Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2317/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2(005)-2128/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 Ağası qızı, Cavabdeh2, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Accessbank“ QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Ağası qızı, Cavabdeh2, Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi 94 saylı evin, 9 saylı mənzilinə istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18.01.2019-cu il tarixli, 2(005)-6/20l9 saylı qərardadı ilə barışıq sazişi təsdiq edilmiş və mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardada əsasən Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi 94 saylı evin, 9 saylı mənzili İddiaçı QSC-nin mülkiyyətinə keçmişdir. Hazırda Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi 94 saylı evin, 9 saylı mənzili İddiaçı QSCnin mülkiyyətindədir və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, 22.02.2019-cu il qeydiyyat tarixli çıxarış alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o, satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə görə isə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşma çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Cavabdeh1 Ağası qızı, Cavabdeh2, Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi 94 saylı evin, 9 saylı mənzilində bu günə kimi hələ də qeydiyyatdadır, bununla da cavabdehlər əmlak üzərində mülkiyyətçi kimi hüquqlarıının həyata keçirilməsinə mane olur. “Elektron notariat” X1 çıxarışdan görünür ki, cavabdehlər hazırda Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi 94 saylı evin 9 saylı mənzilində qeydiyyatdadırlar. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2(005)-2128/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1 Ağası qızının, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi 94 saylı evin, 9 saylı mənzilindən istifadə hüquqlarının itirilməsi qət olunmuşdur. Cavabdehlər Cavabdeh1 Ağası qızı, Cavabdeh2, Cavabdeh3 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2(005)- 2128/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18.01.2019-cu il tarixli, 2(005)-6/20l9 saylı qərardadı ilə barışıq sazişində cavabdehlərin Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi 94 saylı evin 9 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi ilə bağlı hər hansı bənd yoxdur. Cavabdehlərin həmin mənzildən başqa yaşayış yeri yoxdur. İddiaçı “Accessbank“ QSC, cavabdehlər Cavabdeh1 Ağası qızı, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18.01.2019-cu il tarixli, 2(005)-6/20l9 saylı qərardadının surətinə əsasən İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 Ağası qızına və X2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilmiş və mülki iş üzrə icraata xitam verilmiş, Cavabdeh1 Ağası qızı bu barışıq sazişinin 9-cu bəndində nəzərdə tutulmuş hüquqlarından istifadə etmədikdə Cavabdeh1 Ağası qızı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 217 nömrəli bağ evini, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 218 nömrəli bağ evini, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 219 nömrəli bağ evini və Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi 94 saylı evin 9 saylı mənzilini 18 fevral 2020-ci il tarixədək boşaldaraq İddiaçı QSC-yə təhvil verməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 94, 9 nömrəli mənzili xüsusi mülkiyyət hüququ kimi İddiaçı QSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 412 nömrəli reyestr kitabının 38333 nömrəli vərəqində 22.02.2019-cu il tarixdə qeydiyyata alınmışdır. “Elektron notariat” X1 çıxarılmış 29.04.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Cavabdeh1 Ağası qızı, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi 94 saylı evin, 9 saylı mənzilində qeydiyyatdadırlar. Birinci instansiya məhkəməsində araşdırma zamanı məhkəmə bu qənaətə gəlmişdir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18.01.2019-cu il tarixli, 2(005)-6/20l9 saylı qərardadı ilə barışıq sazişi təsdiq edilmiş və mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardada əsasən Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi 94 saylı evin 9 saylı mənzili İddiaçı QSC-nin mülkiyyətinə keçmişdir. Cavabdeh1 Ağası qızı bu barışıq sazişinin 9-cu bəndində nəzərdə tutulmuş hüquqlarından istifadə etmədikdə Cavabdeh1 Ağası qızı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 217 nömrəli bağ evini, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 218 nömrəli bağ evini, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 219 nömrəli bağ evini və Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi 94 saylı evin, 9 saylı mənzilini 18 fevral 2020-ci il tarixədək boşaldaraq İddiaçı QSC-yə təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin vaxt hazırki mülki iş üzrə cavabdehlər Cavabdeh1 Ağası qızı, Cavabdeh2 və Cavabdeh3 bu mənzildə pasport qeydiyyatında olmuşdur. Barışıq sazişinin təsdiq olunması və iş üzrə icraata xitam verilməsi barədə qərardada əsasən cavabdehlər mənzildən çıxaraq, onu təhvil verməyi öhdəsinə götürmüşdür. Hazırda cavabdehlər Cavabdeh1 Ağası qızı, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi 94 saylı evin 9 nömrəli mənzilində yaşamırlar, lakin pasport qeydiyyatında olmaqda davam edirlər. Onların həmin mənzildə pasport qeydiyyatında olması formal xarakter daşıyır. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir, lakin bu məbləği cavabdehlərdən tələb etmir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 Ağası qızı mülkiyyətində olan əmlakdan imtina etməklə həmin əmlakı iddiaçının mülkiyyətinə verdiyindən cavabdehlər Cavabdeh1 Ağası qızının, Cavabdeh2 və Cavabdeh3 mübahisəli mənzildən istifadə hüquqları itirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.02.2021-ci il tarixli, 2(103)- 3241/2021 saylı qərardadı ilə cavabdehlər Cavabdeh1 Ağası qızı, X4, maraqlı şəxslər Cavabdeh2 və Cavabdeh3 şikayətləri təmin edilərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-6/2019 saylı, 18.01.2019-cu il tarixli qərardadı ləğv edilərək, mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki işin Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 27.05.2021-ci il tarixli, 2(005)-2101/2021 saylı qərardadı ilə İddiaçı QSC-nin iddianın təmin tədbiri barədə ərizəsi təmin edilərək, digər əmlaklarla yanaşı Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi 94 saylı evin, 9 saylı mənzilinin özgənkiləşdirilməsi cavabdehə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 27.05.2021-ci il tarixli, 2(005)-2101/2021 saylı qərardadı Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18.01.2019-cu il tarixli, 2(005)- 6/2019 saylı qərardadın icrasında dönüş edilməsi barədə İddiaçı QSC-nin və Cavabdeh1 Ağası qızının ərizələri təmin edilərək, digər əmlaklarla yanaşı Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi 94 saylı evin, 9 saylı mənzilinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın Cavabdeh1 Ağası qızının adına bərpa edilməklə aparılması, həmin mənzil üzərində İddiaçı QSC-nin ipoteka hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində bərpa edilməklə həmin əmlaklar üzərində İddiaçı QSC-nin əvvəlki ipoteka yüklülük qeydiyyatının aparılması qərara alınmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 27.05.2021-ci il tarixli, 2(005)-2101/2021 saylı qərardadı əsasında icra vərəqəsi verilmişdir. İş materiallarından AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi 94 saylı evin, 9 saylı mənzili 05.07.2021-ci ildə Cavabdeh1 Ağası qızının adına ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.02.2021-ci il tarixli, 2(103)-3241/2021 saylı qərardadı ilə barışıq sazişi ilə bağlı Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-6/2019 saylı, 18.01.2019-cu il tarixli qərardadı ləğv edilərək, mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki işin Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 27.05.2021-ci il tarixli, 2(005)-2101/2021 saylı qərardadı Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18.01.2019-cu il tarixli, 2(005)- 6/2019 saylı qərardadın icrasında dönüş edilməsi barədə İddiaçı QSC-nin və Cavabdeh1 Ağası qızının ərizələri təmin edilərək, digər əmlaklarla yanaşı Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi 94 saylı evin, 9 saylı mənzilinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın Cavabdeh1 Ağası qızının adına bərpa edilməklə aparılması, həmin mənzil üzərində İddiaçı QSC-nin ipoteka hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində bərpa edilməklə həmin əmlaklar üzərində İddiaçı QSC-nin əvvəlki ipoteka yüklülük qeydiyyatının aparılması qərara alınmışdır. Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi 94 saylı evin, 9 saylı mənzili üzərində 05.07.2021-ci ildə Cavabdeh1 Ağası qızının mülkiyyət hüquqları bərpa edilmişdir. Hal-hazırda Bakı şəhəri Nərimanov rayon Məhkəməsində İddiaçı QSC-nin kredit borcunun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və.s tələbinə dair mülki işə baxılır. İddiaçı hazırkı mülki iş üzrə mənzil üzərində mülkiyyət hüquqlarının yaranması əsası ilə cavabdehlərin istifadə hüquqlarının itirilməsini tələb etmişdir. Hazırda isə iddiaçının mənzil üzərində mülkiyyət hüquqları mövcud deyildir. “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o, satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə görə isə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşma çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Kollegiya hesab edir ki, mübahisəli mənzilin hazırda mülkiyyətçisi Cavabdeh1 Ağası qızı olmaqla, İddiaçı QSC-nin kredit borcunun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və.s tələbinə dair mülki işə Bakı şəhəri Nərimanov rayon Məhkəməsində baxılır. Həmin mülki iş üzrə iddianın təmin və ya rədd olunması barədə hansı qətnamənin qəbul ediləcəyi, iddia təmin ediləcəyi halda, ipoteka predmetinin satılması, hərracdan mülkiyyətçinin kim olacağı gələcəkdə bəlli olacaqdır. Kollegiya hesab edir ki, hazırkı iddia tələbini yalnız mülkiyyətçi irəli sürmək hüququna malikdir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Hüquqi nəzəriyyə görə subyektiv mənada hüquq normativ-aktlarda müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin mənmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüqüqun ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalınz qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırki halda iddiaçı subyektiv hüququn birinci elementinə (hüquqi ixtiyara) malik deyildir. Kollegiya hesab edir ki, mübahisəli mənzil üzərində “Accessbank“ QSC-nin hazırda mülkiyyət hüquqları mövcud olmadığından, iddiaçı “Accessbank“ QSC-nin cavabdehlər Cavabdeh1 Ağası qızı, Cavabdeh2, Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi 94 saylı evin, 9 saylı mənzilinə istifadə hüquqlarının itirilməsi barədə mülkiyyətçi hüquqlarından çıxış edərək, iddia tələbi irəli sürməsi üçün subyektiv hüququ yaranmamışdır. Buna görə də, iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 Ağası qızı, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2(005)-2128/2020 saylı qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı “Accessbank“ QSC-nin cavabdehlər Cavabdeh1 Ağası qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-2317/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2317/2021
22.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver