Məhkəmə qərarları › İş №2(103)-2317/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2317/2022

29.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2317/2022 29.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ (icraata xitam verilməsi barədə) Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı1, iddiaçıların nümayəndəsi (vəkil) Vəkil2, Cavabdehin nümayəndəsi (vəkil) Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2ə Əjdər qızının cavabdehlər Cavabdeh1 və “Qurtuluş- 93” MİK-ə qarşı “pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2(011)-52/2021 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2ə Əjdər qızı cavabdehlər Cavabdeh1 və “Qurtuluş-93” MİK-ə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 14 mərtəbəli yaşayış binasının 13 mərtəbə, ümumi sahəsi 78,4 m2 olan, 2 otaqlı 86 saylı mənzilin təmirinə sərf edilmiş 22000 manat və 02 oktyabr 2017-cı il tarixində ödənilmiş 10000 manat pulun Cavabdeh1 tutularaq ona verilməsi, mənzilin dəyəri olan 62720 manat pulun "xxxx" Mənzil Tikinti Kooperativindən ona qaytarılması ilə mənzildən çıxarılmanın eyni vaxtda icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2(011)-52/2021 saylı qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddia qismən təmin olunmuş, ünvan 1 ünvanda yerləşən 14 mərtəbəli yaşayış binasının 13 mərtəbə, ümumi sahəsi 78,4 m2 olan, 2 otaqlı 86 saylı mənzilin təmir xərclərinə görə 19184 manat məbləğində pulun Cavabdeh1 tutularaq İddiaçı1 və İddiaçı2ə Əjdər qızına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza xərcinin 25 manat hissəsinin İddiaçı2ə Əjdər qızından və İddiaçı1, 25 manatının isə Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddiaçılar qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya baxışı zamanı tərəflər razılığa gələrək, məhkəməyə barışıq sazişi təqdim etmiş, ayrı-ayrılıqda barışıq sazişinin nəticələrinin onlara aydın olduğunu bildirmiş və məhkəmə kollegiyasından sazişin təsdiq olunmasını, qətnamənin ləğv olunaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası, sədrlik edənin hakimin məruzəsini, tərəflərin izahatlarını və 29 aprel 2022-ci il tarixli barışıq sazişini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq olunmalı, qətnamə ləğv olunaraq, mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Təqdim olunmuş 29 aprel 2022-ci il tarixli barışıq sazişinin şərtlərinə görə;

1. İddiaçılar X1 və İddiaçı2ə Əjdər qızı Cavabdeh1 qarşı '‘ünvan 2 ünvanda yerləşən 14 mərtəbəli yaşayış binasının 13 mərtəbə, ümumi sahəsi 78.4 m2 olan, 2 otaqlı 86 saylı mənzilin təmirinə sərf edilmiş 22000 manat və 02 oktyabr 2017-cı il tarixində ödənilmiş 10000 manat pulun Cavabdeh1 tutularaq ona verilməsi, mənzilin dəyəri olan 62720 manat pulun "xxxx" Mənzil Tikinti Kooperativindən ona qaytarılması ilə mənzildən çıxarılmanın eyni vaxtda icra edilməsinə dair” iddia tələbindən imtina edirlər və barışıq sazişi məhkəmənin müvafiq qərardadı ilə təsdiq edildikdən sonra 3 ay ərzində 60000 (altmış min) manat məbləğində pulu Cavabdeh1 verməyi öz öhdəsinə götürürlər.

2. Cavabdeh1 60000 (altmış min) manatı aldıqdan sonra Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3162/2018 saylı, 18 may 2018-ci il tarixli qətnaməsinin icrasından və ünvan 1 ünvanda yerləşən 14 mərtəbəli yaşayış binasının 13 mərtəbə, ümumi sahəsi 78,4 m2 olan 2 otaqlı 86 saylı mənzilə dair bütün hüquqlarından imtina etməyi və bununla bağlı bütün zəruri sənədləri (ərizə və s.) imzalamağı öz öhdəsinə götürür;

3. İddiaçı tərəf Sazişin 1.2-ci bəndi üzrə üzərinə götürdüyü öhdəliyi (barışı sazişi təsdiləndikdən sonra 3 ay ərzində 60000 manatı ödəmək) icra etməzsə qeyd şərtsiz ünvan 3 ünvanda yerləşən 14 mərtəbəli yaşayış binasının 13 mərtəbə, ümumi sahəsi 78.4 m2 olan, 2 otaqlı 86 saylı mənzili Cavabdeh1 təhvil verəcək. Cavabdeh1 isə ünvan 1 ünvanda yerləşən 14 mərtəbəli yaşayış binasının 13 mərtəbə, ümumi sahəsi 78,4 m2 olan, 2 otaqlı 86 saylı mənzili təhvil aldıqdan sonra iddiaçıya qarşı heç bir pul tələbi irəli sürməyəcək və 19184 manat məbləğində pulu iddiaçılara ödəyəcək. Mülki Prosessual Məcəllənin (bundan sonra, MPM) 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-cü maddəsinə görə, məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. MPM-in 191.1-ci maddəsinin tələbinə görə, tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə kollegiyası, belə nəticəyə gəlir ki, tərəflər barışıq sazişinin şərtlərini və nəticələrini aydın surətdə göstərmişlər, barışıq sazişi qanuna zidd olmamaqla, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. MPM-in 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. MPM-in 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, barışıq sazişi təsdiq edilməli, qətnamə ləğv edilərək, mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ:

İddiaçılar İddiaçı1 və İddiaçı2ə Əjdər qızının cavabdehlər Cavabdeh1 və “Qurtuluş- 93” MİK-ə qarşı “pul tələbi” barədə mülki iş üzrə tərəflər arasında bağlanmış 29 aprel 2022-ci il tarixli barışıq sazişi aşağıda göstərilən şərtlər nəzərə alınmaqla təsdiq olunsun:

1. İddiaçılar X1 və İddiaçı2ə Əjdər qızı Cavabdeh1 qarşı '‘ünvan 4 ünvanda yerləşən 14 mərtəbəli yaşayış binasının 13 mərtəbə, ümumi sahəsi 78.4 m2 olan, 2 otaqlı 86 saylı mənzilin təmirinə sərf edilmiş 22000 manat və 02 oktyabr 2017-cı il tarixində ödənilmiş 10000 manat pulun Cavabdeh1 tutularaq ona verilməsi, mənzilin dəyəri olan 62720 manat pulun "xxxx" Mənzil Tikinti Kooperativindən ona qaytarılması ilə mənzildən çıxarılmanın eyni vaxtda icra edilməsinə dair” iddia tələbindən imtina edirlər və barışıq sazişi məhkəmənin müvafiq qərardadı ilə təsdiq edildikdən sonra 3 ay ərzində 60000 (altmış min) manat məbləğində pulu Cavabdeh1 verməyi öz öhdəsinə götürürlər.

2. Cavabdeh1 60000 (altmış min) manatı aldıqdan sonra Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3162/2018 saylı, 18 may 2018-ci il tarixli qətnaməsinin icrasından və ünvan 1 ünvanda yerləşən 14 mərtəbəli yaşayış binasının 13 mərtəbə, ümumi sahəsi 78,4 m2 olan 2 otaqlı 86 saylı mənzilə dair bütün hüquqlarından imtina etməyi və bununla bağlı bütün zəruri sənədləri (ərizə və s.) imzalamağı öz öhdəsinə götürür;

3. İddiaçı tərəf Sazişin 1.2-ci bəndi üzrə üzərinə götürdüyü öhdəliyi (barışı sazişi təsdiləndikdən sonra 3 ay ərzində 60000 manatı ödəmək) icra etməzsə qeyd şərtsiz ünvan 1 ünvanda yerləşən 14 mərtəbəli yaşayış binasının 13 mərtəbə, ümumi sahəsi 78.4 m2 olan, 2 otaqlı 86 saylı mənzili Cavabdeh1 təhvil verəcək. Cavabdeh1 isə ünvan 1 ünvanda yerləşən 14 mərtəbəli yaşayış binasının 13 mərtəbə, ümumi sahəsi 78,4 m2 olan, 2 otaqlı 86 saylı mənzili təhvil aldıqdan sonra iddiaçıya qarşı heç bir pul tələbi irəli sürməyəcək və 19184 manat məbləğində pulu iddiaçılara ödəyəcək. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2(011)-52/2021 saylı qətnaməsi ləğv edilsin, mülki iş üzrə icraata xitam verilsin. İzah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Rafael Eyvazov Hakimlər Şərafət Məmmədova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar