Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2300/2023 25.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MTK cəlb edilməklə) «mənzildən çıxarılma və həmin mənzilə köçürülmə» tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma və həmin mənzilə köçürülmə tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil5, Cavabdeh, Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" MTK) «mənzildən çıxarılma və həmin mənzilə köçürülmə» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1389/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. "xxxx" MTK ilə İddiaçı aralarında bağlanılmış 23 dekabr 2013-cü il tarixli müqavilədən görünür ki, MTK tərəfindən ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1- ci blok (giriş), 7-ci mərtəbəsində, ümumi sahəsi 140.1 kv.m olan 3 otaqlı mənzili hər 1 kv.m üçün 750 (yeddi yüz əlli) manat, cəmi 105.075 manat pulun 6 ay müddətinə ödəməyi, MTK isə həmin mənzili tikib payçıya təhvil verməyi öhdəsinə götürmüşdür.
2. "xxxx" MTK-nın 237 nömrəli Kassa mədaxil qəbzindən görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdə həmin tarixli müqaviləyə uyğun olaraq 105.075 (bir yüz beş min yetmiş beş) manat pulu "xxxx" MTK-nın kassasına ödəmişdir.
3. 13 yanvar 2014-cü il tarixdə Cavabdeh ilə (payçı) X11 şəxsində Mars-A MTK arasında mənzil alqı-satqısına dair bağlanmış müqavilənin məzmununu əks etdirən 1.1.-ci maddəyə əsasən. "Payçı” Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında inşa edilən çoxmərtəbəli binanın tikintisi "Podratçıya” həvalə edirilir. Müqavilənin 1.2.-ci maddəsinə görə, "Podratçı tikinti - quraşdırma işlərini layihə sənədlərinə uyğun qüsursuz və Dövlət tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına və qəbul olunmuş standartlara uyğun verinə yetirir. Müqavilənin 3.1- ci maddəsində qeyd edilir ki, "Payçı” ona düşən 1 -ci blok 8-ci mərtəbə 3 (üç) otaqlı, tam sahəsi 140,3 kv.m olan mənzilin hər 1 kv.m üçün 750 (yeddi yüz əlli) manat, cəmi 105.225 manat məbləğində pulu podratçıya ödəməyi öhdəsinə götürür.
4. Mars-A MTK-nin X10 13 yanvar 2014-cü il tarixli qəbzindən görünür ki, Cavabdeh mənzil üçün 105225 (yüz beş min iki yüz iyirmi beş) manat ödənilmişdir.
5. MARS A MTK, Məmmədov Mir-Əvəz Rafiz oğlu və Muğanbank ASC tərəfindən bağlanmış 19 mart 2021-ci il tarixli Müqavilənin ləğvinə dair Sazişdən müəyyən olunur ki, xx.xx.2017-ci il tarixdə təsdiq edilmiş daşınmaz əmlakın alğı-satqısı və ipoteka müqaviləsinə əsasən Mars-A MTK Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, A.Abbaszadə küçəsi ünvanında yerləşən ümumi sahəsi 140.3 kv.m yaşayış sahəsi 83.15 kvm olan 3 otaqlı 17 saylı evin 16 nömrəli mənzilini Məmmədov Mir-Əvəz Rafiz oğluna 119255 manata satmışdır.Tərəflərin ümüumi razılığına əsasən Məmmədov Mir-Əvəz Rafiz oğlu 119255 manat pul məbləğini notariusun depozit hesabı vasitəsilə geri aldıqdan sonra qeyd olunan daşınmaz əmlakın alğı-satqı və ipoteka müqaviləsinə xitam verildi.
6. "xxxx" MTK-in nümayəndəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanan xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, ünvan 4 ünvanında olan 1-ci girişdə, yaşayışın 6-cı mərtəbəsində olan 140.3 kv.m ümumi sahədən ibarət 3 otaqlı 16 saylı mənzilə görə Mars- MTK-nın adına qabaqcadan qeydiyyat arayışını verilməsi xahiş olunmuşdur.
7. Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışından görünür ki, Bakı şəhəri, ünvan 5 ünvanı Mars-A MTK-nin mülkiyyət hüququ qeydə alınmışdır.
8. 16 may 2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı Mars-A MTK ünvan 4 ,16 saylı, 140.3 kv.m sahəsi olan 3 otaqlı mənzili İddiaçı 105 000 manat qiymətinə satmışdır.
9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, "xxxx" MTK tərəfindən Bakı şəhəri, X4 küçəsi, ev 17 ünvanında inşa edilmiş yüksəkmərtəbəli yaşayış binasının 6,7,8,9,10-cu mərtəbələrində yerləşən (təqribən 140, 140,1 və ya 140.3 kv.m olan 3 otaqlı) mənzillərin qeydiyyata alınmasına əsas olmuş sənədlərin, həmin ünvanda yerləşən ümumi sahəsi 140.3 kv.m olan mənzilin İddiaçı adına qabaqcadan qeydiyyata alınmasına əsas olan sənədərin surətinin, o cümlədən İddiaçı ilə imzalanmış müqavilədə 7-ci mərtəbə qeyd edilsədə, hansı səbəbdən İddiaçı binanın 6-cı mərtəbəsindən yerləşən mənzilinə dair hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, "xxxx" MTK-nın adına Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ev 17, 16 saylı, **********16-05301-093010 reyestr nömrəli, 6-cı mərtəbədə yerləşən mənzilə dair xx.xx.2021-ci il tarixli hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verildiyi, sözügedən əmlak Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-517 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına özgəninkiləşdirildiyi üçün onun adına 6-cı mərtəbədə yerləşən mənzilə dair arayış verilmişdir.
10. «Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış»ından görünür ki, Bakı şəhəri, ünvan 5 ünvanı İddiaçı adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.
11. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3867/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, birici iş üzrə Cavabdeh MARS A MTK-ya qarşı əmlak tələbi barədə iddia ərizəsi ilə müraciət edərək ünvan 1 ünvanında yeləşən yaşayış binasının 1-ci giriş 8-ci mərtəbəsində yaşayış sahəsi 140.3 kv.m olan 3 otaqlı mənzilin iddiaçıya təhvil verilməsi və mülkiyyət hüququna yaradılmış məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail ryon məhkəməsinin 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. İkinci iş üzrə iddiaçı MARS-A MTK Cavabdeh qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddiası Xətai rayon məhkəməsinin 01 aprel 2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(009)-1694/2021 saylı qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs (üçüncü şəxs) X12 tərəfindən verilmiş apellyasiya şikayəti, həmçinin Xətai Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(011)-1545/2022 saylı qətnaməsindən iddiaçı Mars-A MTK tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin olunmaması, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli 2(009)- 1694/2021 saylı və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli 2 (011)-1545/2022 saylı qətnamələrinin apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanması qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma və həmin mənzilə köçürülmə» tələbinə dair mmm iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus ünvan 9 ünvanında inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 1 (birinci) blok (giriş), yaşayışın 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.m olan 3 otağlı, 16 saylı mənzildən çıxarılması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, "xxxx" MTK ilə aralarında bağlanılmış 23 dekabr 2013-cü il tarixli müqaviləyə uyğun olaraq MTK tərəfindən ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1- ci blok (giriş), 7-ci mərtəbəsində, ümumi sahəsi 140.1 kv.m olan 3 otaqlı mənzili hər 1 kv.m üçün 750 (yeddi yüz əlli) manat, cəmi 105075 manat pulun 6 ay müddətinə ödəməyi, MTK isə həmin mənzili tikib payçıya təhvil verməyi öhdəsinə götürmüşdür. O, həmin mənzilin pulunu xx.xx.2013-cü il tarixdə tam şəkildə “MARS-A" MTK-nın kassasına ödəmiş və bununla bağlı MTK-dan ona verilmiş 237 nömrəli Kassa mədaxil qəbzindən də görünür ki, o xx.xx.2013-cü il tarixdə həmin tarixli müqaviləyə uyğun olaraq 105075 (Bir yüz beş min yetmiş beş) manat pulu "xxxx" MTK-nın kassasına ödəmişdir. Bundan əlavə, "xxxx" MTK tərəfindən ona verilmiş Maliyyə arayışında göstərilmişdir ki, ünvan 10 ünvanda yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-sına məxsusdur. Bu binanın 7 mərtəbə, 3 otaqlı mənzildə yerləşən yaşayış sahəsi 140.1 kv.m olan mənzili dəyəri payçı İddiaçı tərəfindən ödənilmişdir. MTK-ya borcu yoxdur."xxxx" MTK tərəfindən ona verilmiş 28 mart 2022-ci il tarixli 1/28/22-9 saylı məktubda göstərilmişdir ki, "xxxx" MTK tərəfindən ünvan 9 ünvanında inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 1 (birinci) blok (giriş), yaşayışın 6-cı mərtəbəsində yerləşən 3 otağlı və ümumi sahəsi 140,3 kv.m olan mənzil 23 dekabr 2013-cü il tarixində İddiaçı (AZE ********) adına rəsmiləşdirilmişdir. Hal hazırda həmin mənzil İddiaçı məxsusdur, onun adındadır və digər şəxsə satılmamışdır. Bununla yanaşı, “Hüquqların Qabaqcadan Qeydiyyatı Barədə” Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş arayışdan görünür ki, Bakı şəhəri, ünvan 11 ünvanda yerləşən yaşayış sahəsi 83,15, yardımı sahəsi 57,15- ümumi sahəsi 140,3 kv.m olan 3 otaqlı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına (tam payçı kimi) Daşınmaz əmlakın dövlət reyestrində 2706 nömrəli reyestr kitabının 252194 nömrəli vərəqində qabaqcadan qeydiyyata alınmışdır. Cavabdeh ona məxsus ünvan 9 ünvanında inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 1 (birinci) blok (giriş), yaşayışın 6-cı mərtəbəsində yerləşən 3 otağlı və ümumi sahəsi 140,3 kv.m olan 16 saylı mənzildə qanunsuz təmir işləri aparması və orada yaşaması onun mülkiyyətçi kimi hüquqları pozur. Cavabdehin ona məxsus olan mənzildə təmir işləri aparması və orada yaşaması həmin əmlakın qanuni sahibi (bir mülkiyyətçi) kimi onun həmin mənzil üzərində dövlət tərəfindən tanınan və qorunan hüquqlarını kobud şəkildə pozur. Qeyd edilənlərə əsasən o yuxarıda qeyd olunan mənzilə görə pay haqqın tam olaraq ödəyib qurtardığından və həmin mənzil xüsusi mülkiyyət hüququ ilə onun adına (tam payçı kimi) Daşınmaz əmlakın dövlət reyestrində 2706 nömrəli reyestr kitabının 252194 nömrəli vərəqində qabaqcadan qeydiyyata alındığından həmin mənzil onun mülkiyyəti kimi qiymətləndirilməlidir. Bir daha qeyd etmək istəyir ki, ona məxsus ünvan 9 ünvanında inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 1 (birinci) blok (giriş), yaşayışın 6-cı mərtəbəsində yerləşən 3 otağlı və ümumi sahəsi 140,3 kv.m olan 16 saylı mənzildə Cavabdeh qanunsuz təmir işləri aparması və orada yaşaması onun mülkiyyətçi kimi hüquqlarını pozur. Cavabdehin ona məxsus olan mənzildə təmir işləri aparması və orada yaşaması bir mülkiyyətçi kimi onun həmin mənzil üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını pozur.
14. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1389/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh ünvan 9 ünvanında ("xxxx" MTK tərəfindən) inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 1 (birinci) blok (giriş), yaşayışın 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.m olan 3 otaqlı, 16 saylı mənzildən çıxarılması, İddiaçı ünvan 9 ünvanında ("xxxx" MTK tərəfindən) inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 1 (birinci) blok (giriş), yaşayışın 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.m olan 3 otaqlı, 16 saylı mənzilə köçürülməsi qət edilmişdir.
15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, MTK tərəfindən tərəflərlə müqavilə bağlanarkən 1-ci mərtəbənin 2 səviyyəsi nəzərə alınsa da, sonradan 2 mərtəbə kimi qiymətləndirilərək liftin də bu qaydada quraşdırılması yanlışlığa yol açmışdır. Belə ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 X2 qeyd edilən rəyində də göstərildiyi kimi binanın 1-ci mərtəbəsi 1 mərtəbə 2 səviyyəli qeyri-yaşayış sahəsi olmaqla, səviyyələrin hərəsi 1 mərtəbə kimi qiymətləndirilməli demək deyildir. Məzmunundan da görünür ki, 1 mərtəbə 2 mərtəbə kimi deyil, 2 səviyyə kimi, başqa sözlə 2 səviyyədən ibarət qeyri-yaşayış sahəsi 1 mərtəbə kimi göstərilmişdir. İstər liftlə, istərsə də pilləkənlə qalxdıqda binanın ilk 1 mərtəbəsi 2 səviyyəli olmaqla 1-ci mərtəbədir. Başqa sözlə hər səviyyə ayrıca 1 mərtəbə demək deyildir. İşin materiallarından görünür ki, binanın sakinləri də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq qurumuna sənədləşdirmə üçün müraciət edərkən hərəsi öz mənzilinin mərtəbəsini binanın yaşayışından hesablamaqla göstərmişlər. "xxxx" MTK-nın nümayəndəsi tərəfindən binanın məhz yaşayışının 6-cı mərtəbəsində yerləşən 16 saylı mənzilə dair arayış verilməsi barədə müraciəti əsasında MTK-nın adına Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ev 17, 16 saylı, **********16-05301-093010 reyestr nömrəli, 6-cı mərtəbədə yerləşən mənzilə dair xx.xx.2021-ci il tarixli hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verildiyindən sözügedən əmlakın Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-517 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına özgəninkiləşdirildiyi üçün onun adına 6-cı mərtəbədə yerləşən mənzilə dair arayış verilməsini və FHN-nin qeyd edilən rəyində binanın 1-ci mərtəbəsinin 2 səviyyəli qeyriyaşayış sahəsi kimi göstərilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıya müqavilə üzrə MTK tərəfindən təhvil verilmiş yaşayış binasının 1-ci blok (giriş), 7-ci mərtəbəsində olan 3 otaqlı mənzil faktiki olaraq 1 (birinci) blok (giriş), yaşayışın 6-cı mərtəbəsində yerləşən 3 otaqlı, 16 saylı mənzildir. Məhkəmə hesab etmişdir ki, binanın 7-ci mərtəbəsi yaşayışın 6-cı mərtəbəsi, 8-ci mərtəbəsi isə yaşayışın 7-ci mərtəbəsi olduğu üçün hazırki mübahisəyə işin faktiki halları baxımından hüquqi qiymət verilməlidir. Belə olan halda isə Cavabdeh iddiaçıya məxsus ünvan 9 ünvanında inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 1 (birinci) blok (giriş), yaşayışın 6-cı mərtəbəsində yerləşən 3 otaqlı 16 saylı mənzildə qanunsuz təmir işləri aparmaqla orada yaşaması iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Belə ki, cavabdeh faktiki olaraq iddiaçıya verilən binanın 7-ci, yaşayışın isə 6-cı mərtəbəsində olan 3 otaqlı mənzilində yaşayır. Halbuki, icra sənədinə əsasən cavabdehə müqavilədə nəzərdə tutulmuş yaşayış binasının 1-ci blok (giriş), 8-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzilin ona təhvil verilməsi qərara alınmışdır. Məhkəmə cavabdeh tərəfin ““Payçı” ona düşən 7-ci mərtəbədə yerləşən tam sahəsi 140.1 kv.m olan 3 otaqlı mənzilin sahəsinin hər 1 kv.m üçün 750 (yeddi yüz əlli) manat, cəmi 105.075 (yüz beş min yetmiş beş) manat məbləğində pulu podratçıya ödəməyi öhdəsinə götürür. 13 yanvar 2014-cü il tarixdə Cavabdeh ilə (Payçı) X11 şəxsində "xxxx" MTK (podratçı) arasında mənzil alqı - satqısına dair müqavilə ilə 23 dekabr 2013-cü il tarixdə İddiaçı (payçı) ilə (Payçı) X11 şəxsində "MARS-A MTK (podratçı) arasında mənzil alqı-satqısına dair müqaviləni müqayisə etdikdə qeyd etməlidirlər ki, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında inşa edilən çoxmərtəbəli binanın 1-ci blok 8-ci mərtəbə 3 otaqlı, tam sahəsi 140.3 kv.m olan və dəyəri 105.225 manat təşkil edən mənzil satılmış. İddiaçı isə həmin çoxmərtəbəli binada mərtəbədə yerləşən tam sahəsi 140.1 kv.m olan 3 otaqlı və dəyəri 105.075 (yüz beş min iki yüz iyirmi beş) manat təşkil edən mənzil satılmışdır.” – dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, hazırki məhkəmə araşdırması zamanı müvafiq müqavilələr əsasında iddiaçıya binanın 7-ci, cavabdehə isə binanın 8-ci mərtəbəsində yerləşən mənzilin satılması, 16 saylı mənzilin binanın 7-ci mərtəbəsində yerləşməklə iddiaçıya məxsus olması müəyyən edilmişdir. Belə olan halda isə mübahisə predmeti olan mənzilin sahəsinin nə qədər olması və həmin sahəyə görə İddiaçı tərəfindən MTK-ya nə qədər pul məbləği ödənilməsi məsələsi iddiaçı ilə MTK arasında olan daxili məsələdir və bununla bağlı yarana biləcək mübahisə İddiaçıla MTK arasında həll edilə bilər. Odur ki, cavabdeh tərəfin qeyd edilən dəlili hazırki mübahisənin həlli baxımından əhəmiyyət kəsb etmir.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4, 157.8-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 216-220, 217.4, 227, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
17. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1389/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayətində göstərilmişdir ki, hazırkı iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-MTT(009)-75/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok (giriş), yaşayışın 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.metr olan 3 otaqlı 16 saylı mənzilinə dair təmir-tikinti işlərinin aparılması və mənzilin özgəninkiləşdirilməsi cavabdehlərə qadağan edilmişdir. Həmin qərardaddan cavabdeh tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin MTT(103)- 273/2022 saylı 26 iyul 2022-ci il tarixli qərardadı ilə təmin olunmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-MTT(009)-75/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmişdir. Həmin qərardadda qeyd olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş arayışa əsasən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə ev 17, 1-ci blok (giriş), 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.metr olan 3 otaqlı 16 saylı mənzil İddiaçı adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Həmçinin şikayətə əlavə olunmuş İddiaçı ilə bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən “Payçı” ona düşən 7-ci mərtəbədə yerləşən tam sahəsi 140,1 kv.metr olan 3 otaqlı mənzilin sahəsini hər 1 kv.metr üçün 750 manat, cəmi 105075 manat pulu “Podratçıya” ödəməyi öhtəsinə götürmüşdür. Bu uyğunsuzluqlar rayon məhkəməsi tərəfindən araşdırılmamışdır. Bu hal bir daha onu göstərir ki, "xxxx" MTK hazırda mübahisələndirilən mənzilin Cavabdeh verilməməsi üçün müxtəlif sənədlərdə binanın mərtəbələrini bilərəkdən düzgün qeyd etməmişdir. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunur ki, iddiaçı ilə bağlanmış müqavilədə yaşayış binasının 1-ci blok (giriş), 7-ci mərtəbəsində yerlşən 3 otaqlı mənzildən, cavabdeh ilə bağlanmış müqavilədə isə yaşayış binasının 1-ci blok (giriş), 8-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzildən söhbət gedir. Yerində müayinə zamanı məhkəmə tərəflərin də iştirakı ilə Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda "xxxx"MTK tərəfindən inşa edilən çoxmərtəbəli binanın 1-ci blokuna daxil olmuş, liftin “8” düyməsi basılaraq mərtəbəyə, həmçinin pilləkənlə də “8”-ci mərtəbəyə qalxmışlar. İddiaçı Cavabdeh həmin mərtəbədə (izahatlara əsasən) 16 saylı, 3 otaqlı mənzildə ailə üzvləri ilə yaşadığı müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, binanın birinci iki mərtəbəsi qeyri-yaşayış sahəsi olmaqla sonrakı mərtəbələr yaşayış sahələridir. 16 saylı mənzil də binanın 8-ci mərtəbəsində deyil, 7-ci mərtəbəsində yerləşir və binanın İ blokunda yalnız bir 16 saylı mənzil mövcuddur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 X2 18 dekabr 2020-ci il tarixdə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli rəyindən aydın olur ki, ünvan 12 ünvanda" “Mars-A" MTK tərəfindən inşa olunmuş 2 girişli 2 səviyyəli zirzəmili 16 mərtəbəli binanın 1-ci mərtəbəsi bir mərtəbə hesab edilməklə iki səviyyəli qeyri-yaşayış sahəsidir. Qeyd etmək lazımdır ki, iddiaçı həmin binanın 6-cı mərtəbəsində yerləşən mənzili xx.xx.2021-ci il tarixdə "xxxx" MTK-nın adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alındıqdan sonra xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Bundan sonra ona həmin mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq xx.xx.2022-ci il tarixdə ilkin qeydiyyat ararışı verilmişdir. Hansı ki, həmin vaxt ailəsi ilə hazırda iddiaçı tərəfindən mübahisələndirilən mənzildə yaşayırdı. Buradan görünür ki, "xxxx" MTK-a ona məxsus olan mənzili müxtəlif vasitələrlə ələ keçirməyə çalışır. Belə ki, mübahisəli mənzilin iddiaçıya məxsus olmasını sübut etmək üçün gah MTK-a ilə iddiaçı arasında xx.xx.2013-cü il tarixli bağlanmış müqaviləyə, gah da "xxxx" MTK-a ilə xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə istinad olunur. Hansı ki, həmin müqavilələrdə iddaçıya məxsus mənzil bir müqaviədə 7-ci mərtəbədə, digər müqavilədə isə 6-cı mərtəbədə yerləşdiyi qeyd olunmuşdur. Lakin birinci instansiya məhkəməsi tərəfindən iş araşdırılarkən bu hallara münasibət bildirilmədən iddiaçını mülkiyyətçi kimi tanıyaraq Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi A.Abbaszadə 17 ünvanda yerləşən yaşayış binasının 1 (birinci) blok (giriş), yaşayışın 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.metr olan 3 otaqlı, 16 saylı mənzildən cavabdehin çıxarılması qənaətinə gəlmişdir. Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən Arayışın məlumatlarından da göründüyü kimi iddiaçının mülkiyyətində olan 16 saylı mənzil binanın 6-cı mərtəbəsində yerləşir. Lakin işə baxan hakim nədənsə iddiaçnın mülkiyyətində olan mənzilinin binanın 6cı mərtəbəsində yerləşdiyi halda özündən yeni norma yaradaraq cavabdehin “yaşayışın 6cı mərtəbəsində yerləşən” mənzildən çıxarılması qənaətinə gəlmişdir ki, məhkəmənin bu mövqe ilə razılaşmaq olmaz. Bununla da məhkəmənin mövcud qərarı ilə onun hüquqları pozulmuşdur. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. "xxxx" MTK tərəfindən yaradılmış süni maneçilik səbəbindən qanuni istifadəmdə olan mənzilini qanunamüvafiq şəkildə özəlləşdirə bilmir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
20. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, izahatında əlavə olaraq bildirir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)- 1389/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş edir.
21. Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, izahatında əlavə olaraq bildirir ki, hər iki tərəf arasında müqavilə bağlanmışdır. Cavabdeh müqaviləsinə əsasən 3 otaqlı mənzil, yaşayış binasının 8-ci mərtəbəsində yerləşir ümumi sahəsi 140,3 kv.m təşkil edir. Həmin mənzilin hər 1 kv.metri üçün 750 manat olmaqla ümumi 105.225 manat təşkil edir. İddiaçı müqaviləyə əsasən sahəsi 140,1 kv.metr olan 3 otaqlı mənzilin sahəsini hər 1 kv.metr üçün 750 manat, cəmi 105.075 manat pulu ödədiyini iddia edir. Əvvəl Emil "xxxx" MTK-ya iddia qaldırmışdır. Məhkəmə araşdırılması aparılan zaman müəyyən olunmuşdur ki, Elçin İbadovun bu məsələyə aidiyyatı yoxdur. Emil mənzili Elçindən əvvəl almışdır. Ali Məhkəmənin 2(102)- 191/2023 saylı xx.xx.2023-cü il tarixli qanuni qüvvəyə minmiş qərarına əsasən "xxxx" MTK və Elçin İbadov tərəfindən verilən kassasiya şikayətləri təmin edilməmişdir. Cavabdeh şəxs mübahisəli mənzildə yaşaya-yaşaya daşınmaz əmlakın dövlət reyestrindən verilmiş arayışa əsasən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə ev 17, 1-ci blok, 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.metr olan 3 otaqlı 16 saylı mənzil İddiaçı adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində üçüncü şəxsin nümayəndəsi bildirmişdir ki, cavabdehin mənzili guya ki, 10-cu mərtəbədə yerləşir. Yerində müayinə zamanı məhkəmə tərəflərin də iştirakı ilə aşkar edilmişdir ki, mübahisəli mənzil 8-ci mərtəbədə yerləşir. Həmçinin "xxxx" MTK bildirmişdir ki, mənzil Elçin İbadova məxsus deyil. Əgər iddiaçıya məxsus idisə bunu MTK bildirərdi. Onların icra sənədindən xəbəri olmamışdır.
22. Əvvəlki məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında əlavə olaraq bildirir ki, o 2013-cü ildən mübahisələndirilən mənzili alıb və təmir etdirib. Emil mənzildə qanunsuz yaşayan zaman həmin mənzilin giriş qapısı soyuducu sistemləri var idi. Cavabdeh polislərlə əlbir olmuşdur ki, guya onu mənzilə buraxmırlar. O icraçıya vəziyyəti izah edib və icraçı məhkəmədə etiraf etdi ki, səhv köçürmüşdür.
23. İddiaçı nümayəndəsi və vəkili Vəkil5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir, izahatında əlavə olaraq bildirir ki, iş materiallarında olan müqavilələrdən aydın olur ki, 7-ci mərtəbə iddiaçıya, 8-ci mərtəbə cavabdehə satılmışdır. Ümumi sahəsi 140.1 kv.m olan 3 otaqlı mənzili hər 1 kv.m üçün 750 (yeddi yüz əlli) manat, cəmi 105.075 manat pulu ödəməklə iddiaçı mənzili almışdır. İcra məmuru səhv köçürmə etmişdir. Hətta özü də məhkəmədə etiraf etmişdir ki, cavabdehi səhv köçürmüşdür. İddiaçı həmin mənzili hissə-hissə təmir etdirmişdir. Cavabdehi mənzilə köçürən zaman iddiaçı tərəfindən təmir işləri aparılırdı. Cavabdeh mübahisələndirilən mənzildə qanunsuz təmir işləri aparmış və həmin mənzildə yaşamışdır. Oradakı ustalar da buna şahiddirlər.Bununla bağlı onlar məhkəməyə vəsatət də veriblər. Onların mübahisələndirdikləri məsələ cavabdehin iddiaçının mənzilində qanunsuz yaşamasıdır. ünvan 9 ünvanında inşa edilən binanın ikinci mərtəbədə yaşayış mövcuddür, qeyri-yaşayış sahəsi olması mümkünsüzdür. 7-8-ci mərtəbələr arasında qarışıqlığa səbəb liftin düyməsi olmuşdur. Elçin İbadovu onlar tanımırlar. Onların şahidləri-ustalar var ki, illərdir mənzili təmir ediblər.
24. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
28. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
Apellyasiya baxışının hədləri
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
31. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir.
33. Belə ki, işin müəyyən edilmiş halları odur ki, 13 yanvar 2014-cü il tarixdə Cavabdeh ilə (payçı) Mars-A MTK arasında mənzil alqı-satqısına dair bağlanmış müqaviləyə əsasən "Payçı” ona düşən 1 -ci blok 8-ci mərtəbə 3 (üç) otaqlı, tam sahəsi 140,3 kv.m olan mənzilin hər 1 kv.m üçün 750 (yeddi yüz əlli) manat, cəmi 105.225 manat məbləğində pulu podratçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh pay haqqını tam ödəmişdir. Cavabdeh MARS A MTK-ya qarşı əmlak tələbi barədə iddia ərizəsi ilə müraciət edərək ünvan 1 ünvanında yeləşən yaşayış binasının 1-ci giriş 8-ci mərtəbəsində yaşayış sahəsi 140.3 kv.m olan 3 otaqlı mənzilin iddiaçıya təhvil verilməsi və mülkiyyət hüququna yaradılmış məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon məhkəməsinin 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. İddiaçı MARS-A MTK-nın Cavabdeh qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddiası Xətai rayon məhkəməsinin 01 aprel 2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Həmin işlər bir icraatda birləşdirilmişdir. Həmin qətnamələrdən verilmiş apellyasiya şikayətləri üzrə qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3867/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, 14 mart 2022-ci il tarixli icraata xitam verilmə barədə qərardan görünür ki, mübahisəli mənzil Cavabdeh təhvil verilmişdir.
34. Hazırki iş üzrə İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq ünvan 9 ünvanında inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 1 (birinci) blok (giriş), yaşayışın 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.m olan 3 otağlı, 16 saylı mənzildən Cavabdeh çıxarılmasını xahiş edir.
35. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, Cavabdeh 16 saylı mənzildə qanunsuz təmir işləri aparmaqla orada yaşaması İddiaçı hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Cavabdeh faktiki olaraq iddiaçıya verilən mənzildə yaşayır.
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Cavabdeh faktiki yaşadığı mənzil 14 mart 2022-ci il tarixdə təhvil verilmişdir. İddiaçı iddia tələbində qeyd etdiyi ümumi sahəsi 140.3 kv.m yaşayış sahəsi 83.15 kvm olan 3 otaqlı 17 saylı evin 16 nömrəli mənzil xx.xx.2017-ci il tarixdə təsdiq edilmiş daşınmaz əmlakın alğı-satqısı və ipoteka müqaviləsinə əsasən Mars-A MTK tərəfindən isə Məmmədov Mir-Əvəz Rafiz oğluna satılmışdır. Mənzil xx.xx.2017-ci il tarixdə Məmmədov Mir-Əvəz Rafiz oğlunun adına qabaqcadan qeydiyyata alınmışdır. MARS A MTK, Məmmədov Mir-Əvəz Rafiz oğlu və Muğanbank ASC tərəfindən bağlanmış 19 mart 2021ci il tarixli Müqavilənin ləğvinə dair Sazişdən müəyyən olunur ki, Tərəflərin ümumi razılığına əsasən Məmmədov Mir-Əvəz Rafiz oğlu 119255 manat pul məbləğini notariusun depozit hesabı vasitəsilə geri aldıqdan sonra qeyd olunan daşınmaz əmlakın alğı-satqı və ipoteka müqaviləsinə xitam verilmişdir. Bundan sonra MARS-A” MTK İddiaçı 16 saylı mənzili 16 may 2022-ci il tarixdə satmışdır.
37. Xronoloji ardıcıllığa nəzər yetirdikdə də müəyyən olunur ki, Cavabdeh faktiki yaşadığı mənzilə 14 mart 2022-ci il tarixdə köçmüşdür. İddiaçı isə iddia tələbində qeyd etdiyi 16 nömrəli mənzil ona 16 may 2022-ci il tarixdə satılmışdır. Göründüyü kimi Cavabdeh faktiki yaşadığı mənzil ilkin olaraq təhvil verilmiş, onun tərəfindən təmir işləri aparılmış və Emil ailəsi ilə orada yaşayır. İddiaçı isə tələb etdiyi mənzil Qoşqara 16 may 2022-ci il tarixdə satılmışdır. İşə baxan birinci instansiya məhkəməsi isə səhv nəticəyə gələrək qətnamədə qeyd etmişdir ki: “ Cavabdeh 16 saylı mənzildə qanunsuz təmir işləri aparmaqla orada yaşaması İddiaçı hüquqularının pozulmasına gətirib çıxarmışdır. Cavabdeh faktiki olaraq iddiaçıya verilən mənzildə yaşayır”.
38. Məhkəmə kollegiyası, o cümlədən qeyd edir ki, MARS-A” MTK ilə İddiaçı aralarında bağlanılmış 23 dekabr 2013-cü il tarixli müqavilədə mənzilin nömrəsi göstərilməmişdir. Həmin müqavilədə yaşayış binasının 1- ci blok (giriş), 7-ci mərtəbəsində, ümumi sahəsi 140.1 kv.m olan 3 otaqlı mənzilin təhvil verilməsi nəzərədə tutulmuşdur. MARS-A” MTK ilə İddiaçı aralarında bağlanılmış 16 may 2022-ci il tarixli müqavilədə isə yaşayış binasının 1 (birinci) blok (giriş), yaşayışın 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.m olan 3 otağlı, 16 saylı mənzil qeyd edilmişdir. Yuxarıda qeyd edildiyi kimi həmin mənzil xx.xx.2017-ci il tarixdə başqa şəxs Məmmədov Mir-Əvəz Rafiz oğluna satılmışdır. Daha sonra 19 mart 2021-ci il tarixdə müqavilə ləğv olunmuşdur. İddiaçı isə 16 may 2022-ci il tarixdə satılmışdır.
39. Bundan əlavə, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3867/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, “işə baxan məhkəmə kollegiyası tərəfindən 15 iyul 2022-ci il trixdə yerində müayinə keçirilmiş, müayinədə MTK-nın nümayəndəsi də iştirak etmişdir. Yerində müayinədə müəyyən edilmişdir ki, liftin 8 düyməsini basaraq mərtəbəyə qalxmış, Cavabdeh faktiki yaşadığı mənzilə vizual baxış keçirilmiş, mənzil təmirli olmaqla orada Cavabdeh ailə üzvləri ilə yaşaması müəyyən olunur”. Göründüyü kimi əgər Cavabdeh İddiaçı satılan 16 saylı mənzildə yaşasa idi bu hallar MTK-nın nümayəndəsi tərəfindən qeyd olunardır. Apellyasiya şikayətində də Cavabdeh məhz İddiaçı satılmış mənzildə yaşaması qeyd olunmamışdır. Halbu ki, əgər İddiaçı satılan mənzil Cavabdeh faktiki yaşadığı mənzil idisə bu hal ortaya çıxmalı idi. Belə ki, iddiaçının qeyd etdiyi 16 saylı mənzil Qoşqara 16 may 2022-ci ildə satılmışdır. Yerində müayinə isə 15 iyul 2022-ci il tarixdə keçirilmişdir. O cümələdən , qeyd olunmalıdır ki, həmin dövrdə araşdırma zamanı üçüncü şəxs X6 apellyasiya şikayətinə baxılırdı, çünki Cavabdeh satılmış mənzilin X9 ilkin olaraq satıldığı vurğulanırdı. İddiaçı isə əgər həmin mülki iş üzrə qətnamə onun marağına toxunurdusa qətnaməni münahisələndirə bilərdi, amma bunu etməmişdir.
40. Yuxarıda qeyd edilənlər əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbi əsassızdır. 41.Səbail rayon məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qətnaməsində o cümlədən qeyd olunur ki, Səbail rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı 14 mart 2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı ləğv olunmuşdur və qərardad Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Sonuncu qərardaddan müəyyən olunur ki, Apellyasiya Məhkəməsi hesab etmişdir ki, icra məmuru tərəfindən icra hərəkətləri həyata keçirilərkən yol verilmiş yanlışlıqlar araşıdırılmalı və məhkəmənin qətnaməsi icra edildikdən sonra icraata xitam verilməlidir. Qərarda yalnız MARS A MTK tərəfindən mənzilin İddiaçı məxsus olması barədə məktubuna istinad olunmuşdur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin qərardadlarda icra hərəkətləri üzrə hərəkətlərin davam etdirilməsi qeyd edilmişdir. Həmin qərardadla hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb edən heç bir hal yoxdur.
42. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
44. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
45. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.
46. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)- 1389/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı Cavabdeh ona məxsus ünvan 9 ünvanında inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 1 (birinci) blok (giriş), yaşayışın 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.m olan 3 otağlı, 16 saylı mənzildən çıxarılması və onun həmin mənzilə köçürülməsi barədə iddia tələbi təmin edilməməlidir.
47. Mülki Prosessual Məcəllənin 384.0.2ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1389/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı Cavabdeh ona məxsus ünvan 9 ünvanında inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 1 (birinci) blok (giriş), yaşayışın 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.m olan 3 otağlı, 16 saylı mənzildən çıxarılması və onun həmin mənzilə köçürülməsi barədə iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat İddiaçı alınaraq Cavabdeh ödənilsin. İddia ərizəsinin verilməsi üüçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev