmin evdə birgə yaşamışıq, təsərrüfat aparmışıq və mənzillə bağlı xərclər çəkmişik». Burda belə bir nüans var ki, həmin mənzilin müəyyən bir hissəsini istifadə edən, xüsusən də, evdə uzun müddət ailəsi ilə birgə yaşayan hər bir şəxs mənzildə təsərrüfat apara, mənzillə bağlı xərclər də çəkə, istifadə nəticəsində sıradan çıxmış məişət və digər avadanlıqları təmir də edə, gündəlik ərzaq və sair digər tələbatı ödəyəcək məişət əqdləri bağlaya bilər. Eləcə də, bu mənzilə sadəcə onlar deyil, burda yaşayan hər kəs bu sadalanan xərcləri çəkmişlər. Belə xərclərin çəkilməsi əmlak üzərində istifadə hüququnun tanınması üçün əsas ola bilməz. Qarşılıqlı iddiada göstərilmişdir ki, «qaynanam rəhmətə gedən tarixdən mərhum yoldaşımla mən həmin dövrdən indiyədək miras qalmış əmlak payını faktiki olaraq qəbul etmişik». Mənzildə istifadə hüququnun tanınması ilə bağlı iddia ərizəsində qeyd olunmuş bu cümləni absurd hesab edir. Çünki məsələ burasındadır ki, yaranmış konflikt miras əmlakla bağlı deyildir. Üstəlik sözügedən mənzil heç vaxt Zara Xəlilovaya aid olmamışdır ki, bu əmlak o rəhmətə getdikdən sonra miras olaraq vərəsələr arasında bölünsün. Qarşılıqlı iddia ərizəsində «yoldaşım rəhmətə gedənə qədər, mənə iddiaçının atası (yəni, Xəlilov Əbdül) tərəfindən heç bir irad tutulmamış, evdən çıxarılmağa dair hər hansı bir tələb irəli sürülməmişdir», «... gedəcək bir yerim olmamasını da nəzərə almadan təhkidlə evi tərk etməyimi istəyir» qeyd olunmuşdur. Belə ki, əsassız iddialardan biri də budur ki, Cavabdeh və onun yoldaşı Tahir Xəlilova sözü gedən mənzildə yaşamasına müvəqqəti icazəni Əbdül Xəlilov vermiş, son vaxtlara kimi onlar bu evdə yaşamışlar və onlara heç kim «bu evdən çıxın» deməmiş və hətta İddiaçı da Cavabdeh qarşı bu günə qədər heç bir istər fiziki, istərsə də psixoloji təzyiq etməmişdir. Lakin situasiya bunu göstərir ki, Cavabdeh yaşayacağı başqa yerlər olmasına rəğmən, İddiaçı bu iddianı qaldırdıqdan sonra cavabdeh gəlib bu mənzildə yaşamağa başlamışdır. Belə ki, İddiaçı mülkiyyətçisi olduğu mənzil barədə sərəncam, istifadə və sahiblik hüquqlarını özündə saxladığından, bu onun təbii hüququdu və eləcə də qanunidir. Qarşılıqlı iddia ərizəsində bildirmişdir ki, «mənim mübahisəli mənzilə ehtiyacım vardır, başqa yaşayış yerim yoxdur». Lakin Cavabdeh sözügedən mənzildən başqa yaşayış yeri olduğu üçün bəzən başqa ünvanda yaşamış və iddiaçıya məxsus mənzilin açarlarını özündə saxlamışdır. Məntiqə əsasən bir sual ortaya çıxır, başqa yaşayış yeri yox idisə, niyə bəzi vaxtlarda başqa ünvanda yaşamışdır? Qarşılıqlı iddia ərizəsində Cavabdeh bildirmişdir ki, «mən və mərhum ərim həmin ünvanda (Bakı şəhəri Vidadi küçəsi 22 ünvanında) yalnız pasport qeydiyyatında olmuşuq». Lakin xx.xx.2019-cu il tarixli Bakı şəhəri 53 saylı notariat ofisində təsdiq edilmiş **********964 saylı ərizəyə əsasən, Cavabdeh Əşrəf qızı Bakı şəhəri Vidadi küçəsi 22 ünvanda yerləşə mənzilə istifadə hüququ olduğundan gələcəkdə tələb irəli sürməməsi şərti ilə 5.000 manat kompensasiya almışdır. Buna görə də, Cavabdeh istifadə etdiyi əmlakdan kompensasiya almaq hüququndan istifadə etməsi onu göstərir ki, Cavabdeh başqa yaşayış yeri olmuş və buna görə hətta kompensasiya da almışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsində, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair xx.xx.2001-ci il tarixli qərarına, Azərbaycan Respublikasının qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53, 123, 217.2-ci maddələrinə istinad edərək elə bir fikir formalaşdırmağa çalışmışdır ki, sözügedən mənzil Zara Xəlilovaya məxsus olmuş və ailə üzvü olaraq onun da haqqı varmış. Lakin mülkiyyətçi Zara Xəlilova deyil, İddiaçı olduğundan, Cavabdeh qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53-cü maddəsində sadalanan icarədarın arvadı (əri), onların uşaqları və valideynlərindən hər hansısa biri olmadığından belə bir qənaətə gəlməyə əsas verir ki, yaratmaq istədiyi fikir yanıltıcı məna daşıyır. Məhkəmədən ilk iddia ərizəsinin təmin edilməsi və qarşılıqlı iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Əliəşrəf qızı qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 19 iyul 1989-cu il tarixdə X14 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur və ərinin anasına məxsus olan ünvan 9 ünvanda yerləşən evə gəlin köçmüşdür. Qaynanası, yoldaşı və o, həmin evdə birgə yaşamış, təsərrüfat aparmış, mənzillə bağlı xərclər çəkmiş, övladları olmasa da nikahları normal qaydada davam etmişdir. 1990-cı ildə qaynanası rəhmətə getmişdir. Yoldaşı X14 isə 14 mart 2013-cü ildə rəhmətə getmişdir. Yoldaşı rəhmətə gedənə qədər onunla birgə yaşamışdır. Daha sonra isə həmin mənzildə o, bu günə qədər fasiləsiz olaraq tək yaşayır. Qayınanası rəhmətə gedən tarixdən mərhum həyat yoldaşı ilə o, həmin dövrdən indiyədək miras qalmış əmlak payını faktiki olaraq qəbul etmişlər. Ona görə də, əri və o, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqları və bununla da mirası qəbul etdiklərini şəksiz nümayiş etdirdiklərinə görə miras vərəsə tərəfindən qəbul edilmiş hesab olunur. Onun əri ilə birlikdə 1989-cu ildən həmin mənzildə yaşamasını şahid qismində qonşuları Şahid2 və Şahid1 öz ifadələri ilə və 81 saylı MTK-nın arayışı ilə də təsdiq edilir. Mənzilə görə kommunal haqları, MTK-ya ödənilən təsərrüfat xərcini, məişət tullantılarının atılmasına görə ödənişi həmişə əri ilə özü ödəmişlər, hazırda kart vasitəsi ilə kommunal xərcləri abunə kartı vasitəsi ilə özü ödəyir, evin təmiri işlərini isə yoldaşı ilə bərabər aparmışlar. Yoldaşı rəhmətə gedənə qədərki dövr ərzində ona iddiaçının atası, onun qaynı tərəfindən heç bir irad tutulmamış, evdən çıxmasına dair hər hansı tələblər irəli sürülməmişdir. Mərhum əri anasına məxsus olmuş, anasının sağlığında və ölümündən sonra da etirazsız və fasiləsiz onun istifadəsində olan evin qardaşı tərəfindən öz adına rəsmiləşdirilməsindən xəbərsiz olmuşdur. Yalnız indi iddia ərizəsinin surətini aldığı zaman ona məlum olmuşdur ki, qayını 2008-ci ildə onun yaşadığı mənzilə dair çıxarış almışdır. Son zamanlar qaynının oğlu, İddiaçı tərəfindən tez-tez rahatlığı pozulur. İddiaçı onu evdən çıxarıb küçəyə atmaq istəyir, hətta 68 yaşının olmasını, övladsız olmasını, əmək qabiliyyətsizsizliyini, səhhətinin pozulmasını, gedəcək bir yerinin olmamasını da nəzərə almadan təkidlə evi tərk etməsini istəyir. O, iddiaçıya mərhum ərinin vərəsə olduğunu və faktiki vərəsəliyi qəbul etdiyini bildirdikdə, iddiaçı isə lazım gələrsə onu mənzildən məhkəmə qaydasında çıxartdıracağını demişdir. İlkin iddia üzrə iddiaçıya «əgər hüquqları pozulurdusa niyə atası mərhum qardaşının sağ olduğu dövrdə bir dəfə də bu barədə söhbət açmamış, əgər onun doğrudan da hüquqları pozulmuşdursa o zaman niyə indiyə kimi heç yerə və o cümlədən də məhkəməyə müraciət etməmişdir. Üstündən 34 il vaxt keçəndən sonra məhkəməyə müraciət edir?» sualını vermiş olsa da, cavab ala bilməmişdir. Axı mənzil rəhmətlik nənələrindən balalarına qalan mülkdür, o necə ahıl qadının sığındığı yeganə mənzilə qanunsuz göz dikə bilər? Eyni zamanda bildirir ki, onun mübahisəli mənzilə ehtiyacı vardır, başqa yaşayış yerləri yoxdur, bu mənzildə yaşamaq kimi həyati əhəmiyyətli zərurət vardır. Belə ki, ilk iddia ərizəsində guya onun mülkiyyətində Bakı şəhəri Vidadi küçəsi 22 ünvanda yerləşən evin olmasına dair qeyd tamamlilə yanlışdır, həqiqiəti əks etdirmir. O və mərhum əri həmin ünvanda yalnız pasport qeydiyyatında olmuşlar. Pensiya yaşında ahıl bir qadının yeganə sığınacaq yeri olan mənzildən çıxarılmasını istəmək insaf, humanizm, ədalət qaydalarına tamamilə ziddir. Ona görə də, hesab edir ki, ilk İddiaçı onun ünvan 9 ünvanda olan mənzildən məcburi çıxarılması barədə iddiası rədd edilməli və onun İddiaçı qarşı yaşadığı ünvan 9 ünvana istifadə hüquqlarının tanınması barədə qarşılıqlı iddiası təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli Qərarında deyilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Ona görə də, mübahisə 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına əsasən həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 oktyabr 2009-cu ilədək Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evinin mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərməmişsə, də yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. İlk iddia üzrə Cavabdeh Əliəşrəf qızı məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, yaşadığı evə 34 il bundan öncə gəlin gəlmişdir. Ondan əvvəl yoldaşı və qaynanası həmin evdə yaşamışdır. Həmin ev Əbdülün evi deyildir. Bu ev əslində onun qaynanasının bacısının oğlunun evi olmuşdur. Bu evi o tikdirmişdir. Daha sonra o, evi xalasına, yəni qaynanasına bağışlamışdır. Həmin şəxsin adı Gülağadır, indi o rəhmətə getmişdir. Onun yoldaşı cəzaçəkmə müəssisəsində olmuşdur, ordan çıxandan sonra evi qaynanasının adına rəsmiləşdirmək istəmişlər, lakin ona demişlər ki, o, cəzaçəkmə müəssisəsindən çıxdığı yerdə qeydiyyata düşməlidir. O, sonra gəlib öz anası ilə yaşamışdır. Bu ev də kooperativ ev olduğu üçün qaynanasının üstünə kimsə yazılmalıdır deyə Əbdülü qaynanasının üstünə yazmışlar. Onun mülkiyyətində daşınmaz əmlak yoxdur. Onun mülkiyyətində heç vaxt daşınmaz əmlak olmamışdır. Yaşadığı mənzil qaynanasının mülkiyyətində olmuşdur. Yaşadığı mənzilin qaynanasının adına olması barədə sənəd yoxdur, lakin bunu kooperativin sədri öz ifadəsi ilə təsdiq edə bilər. Məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, ünvan 11 ünvanda qeydiyyatda olmaqla yaşayır. O, Cavabdeh Əliəşrəf qızının qonşusudur. Cavabdeh Əliəşrəf qızı 1989cu ildə həmin evə gəlin gəlmişdir. O, Cavabdeh balaca uşaq olandan tanıyır. Cavabdeh Əliəşrəf qızı həmişə orada yaşamışdır. İddiaçı o, balaca olanda həmin evdə yaşamış, lakin sonra evdən çıxıb getmişdir. Hazırda yaşadığı ünvanda 1984-85-ci illərdən bu günkü günə kimi yaşayır. Cavabdeh Əliəşrəf qızı həmin evdə 1980-ci illərin sonundan yaşayır. Cavabdeh Əliəşrəf qızı həmin evə gəlin gəlmişdir. Cavabdeh Əliəşrəf qızı həmin evə el adəti ilə toyları olmuş və gəlin gəlmişdir. O, Cavabdeh Əliəşrəf qızının mütəmadi olaraq həmin evdə yaşamasını görmüşdür. Cavabdeh Əliəşrəf qızının daim sayğacı açıq olmuş, qazın kranı açıq olmuşdur. Lakin o, sonuncunun qapısını döyüb evdə olub-olmamasını yoxlaya bilməzdi. O, 2023-cü ilin 6, 7, 8-ci aylarında bağda yaşamışdır. Cavabdeh Əliəşrəf qızı 2022-ci ilin yanvar ayından dekabr ayına kimi həmin evdə yaşamışdır. İddiaçının əmisinin toyunda iştirak etməmişdir. Onun valideynləri iştirak etmişdir. Şahid2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, ünvan 12 ünvanda qeydiyyatda olmaqla yaşayır. O, Cavabdeh Əliəşrəf qızının qonşusudur. Cavabdeh Əliəşrəf qızı 1989-cu ildə həmin evə gəlin gəlmişdir. Həmin vaxtda onun 15-16 yaşı olmuşdur. O, 1992-ci ildən 1996-cı ilə kimi hərbi xidmətdə olmuşdur. Daha sonra hərbi xidmətdən qayıdıb həmin evdə yaşamışdır. O, 1974-cü ildən hazırda yaşadığı mənzildə yaşayır. Cavabdeh Əliəşrəf qızı həmişə həmin mənzildə yaşamışdır. Xəlilova X20 müəllimin yoldaşı olmuşdur. Xəlilova X15 xanımın evinə gəlin gəlmişdir. O, Zərifə xanımı görmüşdür. Cavabdeh Əliəşrəf qızı həmin evə gəlin köçənə qədər həmin ev Tahir müəllimin evi olmuşdur. O, ancaq Tahir müəllimin həmin evdə yaşadığını görmüşdür. Onun başqa yaşayış yeri yoxdur. Cavabdeh Əliəşrəf qızı 2023-cü ilin aprel, may, iyun, iyul, avqust aylarında və 2022-ci ilin yanvar ayından dekabr ayına qədər həmin evdə yaşamışdır. Cavabdeh Əliəşrəf qızı həmin evə el adəti ilə gəlin gəlmişdir. O, toyda iştirak etməmişdir, anası toyda iştirak etmişdir. Cavabdeh Əliəşrəf qızının yoldaşı 2005-ci il və ya 2006-cı ildə rəhmətə getmişdir, dəqiq yadında deyil. Cavabdeh Əliəşrəf qızı 34 və ya 33 nömrəli mənzildə yaşayır. O, İddiaçı görməmişdir. Həmin vaxtı uşaq olmuşdur, İddiaçı atası Xəlilov Əbdülü görməmişdir. Cavabdeh Əliəşrəf qızının qaynanasının nə vaxt rəhmətə getdiyini dəqiq bilmir. Cavabdeh Əliəşrəf qızı 1989-cu ilin yay aylarında həmin evə gəlin gəlmişdir. Nənəsi evdə dünyasını dəyişmişdir. Şahid X28 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, mənzilin Əbdül Xəlilovun adına rəsmişləşdirilməsində şəxsən iştirak etmişdir, çıxarışın verilməsi üçün zəruri olan sənədləri hazırlamışdır. Əbüdülün qardaşı Xəlilov Tahirlə söhbət olmuşdur ki, onun razılığı olduqdan sonra mənzil Əbdülün adına rəsmiləşdiriləcəkdir. Tahir Xəlilov mənzilin qardaşı Əbdülün adına keçirilməsinə etiraz etməmişdir. Əbdül orda söz vermişdir ki, heç kəsin mənzil maraqlarına toxunulmayacaqdır. Daha sonra Tahir rəhmətə gedəndən sonra Mahirə xanım şikayət edirdi ki, onu mənzildən sıxışdıraraq çıxmasını tələb edirlər. Mahirə xanıma təzyiqlər olanda sonuncu onları çağırırdı və onlar yığıncaqlar keçirirdilər və qərar qəbul edirdilər ki, Mahirə xanım mənzildə yaşamalıdır. Cavabdeh Əliəşrəf qızı həmişə orda yaşamışdır. O, kooperativin sədri kimi 2016-cı ildən işləyir. Mahirə xanım ora 1989-1990-cı ildən gəlmişdir. O, orada işləyəndən həmin mənzildə yalnız Mahirə xanım və onun mərhum həyat yoldaşını görmüşdür. Mahirə xanımın mərhum həyat yoldaşı Tahirin razılığı ona görə tələb edilirdi ki, Tahir orada yaşayırdı. Tahir həmin mənzildə qeydiyyatda olmamışdır. Onların yarı notarial hərəkətlər etmək səlahiyyətləri var. O, işlədiyi müddətdə kommunal ödənişləri Tahir edirdi, Tahir rəhmətə gedəndən sonra Mahirə xanım edirdi. Aldıqları kommunal ödənişlərə görə qəbzlərdə həmin mənzildə kim yaşayırsa onun adını qeyd etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 2(006)-340/2024 saylı qətnaməsi ilə ilk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh Əliəşrəf qızına qarşı «mənzildən məcburi çıxarılma və mənzilin təhvil verilməsi» tələbinə dair ilk iddiasının qismən təmin edilməsi, ilk iddia üzrə Cavabdeh Əliəşrəf qızının Bakı şəhəri Nəsimi rayonu Əlisgəndər İsgəndərov küçəsi 3/1 saylı evin 33 saylı mənzilindən məcburi çıxarılması və ilk iddia üzrə İddiaçı həmin mənzilə köçürülməsi, ilk iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia üzrə Cavabdeh Əliəşrəf qızının qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «mənzilə istifadə hüququnun tanınması» tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, ilk iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 100 manatının ilk iddia üzrə Cavabdeh Əliəşrəf qızından tutularaq ilk iddia üzrə İddiaçı ödənilməsi, ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun 65 manatının ilk iddia üzrə iddiaçının özünə aid edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli mənzilin atası tərəfindən bağışlama əqdi əsasında iddiaçının mülkiyyətində olması işin mübahisəsiz halıdır və həmin mülkiyyətdə cavabdehin buna hər hansı hüququ olmadan yaşamasını iddiaçı onun qanunla qorunan mülkiyyət hüququnun pozulması kimi qiymətləndirir. İşin faktiki araşdırılmış hallarından görünür ki, cavabdeh həmin mənzilə əvvəlki mülkiyyətçinin razılığı ilə köçmüş və yaşamış, hətta mülkiyyətçinin vəfatından sonra kommunal ödənişləri də həyata keçirmişlər. Cavabdeh ərinin vəfatından sonra da həmin mənzildə yaşamaqda davam etmişdir. Hazırda mülkiyyətçinin tələbinə baxmayaraq cavabdeh mənzildən çıxmağa imtina edərək hətta mənzilə hüquqlarının olmasını da iddia edir. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzilində cavabdeh buna hər hansı hüququ olmadan yaşaması faktı iddiaçının qanunla qorunan mülkiyyət hüququnun pozulmasıdır və bu səbəbdən, ilk iddia qismən təmin edilməli, cavabdeh həmin mənzildən çıxarılmalı, iddiaçı isə mülkiyyətçi kimi həmin mənzilə köçürülməlidir. Lakin məhkəmə ilk iddianın ayda 300 manat olmaqla, 15 ay üzrə cəmi 4.500 manat kirayə haqqının tutulması hissədə təmin edilməsini mümkün saymır. Belə ki, yuxarıda qeyd edildiyi kimi cavabdeh əvvəlki mülkiyyətçinin razılığı ilə əri ilə həmin mənzilə köçmüş və onun, eləcə də ərinin vəfatından sonra hazırki vaxta kimi orada heç bir hüquqi əsası olmadan yaşamağa davam edir. İstər əvvəlki, istərsə də hazırki mülkiyyətçi ilə aralarında mənzildə kirayə haqqı ödənilməsi şərti ilə yaşaması ilə bağlı razılaşma olmadığından məhkəmə tələbin bu hissəsini əsassız sayır. Həmçinin, iddiaçı irəli sürmüş olduğu iddia tələbində ailə üzvlərinin də onunla birlikdə həmin mənzilə köçürülməsini xahiş etsə də, göründüyü kimi, iddiaçının ailə üzvləri iddiaçıdan fərqli olaraq onunla birlikdə mənzilə köçürülmələrinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməmişlər. Eyni zamanda, qeyd edilməlidir ki, mənzilə köçürülmə mülkiyyətçinin razılığı əsasında baş verdiyindən, ilk iddia üzrə iddiaçı bu hüququndan istifadə etməklə, iddia tələbində qeyd etdiyi şəxslərin (ailə üzvlərinin) sözügedən mənzilə köçürülməsinə imkan yarada bilər. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən qarşılıqlı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair təqdim etdiyi sübut kimi qiymətləndirdiyi hallar (şahid ifadələri) mötəbər olmamaqla qarşılıqlı iddianın əsaslı olmasını təsdiq etmir. Belə ki, qarşılıqlı iddiaçı 19 iyul 1989-cu il tarixdə X14 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmaqla ərinin anasına məxsus olan ünvan 9 ünvanda yerləşən evə gəlin köçməsini göstərsə də, müəyyən edilmişdir ki, həmin ev X11 verilmiş və sonradan onun tərəfindən İddiaçı bağışlanılmışdır. Göstərilən hal qarşılıqlı iddianın qaynanasının rəhmətə gedən tarixdən mərhum yoldaşı ilə həmin dövrdən indiyədək miras qalmış əmlak payını faktiki olaraq qəbul etmələrinə dair dəlilini də təkzib edir və məhkəmə qeyd edir ki, göstərilən mənzil Cavabdeh Əliəşrəf qızının qayınanasına məxsus olmadığı üçün onun ölümündən sonra ondan miras əmlak qalmamışdır ki, vərəsələr arasında bölünsün. Məhkəmə qarşılıqlı iddianın əsası kimi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair xx.xx.2001-ci il tarixli qərarına, Azərbaycan Respublikasının qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53, 123, 217.2-ci maddələrinə istinad etməsinə də mövqe bildirərək qeyd edir ki, Cavabdeh qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53-cü maddəsinin tələbləri baxımından həmin mənzilə istifadə hüququ əldə etməmişdir. Belə ki, özünün də bildirdiyi ki, 1989-cu ildə mübahisəli mənzilə köçərkən ünvan 9 ünvanda yerləşən mənzil heç vaxt iddiaçının anası X21 aid olmamışdır. Bundan başqa, tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, qeyd edilən mənzildə yaşamalarına baxmayaraq cavabdehə qeydiyyatda olduğu Bakı şəhəri Vidadi küçəsi ünvanda yerləşən 22 saylı evin sökülməsi ilə bağlı kompensasiya ödənilmişdir. Məhkəmə həmçinin qarşılıqlı iddiaçının həm ərinin, həm də qaynının (əvvəlki mülkiyyətçi) sağlığından hazırki vaxta kimi mənzildə yaşamasına heç bir irad bildirilməməsinə dair dəlillərinə də qiymət verərək bu halların mövcudluğunun belə onun mübahisəli mənzilə istifadə hüququnun yaranması üçün hüquqi əsaslardan biri kimi qiymətləndirmir. Bundan əlavə, məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı mübahisəli mənzilə istifadə hüquqlarının yaranmasını zənn etdiyi halda bu mübahisəni əvvəlki mülkiyyətçinin və ərinin də sağlığında da qaldırmaq hüquqlarından istifadə etməmiş, yalnız hazırki iddia ilə mülkiyyətçi onun mülkiyyətindən çıxarılmasına dair iddia qaldırdan sonra hüquqi əsası olmadan yaşadığı mənzildən çıxmamaq üçün hüquqdan sui-istifadə edərək hazırki qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Beləliklə də, məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin mülkiyyətində olan mənzilə münasibətdə hər hansı hüququ olmadığı üçün qarşılıqlı iddia əsassızdır və təmin edilə bilməz. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikası MM-in 152.1, 152.5, 666.1-ci maddələrinə, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 217.4-cü maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına» qarşı işi üzrə 26 iyul 2007-ci il tarixli və «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarlarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair xx.xx.2001-ci il tarixli qərarına, X23 Məhkəməsinin “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 mart 1999-cu il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 2(006)-340/2024 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Əliəşrəf qızı apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli 2(006)-340/2024 saylı qətnaməsinin ilk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh Əliəşrəf qızına qarşı «mənzildən məcburi çıxarılma və mənzilin təhvil verilməsi» tələbinə dair ilk iddianın qismən təmin edilməsi, ilk iddia üzrə Cavabdeh Bakı şəhəri Nəsimi rayonu Əlisgəndər İsgəndərov küçəsi 3/1 saylı evin 33 saylı mənzilindən məcburi çıxarılması və ilk iddia üzrə İddiaçı həmin mənzilə köçürülməsi, qarşılıqlı iddia üzrə Cavabdeh Əliəşrəf qızının qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «mənzilə istifadə hüququnun tanınması» tələbinə dair qarşılıqlı iddianın rədd edilməsi, ilk iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 100 manatı ilk iddia üzrə Cavabdeh Əliəşrəf qızından tutularaq ilk iddia üzrə İddiaçı ödənilməsi, ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun 65 manatı ilk iddia üzrə iddiaçının özünə aid edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməsi hissəsinin ləğv edilməsi, ilk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh Əliəşrəf qızına qarşı «mənzildən məcburi çıxarılma və mənzilin təhvil verilməsi» tələbinə dair iddianın tam rədd edilməsi, qarşılıqlı iddia üzrə Cavabdeh Əliəşrəf qızının qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «mənzilə istifadə hüququnun tanınması» tələbinə dair qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qətnamə, İddiaçı əməlində Azərbaycan Respublikası CM-nin 320-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin olub olmamasının araşdırlması üçün prokurora xəbər verilməsi barədə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, İddiaçı ona qarşı «mənzildən məcburi çıxarılma və mənzilin təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ondan ünvan 4 ünvandan məcburi çıxarılması və onun ailə üzvləri ilə birlikdə həmin mənzilə köçürülməsi, 100 manat dövlət rüsumunun cavabdeh ondan onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, xx.xx.2023-cü il tarixdə İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh onun ünvan 5 ünvandan məcburi çıxarılması və onun ailə üzvləri ilə birlikdə həmin mənzilə köçürülməsi, cavabdeh onun qanunsuz istifadəsində olan, ona məxsus ünvan 1 ünvanda yerləşən mənzildə xx.xx.2023-cü il tarixdən yaşadığı bütün müddətlər üzrə ayda 300 manat olmaqla, 15 ay üzrə cəmi 4.500 manat kirayə haqqının və ödənilmiş 165 manat dövlət rüsumunun cavabdeh ondan onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, İddiaçı qarşı «mənzilə istifadə hüququnun tanınması» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, onun yaşadığı ünvan 1 ünvanına istifadə hüquqlarının tanınması və evdən istifadəyə maneənin aradan qaldırılması, ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edib. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi həmin tələblərə dair 2(006)-340/2024 nömrəli mülki işə baxaraq ilk iddia üzrə İddiaçı cavabdeh ona qarşı «mənzildən məcburi çıxarılma və mənzilin təhvil verilməsi» tələbinə dair ilk iddiasının qismən təmin edilməsi, ilk iddia üzrə cavabdeh onun Bakı şəhəri Nəsimi rayonu Əlisgəndər İsgəndərov küçəsi 3/1 saylı evin 33 saylı mənzilindən məcburi çıxarılması və ilk iddia üzrə İddiaçı həmin mənzilə köçürülməsi, ilk iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia üzrə onun cavabdeh İddiaçı qarşı «mənzilə istifadə hüququnun tanınması» tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, ilk iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 100 manatı ilk iddia üzrə cavabdehdən tutularaq ilk iddia üzrə İddiaçı ödənilməsi, ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun 65 manatı ilk iddia üzrə onun özünə aid edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə onun özünə aid edilməsi barədə qətnamə qəbul etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-340/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə razı deyil, həmin qətnamə qanunsuz və əsasız olduğu üçün ləğv edilməlidir. Məhkəmə qətnamədə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi, mübahisəli mənzilin atası tərəfindən bağışlama əqdi əsasında iddiaçının mülkiyyətində olması işin mübahisəsiz halıdır və həmin mülkiyyətdə cavabdehin buna hər hansı hüququ olmadan yaşamasını iddiaçı onun qanunla qorunan mülkiyyət hüququnun pozulması kimi qiymətləndirir. İşin faktiki araşdırılmış hallarından görünür ki, cavabdeh həmin mənzilə əvvəlki mülkiyyətçinin razılığı ilə köçmüş və yaşamış, hətta mülkiyyətçinin vəfatından sonra kommunal ödənişləri də həyata keçirmişlər. Cavabdeh ərinin vəfatından sonra da həmin mənzildə yaşamaqda davam etmişdir. Hazırda mülkiyyətçinin tələbinə baxmayaraq cavabdeh mənzildən çıxmağa imtina edərək hətta mənzilə hüquqlarının olmasını da iddia edir. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzilində cavabdehin buna hər hansı hüququ olmadan yaşaması faktı iddiaçının qanunla qorunan mülkiyyət hüququnun pozulmasıdır və bu səbəbdən, ilk iddia qismən təmin edilməli, cavabdeh həmin mənzildən çıxarılmalı, iddiaçı isə mülkiyyətçi kimi həmin mənzilə köçürülməlidir. Belə ki, yuxarıda qeyd edildiyi kimi cavabdeh əvvəlki mülkiyyətçinin razılığı ilə əri ilə həmin mənzilə köçmüş və onun, eləcə də ərinin vəfatından sonra hazırki vaxta kimi orada heç bir hüquqi əsası olmadan yaşamağa davam edir. İstər əvvəlki, istərsə də hazırki mülkiyyətçi ilə aralarında mənzildə kirayə haqqı ödənilməsi şərti ilə yaşaması ilə bağlı razılaşma olmadığından məhkəmə tələbin bu hissəsini əsassız sayır. Həmçinin, iddiaçı irəli sürmüş olduğu iddia tələbində ailə üzvlərinin də onunla birlikdə həmin mənzilə köçürülməsini xahiş etsə də, göründüyü kimi, iddiaçının ailə üzvləri iddiaçıdan fərqli olaraq onunla birlikdə mənzilə köçürülmələrinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməmişlər. Eyni zamanda, qeyd edilməlidir ki, mənzilə köçürülmə mülkiyyətçinin razılığı əsasında baş verdiyindən, ilk iddia üzrə iddiaçı bu hüququndan istifadə etməklə, iddia tələbində qeyd etdiyi şəxslərin (ailə üzvlərinin) sözügedən mənzilə köçürülməsinə imkan yarada bilər. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Belə ki, qarşılıqlı iddiaçı 19 iyul 1989-cu il tarixdə X14 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmaqla ərinin anasına məxsus olan ünvan 13 ünvanda yerləşən evə gəlin köçməsini göstərsə də, müəyyən edilmişdir ki, həmin ev X11 verilmiş və sonradan onun tərəfindən İddiaçı bağışlanılmışdır. Göstərilən hal qarşılıqlı iddianın qaynanasının rəhmətə gedən tarixdən mərhum yoldaşı ilə həmin dövrdən indiyədək miras qalmış əmlak payını faktiki olaraq qəbul etmələrinə dair dəlilini də təkzib edir və məhkəmə qeyd edir ki, göstərilən mənzil Cavabdeh Əliəşrəf qızının qayınanasına məxsus olmadığı üçün onun ölümündən sonra ondan miras əmlak qalmamışdır ki, vərəsələr arasında bölünsün. Məhkəmə qarşılıqlı iddianın əsası kimi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair xx.xx.2001-ci il tarixli qərarına, Azərbaycan Respublikasının qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53, 123, 217.2-ci maddələrinə istinad etməsinə də mövqe bildirərək qeyd edir ki, Cavabdeh qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53-cü maddəsinin tələbləri baxımından həmin mənzilə istifadə hüququ əldə etməmişdir. Belə ki, özünün də bildirdiyi kimi 1989-cu ildə mübahisəli mənzilə köçərkən ünvan 9 ünvanda yerləşən mənzil heç vaxt iddiaçının anası X21 aid olmamışdır. Bundan başqa, tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, qeyd edilən mənzildə yaşamalarına baxmayaraq cavabdehə qeydiyyatda olduğu Bakı şəhəri Vidadi küçəsi ünvanda yerləşən 22 saylı evin sökülməsi ilə bağlı kompensasiya ödənilmişdir. Məhkəmə həmçinin qarşılıqlı iddiaçının həm ərinin, həm də qaynının (əvvəlki mülkiyyətçi) sağlığından hazırki vaxta kimi mənzildə yaşamasına heç bir irad bildirilməməsinə dair dəlillərinə də qiymət verərək bu halların mövcudluğunun belə onun mübahisəli mənzilə istifadə hüququnun yaranması üçün hüquqi əsaslardan biri kimi qiymətləndirmir. Bundan əlavə, məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı mübahisəli mənzilə istifadə hüquqlarının yaranmasını zənn etdiyi halda bu mübahisəni əvvəlki mülkiyyətçinin və ərinin də sağlığında da qaldırmaq hüquqlarından istifadə etməmiş, yalnız hazırki iddia ilə mülkiyyətçi onun mülkiyyətindən çıxarılmasına dair iddia qaldırdan sonra hüquqi əsası olmadan yaşadığı mənzildən çıxmamaq üçün hüquqdan sui-istifadə edərək hazırki qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Milli Arxiv idarəsi Azərbaycanın Respublikası Dövlət Arxivinin Bakı filialının 02 fevral 2024-cü il tarixli 3-48-2F/2-384/2024 nömrəli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixli 40 saylı sorğunuza əsasən bildiririk ki, vət. X18 barəsində keçmiş Nəsimirayon XDS İK-nin (indiki Nəsimi RİH) arxiv fondu üzrə xx.xx.1986-cı il tarixli, 43/5 saylı qərarı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin Azərbaycan Respublikasının Milli Arxiv idarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının məktubunda xx.xx.1986-cı il tarixli, 43/5 saylı qərara əlavə protokolların mövcudluğu barədə heç nə yoxdur. Bundan əlavə həmin qərara baxdıqda, orada A.T. Quliyevin, Y.A. Kərimovun, F.N. Əmirovanın, F.İ. İskəndərovun, D.Ş. Avakyanın, S.M. Hüseynovun imzaları mövcud deyildir. Bu da X1 MA № ******* olan, xx.xx.2010-cu il tarixdə qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********99-05301- 093021 olan (xx.xx.1986-cı il tarixli 216803 nömrəli orderə, xx.xx.2010-cu il tarixli 43 nömrəli maliyyə arayışına və xx.xx.2010-cu il tarixli 32 nömrəli 2 saylı forma üzrə arayışa əsasən) əldə etdiyi dövlət reyetrində 1187 nömrəli, reyestr kitabının 107766 nömrəli vərəqində qeydə alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı qanuni yolla əldə edilməsini şübhə altına alır, yəni saxta yolla əldə edilməsini təsdiq edir. Saxta yolla əldə edilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında İddiaçı «mənzildən məcburi çıxarılma və mənzilin təhvil verilməsi» tələbinə dair iddia ərizəsi vermək üçün subyektiv hüquqdan məhrum edir, ona görə də məhkəmə araşdırma aparmadan bu cür iddianı təmin edə bilməzdi. Digər tərəfdən onun nümayəndəsi qətnamə çıxarılan tarixdə həmin xüsusatları məhkəmənin nəzərinə çatdırmış, məhkəməyə X1 MA № ******* olan, xx.xx.2010-cu il tarixdə qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********99-05301-093021 olan (xx.xx.1986-cı il tarixli 216803 nömrəli orderə, xx.xx.2010-cu il tarixli 43 nömrəli maliyyə arayışına və xx.xx.2010-cu il tarixli 32 nömrəli 2 saylı forma üzrə arayışa əsasən) əldə etdiyi dövlət reyetrində 1187 nömrəli, reyestr kitabının 107766 nömrəli vərəqində qeydə alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvi ilə bağlı Bakı İnzibati Məhkəməsinə iddia verəcəyini, bir iclas prosesi təxirə salınmasını, müşavirəyə getməməsini, iddia verəcəyi təqdirdə baxdığı işin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa müddəasını və Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 25 mart 2004-cü il tarixli Plenum qərarını rəhbər tutub dayandırmalı olmasını bildirmişdir. Lakin məhkəmə bunları nəzərə almamış, müşavirəyə getmiş və qətnamə qəbul etmiş, X2 yolla çıxarış əldə etdiyinə görə əməllində Azərbaycan Respublikası CM-nin 320-ci maddəsinin tərkib əlamətləri olmasına fikir verməmiş, həmin cinayətin əlamətlərini aşkara çıxartmaq üçün xüsusi qərardad çıxartmamış və prokurora xəbər verməmişdir. Onun qarşılıqlı iddiasına gəldikdə isə hesab edir ki, ilkin İddiaçı onun ünvan 14 ünvanında olan mənzildən məcburi çıxarılmağı barədə iddiası məhkəmə tərəfindən rədd edilməli idi, onun ona qarşı yaşadığı ünvan 14 ünvanına istifadə hüquqlarının tanınması barədə qarşılıqlı iddiası təmin edilməli idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli Qərarında deyilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan huquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməli idi. Ona görə də mübahisə 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına əsasən həll olunmalı idi. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalı idi. 01 oktyabr 2009-cu ilədək Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evinin mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərməmişsə, də yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Odur ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsi qətnamə çıxararkən Azərbaycan Respublikasının Milli Arxiv idarəsi, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialından sorğu verib xx.xx.1986-cı il tarixli, 43/5 saylı qərarı, ona əlavə edilmiş protokolu almaqla X1 MA № ******* olan, xx.xx.2010-cu il tarixdə qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********99-05301-093021 olan (xx.xx.1986-cı il tarixli 216803 nömrəli orderə, xx.xx.2010-cu il tarixli 43 nömrəli maliyyə arayışına və xx.xx.2010cu il tarixli 32 nömrəli 2 saylı forma üzrə arayışa əsasən) əldə etdiyi dövlət reyetrində 1187 nömrəli, reyestr kitabının 107766 nömrəli vərəqində qeydə alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı qanuni yolla əldə edib etməməsini, daha sonra isə Əbdül Xəlilovun 6 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə1977 saylı bağışlama müqaviləsinə əsasən İddiaçı bağışlamasını qanuni olub olmamasını və nəticədə İddiaçı iddia vermək üçün subyektiv hüququnun olub olmamasını araşdıra bilərdi. Lakin məhkəmə bunu etməmişdir. Məhkəmənin icraatı dayandırmaq vəzifəsi Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin «Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa» müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. Onun nümayəndəsi qətnaməsi çıxarılan tarixdə məhkəməyə X1 MA № ******* olan, xx.xx.2010-cu il tarixdə qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********99-05301-093021 olan (xx.xx.1986-cı il tarixli 216803 nömrəli orderə, xx.xx.2010-cu il tarixli 43 nömrəli maliyyə arayışına və xx.xx.2010-cu il tarixli 32 nömrəli 2 saylı forma üzrə arayışa əsasən) əldə etdiyi dövlət reyetrində 1187 nömrəli, reyestr kitabının 107766 nömrəli vərəqində qeydə alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvi ilə bağlı Bakı İnzibati Məhkəməsinə iddia verəcəyini, bir iclas prosesi təxirə salınmasını, müşavirəyə getməməsini barədə xahişini təmin etməli idi, iddia vermək üçün şərait yaratmalı idi, o, iddia verdikdən sonra isə işin icraatını dayandırmalı idi. 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan huquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi mübahisəni 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına əsasən həll etməli idi, onun həmin mənzilə dair istifadə hüququnu tanımalı idi. Yaşayış evinin mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərməmişsə də yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin Məcəllənin 53cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Mənzil Məcəlləsinin 54cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi mübahisəni 01 oktyabr 2009-cu ilədək Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələrinin müddəalarına əsasən həll etməli idi, onun həmin mənzilə dair istifadə hüququnu tanımalı idi. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəini müdafiə edib izahatında göstərmişdir ki, əri 2013cü ildə rəhmətə gedib.1989-cu ildə qaynanası onu Əcəmidəki evə gəlin gətirib. Bundan sonra o, əri və qaynanası ilə birlikdə bu evdə yaşamışlar. Hazırki vaxta qədər də o, bu mənzildə yaşayır, artıq 35 ildir. Sökülən evdə onun əri sadəcə qeydiyyatda qalmışdır. Sökülən ev onun ərinin atasının evi olmuş, ev uçulmuş dağılmış ev idi, orada yaşayış yox idi. Əri azadlığa çıxandan sonra dedilər ki, orada pasport qeydiyyatında qal. O, isə öz atasının evində qeydiyyatda qalmış, yaşamağa isə qaynanası onu mübahisəli evə gəlin gətirmişdir. O, qaynanasına baxmış, qaynanası onun yanında rəhmətə getmişdir. Onun şahidləri də vardır. O, həmişə Əcəmidəki evdə qalmışdır. Başqa yaşayış yeri yoxdur. Tək qadındır, övladı yoxdur, əri vəfat edib. 35 il yaşadığı Əcəmidəki ev 2 otaqlı evdir. Onlardan başqa Əcəmidəki evdə heç kim yaşamyıb. Ancaq üçü yaşamışlar. Əri Sovetskidəki evdə qeydiyyatda qaldığına görə və burada kooperativ evi idi deyə bir nəfər qaynanasının qaldığı evə qeydiyyata düşməli idi, ona görə də Əbdülü yazmışdılar. İndi bu dəqiqə onun yaşamağa başqa yeri yoxdur, 35 ildir o, bu ünvanda yaşayır, bunu qonşuları da görüb ki, o, rəsmi nikahla bu evə gəlin gəlmişdir. Sökülən evdən Həmidgil kompensasiya almayıb. Çünki Həmidgil orada qeydiyyatda deyildi, ortancıl qaynı və baldızı orada qeydiyyatda idi. Sovetskidəki evdə o, heç vaxt yaşamayıb. Qaynanası yaşlı, xəstə qadın idi, onları yanına gətirdi ki, sonbeşik oğludur, onun yanında yaşasınlar. Ondan əvvəl də əri Hövsanda anası ilə yaşayıb. Vidadi küçəsi 22-də yerləşən sökülmüş evin mülkiyyətçisinin kim olmasını bilmir, o, həmin evə gəlin köçməmiş, həmin evdə baldızı Nəcibə yaşamışdır. Ev uçub dağılmış ev olmuşdur. Həmin ev onun əri öləndən sonra, təxminən 2015 və ya 2018-ci il aralığında sökülmüş, ona da 5.000 manat kompensasiya verilmişdir. Baldızı Nəcibəyə isə 25.000 manat verilmişdir. Ortancıl qaynı da ailəsi ilə orda qeydiyyatda olmuş, lakin Hövsanda yaşamışdır. Ona kompensasiya ərinə görə verilmişdir. Əri əvvəldən o evdə qeydiyyatda olmuş, sonra məhkum olunmuş, azadlığa çıxdıqdan sonra burda anası ilə yaşamışdır. Onun ərinə harada türmədən çıxmısansa orada qeydiyyatda qalmalısan deyilmişdir. Ev kooperativ evi olduğuna görə anasının üstünə kimsə yazılmalı idi, ona görə də, ərini o biri evə yazıblar. O, 1989-cu ildə bu evə gəlin gəlmiş, mənzilin iki otağı da onun əşyaları ilə doldurulmuşdur, yaşadıqları evi əri ilə birlikdə təmir etmişlər. Qaynanası, əri ilə o, bu evdə yaşamış, evin bütün xərclərini yoldaşı ilə birlikdə ödəmişlər. Qardaşının xəstəliyi, qardaşının cavan oğlu və arvadı vəfat etdiyindən o, tək qalan qardaşına baxdığı üçün həmin ərəfədə mənzildə yaşamamışdır. Lakin mənzilin açarı onda olmuş, mənzili qonşulara tapşırmışdır. Qardaşı 2022-ci ildə yataq xəstəsi olub, 2023-cü ildə isə vəfat edib. Mənzildə istifadə olunan qazın, suyun, işığın pulu o, MTK-ın sədrinə vermişdir. Əgər evlə bağlı iddiaları var idisə bunu ya qaynanasının ya da, ərinin sağlığında edərdilər. Onun 70 yaşım var, yaşamağa yeri yoxdur. 2013-cü ilə qədər orada yaşayanda iddiaçının nə atası, nə də özü o evə gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişir ki, bu illər ərzində heç kəs ilkin iddia üzrə cavabdehə gəlib deməyib ki, sən çıxıb getməlisən. Mahirə xanım bu evə gəlin köçüb, yaşayıb. Köhnə Mənzil Məcəlləsinə görə də həmin qohumlar kriteriyasına düşən adamdır. Onun istifadə hüququ var mənzildə. Bu münasibətləri köhnə Mənzil Məcəlləsi tənzimləyir, açıq-aşkar da yazır. Evlə bağlı faktiki çıxarış olmayıb, order olub. O da məhkəməyə təqdim edilib. Orderlə mənzil ilkin iddia üzrə iddiaçının atasına və Mahirə xanımın qaynanasına verilib. Evdə faktiki olaraq da Mahirə xanım, əri və qaynanası yaşayıb. İlkin qeydiyyat 2020-2022-ci illərdə ilkin iddia üzrə iddiaçının atasının adına aparılıb. Hesab edir ki, 1 oktyabr 2009-cu ilə qədər qüvvədə olan Mənzil Məcəlləsinə əsasən Mahirə xanımın evə istifadə hüququ vardır. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq izahatında göstərmişdir ki, ilkin sənəddə - sərəncamla ev onun atasının adına verilib. Onlar birinci instansiyada qalib gəlmişlər, sonra qarşı tərəf apellyasiya şikayəti verib, apellyasiya məhkəməsi inzibati işlə əlaqədar məhkəmə icraatını dayandırmışdı. Cavabdeh onun əmisinin həyat yoldaşıdır. 1989-cu ildə Sovetski məhəlləsindəki – əmisinin baba evinə gəlin gəlib, ora qeydiyyata düşüb. Sovetski məhəlləsindəki evlə onun evi ayrı-ayrı evlərdir. Təxminən 2017-2018-ci illərdə Sovetski məhəlləsindəki ev söküntüyə gedib, oradan da ilkin iddia üzrə cavabdeh öz kompensasiyasını alıb. Onların ilkin iddia üzrə cavabdehlə ümumiyyətlə əlaqələri olmayıb. Sadəcə onların bu evdə güzəşt etmələrinin səbəbi o olub ki, bu ev sökülsün, daha rahat özlərinə mənzil düzəltsinlər. Sovetski məhəlləsindəki evdən çıxdıqdan sonra qarşı tərəfin hara getdiyini onlar bilmir. Qarşı tərəf Sovetski məhəlləsindəki evə gəlin gəlib və orada qeydiyyata düşüb. Onun əmisinin və əmisinin yoldaşının onların mülki ilə əlaqəsi olmayıb. Onların evi mikrorayonda yerləşir, sökülən ev isə Sovetskidə yerləşir. Mahirə xanım gəlin gəlib onun əmisinin evinə köçdükdən sonra həmin ev sökülənə qədər orada yaşayıb. Nə qədər müddət orada yaşadığını isə o, dəqiq söyləyə bilmir. Qarşı tərəfin ilkin olaraq onun atasının adına verilən evdə nə qədər yaşadığını o, həmin vaxt uşaq olduğu üçün deyə bilmir. Təxminən 20 il atasının adına verilmiş və ona bağışlanan evdə yaşayıb. Hanısı ki, bu evin qarşı tərəfin gəlin gəldiyi ev ilə heç bir əlaqəsi yoxdur. Hazırda mübahisələndirilən ev Əcəmidə yerləşir, sökülmüş ev isə Sovetski məhəlləsində yerləşirdi. Mahirə xanım Əcəmidəki evdə 20 il yaşayıb. O, həmin 20 ili təqribi olaraq 2000-ci ildən hesablayır. Onlar sənədləri çıxaranda, işığın, qazın sayğacından müəyyən olunur ki, 2 il qaz, işıq işlətməyiblər, yəni qarşı tərəf demək olar ki, 2 il orada qalmayıb. Onlar həyadan Mahirəyə nəsə deməmiş, ev sökülənə qədər gözləmişlər. Amma qarşı tərəf bir qrup tərəfindən məqsədli şəkildə öyrədilib. İndi deyir ki, o, evdən çıxmır. Amma hüquqi baxımdan bu ev onundur. Qarşı tərəfin köçüb yaşadığı yeri təqribi olaraq Maştağada olmasını bilir. Mahirə xanımın orada qohumları var, qardaşının obyektləri var, yəni yerli adamdırlar, hər yerdə qohumları var. Mənzil İstismar Sahəsinin qarşı tərəfin evdə daimi yaşaması ilə bağlı verdiyi sənədlə əlaqədar onu deyə bilər ki, məhkəmədə səs yazısı var idi, məhkəmə onları dindirəndə bəlli oldu ki, öyrədilmiş şəkildə danışırlar. Əcəmidəki evdə o da, yaşamış oradan bağçaya getmiş, orada qonşuların hamısını tanıyır. Anası müharibə dövründə döyüş bölgəsində yemək bişirirdi, ona görə tez-tez gedirdi, onlara baxa bilmirdi. Ona görə 1993-cü illərdə xalası onlara baxırdı. Hövsanda onun ana tərəfdən nənəsinin evi var. Mübahisəli evin ilkin sahibi onun atasıdır. Atası evi ona hədiyyə edənə kimi orada qeydiyyatda olub, atası müharibə dönəmlərində həmin evdə də onlarla birlikdə qalmışdır. Atası Hövsanda təxminən 1990-cı illərin axırlarından yaşamağa başladı, daimi yaşamasını deyə bilməz, çünki orada bibisi də yaşamışdır. Onlar daimi olaraq Hövsanda xalasıgildə qalmışlar, ev nənəsinə verilmiş evdir. Həmin ev üç otaqlı evdir, bir otağı onlara ayrılmışdır. Mahirə xanımı indi yaşadığı evə ümumiyyətlə heç kim köçürməyib, atası sağ olan vaxtı əmisinə orda qalmağa icazə verilib, Mahirə xanım bu şəkildə orada qala-qala əmisinin rəsmi nigahlı arvadı kimi köçüb. Mahirə xanım o evə qonaq gəlib. Təxminən 2005-ci ildə qonaq gəlib. Sovetskidəki öz evləri yaşayış üçün əlverişli olmadığından onların evində yamasına icazə verilib. Atası bu çıxarışı çıxaranda əmisi o ərəfələr də xərçəng xəstəsi idi, ona görə ona dəyilməmişdir. Xəlilova Zara onun nənəsidir, o vaxtlar qeydiyyat yox idi deyə 2-ci şəxsi evin üstünə yazırdılar. O, sənəd əsasında onun atasının mülkiyyət hüquqları qeydiyyatdan keçib. Hesab edir ki, qarşı tərəfin evdən istifadə hüququ yoxdur, çünki onlar onu evə köçürməmiş, evi ona verməmişlər. İşıq, qaz heç bir şey heç vaxt əmisinin adına olmayıb. Mahirə xanımın orada yaşamasına onlar həmişə etiraz etmişlər. Etirazlarının qarşısını kəsiblər, məsələn əmisi xəstə olub. Bakı İnzibati Məhkəməsində hakimin də verdiyi suallardan biri bu idi ki, bu 35 ildə bir dəfə də evə qeydiyyata düşmək ya adlarına salınması kimi bir hal olmayıb. Onlar onsuzda bilirdilər ki, orada müvəqqəti qalırlar. Mübahisənin sülh yolu ilə həll edilməsinə razı deyil. Məhkəmə prosesləri 3 ildir davam edir, o, ədalət yerini tapsın deyə bu gün burda dayanıb və axıra kimi də mübarizə aparacaqdır. Ona məxsus digər evdə bacısı öz uşağı ilə yaşayır, özünün 3 uşağı var, üstəlik ata və anası ilə birlikdə yaşayır. Onun hüquqlarını təsdiq edən sənədi var, harada istəyirlər mübahisələndirə bilərlər, o, haqlıdır və burada sona qədər dayanacaqdır. Hər iki ev də onun adına qeydiyyatda olduğuna görə o, müəyyən hüquqlarından istifadə edir, bu hal sosial yardım almaq kimi bəzi hüquqlarını məhdudlaşdırır. Qarşı tərəfin evdə yaşamasına icazə verməklərinin səbəbi əmisinin xəstəliyi olmuşdur. Bu isə əmisi 2013-cü ildə rəhmətə getdiyinə görə hardasa 2011-2012-ci illərə təsadüf edir. Evin sökülməsi qarşı tərəfin aldığı kompensasiya ilə əlaqədar qəbzə əsasən 2019-cu ilə təsadüf edir. Həmin qəbz iş materiallarına əlavə edilmişdir. Kompensasiya verilən ev köhnə Sovetski məhəlləsində yerləşməklə üçotaqlı ev idi. Həmin evə dair ehtimal edir ki, çıxarış olub. Sökülən ev onların baba evləri olmuşdur. Əmisi kiçik olduğuna görə orda qalmış, bibisi də həmin evdə yaşamışdır. Sökülmüş ev ümumi 3 otaqdan ibarət olmuş, otaqlar bir həyətdə olsa da, fərqli yerlərdə olub. Hesab edir ki, bunların öz aralarında kompensasiya ilə bağlı hansısa formada razılaşma olub, çünki cavabdeh sənədə qol çəkməsəydi digərləri də kompensasiya ala bilməyəcəkdi. Cavabdeh bildirir ki, ora gəlin gəlib və qaynanası ilə birlikdə yaşayıb. Cavabdehin ora gəlin gəlməsi ilə qaynanasının rəhmətə getməsi arasında 4 ay fərq vardır. O da 20 Yanvar ərəfəsinə təsadüf edir, hansı ki, o dövrdə insanlar bir yerdə yaşayırdılar. Onların cavabdehin orda yaşamasına icazə verdikləri tarix təxminən 2011-2012-ci illərə aiddir. O da əmsinin xəstəliyi ilə əlaqədar olub. Həmin vaxtdan daha əvvəl isə cavabdehin və onun əmisinin evdə yaması gəlib getməklər şəklində olmuşdur. Qarşı tərəfin mübahisəli evdə yaşadığı müddət onun əmisi 2013-cü ildə rəhmətə getdiyindən əvvələ 2011-2012-ci illərə təsadüf edir. O vaxta kimi Sovetski məhəlləsində yerləşən babasının evində yaşayıblar. Onlar həmin vaxta kimi də mütəmadi olaraq onun evinə gəlib gediblər. Lakin onlara qalmaq icazəsi 2011-2012-ci ildən sonra verilmişdir. Sovetski məhəlləsindəki ev sökülmə ərəfəsində idi, əmisi xəstə olduğuna görə onlar evdə qalmalarına icazə vermişlər. Ev orderlə onun atasına 1986-cı ildə verilmişdir. O dövrdə nənəsi onun atasının üstünə yazılmışdır. O vaxta kimi isə nənəsi onların başqa bir evlərində yaşamış, burda yaşamamışdır. 1986-cı ildən 2011-2012-ci illərdə mübahisəli evdə başqaları da yaşayıb, qarşı tərəf də yaşayıb. Məsələ burasındadır ki, onlar məktəblə, universitetlə əlaqədar, qaldıqları yeri dəyişə bilmirdilər. Ona görə də, həmin evdə qohumlardan qalan olub, qarşı tərəfin öz qohumları qalıb. O, hal-hazırda mübahisəli evə buraxılmadığına görə orada atasına və ya onlara məxsus əşyalar olub-olmadığını deyə bilmir. Qarşı tərəf ora öz əşyalarını nə vaxt yerləşdirməsini o, bilmir. Orada taxt, qaz sobası ola bilər. Qarşı tərəf deyir ki, ora köçmək fikirləri var idisə əvvəlcədən deyərdilər. Ev 2013-cü ildə onun atasının adına özəlləşdirilib. Onda heç bir narazılıqları və ya etirazları olmayıb. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili Vəkil3 izahatında göstərmişdir ki, apellyasiya şikayəti tamamilə formal xarakter daşıyır, çünki apellyasiya məhkəməsində mübahisələndirdikləri məsələni birinci instansiya məhkəməsində kifayət qədər mübahisələndiriblər və bu məsələ ilə bağlı kifayət qədər araşdırma aparılıb, hətta birinci instansiya məhkəməsi sorğuların təqdim olunması ilə bağlı kifayət qədər vaxt da verib, çünki qarşı tərəf vəsatət verib ki, sorğu verib, cavab gözləyir və s. Sorğuların verilməsinin bir çoxu əhəmiyyətsiz sorğular olmasına baxmayaraq birinci instansiya məhkəməsi bu hüququ onlara tanıyıb və həmin sorğuların cavablarının alınması gözlənilib, istənilən qədər vaxt da verilib, lakin buna baxmayaraq verilən sorğulara alınan cavablar istənilən halda iddiaçının xeyrinə həll olunub, çünki cavabdeh iddia edir ki, həmin əmlak onun qaynanasının adına verilib, halbuki bununla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilmirlər. Faktiki olaraq, bu belə deyil. Sadəcə olaraq niyə bu iddia ilə çıxış edirlər. Burada məhkəməni yanıltmaq niyyəti var, bu məhkəməni yanıltmaq niyyəti nədən irəli gəlir. Burada bilirsiniz ki, subyektiv hüquq yoxdur, nəticə etibarilə burada elə bir hüquq yaratmaq istəyirlər ki, bu iddia əsaslı olsun. Bu hüquq da nədən irəli gəlir. Vərəsəlik məsələsini ortaya qoymaq ki, bu məsələ də artıq alınmadı. Məhz Bakı İnzibati Məhkəməsinə verilən iddianın səbəblərində bu vərəsəlik ilə bağlı göstərilmişdir ki, guya onlar vərəsədir, ona görə də həmin çıxarışlar ləğv olunmalıdır. Nəticə etibarilə, qaynananın adına çıxarış verilməlidir və sairə. Bunu Bakı İnzibati Məhkəməsində də eyni zamanda mübahisələndiriblər. Bakı İnzibati Məhkəməsi istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya məhkəməsi gözəl izahlar verib. O, hətta deyərdi ki, hazırki apellyasiya şikayətinə birbaşa təsir edən gözəl izahlar verilib. Həmin apellyasiya şikayətinin formal olduğunun digər əsası da proses zamanı aydın olur, belə ki, apellyasiya şikayəti 2024-cü ilin hardasa aprel ayında verilib, proses o vaxtdan gedir, bundan öncə birinci instansiya məhkəməsinin prosesləri gedir və məqsəd burada müddətin kifayət qədər uzadılmasıdır ki, buna da nail olublar. Bu müddət ərzində cavabdeh əsassız olaraq evdə yaşamaqda davam edib. Halbuki evlə bağlı nə hüquqmüəyyənedici sənəd var, nə də iddia etdiyi halları təsdiq edəcək sübutu var. Şahidlər gətiriblər, şahidlərin hər biri bir-birinə zidd ifadələr verir, sənədlər gətiriblər, sənəd şahidin ifadəsi ilə uyğun gəlmir, yəni onların təqdim etdikləri elektrik enerjisi ilə qaz sayğacdan istifadə saldoları aydın şəkildə göstərir ki, uzun müddət həmin mənzildən istifadə olunmayıb görünür ki, xanımın başqa yaşayış yeri var. Məhkəməyə təqdim olunan ərizədən görünür ki, cavabdeh ilkin iddia üzrə iddiaçının balasına aid evdən sökülmə zamanı 5.000 manat kompensasiya alıb. Bir insan neçə evdən istifadə hüququ ilə bağlı kompensasiya ala bilər, deməli istifadə edib. Onda belə çıxır ki, özü-özünə zidd ifadə verir əslində, deyir ki, o, heç vaxt oradan istifadə etməmiş, amma pul almışdır. Onda belə çıxır ki, əsassız varlanmadır. Qarşı tərəf mübahisəli mənzildə təxminən 20 il yaşayıb, həmin müddət də hazırki vaxtdan 20 il geriyə hesablamaqla nəzərə alına bilər. O vaxt ilkin iddiaçının atası icazə verib ki, qardaşı həmin evdə yaşasın. Mənzil İstismar Sahəsinin qarşı tərəfin evdə daimi yaşaması ilə bağlı verdiyi sənədləri təqdim edənlər məhkəmədə şahid qismində gəlib danışdılar. Bəlli oldu ki, verdikləri ifadələrlə, sənədlər arasında eləcə də onların təqdim etdikləri sənədlər arasında ziddiyyətlər var. Belə olan halda da həmin verilmiş arayış artıq öz əhəmiyyətini itirir. İlkin iddia üzrə iddiaçı və ailəsi Əcəmidəki ev olduğu halda o evdə ona görə yaşayırdılar ki, onlara Əcəmidəki evdə yaşamağa imkan verilmirdi. Mahirə evə köçməyib, sadəcə orada yaşayıb. İstifadə hüququ ilə bağlı məsələ qanunla tənzimlənir. İstifadə hüququnun yaranması üçün əsas olmalıdır, “kimsə mənim evimə belə deyək də mərhəmətim ilə kimisə gətirirəm evimdə yaşamasına icazə verirəmsə, bu 1 il, 2 il hər hansı müddətə mənim evimdə yaşayırsa, mən icazə vermişəm ki, gəl mənim evimdə məyyən müddətə qal. Yaşayış yeri yoxdur ona görəmi, qardaşımdır ona görəmi, hər hansı bir səbəbdən qalıb. Bu o deməkdir ki, bu istifadə hüququ əldə edir?” Etmir. İstifadə hüququ əldə etməsi üçün hüquqi əsaslar lazımdır. Bu ya evdə qeydiyyatda olmalıdır, ya bu evə gəlin köçməlidir, ya bu evdən hər hansı formada istifadə üçün zəruri olan hallar olmalıdır. O hallar heç biri yoxdur. “Bu nə vərəsə deyil. Nə bir şey deyil, heç kim deyil. Subyektiv hüququ olmayan bir şəxsdir. Nə istifadə ilə bağlı hüququ olacaq? Yoxdur. Əgər varsa bugünki gündə desinlər ki, bəli filan əsaslarla bizim burada istifadə hüququmuz var. Sadəcə orada hal-hazırda yaşamaları istifadə hüququ əldə etmək üçün əsas deyil. Bununla bağlı birinci instansiya çox gözəl izah verib.” Mənzil Məcəlləsinin müddəaları hazirki iddiaya aidiyyəti yoxdur. O halda aid olardı ki, Həmid müəllimin atasına qarşı iddia qaldırılardı. İşin mübahisəsiz halı çıxarışdır. Hansı ki, bu gün həmin çıxarış qüvvədədir və ləğv olunmayıb. Çıxarışa istinad etmək əvəzinə 1986-cı il tarixli qərar müzakirə olunur. Bura inzibati məhkəmə deyil. Qüvvədə olan inzibati aktı burada mübahisələndirilə bilməz. İlk növbədə ilkin iddia üzrə iddiaçının atasının adına olan çıxarışa baxılmamalıdır. Hansı ki, həmin çıxarış ləğv olunmayıb, bağışlama olub, sonra ilkin iddia üzrə iddiaçının adına çıxarış verilib. Qarşı tərəf sağol desin ki, bu günə qədər evdə yaşamasına icazə verilib. Onlar kirayə haqqı ilə bağlı da məhkəməyə müraciət edərək evin ilkin iddia üzrə iddiaçının adına keçdiyi vaxtdan pulun tutulmasını tələb etmişlər. Məhkəməyə təqdim olunan abonent saldosu cavabdehin mübahisəli evdə onlar iddia verənə kimi hardasa iki il yarım müddət ərzində yaşamamasını təsdiq edir. Mənzildə qaz, su, işıqdan istifadə edilməyib. Onlar iddia qaldırdıqdan sonra cavabdeh orda yaşamağa başlayıb. Faktiki olaraq ilkin iddia üzrə iddiaçı evin mülkiyyətçisidir və ailəlidir. O, bu barədə “my.gov.az” saytından götürülmüş ilkin iddia üzrə iddiaçının ailə tərkibi haqqında sənədi electron sistemə yerləşdirmişdir. İddiaçının ailə tərkibi 5 nəfərdir. Mənzil isə iki otaqdan ibarətdir. İddiaçının tələblərindən biri həmin mənzilə köçməkdir. İddiaçı bundan sonra mənzildə yaşamaq istəyir və öz ailəsi ilə köçüb orada yaşayacaqdır. Necə olur ki, iki otaqdan ibarət mənzilin otağından birində 5 nəfər və digər otağında 1 nəfər yaşasın. Cavabdehin qarşılıqlı iddia üçün subyektiv hüququ yoxdur. Burada faktiki olaraq ilkin iddia üzrə iddiaçının mülkiyyətində olan evlə bağlı hüquqları bir kənarda qalıb, qarşılıqlı iddia üzrə iddiaçının tələbi aydınlaşdırılır. Xəstəliyə görə onlara yaşamalarına icazə verilib. 2019-cu ildə ev sökülüb cavabdeh tərəf kompensasiyasını aldıqdan sonra mübahisəli evə köçüb. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ.Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Maddə 33. Mənzil toxunulmazlığı hüququ İ. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71.İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ İ.Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə 109. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar mənzil-tikinti kooperativinə daxil olmaq və orada mənzil almaq ixtiyarına malikdirlər. Maddə 112. Mənzil-tikinti kooperativləri yerli xalq deputatları Soveti icraiyyə komitəsinin müvafiq idarəsi və ya şöbəsi yanında yaxud müəssisə, idarə, təşkilat yanında təşkil edilir. Mənzil-tikinti kooperativlərinin təşkili və fəaliyyəti qaydası SSR İttifaqı qanunvericiliyi, mənzil-tikinti kooperativinin Nümunəvi nizamnaməsi və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Mənzil-tikinti kooperativinin Nümunəvi nizamnaməsini Azərbaycan SSR Nazirlər Soveti təsdiq edir. Mənzil-tikinti kooperativi ona daxil olan şəxslərin ümumi yığıncağında mənzil-tikikti kooperativinin Nümunəvi nizamnaməsinə uyğun olaraq qəbul edilmiş Nizamnamə əsasında fəaliyyət göstərir. Mənzil-tikinti kooperativinin nizamnaməsi kooperativin təşkil olunduğu yerdə yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır. Təşkil edilən mənzil-tikinti kooperativinə daxil olan şəxslərin xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq olunmuş siyahısına daxil edilmiş vətəndaşlar nizamnamənin qeydə alındığı vaxtdan həmin kooperativin üzvü sayılırlar. Mövcud mənzil-tikinti kooperativinə qəbul olunmuş vətəndaşlar ümumi yığıncağın qərarını müvafiq xalq deputatları Soveti icraiyyə komitəsinin təsdiq etdiyi vaxtdan onun üzvü sayılırlar. Mənzil-tikinti kooperativləri özlərinə məxsus yaşayış evlərini kooperativ mülkiyyəti hüquqları əsasında istismar edirlər. Maddə 115. Mənzil-tikinti kooperativi üzvlüyünə qəbul edilmiş şəxsə kooperativ üzvlərinin ümumi yığıncağının rayon, şəhər, şəhərdə rayon xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq olunan qərarı əsasında ailə üzvlərinin sayına, onun verdiyi pay haqqının məbləğinə və mənzil-tikinti kooperativinin Nümunəvi nizamnaməsində nəzərdə tutulmuş ən yüksək mənzil sahəsi həddinə uyğun olaraq bir və ya bir neçə otaqdan ibarət ayrıca mənzil verilir. Mənzil-tikinti kooperativi evində mənzillərə köçmək üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Sovetinin icraiyyə komitəsi order verir. Order verməkdən imtina edildikdə məhkəməyə şikayət edilə bilər. Maddə 118. Xüsusi mülkiyyətində yaşayış evi (evin bir hissəsi) olan vətəndaşlar ondan şəxsən yaşamaq üçün və ailə üzvlərinin yaşaması üçün istifadə edirlər. Onlar həmin evə (evin bir hissəsinə), başqa vətəndaşları köçürmək, habelə onu icarəyə vermək hüququna malikdirlər. Vətəndaşa xüsusi mülkiyyət hüququ ilə məxsus olan yaşayış evinin (evin bir hissəsinin) sahəsi, otaqlarının və mərtəbələrinin sayı, habelə yardımçı xidmət binalarının (zirzəmi, anbar, hamam, mətbəx və s.) sahəsi məhdudlaşdırıla bilməz. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı № 25657/94, §282). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli Qərarı 1.2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə ilkin iddia tələbi qismən təmin edildiyindən, qarşılıqlı iddia tələbi rədd edildiyindən, apellyasiya şikayətində qətnamə iş üzrə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Əliəşrəf qızı tərəfindən ilkin iddianın təmin edilən hissəsində və təmin edilməyən qarşılıqlı iddia tələbləri hissəsində mübahisələndirdiyindən qətnamənin əsaslığı mübahisələndirilən hissələrdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi 20 fevral 2024-cü il tarixli 2(006)-340/2024 saylı qətnaməsi ilə ilk iddia üzrə İddiaçı “Cavabdeh Əliəşrəf qızının Bakı şəhəri Nəsimi rayonu Əlisgəndər İsgəndərov küçəsi 3/1 saylı evin 33 saylı mənzilindən məcburi çıxarılması”na dair tələbini təmin, qarşılıqlı iddia üzrə Cavabdeh Əliəşrəf qızının qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması və evdən istifadəyə maneələrin aradan qaldırılması» tələbinə dair qarşılıqlı iddiasını rədd edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, özünün müəyyən etdiyi iş üçün əhəmiyyəti olan hallara düzgün hüquqi qiymət verməmiş, nəticədə bu tələblər üzrə işin hallarına uyğun olmayan qərar qəbul etmişdir. Məhkəmə kollegiyası bu qənaətini aşağıda qeyd olunanlarla əsaslandırır. İlkin iddia üzrə İddiaçı ilik iddia üzrə Cavabdeh Əliəşrəf qızının Bakı şəhəri Nəsimi rayonu Əlisgəndər İsgəndərov küçəsi 3/1 saylı evin 33 saylı mənzilinə köçürülmədiyini, sonuncunun 1989-cu ildə onun əmisi ilə nikaha daxil olduqdan sonra ünvan 15 ünvanda yaşamasını, həmin evə istifadə hüququna görə ev sökülərkən ona kompensasiya verilməsini, 2005-ci ildə Bakı şəhəri Nəsimi rayonu Əlisgəndər İsgəndərov küçəsi 3/1 saylı evin 33 saylı mənzilinə qonaq gəlməsini, 2011-2012-ci ildən sonra ona bu ünvanda ərinin xəstəliyinə görə yaşamağa icazə verilməsini bildirməklə mülkiyyətində olan mənzildə Cavabdeh istifadə hüququ olmadığından onun mənzildən çıxarılmasını tələb etsə də, iddia tələbində istinad etdiyi Cavabdeh Bakı şəhəri Nəsimi rayonu Əlisgəndər İsgəndərov küçəsi 3/1 saylı evin 33 saylı mənzilinə istifadə hüququnun yaranmamasına dair halları sübuta yetirə bilməmişdir. Əksinə mülki iş üzrə tədqiq olunan tərəflərin izahatları və aşağıda sadalanan digər sübutlarla müəyyən olunmuşdur ki, Nəsimi rayon XDS İK-nın 17 yanvar 1986-cı il tarixli 43/5 saylı qərarına əsasən, X9 anası X24 ilə birlikdə ayrılmış, TİB-81 MTK-ya məxsus, Bakı şəhəri Nəsimi rayonu Əlisgəndər İsgəndərov küçəsi 3/1 saylı evin 33 saylı mənzilinə dair xüsusi mülkiyyət hüququ ilə ilkin qeydiyyat xx.xx.2010-cu il tarixdə X4 adına aparılmış, xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən, X13 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Əlisgəndər İsgəndərov küçəsi 3/1 saylı evin 33 saylı mənzilini oğlu İddiaçı bağışlamış, mənzilə dair sonuncunun mülkiyyət hüququ DƏDR-də xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. 81 saylı MTK tərəfindən verilmiş 20 oktyabr 2023-cü il tarixli 32 saylı arayışla müəyyən edilmişdir ki, Cavabdeh Əliəşrəf qızı 1989-cu ildən hal-hazıradək ünvan 1 ünvanında yaşayır. O, bu ünvanda 2013-cü il tarixə qədər mərhum əri X17 ilə birlikdə yaşamış, hal-hazırda Cavabdeh Əliəşrəf qızı qeyd olunan ünvanda tək yaşayır. 81 saylı MTK tərəfindən verilmiş 24 oktyabr 2023-cü il tarixli 35 saylı arayışla müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi rayonu Əlisgəndər İsgəndərov küçəsi 3/1 saylı evin 33 saylı mənzili üzrə illik təsərrüfat xərcləri 1989-2013-cü illər ərzində həmin ünvanda yaşamış mərhum X17 tərəfindən, onun ölümündən sonra isə 2014-cü ildən başlayaraq arvadı Cavabdeh Əliəşrəf qızı tərəfindən ödənilmiş, hal-hazırda da onun tərəfindən ödənilir. Mülki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilən X19 ifadəsindən müəyyən olunur ki, o, 2016-cı ildən MTK-ın sədri vəzifəsində işləyir, mənzilin Əbdül Xəlilovun adına rəsmişləşdirilməsində şəxsən iştirak etmişdir, çıxarışın verilməsi üçün zəruri olan sənədləri hazırlamışdır. Əbüdülün qardaşı Xəlilov Tahirlə söhbət olmuşdur ki, onun razılığı olduqdan sonra mənzil Əbdülün adına rəsmiləşdiriləcəkdir. Tahir Xəlilov mənzilin qardaşı Əbdülün adına keçirilməsinə etiraz etməmişdir. Əbdül orda söz vermişdir ki, heç kəsin mənzil maraqlarına toxunulmayacaqdır. Tahir vəfat edəndən sonra Mahirə mənzildən çıxrılması barədə şikayət etmişdir. Mahirəyə təzyiqlər olanda onları çağırıb yığıncaq keçirərək qərar qəbul etmişlər ki, Mahirə mənzildə yaşamalıdır. Cavabdeh Əliəşrəf qızı həmin ünvana 1989-1990-cı ildən gəlmiş və orada yaşayır. O, işlədiyi müddətdə kommunal ödənişləri Tahir, daha sonra Mahirə ödəmişdir. Mülki işdə olan Cavabdeh Əliəşrəf qızı tərəfindən təqdim olunan kommunal xidmətlərin ödənilməsinə dair qəbzlərdən müəyyən olunur ki, Bakı şəhəri Nəsimi rayonu Əlisgəndər İsgəndərov küçəsi 3/1 saylı evin 33 saylı mənzili üzrə istifadə olunan kommunal xidmətlərin dəyəri uzun illər ərzində Cavabdeh Əliəşrəf qızı və onun mərhum əri X17 tərəfindən ödənilmişdir. Mülki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilən Şahid1 ifadəsi ilə müəyyən edilmişdir ki, o, ünvan 11 ünvanda qeydiyyatda olmaqla yaşayır. Cavabdeh Əliəşrəf qızının qonşusu olduğundan sonuncunun 1989-cu ildən həmin evə gəlin gələrək daimi olaraq yaşamasını bilir. Mülki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilən Şahid2 ifadəsindən müəyyən olunur ki, o, ünvan 12 ünvanda qeydiyyatda olmaqla yaşayır. Cavabdeh Əliəşrəf qızının qonşu olduğundan sonuncunun 1989-cu ildə həmin evə gəlin gəlməsini, daimi olaraq bu ünvanda yaşamasını bilir. Birinci instansiya məhkəməsi də ilkin iddianı Cavabdeh mənzildən çıxarılmasına dair hissədə təmin edərkən gəldiyi nəticəni əsaslandırarkən yuxarıda sadalanan sübutları nəzərə alaraq qeyd etmişdir ki: «İşin faktiki araşdırılmış hallarından görünür ki, cavabdeh həmin mənzilə əvvəlki mülkiyyətçinin razılığı ilə köçmüş və yaşamış, hətta mülkiyyətçinin vəfatından sonra kommunal ödənişləri də həyata keçirmişlər. Cavabdeh ərinin vəfatından sonra da həmin mənzildə yaşamaqda davam etmişdir.» Tədqiq olunan sübutlar kollegiyaya Cavabdeh Əliəşrəf qızının, izahatında qeyd etdiyi kimi, Bakı şəhəri Nəsimi rayonu Əlisgəndər İsgəndərov küçəsi 3/1 saylı evin 33 saylı mənzilinə nikaha daxil olduqdan sonra, yəni 1989-cu ildə köçürülməsi və daimi olaraq bu ünvanda yaşaması qənaətinə gəlməyə əsas verir. Kollegiya qeyd edir ki, MPM-in 217.2.-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Göründüyü kimi 1982-ci ildən xx.xx.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Tədqiq olunan sübutlardan aydın müəyyən olunur ki, Cavabdeh TİB-81 MTK-ya məxsus binada yerləşən X8 anası ilə birlikdə ayrılan Bakı şəhəri Nəsimi rayonu Əlisgəndər İsgəndərov küçəsi 3/1 saylı evin 33 saylı mənzilinə 1989-cu ildə mülkiyyətçinin digər ailə üzvü qismində, hər hansı bir qeyd-şərt gösərilmədən köçürülmüş, X13 mülkiyyətində olan mənzili oğlu İddiaçı bağışlayanadək Cavabdeh bu mənzildə yaşamasına heç bir maneə, etiraz olmamış, mənzilin yeni mülkiyyətçisi olan İddiaçı isə əslində Bakı şəhəri Nəsimi rayonu Əlisgəndər İsgəndərov küçəsi 3/1 saylı evin 33 saylı mənzilini Cavabdeh əmlakdan istifadə hüququ ilə yüklü şəkildə qəbul etsə də, sonuncunun qanunla qorunmasına təminat verilən əmlak hüququna qanunsuz müdaxilə etməklə maneələr yaratmışdır. Kollegiya qeyd edir ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə hüququ müxtəlif hüquqi kateqoriyalardır. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarına təminat verilib. Həmçinin, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyət hüququnun ümumi müddəaları, sahiblik hüququ, mülkiyyət hüququnun əldə edilməsinə, həyata keçirilməsinə, məhdudlaşdırılmasına və itirilməsinə, habelə bu hüququn növlərinə dair müddəalar Mülki Məcəllə ilə tənzimlənir. Kollegiya həmçinin qeyd edir ki, mülki qanunvercilikdə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Göründüyü kimi, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Belə ki, mənzil hüququnu təsbit edən Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Kollegiya Cavabdeh 5.000 manat kompensasiya alması, müəyyən müddətdə mənzildə yaşamaması ilə bağlı ilkin iddiaçının izahatında göstərdiyi dəlillərə münasibət bildirib qeyd edir ki, bu dəlillər Cavabdeh mənzilə istifadə hüququnun olmaması qənaətinə gəlmək üçün əsas ola bilməz. Belə ki, tədqiq olunan sübutlaradan müəyyən olunur ki, Cavabdeh xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələblərinə əsasən məhz Bakı şəhəri Nəsimi rayonu Əlisgəndər İsgəndərov küçəsi 3/1 saylı evin 33 saylı mənzilinə istifadə hüququ yaranmışdır. İddiaçı isə Cavabdeh daimi yaşamaq niyyəti ilə başqa ünvana köçməsini, 5.000 manatın isə Cavabdeh istifadə hüququnun əvəzi olaraq verilməsini sübuta yetirə bilməmişdir. Cavabdeh isə bu dəlillərə qarşı 5.000 manatın ona ərinə çatası vəsait olaraq verilməsi, mübahisəli mənzildə müəyyən müddət ərzində yaşamasının səbəbini qardaşının xəstəliyi ilə bağlı olması ilə izah edərək, Bakı şəhəri Nəsimi rayonu Əlisgəndər İsgəndərov küçəsi 3/1 saylı evin 33 saylı mənzilində qaynanası vəfat etdikdən sonra əri ilə, sonuncu vəfat etdikdən sonra isə tək yaşamasını, mənzildə, yalnız ona məxsus əşyaların yerləşməsini, mənzildə müvəqqəti yaşamadığı müddətdə mənzilin açarının, yalnız onda olmasını, mənzilə nəzarət etməsini bildirmişdir. Kollegiya apellyasiya şikayətinin birinci istansiya məhkəməsinin qətnaməsinin ilkin iddiaçının mülkiyyətində olan mənzilə köçürülməsinə dair hissədə ləğvi ilə bağlı dəlilləri ilə üzrə qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarına dövlət tərəfindən təminat verildiyindən apellyasiya şikayətinin dəlilləri mülkiyyətçinin öz mənzilinə köçüb yaşamasını məhdudlaşdıra biləcək dəlillər ola bilməz. Kollegiya yuxarıda istinad olunan maddi və prosessual hüquq normalarının tələblərini rəhbər tutub, tədqiq olunmuş sübutları və sübutlar qiymətləndirən zaman məhkəmənin “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul etməli olunmasını nəzərə alıb, belə nəticəyə gəlir ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin 20 fevral 2024cü il tarixli 2(006)-340/2024 saylı qətnaməsi ilk iddia üzrə İddiaçı “Cavabdeh Əliəşrəf qızının Bakı şəhəri Nəsimi rayonu Əlisgəndər İsgəndərov küçəsi 3/1 saylı evin 33 saylı mənzilindən məcburi çıxarılması”na dair tələbinin təmin edilən hissəsində və qarşılıqlı iddia üzrə Cavabdeh Əliəşrəf qızının qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması və evdən istifadəyə maneələrin aradan qaldırılması» tələbinə dair qarşılıqlı iddiasının rədd edilən hissəsində ləğv edilməli, həmin hissələr üzrə iddia tələbləri ilə bağlı yeni qətnamə qəbul edilərək ilk iddia üzrə İddiaçı “Cavabdeh Əliəşrəf qızının Bakı şəhəri Nəsimi rayonu Əlisgəndər İsgəndərov küçəsi 3/1 saylı evin 33 saylı mənzilindən məcburi çıxarılması”na dair ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbləri isə tam həcmdə təmin edilməlidir. Kollegiya apellyasiya şikayətində qeyd olunan İddiaçı əməlində Azərbaycan Respublikası CM-nin 320-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin olubolmamasının araşdırlması üçün prokurora xəbər verilməsi barədə xüsusi qərardad qəbul edilməsi ilə bağlı vəsatətə münasibət bildirib qeyd edir ki, araşdırma zamanı tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərinin mövcud olması aşkar olunmadığından vəsatət təmin edilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Əliəşrəf qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 2(006)-340/2024 saylı qətnaməsi qismən, “ilkin iddianın İddiaçı “Cavabdeh Əliəşrəf qızının Bakı şəhəri Nəsimi rayonu Əlisgəndər İsgəndərov küçəsi 3/1 saylı evin 33 saylı mənzilindən məcburi çıxarılması”na dair tələbinin təmin edilən hissəsində və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Əliəşrəf qızının qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması və evdən istifadəyə maneələrin aradan qaldırılması» tələbinə dair qarşılıqlı iddiasının rədd edilən hissəsində ləğv edilərək həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh Əliəşrəf qızına qarşı “Cavabdeh Əliəşrəf qızının Bakı şəhəri Nəsimi rayonu Əlisgəndər İsgəndərov küçəsi 3/1 saylı evin 33 saylı mənzilindən məcburi çıxarılması”na dair ilkin iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh Əliəşrəf qızının Bakı şəhəri Nəsimi rayonu Əlisgəndər İsgəndərov küçəsi 3/1 saylı evin 33 saylı mənzilinə istifadə hüququ tanınsın. Cavabdeh Əliəşrəf qızının Bakı şəhəri Nəsimi rayonu Əlisgəndər İsgəndərov küçəsi 3/1 saylı evin 33 saylı mənzilindən istifadəsinə yaratdığı maneələrin aradan qaldırılması vəzifəsi İddiaçı həvalə edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat İddiaçı Cavabdeh Əliəşrəf qızının xeyrinə tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği Cavabdeh Əliəşrəf qızına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-227/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-227/2025
16.09.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver