Məhkəmə qərarları › İş №2(103)-2279/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2279/2024

23.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2279/2024 23.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1, İddiaçı2 Əli qızı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə QƏRARDADİ Açar sözlər: iş üzrə icraata xitam verilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X5 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı1 nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Əli qızının Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(008)-1073/2023 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 Əli qızının verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı1, İddiaçı2 Əli qızı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehi Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi, ev 15/74, 40 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi, ev 15/74, 40 saylı mənzil mərhum atası Məmmədov Rafiq Paşayeviç və 5 (beş) nəfər ailə üzvü İddiaçı2 Əliheydər qızı, İddiaçı1, X6, X7 və X4 adına 01 avqust 1986-cı il tarixli order verilmişdir. Atası Məmmədov Rafiq Paşayeviç 10 dekabr 1990-cı ildə vəfat etmişdir. Cavabdeh X7 ilə faktiki nikah münasibətlərində olmuşlar, rəsmi nikahları 10 dekabr 2011-ci il tarixdə qeydiyyata alınmışdır. X7 ilə cavabdeh arasında 2013-cü ilin noyabr ayında mübahisə olduğundan cavabdeh 28 yanvar 2008-ci il təvəllüdlü X2 götürərək evdən çıxıb getmişlər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsini 30 aprel 2014ci il tarixli qətnaməsi ilə X7 ilə cavabdeh arasında 10 dekabr 2011-ci il tarixdə qeydiyyata alınmış nikahları pozulmuşdur. Cavabdeh həmin vaxtdan bu günə kimi həmin ünvanda yaşamamışdır. Hal-hazırda onlarda olan məlumata əsasən cavabdeh Bakı şəhəri, Məştağa qəsəbəsində yaşayır. Onlara məxsus Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi, ev 15/74, 40 saylı mənzildə cavabdeh yaşamadığından və o onların ailə üzvü hesab edilmədiyindən mövcud iddia tələbi irəli sürülür. Aşağıdakı hüquq normalarına əsasən və iddia ərizəsinin B hissəsində göstərilən işin faktiki hallarına əsasən hesab edir ki, cavabdehin Bakı şəhəri Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi, ev 15/74, 40 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. Birincisi, cavabdeh mübahisəli mənzili 2013-cü ilin noyabr ayında könüllü tərk edib gedərək özünə başqa yaşayış yeri seçilmiş və həmin vaxtdan bu günə kimi həmin ünvanda yaşamır. X1 ilə cavabdeh arasında olan 10 dekabr 2011-ci il tarixdə qeydiyyata alınmış nikahları Bakı şəhəri Suraxanı Rayon Məhkəməsini xx.xx.2014-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Üçüncüsü, cavabdeh artıq ailə üzvü olmadığından, mübahisəli mənzildən 9 (doqquz) ilə yaxın müddətdir ki, çıxıb özünə başqa yaşayış yeri seçmişdir. Bununla da onun mübahisəli mənzilə ehtiyacı aradan qalxmışdır.

3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(008)- 1073/2023 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

Apellyasiya instansiyası məhkəməsində icraat

4. İddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 iyun 2023-cü il tarixli, 2(103)-3061/2023 nömrəli qətnaməsi ilə iddiaların rədd edilməsi qət edilmişdir.

Kassasiya instansiyası məhkəməsində icraat

6. İddiaçı1 kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 yanvar 2024cü il tarixli, 2(102)-48/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə; Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.5. Birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

9. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhafətnamədən görünür ki, İddiaçı2 Əli qızı 13 avqust 2023-cü il tarixdə ölmüşdür.

10. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı2 Əli qızı öldüyündən və tələb mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi ilə bağlı olduğuna görə barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən qətnamə qismən ləğv edilərək hazırkı iş üzrə icraata İddiaçı2 Əli qızına münasibətdə xitam verilməlidir.

11. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(008)- 1073/2023 nömrəli qətnaməsi qismən ləğv edilərək İddiaçı1, İddiaçı2 Əli qızının Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iş üzrə icraata İddiaçı2 Əli qızına münasibətdə xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov Fuad Abdıyev Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar