Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2307/2022 11.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: sahiblik hüququnun müdafiəsi, əmlakın qanunsuz sahiblikdən geri tələb olunması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Bakı şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli sərəncamı ilə Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yerləşən 0,73 ha torpaq sahəsi yaşayış binasının tikintisinin layihələşdirilməsi üçün icarə əsasında “X4” MTK-nın istifadəsinə verilmiş, Bakı şəhər İcra Hakimiyyətinin 443 saylı xx.xx.2015-ci il tarixli sərəncamı ilə isə xx.xx.2005-ci il tarixli sərəncamla “X4” MTK-ya ayrılmış 0,73 ha torpaq sahəsinin Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılmış layihə sənədlərinə uyğun olaraq tikilməmiş 0,4984 ha hissəsi eyni məqsədlə İddiaçı MMC-nin istifadəsinə verilərək “X4” MTK-ya dair razılaşdırılmış layihə sənədləri İddiaçı MMC-yə ayrılan torpaq sahəsinə düşən hissədə həmin cəmiyyətə aid edilmiş, xx.xx.2005-ci il tarixli sərəncamının 1-ci bəndi ilə “X4” MTK-ya ayrılmış torpaq sahəsinin ölçüsü dəqiqləşdirilərək 0,2316 ha müəyyənləşdirilmişdir.
2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli qərarı ilə “X4” MTK-nın Bakı şəhər İcra Hakimiyyətinə qarşı “443 saylı 23 oktyabr 2015-ci il tarixli sərəncamın etibarsız hesab edilməsi” tələbi təmin olunmuş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 iyun 2018-ci il tarixli qərarı ilə həmin qərar ləğv edilərək iddia tələbi təmin olunmamış, Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2018-ci il tarixli qərardadı ilə Bakı Apelyasiya Məhkəməsinin 22 iyun 2018-ci il tarixli qərarından “X4” MTK-nın verdiyi kassasiya şikayəti üzrə icraata kassasiya şikayəti verən şəxsin öz ərizəsi əsasında xitam verilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
3. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 443 saylı sərəncamı əsasında İddiaçı MMC-nə ayrılmış, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yerləşən 0,4984 ha torpaq sahəsinin qərb hissəsindəki Ayaz İsmayılov küçəsində "xxxx" MTK tərəfindən tikilmiş A2 adlanan blokun yerləşdiyi torpaq sahəsinin sərhəddi ilə İddiaçı MMC-nin tikdiyi tikinti sahəsinə gedən yolun arasındakı torpaq sahəsindən çıxarılması, həmin sahənin qanunsuz istifadəçidən alınaraq İddiaçı MMC-nə təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 443 saylı sərancamı ilə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 267 saylı sərəncamı əsasında “X4” MTK-na ayrılmış 0,73 ha torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılmış layihə sənədlərinə uyğun olaraq tikilməmiş 0,4984 ha hissəsi eyni məqsədlə İddiaçı MMC-nin istifadəsinə verilmiş, Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən İddiaçı MMC-nə ayrılmış torpaq sahəsinin planı tərtib olunmuşdur. Sərəncamda qeyd edilmişdir ki, ərazi tikinti üçün deyil, layihələndirmə üçündür, planda həm “Hom-Paş Prestij" MTK-ya, həm də “İnter" MMC-yə ayrılmış torpaq sahəsi aydın göstərilmişdir. Lakin cavabdeh MMC-nə ayrılmış torpaq sahəsini qanunsuz zəbt edərək oranı qazmış və qonşuluqda yerləşən “Hom-Paş Prestij" MTK-nın tikdiyi A2 adlanan blokun qarajına yol açmışdır. Zəbt edilmiş torpaq sahəsi təxminən 3-4 sotdur, həmin blokun altında yerləşən qarajları icarəyə vermək üçün cavabdeh bu yoldan istifadə edir. "xxxx" MTK tərəfindən tikilmiş bina İddiaçı MMC-nə məxsus ərazisiyə daxil deyildir, onlar arasında hər hansı bir razılaşma yoxdur, qazılmış torpaq sahəsi MMC-nin ərazisində yerləşdiyi üçün daim təhlükə mənbəyidir. Səlahiyyətli orqanlara müraciət etməsinə baxmayaraq cavabdeh öz qanunsuz əməllərini davam etdirməkdə davam edir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (birinci instansiya məhkəməsi) 08 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur.
6. Birinci instansiya məhkəməsi mübahisəsi gedən əraziyə baxış keçirərkən müəyyən etmişdir ki, Bakı şəhəri, Xətai Rayonu, Xocalı prospekti 1181-ci məhəllədə (mübahisəli ərazidə) paralel olaraq iki hündürmərtəbəli bina tikilir, sol bina "xxxx" MTK-ya, sağ bina isə İddiaçı MMC-yə məxsus olmaqla mübahisəli torpaq sahəsi hasarla sağ binadan ayrılmışdır və binaların arasında olan yol sahəsidir; həmçinin Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yerləşən torpaq sahəsinə Ayaz İsmayılov küçəsindən mübahisələndirilən əraziyə giriş vardır.
7. Məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, mübahisəli sahənin Bakı şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə yaşayış binasının tikintisinin layihələndirilməsi məqsədilə İddiaçı MMC-nin istifadəsinə verilmiş 0,4984 ha torpaq sahəsinə daxil olduğu işin mübahisəsi halıdır və həmin torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edildiyindən, yəni onun torpaq sahəsinə mülkiyyət, o cümlədən istifadə hüququna əsas verən hüququ, habelə İddiaçı MMC-nin istifadəsinə verilmiş torpaq sahəsindən çıxarılmasını istisna edən hallar olmadığından iddia təmin edilməlidir.
8. Gəldiyi qənaətin hüquqi əsası kimi məhkəmə, Mülki Məcəllənin 152-ci və 157-ci, Torpaq Məcəlləsinin 55-ci, “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 49.1-ci maddələrinə istinad etmişdir.
9. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin maddi-prosessual hüquq normalarının tələblərini pozduğu, iddiaçının hüquq iddia etdiyi sahənin onun tərəfindən zəbt edilib-edilmədiyini aydınlaşdırmaq üçün ekspertiza təyin etmədiyi, sübutlara düzgün qiymət vermədiyi, şifahi mülahizələrə istinad etməklə qanunsuz qərar çıxardığı arqumentləri ilə əsaslandırmışdır.
b) Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
10. Apellyasiya baxışı zamanı cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, “X5” MTK-nın təsisçilərindən biridir və iddiaçıya aid torpaq sahəsini zəbt etməmişdir. Mübahisəli torpaq sahəsinin qarşısında yerləşən qaraj, həm də torpaq sahəsinin özü “X4" MTK-ya aiddir, həmin sahənin İddiaçı MMC-yə aid olması barədə Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 443 saylı sərəncamı isə saxtadır. Bakı şəhər İcra Hakimiyyətinə verilmiş sorğu əsasında öyrənmişdir ki, İddiaçı MMC-in direktoru X1 gedən əmlakı saxta yolla öz adına keçirmişdir, halbuki onun belə bir sərəncamın mövcudluğundan məlumatı olmamışdır.
11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verməklə şikayətin əsassız olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 152. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
13. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
14. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
15. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
19. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
20. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
23. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Apellyatorun irəli sürdüyü dəlillər nəzərə alınaraq apellyasiya baxışı zamanı ekspertiza təyin olunmuş, ekspertin rəyi ilə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 443 saylı sərəncamı əsasında İddiaçı MMC-nə ayrılmış torpaq sahəsinin eninin şərq istiqamətdə 59,04 metr, qərb istiqamətdə 57,86 metr, uzunluğunun şimal istiqamətdə 85,28 metr, cənub istiqamətdə 85,29 metr olmaqla 4984 m2 təşkil etdiyi və həmin sərəncam üzrə torpaq sahəsinin 4714 m2 hissəsinin İddiaçı MMC-nin faktiki istifadəsində olduğu; Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yerləşən 0,4984 ha torpaq sahəsinin qərb hissəsindəki Ayaz İsmayılov küçəsində "xxxx" MTK tərəfindən tikilmiş A2 adlanan blokun yerləşdiyi torpaq sahəsinin sərhəddi ilə İddiaçı MMC-nin tikdiyi tikinti sahəsinə gedən yolun arasındakı torpaq sahəsinin 270 m2 təşkil etməklə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 443 saylı sərəncamı əsasında İddiaçı MMC-nə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi və faktiki olaraq cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edilmişdir.
25. Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirmiş, mülkiyyətçinin (həmçinin qanuni sahibin), öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməyə biləcəyini (Mülki Məcəllənin 152-ci maddəsi), habelə, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə biləcəyini (Mülki Məcəllənin 157.2-ci maddəsi) təsbit etmişdir.
26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur.
27. İşin müəyyən olunan hallarından göründüyü kimi, cavabdehin mübahisəsi gedən torpaq sahəsi üzərində hər hansı hüquqları mövcud deyildir və onun iddiaçının qanuni sahibliyində olan sahədən onun iradəsinin əleyhinə istifadə və oradan çıxmaqdan imtina etməsi, sonuncunun sözügedən əmlaka sahiblik hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Apellyatorun müdaxiləsi nəticəsində iddiaçı öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur, buna görə də birinci instansiya məhkəməsi iddia tələbini haqlı olaraq təmin etmişdir.
28. Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 443 saylı sərəncamının saxta olması barədə cavabdehin apellyasiya şikayətində irəli sürülənlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin sərəncama qanuni qüvvədə olan məhkəmə aktı ilə qiymət verilmişdir.
29. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7367/2021 saylı iş üzrə 08 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh aid olunsun. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov