Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2309/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(008)-3532/19 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı təbii X1 üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Rzayev, iş № 2(008)-3532/19) iddia qismən təmin edilərək Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 2905.59 manat məbləğində borc, 30 manat dövlət rüsumu, ümumilikdə isə 2935.59 manatın alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2018-ci il tarixli, AKX- 00392xx/xx-2018 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” əsasında Cavabdeh məxsus fərdi yaşayış evini qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00001 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı 1202AQ**********0 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-cı yarımbəndinin və “X1”nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən 'Təbii X1n pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında 64,8 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 129,6 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 231,4 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 81,6 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 54,8 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 193,4 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 4,8 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 272 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 726 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 218,2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 234,2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 200,8 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 84 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 223,2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 57,6 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 90 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 90 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 135 manat və xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,2 manat cəmi 3187,2 manat İddiaçınə ziyan vurmuşdur. Cavabdehə Birliyin işçiləri tərəfindən 3075,59 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Qeyri-qanuni qoşulma faktını təsbitləyən materiallar (akt, foto və video çəkiliş) Cavabdehin əməlinə hüquqi qiymət verilməsi məqsədilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə göndərilmişdir. Sabunçu Rayon Polis İdarəsi tərəfindən aparılmış araşdırma nəticəsində Cavabdeh xx.xx.2018-ci il tarixli ******* saylı inzibatı xəta haqqında protokollar əsasında təqsirkar şəxs kimi müəyyən edilmişdir. Həmin inzibati xəta haqqında protokollarda təqsirkar şəxs olan Cavabdeh təbii qazdan qeyri-qanuni istifadə etdiyini etiraf etmişdir. "İddiaçı" İB-nin işçiləri tərəfindən qeyriqanuni qoşulma haqqında tərtib edilmiş aktlar və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolla təqsirli hərəkəti ilə təbii qazdan qeyri-qanuni istifadə edildiyi, bunun nəticəsində Birliyə maddi ziyanın vurulması faktı öz təsdiqini tapsa da, cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ona görə də məhkəmədən Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə də hesablanmış 3075,59 manat məbləğində dəymiş ziyanın, 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə isə 3105,59 manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli AKX-00392xx/xx-2018 saylı İddiaçı (Təchizatçı) ilə Cavabdeh (istehlakçı) arasında bağlanmış «Qaz paylayıcısı ilə sənayə qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə» müqavilədən görünür ki, «təchizatçı» istismarda olan qaz kəmərləri vasitəsi ilə fasiləsiz, normativ sənədlərin tələblərinə uyğun nominal təzyiqlə «İstehlakçı» təbii qazla təmin etməyi, «İstehlakçı» isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödənilməsini öhdələrinə götürmüşlər. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında 64,8 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 129,6 manat, xx.xx.2017-ci ıl tarixli ******* saylı akt əsasında 231,4 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 81,6 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 54,8 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 193,4 manat, xx.xx.2017-ci ıl tarixli, ******* saylı akt əsasında 4,8 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 272 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 726 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 218,2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 234,2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 200,8 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 84 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 223,2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 57,6 manat, 30.1.2018-ci il tarixli ******* saylı akt əsasında 90 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 90 manat, xx.xx.2019-ci il tarixli ******* saylı akt əsasında 135 manat və xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,2 manat cəmi 3187,2 manat cavabdehə vurulmuş zərərin əvəzi hesablanmışdır. İş materiallarında Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 42-ci PB-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda Cavabdeh qaz xəttinə qanunsuz müdaxilə etdiyi üçün barəsində Azərbaycan Respublikası İXM-nini 282.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və sonuncu həmin prokolda təqsirini səmimi etiraf etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayəti verərək Sabunçu Rayon Məhkəməsinin xx xxx 2019cu il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 2016-cı ilin sentyabr ayında yalnız bir dəfə sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan 5 gün müddətində istifadə etmişdir. Daha sonra xx.xx.2020-ci il tarixdə İddiaçı İB-nin əməkdaşları tərəfindən ******* saylı akt tərtib olunmuş, ona dəymiş ziyanın hesablanması məqsədi ilə 64,80 manat məbləğində borc hesablanmışdır. Akt tərtib olunan gün sayğacdan kənar xətt ləğv olunmuş, həmin xəttin əsas xəttə birləşən hissəsi İddiaçı İB-nin əməkdaşları tərəfindən kəsilmiş və qaynaq edilərək bağlanmışdır. Həmin bağlanmış hissə bu gündə əsas xəttin üzərində qalmaqdadır. Bu halı da polisə etiraf etmişdir. İddiaçı bundan istifadə edərək, sayğacdan kənar xəttən istifadə etmədiyi halda bir neçə dəfə akt tərtib etmiş, ona ümumilikdə 3187,20 manat məbləğində əsassız borc yazmışdır. Məhkəmə işin yuxarıda qeyd etdiyi hallarını nəzərə almamış, iddiaçının iddiasının qismən təmin olunması barədə yuxarıda qeyd etdiyi yekun məhkəmə aktını qəbul etmişdir. Qeyd olunmuş halları sübutetmə vəzifəsi cavabdeh tərəfin üzərinə düşür. Cavabdeh tərəf birinci instansiya məhkəməsində bu halları sübuta yetirən hər hansı bir dəlil məhkəməyə təqdim edə bilmirsə, demək həmin aktlarla baş verən hallara görə məsuliyyəti cavabdeh daşıyır. Belə olan halda, istənilən məbləğin iddiaçı tərəfindən ödənilməsi qanunsuz və ədalətsiz olacaq. Təbii qazın sərfiyyatı minimum səviyyədə olur. Buradan tam aydın görünür ki, İddiaçı İBnin əməkdaşları tərəfindən tərtib olunan aktlarda sərfiyyata görə qeyd olunan rəqəmlərin heç bir hüquqi əsası olmadığı kimi ağlabatan da hesab oluna bilməz. 2016-cı ilin sentyabr və 2017-ci ilin aprel aylarında tərtib edilmiş aktların hər birində yalnız PQ-4 tipli qaz plitəsinin bir ay ərzində 43.20 manat məbləğində qaz sərfiyyatının olması mümkün deyil. Hesablama rəyində guya evində olan avadanlıqlar və istifadə olunan günlərin saylı göstərilmişdir, istifadə günlərinin sayının hansı normanın əsasında götürülməsi aydın deyil. Evində isə PQ-4 tipli qaz plitəsindən başqa heç bir avadanlıq mövcud deyildir. Eyni vaxtlarda eyni məişət qaz cihazlarının eyni günlük istifadəsi üçün müxtəlif sərfiyyatlar hesablanmışdır. Bu ondan irəli gəlir ki, birlik sözügedən ünvana qaz sərfiyyatına görə borc hesablayarkən qanuni normalara deyil, formal mülahizələrə əsaslanmışdır. Belə olduğu təqdirdə məhkəmə məhz aktlarda göstərilən dövr üçün qaz sərfiyyatının hesablanmasını mütəxəssisə həvalə etməli idi. Lakin məhkəmə bunu etməmiş və tamamilə səhv nəticəyə gəlmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən mövqeyini “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 452.2, 1096, 1097-ci maddələri, “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi” barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2016-cı il tarixli 18 nömrəli qərarının 2.3-cü bəndi və s. ilə əsaslandıraraq qeyd etmişdir ki, cavabdeh tərəfindən təbii qazdan istifadə edilməsi və həmin qazın istifadəsinə görə borcunu ödəməməsi mülki işin materialları və eləcə də, cavabdehin inzibati xəta haqqındakı prokolda etirafı ilə sübuta yetirildiyindən, iddia qismən təmin edilməli və Tarif (Qiymət) Şurasının xx.xx.2016-cı il tarixli qərarı ilə müəyyən edilmiş limit nəzərə alınmaqla (3075.59 manat - 170 manat) Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 2905.59 manat məbləğində borc, 30 manat dövlət rüsumu, ümumilikdə isə 2935.59 manat alınaraq “İddiaçı’İstehsalat Birliyinin xeyrinə ödənilməlidir. Məhkəmənin qənaətinə görə cavabdeh öz etirazında istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Cavabdeh kənar xətdən yalnız 2016-cı ilin sentyabr ayında 5 gün istifadə etdiyini, sonra bağlandığını və istifadə etmədiyini iddia etsə də, xx.xx.2018-ci il tarixdə qeyri-qanuni qoşulma faktı ilə bağlı inzibati məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İddiaçının verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-2309/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2309/2021
17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver