Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2307/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı X4 vəkili və nümayəndəsi İddiaçı iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)- 5737/2019 nömrəli qətnaməsindən iddiaçı X11 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X11 cavabdehlər Bakı şəhər Cavabdeh1nə və Cavabdeh2nə qarşı “qiymətləndirilmənin qanunsuz hesab edilməsi və s. tələbinə dair" iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, “Cavabdeh2" MMC-nin 1971 saylı x xxxxxx 2019-cu il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatını qanunsuz saymaqla və Cavabdeh1 xx xxxx 2019-cu il tarixli qərarın ləğv edilməklə icranın nəticələrin aradan qaldıniması barədə cavabdehlərin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X12 cavabdehlər X6 və X9 qarşı “dəymiş maddi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, Yeni şəhərdə yerləşən 10 saylı binanın sahəsi 95 kv.m. olan 9 saylı mənzilinin alınmasına ödədiyi 50.500 manat və həmin mənzilin təmirinə çəkdiyi 37.912 manat məbləğində maddi ziyanın, cavabdehlərdən tutularaq özünə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş No 2 2(004)-11919/ 2016, xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək cavabdehlər X3 və X5 Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, Yeni şəhərdə yerləşən 10 saylı binanın, sahəsi 95 kv.m. olan 9 saylı mənzilinin alınmasına ödənilmiş 50.500 manat və həmin mənzilin təmirinə sərf olunmuş 37.912 manat olmaqla, cəmi 88.412 manat məbləğində pul alınıb iddiaçı X7 ödənilməsi qət edilmişdir.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş N 2(103)-8320/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə Yasamal rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə əsasında iş icraya yönəldilmiş və Yasamal rayon İcra şöbəsinin icra məmuru işi icraata götürmüşdür. xx xxxxxx 2018-cu il tarixdə Cavabdeh1 icra məmuru Məmməd Bayramov ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Səlyan şossesi, Yeni şəhər, ev 10, 9 saylı mənzilin ona xəbər vermədən qiymətləndirməyə göndərmişdir. Sözügedən mənzil Cavabdeh2 MMC-nin 1971 saylı x xxxxxx 2019-cu il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən 95.000 manat məbləğində qiymətləndirilmişdir. Qərarın surəti ona göndərilməmiş, işin mahiyyəti ilə xeyli vaxt tanış olub şikayət yazmaq imkani xaricində olmuşdur. Mübahisə predmeti olan mənzilə mütəxəssis tərəfindən baxış keçirilməmiş, mənzilə daxil olmadan vizual olaraq tam təmir olunmuş mənzilə əsassız olaraq ən aşağı məbləğdə qiymətləndirilmişdir. Halbuki ona məxsus olan mənzilin qiyməti 150.000 manatdan yüksəkdir. Cavabdeh1 rəis vəzifəsini icra edən Rəşad Abbasov qiymətləndirilmiş əmlakı qanunsuz və əsassız olaraq, X10 xx xxxxxx 2019-cu il tarixdə təklif etmiş, həmin gün də S.O.Kərimovanın nümayəndəsi Z.M.Məmmədov təklifi qəbul etmişdir. xx xxxx 2019-cu il tarixdə Cavabdeh1 İcra məmuru qərar qəbul etmişdir ki, “mübahisə predmeti olan mənzil borcun ödənilməsi hesabına üzrə tələbkar X7 verilsin və onun adına rəsmiləşdirilməsi “xxxxxx” MMC-yə həvalə edilsin.” Həmin qərarda göstərilir ki, sözügedən mənzil birgə nikah dövründə əldə edilmişdir. Həmin qərara istinad edərək, borclu sabiq həyat yoldaşı X8 borcu 95.000 manat məbləğdən verilmişdir. Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində o mülkiyyətindən məhrum edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, sabiq həyat yoldaşı Quliyeva Sonanın və onun aİlə üzvlərinin sözügedən mənzilin alınmasında heç bir rolu olmamış, mənzil onun vəsaiti hesabına alınmışdır. İddiaçının qızının cavabdeh kimi iddianı qəbul edib etiraf etməsi məqsədli olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)- 5737/2019 nömrəli qətnaməsi ilə iddiaçı X4 cavabdehlər Bakı şəhər Cavabdeh1nə və Cavabdeh2nə qarşı “qiymətləndirilmənin qanunsuz hesab edilməsi və s. tələbinə dair" iddia tələbinin təmin edilməsi qət olunmuşdur. Qətnamədən iddiaçı X11 apelyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)-5737/2019 nömrəli qətnaməsinin ləğv olunmasını və "Cavabdeh2" MMC-nin 1971 saylı x xxxxxx 2019-cu il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatının qanunsuz saymaqla və Cavabdeh1 xx xxxx 2019cu il tarixli qərarın ləğv edilməklə, icranın nəticələrin aradan qaldırılması barədə cavabdehlərin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəlillərinə istinad etməklə, apelyasiya şikayətini onunla əsaslandırır ki, Qətnamə qeyri-obyektiv, hüquq normalarının pozulması ilə çıxarıldığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırılmadığından, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan hallar tam sübut edilmədiyindən, habelə məhkəmənin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən ləğv edilməli, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdehlər (nümayəndələri) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların (nümayəndələrin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları və apelyasiya şikayətinin dəlillərini və iddiaçının vəkilinin izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia "Cavabdeh2" MMC-nin 1971 saylı x xxxxxx 2019-cu il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatının qanunsuz saymalı hissəsində təmin olunmalıdır. (İddianın Cavabdeh1 xx xxxx 2019-cu il tarixli qərarın ləğv edilməklə, icranın nəticələrin aradan qaldırılması barədə cavabdehlərin üzərinə öhdəlik qoyulması hissəsində Bakı Apellyasiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(103)-2307/2020 saylıqərardadı ilə icraata xitam verilmişdir.) İş materiallarna əlavə edilmiş “Azərbaycan Respublikası Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilmısi Xidməti MMC” tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 101 saylı Hesabata əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, Yeni şəhərdə yerləşən 10 saylı binanın, sahəsi 95 kv.m. olan 9 saylı mənzilin bazar dəyəri 102 000 manat təşkil etmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Məmməd Bayramovun xx xxxx 2019-cu il tarixli qərarının məzmunundan göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-11919/ 2016 saylı, xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlər X3 və X5 Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, Yeni şəhərdə yerləşən 10 saylı binanın, sahəsi 95 kv.m. olan 9 saylı mənzilinin alınmasına ödənilmiş 50.500 manat və həmin mənzilin təmirinə sərf olunmuş 37.912 manat olmaqla, cəmi 88.412 manat məbləğində pulun alınıb iddiaçı X7 ödənilməsi qət edilmişdir. Borcun könüllü ödənişi təmin edilmədiyindən, Yasamal rayon Məhkəməsinin 8(004)- 1722/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, Yeni şəhərdə yerləşən 10 saylı binanın, sahəsi 95 kv.m. olan 9 saylı mənzilin üzərinə həbs qoyulmuşdur. Həmin mənzil Cavabdeh2 MMC-nin 1971 saylı, xx xxxxxx 2019-cu il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən 95.000 manat məbləğində qiymətləndirilmişdir. Nəticə etibarilə, mübahisəli mənzil icra vərəqəsi üzrə tələbkar X12 tərəfindən alınmışdır. Hazırda iddiaçı X11 cavabdehlər Bakı şəhər Cavabdeh1nə və Cavabdeh2nə qarşı “qiymətləndirilmənin qanunsuz hesab edilməsi və s. tələbinə dair" iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, “Cavabdeh2" MMC-nin 1971 saylı x xxxxxx 2019-cu il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatını qanunsuz saymaqla və Cavabdeh1 xx xxxx 2019-cu il tarixli qərarın ləğv edilməklə icranın nəticələrin aradan qaldıniması barədə cavabdehlərin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(103)-2307/2020 saylı qərardadı ilə iş üzrə təkrar qiymətləndirmə ekspertizası təyin edilmiş və ekspertizanın aparılması “xxxxxxxx” MMC-yə həvalə edilmişdir. İş materiallarında olan“xxxxxxxx” MMCnin xx xxxx 2020-ci il tarixli, PR-M/010-2020 nömrəli hesabatından görünür ki, həmin hesabatla Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, Yeni şəhərdə yerləşən 10 saylı binanın, sahəsi 95 kv.m. olan 9 saylı mənzilinbazar qiymətinin 105.000 manat, likvid qiymətinin 100.000 manat təşkil etməsi müəyyən edilmişdir. Kollegiya iddia tələbinin dəlillərinə qiymət verərək qeyd edir ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunununun 7-ci maddəsinə əsasən, Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Həmin Qanunun 8-ci maddəsinə əsasən, Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Kollegiya hesab edir ki, iddiaçıX4 cavabdehBakı Cavabdeh2nə qarşı “Cavabdeh2" MMC-nin 1971 saylı x xxxxxx 2019-cu il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatını qanunsuz sayması tələbi əsaslıdır.( Bakı Apellyasiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(103)-2307/2020 saylı qərardadı ilə iddianın Cavabdeh1 xx xxxx 2019-cu il tarixli qərarın ləğv edilməklə, icranın nəticələrin aradan qaldırılması barədə cavabdehlərin üzərinə öhdəlik qoyulması hissəsində icraata xitam verilmişdir.) Belə ki, iş materiallarında olan “Cavabdeh2" MMC-nin 1971 saylı x xxxxxx 2019-cu il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, Yeni şəhərdə yerləşən 10 saylı binanın, sahəsi 95 kv.m. olan 9 saylı mənzilinin qiymətləndirilməsi keçirilmiş və həmin mənzilin qiymətinin 95.000 manat, “Azərbaycan Respublikası Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilmısi Xidməti MMC” tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 101 saylı Hesabata əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, Yeni şəhərdə yerləşən 10 saylı binanın, sahəsi 95 kv.m. olan 9 saylı mənzilin bazar dəyəri 102. 000 manat, daha sonra (Bakı Apellyasiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(103)-2307/2020 saylı qərardadı ilə iş üzrə təkrar qiymətləndirmə ekspertizası təyin edilmiş və ekspertizanın aparılması “xxxxxxxx” MMC-yə həvalə edilmişdir) iş materiallarında olan“xxxxxxxx” MMC-nin xx xxxx 2020-ci il tarixli, PR- M/010-2020 nömrəli hesabatından görünür ki, həmin hesabatla Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, Yeni şəhərdə yerləşən 10 saylı binanın, sahəsi 95 kv.m. olan 9 saylı mənzilinbazar qiymətinin 105.000 manat, likvid qiymətinin 100.000 manat təşkil etməsimüəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh “Cavabdeh2" MMC-nin Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, Yeni şəhərdə yerləşən 10 saylı binanın, sahəsi 95 kv.m. olan 9 saylı mənzilinin müəyyən etdikləri bazar qiyməti ilə sonrakı qiymətləndirmə hesabatları ilə müəyyən olunmuş bazar qiymətləri arasında 5.000-10.000 manat fərq olmuşdur.Odur ki,iddia cavabdeh "Cavabdeh2" MMC-nin 1971 saylı x xxxxxx 2019-cu il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatının qanunsuz saymalı hissəsində təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti qismən təmin olunsun Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)- 5737/2019 nömrəli qətnaməsi ləğv olunsun. İddia qismən təmin olunsun. Cavabdeh "Cavabdeh2" MMC-nin 1971 saylı x xxxxxx 2019-cu il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatı qanunsuz sayılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-2307/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2307/2020
06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver