Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-230/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Mayılov Ülvi Arif oğlu və Ağayev Valeh Məmməd oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması” tələbinə dair iddiası üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qəbul etdiyi 2(004)-408/2018 saylı xx.xx.2018-ci il tarixli qətnamədən Cavabdeh1 və İddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə məhkəmədə baxılan dövrdə iddiaçının nümayəndəsi iddiaçı tələbinin həcminin artırılması barədə ərizə verərək, Cavabdeh1 xx xxxx 2015-ci il tarixli 100.LN.2105.050615.00001 saylı Kredit Müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə İddiaçı-yə olan 130196.31 ABŞ dolları əsas, 42666.04 ABŞ dolları faiz, 13786.66 ABŞ dolları artırılmış faiz (cərimə), kredit üzrə 1% komissiya 1301.96 ABŞ dolları olmaqla, cəmi 187950.97 ABŞ dolları və 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 məxsus Salyan şəhəri, M.F.Axundov küçəsində xüsusi mülkiyyətdə olan 0,0181 ha torpaq sahəsinin üzərində yerləşən 7 saylı evə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, tutmanın Cavabdeh1 məxsus Salyan şəhəri, Ə.Hüseynzadə küçəsi, 0.03 ha torpaq sahəsinin üzərində yerləşən 70 saylı fərdi yaşayış evinə və Cavabdeh1 məxsus Bakışəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 17/51 saylı evin 110 saylı mənzilə yönəldilməsi, əmlakların açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun ümumi qaydada tutulması, ipoteka qoyulmuş Cavabdeh2 məxsus yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda Cavabdeh2 və Cavabdeh3 tutduğu yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi, evin boşaldılması, evə istifadə hüququnun itirilməsi, ipoteka qoyulmuş Cavabdeh1 məxsus yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda Cavabdeh1 tutduğu yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi, evin boşaldılması, evə istifadə hüququnun itirilməsi, ipoteka qoyulmuş Cavabdeh1 məxsus mənzilə tutma yönəldildikdə və o satıldıqda Cavabdeh1 tutduğu yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi, mənzilin boşaldılması, mənzilə istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-408/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 xx xxxx 2015-ci il tarixli 100.LN.2105.050615.00001 saylı Kredit Müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə İddiaçı-yə olan 114640 ABŞ dolları 21 sent əsas, 42666 ABŞ dolları 04 sent faiz, 200 ABŞ dolları cərimə, kredit üzrə 1% komissiya 1301 ABŞ dolları 96 sent olmaqla, cəmi 158808 ABŞ dolları 21 sent məbləğində pul vəsaiti (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) tutularaq İddiaçı-yə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 Salyan şəhəri, M.F.Axundov küçəsində xüsusi mülkiyyətdə olan 0,0181 ha torpaq sahəsinin üzərində yerləşən 7 saylı evə yönəldilməsi və evin açıq hərracda satılması, evin açıq hərracdan satışından əldə olunan pul vəsaiti hesabına Cavabdeh1 İddiaçı-yə borcunun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin Cavabdeh2 verilməsi, ipoteka predmetinin ilkin satış məbləğinin 55000 manat müəyyən edilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan Salyan şəhəri, Ə.Hüseynzadə küçəsi, 0.03 ha torpaq sahəsinin üzərində yerləşən 70 saylı fərdi yaşayış evinə yönəldilməsi və evin açıq hərracda satılması, evin açıq hərracdan satışından əldə olunan pul vəsaiti hesabına Cavabdeh1 İddiaçı-yə borcunun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin Cavabdeh1 verilməsi, ipoteka predmetinin ilkin satış məbləğinin 125000 (bir yüz iyirmi beş min) manat müəyyən edilməsi, həmçinin tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 17/51 saylı evin 110 saylı mənzilinə yönəldilməsi və mənzilin açıq hərracda satılması, mənzilin açıq hərracdan satışından əldə olunan pul vəsaiti hesabına Cavabdeh1 İddiaçı-yə borcunun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin Cavabdeh1 verilməsi, ipoteka predmetinin ilkin satış məbləğinin 75000 (yetmiş beş min) manat müəyyən edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin qismən, təmin olunmuş faiz və cərimə hissəsində ləğv edilməsi, bu hissədə iddia tələbinin təmin edilməməsi və onun İddiaçı-yə qalan əsas borcunun odəniş qrafiki üzrə ödəməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hal- hazırda banka olan borcunu ödəməkdə çətinlik çəkir. Həmçinin bank tərəfindən hesablanmış əsas və faiz borcu çox şişirdilmişdir. Ödəniş qrafikinə əsasən borcun maksimal miqdarı 31917,66 ABŞ dolları təşkil edir. İddiaçı iddia tələbində isə faiz borcunu şişirdərək 42666,04 ABŞ dolları tələb edir. Ekspert rəyindən görünür ki, Cavabdeh1 tərəfindən 61609,37 ABŞ dolları məbləğində pul ödənilmişdir ki, bunun da 26249,58 ABŞ dolları faiz borcu olmuşdur. Belə olduğu təqdirdə birinci instansiya məhkəməsi tərəfindən ən pis halda iddiaçının iddia tələbində göstərdiyi 42666,04 ABŞ dolları faiz borcundan 26249,58 ABŞ dolları çıxılmalı və yerdə qalan faiz məbləği Cavabdeh1 tutularaq iddiaçıya ödənilməli hissədə birinci instansiya məhkəməsi tərəfindən heç bir araşdırma aparılmamışdır. Düzgün hesablanma aparılmadığı üçün faiz və cərimə hissəsində tələbin təmin edilməsi qanunsuzdur. Eyni zamanda qətnamədən narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən xx.xx.2018-ci il tarixli düzgün olmayan ekspert rəyinə istinad etmişdir. Halbuki, cavabdehin banka olan əsas borcu 114460.21 ABŞ dolları məbləğindədir. Ekspert rəyində cavabdehə hesablanmış faiz borcunun məbləği bank tərəfindən tələb olunan faiz borcundan yüksəkdir. Məhkəmə əsas borcun məbləğinin azaldılmasında haqlı olmamışdır. Hər iki apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması son olaraq xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasında bu barədə məlumatlandırılmış cavabdehlər iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. İşdə iştirak edən iddiaçının nümayəndəsi hazırki işə cavabdehlərin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nn 376.2-ci maddəsinin tələbləri baxımından hazırki işə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün saymışdır. Apellyasiya baxışı zamanı İddiaçı-nin nümayəndəsi X2 öz apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdi, ekspert rəyinin qəbul edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, hər iki apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissələrdə dəyişdirilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki işdə apellyasiya şikayəti həm iddiaçı, həm də Cavabdeh1 tərəfindən verildiyi üçün məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı iddiaçının iddiasının təmin olunmayan və iddianın Cavabdeh1 qarşı təmin olunmuş faiz və cərimə borcunun tutulması hissələrində yoxlanılır. Belə ki, qətnamə digər hissələrdə mübahisələndirilməmişdir. İş üzrə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunur ki, xx xxxx 2015-ci il tarixli 100.LN.2105.050615.00001 saylı Kredit Müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh1 illik 20 faizlə 36 ay müddətinə 150000 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı ilə Cavabdeh2 və Cavabdeh1 ilə ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqavilələrinə əsasən Cavabdeh2 məxsus Salyan şəhəri, M.F.Axundov küçəsində xüsusi mülkiyyətdə olan 0,0181 ha torpaq sahəsinin üzərində yerləşən 7 saylı ev, Cavabdeh1 məxsus Salyan şəhəri, Ə.Hüseynzadə küçəsi, 0,03 ha torpaq sahəsinin üzərində yerləşən 70 saylı fərdi yaşayış evi və Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 17/51 saylı evin 110 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bundan sonra tərəflər arasında xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əlavə bağlanmış və həmin əlavəyə əsasən 12500,01 ABŞ dolları məbləğində kredit restrukturizasiya olunmuş, 6717,36 ABŞ dolları məbləğində kapitallaşdırılmış faizlər kreditin qalıq məbləğinə əlavə olunmuş və kreditin ümumi məbləği 135884,01 ABŞ dolları təşkil etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən Cavabdeh1 müqavilə müddətinin bitmə tarixinə banka olan borcu əsas borc üzrə 130196,31 ABŞ dolları, faiz borcu üzrə 42666,04 ABŞ dolları, artırılmış faiz borcu (cərimə) üzrə isə 13786,66 ABŞ dolları, kredit üzrə 1% komissiya 1301,96 ABŞ dolları olmaqla, cəmi 187950,97 ABŞ dolları təşkil edir. Həmin borcun ödənilməsi borclu tərəfindən təmin edilmədiyi üçün Bank hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası qismən təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsini işin müəyyən edilmiş hallarına tətbiq etməklə borclunun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş və belə qənaətə gəlmişdir ki, borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin müqavilədən yaranan əsas və faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinəəsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırki iş üzrə hər iki apelyant tərəfindən birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş ekspertizanın nəticəsi olaraq verilmiş ekspert rəyinə əsasən hesablanmış borc məbləği mübahisələndirildiyi üçün apellyasiya baxışı zamanı Banka qalmış borc məbləğinin dəqiq müəyyən edilməsi üçün mühasibatlıq ekspertizası keçirilmişdir. Həmçinin məhkəmə kollegiyası mühasibatlıq ekspertizasının keçirilməsini təyin edərkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən təyin edilmiş ekspertiza zamanı tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əlavə nəzərə alınmamışdır. Belə ki, həmin əlavəyə əsasən 12500,01 ABŞ dolları məbləğində kredit restrukturizasiya olunmuş, 6717,36 ABŞ dolları məbləğində kapitallaşdırılmış faizlər kreditin qalıq məbləğinə əlavə olunmuş və kreditin ümumi məbləği 135884,01 ABŞ dolları təşkil etmişdir. Buna görə də iş üzrə təyin edilmiş ekspertiza ilə bağlı ekspert qarşısında tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi və ona xx.xx.2016-cı il tarixdə bağlanmış 1 saylı Əlavə razılığa əsasən Cavabdeh1 tərəfindən müqavilə müddətinin sonuna, yəni xx.xx.2018-ci il tarixə iş materiallarının 142-ci səhifəsində olan maliyyə arayışı və müqaviləyə əlavə olunan ödəniş qrafikindəki məlumatlar da nəzərə alınmaqla Banka nə qədər vəsait qaytarıldığı, onun əsas və faiz borcuna silinməsinin müqavilə şərtlərinə uyğun həyata keçirilib-keçirilməməsi və xx.xx.2018-ci il tarixə Cavabdeh1 Banka ödənilməmiş qalan əsas və faiz borcunun nə qədər təşkil etməsi ilə bağlı suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 29833 nömrəli ekspert rəyinə əsasən xx xxxx 2015-ci il tarixli 100.LN.2105.050615.00001 saylı Kredit Müqaviləsi xx.xx.2016-cı il tarixli 1 saylı Əlavə Razılıq üzrə Cavabdeh1 xx xxxx 2018-ci il tarixədək banka olan borcu 167.144,99 ABŞ dolları məbəğində müəyyən olunur, o cümlədən, əsas borc üzrə - 132.964,64 ABŞ dolları və faiz borcu üzrə 34.180,35 ABŞ dolları. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, sonuncu ekspert rəyi nəzərə alınmaqla, xx xxxx 2015-ci il tarixli, 100.LN.2105.050615.00001 saylı Kredit Müqaviləsi üzrə İddiaçı-nin əsas borc üzrə tələbi 130196.31 ABŞ dolları olduğundan və işə mülki prosessual qanunvericiliyin tələbinə görə iddia tələbi həddində baxıldığına görə əsas borcun məbləği 130196,31 ABŞ dolları məbləğində, faiz borcunun məbləği isə 34.180,35 ABŞ dolları məbləğində müəyyən olunmalı, buna görə də birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən əsas və faiz borcunun tutulması hissələrində dəyişdirilməlidir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi “cərimə məbləğinin tutulması” ilə bağlı dəlilinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının tələb etdiyi 13786,66 ABŞ dolları məbləğində cərimənin azaldılaraq 200 ABŞ dolları məbləğində müəyyən edilməsi Mülki Məcəllənin 467-ci maddəsinə əsasən tənasübsüz surətdə yüksək dəbbə pulunun azaldılması prizmasından yanaşılmaqla, kreditorun əmlak mənafelərinə uyğun, ağlabatan məbləğdə olmuşdur. Odur ki, Kollegiya hesab edir ki, cavabdehdən 200 ABŞ dolları məbləğində cərimənin tutulması hissəsində qətnamə dəyişdirilmədən saxlanılmalıdır. AR MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, hazırki iş üzrə verilmiş hər iki apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən- cavabdehdən əsas və faiz borcunun tutulması hissələrində dəyişdirilməli, cərimənin tutulması hissəsində dəyişdirilmədən saxlanılmalı, hər iki apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumlarının məbləğləri apelyantlara aid edilməli, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 50 manatı iddiaçıya, 50 manatı isə Cavabdeh1 aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-408/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən- iddianın Cavabdeh1 qarşı təmin olunmuş 114640,21 ABŞ dolları əsas borc və 42666,04 ABŞ dolları faiz borcunun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh1 İddiaçı-nin xeyrinə tutulmalı olan əsas borcun məbləği 130196.31 ABŞ dolları, faiz borcunun məbləği 34180,35 ABŞ dolları miqdarında müəyyən edilsin və həmin pul vəsaitləri ödəniş günü ABŞ dollarının manata olan məzənnəsi ilə həyata keçirilsin. Qətnamə “cavabdehdən 200 ABŞ dolları məbləğində cərimənin tutulması” hissəsində dəyişdirilmədən saxlanılsın. İddiaçı-dən 50 manat, Cavabdeh1 50 manat ekspert xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hər iki apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumlarının məbləğləri apelyantlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Ülvi Mayılov Valeh Ağayev
Məhkəmə qərarları › İş №2(103)-230/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-230/2020
05.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver