Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2297/2025 07.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri şəhərlərin X10 Xidmətinə” qarşı işi üzrə Açar sözlər: (“əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı") hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil iştirakı ilə,İddiaçı cavabdeh “İri Şəhərlərin X10 Xidməti” X8rşı “əmrin ləğv edilməsi,işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-696/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı cavabdeh “İri Şəhərlərin X10 Xidməti” PHŞ-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2024-cü il tarixli 927-K nömrəli əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ona əmək haqqının ödənilməsi və Əmək Məcəlləsinin 172- ci maddəsinə əsasən əmək haqqının gecikdirildiyi hər günə görə 1% miqdarında ödəniş ödənilməsi barədə tələb irəli sürmüş, daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, cavabdeh “İri Şəhərlərin X10 Xidməti” PHŞ-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2024-cü il tarixli 927-K nömrəli əmrinin ləğv edilməsinə, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsinə və məcburi işburaxma müddəti üçün ona əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2011-ci il tarixdən 41-K saylı əmrə əsasən "xxxx" ASC-də Energetika Şöbəsinin rəisi vəzifəsində işə başlamışdır. xx.xx.2021- cü il tarixdən isə iddiaçı Energetika şöbəsinin rəis müavini vəzifəsində çalışmışdır. xx.xx.2024-cü il tarixdə iddiaçıya tutduğu vəzifə - Energetika şöbəsinin rəis müavini vəzifəsi üzrə ştat vahidinin ixtisara düşəcəyi və 9 təqvim həftəsindən sonra işdən azad ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Su Təsərrüfatı X4 Respublika komitəsi tərəfindən 09 avqust 2024-cü il tarixli rəyi ilə ştat ixtisarı ilə bağlı iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilmişdir. “İri Şəhərlərin X10 Xidməti” X12in İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Tahir Xəlilovun 14 oktyabr 2024-cü il tarixli 927-K saylı əmrinə əsasən Energetika şöbəsinin rəis müavini vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilmişdir. Hesab edir ki, aşağıda qeyd edilənlər baxımından cavabdeh müəssisənin xx.xx.2024-cü il tarixli 927-K nömrəli əmri qanunsuz və qərəzli olduğundan ləğv edilməli, iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməli, ona məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilməli və Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən əmək haqqının gecikdirildiyi hər günə görə 1% ödənilməlidir. AR Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci hissəsində göstərilir ki, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Ancaq iddiaçıya ünvanlanmış xəbərdarlıq məktubunda qeyd edilmiş müddət bitdikdən sonra ona heç bir yeni iş təklifi edilmədən “İri Şəhərlərin X10 Xidmətinin” İdarə Heyətinin sədrinin xx.xx.2024-cü il tarixli 927-K nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştat vahidi ixtisar edildiyinə görə) xitam verilmişdir. Beləliklə də, işəgötürən tərəfindən AR Əmək Məcəlləsinin 71-ci maddəsinin tələbləri pozulmuşdur. Nəticə etibarı ilə işəgötürən tərəfindən iddiaçının tutduğu ştat ixtisar edilən zaman heç bir tədbir görülməmiş, ona müəssisədə və ya Agentliyin tabeliyində olan digər müəssisələrdə iş təklif edilməmiş, onun (başqa) işlə təmin edilməsinin mümkünlüyü nəzərə alınmamışdır. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Lakin, hazırki mübahisə üzrə ştat ixtisarı ilə bağlı əmrdə heç bir əsaslandırma aparılmamışdır. Yəni, iddiaçının tutduğu vəzifənin hansı zərurətdən irəli gələrək ixtisar edilməsi əmrdə əsaslandırılmamışdır ki, bu da iddiaçıya qarşı qərəzli mövqeyin olduğunu dolayı yolla təsdiq edir. AR Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. "xxxx" ASC idarə heyəti sədrinin 19 yanvar 2024-cü il tarixində təsdiq etdiyi "xxxx" ASCnin aparat işçiləri üçün 2024-cü il iş üçün ştat cədvəli ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 29 may 2024-cü il tarixli 002/1 nömrəli əmri ilə təsdiq edilmiş “İri şəhərlərin X10 Xidməti” PHŞ-n aparatının yeni ştat cədvəllərinin təhlili göstərir ki, "xxxx" ASC aparatının strukturunda olan Energetika və Mexanika şöbələri yeni strukturda birləşdirilərək Elektromexanika şöbəsi yaradılmışdır. Yeni yaradılmış Elektromexanika şöbəsinə bir aparıcı energetik, iki ədəd isə energetik ştatı verilmişdir. Həmin şöbəyə rəis vəzifəsinə isə 2019-cu ildən (iddiaçıdan 8 il sonra) "xxxx" ASC-də əmək fəaliyyətinə başlayan və müəssisədə cəmi 5 il stajı olan Vüqar Hacıyev təyin edilmişdir. Bir ədəd aparıcı energetik ştatına 2019-cu ildən "xxxx" ASC-də əmək fəaliyyətinə başlayan Elşən Sadıqov (2019-cu ildən fəaliyyətə başlayıb), iki ədəd energetik ştatlarını isə iddiaçıdan sonra əmək fəaliyyətinə başlamış Şahin Allahverdiyev və Aidə Hümbətəliyeva təsdiq edilmişlər. Beləliklə, Əmək Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinin tələbləri pozularaq Energetika şöbəsinin rəis müavini vəzifəsini tutan İddiaçı ixtisar edilmiş, digər işçilər isə işdə saxlanılmışdır. Nəticə etibarı ilə yeni yaradılmış həmin ştatlardan heç biri nədənsə müəssisədə daha çox stajı olan, həmçinin ixtisası və peşəkarlıq səviyyəsi digər işçilərdən üstün olan İddiaçı təklif edilməmişdir. Məhkəmənin nəzərinə çatdırmışdır ki, iddiaçının keçdiyi əmək fəaliyyəti və təhsili onun ixtisasının və peşəkarlıq səviyyəsinin ştat ixtisarı zamanı işdə saxlanmış digər işçilərə münasibərdə daha yüksək olmasını faktiki olaraq sübut edir. Belə ki, İddiaçı 1982-ci ildə Bakı Energetika Texnikomunu, 1990- cı ildə isə Azərbaycan Dövlət Neft və Kimya İnsitutunu “energetik” ixitası üzrə “fərqlənmə diplomu” ilə bitirmişdir. Əmək fəaliyyətində əldə etdiyi nailiyyətlərə görə elektik montyoru vəzifəsindən Energetika şöbəsinin rəisi - baş energetik vəzifəsinə kimi yüksəlmişdir. Lakin, işdə energetik vəzifəsində saxlanılan şəxslərin “energetik” ixtisasının olub-olmaması qeyrimüəyyən olaraq qalır və ştatların ixtisarı həyata keçirilərkən energetik vəzifələri üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin işdə saxlanılması proseduru qanunvericiliyin tələbinə uyğun həyata keçirilməmişdir. Məlumdur ki, ixtisaslılıq işçinin müəyyən mürəkkəblik səviyyəsinə malik əmək funksiyasını yerinə yetirməsinə imkan verən hazırlıq səviyyəsidir, yəni işçinin zəruri nəzəri biliklərə və praktik təcrübəyə malik olmasıdır. Göründüyü kimi həm təcrübi, həm də nəzəri bilikləri baxımından iddiaçının peşəkarlıq səviyyəsi digər işçilərdən yüksək olmuşdur. AR Əmək Məcəlləsinin 185-ci maddəsinə əsasən əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirən işçilər işəgötürən tərəfindən mükafatlandırılır. "xxxx" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Köçərli Həsənovun xx.xx.2023- ci il tarixli 439 nömrli əmri ilə “su təsərrüfatının inkişafında səmərəli fəaliyyətinə görə” İddiaçı Fəxri Fərman verilmişdir. Nəticə etibarı ilə hazırkı mübahisə üzrə işçinin peşəkarlıq səviyyəsi nəzərə alınmamışdır. AR Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 232 nömrəli Qərarı ilə təsdiq edilmiş “İri Şəhərlərin X10 Xidməti” PHŞ-nin Nizamnaməsinin 4.3cü bəndinə əsasən, xidmətin struktur bölmələrinin rəhbərləri, habelə onun idarə, filial və nümayəndəliklərinin, tabeliyindəki digər qurumların rəhbərləri, onların müavinləri, baş mühəndisləri, baş mühasibləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri ilə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad olunurlar. Lakin, hazırkı mübahisə üzrə İddiaçı energetika şöbəsinin rəis müavini olmasına baxmayaraq, onunla bağlanmış əmək müqaviləsi ləğv edilərkən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri ilə heç bir razılaşdırma aparılmamış, idarə heyəti sədrinin razılığı olmadan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. AR Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsində göstərilir ki, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini 70-ci maddəsinin (b) bəndi ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Azərbaycan Su Təsərrüfatı X1 Respublika Komitəsinin sədri Akif Məmmədov tərəfindən “İri Şəhərlərin X10 Xidməti” PHŞ-nin İdarə heyətinin sədri Köçərli Həsənova ünvanlanmış xx.xx.2024-cü il tarixli 71 nömrəli “əmək müqaviləsinə xitam verilməsi haqqında” cavab məktubunda göstərilmişdir ki, siyahıda adları göstərilmiş şəxslərlə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə həmkarlar ittifaqı komitəsinin heç bir etirazı yoxdur. AR Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsində qeyd edilir ki, həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. X6 Respublika Komitəsi qərar qəbul etmək əvəzinə işəgötürənə məktub ünvanlamışdır. Məktubda heç bir iclas protokoluna və ya qərara istinad yoxdur. xx.xx.2024-cü il tarixli 71 nömrəli məktubuna baxılsa aydın olar ki, həmin məktub Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbləri pozulmaqla tərtib edilmişdir. Belə ki, məktubda heç bir əsaslandırma yoxdur və məktub formal olaraq tərtib edilmişdir. Həmkarlar ittifaqı bu məsələ ilə bağlı iddiaçını məlumatlandırmamış və araşdırma aparmadan, heç bir iclas keçirilmədən cavabdeh müəssisəyə razılıq məktubu ünvanlamışdır. Məktubda həmkarlar ittifaqının iclasının keçirilməsi, iclasda kimlərin iştirak etməsi, iclas qərarının neçə səs çoxluğu ilə qəbul edilməsi ilə bağlı heç bir məlumat göstərilməyib. Bu da özlüyündə məktubun əsaslandırılmadan tərtib edildiyini, əslində faktiki olaraq heç bir iclasın keçirilmədiyini və iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğvinin müzakirə edilmədiyi göstərir. xx.xx.2024-cü il tarixdə iddiaçıya tutduğu vəzifə - Energetika şöbəsinin rəis müavini vəzifəsi üzrə ştat vahidinin ixtisara düşəcəyi və 9 təqvim həftəsindən sonra işdən azad ediləcəyi barədə xəbərdarlıq edilmişdir. 9 həftə isə 09 avqust 2024-cü il tarixdə tamam olmuş, lakin, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməmişdir. Xəbərdarlıq müddəti bitməsindən 2 aydan artıq vaxtın keçməsindən sonra (yəni xəbərdarlıq bildirişinin verilməsindən 4 ay sonra) xx.xx.2024-cü il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, xəbərarlıq müddəti ilə işdənçıxarma əmri arasında bu qədər uzun müddət fərqinin olması özlüyündə ştat ixtisarının qanunsuzluğundan və hüquqazidd şəkildə həyata keçirilməsindən xəbər verir. Həmçinin, bildirmişdir ki, 9 təqvim həftəsi bitdikdən sonra ştat ixtisarı əmrinin verilməməsi özlüyündə ştat ixtisarı prosesinin həyata keçirilmədiyini və öz əhəmiyyətini itirdiyini sübuta yetirir. Bu səbəbdən də yenidən ştat ixtisarı ilə bağlı tədbirlər keçirilməli olduğu halda bu tədbirlər yenidən həyata keçirilməmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-696/2025 saylı işi üzrə xx.xx.2025-ci tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “İri Şəhərlərin X10 Xidməti” X8rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqınnın ödənilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə, 71-ci maddəsinin 3-cü hissəsinə, 77-ci maddəsinin 2 və 3-cü bəndinə; 79-cu maddəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1,216-220, 227, 358, 360, 362-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, “İri Şəhərlərin X10 Xidməti” X12 Energetika şöbəsinin rəis müavini İddiaçı “ştat vahidinin ixtisara düşməsi barədə” xx.xx.2024-cü il tarixli xəbərdarlıq bildirişi ünvanlanmışdır (mülki işin mübahisəsiz halıdır). “İri Şəhərlərin X10 Xidməti” X12 xx.xx.2024-cü il tarixli 927-K saylı əmrinə əsasən işçi Energetika şöbəsinin rəis müavini İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilmişdir. İşəgötürənin müraciəti üzrə Həmkarlar ittifaqı komitəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilməsinə etiraz edilməmişdir. “İri şəhərlərin X10 xidməti” X12 Hüquq Departamentinin Hüquqi mübahisələrlə iş üzrə şöbəsinin xx.xx.2024-cü il tarixdə təsdiq edilmiş Ştat cədvəlinə əsasən sözügedən şöbə cəmi 8 ştat vahidi olmaqla onlardan 1-i şöbə müdiri, 3-ü energetik, 4-ü mexanik vəzifəsidir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli 002/f nömrəli əmrinə əsasən, “İri şəhərlərin X10 xidməti” X12 ştat cədvəli təsdiq edilmişdir. “İri şəhərlərin X10 xidməti” X12 xx.xx.2024-cü il tarixdən etibarən qüvvədə olan Ştat cədvəlinə əsasən Elektromexanika şöbəsi ümumilikdə 8 ştat vahidindən ibarətdir. Məhkəmə qeyd edir ki, qanunla müəyyən edilmiş şərtlər daxilində ştatları ixtisara salmaq, işin operativ və səmərəli təşkilini təmin etmək işəgötürənin hüququdur. Yəni, işçi və işəgötürənin hüquqları müvafiq balans proporsionallıq gözlənilməklə, qanun çərçivəsində qorunmalı, tərəflərin hər hansı birinin əsassız öhdəliklə yüklənməsinə yol verilməməlidir. Ştatların ixtisarı qarşıya qoyulan məqsədə uyğun olmalı, formal əsaslarla həyata keçirilməməli, işəgötürənin həqiqi islahat aparması iradəsinə əsaslanmalıdır. Hazırki mübahisə üzrə işəgötərən (hakimiyyət subyekti olaraq) fəaliyyətin təkminləşdirilməsi məqsədilə ciddi sturuktur dəyişikliyini həyata keçirtmişdir. Dəyişikliyin hansı nəticələrə səbəb olacağı hazırda dəqiq məlum olmasa da, pozitiv dəyişikliklə bağlı iradə ifadəsi müşahidə olunur. İşçilərin pozulmuş hüquqlarının bərpası, əmək qanunvericiliyin tələblərinə şərtsiz əməl edilməsi, xüsusən zəif tərəf kimi işçinin maraqlarının müdafiəsi dövlətin xüsusi marağında olsa da, bu, işəgötürənin qərar qəbul etmək, fəaliyyətini təşkil etmək səlahiyyətini məhdudlaşdırmaqla nəticələnməməlidir. İxtisara düşmüş işçilərin bərpa edilməsi (hüquqi əsas olmadan) icrası mümkün olmayan məhkəmə qərarlarının qəbul edilməsi ilə nəticələnə və ya işəgötürənin fəaliyyətinin məhdudlaşmasına (maliyyə yükü baxımından) səbəb ola bilər. Yəni, hazırki mübahisə üzrə iddiaçının işləmiş olduğu aparat üzrə ştat sayı 498-dən 180-a enmişdir. İşdən kənarlaşdırılan şəxslərin dairəsinin müəyyən edilməsi hüququ Əmək Məcəlləsinin tələblərinin (79-cu maddə) qorunması şərtilə işəgötürənə aiddir. Nəzərə alınmalıdır ki, işəgötürənlər müəssisə olmaqla iqtisadiyyat, vergi ödənişləri, işsizliyin aradan qaldırılması, xidmət sahəsində işlərin təşkili, büdcəyə vəsaitlərin mədaxil edilməsində müstəsna əhəmiyyətə malikdir. İşçilərin hüquqlarının işəgötürənin hüquqlarından şərtsiz üstün tutulması iqtisadi baximdan neqativ nəticələrə səbəb ola bilər. İşəgötürən tərəfindən iddiaçıya müvafiq vəzifələrin təklif edilməsinə dair akt təqdim edilsə də, iddiaçı həmin təkliflərin ona edilmədiyini, aktın isə həqiqətə uyğun olmadığını bildirir. Məhkəmə, işçinin bu arqumentini ağlabatan hesab etmir. İddiaçı özü də öz ifadəsində bildirmişdir ki, ona meliorasiya xidmətində energetika üzrə sektor müdiri vəzifəsinə vakant yerin olduğunu bildirilmiş və ona həmin işi təklif etmişlər. O, da qəbul edib həmin xidmətin yerləşdiyi yerə getmişdir. Həmin qurumun müdiri ona yalnız işdən çıxma barədə əmr imzaladıqdan sonra işə qəbul edilə biləcəyini bildirmişdir. O, da yenidən köhnə işinə qayıdıb başqa işəgötürənlə müqavilə bağlamağına dair müvafiq ərizə yazmışdı. Yenidən Meliorasiya xidmətinə qayıdaraq 1 həftə ərzində orada müəyyən işlə məşğul olmuş, daha sonra ona köhnə iş yerində əmrləşmə aparılmadığına və eyni zamanda sadəcə yaşına görə işə götürülməyəcəyi bildirilmişdir. Belə olan halda həmin vaxt Sektor müdiri vəzifəsinə təklif olunduğundan, imtina aktında olan vəzifə üzrə işləməkdən imtina etməsi gözləniləndir. Məhkəmə tərəfindən cavabdehin müvafiq boş ştat yerlərinə iddiaçının razılığı ilə işə götürülməsi üçün tərəflərin arasında mübahisənin barışıqla yekunlaşması məqsədilə baxış iclası təxirə salınmış, cavabdeh tərəfindən təklif edilmiş ştat üzrə işə qəbul iddiaçının iş yerinin uzaqlığı və digər maraqlarına uyğun olmaması səbəbindən barışıq baş tutmamışdır. Bundan əlavə mübahisə üzrə Həmkarlar ittifaqının məktubunu məhkəmə qərar kimi nəzərə alır. Yəni, məktubun giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrinin adlandırılmaması onun qərar olmaması anlamına və ya əksi isə qərar olması anlamına gəlmir. Sözügedən məktub aydın və anlaşılan olmaqla mahiyyəti üzrə qərar əhəmiyyətindədir. Həmçinin, həmin qərar olsa da, qərarın qəbul edilməsi prosedurası olaraq iclas protokolundan çıxarışın təqdim edilməməsi mahiyyəti üzrə işəgötürənin əmrinin qanunsuzluğuna dəlalət edə bilməz. Çünki, işəgötürən qəbul etdiyi əmrə münasibətdə subyektiv təqsir nöqteyi-nəzərdən məsuliyyət daşıyır. Həmkarlar ittifaqı komitəsi isə ayrıca subyekt olmaqla işəgötürənə tabe deyildir və sonuncunun fəaliyyətindəki nöqsanın məsuliyyəti işəgötürənin üzərinə qoyula, müvafiq əmr qanunsuz hesab edilə bilməz. Bu hal üzrə, məhkəmə obyektiv təqsiri deyil, subyektiv təqsiri nəzərə alır və əsas götürür. Lakin, həmkarlar ittifaqı komitələri işçilərin nümayəndəli orqanları olmaqla onları müdafiə etmək, hüquqlarını qorumaqla mükəlləfdirlər və mövcuddurlar. Əks halda, həmkarlar ittifaqı komitəsinin mövcudiyyətinə gərək olmaz. İddiaçının AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işdən azad edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli 927-K saylı əmr qəbul edilərkən Əmək Məcəlləsinin tələbləri pozulmamışdır.Məhkəmələr hüquq tətbiq edən orqan olmaqla qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hüququ tətbiq etməli, yalnız qanunda boşluq olduqda hüquq prinsipləri nəzərə alınmaqla qanunun və hüququn anologiyasından istifadə etməlidirlər. Məhkəmənin qanunvericiliyin aydın, müəyyən olan konkret normasını digər formada şərh etmək hüququ yoxdur. Nəzərə almaq lazımdır ki, qanunun hər hansı norması açıq-aşkar ədalətsiz olsa da, həmin normanın dəyişdirilməsi və ya qüvvədən salınması hüququ dövlətin hüquq yaradıcı (qanunverici) orqanlarına məxsusdur. Məhkəmələr isə hüquq tətbiq etmə prosesində müvafiq normanın şərh edilməsi və ya normaya yenidən baxılmasına dair səlahiyyətli orqanlara müraciət edilməsi məsələsini müzakirə edə bilərlər.
3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - “İri şəhərlərin X10 xidməti” X12 Hüquq Departamentinin Hüquqi mübahisələrlə iş üzrə şöbəsinin xx.xx.2024-cü il tarixdə təsdiq edilmiş və xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş Ştat cədvəlinə əsasən müəyyən edilir ki, Energetika şöbəsində cəmi 7 ştat vahidi olmaqla onlardan 1-i şöbə rəisinin müavini, 6-ı energetik vəzifəsi, Mexanika şöbəsində cəmi 5 ştat vahidi olmaqla onlardan 1-i baş mexanik şöbə rəisi, 4-ü aparıcı mühəndis vəzifəsidir ; - “İri şəhərlərin X10 xidməti” X14 tərəfindən Energetika şöbəsinin rəis müavini İddiaçı “ştat vahidinin ixtisara düşməsi barədə” xx.xx.2024-cü il tarixli xəbərdarlıq bildirişi ünvanlanmışdır ; - “İri Şəhərlərin X10 Xidməti” X12 xx.xx.2024-cü il tarixli 927-K saylı əmrinə əsasən müəyyən edilir ki, işçi Energetika şöbəsinin rəis müavini İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilmişdir; - “İri şəhərlərin X10 xidməti” X12 müraciəti üzrə Həmkarlar ittifaqı komitəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilməsinə etiraz edilmir ; - “İri Şəhərlərin X10 Xidməti” X13 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli Akta əsasən müəyyən edilir ki, İddiaçı ştat vahidinin ixtisarı ilə bağlı Nizami rayon Sukanal İdarəsinin Rəhbərlik yanında aparatda və X7 İdarəsinin Energetika şöbəsində “energetik” vəzifəsi təklif edilmiş, lakin, İddiaçı təklifdən imtina etmişdir ; - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli 002/f nömrəli əmrinə əsasən müəyyən edilir ki, “İri şəhərlərin X10 xidməti” X12 ştat cədvəli təsdiq edilmişdir ; - “İri şəhərlərin X10 xidməti” X12 Hüquq Departamentinin Hüquqi mübahisələrlə iş üzrə şöbəsinin xx.xx.2024-cü il tarixdə təsdiq edilmiş Ştat cədvəlinə əsasən müəyyən edilir ki, Elektromexanika şöbəsində cəmi 8 ştat vahidi olmaqla onlardan 1-i şöbə müdiri, 3-ü energetik, 4-ü mexanik vəzifəsidir; - Cavabdeh tərəfindən təqdim edilmiş Ştat cədvəlinə dair son məlumatdan müəyyən edilir ki, Energetika Şöbəsində cəmi 7 ştat vahidi olmaqla onlardan 1-i şöbə rəisinin müavini, Mexanika şöbəsində cəmi 5 ştat vahidi olmuş, şöbələr birləşdirildikdən sonra Elektromexanika şöbəsində 8 ştat vahidi yaradılmışdır. İddiaçının işlədiyi ştat vahidi, yəni şöbə rəisinin müavini ştatı isə ləğv edilmişdir ; - Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında göstərmişdir ki, o, hal-hazırda X3 Şöbəsində kadrlar üzrə baş məsləhətçi vəzifəsində çalışır. Köhnə "xxxx" ASC-də 8800 ştat işçi yeri var idi, onlara ümumi 7700 ştat verilmiş, 1100 adam ixtisara düşmüşdür, onlarda hamıya bildirişləri paylamışlar. Aparatda 498 ştat 180-ə düşmüş, bəzi şöbələrin birləşməsi halı baş vermişdir. Elektromexanika şöbəsi Mexanika, Energetika və Nəqliyyat şöbələrinin birləşməsindən yaranmışdır, ümumi 15 ştatdan 8 ştat oldu. Hamıya 9 həftə müddət verdilər. Rəhbərlik qərara almışdır ki, Mexanika şöbəsindən 2 nəfər, Energetika şöbəsində 3 nəfər, nəqliyyat şöbəsindən 2 nəfər olmaqla, şöbə təşkil olunsun. Onlar Vilayət müəllimdən öncə də heç kimə xitam verməmişlər, Vilayət müəllim özü gəlib demişdir ki, ona Meliorasiya xidmətindən iş təklifi gəlib, o, sektor müdiri gedəcək. Zemfira xanım ona demişdir ki, onlar burda da ona iş təklif edirlər, Nizami rayon Sukanal İdarəsinin Rəhbərlik yanında aparatda və X7 İdarəsinin Energetika şöbəsində “energetik” yeri var, orada onu yerləşdirə bilərlər. O, isə istəməmiş və 05 avqust 2024-cü il tarixdə ərizə yazmış və AR ƏM-nin 69.3-cü maddəsi ilə başqa işəgötürənlə müqavilə bağlaması üçün bu əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Onlar da 08 avqust 2024-cü il tarixdə işçilərin ərizələrini qəbul edib yerləşdirməyə başlamışlar, energetikləri, mexanikləri və nəqliyyatın işçilərini işə götürmüşlər və yerlər bitmişdir. Vilayət müəllim 3 gün sonra gəlib dedi ki, onun ərizəsini etibarsız hesab etsinlər, orada onu işə götürmədilər. Bu zaman ona yenə Nizami rayon Sukanal İdarəsinin Rəhbərlik yanında aparatda və X7 İdarəsinin Energetika şöbəsində “energetik” vəzifəsini təklif etmişlər, lakin o, imtina etmiş və demişdir ki, “mən niyə ora getməliyəm? Mən Aparatda qalmaq istəyirəm”. Bundan sonra həmin günü o, akt tərtib etmiş və ona imzalamağa vermişdir, lakin Vilayət müəllim akta imzalamaqdan imtina etmişdir. Daha sonra o, həmin aktı poçt vasitəsi ilə onun ünvanına göndərmiş, və məktub həmin ünvanda yaşayan tərəfindən qəbul edilmişdir. Əlavə suala cavab olaraq bildirdi ki, onlar onu həmin vaxt ixtisara salmayıblar, əgər onu işdən çıxartmaq istəsəydilər, Həmkarlar İttifaqına göndərilmiş siyahıda ixtisara düşən işçilər arasına onun da adını qeyd edərdilər. Çünki o Meliarasiya xidmətinə keçməyə razılıq vermişdir. Vilayət müəllim ona təklif olunan heç bir vəzifəni qəbul etmədiyindən, onlar ən sonda məcbur qalıb onun əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “b” bəndi (ştatların ixtisarı) ilə xitam vermişlər. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 4.İddiaçı apellyasiya şikayəti verərək, Yasamal rayon Məhkəməsinin 2(004)-696/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə və İddiaçı tərəfindən verilmiş iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Şikayətdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71, 77, 78-ci maddəsinin 1-ci bəndinə, 80-ci maddəsinin 2-ci bəndinə, 185; “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14, 77- ci maddələrinə istinadən qeyd edilmişdir ki, AR Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci hissəsində göstərilir ki, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Ancaq iddiaçıya ünvanlanmış xəbərdarlıq məktubunda qeyd edilmiş müddət bitdikdən sonra ona heç bir yeni iş təklifi edilmədən “İri Şəhərlərin X10 Xidmətinin” İdarə Heyətinin sədrinin xx.xx.2024-cü il tarixli 927-K nömrəli əmr ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştat vahidi ixtisar edildiyinə görə) xitam verilmişdir. Beləliklə də işəgötürən tərəfindən AR Əmək Məcəlləsinin 71-ci maddəsinin tələbləri pozulmuşdur. Nəticə etibarı ilə işəgötürən tərəfindən iddiaçının tutduğu ştat ixtisar edilən zaman heç bir tədbir görülməmiş, ona müəssisədə və ya Agentliyin tabeliyində olan digər müəssisələrdə iş təklif edilməmiş, onun (başqa) işlə təmin edilməsinin mümkünlüyü nəzərə alınmamışdır. Bunun əvəzinə guya iddiaçıya iş təklif edilməsi ilə bağlı formal akt tərtib edilmişdir. Məhkəmə isə həmin formal aktı mötəbər sübut kimi qəbul edərək qanunsuz qətnamə çıxarmışdır. Lakin, hazırkı mübahisə üzrə ştat ixtisarı ilə bağlı əmrdə heç bir əsaslandırma aparılmamışdır. Yəni, iddiaçının tutduğu vəzifənin hansı zərurətdən irəli gələrək ixtisar edilməsi əmrdə əsaslandırılmamışdır ki, bu da iddiaçıya qarşı qərəzli mövqeyin olduğunu dolayı yolla təsdiq edir. "xxxx" ASC idarə heyəti sədrinin 19 yanvar 2024-cü il tarixində təsdiq etdiyi "xxxx" ASC-nin aparat işçiləri üçün 2024-cü il iş üçün ştat cədvəli ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 29 may 2024-cü il tarixli 002/1 nömrəli əmri ilə təsdiq edilmiş “İri şəhərlərin X10 Xidməti” PHŞ-n aparatının yeni ştat cədvəllərinin təhlili göstərir ki, "xxxx" ASC aparatının strukturunda olan Energetika və Mexanika şöbələri yeni strukturda birləşdirilərək Elektromexanika şöbəsi yaradılmışdır. Yeni yaradılmış Elektromexanika şöbəsinə bir aparıcı energetik, iki ədəd isə energetik ştatı verilmişdir. Həmin şöbəyə rəis vəzifəsinə isə 2019- cu ildən (iddiaçıdan 8 il sonra) "xxxx" ASC-də əmək fəaliyyətinə başlayan və müəssisədə cəmi 5 il stajı olan Vüqar Hacıyev təyin edilmişdir. Bir ədəd aparıcı energetik ştatına 2019-cu ildən "xxxx" ASC-də əmək fəaliyyətinə başlayan Elşən Sadıqov (2019-cu ildən fəaliyyətə başlayıb), iki ədəd energetik ştatlarını isə iddiaçıdan sonra əmək fəaliyyətinə başlamış Şahin Allahverdiyev və Aidə Hümbətəliyeva təsdiq edilmişlər. Beləliklə, Əmək Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinin tələbləri pozularaq Energetika şöbəsinin rəis müavini vəzifəsini tutan İddiaçı ixtisar edilmiş, digər işçilər isə işdə saxlanılmışdır. Nəticə etibarı ilə yeni yaradılmış həmin ştatlardan heç biri nədənsə müəssisədə daha çox stajı olan, həmçinin ixtisası və peşəkarlıq səviyyəsi digər işçilərdən üstün olan İddiaçı təklif edilməmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, iddiaçının keçdiyi əmək fəaliyyəti və təhsili onun ixtisasının və peşəkarlıq səviyyəsinin ştat ixtisarı zamanı işdə saxlanmış digər işçilərə münasibərdə daha yüksək olmasını faktiki olaraq sübut edir. Belə ki, İddiaçı 1982-ci ildə Bakı Energetika Texnikomunu, 1990-cı ildə isə Azərbaycan Dövlət Neft və Kimya İnsitutunu “energetik” ixitası üzrə “fərqlənmə diplomu” ilə bitirmişdir. Əmək fəaliyyətində əldə etdiyi nailiyyətlərə görə elektik montyoru vəzifəsindən Energetika şöbəsinin rəisi - baş enrgetik vəzifəsinə kimi yüksəlmişdir. Lakin, işdə energetik vəzifəsində saxlanılan şəxslərin heç birinin “energetik” ixtisası üzrə təhsili olmamışdır. Ştatların ixtisarı həyata keçirilərkən energetik vəzifələri üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin işdə saxlanılması proseduru qanunvericiliyin tələbinə uyğun həyata keçirilməmişdir. Beləliklə də bütün bu qeyd olunanlar göstərir ki, əslində ştat ixtisarı formal olaraq həyata keçirilmiş, ixtisarda əsas məqsəd cavabdeh müəssisədə sonradan əmək fəaliyyətinə başlayan və müəssisədə cəmi 5 il stajı olan Vüqar Hacıyevi şöbə müdiri vəzifəsinə keçirməkdən ibarət olmuşdur. Lakin, bu hallar da məhkəmə tərəfindən nəzərə alınmayaraq qanunsuz qətnamə çıxarılmışdır. Məlumdur ki, ixtisaslılıq işçinin müəyyən mürəkkəblik səviyyəsinə malik əmək funksiyasını yerinə yetirməsinə imkan verən hazırlıq səviyyəsidir, yəni işçinin zəruri nəzəri biliklərə və praktik təcrübəyə malik olmasıdır. Göründüyü kimi həm təcrübi, həm də nəzəri bilikləri baxımından iddiaçının peşəkarlıq səviyyəsi digər işçilərdən yüksək olmuşdur. AR Əmək Məcəlləsinin 185-ci maddəsinə əsasən əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirən işçilər işəgötürən tərəfindən mükafatlandırılır. "xxxx" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Köçərli Həsənovun xx.xx.2023-ci il tarixli 439 nömrli əmri ilə “su təsərrüfatının inkişafında səmərəli fəaliyyətinə görə” İddiaçı Fəxri Fərman verilmişdir. Nəticə etibarı ilə hazırkı mübahisə üzrə işçinin peşəkarlıq səviyyəsi nəzərə alınmamışdır. AR Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 232 nömrəli Qərarı ilə təsdiq edilmiş “İri Şəhərlərin X10 Xidməti” PHŞ-nin Nizamnaməsinin 4.3-cü bəndinə əsasən, xidmətin struktur bölmələrinin rəhbərləri, habelə onun idarə, filial və nümayəndəliklərinin, tabeliyindəki digər qurumların rəhbərləri, onların müavinləri, baş mühəndisləri, baş mühasibləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri ilə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad olunurlar. Lakin, hazırkı mübahisə üzrə İddiaçı energetika şöbəsinin rəis müavini olmasına baxmayaraq, onunla bağlanmış əmək müqaviləsi ləğv edilərkən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri ilə heç bir razılaşdırma aparılmamış, idarə heyəti sədrinin razılığı olmadan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Yasamal Rayon Məhkəməsi isə e-2(004)- 696/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsində bu hala ümumiyyətlə münasibət bildirməmiş, nəticədə qanunsuz qərar qəbul etmişdir. Azərbaycan Su Təsərrüfatı X1 Respublika Komitəsinin sədri Akif Məmmədov tərəfindən “İri Şəhərlərin X10 Xidməti” PHŞ-nin İdarə heyətinin sədri Köçərli Həsənova ünvanlanmış xx.xx.2024-cü il tarixli 71 nömrəli “əmək müqaviləsinə xitam verilməsi haqqında” cavab məktubunda göstərilmişdir ki, siyahıda adları göstərilmiş şəxslərlə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə həmkarlar ittifaqı komitəsinin heç bir etirazı yoxdur. AR Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsində qeyd edilir ki, həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. X6 Respublika Komitəsi qərar qəbul etmək əvəzinə işəgötürənə məktub ünvanlamışdır. Məktubda heç bir iclas protokoluna və ya qərara istinad yoxdur. Yasamal Rayon Məhkəməsi isə Qətnamədə qeyd etmişdir ki, mübahisə üzrə Həmkarlar ittifaqının məktubunu məhkəmə qərar kimi nəzərə alır. Yəni, məktubun giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrinin adlandırılmaması onun qərar olmaması anlamına və ya əksi isə qərar olması anlamına gəlmir. Sözügedən məktub aydın və anlaşılan olmaqla mahiyyəti üzrə qərar əhəmiyyətindədir. xx.xx.2024-cü il tarixdə iddiaçıya tutduğu vəzifə - Energetika şöbəsinin rəis müavini vəzifəsi üzrə ştat vahidinin ixtisara düşəcəyi və 9 təqvim həftəsindən sonra işdən azad ediləcəyi barədə xəbərdarlıq edilmişdir. 9 həftə isə 09 avqust 2024-cü il tarixdə tamam olmuş, lakin, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməmişdir. Xəbərdarlıq müddəti bitməsindən 2 aydan artıq vaxtın keçməsindən sonra (yəni xəbərdarlıq bildirişinin verilməsindən 4 ay sonra) xx.xx.2024-cü il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, xəbərarlıq müddəti ilə işdənçıxarma əmri arasında bu qədər uzun müddət fərqinin olması özlüyündə ştat ixtisarının qanunsuzluğundan və hüquqazidd şəkildə həyata keçirilməsindən xəbər verir. Həmçinin, bildirmək istəyirik ki, 9 təqvim həftəsi bitdikdən sonra ştat ixtisarı əmrinin verilməməsi özlüyündə ştat ixtisarı prosesinin həyata keçirilmədiyini və öz əhəmiyyətini itirdiyini sübuta yetirir. Bu səbəbdən də yenidən ştat ixtisarı ilə bağlı tədbirlər keçirilməli olduğu halda bu tədbirlər yenidən həyata keçirilməmişdir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Lakin, məhkəmədə konkret olaraq əmək müqaviləsinə xitam əmri və xitam əmrinin verilməsi üçün əsas olmuş sənədlər araşdırılmamış, məhkəmə heç bir sübuta əsaslanmadan iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul etmişdir. Eləcə də məhkəmə işin faktiki hallarına hüquqi qiymət verməmiş, qeyd edilən sənədləri cavabdehdən tələb etməmiş, iş üçün mühüm əhəmiyyət kəsb edən yuxarıda göstərilən hallar araşdırılmamış və sübuta yetirilməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, iddiaçının işdən çıxarılma barədə əmrinin əmək məcəlləsinin tələblərinin pozulması ilə qəbul edildiyini, belə ki, ilk növbədə iddiaçıya əmək məcəlləsinin 71-ci maddəsinin tələblərinə uyğun olaraq işdən çıxarılarkən yeni işin təklif olunmadığını, sonradan bu barədə formal bir akt tərtib edildiyini,həmin akt əvvəldən mövcud olsa idi əmrin verilməsinə əsas kimi əmrə əlavə edilməli olduğunu, birinci instansiya məhkəməsinin isə əsassız olaraq həmin aktı mötəbər sübuta kimi qiymətləndirdiyini, digər tərəfdən iddiaçının kifayət qədər öz ixtisasında peşəkar olmasına və cavabdeh tərəfindən də bunun təsdiq edilməsinə bamxayaraq ləğv olunmuş ştatın yerinə yeni şöbə yaradıldığını, həmin şöbəyə isə iddiaçıdan kifayət qədər təcrübəsi və iş stajı aşağı olan şəxslərin qəbul edildiyini, digər tərəfdən iddiaçının işdən çıxarılma barədə əmrinin əsaslandırılmadığını, Əmək Məcəlləsinin tələblərinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçi işdən azad edilərkən Həmkarlar ittifaqının yazılı şəkildə əsaslandırımış qərarının olmalı olduğunu, lakin cavabdeh tərəfindən məcəllənin bu tələbinin də pozulduğunu, belə ki, Həmkarlar İttifaqı tərəfindən formal bir məktub tərtib edildiyini və həmin məktubda protokola da istinad edilmədiyini, həmçinin həmkarların məktubuna əlavə edilən siyahıda iddiaçının adının qeyd edilmədiyini,digər tərəfdən iddiaçının cavabdeh təşkilatda müdir müavini işlədiyini və müdir müavini ştatı ixtisar olunarkən Nazirlər Kabinetinin 24 aprel 2024-cü il tarixli 323 nömrəli qərarı ilə təsdiq edilmiş İri şəhərlərin X12in Nizamnaməsinə əsasən müdir müavini işdən azad edilərkən agentliyin sədri ilə razılaşdırılmalı olduğunu, lakin cavabdeh tərəfindən bu tələbə də əməl edilmədiyini qeyd etmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin əsaslı olduğundan təmin edilməsini xahiş etmişdir.
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsinin dedikləri ilə razı olduğunu qeyd etmiş, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməsini xahiş etmişdir.
7. Məlumatlandırlması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 9.Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən: 71.1.İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 77.1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi;bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi;on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 77.2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.77.3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin "xxxx" və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. 78.1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. 78.2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir:şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara;həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.79.1. İşəgötürən tərəfindən:hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin;əmək qabiliyyətini müvəqqəti itirən işçilərin;işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə;öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.79.2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir.79.3. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir. 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 80.3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. 83.1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.83.2. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir83.3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.83.4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir.84.1. Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı;əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı;əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 300.1 Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 300.2. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 48. Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. 11.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə qeyd edilən maddi və prosessual hüquq normalarına müvafiq tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-390-cı maddələrinə istinadən hesab edir ki,qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qəbul edilmişdir. İlk öncə diqqətə çatdırılmalıdır ki, “İri Şəhərlərin X10 Xidməti” X12 xx.xx.2024-cü il tarixli 927-K saylı əmrində əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilməsi qeyd edilsə də, əsas kimi “İri Şəhərlərin X10 Xidməti” X12 təsdiq edilmiş strukturu, ştat cədvəli və Azərbaycan Su Təsərrüfatı X4 Respublika Komitəsinin xx.xx.2024-cü il tarixli, 71 nömrəli məktubu qeyd edilmişdir .Diqqətə çatdırılmalıdır ki, birinci instansiya məhkəməsi ştatların ixtisarı barədə ümumi əmrə deyil xx.xx.2024-cü il tarixli “ İri Şəhərlərin X10 Xidməti” X12in fəaliyyətinin təşkili ilə bağlı bəzi tədbirlər” haqqında əmrə istinad etmişdir . Ştatların ixtisarı barədə ümumi əmr iş materiallarında aşkar edilməmiş, sübutların mümkünlüyü baxımından prosessual zaman həddində apellyasiya icraatı zamanı yeni sübutların qəbulu mümkün olmamışdır.Həmçinin həmkarlar ittifaqının razılıq məktubuna əlavə edilən siyahıda iddiaçının adı qeyd edilməmişdir. İddiaçının yeni şöbə yaradılarkən əmək məcəlləsi ilə müəyyən edilən üstünlük hüququ və iş təcrübəsi nəzərə alınmamışdır. Digər tərəfdən kollegiya hesab edir ki, həmkarlar ittifaqının müvafiq qərarı formal xarakter daşıyır. Belə ki, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilməsinə etiraz edilməməsi barədə “İri şəhərlərin X10 xidməti” X12 müraciəti üzrə Həmkarlar ittifaqı komitəsinin xx.xx.2024-cü il tarixli məktubu təqdim edilsə də, həmkarların müvafiq sənədləri təqdim edilməmişdir. Qərar qəbul edilərkən müvafiq protokola istinad edilməmiş , qərarın kimin iştirakı ilə qəbul edilməsi və s hallar öz təsdiqi tapmamışdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalanan hüquq normalarının tələblərinə istinadən hesab edir ki, apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməli, cavabdeh “İri Şəhərlərin X10 Xidməti” PHŞ-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2024- cü il tarixli 927-K nömrəli əmri ləğv edilməli, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməli,məcburi işburaxma müddəti üçün ona əmək haqqının ödənilməsi təmin edilməlidir. Nəzərə alınmalıdır ki, yeni ştat strukturunun yaradılması ştatların ixtisarı anlamını vermir. Ona görə, yeni ştat cədvəli üzrə iddiaçının əvvəlki vəzifəsinə müvafiq ştatın mövcud olmaması bu qərarın icra edilməməsinə əsas ola bilməz və belə olan halda işçi ilə razılaşdırılmış identik vəzifə ilə təmin edilməlidir.
12. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-696/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh “İri Şəhərlərin X10 Xidməti” X8rşı “əmrin ləğv edilməsi,işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh “İri Şəhərlərin X10 Xidməti” PHŞ-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2024- cü il tarixli 927-K nömrəli əmri ləğv edilsin, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilsin,məcburi işburaxma müddəti üçün ona əmək haqqının ödənilməsi təmin edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydadada kassasiya şikayəti verilə bilər.