Məhkəmə qərarları › İş №2(103)-2321/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2321/2023

12.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2321/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (Ləğv prosesində olan "xxxx" ASC-nin üçüncü şəxs kimi cəlb edilən) qarşı “pul” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbi barədə qarşılıqlı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:Pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İlkin iddia üzrə İddiaçı, İlkin iddia üzrə Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh (Ləğv prosesində olan "xxxx" ASC-nin üçüncü şəxs kimi cəlb edilən) qarşı “pul” tələbinə dair ilkin iddia ərizəsinə, eyni zamanda iddiaçı Cavabdeh – cavabdeh İddiaçı qarşı “pul” tələbi barədə qarşılıqlı iddia ərizəsinə mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(009)-1336/22 saylı qətnaməsindən tərəfindən Cavabdeh verilmiş apellyasiya şikayətinə 12 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı 2018-ci ilin sentyabr ayından Ləğv Prosesində olan "xxxx" ASC-də, xx.xx.2019-cu il tarixdən isə Ləğv Prosesində olan "xxxx" ASC-də kreditlərin yığılması departamendə müdir vəzifəsində çalışmışdır. İşlədiyi müddətdə banklara kredit borcu olan və qaytarılmasında problemlər yaradan müştərilərlə əlaqə saxlayıb onlardan borclarının ödənilməsini təmin etmək istəmişdir. Həmin müştərilərdən biri də əvvəllər tanıdığı və yaxşı münasibəti olan hazırki Cavabdehdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 44000 (qırx dörd min) manat borcun və ödənilmiş 222 (iki yüz iyirmi iki) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2018-ci ilin sentyabr ayından Ləğv Prosesində olan "xxxx" ASC-də, xx.xx.2019-cu il tarixdən isə Ləğv Prosesində olan "xxxx" ASC-də kreditlərin yığılması departamendə müdir vəzifəsində çalışmışdır. İşlədiyi müddətdə banklara kredit borcu olan və qaytarılmasında problemlər yaradan müştərilərlə əlaqə saxlayıb onlardan borclarının ödənilməsini təmin etmək istəmişdir. Həmin müştərilərdən biri də əvvəllər tanıdığı və yaxşı münasibəti olan hazırki Cavabdehdur. Belə ki, Cavabdeh "xxxx" ASC-də bank bağlanan günə kimi filial müdiri vəzifəsində çalışmışdır və öz adına olan kreditdən başqa ona aidiyyatı olan əlavə 6 şəxsin də adına kredit götürmüş, ödənişlərində ciddi problemlər yaranmşıdır. 2019-cu ilin aprel ayında onunla əlaqə saxlayarkən, ona növbəti may ayında ödəniş edəcəyini bildirmişdir. 2019-cu ilin May ayında bir neçə dəfə Cavabdehla görüşmüş, cavabdeh ona köməklik üçün bu ay ödəniş etməsini, ona olan borcunu sonra qaytaracağını bildirmişdir. xx.xx.2019-cu il tarixdə o Cavabdeh banka olan LD ********** saylı hesabına 50000 (əlli min) azn ödəniş etmişdir. Həmin gün son ödəniş günü idi və cavabdeh həmin gün əməliyyat edilirdi. Təxminən 3-4 gündən sonra Raufla görüşmüş, tərəfindən ödənilmiş çeki ona təqdim etmiş, cavabdeh isə ona yeni əməliyyat olunduğunu və bir müddət sonra ödəniş edə biləcəyini bildirmişdir. Təxminən avqust ayında Cavabdeh ona 5000 azn pul vermişdir. Sonradan ödənişi qaytarmamışdır. Növbəti dəfə isə 26 iyun 2021-ci il tarixdə ona 1000 (bir min) azn vermış və ciddi problemlərinin olduğunu bildirmişdir. Cavabdeh bu günə kimi ona olan borcunu ödəməmişdir.

4. Sonradan İddiaçı ilkin iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh 44.000 (qırx dörd min) manat məbəğində borc pulun, 13.500 (on üç min beş yüz) manat məbləğində dəbbə pulu, dövlət rüsumu 222 (iki yüz iyirmi iki) manat, cəmi 57.722 (əlli yeddi min yeddi yüz iyirmi iki) manat məbləğində pulun tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İlkin iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı “Pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 44.000 (qırx dörd min) manat məbləğində pulun və 222 (iki yüz iyirmi iki) manat məbləğində dövlət rüsumunun ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 2019-cu ildən bu günə kimi cavabdeh tərəfindən 44.000 (qırx dörd min) manat məbəğində borc pulun ona vaxtında ödənilmədiyinə görə bank uçot dərəcəsinə müvafiq olaraq 13.500 (on üç min beş yüz) manat məbləğində dəbbə pulu, dövlət rüsumu 222 (iki yüz iyirmi iki) manat, cəmi 57.722 (əlli yeddi min yeddi yüz iyirmi iki) manat məbləğində maddi ziyan dəymişdir.

6. İddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinin rədd edilməsi, ilkin iddia üzrə iddiaçı qarşlıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı 6.000 manat məbləğində borc pulun və ödənilmiş 80 manat dövlət rüsumunun, ümumilikdə 6.080 manatın tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, guya o, Cavabdeh əvəzinə 50.000 manat ödəniş etmişdir. Lakin, təmsil etdiyi şəxs bildirmişdir ki, “belə bir hal olmamışdır. Onun banka böyük məbləğdə kredit borcu olmuş və ödənişi də yalnız özü etmişdir. Həmin vaxt isə İddiaçı bankda kreditlərin yığılması departamentində işləmişdir. İddiaçı ona təklif etmişdir ki, burada faizlər böyükdür, fazilərin azaldılması üçün guya köməklik edəcək və bunun müqabilində ondan 50.000 manat istəmişdir. Cavabdeh isə bunun müqabildində ona yalnız 6.000 manat ödəniş edə biləcəyini bildirmiş və həmin ödənişi də etmişdir. Lakin, sonradan İddiaçı vədini yerinə yetirmədiyi üçün məcbur olub bütün borc məbləğini faziləri ilə birlikdə ödəmişdir. Belə ki, bocun bir qismini nağd ödəmiş, bir qisminin isə müqabilində bankla razılaşmaya əsasən əmlak vermişdir. Bundan sonra isə dəfələrlə İddiaçı pulunu tələb etsə də ala bilməmişdir. İddiaçı 6.000 manat pulu Cavabdeh almasını öz iddia ərizəsində də etiraf etmişdir. Göstərilən halları nəzərə alaraq hesab edir ki, 6.000 manat məbləğində borc pul və ödənilmiş 80 manat dövlət rüsumu, ümumilikdə 6.080 manat İddiaçı tutularaq Cavabdeh ödənilməlidir.

8. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 21 oktyabr 2022-ci il tarixli, 2(009)-1336/22 qətnaməsi ilə (hakim Qafarova Rəna) ilkin iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 44.000 (qırx dörd min) manat məbləğində pul və 222 (iki yüz iyirmi iki) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi qət edlmişdir. Qarşılıqlı iddia tələbi rədd edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə 50000 AZN "xxxx" ASC-nin kassısına necə ödənildiyi barədə hec bir araşdırma aparmadan, bir şahid ifadəsinə əsaslanaraq pulu İsmayilov Ceyhun tərəfindən ödənildiniyi təsdiqləyir. Məhkəmə AR Mülki Məcəlləsinin 1091.1.,1091.2-ci maddələr düzgün tətbiq etməmişdir. AR Mülki Məcələsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanma kimi qiymətlədirilir. Halbuki, məhkəmə 50000 AZN "xxxx" ASC-nin kassısına necə ödənildiyi barədə hec bir araşdırma aparmadan, bir şahid ifadəsinə əsaslanaraq pulu İsmayilov Ceyhun tərəfindən ödənildiniyi təsdiqləyir. Birinci instansiya məhkəməsi 50000 AZN pul qəbzinin kim tərəfindən ödənilməsini tam araşdırmamış,ekspert rəyini almamışdır.AR MPM-nin 77.1 maddəsinə əsasən hər bir tərəf öztələblərinin və etirazlarının əsas kimi istinad etdiyi halları sübut etməlidir. Eyni məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquqi normalarına müvafiq olaraq qiymət verir. Az Res MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

12. Məhkəmə iclasında İlkin iddia üzrə Cavabdeh apellyasiya şikayətini müdafiə etməklə əlavə olaraq qeyd etdi ki, pul həqiqətən onun kredit hesabına ödənilmişdir. Lakin həmin pulun ödənilməsini o qarşı tərəfdən istəməmişdir. Bank bu pula görə onun əmlakını götürmüşdür. Qarşı tərəf iddia etmişdir ki, guya ondan 50000 manatı ödəməyi xahiş etmişdir. Lakin belə hal olmamışdır.

13. Məhkəmə iclasında İlkin iddia üzrə İddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi.

14. Məhkəmə iclasında iştirak edən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X3 məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 431.1 Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər. Buna borclunun razılığı tələb edilmir

16. Maddə 431.2. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər.

17. Maddə 431.3. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Hazırda birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddianın təmin edilməsi (44.000 (qırx dörd min) manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi), qarşılıqlı iddianın təmin edilməməsi hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Belə ki, Cavabdeh müqavilə üzrə bank qarşısında borc öhdəliyinin olmamasında ilk iddiaçının onun əvəzinə ödədiyi 50000 manat məbləğinin də rolu olmuş, lakin o həmin ödənilən məbləğin 6000 manatını ilk iddiaçıya qaytarsa da, qalan 44000 manatı qaytarmamamışdır. 27.Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı Cavabdeh əvəzinə banka olan kredit borcuna görə ödənilmişdir. Kollegiya hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Kollegiya hesab edir ki, İddiaçı krediti Cavabdeh əvəzinə banka ödəməklə onun bank qarşısında öhdəliyini 431.1-ci maddəsinin tələbləri baxımından hər hansı bir razılıq olmaqdan icra etmiş, bu baxımından da ödənilmiş pul məbləğini geri tələb etməkdə də haqlı olmuşdur. 28.Eyni zamanda kollegiya qeyd edir ki, Cavabdeh öhdəliyini icra edən İddiaçı həmin məbləği cavabdehdən tələb etmək hüququna malik olsa da, özünün tələb hüququndan yalnız hazırkı iddia ilə məhkəməyə müraciət etməklə istifadə etmişdir. Mülki qanunvericiliyin qeyd edilən müdəasının tələbləri baxımından üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Qanun üçüncü şəxs tərəfindən ödənilmiş pul məbləğinin qaytarılmasına borclunun vəzifəsi kimi müəyyən etməmiş və bununla əlaqədar onun üzərinə öhdəlik qoymamışdır. Göstərilən vəziyyətdə pulun qaytarılması üçüncü şəxsin tələb hüququndan asılıdır. İlkin iddia üzrə iddiaçı da həmin tələblə yalnız hazırki iddianı verməklə məhkəməyə müraciət etdiyinən, yuxarıda qeyd olunduğu kimi həmin məbləğin qaytarılması borclunun öhdəliyi kimi müəyyən olunmadığından belə halda cavabdehdən gecikdirməyə görə faiz tutulması qanunun tələbinə uyğun deyildir. Beləliklə, birinci instansiyası məhkəməsi maddi hüquq normasının seçimində səhvə yol versə də, məhkəmə kollegiyası bu pozuntunun qətnamənin ləğv edilməsinə əsas yaratmaması qənaətinə gəlir. Belə ki, məhkəmə ilkin iddia tələbini qismən təmin etməklə (44000 manatın tutulması və faiz borcunun tutulmasının təmin edilməməsi) düzgün nəticəyə gəlmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən də birinci instansiya məhkəməsinin faktlar nöqteyi‐nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 29.Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qarşılıqlı iddiaçının cavabdehə 6000 manat pulun banka olan borclarının faizlərinin azaldılması məqsədi ilə verməsi hər hansı bir sübutla təsdiqini tapmadığından qarşılıqlı iddianın təmin edilməməsi nəticəsinə gəlmişdir.

30. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ilkin iddianın qismən təmin edilməsi (44.000 (qırx dörd min) manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi) və qarşılıqlı iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. 31.Qeyd olunmalıdır ki, məhkəmə xərclərinə dair məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, tələbin olub-olmamasına bağlı deyildir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyasiya şikayəti vermiş şəxsin özünə aid edilsin.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(009)- 1336/22 qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyasiya şikayəti vermiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar