Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-229/2024 22.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər : ( “zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq ilkin vəziyyətinə qaytarılması və təhvil verilməsi”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi,İddiaçı nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq ilkin vəziyyətə qaytarılması və təhvil verilməsi tələbinə dair Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-437/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı Cavabdeh qarşı (iddia tələbin dəqiqləşdirilməsi barədə) ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 18 iyun 2008-ci il tarixli 705 saylı sərəncamı ilə tikinti və sahibkarlıq məqsədi ilə istifadəsinə ayrılmış 2 hektar torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 700 kv.m torpaq sahəsinin boşaldılması, ilkin vəziyyətə qaytarılması və torpaq sahəsinin təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-437/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 705 nömrəli Sərəncamı və xx.xx.2008-ci il tarixli 705 nömrəli icarə müqaviləsi ilə İddiaçı ayrılmış Abşeron rayonu, Hövsan Südçülük KTMİ müəssisəsinin ərazisində (hazırda Suraxanı rayonu Hövsan qəsəbəsində) yerləşən 20000.76 m2 torpaq sahəsinin (əsas döngə nöqtələrinin koordinatları 423113.84, 423150.23, 423017.49, 422976.72 (X koordinatları) və 4473973.87, 4473834.50, 4473798.96, 4473936.78 (Y koordinatları)) Cavabdeh tərəfindən zəbt edilmiş 700 m2 hissəsinin boşaldılması, torpaq sahəsinin cavabdehin vəsaiti hesabına ilkin vəziyyətə qaytarılması və İddiaçı təhvil verilməsi, Cavabdeh 100 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157, 180.1, 180.2, 180.3, 180.4, 706.1, 706.2; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9, 12, 14, 84, 111; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 88, 217, 218-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Abşeron rayon İHB-nın xx.xx.2008-ci il tarixli 705 nömrəli Sərəncamı və xx.xx.2008-ci il tarixli 705 nömrəli icarə müqaviləsi ilə İddiaçı ayrılmış Abşeron rayonu, Hövsan Südçülük K T M İ müəssisəsinin ərazisində (hazırda Suraxanı rayonu Hövsan qəsəbəsində) yerləşən 20000.76 kv.m torpaq sahəsi (əsas döngə nöqtələrinin koordinatları 423113.84, 423150.23, 423017.49, 422976.72 (X koordinatları) və 4473973.87, 4473834.50, 4473798.96, 4473936.78 (Y koordinatları)) Abşeron rayon İcra Hakimiyyətinin istifadəsində olmaqla Abşeron rayonunun X6 aid olmuşdur. Həmin torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlıdır. Həmin torpaq sahəsi Hövsan Südçülük K T M İ müəssisəsinin ərazisində yerləşir. Suraxanı rayonu, Südçülük ərazisində (Hövsan qəsəbəsi) yerləşən torpaq sahəsi Abşeron rayon İHB-nın xx.xx.2008-ci il tarixli 705 nömrəli sərəncamına əsasən müvafiq tarixə qədər istifadəsiz olan Suraxanı rayonu, Südçülük ərazisində (Hövsan qəsəbəsi) yerləşən 2 hektar torpaq sahəsi 99 il müddətinə iddiaçıya icarəyə verilmişdir. Lakin cavabdeh qanunsuz olaraq həmin torpaq sahəsininin 700 kv.m-ni zəbt edərək orada qanunsuz tikinti işləri aparmışdır. Cavabdehin zəbt etdiyi mübahisəli torpaq sahəsi dövlətin müstəsna mülkiyyətinə aid olan torpaq sahəsidir. Cavabdehin həmin torpaq sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənədləri mövcud deyildir. İş üzrə araşdırma zamanı mübahisəli torpaq sahəsində lazımı layihə-smeta sənədləri tərtib edilmədən qanunsuz tikililər inşa edildiyi müəyyən edilmişdir. Abşeron rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya 99 il müddətinə icarəyə verilmiş Abşeron rayonu, Hövsan Südçülük K T M İ müəssisəsinin ərazisində (hazırda Suraxanı rayonu Hövsan qəsəbəsində) qanunsuz özbaşına tikinti işlərinin aparılması faktı tərəflərin izahatları ilə müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında cavabdeh tərəf qeyd olunan faktı inkar etməmiş və yalnız iddiaçının sənədlərinin əsassız olduğunu, subyektiv hüququnun olmadığını bildirmişdir. Halbuki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Abşeron rayon İHB-nın xx.xx.2008-ci il tarixli 705 nömrəli Sərəncamı və xx.xx.2008-ci il tarixli 705 nömrəli icarə müqaviləsi cavabdeh tərəfindən mübahisələndirilməmiş və qüvvədədir. Cavabdeh tərəfindən həmin özbaşına tikinti işlərinin aparılması iddiaçının birbaşa maraqlarına toxunur və bu səbəbdən iddia əsaslıdır. Cavabdehin iddiaçının hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malik olmaması ilə bağlı arqumentinə münasibətdə isə bu dəlil əsassızdır. Belə ki, iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olmasa da belə, qanuni əsasla ona sahiblik və istifadə hüquqları əldə etmişdir. Əmlakdan qanuni əsasla istifadə onun faydalı xassələrindən yararlanmaqla yanaşı, ondan istifadəyə üçüncü şəxslərin yaratdığı maneələrdən qorunmaqla bağlı subyektiv hüquq da verir. Odur ki, hazırkı iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə xərclərinə münasibətdə isə iddia tələbi təmin edildiyi üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 3.Birinci instansiya icraatı zamanı müəyyən edilmişdir ki: - Abşeron Rayon İcra Hakimyyəti Başçısının xx.xx.2008-ci il tarixli Sərəncamına əsasən, İddiaçı Hövsan Südçülük K T M İ müəssisəsi ərazisində X7 saxlanılmiş torpaqdan 2,0 hektar sahibkarlıq tikinti məqsədilə torpaq sahəsi ayrılması üçün Abşeron rayon İcra Hakimiyyəti Başçısına ərizə ilə müraciət etmişdir. Komissiya vasitəsilə istənilən torpağa baxış keçirərkən müəyyən oldu ki, ayrılması nəzərdə tutulan torpaq sahəsi X9 aid olmaqla Hövsan Südçülük K T M İ müəssisəsinin ərazisində yerləşir, uqodiyasına görə əkin kimi uçota alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000ci il 15 mart tarixli 42 №-li qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları”na uyğun olaraq və yuxarıda göstərilən şərtləri nəzərə alaraq Abşeron rayonunun X10 Fondunda saxlanılmış torpaqlardan Hövsan Südçülük K T M İ müəssisəsi ərazisindən sahibkarlıq tikinti məqsədilə 2 hektar 99 il müddətinə icarə qaydasında İddiaçı torpaq sahəsi ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədlərinin təsdiq edilməsi qərara alınmış və fiziki şəxsə torpaq üzərində hüququn qeydə alınmasını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti vasitəsi ilə təmin etməsi tapşırılmışdır;- Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsünə əsasən, Abşeron rayon İHB-nın xx.xx.2008-ci il tarixli 705 nömrəli Sərəncamı və xx.xx.2008-ci il tarixli 705 nömrəli icarə müqaviləsi ilə İddiaçı Abşeron rayonu, Hövsan qəsəbəsində 20000.76 kv.m sahibkarlıq tikinti məqsədilə torpaq sahəsi ayrılmış və torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları 423113.84, 423150.23, 423017.49, 422976.72 (X koordinatları) və 4473973.87, 4473834.50, 4473798.96, 4473936.78 (Y koordinatları) X8 ktabında 02 sentyabr 2009-cu il tarixdə 13002 nömrə ilə uçota alınmışdır;- Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyətini Başçısının 1-ci müavini tərəfindən və Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktubuna əsasən, Abşeron RİH tərəfindən Abşeron rayonunun X10 Fondunda saxlanılmış torpaqlardan Hövsan Südçülük KTMİ müəssisəsi ərazisindən sahibkarlıq tikinti məqsədilə 99 il müddətinə icarə qaydasında İddiaçı ayrılmış 2 ha torpaq sahəsi Suraxanı rayonunun inzibati ərazi vahidinə aid olduğu məlum olmuşdur. (iş səh 7, 11, 65, 66) Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 4.Cavabdeh apellyasiya şikayəti vermiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 437/2023 saylı, xx.xx.2023-cü i ltariхli qətnaməsinin tam ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50.3, 66, 67,68; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 217, 218,220-ci maddələrinə istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qərarını əsassız hesab edir. Belə ki, mübahisəli məsələni araşdırarkən işə birtərəfli baxmış, cavabdeh tərəfindən təqdim olunmuş sübutları, vəsatətləri nəzərə almamışdır. Həm Abşeron rayon İcra Hakimiyyəti Başçısının Sərəncamında, həm də digər sənədlərdə torpaq sahəsi üzərində hüquqların qeydə alınmasının müvafiq Reyestr Xidmətində təmin edilməsi vacib şərt kimi qeyd edilmişdir. İddiaçı 705 saylı icarə müqaviləsini məhkəməyə təqdim etsə də, icarə müqaviləsi əsasında icra hakimiyyətinə hər hansı bir ödənişi təsdiq edən sənədi məhkəməyə təqdim edə bilməmişdir. Daşınmaz əmlakla bağlı bütün hüquqlar qeydiyyata alınmalıdır, bu tələb qanundan irəli gəlir. İddiaçı bu hüququnu qeydiyyata aldırmamış və həmin əmlak üzərində hüquqları da (icarə, istifadə) yaranmamışdır. Hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn 2-ci və 3-cü elementləri 1-ci elementin mövcudluğu ilə bağlıdır. 1-ci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Abşeron rayon İHB-nın xx.xx.2008-ci iltarixli 705 nömrəli Sərəncamı və xx.xx.2008-ci il tarixli 705 nömrəli icarə müqaviləsi ilə İddiaçı Abşeron rayonu, Hövsan Südçülük K T M İ müəssisəsinin ərazisində (hazırda Suraxanı rayonu Hövsan qəsəbəsində) yerləşən 20000.76 kv.m torpaq sahəsi (əsas döngə nöqtələrinin koordinatları 423113.84, 423150.23, 423017.49, 422976.72 (X koordinatları) və 4473973.87, 4473834.50, 4473798.96, 4473936.78 (Ykoordinatları)) ayrılması, mübahisəli tikilinin həmin sahədə yerləşməsi və sahənin 700 kv.m hissəsinin hazırda cavabdehin faktiki istifadəsində olması işin mübahisəsiz hallarıdır. İşə sədrlik edən qərarda mövqeyini bu cür əsaslandırır. Məhkəmə təcrübəsində bu kimi məhkəmə işlərində mübahisələndirilən torpaq sahələrinin üst-üstə düşmə vəziyyətini müəyyən etmək üçün ekspertin rəyinə ehtiyac olur. Lakin nədənsə işə sədrlik edən hakim ekspert səlahiyyətlərini öz üzərinə götürərək mübahisələndirilən torpaq sahələrini görmədən belə bir qərar qəbul etmişdir. Cavabdeh faktiki olaraq torpaq sahəsində artıq 10 ildir ki (700 kv.m-lik) ailəsi birgə yaşayır. Cavabdeh başqa 100-lərlə həyət evləri həmin ərazidə tikilmişdir və insanlar tərəfindən 10 ildir ki, istifadə olunur. Birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandırmaq üçün özünə sərf edən maddi hüquq normalarına istinad etmiş, Torpaq və Mülki Məcəllənin müvafiq normalarına istinad etməmişdir. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. İddiaçının təqdim etdiyi sərəncamda hüquqların qeydiyyata alınması əsas şərt kimi göstərilmişdir. İddiaçının hüquqları qeydiyyata alınmamışdır. Həmçinin qeyd edirik ki, iddiaçı ilə Abşeron İcra Hakimiyyəti arasında bağlanmış icarə müqaviləsinin şərtləri yerinə yetirilməmiş və 15 il ərzində “icarədar” bir dəfə də olsun icarə haqqını ödəməmişdir. İddiaçı torpaqların istifadəsini tənzimləyən xüsusi qanun olan Torpaq Məcəlləsinin normalarını kobud şəkildə pozmuşdur. sədrlik edən hakim cavabdeh tərəfindən təqdim olunan sübutları qeyri mötəbər, lakin iddiaçı tərəfindən təqdim olunan sübutları əsaslı hesab etmişdir. 1-ci instansiya məhkəməsi tərəfindən iş üzrə sübutlar düzgün qiymətləndirilməmiş, iş üzrə onun tərəfindən məhkəməyə təqdim olunmuş sübutlar ümumiyyətlə, nəzərə alınmamışdır. Müddətin keçməsi ilə bağlı təqdim etdiyi ərizəni müqavilənin etibarlılığına şübhə ilə yanaşdığı məqsədilə verdiyi güman edilmişdir. Hakimin bu işdə qərəzli olmasına əsas verən hallardan biri də iddiaçı tərəfindən müvəqqəti təminat tədbiri olaraq verdiyi ərizənin işə sədrlik edən hakim tərəfindən təmin edilməsi olmuşdur. Həmin qərardaddan verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya məhkəməsi tərəfindən təmin edilmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 5.Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3599/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən mütəxəssis cəlb edilməklə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 16 fevral 2024-cü il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, faktiki olaraq iş üzrə cavabdehin istifadəsində olan, mübahisə predmetinə təşkil edən tikililərin Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 705 nömrəli sərəncamı və xx.xx.2008-ci il tarixli 705 nömrəli icarə müqaviləsi ilə iş üzrə İddiaçı ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat müəyyən edilmişdir. 6.Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli iclasında iştirak edən Cavabdeh nümayəndəsi vəkil X5 hüquqlarını təmsil etdiyi şəxslə yeni müqavilə bağladığını, bu səbəbdən ekspert rəyi ilə və iş materialları ilə tanış ola bilmədiyini qeyd etmiş və məhkəmə iclasının növbəti tarixə təxirə salınmasını məhkəmə kollegiyasından xahiş etmiş, həmçinin cavabdehin uzun müddətdir ki, orada yaşadığını və iddiaçının da bunu ilk gündən bildiyini, bu illər ərzində hər hansı narazıçılığının olmadığını bildirmişdir. 7.Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli iclasında iştirak edən Cavabdeh ekspert rəyi ilə tanış olmadığını, lakin ekspert tədqiqat obyektinə baxış keçirən zaman onun da iştirakının təmin olunduğunu, iddiaçının qardaşının onun orda yaşayış sahəsinin olmasına baxmayaraq, qeyriyaşayış kimi ekspert tərəfində rəy verilməsini istədiyini vurğulamış, həmçinin iddiaçının ondan 20000 manat pul istədiyini və bunun da qarşılığında ona etibarnamə verəcəyini bildirdiyini, həmin ərazidə bir neçə şəxsə də bu şəkildə etibarnamə verib, sonradan ləğv etdirdiyini bildirmiş, artıq 10 ildən çoxdur ki, ailəsi ilə birgə həmin torpaq sahəsində şəraiti zəif də olsa ev tikib müəyyən razılıq əsasında yaşadığını qeyd etmişdir. Həmin torpaq sahəsinə aid əlində iddiaçı tərəfindən ona verilmiş X2 verdiyi cizgi olduğunu bildirmişdir. 8.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 ekspert rəyi ilə razı olduğunu, mübahisəli torpaq sahəsi ilə bağlı tərəflər arasında hər hansı sövdələşmə olmadığını,həmçinin həmin torpaq sahəsində balaca bir tikili olduğunu, onun da təsərrüfat məqsədi ilə iddiaçının özü tərəfindən uzun müddət öncə inşa edildiyini qeyd etmiş, həmçinin cavabdehin qanunsuz olaraq həmin torpaq sahəsini zəbt etdiyini , hətta bununla bağlı Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təhqiqat orqanı tərəfindən cinayət işinin başlanılması haqqında qərar qəbul edildiyini qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya baxışının hədləri: 9.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi: 10.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdə keçirilməlidir: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81.Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 11.Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 12.Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 139- 1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 139- 1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 139- 1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 139-1.1.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 162.Əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir. 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.241.1. Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər.241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. 242.2. İstifadəsinə torpaq sahəsi verilmiş şəxs bu sahəni yalnız onun mülkiyyətçisinin razılığı ilə icarəyə və ya əvəzsiz istifadəyə verə bilər. 13.Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə əsasən: 4 8 . 5.-ci maddəsinə əsasən Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar. 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 111. 1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. 14.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə araşdıran məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəllənin 139 -168, 178,179, 560; Mülki Prosessual Məcəllənin 76, 77, 80-82, 106.2, 217.4, 385-390-cı maddələrinə istinadən hesab edir ki, müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətləri (cavabdehliyi) üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti rədd edilməlidir. Diqqətə çatdırılmalıdır ki, cavabdeh tərəfindən torpağa və ya tikiliyə dair hüquq-müəyyənedici sənəd əldə etmədən və heç bir hüququ müəyyən edilmədən, apellyasiya şikayətində digər tərəfin subyektiv hüququna istinad etməsi əsassızdır. Belə ki, bu dəlili irəli sürmək torpağın mülkiyyətçisinə və ya digər hüquq sahibinə mənsubdur, və torpağın mülkiyyətçisi ilə istifadəçi arasında olan münasibətlərdən irəli gələn mübahisələrə aiddir. Bundan əlavə, cavabdehin həmin torpaq sahəsində məskunlaşması illər öncə müəyyən razılıq əsasında baş tutması sübuta yetirilmir. Belə ki, belə razılığın qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməli, habelə bu razılığın qanunla müəyyən edilmiş qaydada həyata keçirilməsi üçün ilk növbədə mülkiyyətçinin icarəyə verənə münasibətdə razılığı olmalıdır. Qeyd edilən və digər dəlillərin hüquqi və faktiki əsası olmadığından, habelə təyin edilmiş ekspertiza da iddia tələbi üzrə dəlilləri təsdiq etdiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehə izah edilməlidir ki, əmlak və sair hüquqlarının müdafiəsi üçün fərqli (sübutedici) əsaslarla müvafiq tələblər ilə məhkəmə müdafiə hüququndan yararlana bilər. 15.Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, apellyasiya üzrə ödənilmiş dövlət rüsumu və ekspertiza xərci üçün məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir.
16. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-473/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş 16 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/8745 №li ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə (hesabına) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.