Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-231/2022 07.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri -Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə3, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “tikilinin sökülməsi və bağ sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2(003)-221/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “tikilinin sökülməsi və bağ sahəsinin boşaldılması”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ərazisində yerləşən 0,12 ha torpaq sahəsi olan 38/378 saylı bağ sahəsində Cavabdeh tərəfindən tikilmiş fərdi yaşayış evinin sökülməsi, Cavabdeh həmin bağ sahəsinə daxil olmasının qadağan edilməsi, onun bağ sahəsi üzərində istifadə hüquqlarının həyata keçirilməsinə Cavabdeh tərəfindən yaradılan hər cür maneələrin aradan qaldırılması və bağ sahəsinin cavabeh Cavabdeh tərəfindən boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 və istismarı Birliyi ilə bağlanmış 36212 saylı 10 noyabr 2005-ci il tarixli Müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ərazisində yerləşən, 0,12 ha torpaq sahəsi olan 38/378 saylı bağ sahəsi ona məxsusdur. Cavabdeh olan Cavabdeh ona məxsus olan 0.12 ha torpaq sahəsinə qanunsuz olaraq, müdaxilələr edir, torpaq sahəsi üzərində istifadə hüquqlarına maneələr yaradır. Belə ki, sözügedən bağ sahəsinin bir hissəsini qanunsuz zəbt edərək orada fərdi yaşayış evi tikmiş, ona məxsus torpağa girişini məhdudlaşdırmış, torpaq sahəsinin özünə məxsus olduğu bildirilərək, qanunla qorunan mülkiyyət hüquqlarını pozmuşdur. Dəfələrlə cavabdehə qanunsuz hərəkətlərə son qoyması barədə xəbərdarlıq edilsə də, o, tələbinə əməl etməmişdir. Cavabdeh mülkiyyətində olan 0,12 ha torpaq sahəsinə qanunsuz olaraq, müdaxilələr etdiyindən, torpaq sahəsi üzərində istifadə hüquqlarına maneələr yaratdığından, bununla da qanunla qorunan mülkiyyət hüquqlarını pozduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ona məxsus, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ərazisində yerləşən, sənəd üzrə 0,12 ha torpaq sahəsi olan, faktiki isə 0,10 ha təşkil edən 38/3781 saylı bağ sahəsinin zəbt edilmiş 0,04 ha hissəsində, yəni 400 kvadrat metr hissəsində Cavabdeh tərəfindən tikilmiş fərdi yaşayış evinin sökülməsi, Cavabdeh həmin bağ sahəsinin qanunsuz zəbt etdiyi 0,04 ha hissəsinə, yəni 400 kvadrat hissəsinə daxil olmasının qadağan edilməsi, onun bağ sahəsinin cavabdehin qanunsuz zəbt etdiyi 0,04 ha hissəsində, yəni 400 kvadrat metr hissəsi üzərində istifadə hüquqlarının həyata keçirilməsinə Cavabdeh tərəfindən yaradılan hər cür maneələrin aradan qaldırılması və bağ sahəsinin zəbt edilmiş 0,04 ha hissəsinin, yəni 400 kvadrat metr hissəsinin Cavabdeh tərəfindən boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2(003)- 221/2020 saylı qətnaməsi ilə (hakim Hüseyn Hüseynli) iddianın təmin edilməsi, İddiaçı məxsus, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ərazisində yerləşən, sənəd üzrə 0,12 ha torpaq sahəsi olan, faktiki isə 0,10 ha təşkil edən 38/3781 saylı bağ sahəsinin zəbt edilmiş 0,04 ha hissəsində, yəni 400 kvadrat metr hissəsində Cavabdeh tərəfindən tikilmiş fərdi yaşayış evinin sökülməsi, Cavabdeh həmin bağ sahəsinin qanunsuz zəbt etdiyi 0,04 ha hissəsinə, yəni 400 kvadrat metr hissəsinə daxil olmasının qadağan edilməsi, iddiaçının bağ sahəsinin cavabdehin qanunsuz zəbt etdiyi 0,04 ha hissəsində, yəni 400 kvadrat metr hissəsində üzərində istifadə hüquqlarının həyata keçirilməsinə Cavabdeh tərəfindən yaradılan hər cür maneələrin aradan qaldırılması və bağ sahəsinin zəbt edilmiş 0,04 ha hissəsi, yəni 400 kvadrat metr hissəsinin Cavabdeh tərəfindən boşaldılması qət olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətinin dəlilləri qismində göstərmişdir ki, birinci instansiya məhkəməsi təkcə Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 36212 saylı, xx.xx.2005-ci il tarixli müqaviləyə istinad etməklə, bunu qətnamədə təkrar-təkrar qeyd etmişdir. Bununla yanaşı, hakim, iş materiallarında olan X3 tərəfindən verilmiş 34 nömrəli, xx.xx.2019-cu il tarixli ekspert rəyini də mühüm sübut kimi qəbul etmiş, lakin ekspert İlham Xudiyevin yazılı məlumatını nəzərə almamışdır. Belə ki, iddiaçının istinad etdiyi müqavilənin (hansı ki, qüvvədə olma müddəti 10 il olmaqla xx.xx.2015-ci il tarixdə bitmişdir) məhz mübahisəli torpaq sahəsinə aid olması, həmin sahənin ölçüsü haqqında məlumat olmamışdır. X3 isə, iddiaçının 0,6 ha torpağından əlavə, 0,4 ha hissənin məhz cavabdeh tərəfindən zəbt edildiyini müəyyən edə bildiyi halda, necə olur ki, qalan 0,2 ha hissənin hansı qonşu tərəfindən zəbt edildiyini müəyyənləşdirə bilmir. Bu xüsusat, nümayəndəsi tərəfindən məhkəmənin diqqətinə çatdırılsa da, hakim tərəfindən nəzərə alınmamış, iddiaçının sözügedən müqavilə üzrə bağ sahəsinə dair hər hansı hüquqa malik olmasına və ya olmamasına əhəmiyyət belə verilməmişdir. Belə ki, müqavilənin müddəti uzadılmamaqla yanaşı, iddiaçı müqavilə şərtlərinə də əməl etməmiş, bağ sahəsindən istifadə haqqını ödəməmiş, hər il öz xərci və vəsaiti hesabına aqrotexniki becərmə işləri görməmiş, tikilini və bağı mühafizə etməmiş, talanmaqdan qorumamışdır. Cavabdeh isə, bağı və bağ sahəsində yerləşən evi xx.xx.2017-ci il tarixdə 22.000 manata almış və artıq 3 il 6 aydır ki, bu sahədə yaşamaqla, ev inşa etmişdir. Həmin müddət ərzində heç kim hər hansı iddia ilə ona müraciət etməmiş, hazırkı torpaq sahəsinin ona məxsus olduğunu bəyan etməmişdir. Tərəflərin izahatları, prosessual məsələlər: Məhkəmə baxışında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayətinə etiraz edərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Sübutların tədqiqi: Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamentinin Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 36212 saylı, 10 noyabr 2005-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Şüvəlan ərazisində yerləşən 0,12 ha torpaq sahəsi olan 38/3781 nömrəli bağ 10 illik müddətdə İddiaçı istifadəsinə verilmişdir. X3 tərəfindən verilmiş 34 nömrəli, xx.xx.2019-cu il tarixli ekspert rəyindən görünür ki, İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamentinin Bağlar Təsərrüfatının inkişafı Departamenti tərəfindən Şüvəlan qəsəbəsi ərazisində yerləşən, “Birlik” adlanan Bağçılıq ərazisindən xx.xx.2005-ci il tarixli, 36212 saylı müqaviləyə əsasən verilmiş 0,12 ha torpaq sahəsinin 1000 kv.metr (0,10 ha) təşkil etdiyi müəyyən olunur. İddiaçı faktiki olaraq istifadəsində 600 kv.metr torpaq sahəsinin olduğu 400 kv.metr torpaq sahəsində digər şəxsin fərdi yaşayış evi tikərək istifadə etdiyi müəyyən edilir. Bağçılıq sxeminin miqyası olmadığından, qalan 200 kv.metr torpaq sahəsinin hans qonşu tərəfindən istifadə edildiyini müəyyən etmək mümkün olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qərardadı ilə hazırkı mülki iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********50 saylı 01 iyul 2021-ci il tarixli məktubundan görünür ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, göstərilən bağ sahəsinin mişar daşından hasarla ayrılmış 640,0 kv.m hissəsi faktiki İddiaçı istifadəsindədir. Sözügedən sahənin üzərində natamam köməkçi tikili və sanitar qovşağı var. Bağ sahəsinin qalan hissəsi isə cənub istiqamətində yerləşir və faktiki digər fiziki şəxs tərəfindən hasarlanaraq bağ evi və köməkçi tikililər inşa olunmuşdur. İdarənin arxiv əsaslarında sözügedən 38/3781 nömrəli bağ sahəsinə dair İddiaçı ilə bağlanılmış xx.xx.2005-ci il tarixli 36212 nömrəli müqavilə mövcuddur. Bağ sahəsinin cizgisi yoxdur, arxiv qovluğundakı bağçılıq yoldaşlığının bölgü sxemi mövcuddur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin "xxxx" MMC-nin **********95 saylı xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı Departamenti tərəfindən Şüvəlan qəsəbəsi ərazisində yerləşən “Birlik” adlanan Bağçılıq ərazisindən xx.xx.2005-ci il tarixli, 36212 saylı müqaviləyə əsasən verilmiş 0,12 ha torpaq sahəsinə dair heç bir texniki sənədin (planölçü, ayrıc aktı və ya hər hansı istinad nöqtəsindən məsafəsi göstərilmiş sxem və ya cizgi) təqdim edilməməsi, təqdim edilmiş bağların bölgü sxeminin miqyassız, koordinatsız və hər hansı istinad nöqtəsindən məsafənin göstərilməməsi səbəbindən sözügedən torpaq sahəsini sənəd üzrə naturada yerinin dəqiq müəyyən edilməsi mümkün olmamışdır. Cavabdeh hazırda istifadəsində olan İddiaçı tərəfindən iddia edildiyi torpaq sahəsinin və həmin torpaq sahəsində mövcud olan tikililərin naturada koordinatları müəyyən edilərək ölçülməklə rəyə əlavə edilmiş sxemdə “mübahisəli torpaq sahəsi” (S=437 kv.m) kimi öz əksini tapmışdır. Mübahisələndirilən torpaq sahəsinə hər hansı hüquqi və ya fiziki şəxsə hər hansı bir hüquqi və ya texniki sənədin verilməsi barədə elektron kadastr bazasına heç bir məlumatın, eləcə də həmin əraziyə iddiaçı və cavabdehə dair heç bir texniki sənədin təqdim edilməməsi səbəbindən Cavabdeh hazırda istifadəsində olan torpaq sahəsi ilə İddiaçı xx.xx.2005-ci il tarixli, 36212 saylı müqaviləyə əsasən verilmiş 0,12 ha torpaq sahəsinin hər hansı hissədə kəsişməsini və ya üst-üstə düşməsini koordinatlarla müəyyən edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********06 saylı xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçının istifadəsində olan 640,0 kv.m sahənin və iddia olunan 439,0 kv.m sahənin yeri müəyyən edilərək cizgisi tərtib olunmuşdur. Ümumi iddia olunan sahə 1079,0 kv.m təşkil edir ki, bunun da 640,0 kv.m olan hissəsində natamam “B” literli tikili mövcuddur. Cavabdehin istifadəsində olan 439,0 kv.m yer müayinə zamanı müəyyən edilmişdir. Həmin 439,0 kv.m sahədə “A” literli 1 mərtəbəli mansardlı bağ evi və köməkçi həyət tikililəri inşa olunmuşdur. Cavabdeh tərəfindən həmin 439,0 kv.m sahəyə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Cavabdehin istifadə etdiyi 439,0 kv.m sahə iddiaçının iddia etdiyi ərazi ilə üst-üstə süşür. Həmin mübahisəli 439,0 kv.m sahənin cizgisi və koordinatları tərtib olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin 10/3201 saylı, xx.xx.2022-ci il tarixli rəyinə əsasən, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mütəxəssis rəylərinə əsasən qeyd olunur ki, İddiaçı, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı Departamenti tərəfindən Şüvəlan qəsəbəsi ərazisində yerləşən “Birlik” adlanan Bağçılıq ərazisindən xx.xx.2005-ci il tarixli, 36212 saylı müqaviləyə əsasən verilmiş 0,12 ha torpaq sahəsinə dair heç bir texniki sənədin (plan-ölçü, ayrıc aktı və ya hər hansı istinad nöqtəsindən məsafəsi göstərilmiş sxem və ya cizgi) təqdim edilməməsi, təqdim edilmiş bağların bölgü sxeminin miqyassız, koordinatsız və hər hansı istinad nöqtəsindən məsafənin göstərilməməsi səbəbindən sözügedən torpaq sahəsini sənəd üzrə naturada yerinin dəqiq müəyyən edilməsi mümkün olmamışdır. Cavabdeh hazırda istifadəsində olan İddiaçı tərəfindən iddia edildiyi torpaq sahəsinin və həmin torpaq sahəsində mövcud olan tikililərin naturada koordinatları müəyyən edilərək ölçülməklə rəyə əlavə edilmiş sxemdə “mübahisəli torpaq sahəsi” (S=437 kv.m) kimi öz əksini tapmışdır. Mübahisələndirilən torpaq sahəsinə hər hansı hüquqi və ya fiziki şəxsə hər hansı bir hüquqi və ya texniki sənədin verilməsi barədə elektron kadastr bazasına heç bir məlumatın, eləcə də həmin əraziyə iddiaçı və cavabdehə dair heç bir texniki sənədin təqdim edilməməsi səbəbindən Cavabdeh hazırda istifadəsində olan torpaq sahəsi ilə İddiaçı xx.xx.2005-ci il tarixli, 36212 saylı müqaviləyə əsasən verilmiş 0,12 ha torpaq sahəsinin hər hansı hissədə kəsişməsini və ya üst-üstə düşməsini koordinatlarla müəyyən edilməsi mümkün olmamışdır. Hüquqi Məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan, X3 tərəfindən verilmiş 34 nömrəli, xx.xx.2019cu il tarixli ekspert rəyindən görünür ki, İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamentinin Bağlar Təsərrüfatının inkişafı Departamenti tərəfindən Şüvəlan qəsəbəsi ərazisində yerləşən, “Birlik” adlanan Bağçılıq ərazisindən xx.xx.2005-ci il tarixli, 36212 saylı müqaviləyə əsasən verilmiş 0,12 ha torpaq sahəsinin 1000 kv.metr (0,10 ha) təşkil etdiyi müəyyən olunur. İddiaçı faktiki olaraq istifadəsində 600 kv.metr torpaq sahəsinin olduğu 400 kv.metr torpaq sahəsində digər şəxsin fərdi yaşayış evi tikərək istifadə etdiyi müəyyən edilir. Bağçılıq sxeminin miqyası olmadığından, qalan 200 kv.metr torpaq sahəsinin hans qonşu tərəfindən istifadə edildiyini müəyyən etmək mümkün olmamışdır. Kollegiya bildirir ki, Bakı Apellyasiya Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qərardadı ilə hazırkı mülki iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin "xxxx" MMC-nin **********95 saylı xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı Departamenti tərəfindən Şüvəlan qəsəbəsi ərazisində yerləşən “Birlik” adlanan Bağçılıq ərazisindən xx.xx.2005-ci il tarixli, 36212 saylı müqaviləyə əsasən verilmiş 0,12 ha torpaq sahəsinə dair heç bir texniki sənədin (planölçü, ayrıc aktı və ya hər hansı istinad nöqtəsindən məsafəsi göstərilmiş sxem və ya cizgi) təqdim edilməməsi, təqdim edilmiş bağların bölgü sxeminin miqyassız, koordinatsız və hər hansı istinad nöqtəsindən məsafənin göstərilməməsi səbəbindən sözügedən torpaq sahəsini sənəd üzrə naturada yerinin dəqiq müəyyən edilməsi mümkün olmamışdır. Cavabdeh hazırda istifadəsində olan İddiaçı tərəfindən iddia edildiyi torpaq sahəsinin və həmin torpaq sahəsində mövcud olan tikililərin naturada koordinatları müəyyən edilərək ölçülməklə rəyə əlavə edilmiş sxemdə “mübahisəli torpaq sahəsi” (S=437 kv.m) kimi öz əksini tapmışdır. Mübahisələndirilən torpaq sahəsinə hər hansı hüquqi və ya fiziki şəxsə hər hansı bir hüquqi və ya texniki sənədin verilməsi barədə elektron kadastr bazasına heç bir məlumatın, eləcə də həmin əraziyə iddiaçı və cavabdehə dair heç bir texniki sənədin təqdim edilməməsi səbəbindən Cavabdeh hazırda istifadəsində olan torpaq sahəsi ilə İddiaçı xx.xx.2005-ci il tarixli, 36212 saylı müqaviləyə əsasən verilmiş 0,12 ha torpaq sahəsinin hər hansı hissədə kəsişməsini və ya üst-üstə düşməsini koordinatlarla müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 10/3201 saylı, xx.xx.2022-ci il tarixli rəyinə əsasən, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mütəxəssis rəylərinə əsasən qeyd olunur ki, İddiaçı, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı Departamenti tərəfindən Şüvəlan qəsəbəsi ərazisində yerləşən “Birlik” adlanan Bağçılıq ərazisindən xx.xx.2005-ci il tarixli, 36212 saylı müqaviləyə əsasən verilmiş 0,12 ha torpaq sahəsinə dair heç bir texniki sənədin (plan-ölçü, ayrıc aktı və ya hər hansı istinad nöqtəsindən məsafəsi göstərilmiş sxem və ya cizgi) təqdim edilməməsi, təqdim edilmiş bağların bölgü sxeminin miqyassız, koordinatsız və hər hansı istinad nöqtəsindən məsafənin göstərilməməsi səbəbindən sözügedən torpaq sahəsini sənəd üzrə naturada yerinin dəqiq müəyyən edilməsi mümkün olmamışdır. Cavabdeh hazırda istifadəsində olan İddiaçı tərəfindən iddia edildiyi torpaq sahəsinin və həmin torpaq sahəsində mövcud olan tikililərin naturada koordinatları müəyyən edilərək ölçülməklə rəyə əlavə edilmiş sxemdə “mübahisəli torpaq sahəsi” (S=437 kv.m) kimi öz əksini tapmışdır. Mübahisələndirilən torpaq sahəsinə hər hansı hüquqi və ya fiziki şəxsə hər hansı bir hüquqi və ya texniki sənədin verilməsi barədə elektron kadastr bazasına heç bir məlumatın, eləcə də həmin əraziyə iddiaçı və cavabdehə dair heç bir texniki sənədin təqdim edilməməsi səbəbindən Cavabdeh hazırda istifadəsində olan torpaq sahəsi ilə İddiaçı xx.xx.2005-ci il tarixli, 36212 saylı müqaviləyə əsasən verilmiş 0,12 ha torpaq sahəsinin hər hansı hissədə kəsişməsini və ya üst-üstə düşməsini koordinatlarla müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası mülki iş materiallarında olan sənədləri tədqiq edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, birinci instansiya məhkəməsi qətnaməsində özəl hüquqi şəxs olan “X3” MMC-nin xx.xx.2019-cu il tarixli 34 nömrəli ekspert rəyi kimi tərtib etdiyi sənədi sübut kimi tanımışdır. Halbuki, həmin ekspert rəyi kimi tərtib edilərək məhkəməyə təqdim edilmiş sənədin heç bir hüquqi qüvvəsi yoxdur. Belə ki, Mülki Prosessual Məcəllənin 99.2-ci maddəsinə əsasən ekspertiza məhkəmə ekspertizası idarəsinin ekspertləri və ya özəl məhkəmə ekspertləri tərəfindən keçirilir. Həmin əcəllənin 101-1.1-ci maddəsinə əsasən isə işdə iştirak edən şəxslər onların mənafelərinə xidmət edə biləcək halların müəyyən edilməsi üçün öz təşəbbüsləri ilə ekspertizanın aparılmasını sifariş vermək üçün məhkəmə ekspertizası idarəsinə və ya özəl məhkəmə ekspertinə rəsmi müraciət etmək hüququna malikdirlər. “Məhkəmə Ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsinə əsasən məhkəmə eksperti (ekspert) – məhkəmə ekpsertizasının aparılması həvalə olunmuş, məhkəmə ekpsertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan, məhkəmə eksperti şəhadətnaməsi almış şəxsdir. Həmin qanunun 11-ci maddəsinə əsasən qanunda göstərilən tələblərə cavab verən şəxs məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün məhkəmə eksperti şəhadətnaməsini almalıdır, özəl məhkəmə ekspertlərinə şəhadətnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir, şəhadətnamənin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, şəhadətnamə almış şəxs barədə ətraflı məlumat müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərhal Məhkəmə Ekspertləri Reyestrinə daxil edilir, şəxs yalnız şəhadətnamə aldıqdan və barədində məlumat Reyestrə daxil edildikdən sonra məhkəmə ekpserti qismində fəaliyyət göstərə bilər, məhkəmə ekpserti yalnız şəhadətnamədə qeyd edilən məhkəmə eksperti ixtisası (ixtisasları) üzrə ekspert rəyi verə bilər. Həmin Qanunun 11-3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı məhkəmə ekspertizası idarələrinin ekspertləri və özəl məhkəmə ekspertləri barədə məlumatları Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edir, Reyestrin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, Reyestr açıqdır, müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində yerləşdirilir və məlumatlar daim yenilənir, reyestrə daxil edilməyən şəxslərin məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olması qadağandır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Lakin Qanuna özəl məhkəmə ekspertləri barədə edilmiş dəyişikliklərdən sonra bugünədək özəl məhkəmə eksperti kimi heç bir hüquqi və ya fiziki şəxs şəhadətnamə almamış və reyestr hazırda olmadığından reyestrə daxil edilməmişdir. Özəl hüquqi şəxs olan “X3” MMC tərəfindən xx.xx.2019-cu il tarixdə 34 nömrəli ekspert rəyi kimi təqdim edilmiş sənəddə də, ekpsertizanı aparmış X4 cəmiyyətin tikinti-exniki ekpserti, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində 20 ildən artıq ekspert iş təcrübəsinə malik olan, ali texniki təhsilli şəxs kimi X5 isə cəmiyyətin mühəndis yerquruluşçusu kimi təqdim edilməsinə baxmayaraq, həmin şəxslərin özəl məhkəmə ekspertləri kimi fəaliyyət göstərmək üçün hər hansı şəhadətnamə alıb-almadıqları, onların reyestrə daxil edilib-edilməmələri, onların müvafiq sahə üzrə ekspert kimi çıxış edə bilmələri üçün səlahiyyətlərinin olub-olmaması barədə hər hansı məlumat göstərilməmişdir. Çünki həmin şəxslərin özəl məhkəmə eksperti kimi fəaliyyət göstərmək səlahiyyətləri yoxdur. MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı ayrılmış torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilməsini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də, hazırkı iddia tələbi təmin edilə bilməz. Məcəllənin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Göstərilənlərə əsasən Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda birinci instansiya məhkəməsi tərəfindən iş üzrə düzgün olmayan nəticəyə gəlindiyindən şikayət təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2(003)-221/2020 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı tutularaq, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-231/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-231/2022
07.07.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver