Məhkəmə qərarları › İş №2(103)-2309/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2309/2024

08.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2309/2024 08.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: X11 (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğludan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X12 Cavabdeh X2 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı «istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması» tələbinə dair iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-11/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 və Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 8 saylı fərdi yaşayış evinə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, eləcə də X1 və X6 istifadə hüquqlarına xitam verilməsi; cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, eləcə də X1 və X6 ünvan 1 ünvanda yerləşən 8 saylı fərdi yaşayış evindən çıxarılmaqla həmin evin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-11/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X13, X14, X18, X7, X8, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, X9, X15, X10, X17 və X3 yetkinlik yaşına çatmamış ailə üzvləri ilə birlikdə iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 8 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılması və evin boşaldılması qət edilmişdir. Qeyd olunan qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 mart 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək baxılması üçün təyin edilmişdir. Bununla belə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsindən xx.xx.2024-ci il tarixdə daxil olmuş məktubda, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-11/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh X16 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün mülki işin Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə göndərilməsinə göstəriş verilməsinin xahiş edildiyi qeyd edilir. İşdə iştirak edən şəxslər məsələnin həllini məhkəmənin mülahizəsinə həvalə etdiklərini bildirirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, sözügedən apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, hazırki iş üzrə apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad ləğv edilməklə, iş həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-11/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 07 mart 2024-cü il tarixli qərardadı ləğv edilməklə, mülki iş apellyasiya baxışından çıxarılsın və cavabdeh X4 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 11/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin Mülki- Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar