Məhkəmə qərarları › İş №2(103)-2295/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2295/2024

01.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2295/2024 01.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mülki iş üzrə (Açar sözlər: "kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1869/2023 saylı, 20 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Cavabdeh1 08.07.97-ci il tarixli ərizəsindən görünür ki, o, yaşadığı Fabrik küçəsi, 48 nömrəli evin qardaşı İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmişdir.

2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev (Fabrik) küçəsində istifadədə olan 0.03323 ha torpaq sahəsində yerləşən 48 nömrəli, 1 mərtəbəli binada 57.9 kv.m ümumi, 25 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı - nömrəli mənzil (reyestr nömrəsi: **********38- 05101-093001) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 283 nömrəli reyestr kitabının 27100 nömrəli vərəqində xx.xx.2007-ci il tarixdə (qeydiyyat nömrəsi: 1********) qeydiyyata alınmışdır.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(008)-4781/2017 nömrəli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən evdən iddiaçı Cavabdeh1 Abud oğlunun və onun ailə üzvlərinin istifadəsi ilə əlaqədar cavabdeh İddiaçı tərəfindən yaradılan maneələrin aradan qaldırılması və həmin mənzildən iddiaçının və onun ailə üzvlərinin maneəsiz istifadəsi ilə bağlı hər hansı hərəkətlərin edilməsinin cavabdeh İddiaçı qadağan edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, İddiaçı cavabdehlər Cavabdeh1 Abud oğluna və Cavabdeh2 qarşı ünvan 1 ünvanında yerləşən evdən cavabdeh İddiaçı 10000 manat kompensasiya verilməklə, Cavabdeh2 kompensasiya verilmədən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması barədə qarşılıqlı iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsi qət edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-10905/2017 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 fevral 2018-ci il tarixli 756 nömrəli ekspert rəyindən müəyyən edilir ki, ekspertizaya təqdim olunmuş, mülki işin 81-ci vərəqəsində olan 8 iyul 1997-ci il Cavabdeh1 Abud oğlunun adından olan razılıq ərizəsində “İmza:” yazısı önündə imza Cavabdeh1 Abud oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-494/2018 saylı, 05 mart 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsində yerləşən 48 saylı evin İddiaçı adına özəlləşdirilməsinə dair iddiaçı Cavabdeh1 adından verilmiş xx.xx.1997-ci il tarixli ərizənin etibarsız hesab olunması, həmin evə dair İddiaçı adına verilmiş çıxarışın ləğv edilməsi qət edilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-7682/2018 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(102)- 7394/2018 nömrəli qərardadı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək mübahisə inzibati məhkəməyə aid olduğu üçün iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-128/2020 nömrəli 18 mart 2020-ci il tarixli qərarı ilə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin üçüncü şəxs İddiaçı adına özəlləşdirilməsi ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və bununla əlaqədar aparılmış xx.xx.2007-ci il tarixli, ********* saylı qeydiyyatın ləğv edilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması, həmin qeydiyyat əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (seriya MH № 0051695) etibarsız hesab edilməsi qərara alınmışdır.

10. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(103)-1277/2020 nömrəli qərardadı ilə 3-cü şəxs İddiaçı apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın mümkün sayılmaması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(102)-2077/2020 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

11. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ş.Abdullayev (Fabrik) küçəsi, 48 saylı mənzilin yerləşdiyi ünvan pilot layihə kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 nömrəli Qərarına aid olmadığından Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən hər hansı bir Sərəncam verilməmişdir. Tələb olunan məlumatların əldə edilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilməsi tövsiyə edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

12. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, yekun olaraq məhkəmədən ona məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən iddiaçı tərəfindən ümumilikdə 20000 (iyirmi min) manat kompensasiya ödənilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiada göstərilir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi Nəsimi RİH-nin 10 mart 1992-ci il tarixli 230/31 sərəncamına əsasən İddiaçı adına rəsmiləşdirilmiş, sonradan isə özəlləşdirilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 və Mülkiyyət hüquqları Qeydiyyatı idarəsi tərəfindən xx.xx.1997-ci il tarixli texniki pasport hazırlanmışdır. Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “özəlləşdirmə ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, dövlət qeydiyyatının və onun nəticələrinin ləğv edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 26 avqust 2020-ci il tarixli 2- 1(103)-1277/2020 nömrəli qərardadı və Ali Məhkəmənin 2-1(102)-2077/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarı ilə Cavabdeh1 iddiası təmin edilməmişdir. Göründüyü kimi, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir və məhkəmə qaydasında mübahisələndirilsə də, məhkəmə iddiaçının mülkiyyət hüququnu tanımışdır. Buna baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeyd olunan evin bir hissəsində yaşadığı üçün İddiaçı ev üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. Uzun müddətdir ki, cavabdeh və ailə üzvlərinə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində yaşamaq imkanı tanınsa da, artıq onların evdə yaşaması iddiaçı üçün çətinliklər yaradır. Belə ki, iddiaçı daşınmaz əmlaka dair hüquqlarını, Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilmiş mülkiyyət hüquqlarını tam qaydada həyata keçirməkdə çətinlik yaradır. Həmçinin, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində ailə üzvlərindən başqa şəxslər də yaşadığına görə iddiaçı mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcburdur. Cavabdehlər faktiki olaraq fərdi yaşayış evinin iddiaçının xüsusi mülkiyyətinə keçdiyi andan mənzildən istifadə etmək hüququnu itirmişlər. Odur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddiaçıya məxsus ünvan 4 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququnun məhrum edilməsi zəruridir.

14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1869/2023 saylı, 20 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Günay Abidova) iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun və ekspertiza tədqiqatı dəyərinin iddiaçıdan tutulması qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmə tərəfindən iş materiallarına, tərəflərin izahatlarına, işin faktiki hallarına və Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan münasibətlər barəsində mübahisəsiz hallar kimi müəyyən edilmiş faktlara əsasən müəyyən edildi ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi dövlət mənzil fonduna aid olmuş, xx.xx.1992-ci il tarixdə Nəsimi Rayon İcra Hakimiyyətinin sərəncamına əsasən, İddiaçı və Cavabdeh1 digər ailə üzvləri ilə birlikdə həmin evə qeydiyyata alınmış, 1997-ci ildə mübahisəli mənzil orada qeydiyyatda olan digər şəxslərin, o cümlədən Cavabdeh1 razılıq ərizəsi əsasında İddiaçı adına özəlləşdirilmişdir. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 2002-ci ildən, Cavabdeh4 isə 2004-cü ildən bəri mübahisəli evdə qeydiyyatdadır. xx.xx.2007-ci il tarixdə ******* qeydiyyat nömrəli çıxarış ilə ev İddiaçı adına qeydiyyata alınmışdır. Mübahisə predmeti olan evdən Cavabdeh1 Abud oğlunun və onun ailə üzvlərinin istifadəsi ilə əlaqədar İddiaçı tərəfindən yaradılan maneələrin aradan qaldırılması və həmin mənzildən Cavabdeh1 Abud oğlunun və onun ailə üzvlərinin maneəsiz istifadəsi ilə bağlı hər hansı hərəkətlərin edilməsinin İddiaçı qadağan edilməsinin təmin edilməsi; İddiaçı Cavabdeh1 Abud oğluna və Cavabdeh2 qarşı ünvan 1 ünvanında yerləşən evdən Cavabdeh1 10000 manat kompensasiya verilməklə, Cavabdeh2 isə kompensasiya verilmədən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması barədə qarşılıqlı iddia tələbinin isə əsassız olduğu üçün təmin edilməməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, qətnamələr qanuni qüvvəsini almışdır. Tərəflər arasında evlə bağlı olan digər işlər isə nəticə verməmiş, belə ki, “İddiaçı adına verilən ərizənin etibarsız hesab olunması və çıxarışın ləğv edilməsi” ilə bağlı mübahisə inzibati məhkəməyə aid olduğundan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmiş, inzibati qaydada qaldırılmış iş isə iddia müddətinin ötürülməsi səbəbindən Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən dəyişdirilmədən saxlanılmış, Bakı Apellyasiya Məhkəməsi xx.xx.2020-ci il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Hazırda iddiaçı qardaşının ailə üzvləri ilə birlikdə ona məxsus evdə yaşamalarının mülkiyyət hüquqlarının həyata keçirilməsində çətinlik törətməsi səbəbindən 20.000 manat məbləğində kompensasiya verilməklə cavabdehlərin ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsini xahiş edir. Cavabdehlər isə iddia tələbini qətiyyən qəbul etmir və istənilən məbləğdə kompensasiya verilsə də, evdə yaşamağa davam etmək istədiklərini bildirirlər. İddia tələbi və etirazla bağlı ilk öncə məhkəmə qeyd edir ki, cavabdehlərin mübahisəli evdən istifadə hüququna xitam verilməsi barədə iddia qaldırmağa iddiaçının subyektiv hüququnun olması işin mübahisəsiz halıdır. Belə ki, bu Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışla sübut olunur. Tələblə bağlı aparılan araşdırma zamanı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazıki iş üzrə preyudisial əhəmiyyətə malik olan qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 mübahisəli evdə 1992-ci ildən qeydiyyatda olmaqla həmin evdən istifadə hüququna malik olması, Cavabdeh2 isə həmin evdə 2002-ci ildən qeydiyyatda olmaqla istifadə hüququna malik olmaması mübahisələndirilmir. Bu fakt tərəflər arasında olan əvvəlki mülki mübahisə ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və hazırki iş üzrə də mübahisələndirilməmişdir. Məhkəmə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 mübahisəli evdən istifadə hüquqlarının olub-olmaması ilə bağlı isə onu qeyd edir ki, Cavabdeh3 xx.xx.2002-ci ildə anadan olmuş və mübahisəli evə qeydiyyata alınmış, Cavabdeh4 isə xx.xx.2004-cü ildə anadan olmuş və mübahisəli evə qeydiyyata alınmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən hesab edir ki, onların 14 yaşına çatana qədər yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayıldığından, yəni cavabdehlər Cavabdeh3 və Cavabdeh4 yaşayış yeri ataları Cavabdeh1 yaşayış yeri olan mübahisəli ev olduğundan və 14 yaşlarına çatdıqdan sonra da istifadə hüquqları başqa əsaslarla itirilmədiyindən, hazırda evdən istifadə hüquqları saxlanılmışdır. Məhkəmə iddiaçı tərəfindən təklif edilən kompensasiya məbləğinə münasibətdə isə qeyd edir ki, cavabdehlərə 20.000 manat məbləğində kompensasiya verilməklə onların evdən istifadə hüquqlarına xitam verilməsi ədalətli hesab oluna bilməz. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə hələ 2017-ci ildə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli evdən istifadə hüquqlarına xitam verilməsi qarşılığında İddiaçı 10.000 (on min) manat məbləğində kompensasiya təklifi məhkəmə tərəfindən ədalətli kompensasiya məbləği kimi qiymətləndirilməmişdir. Məhkəmə hazırda həmin qətnaməni sadəcə müqayisə məqsədilə misal göstərərək vurğulamağı zəruri hesab edir ki, kompensasiya məbləğinin ədalətli olub-olmamasını müəyyən etməkdə məhkəmə qiymətləndirmə sərbəstliyinə malikdir. Məhkəmə hesab edir ki, qeyd olunan qətnamənin qəbul edildiyi tarixdən ötən 6 il ərzində daşınmaz əmlak bazarında nəzərəçarpan dərəcədə qiymətlərin yüksəlməsi hamıya bəlli olan faktdır. Məhkəmə tərəfindən mübahisənin obyektiv həllinə nail olmaq və ədalətli kompensasiyanın məbləğini müəyyən etmək məqsədilə iş üzrə ekspertiza təyin edilmiş, lakin verilən ekspert rəyi cavabdehlər tərəfindən mübahisələndirildiyindən, mübahisə predmeti olan evə yerli baxış keçirilməsi zərurəti yaranmış və yerli baxış zamanı təqdim edilən ekspert rəyinin ziddiyyətli olması məhkəmə tərəfindən müəyyən edilmişdir. Bununla yanaşı, məhkəmə ədalətli hesab etdiyi 35.000 (otuz beş min) manat məbləğində kompensasiya verilməsi təklifini iddiaçı tərəfə bildirmiş və tələbin dəqiqləşdirilərək 35.000 manat məbləğində kompensasiyanın ödənilməsi ilə cavabdehlərin istifadə hüququna xitam verilməsi məzmununda qoyulması üçün iddiaçı tərəfə vaxt vermişdir. Belə ki, bu barədə qeydin olduğu xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məhkəmə bildirişləri həmin tarixlərdə iddiaçının vəkili nümayəndəsi Nümayəndə məxsus elektron kabinetə yerləşdirilmiş (həmçinin məhkəmə tərəfindən məsələyə dair həmin tarixdə iddiaçının vəkili-nümayəndəsi Nümayəndə telefonoqram verilmişdir (mülki işin materiallarında 2-ci cild, səh. 39)) və eyni zamanda, iddiaçının “ünvan 7 ünvanına rəsmi qaydada göndərilmişdir. Lakin iddiaçı tərəf 20.000 manat kompensasiya məbləği barədə olan yekun tələbini dəyişdirməmiş, iddiaçının vəkili-nümayəndəsi xx.xx.2023-cü il tarixli ərizəsi ilə isə iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə həmin ərizəni məhkəmənin təklif etdiyi kompensasiya məbləğinin iddiaçı tərəfindən qəbul edilməməsi kimi qiymətləndirir. Məhkəmə ədalətli kompensasiya məbləği barədə qənaətə gələrkən işin diqqətəlayiq hallarını nəzərə almış və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarlarında formalaşdırdığı hüquqi mövqelərə əsaslanmışdır. Belə ki, formalaşmış hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyətçinin əmlakı barəsində sərəncam vermək hüququna təminat verilməli, bununla yanaşı, həmin hüququn real olaraq həyata keçirilməsi imkanına da şərait yaratmalıdır. Lakin eyni zamanda işin faktiki halları da nəzərə alınmalıdır. Bununla bağlı qeyd olunur ki, hazırkı iş üzrə iddiaçı tərəfindən kompensasiya qismində təklif olunan 20.000 manat məbləğində pul vəsaitinin cavabdehlərə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə, əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə, daha yaxşı və sərbəst şəraitdə yaşamaq imkanı verilməsi üçün kifayət etməsi qənaətinə gəlməyə əsas deyildir. Çünki daşınmaz əmlak bazarında olan mövcud qiymətlər nəzərə alındıqda, təklif olunan kompensasiya məbləği göstərilən meyarlar çərçivəsində cavabdehlərin iddiaçının hesabına yaşaması üçün kifayət edəcək ağlabatan məbləğ hesab oluna bilməz. Bu məbləğin kifayətedici olub-olmaması yalnız bir cavabdehə münasibətdə deyil, ailəyə münasibətdə, yəni digər cavabdehlərdən olan arvadı və işləməyən, təhsil alan 2 uşağının olması, mübahisəli evin iddiaçının mülkiyyətinə keçməsində Cavabdeh1 razılıq ərizəsinin rolu, onun qardaşına olan güvən və etimadının göstəricisi olması, cavabdehlərin bundan sonra təkbaşına mənzil əldə etmək imkanının inandırıcı görünməməsi və sairə bu kimi hallar nəzərə alınmaqla qiymətləndirilmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, mübahisəli ev iddiaçının şəxsi vəsaiti hesabına, alqısatqı yolu ilə deyil, özəlləşdirmə yolu ilə əldə edilmişdir. İddiaçı evə qardaşı və ailəsi ilə birlikdə köçən zaman ev mənzil fondunun mülkiyyətində olmuşdur. Daha sonra mənzilin iddiaçının mülkiyyətinə keçirilməsinə Cavabdeh1 razılığı da əsas olmuşdur. Məhkəmənin qeyd olunan bu diqqətəlayiq halları nəzərə almaması ədalətsizliyə səbəb olar. Cavabdehin bu razılığı iddiaçının mülkiyyətinə keçəcək evdə yaşamasının gələcəkdə ona problem yaratmayacağına dair iddiaçıya olan güvəni və etimadının nəticəsi olmuşdur. Bu hal isə mülkiyyətçinin hüquqlarından sui-istifadə etməsinə gətirib çıxarmamalıdır. Təbii ki, iddiaçının mülkiyyət hüququ konstitusion formada qorunur və o, öz mülkiyyət hüququndan irəli gələn digər hüquqlarının sərbəst formada reallaşdırılmasına mane olan halları aradan qaldırmalıdır. Lakin bu zaman mülkiyyətçi digər şəxslərin qanunla qorunan hüquqlarına da xələl gətirməməlidir. Məhkəmə iddia tələbinə etiraza münasibətdə qeyd edir ki, yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin və digər şəxslərin yaşayış sahəsindən istifadə qaydası, o cümlədən belə istifadəyə xitam verilməsi Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsində müəyyən olunmamışdır. Nəticədə həmin məsələlərlə bağlı mülkiyyətçi ilə bu şəxslər arasında münasibətlər tənzimlənməmiş və hər iki tərəfin hüquqları üçün qeyrimüəyyənlik yaranmışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. (R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq, dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi stifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır, yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusu müəyyən edilərkən “yaşayış sahəsi üzərində mülkiyyət hüququ” ilə “yaşayış sahəsindən istifadə hüququ” arasındakı fərq daim diqqətdə saxlanılmalıdır və nəzərə almaq lazımdır ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ vermir. Məhkəmə onu da qeyd edir ki, mübahisəyə daha əvvəl baxılıb yekun məhkəmə qətnaməsinin qəbul edilməsinə baxmayaraq, istifadə hüququnun əmlak hüquqlarından biri olmaqla davamedici xarakter daşıması və əvvəlki məhkəmə qətnaməsində ədalətli kompensasiya məbləğinin dəqiq müəyyən edilməməsi, eyni zamanda, həmin vaxtdan ötən müddət ərzində yeni əsasların meydana gələ bilməsi hazırkı mübahisəyə məhkəmə tərəfindən baxılmasına əsasdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

16. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edərək şikayətində göstərib ki, cavabdehlərin mülkiyyətdən istifadə hüququ dövlət reyestrində qeydiyyata alınmayıb. Belə olan halda birinci instansiya məhkəməsi qeydə alınmamış hüquqlarla bağlı hansı ədalət prinsipindən çıxış edə bilər? Tərəflər arasında heç bir yazılı şəkildə razılaşma olmayıb. Belə olan halda iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə qaydasında iddiaçının tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə istifadə hüququna xitam verilməsini tələb edib. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1saylı əlavə Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İş materiallarına nəzər yetirsə görünər ki, ekspert rəyi işə əlavə olunsa da, birinci instansiya məhkəməsi ekspert rəylərini hansısa meyarlara əsasən şübhə altına almışdır. İş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi iş materiallarında olan və tərəflərin təqdim etdiyi sübutları bir kənara qoyaraq öz mülahizəsinə əsasən qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

17. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi, əlavə olaraq ərizə də təqdim edərək kompensasiya məbləğini 30.000(otuz min) manat təklif etdiklərini və bu məbləğlə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

18. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək əsassız olduğunu bildirdilər və məhkəmədən şikayətin rədd olunmasını xahiş etdilər.

19. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən, mülki işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 228.1-228.2. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

21. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına görə 01 sentyabr 2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bu Qərarın nəticəvi hissəsinin birinci bəndi qanuni qüvvəyə minmiş məhkəmə aktlarına şamil olunmur.

23. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə”...mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır... Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.,...”

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Qeyd olunan qərarda Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

Apellyasiya baxışının hədləri:

26. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsasdır.

27. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

29. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmədiyi hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

30. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

31. Əvvəla iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.

32. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia ilə bağlı faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır, üstəlik cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığı üçün iddia haqlı sayılır.

33. Məhkəmə tərkibi qeyd edir ki, bu cür mübahisələrə baxarkən iddia edənin mübahisəli yaşayış sahəsinə mülkiyyət hüququna malik olduğu, hüququna xitam verilməsi tələb olunan şəxslərin yaşayış sahəsindən istifadə hüququnu əldə etdiyi və təklif olunan kompensasiyanın istifadə hüququna malik olan şəxslərin bu hüququna xitam verilməsi üçün yetərli olduğu müəyyən edilməlidir. 34.Mübahisə predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev (Fabrik) küçəsində istifadədə olan 0.03323 ha torpaq sahəsində yerləşən 48 nömrəli, 1 mərtəbəli binada 57.9 kv.m ümumi, 25 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı - nömrəli mənzil 1997-ci ildə orada qeydiyyatda olan digər şəxslərin, o cümlədən Cavabdeh1 razılıq ərizəsi əsasında İddiaçı adına özəlləşdirilmiş və sonuncunun mülkiyyət hüququ qeydə alınmışdır.

35. İşdən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev (Fabrik) küçəsində istifadədə olan 0.03323 ha torpaq sahəsində yerləşən 48 nömrəli, 1 mərtəbəli binada 57.9 kv.m ümumi, 25 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı - nömrəli mənzilə aid çıxarışın mübahisələndirilməsi barədə həm mülki, həm də inzibati icraat qaydaslında bir neçə məhkəmə mübahisəsi olmuş və yekun nəticə bundan ibarət olmuşdur ki, həmin mənzil üçüncü şəxs İddiaçı adına özəlləşdirilməsi ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və bununla əlaqədar aparılmış xx.xx.2007-ci il tarixli, ********* saylı qeydiyyatın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, həmin qeydiyyat əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (seriya MH № 0051695) etibarsız hesab edilməsi barədə iddia iddia müddətinin ötürülməsi səbəbindən mümkün sayılmamışdır.

36. Bir sözlə, Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev (Fabrik) küçəsində istifadədə olan 0.03323 ha torpaq sahəsində yerləşən 48 nömrəli, 1 mərtəbəli binada 57.9 kv.m ümumi, 25 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı - nömrəli mənzil hazırda İddiaçı mülkiyyətindədir. Yəni hazırki iddianı qaldırmağa İddiaçı subyektiv hüququ mövcuddur.

37. Düzdür, digər məhkəmə mübahisələri ilə bağlı keçirilmiş ekspert rəyləri ilə müəyyən edilmişdir ki, 08 iyul 1997-ci il Cavabdeh1 Abud oğlunun adından olan razılıq ərizəsində “İmza:” yazısı önündə imza Cavabdeh1 Abud oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra olunub. Lakin hazırki iddia üzrə bu məsələ müzakirə predmeti olmadığından məhkəmə tərkibi bu hala toxunmur, çünki yuxarıda da qeyd edildiyi kimi mübahisəli ünvana aid qeydiyyatın ləğvi barədə iddia prosessual səbəbdən mümkün sayılmasa da, bu hal İddiaçı sözügedən mənzilin tam mülkiyyətçisi olduğunu istisna edə bilməz.

38. Apellyasiya instansiya məhkəməsi də kompensasiyanın məbləğini müəyyən edərkən birinci instansiya məhkəməsinin əsaslı mövqeyi yəni, ...“Cavabdeh1 Abud oğlunun bu razılığı iddiaçının mülkiyyətinə keçəcək evdə yaşamasının gələcəkdə ona problem yaratmayacağına dair iddiaçıya (qardaşına) olan güvəni və etimadının nəticəsi olmuşdur” ilə razılaşır və bu halın təklif olunan kompensasiyanın məbləğinə əhəmiyyətli təsiri olduğunu qəbul edir.

39. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında ifadə edilmiş hüquqi mövqelərə əsasən kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin.

40. Eyni zamanda, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil olmadığından belə işlərə baxarkən, birinci instansiya məhkəməsi iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, bu məbləği bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir.

41. Məhkəmələr tərəfindən kompensasiyanın müəyyən edilməsi qaydası belə işlərə baxılması zamanı mühüm əhəmiyyətə malik olmaqla, mübahisə tərəflərinin mülkiyyət və istifadə hüquqlarının daha səmərəli müdafiəsinə, tərəflər arasında yaranmış hüquq münasibətlərinə müəyyənlik gətirilməsinə, mübahisə tərəflərinin sonsuz məhkəmə çəkişmələrinə cəlb olunmasının qarşısının alınmasına və bununla da prosessual qənaət prinsipinin təmin olunmasına xidmət edir. Bu baxımdan istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələblərinə baxılması zamanı iddianı rədd edən məhkəmənin bu cür xitam üçün yetərli olan kompensasiya məbləğini müəyyən etməməsi Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir.

42. Düzdü, birinci instansiya məhkəməsi tərəfindən işin halları, tərəflərin qarşılıqlı münasibətləri, istifadə hüququnun xitam verilməsi tələb edilən mənzilin mövcud texniki vəziyyəti və digər əhəmiyyət kəsb edən hallar nəzərə alınmaqla kompensasiya məbləği 35000(otuz beş min) manat müəyyən edilsə də cavabdeh tərəf kompensasiyanın məbləğindən asılı olmayaraq onsuzda iddianı qəbul etmir, başqa sözlə mənzildə yaşamaqda davam etmək istəklərini bəyan edirlər. Lakin işdən də bəlli olur ki, tərəflər yaxın qohum olsalarda uzun illərdir ki, mübahisəli mənzillə bağlı aralarında olan məhkəmə mübahisələri davam edir. Demək ki, aralarında razılaşma yoxdursa mübahisənin birdəfəlik həlli onu zəruri və qaçılmaz edir.

43. Məhz tərəflər arasında olan uzunmüddətli sonu görünməyən məhkəmə çəkişmələrinin birdəfəlik həlli məqsədilə apellyasiya instansiya məhkəməsi kompensasiyanın məbləğini birinci instansiya məhkəməsinin müəyyən etdiyi məbləğdən bir qədər az, yəni bazar qiymətinə uyğun olaraq 30000(otuz min) manat müəyyən edilməsini məqsədə uyğun hesab etdi. İddiaçının nümayəndəsi və vəkili də bu məbləğlə razılaşaraq ərizə ilə məhkəməyə müraciət edərək kompensasiya məbləğinin 30000(otuz min) manat olmasına etiraz etmədi. Cavabdeh tərəf isə yuxarıda qeyd olunduğu kimi məbləğindən asılı olmayaraq ümumiyyətlə kompensasiya verilməklə mübahisəli mənzildən istifadə hüququna xitam verilməsinə etiraz edir. Buna baxmayaraq, məhkəmə tərkibi özünün müəyyən etdiyi və iddiaçının bununla razılaşaraq cavabdehlərə təklif etdiyi 30000 (otuz min) manat məbləğində kompensasiya məbləğini ağlabatan hesab edir.

44. Məhz bu məbləğ cavabdehlərə mülkiyyətçinin hesabına davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Düzdü, kompensasiyanın məbləği müəyyən edilərkən mənzilin dəyərinin buna təsiri olmasa da birinci instansiya məhkəməsində alınmış ekspert rəyində mübahisə predmeti olan mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 85000.0 manat olduğu müəyyən edilmişdir. Bu halın özü də 30.000 (otuz min) manat kompensasiya məbləğinin ədalətli və ağlabatan olduğunu təsdiq edir.

45. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, kompensasiya institutu cavabdehə evin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu vermir. Bu institutun mahiyyəti yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Buna görə də məhkəmənin müəyyən etdiyi və iddiaçının təklif etdiyi kompensasiya məbləği işin hallarına uyğundur. Mənzilin dəyərinin kompensasiyanın məbləğinə hər hansı bir təsiri olmasa da, kompensasiyanın məbləğinin bazar qiymətinə uyğunluğunun yoxlanılması üçün evin bazar dəyəri də müəyyən edilmişdir. Göründüyü kimi, bütün bu hallar da iddiaçının cavabdehlərin həmin iənzildən istifadə hüquqlarına xitam verilməsinə nail olmaqda israrlı olduğuna dəlalət edir.

46. Göstərilənlərdən əlavə, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalınz tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları göstərildiyi kimi təmin yaxud rədd etməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir.

47. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddia ərizəsinin nəticə hissəsində iddiaçı tərəfindən kompensasiya ödənilməklə fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi qeyd olunması iddianın yalnız bu cür tələb göstərildiyinə görə həmin qaydada təmin olunması üçün əsas ola bilməz. Çünki, məhkəmə özü də iddiaçının tələblərinin faktiki və hüquqi əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə və dəqiqləşdirməlidir. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir(MPM. Mad.14.1). Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Bu mənada iddiaçının istəyi və məqsədi kompensasiya verilməklə cavabdehlərin mübahisəli fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsinə və onların həmin evdən çıxarılmasına nail olmaq olmuşdur. Çünki kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi həm də cavabdehlərin qeyd olunan mənzildən çıxarılmasını ehtiva edir yaxud etməlidir.

48. Məhkəmə tərkibi xüsusilə vurğulayır ki, kompensasiya verilməklə cavabdehlərin istifadə hüququna xitam verilərək onların qətnamə ilə sözügedən mənzildən çıxarılmalarının qət edilməsi heç bir halda iddia tələbindən kənara çıxma kimi qiymətləndirilməməlidir. Çünki kompensasiya ödənilməklə cavabdehlərin qeyd olunan mənzildən istifadə hüququna xitam verilsə də onlar bu və ya digər səbəbdən evdən çıxmaya bilər yaxud icra mərhələsində qətnamədə belə bir göstərişin olmadığı üçün kompensasiya almış və istifadə hüququna xitam verilmiş şəxslərlə bağlı məcburi icra tədbirləri həyata keçirilməsi mümkünsüz vəziyyətə düşə bilər. Başqa sözlə, kompensasiya almış şəxsin istifadə hüququna ona görə xitam verilir ki, onun, həmin mənzillə bağlı artıq heç bir hüququ və imtiyazı qalmır. Məhz kompensasiya alaraq istifadə hüquqularına xitam verildiyi üçün cavabdeh şəxslər evdən çıxmağa borclu olurlar. Bunun üçün ayrıca məhkəmə qərarının olmasına ehtiyac və zərurət olmur. Bunun üçün, yəni cavabdehlərin evdən çıxarılması barədə yenidən iddianın irəli sürülməsi də prosessual qənaət prinsipinə açıq-aşkar zidd sayılır.

49. Bundan əlavə, cavabdehlərdən Cavabdeh2 mübahisə predmeti olan mənzildən istifadə hüququnun yaranmadığı da işin mübahisəsiz halıdır. Buna baxmayaraq iddiaçı cavabdehlərin vahid ailə olduğu üçün onlara ümumilikdə 30000(otuz min) kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsini və onların birlikdə evdən çıxarılmasına nail olmaq istəyir. Bu mənada 30000(otuz min) kompensasiya ödənilməklə mübahisəli mənzildə istifadə hüququ olan şəxslərin bu hüquqlarına xitam verilməklə onlar həmin mənzildən çıxarılmalıdır. Kompensasiyanın verilməsi ilə cavabdehlərin mənzildən çıxarılması isə eyni vaxtda icra edilməlidir.

50. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki: İddiaçı apellyasiya şikayəti təmin edilməli; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1869/2023 saylı, 20 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv və iddia təmin edilməli; İddiaçı tərəfindən 30.000 (otuz min) manat kompensasiya verilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev (Fabrik) küçəsində istifadədə olan 0.03323 ha torpaq sahəsində yerləşən 48 nömrəli, 1 mərtəbəli binada 57.9 kv.m ümumi, 25 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı - nömrəli mənzildən istifadə hüququna xitam verilməli və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildən çıxarılmalı; Kompensasiyanın verilməsi ilə cavabdehlərin evdən çıxarılması eyni vaxtda icra edilməlidir.

51. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1869/2023 saylı, 20 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv və iddia təmin edilsin. İddiaçı tərəfindən 30.000 (otuz min) manat kompensasiya verilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev (Fabrik) küçəsində istifadədə olan 0.03323 ha torpaq sahəsində yerləşən 48 nömrəli, 1 mərtəbəli binada 57.9 kv.m ümumi, 25 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı - nömrəli mənzildən istifadə hüququna xitam verilsin və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildən çıxarılsın. Kompensasiyanın verilməsi ilə cavabdehlərin evdən çıxarılması eyni vaxtda icra edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar