Məhkəmə qərarları › İş №2(103)-2304/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2304/2020

06.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2304/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Əliyeva Könül Nəriman qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Məmmədova (Quliyeva) Şəfiqə Əsəd qızı, Cavabdeh3, Cavabdeh2, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma, mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Məmmədova (Quliyeva) Şəfiqə Əsəd qızı, Cavabdeh3, Cavabdeh2, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Məmmədova (Quliyeva) Şəfiqə Əsəd qızı, Cavabdeh3, Cavabdeh2, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və onların yetkinlik yaşına çatmayan ailə üzvləri xx.xx.2009-cu il təvəllüdlü Cavabdeh6, xx.xx.2002-ci il təvəllüdlü X3 və xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh10 Bakı şəhəri Yasamal rayonu Behbud Şaxtaxtinski küçəsindəki ümumi sahəsi 487,6 kv.m. olan 12 nömrəli fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olan 4/24 hissəsinə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, İddiaçı nümayəndəsi və vəkili Əliyeva Könül Nəriman qızı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinin tələbinə uyğun olaraq iddia tələbinin həcminin artırılması haqqında ərizə verərək, cavabdehlər Cavabdeh1, Məmmədova (Quliyeva) Şəfiqə Əsəd qızı, Cavabdeh3, Cavabdeh2, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və onların yetkinlik yaşına çatmayan ailə üzvləri xx.xx.2009-cu il təvəllüdlü Cavabdeh6, xx.xx.2002-ci il təvəllüdlü X3 və xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh10 Bakı şəhəri Yasamal rayonu Behbud Şahtaxtinski küçəsindəki ümumi sahəsi 487,6 kv.m olan 12 nömrəli fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olan 4/24 hissəsinə olan istifadə hüquqlarına xitam verilməsi, onların həmin evin 4/24 hissəsindən əşyaları ilə birlikdə çıxarılması, həmin evin 4/24 hissəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi, İddiaçı Bakı şəhəri Yasamal rayonu Behbud Şaxtaxtinski küçəsindəki ümumi sahəsi 487,6 kv.m. olan 12 nömrəli fərdi yaşayış evinin özünə məxsus olan 4/24 hissəsinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)- 6500/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Məmmədova (Quliyeva) Şəfiqə Əsəd qızı, Cavabdeh3, Cavabdeh2, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və onların yetkinlik yaşına çatmayan ailə üzvləri xx.xx.2009-cu il təvəllüdlü Cavabdeh6, xx.xx.2002-ci il təvəllüdlü X3 və xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh10 Bakı şəhəri Yasamal rayonu Behbud Şaxtaxtinski küçəsindəki ümumi sahəsi 487,6 kv.m. olan 12 nömrəli fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olan 4/24 hissəsinə olan istifadə hüquqlarına xitam verilməsi və onların həmin evin İddiaçı mülkiyyətində olan 4/24 hissəsindən əşyaları ilə birlikdə çıxarılması, Bakı şəhəri Yasamal rayonu Behbud Şaxtaxtinski küçəsindəki ümumi sahəsi 487,6 kv.m. olan 12 nömrəli fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olan 4/24 hissəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi, İddiaçı Bakı şəhəri Yasamal rayonu Behbud Şaxtaxtinski küçəsindəki ümumi sahəsi 487,6 kv.m. olan 12 nömrəli fərdi yaşayış evinin özünə məxsus olan 4/24 hissəsinə köçürülməsi və ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi onun tərəfindən verilmiş vəsatəti təmin edərək, iddiaçı X2 ona qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə məhkəmə prosesi yekunlaşana qədər hazırki mülki iş üzrə icraatı dayandırmalı idi. Lakin həmin vəsatətə məhkəmə tərəfindən baxılmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1, Məmmədova (Quliyeva) Şəfiqə Əsəd qızı, Cavabdeh3, Cavabdeh2, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İddia ərizəsi üzrə birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlarla mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Bakı şəhəri 14 saylı Notarit Ofisində satıcı Cavabdeh1 və alıcı İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh1 paylı mülkiyyətdə olan Bakı şəhəri Yasamal rayonu Behbud Şaxtaxtinski küçəsindəki ümumi sahəsi 487,6 kv.m. olan 12 nömrəli fərdi yaşayış evinin özünə məxsus olan 4/24 hissəsini alıcı İddiaçı 109.500 manata satmışdır. Satıcı Cavabdeh1 ailə üzvləri - Məmmədova (Quliyeva) Şəfiqə Əsəd qızı, Cavabdeh3, Cavabdeh2, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 Bakı şəhəri 14 saylı Notariat Kontorunda xx.xx.2019-cu il tarixdə təsdiq edilmiş ərizə yazmaqla Bakı şəhəri Yasamal rayonu Behbud Şaxtaxtinski küçəsindəki ümumi sahəsi 487,6 kv.m. olan 12 nömrəli fərdi yaşayış evinin Cavabdeh1 məxsus olan 4/24 hissəsinin İddiaçı satılmasına öz razılıqlarını vermişlər. Satıcı Cavabdeh1 alqı-satqı müqaviləsinin 11-ci bəndinə əsasən satdığı evi xx.xx.2019-cu il tarixədək alıcı İddiaçı istifadəsinə və sahibliyinə verməyi, müqavilənin 13-cü bəndinə əsasən xx.xx.2019-cu il tarixədək satdığı evdən ailə üzvləri ilə birlikdə qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İddiaçı evin alınması üçün Cavabdeh1 ödədiyi 109.500 manat vəsaitin bir hissəsi, yəni 32.297,78 manatı Cavabdeh1 borcunun ödənilməsi üçün Bank “xxx” ASC-nin Əcəmi filialına ödənilmiş, qalan 77.202,22 manatı isə Cavabdeh1 özünə verilmişdir. İddiaçı alqı-satqı müqaviləsi üzrə öhdəliyini tam yerinə yetirmiş, lakin cavabdehlər müqavilə öhdəliklərinə əməl etməmiş, hazırkı vaxta kimi Bakı şəhəri Yasamal rayonu Behbud Şaxtaxtinski küçəsindəki ümumi sahəsi 487,6 kv.m. olan 12 nömrəli fərdi yaşayış evinin iddiaçının mülkiyyətindəki 4/24 hissəsindən qeydiyyatdan çıxmamışlar, həmçinin evdəki əşyalarını tam götürməmiş və mənzili boşaldaraq iddiaçının faktiki sahibliyinə və istifadəsinə təhvil verməmişlər. Cavabdehlərin bu hərəkəti iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır və onları sərbəst şəkildə həyata keçirməsinə mane olur. Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin verdiyi xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Behbud Şaxtaxtinski küçəsindəki ümumi sahəsi 487,6 kv.m. olan 12 nömrəli fərdi yaşayış evinin 4/24 hissəsi paylı mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron Notariat” X1 vasitəsilə çap edilmiş xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, Cavabdeh1, Məmmədova (Quliyeva) Şəfiqə Əsəd qızı, Cavabdeh3, Cavabdeh2, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və onların yetkinlik yaşına çatmayan ailə üzvləri xx.xx.2009-cu il təvəllüdlü Cavabdeh6, xx.xx.2002-ci il təvəllüdlü X3 və xx.xx.2003- cü il təvəllüdlü Cavabdeh10 Bakı şəhəri Yasamal rayonu Behbud Şaxtaxtinski küçəsindəki ümumi sahəsi 487,6 kv.m. olan 12 nömrəli fərdi yaşayış evində qeydiyyatdadırlar. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” xx xxxxxxxx 2007-ci il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa məhkəməsi həmin qərarda qeyd etmişdir ki, ərizəçinin mənzilin kirayəçisi olduğu tanındığı halda, məcburi köçkünlərə mənzildə yaşamağa davam etməyə icazə verilmişdir, halbuki, bu cür sahiblik faktını qanunsuz elan edib. Belə olan halda, Məhkəmə hesab edir və tərəflər də buna etiraz etmir ki, ərizəçinin mülkiyyət hüququna müdaxilə baş verib. Ərizəçi yalnız kirayə hüquqlarına malik olduğu üçün bu müdaxilə nə müsadirəni, nə də mülkiyyətdən istifadəyə nəzarəti təşkil edir, lakin 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndinin birinci cümləsinin tətbiq dairəsinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mənzilə mülkiyyət hüququ təsdiq olunduğundan, apelyantın isə həmin mənzildə mülkiyyət hüququ qalmadığından onun istifadə hüququnun saxlanılması mənzilin mülkiyyətçisinin mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasına səbəb olur. Cavabdeh1 apelyasiya şikayətinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, onun artiq heç bir hüququ olmayan əmlakla bağlı üçüncü şəxslərin ona qarşı qaldırmış olduğu iddia üzrə məhkəmə mübahisəsinin olması, həmin mənzilin mülkiyyətçisinin mülkiyyət hüquqlarının məhdudlaşdırılması üçün əsas deyildir. Məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ : Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)- 6500/2019 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar