Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2321/2024 06.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 (X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh MTK-ya qarşı ilkin iddiası, iddiaçı Cavabdeh MTK-nın cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı qarşılıqlı iddiası üzrə mülki iş (Açar sözlər: «mənzilin təhvil verilməsi, pul») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3095/2023 saylı, 25 dekabr 2023cü il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 və İddiaçı2 birgə, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan (Seriya: RX, № 0939048) görünür ki, ünvan 2 (reyestr nömrəsi: **********05-05101-093005) paylı mülkiyyət hüququ üzrə 2 otaq (ü/s – 50.45 kv.m, y/s – 31.5 kv.m) İddiaçı2, 1 otaq (ü/s – 33.3 kv.m, y/s – 16.5 kv.m) (qeydiyyat nömrəsi: **********) daşınmaz əmlakın dövlət reyestrində 1331 nömrəli reyestr kitabının 121582 nömrəli vərəqində xx.xx.2016-cı il tarixdə İddiaçı1 adına qeydiyyata alınmışdır.
2. İddiaçı2 və İddiaçı1 tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh MTK ilə aralarında paylı mülkiyyət əsasında onlara məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi ünvanında yerləşən ev 29, 9 saylı mənzilin sökülməsi müqabilində inşa ediləcək çoxmənzilli yaşayış binasında yeni mənzillər veriləcəyinə dair Əvəzləşmə müqaviləsinin olduğunu təsdiq edirlər. Yaşayış binasının istifadə üçün təhvil veriləcəyi vaxtadək onlara verilməli olan kirayə pulundan imtina edirlər, qismən də mənzilin kvadratura ölçülərinə görə təşkil edən məbləği qəbul edirlər və gələcəkdə onlar tərəfindən buna dair heç bir iddia qaldırmayacağına dair təminat verirlər. Cavabdeh MTK tərəfindən bu məqsədlə onlara 40.000 (qırx min) AZN ödənildiyini təsdiq edirlər. Ərizədə “atamla mən özümüz qol çəkdik, heç bir təzyiq olmadan” qeydi qoyulmuşdur.
3. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı2 məxsus AZ04İBAZ******************** nömrəli bank hesabına “müqaviləyə əsasən yeni müqavilə bağlamaq üçün ödəniş edilir” təyinatı ilə 40.000 manat məbləğində pul köçürülmüşdür. Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı2 və İddiaçı1 X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehnə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə aralarında bağlanmış müqaviləyə əsasən cavabdeh şirkət tərəfindən ünvan 1 ünvanında inşa edilmiş 12 (on iki) mərtəbəli yaşayış kompleksində “A” bloku, 3-cü mərtəbədə ümumi sahəsi 78,6 kv.m olan 2 otaqlı 2 saylı və ümumi sahəsi 79,2 kv.m olan 2 otaqlı 2A saylı mənzillərin tam təmirli şəkildə sahiblik və istifadələrinə verilməsi, eləcə də həmin mənzillərin açarlarının təqdim edilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulmasına, həmçinin Cavabdeh MTK-dən vurulmuş mənəvi zərərə görə 4000 (dörd min) manatın tutularaq İddiaçı2, 4000 (dörd min) manatın isə tutularaq İddiaçı1 ödənilməsinə, eləcə də dövlət rüsumu kimi ödənilmiş 100 manatın cavabdehdən tutularaq onlara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir .
5. İlkin iddia üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 daha sonra iddia ərizəsinə əlavə təqdim edərək Cavabdeh MTK tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli ərizənin etibarsız hesab edilməsinə, Cavabdeh MTK ilə aralarında bağlanmış müqaviləyə əsasən cavabdeh şirkət tərəfindən ünvan 1 ünvanında inşa edilmiş 12 (on iki) mərtəbəli yaşayış kompleksində “A” bloku, 3-cü mərtəbədə ümumi sahəsi 78,6 kv.m olan 2 otaqlı 2 saylı və ümumi sahəsi 79,2 kv.m olan 2 otaqlı 2A saylı mənzillərin tam təmirli şəkildə onların sahiblik və istifadələrinə verilməsi, eləcə də həmin mənzillərin açarlarının təqdim edilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulmasına, həmçinin Cavabdeh MTKdan vurulmuş mənəvi zərərə görə 4000 (dörd min) manatın tutularaq İddiaçı2, 4000 (dörd min) manatın isə tutularaq İddiaçı1 ödənilməsinə, eləcə də dövlət rüsumu kimi ödənilmiş 100 manatın cavabdehdən tutularaq onlara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdirlər.
6. Tələbdə göstərilir ki, İddiaçı2 və İddiaçı1 ilə Cavabdeh MTK arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh Nəsimi rayon İcra Hakimiyyətinin 614 saylı 20 dekabr 2014cü il tarixli Sərəncamına əsasən iddiaçıların paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 83,75 kv.m-dən ibarət mənzilin sökülərək, əvəzinə ünvan 3 ünvanında inşa edəcəyi 12 (on iki) mərtəbəli yaşayış kompleksində “A” bloku, 3-cü mərtəbədə ümumi sahəsi 78,6 kv.m olan 2 otaqlı 2 saylı və ümumi sahəsi 79,2 kv.m olan 2 otaqlı 2A saylı mənzilləri tam təmir edib təhvil verməyi öhdəsinə götürmüşdür. Hazırda qeyd olunan ünvanda inşa edilmiş yaşayış kompleksindəki mənzillər sakinlərə təhvil verilir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, təhvil verməli olduğu mənzilləri bugünədək iddiaçılara təhvil verməmişdir. İddiaçılar tərəfindən 06 iyun 2023-cü il tarixli pretenziya ilə cavabdeh şirkətə müraciət edilərək, aralarında bağlanmış müqavilənin şərtlərinə riayət edilməklə cavabdeh tərəfindən ünvan 3 ünvanında inşa edilmiş 12 (on iki) mərtəbəli yaşayış kompleksində “A” bloku, 3-cü mərtəbədə ümumi sahəsi 78,6 kv.m olan 2 otaqlı 2 saylı və ümumi sahəsi 79,2 kv.m olan 2 otaqlı 2A saylı mənzillərin tam təmirli şəkildə 05 (beş) gün ərzində onlara təhvil verilməsi, eləcə də həmin mənzillərin açarlarının təqdim edilməsinin təmin edilməsi təklif edilmiş, əks halda mövcud qanunvericiliyə əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqları bildirilmişdir Lakin iddiaçıların müraciətinə hər hansı bir cavab verilməmişdir. Qeyd olunanlara əsasən iddiaçılar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə aralarında bağlanmış müqaviləyə əsasən şirkət tərəfindən ünvan 3 ünvanında inşa edilmiş 12 (on iki) mərtəbəli yaşayış kompleksində “A” bloku, 3-cü mərtəbədə ümumi sahəsi 78,6 kv.m olan 2 otaqlı 2 saylı və ümumi sahəsi 79,2 kv.m olan 2 otaqlı 2A saylı mənzillərin tam təmirli şəkildə iddiaçıların sahiblik və istifadəsinə verilməsi, eləcə də həmin mənzillərin açarlarının onlara təqdim edilməsi öhdəliyinin Cavabdeh MTKnın üzərinə qoyulmasına dair qətnamə qəbul edilməlidir. Cavabdeh iddiaçılara məxsus mənzilləri sökərək, yerində tikəcəyi çoxmərtəbəli yaşayış binasından müqavilədə nəzərdə tutulmuş mənzilləri onların sahiblik və istifadəsinə verməyi öhdəsinə götürsə də, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bunun nəticəsində iddiaçılar uzun müddətdir ki, kirayələrdə yaşamağa məcbur olmuşlar. İddiaçı2 və İddiaçı1 dəfələrlə MTK-nın ofisinə gedərək, hüquqlarının təmin edilməsi xahiş edilsə də, heç bir nəticəsi olmamışdır. İddiaçıların himayəsində anadangəlmə birinci qrup əlil olan X5 vardır ki, o, xüsusi qulluq tələb edir. Lakin iddiaçıların məhdud şəraitli kirayə mənzildə yaşamaları Ramella Rəhimovaya göstərilməli olan qulluğu da çətinləşdirmişdir. Cavabdeh MTK-nın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, iddiaçıların hüquqlarının müdafiəsi üçün məcbur olub məhkəməyə müraciət etmələri, ağır maddi vəziyyətə düşmələri, anadangəlmə əlil olan Ramella Rəhimovaya göstərilməli olan xüsusi qulluğun çətinləşməsi, bunun nəticəsində də onun əziyyət çəkməsi və s. onların psixikasına çox böyük mənfi təsir göstərmiş, onların özünə etdikləri hərəkətlərə inamsızlıq və hörmətsizlik hissi yaratmışdır. İddiaçılar cavabdeh tərəfindən vurulmuş mənəvi ziyanı simvolik olaraq 8.000 manat məbləğində qiymətləndirir və həmin məbləğin 4000 (dörd min) manatı cavabdehdən tutularaq İddiaçı2, 4000 (dörd min) manatı isə İddiaçı1 ödənilməlidir.
7. Cavabdeh İddiaçı2 və İddiaçı1 qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 40.000 manatın, iddianın verilməsi üçün ödənilmiş 210 manatın İddiaçı2 və İddiaçı1 müştərək qaydada tutularaq Cavabdeh Mənzil Tikinti Kooperativinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Qarşılıqlı iddiada göstrilir ki, iş üzrə tərəflər arasında olan qarşılıqlı münasibətlər, müqavilədən kənar aparılan danışıqlar, əldə olunan razılaşmalar, imzalanmış sənədlər olduğu kimi iddia ərizəsində göstərilməmişdir. Belə ki, Nəsimi Rayon İcra Hakimiyyətinin 614 saylı, xx.xx.2014-cü il tarixli sərəncamı ilə Cavabdeh MTK-ya Bakı şəhəri, Nəsimi rayonu, 741-ci məhəllə, V.Plotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsində çoxmənzilli yaşayış binalarının tikintisinə icazə verilmişdir. Həmin yaşayış kompleksinin inşa edilməsi məqsədilə, qeyd olunan ərazidə mövcud olan yaşayış evlərinin sökülməsi ilə bağlı Cavabdeh MTK və yaşayış sahələrinin mülkiyyətçiləri arasında razılaşmalar əldə olunmuş və müqavilələr bağlanmışdır. Sözügedən müqavilələrdən biri də (14004/2021 nömrəli, xx.xx.2021-ci il tarixli) ilk iddia üzrə birgə iddiaçılar İddiaçı2 və İddiaçı1 ilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə, Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi, ev 29 ünvanında yerləşən və paylı mülkiyyət hüququ əsasında İddiaçı2 və İddiaçı1 məxsus olan, ümumi sahəsi 83,75 kv.m-dən ibarət 9 saylı mənzilin sökülərək, əvəzinə ünvan 4 ünvanda inşa ediləcək 12 mərtəbəli yaşayış komleksində “A” blokun 3-cü mərtəbəsində ümumi sahəsi 78,6 kv.m-dən ibarət 2 otaqlı 2 saylı və ümumi sahəsi 79,2 kv.m-dən ibarət 2 otaqlı 2A saylı mənzilləri tam təmir olunaraq İddiaçı2 və İddiaçı1 təhvil verilməsini Cavabdeh MTK öz üzərinə götürmüşdür. Mənzillərin ümumi tikinti sahəsi 157,8 kv.m təşkil edir (maddə 1.3). Yaşayış sahələrinin sökülməsindən sonra yeni yaşayış binaları tikilərək, təmirli vəziyyətdə təhvil verilənədək İddiaçı2 və İddiaçı1 kirayə edilmiş mənzil üçün aylıq kirayə haqqını ödəməyi Cavabdeh MTK üzərinə götürmüşdür (maddə 1.2). Sözügedən ərazidə söküntüyə məruz qalmış yaşayış sahələrinin mülkiyyətçilərinə MTK tərəfindən 250-300 manat civarında aylıq kirayə haqqının ödənilməsi barədə razılaşma əldə olunmuşdur. Hazırki iş üzrə tərəflər arasında razılaşdırılmış aylıq kirayə haqqı isə 300 manat təşkil etmişdir. Daha sonra İddiaçı2 və İddiaçı1 Cavabdeh MTK-ya müraciət edərək, “Əvəzləşdirmə müqaviləsi” üzrə onlara təhvil verilməsi nəzərdə tutulmuş 2 mənzilin ölçülərinin müqavilədə qeyd olunduğundan daha az olmasını, bunun əvəzinə isə onlara nağd şəkildə 40.000 manat məbləğində pulun verilməsini xahiş etmişlər. Cavabdeh MTK isə İddiaçı2 və İddiaçı1 bu təklifi ilə razılaşmışdır. Bu məqsədlə İddiaçı2 və İddiaçı1 yazılı şəkildə tərtib olunmuş ərizəyə imza edərək, ərizəni Cavabdeh MTK-ya təqdim etmişlər. Həmin ərizənin məzmunu belədir: “Azərbaycan Respublikasının qanunları və öz nizamnaməsi əsasında fəaliyyət göstərən Cavabdeh MTK ilə onların aramızda sözügedən şirkət tərəfindən bizə paylı mülkiyyət əsasında məxsus Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi ünvanında yerləşən ev 29, 9 saylı mənzilin sökülməsi müqabilində inşa ediləcək çoxmənzilli yaşayış binasında yeni mənzillər veriləcəyinə dair Əvəzləşdirmə müqaviləsinin olduğunu təsdiq edirik. Yaşayış binasının istifadə üçün təhvil veriləcəyi vaxtadək bizə verilməli olan kirayə pulundan imtina edirik, qismən də mənzilin kvadratura ölçülərinə görə təşkil edən məbləği qəbul edirik və gələcəkdə bizim tərəfimizdən buna dair heç bir iddia qaldırmayacağına dair təminat veririk. Cavabdeh MTK tərəfindən bu məqsədlə bizə 40.000 (qırx min) AZN ödənildiyini təsdiq edirik”. Qeyd olunan ərizə İddiaçı2 və İddiaçı1 tərəfindən imzalanmış və İddiaçı1 öz xətti ilə “Atamla mən özümüz qol çəkdik heç bir təzyiq olmadan” cümlə əlavə etmişdir. Qeyd olunan məzmunda ərizə verildikdən sonra Cavabdeh MTK öz növbəsində 40.000 manatı xx.xx.2021-ci il tarixdə bank vasitəsi ilə İddiaçı2 ödəmişdir. Həmin vaxtdan bu günədək tərəflər arasında yeni razılaşma ilə bağlı hər hansı narazılıq, tələb olmamışdır. Hazırda Cavabdeh MTK tərəfindən ünvan 4 ünvanında 12 mərtəbəli yaşayış kompleksinin inşası başa çatdırılmışdır. Cavabdeh MTK-nın tərəf olduğu müqavilələr üzrə mənzillərin təhvil-təslimi həyata keçirilir. Lakin İddiaçı2 və İddiaçı1 xx.xx.2021-ci il tarixdə əldə olunmuş razılaşmanın şərtlərini pozaraq, məhkəmədə iddia qaldırmaqla Cavabdeh MTK-dan xx.xx.2021-ci il tarixli müqavilədə qeyd olunan ümumi sahəsi 157,8 kv.m ölçüdə iki mənzili tələb edirlər. Halbuki, həmin tələb əsassızdır. Çünki artıq qeyd olunduğu kimi, İddiaçı2 və İddiaçı1 yazılı formada ərizə ilə Cavabdeh MTK-ya müraciət edərək, onlara daha aşağı ölçüdə mənzillərin təhvil verilməsini və bunun müqabilində onlara nağd şəkildə 40.000 manat pulun verilməsini xahiş etmişlər. Cavabdeh MTK həmin 40.000 manat məbləğində pulu bank vasitəsi ilə İddiaçı2 adına köçürmüş, sonuncu isə bu vəsaiti qəbul etmişdir. Cavabdeh MTK, İddiaçı2 və İddiaçı1 arasında bağlanmış müqavilənin 2.1-ci maddəsinə görə, ümumi tikinti sahəsinə arakəsmə divarlar, pilləkən qəfəsi daxil edilmişdir. Müqavilənin qeyd olunan şərti (yəni mənzilin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin, eyvanların yerləşdiyi sahələr nəzərə alınmaqla hesablandıqda), hazırda MTK-nın təqdim etdiyi mənzillərin sahələri elə müqavilədə göstərilmiş ölçülərə uyğundur. Lakin İddiaçı2 və İddiaçı1 nə müqavilənin qeyd olunan şərtini, nə MTK-dan 40.000 manat aldıqlarına əhəmiyyət vermədən, mənzilin ölçülərini, bayır və ara divarlarının, habelə məhəccərlərin, eyvanların yerləşdiyi sahələr nəzərə alınmadan, ölçüləri 78,6 kv.m və 79.2 kv.m təşkil edən mənzillər tələb edirlər. Hazırda xx.xx.2023-cü il tarixdə İddiaçı2 və İddiaçı1, tərəflər arasında əldə olunmuş razılaşmanı pozaraq, ümumi sahəsi 157,8 kv.m ölçüdə iki mənzil tələb etdiklərindən hesab olunmalıdır ki, 40.000 manat məbləğində pulun İddiaçı2 və İddiaçı1 qalmasına da heç bir əsas qalmır. Yəni Cavabdeh MTK-ya məxsus 40.000 manat pul İddiaçı2 və İddiaçı1 əsassız qalmaqla, sonuncular MTK-ya münasibətdə əsassız varlanan şəxslər hesab edilirlər. İddiaçı2 və İddiaçı1 MTK-dan aldıqları pulla əsassız varlanmışlar. MTK-nın 40.000 manat pulunu, yəni mülkiyyətini əsassız olaraq mənimsəmişlər. İddiaçı2 və İddiaçı1 Cavabdeh MTK-ya münasibətdə əsassız varlanmış şəxslər olduqları üçün onlar 40.000 manat məbləğində pulu MTK-ya qaytarmalıdır.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3095/2023 saylı, 25 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Günay Abidova) ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında inşa edilmiş 12 (on iki) mərtəbəli yaşayış kompleksində “A” bloku, 3-cü mərtəbədə ümumi sahəsi 78,6 kv.m olan 2 otaqlı 2 saylı və ümumi sahəsi 79,2 kv.m olan 2 otaqlı 2A saylı mənzillər tam təmirli şəkildə İddiaçı2 və İddiaçı1 verilməsi, həmin mənzillərin açarlarının İddiaçı2 və İddiaçı1 təqdim edilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması, mənəvi zərərin əvəzi kimi Cavabdeh MTK-dan 300 (üç yüz) manat pulun İddiaçı2, 300 (üç yüz) manat pulun isə İddiaçı1 xeyrinə tutulması, Cavabdeh MTK-dan ilkin iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsinin İddiaçı2, 30 (otuz) manat hissəsinin isə İddiaçı1 xeyrinə tutulması, dövlət rüsumunun qalan hissələrinin ilkin iddia üzrə iddiaçılara aid edilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı2 və İddiaçı1 müştərək qaydada 28.000 (iyirmi səkkiz min) manat pulun tutularaq Cavabdeh MTK-ya ödənilməsi, qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 158 (bir yüz əlli səkkiz) manat hissəsinin İddiaçı2 və İddiaçı1 müştərək qaydada tutularaq Cavabdeh MTK-ya ödənilməsi, dövlət rüsumunun qalan hissəsinin Cavabdeh MTK-ya aid edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyərinin 63 (altmış üç) manat hissəsinin İddiaçı2 və İddiaçı1 müştərək qaydada, qalan 63 (altmış üç) manat hissəsinin isə Cavabdeh MTK-dan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, məhkəmə araşdırmaları nəticəsində müəyyən edildi ki, Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi, ev 29 ünvanında yerləşən 9 nömrəli mənzil xx.xx.1994-cü ildən İddiaçı2 məxsus olmuş, xx.xx.2016-cı il tarixdə mənzilin 1 otağı onun tərəfindən İddiaçı1 bağışlanmış, beləliklə, mənzil xx.xx.2016-cı ildən paylı mülkiyyət hüququ əsasında İddiaçı2 və İddiaçı1 mülkiyyətində olmuşdur. Onlarla Cavabdeh MTK arasında xx.xx.2021-ci ildə bağlanmış M004/2021 nömrəli müqaviləyə görə, onlar ümumi sahəsi 83.75 kv.m təşkil edən həmin mənzilin sökülməsinə və əvəzində ünvan 1 ünvanında Cavabdeh MTK tərəfindən inşa ediləcək 12 (on iki) mərtəbəli yaşayış kompleksində “A” bloku, 3-cü mərtəbədə ümumi sahəsi 78.6 kv.m-dən ibarət 2 otaqlı 2 saylı və ümumi sahəsi 79.2 kv.m-dən ibarət 2 otaqlı 2A saylı mənzillərin (ümumi tikinti sahəsi 157.8 kv.m) tam təmir edilib təhvil verilməsinə razılıq vermişlər. Müqavilədə göstərilmişdir ki, yeni yaşayış binası tikilib, tam təmir edilib təhvil verilənədək ödəniləcək kirayə haqqı onlara birdəfəlik ödənildiyindən, MTK tərəfindən onlara aylıq kirayə ödənişləri həyata keçirilməyəcəkdir. Müqavilə ilə müəyyən edilmişdir ki, dəyişdirilmiş mənzillərin dəyəri bir-birinə bərabər tutulur. Tərəflər müqaviləyə edilən əlavə və dəyişikliklərin yalnız yazılı formada tərtib edildikdə və hər iki tərəf imzaladıqdan sonra hüquqi qüvvəyə malik olması, müqaviləyə edilən bütün əlavə və dəyişikliklərin müqavilənin tərkib hissəsinə çevrilən “müqaviləyə əlavə” ilə rəsmiləşdirilməsi barədə razılığa gəlmiş, İddiaçı1 tərəfindən müqavilədə “atamla mən özümüz qol çəkdik, heç bir təzyiq olmadan” qeydi qoyulmuşdur. Bundan sonra – xx.xx.2021- ci il tarixdə İddiaçı2 və İddiaçı1 Cavabdeh MTK-ya ərizə ilə müraciət edərək, yaşayış binasının istifadə üçün təhvil veriləcəyi vaxtadək onlara verilməli olan kirayə pulundan imtina etdiklərini, qismən də mənzilin kvadratura ölçülərinə görə təşkil edən məbləği qəbul etdiklərini və gələcəkdə onlar tərəfindən buna dair heç bir iddia qaldırılmayacağına dair təminat vermələrini bildirmiş, Cavabdeh MTK tərəfindən bu məqsədlə onlara 40.000 manat ödənildiyini təsdiq etmişlər. Ərizədə də İddiaçı1 tərəfindən “atamla mən özümüz qol çəkdik, heç bir təzyiq olmadan” qeydi qoyulmuşdur. Həmin tarixdə İddiaçı2 məxsus AZ04İBAZ******************** nömrəli bank hesabına “müqaviləyə əsasən yeni müqavilə bağlamaq üçün ödəniş edilir” təyinatı ilə 40.000 manat məbləğində pul köçürülmüşdür. İddiaçı2 və İddiaçı1 xx.xx.2023-cü il tarixdə pretenziya ilə MTK-ya müraciət edərək, aralarında olan müqavilənin icra edilməsini xahiş etmiş, bundan sonra isə xx.xx.2023-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Hazırda İddiaçı2 və İddiaçı1 MTK ilə aralarında bağlanmış müqaviləyə əsasən MTK tərəfindən ünvan 1 ünvanında 12 (on iki) mərtəbəli yaşayış kompleksinin inşa edildiyini və artıq sakinlərlə təhvil-təslim edildiyini bildirərək, həmin yaşayış kompleksində “A” bloku, 3cü mərtəbədə ümumi sahəsi 78,6 kv.m olan 2 otaqlı 2 saylı və ümumi sahəsi 79,2 kv.m olan 2 otaqlı 2A saylı mənzillərin tam təmirli şəkildə onların sahiblik və istifadələrinə verilməsi, eləcə də həmin mənzillərin açarlarının təqdim edilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulmasını, onlara vurulmuş mənəvi zərərə görə 4000 manatın İddiaçı2, 4000 manatın isə MTK-dan tutularaq İddiaçı1 ödənilməsini və ödədikləri dövlət rüsumunun MTK-dan alınıb onlara verilməsini; Cavabdeh MTK isə İddiaçı2 və İddiaçı1 kirayə pulundan imtina etdiklərini və müqavilə ilə razılaşdırılmış mənzillərdən birinin daha kiçik ölçüdə verilməsinə razı olaraq bu məqsədlə MTK-dan 40.000 manat məbləğində pulu aldıqlarını bildirərək, ilkin iddia təmin edildiyi təqdirdə İddiaçı2 və İddiaçı1 tərəfindən əldə edilmiş pulun əsassız varlanma kimi qiymətləndirilməklə, həmçinin, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun onlardan tutularaq MTK-ya ödənilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə ilkin iddia tələbinin “Cavabdeh MTK ilə aralarında bağlanmış müqaviləyə əsasən cavabdeh şirkət tərəfindən ünvan 1 ünvanında inşa edilmiş 12 (on iki) mərtəbəli yaşayış kompleksində “A” bloku, 3-cü mərtəbədə ümumi sahəsi 78,6 kv.m olan 2 otaqlı 2 saylı və ümumi sahəsi 79,2 kv.m olan 2 otaqlı 2A saylı mənzillərin tam təmirli şəkildə onların sahiblik və istifadələrinə verilməsi, eləcə də həmin mənzillərin açarlarının təqdim edilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması” hissəsinə münasibətdə qeyd edir ki, tərəflərin Qasımov Məhər və İddiaçı1 məxsus mənzillərin MTK tərəfindən sökülməsi və əvəzində inşa ediləcək binada onlara təmirli yeni mənzillərin verilməsi barədə razılığa gələrək müqavilə bağlaması, sonradan tərəflər arasında müqaviləyə əlavə və ya dəyişiklik edilməsinə dair hər hansı razılıq olmaması, Qasımov Məhər və İddiaçı1 müqavilə üzrə öhdəliklərini yerinə yetirərək mənzillərini MTK-ya təhvil verməsi, lakin müqavilənin hələ də qüvvədə olmasına və yaşayış binasının artıq tikilib istifadəyə verilməsinə baxmayaraq, Cavabdeh MTK-nın müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməməsi hazırki iş üzrə müəyyən edilmiş mübahisəsiz hallardandır. Göstərilənlərə əsasən, ilkin iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli, Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında inşa edilmiş 12 (on iki) mərtəbəli yaşayış kompleksində “A” bloku, 3-cü mərtəbədə ümumi sahəsi 78,6 kv.m olan 2 otaqlı 2 saylı və ümumi sahəsi 79,2 kv.m olan 2 otaqlı 2A saylı mənzillər tam təmirli şəkildə İddiaçı2 və İddiaçı1 verilməli, həmin mənzillərin açarlarının İddiaçı2 və İddiaçı1 təqdim edilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulmalıdır. Qeyd olunan mənzillərin İddiaçı2 və İddiaçı1 verilməsi və mənzillərin açarlarının onlara təqdim edilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulması özlüyündə elə mənzillərin onların sahiblik və istifadəsinə verilməsi məsələsini ehtiva edir. İlkin iddia tələbinin «Cavabdeh MTK-dan vurulmuş mənəvi zərərə görə 4000 (dörd min) manatın tutularaq İddiaçı2, 4000 (dörd min) manatın isə tutularaq İddiaçı1 ödənilməsi» hissəsi ilə əlaqədar isə məhkəmə qeyd edir ki, MTK-nın ona edilən xəbərdarlığa baxmayaraq, xx.xx.2021-ci il tarixli müqavilə üzrə öhdəliklərini icra etməməsinin, onlardan aldığı mənzillərin əvəzində tikilmiş binada razılaşdıqları mənzilləri verməməsinin, bununla da məhkəmə çəkişmələrinə gətirib çıxaran hərəkətlərinin İddiaçı2 və İddiaçı1 inamsızlıq, narahatlıq, məyusluq hisslərinə səbəb olması, onlara stress və əzab verməsi, ümumilikdə mənfi psixoloji reaksiya ilə nəticələnməsi ağlabatandır. Lakin İddiaçı2 və İddiaçı1 vurulmuş mənəvi zərərin məbləği 4000 manat deyildir. Məhkəmə mənəvi zərərin qiymətləndirilməsi ilə bağlı məsələdə qiymətləndirmə sərbəstliyinə malik olmasını vurğulanmaqla hesab edir ki, ilkin iddia üzrə cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçılara dəymiş mənəvi ziyanın hər birinə münasibətdə 300 manat məbləğində qiymətləndirilməsi ədalətli və ağlabatandır. Buna görə də, ilkin iddia bu hissədə qismən təmin edilərək, mənəvi zərərin əvəzi kimi Cavabdeh MTK-dan 300 manat pul İddiaçı2, 300 manat pul isə İddiaçı1 xeyrinə tutulmalıdır. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə isə qeyd edib ki, MTK tərəfindən tələb edilən 40.000 manatın təyinatı ilə bağlı aparılan araşdırma zamanı tərəflər keçirilmiş bütün məhkəmə iclaslarında ziddiyyətli və qeyri-səmimi izahatlar vermiş, ehtimallara əsaslanan dəlillər gətirmiş, lakin heç bir tərəf öz izahatını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, bununla da, ədalətli və obyektiv məhkəmə araşdırmasının aparılmasına, formal həqiqətin məhkəmə tərəfindən müəyyən edilməsinə kömək etmək əvəzinə, əksinə məhkəməni yanıltmaq məqsədilə hüquqlarından sui-istifadə etmişlər. Belə ki, MTK İddiaçı2 və İddiaçı1 onlara veriləcək kirayə pulundan və verilməsi razılaşdırılmış ümumi sahənin 40 m2 -dən imtina etdiklərini bildirərək, buna görə onlara İddiaçı2 bank hesabına köçürmə yolu ilə 40.000 manat ödədiklərini bildirir. MTK bu dəlilini onlar tərəfindən imzalandığı ekspert rəyi ilə məhkəmədə öz təsdiqini tapan xx.xx.2021-ci il tarixli ərizə ilə əsaslandırır. Həmin ərizə ilə bağlı məhkəmənin mövqeyi ondan ibarətdir ki, xx.xx.2021-ci il tarixli ərizə onu imzalayan şəxslərin – qarşılıqlı iddia üzrə cavabdehlərin hər hansı mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozmur, eyni zamanda, ünvanlanan şəxsə – qarşılıqlı iddia üzrə iddiaçıya hər hansı hüquq vermir, bir sözlə, ərizə tərəflər üçün bilavasitə şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitamına səbəb olmur. Bu tip – özlüyündə hər hansı hüquqi nəticələr doğurmayan ərizə tərəflər arasında müqaviləyə dəyişiklik əvəzinə rəsmiləşdirilsə də, həmin ərizə puçdur və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyənləşdirilmiş hüquqlardan və öhdəliklərdən onların imtina etməsi və ya müqavilənin şərtlərinin dəyişdirilməsi kimi qiymətləndirilə bilməz. Çünki mülki qanunvericiliyin tələbinə və tərəflər arasında bağlanmış müqaviləyə müvafiq olaraq, müqaviləyə dəyişiklik edilməsi yalnız müqaviləni bağlamış şəxslərin qarşılıqlı razılığı ilə onlar tərəfindən imzalanmaqla rəsmiləşdirilir. Buna görədir ki, İddiaçı2 məxsus hesaba 40.000 manat məbləğində pul köçürülərkən “müqaviləyə əsasən yeni müqavilə bağlamaq üçün verilir” qeydi qoyulmuş, lakin sonradan tərəflər arasında heç bir yeni müqavilə bağlanmamış və ya müqaviləyə əlavə rəsmiləşdirilməmişdir. Bu hal isə MTK-nın səhlənkarlığının göstəricisi olmaqla yanaşı, həm də onun hüquqdan sui-istifadəsi kimi qiymətləndirilir. Çünki MTK qarşılıqlı iddia üzrə cavabdehlərə kirayə pulundan və veriləcək mənzillərin qismən kvadratura ölçülərindən imtina edilməsi məzmununda qeyd olunan ərizəni imzalatmaqla əldə etmək istədiyi nəticəyə hüquqi don geyindirməyə cəhd etmişdir. Kirayə haqqı ilə bağlı o da qeyd edilməlidir ki, tərəflər arasında olan müqavilədə MTK tərəfindən yeni yaşayış binası tikilib, tam təmir edilib təhvil verilənədək ödəniləcək kirayə haqqının İddiaçı2 və İddiaçı1 birdəfəlik ödənilməsi səbəbindən onlara aylıq kirayə ödənişləri həyata keçirilməyəcəyi qeyd edilmişdir. Bununla da, vətəndaşların kirayə pulundan imtina etməsinə dair MTK-nın vəkili-nümayəndəsinin dəlili hazırda qüvvədə olan müqavilədə müəyyən edilmiş şərtlər əsasında təkzib olunur. Məhkəmə, eyni zamanda, qeyd edir ki, tikinti şirkətləri ilə mülkiyyətçilər arasında mülki dövriyyədə formalaşmış işgüzar adətlərə (faktiki praktikaya) nəzər saldıqda, mülkiyyətçilərin kirayə pulundan tamamilə imtina etməsi dəlili əgər buna əsaslı sübut yoxdursa, ağlabatan hesab edilə bilməz. Bununla bağlı İddiaçı2 və İddiaçı1 mövqeyinə gəldikdə isə ilk öncə qeyd edilməlidir ki, onlar R.Məhərə məxsus bank hesabına köçürülmüş 40.000 manat məbləğində pulun hər iki şəxs üçün ödənildiyini və həmin məbləği aldıqlarını (onlara çatdıqlarını) mübahisələndirmirlər. Bununla yanaşı, onların vəkili-nümayəndəsi isə əvvəlki məhkəmə iclaslarında bildirmişdir ki, qarşılıqlı iddia üzrə cavabdehlərin mülkiyyətində olan mənzillərə görə hərəsinə 500 manat və 600 manat aylıq kirayə haqqı ödənilməsi razılaşdırmaqla, ümumilikdə 2 ilə görə (binanın tikilib təhvil verilməsi üçün nəzərdə tutulmuş müddət) 26.400 manat pul əvvəlcədən ödənilmişdir. Qalıq məbləğin (yani 13.600 manat pulun) isə nə üçün (hansı məqsədlə ödənilməsi) barədə dəqiq fikir səsləndirə bilməmişdir, sonrakı iclasda isə vəkil bildirmişdir ki, həmin pul İddiaçı2 və İddiaçı1 himayələrində əlil şəxsin olması nəzərə alınaraq verilmişdir. Qeyd edilməlidir ki, vəkilin fikirlərinə zidd olaraq isə, iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Dünyamalıyeva Yazgül isə pulun onlara evin ümumi sahəsinin göstəriləndən artıq olması səbəbindən və köçmək üçün verildiyini bildirmişdir. İş üzrə tərəflərin ziddiyyətli izahatlarını müqayisəli şəkildə araşdıraraq məhkəmə hesab edib ki, tərəflərin istinad etdikləri hallar və gətirdikləri dəlillər mötəbər sübutlarla öz təsdiqini tapmadığından, eyni zamanda, “köçmək üçün”, “əlil şəxs üçün”, “hər evə görə ayrı-ayrılıqda aylıq 500 və 600 manat kirayə haqqı”, “kirayə pulundan səbəbsiz olaraq birdəfəlik imtina” və s. bu kimi dəlillər analoji münasibətlər üzrə mülki dövriyyədə yaranmış təcrübəyə əsasən ağlabatan deyildir. Tərəflərin məhkəmə araşdırmaları gedişində sərgilədikləri dəyişkən mövqeləri, ağlabatanlıqdan uzaq olan izahatları onun göstəricisidir ki, həqiqətən də, qarşılıqlı iddia üzrə cavabdehlərin iddiaçının vəsaiti hesabına əsassız varlanma halı baş vermiş, bu əsassız varlanma isə həyata keçirilməyən əsasa söykənmişdir. Lakin məhkəmə eyni zamanda onu da qeyd edir ki, tərəflərin kirayə pulundan tamamilə imtina etməsinə dair dəlillər məhkəmədə sübuta yetirilmədiyindən, aralarında olan müqavilədə kirayə pulunun onlara birdəfəlik ödənilməsi göstərildiyindən, mülki dövriyyədə formalaşmış təcrübəyə görə binanın tikilib təmirli mənzilin təhvil verilməsi üçün müəyyənləşdirilmiş 2 il müddətinə mülkiyyətçilərə aylıq 500 manat kirayə haqqının MTK tərəfindən birdəfəlik ödənilməsi ağlabatan və ədalətli hesab edilir. Bu qaydada hesablama aparıldıqda MTK-nın M.Rufinaya və Q.Məhərə kirayə puluna görə 12.000 (500 manat x 24 ay) məbləğində pulu kompensasiya kimi əvvəlcədən ödəməsi müəyyən edilir. Qalan 28.000 manat məbləğində pulun isə qarşılıqlı iddia üzrə cavabdehlərə hansı əsasla verilməsinin müəyyən edilməsi tərəflərin ziddiyyətli izahatlarına görə mümkün olmadığından, qarşılıqlı iddia üzrə iddiaçının həmin məbləğdə pulu cavabdehlərə verməsi və cavabdehlərin isə həmin məbləğdə pulu alması mübahisəsiz olduğundan məhkəmə hesab edir ki, 28.000 manat məbləğində pul İddiaçı2 və İddiaçı1 müştərək qaydada tutularaq Cavabdeh MTK-ya ödənilməlidir.
Apellyasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətlərinin dəlilləri
11. İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ilkin iddianın təmin edilmədiyi və qarşılıqlı iddianın təmin edildiyi hissələrdə ləğv edilməsinə, ilkin iddia tələbinin bütünlüklə təmin edilməsinə, qarşılıqlı iddia tələbinin isə bütünlüklə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edərək şikayəti bununla əsaslandırmışlar ki, cavabdeh şirkət onlara məxsus mənzilləri sökərək yerində tikəcəyi çoxmərtəbəli yaşayış binasından müqavilədə nəzərdə tutulmuş mənzilləri onların sahiblik və istifadəsinə verməyi öhdəsinə götürsə də, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bunun nəticəsində onlar uzun müddətdir ki, kirayələrdə yaşamağa məcbur olmuşlar. Dəfələrlə MTK-nın ofisinə gedərək, hüquqlarının təmin edilməsini xahiş etsələr də, heç bir nəticəsi olmamışdır. Qeyd olunur ki, iddiaçıların himayəsində anadangəlmə birinci qrup əlil olan X5 vardır ki, o, xüsusi qulluq tələb edir. Lakin məhdud şəraitli kirayə mənzildə yaşamağı Ramella Rəhimovaya göstərilməli olan qulluğu da çətinləşdirmişdir. Cavabdeh MTK-nın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, iddiaçıların hüquqlarının müdafiəsi üçün məcbur olub məhkəməyə müraciət etməkləri, ağır maddi vəziyyətə düşməkləri, anadangəlmə əlil olan Ramella Rəhimovaya göstərilməli olan xüsusi qulluğun çətinləşməsi, bunun nəticəsində də onun əziyyət çəkməsi və s. onların psixikasına çox böyük mənfi təsir göstərmiş, özlərinə, etdikləri hərəkətlərə inamsızlıq və hörmətsizlik hissi yaratmışdır. Cavabdeh tərəfindən onlara vurulmuş mənəvi ziyan simvolik olaraq 8.000 (on min) manat məbləğində qiymətləndirmişdir. Həmin məbləğin 4000 (dörd min) manatı cavabdehdən tutularaq İddiaçı2, 4000 (dörd min) manatı isə MuradovaRufina Məhər qızına ödənilməlidir. Birinci instansiya məhkəməsi əsaslı olaraq onlara mənəvi zərər vurulması qənaətinə gəlsə də, əsassız olaraq zərərin məbləğini düzgün müəyyənləşdirməmişdir. Qeyd olunur ki, birinci instansiya məhkəməsinin onlara ödənilmiş məbləğin hansı məqsədlə ödənilməsi barədə dəqiq fikirlər səsləndirə bilməməkləri, eləcə də ziddiyyətli fikirlər bildirməkləri barədə qeyd etdiyi xüsusatların hər hansı bir əsası yoxdur və əsassızdır. Belə ki, qarşılıqlı iddia ərizəsinə verilən yazılı etirazda da qeyd edildiyi kimi ödənilməli olan kirayə haqqının məbləği İddiaçı1 münasibətdə 500 manat və İddiaçı2 münasibətdə isə 600 manat müəyyən edilmişdir. Ödənilmiş 40.000 (qırx min) manat 2 il ərzində İddiaçı2 və İddiaçı1 ödənilməli olan kirayə haqqı məbləği və paylı mülkiyyətlərində olan daşınmaz əmlakın sökülməsinə razılıq vermələri ilə bağlı olmuşdur. Həmçinin iddia ərizəsində də qeyd edildiyi kimi himayələrində anadangəlmə birinci qrup əlil olan X5 vardır ki, o, xüsusi qulluq tələb edir. Onlara məxsus mənzil sökülərkən ödənilmiş məbləğin müəyyənləşdirilməsi zamanı həmçinin bu amil də nəzərə alınmışdır. Eləcə də məhkəməyə təqdim edilən fotoşəkillər və videodiskdən də göründüyü kimi iddiaçıların hər birinə məxsus mənzilin ayrıca giriş-çıxış olmuşdur. Ödənilmiş məbləğ də məhz qeyd olunan hallar nəzərə alınmaqla ödənilmişdir. Birinci instansiya məhkəməsinin kirayə haqqı məbləğinin yalnız 500 manat məbləğində müəyyən etməsinin də heç bir faktiki və hüquqi əsası mövcud deyil. Belə ki, şəhərin mərkəzində 2 ayrı ailənin ümumilikdə kirayə haqqı məbləğinin 500 manat olması qənaəti tamamilə əsassız olmaqla, həm də absurddur. Qeyd olunanlara əsasən hesab edirik ki, birinci instansiya məhkəməsinin qarşılıqlı iddia tələbinin qismən təmin edildiyi hissədə gəldiyi nəticə əsassız olduğundan, həmin hissədə də qətnamə ləğv edilməli və qarşılıqlı iddia bütövlükdə rədd edilməlidir.
12. İlkin iddia üzrə Cavabdehn nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətində qətnamənin qismən, yəni ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi hissəsində ləğv edilməsi, ilk iddianın tam rədd edilməsini, qarşılıqlı iddianın isə tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edib şikayəti bununla əsaslandırmışdır ki, sözügedən ərazidə söküntüyə məruz qalmış yaşayış sahələrinin mülkiyyətçilərinə MTK tərəfindən 250-300 manat civarında aylıq kirayə haqqının ödənilməsi barədə razılaşma əldə olunmuşdur. Hazırki iş üzrə tərəflər arasında razılaşdırılmış aylıq kirayə haqqı isə 300 manat təşkil etmişdir. Daha sonra İddiaçı2 və İddiaçı1 Cavabdeh MTK-ya müraciət edərək, “Əvəzləşdirmə müqaviləsi” üzrə onlara təhvil verilməsi nəzərdə tutulmuş 2 mənzilin ölçülərinin müqavilədə qeyd olunduğundan daha az olmasını, bunun əvəzinə isə onlara nağd şəkildə 40.000 manat məbləğində pulun verilməsini xahiş etmişlər. Cavabdeh MTK isə İddiaçı2 və İddiaçı1 bu təklifi ilə razılaşmışdır. Bu məqsədlə İddiaçı2 və İddiaçı1 yazılı şəkildə tərtib olunmuş ərizəyə imza edərək, ərizəni Cavabdeh MTK-ya təqdim etmişlər. Həmin ərizənin məzmunu aşağıdakı kimidir: “Azərbaycan Respublikasının qanunları və öz nizamnaməsi əsasında fəaliyyət göstərən Cavabdeh MTK ilə bizim aramızda sözügedən şirkət tərəfindən bizə paylı mülkiyyət əsasında məxsus Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi ünvanında yerləşən ev 29, 9 saylı mənzilin sökülməsi müqabilində inşa ediləcək çoxmənzilli yaşayış binasında yeni mənzillər veriləcəyinə dair Əvəzləşdirmə müqaviləsinin olduğunu təsdiq edirik. Yaşayış binasının istifadə üçün təhvil veriləcəyi vaxtadək bizə verilməli olan kirayə pulundan imtina edirik, qismən də mənzilin kvadratura ölçülərinə görə təşkil edən məbləği qəbul edirik və gələcəkdə bizim tərəfimizdən buna dair heç bir iddia qaldırmayacağına dair təminat veririk. Yeni Dünya” MTK tərəfindən bu məqsədlə bizə 40.000 (qırx min) AZN ödənildiyini təsdiq edirik”. Qeyd olunan ərizəyə İddiaçı2 və İddiaçı1 tərəfindən imzalanmış və İddiaçı1 öz xətti ilə ”Atamla mən özümüz qol çəkdik heç bir təziq olmadan” cümlə əlavə edilmişdir. Qeyd olunan məzmunda ərizə verildikdən sonra Cavabdeh MTK öz növbəsində 40.000 manatı xx.xx.2021-ci il tarixdə bank vasitəsi ilə İddiaçı2 ödəmişdir. Həmin vaxtdan bu günədək, tərəflər arasında yeni razılaşma ilə bağlı hər hansı narazılıq, tələb olmamışdır. Lakin İddiaçı2 və İddiaçı1 xx.xx.2021- ci il tarixdə əldə olunmuş razılaşmanın şərtlərini pozaraq, məhkəmədə iddia qaldırmaqla Cavabdeh MTK-dan xx.xx.2021-ci il tarixli müqavilədə qeyd olunan ümumi sahəsi 157,8 kv.m ölçüdə iki mənzili tələb edirlər. Halbuki, həmin tələb əsassızdır. Çünki, artıq qeyd olunduğu kimi, İddiaçı2 və İddiaçı1, yazılı formada ərizə ilə Cavabdeh MTK-ya müraciət edərək,onlara daha aşağı ölçüdə, daha dəqiq desək 40 kv.m ölçüdə az mənzillərin təhvil verilməsini və bunun müqabilində onlara nağd şəkildə 40.000 manat pulun verilməsini xahiş etmişlər. Onu da qeyd edirik ki, həmin vaxt Cavabdeh MTK tərəfindən satılan mənzillərin 1 kv.m 1.000 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh MTK həmin 40.000 manat məblğəində pulu bank vasitəsi ilə İddiaçı2 adına köçürtmüş, sonuncu isə bu vəsaiti qəbul etmişdir. İddiaçı2 və İddiaçı1 dediklərinin yalan olması onunla da sübut olunur ki, onların nümayəndəsi əvvəlcə məhkəmə iclasında pulu onların almadığını,ərizənin onlar tərəfindən yazılmadığını, imza və xəttin onlara məxsus olmadığını bildirmişdir. Lakin ekspert rəyi ilə təsdiq olundu ki, ərizə onlar tərəfindən yazılmışdır, xətt və imza onlara məxsusdur, 40.000 manat pulu MTK-dan almışlar və bu bank sənədi vasitəsilə də təsdiq olunmuşdur. Qeyd olunur ki, Cavabdeh MTK ilə İddiaçı2 və İddiaçı1 arasında bağlanmış müqavilənin 2.1-ci maddəsinə görə, ümumi tikinti sahəsinə arakəsmə divarlar, pilləkən qəfəsi daxil edilmişdir. Müqavilənin qeyd olunan şərti (yəni mənzilin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin, eyvanların yerləşdiyi sahələr nəzərə alınmaqla hesablandıqda, hazırda MTK-nın təqdim etdiyi mənzillərin sahələri elə müqavilədə göstərilmiş ölçülərə uyğundur. Lakin İddiaçı2 və İddiaçı1 nə müqavidlənin qeyd olunan şərtinə, nə MTK-dan 40.000 manat aldıqlarına əhəmiyyət vermədən, mənzilin ölçülərini, bayır və ara divarlarının, habelə məhəccərlərin, eyvanların yerləşdiyi sahələri nəzərə almadan, ölçüləri 78,6 kv.m və 79.2 kv.m təşkil edən mənzillər tələb edirlər.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
13. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat vermiş və məhkəmədən qətnamənin ilkin iddianın təmin edilmədiyi və qarşılıqlı iddianın təmin edildiyi hissələrdə ləğv edilməsinə, ilkin iddia tələbinin bütünlüklə təmin edilməsinə, qarşılıqlı iddia tələbinin isə bütünlüklə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Məhkəmə iclasında Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat vermiş və məhkəmədən qətnamənin qismən, yəni İddiaçı2 və İddiaçı1 Cavabdeh MTK-ya qarşı “mənzilərin təhvil verilməsi və sair tələbi barədə” ilk iddianın təmin edilməsi hissəsində, Cavabdeh MTK-nın İddiaçı2 və İddiaçı1 qarşı “pulun qaytarlıması tələbi barədə” qarşılıqlı iddiasının həll edilməsi hissəsində ləğv edilməsi, ilk iddianın tam rədd edilməsini, qarşılıqlı iddianın tam təmin olunması barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 ilkin iddia üzrə iddiaçı tərəfin apellyasiya şikayətinə uyğun izahat vermiş və məhkəmədən qətnamənin ilkin iddianın təmin edilmədiyi və qarşılıqlı iddianın təmin edildiyi hissələrdə ləğv edilməsinə, ilkin iddia tələbinin bütünlüklə təmin edilməsinə, qarşılıqlı iddia tələbinin isə bütünlüklə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Maddə 10.2. Qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 387.2. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Maddə 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 424.1. Müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə irəli sürülən digər tələblərə müvafiq sürətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
18. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
19. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
21. İlkin iddia üzrə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin ilkin iddianın təmin edilməyən, qarşılıqlı iddianın isə təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin qeyd olunan hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
22. İlkin iddia üzrə Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin ilkin təmin edilən hissəsi, qarşılıqlı iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir.Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin qeyd olunan hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
23. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
24. İlk və qarşılıqlı iddanın təmin edilən hissədə faktiki əsası (faktiki hallar) mübahisələndirilən hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından, eləcə də ilk və qarşılıqlı iddanın təmin edilməyən hissədə faktiki əsası (faktiki hallar) mübahisələndirilən hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsi mübahisələndirilən hissələrdə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
25. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddaların təmin edilən hissədə faktiki halları dispozisiya əlamətləri ilə uzlaşdığından, təmin edilməyən hissədə faktiki halları dispozisiya əlamətləri ilə uzlaşmadığından ilkin və qarşlıqlı iddialar təmin edildikləri hissələrdə haqlı sayılır, təmin edilməyən hissədə isə haqlı sayılmır.
26. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
27. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki, qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
28. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi hər iki iddia üzrə apardığı hüquqi dəyərləndirmə və gəldiyi nəticə əsaslı, qanuni və ədalətli olmuşdur. Əlbətdə ki, tərəflərin bu nəticə ilə razılaşmamaq və qətnamədən apellyasiya şikayəti vermək hüququ mövcuddur, hansıki, onlar bu hüquqlarından istifadə edib. Lakin apellyasiya şikayətinin dəlilləri mötəbər sübutlarla təsdiq edilmədiyindən mübahisələndirdikləri hissədə qətnamənin ləğv edilməsi və şikayətlərinin təmin edilməsi üçün əsas ola bilməz. Buna baxmayaraq, məhkəmə tərkibi apellyasiya şikayətlərinin dəlilləri üzrə aşağıdakıları da qeyd etməyi zəruri hesab edir.
29. Əvvəla, ilkin iddiaçılar cavabdeh MTK-nın müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməməsini əsas gətirib hazırki ilk iddia ilə məhkəməyə müraciət edib, birinci instansiya məhkəməsi də bu hissədə onların iddiasını tam təmin etmişdir. Demək ki, bu hissədə onların narazı qaldığı hal ola bilməz. Onların uzun müddət kirayədə yaşamağa məcbur olmaları dəlili isə əsaslı sayıla bilməz. Əvvəla ona görə ki, onlar söküləcək mənzili təhvil verib kirayədə yaşayacaqlarını və buna görə nağd şəkildə kirayə haqqı aldıqlarını, yeni yaşayış binası tikilənədək kirayə haqqı almayacaqlarını müqavilə şərtində razılaşdırmışlar(bax.i.v.10; müqavilənin 1.2-ci bəndi.) Müqavilənin 3.1.1-ci bəndində bina tikintisini binanın bünövrəsinin qazıntısına başlandıqdan sonra iki il ərzində əsaslı tamamlanması nəzərdə tutulmuşdur. İlkin iddia ərizəsi birinci instansiya məhkəməsinə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Nəzərə alınsa ki, tərəflər arasında müqavilə xx.xx.2021-ci ildə bağlanmış və onlar da iki il üçün kirayə haqqını əvvəldən alıblar, deməli onların məhkəməyə müraciət edilənədək MTK-nın ofisinə getməyə və hüquqlarının təmin etmələrinə çalışmalarına da lüzum yox idi. Çünki həmin dövrdə MTK-nın müqavilə üzrə üzərinə götürdüyü öhdəliyinin tam icrasının vaxtı da çatmamışdır və buna görə qarşı tərəfin təqsiri üzündən onlar ağır maddi vəziyyətə də düşə bilməzdilər.
30. Maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə mənəvi zərəri kompensasiya edə bilmir. Lakin tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğu da əsaslandırılmalı idi. Yəni, iddiaçılar tələb etdiyi məbləğlə onlara vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını da göstərmir. Əksinə keçirdikləri mənəvi sarsıntı və iztirabların maddi formada dəyərinin müəyyən etməyin qeyri-mümkün olduğunu iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununda özləri də təsdiq edir. Bu mənada birinci instansiya məhkəməsi mənəvi zərərin məbləği hissəsində də gəldiyi nəticə düzgün olmuşdur.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qarşılıqlı iddia üzrə apardığı hüquqi dəyərləndirməni və gəldiyi nəticəni işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun mükəmməl və ədalətli hesab edir. Buna görə də qarşılıqlı iddia ilə bağlı hər iki tərəfin apellyasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Çünki ödənilməli olan kirayə haqqının məbləği İddiaçı1 münasibətdə 500 manat və İddiaçı2 münasibətdə isə 600 manat müəyyən edilmişdirsə, ödənilmiş 40.000 (qırx min) manat 2 il ərzində İddiaçı2 və İddiaçı1 ödənilməli olan kirayə haqqı məbləği və paylı mülkiyyətlərində olan daşınmaz əmlakın sökülməsinə razılıq vermələri ilə bağlı olmuşdursa bu şərtləri tərəflərin müqavilədə yaxud ona əlavədə razılaşdırmalarına hər hansı bir maneə yox idi. Yəni, ilkin iddiaçılar göstərdikləri bu şərtlərlə müqavilə bağlamaq istəyirdilərsə bağladıqları müqavilədə qarşı tərəflə bu şərtləri razılaşdıra bilərdilər, ancaq müqavilədə bu şərtlər nəzərdə tutulmamışdır. Əksinə ilkin iddiaçılar xx.xx.2021-ci il tarixdə yazdıqları ərizədə yaşayış binasının istifadə üçün təhvil veriləcəyi vaxtadək onlara verilməli olan kirayə pulundan imtina etdiklərini, qismən də mənzilin kvatratura ölçülərinə görə təşkil edən məbləği qəbul etdiklərini və gələcəkdə onlar tərəfindən buna dair heç bir iddia qaldırmayacağını dair təminat verdiklərini qeyd etmişlər. Ərizənin məzmunundan açıqaşkar bəlli olur ki, 40.000 (qırx min) manat yalnız kirayə haqqı olaraq ödənilməmişdir. MTK bu məbləğin ilkin iddiaçıların kirayə haqqından və veriləcək mənzillərin ümumi sahəsinin 40 kv.m hissəsindən imtina etmələri ilə əlaqələndirmişdir. Başqa sözlə, qeyd edilən məbləğin bir hissəsinin ilkin iddiaçılara iki il müddətində kirayə haqqı kimi ödənilməsi hər hansı bir mübahisə doğurmur. Digər hissənin kirayə haqqı kimi ödənildiyi isə təkzib olunur. Çünki ilkin iddiaçılar həmin məbləğin həm də mənzillərin ölçüləri ilə bağlı qəbul etdiklərini qəbul etmişlər.
32. Ancaq nəqədərki, ilkin iddianın mənzillərin təhvil verilməsi ilə bağlı hissəsi tam təmin olunub, yəni müqavilədə razılaşdırılmış ölçüdə MTK-nın üzərinə mənzillərin təhvil verməsi öhdəliyi qoyulması qət olunub, onda ödənilən 40.000 (qırx min) manatın digər hissəsinin hansı məqsədlə almalarını səbəblərini ilkin iddiaçılar ağlabatan şəkildə məhkəmənin diqqətinə çatdırmalı idilər, lakin çatdıra bilməyiblər. Birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi ziddiyyətli məlumatlar verməklə, ehtimallara əsaslanan dəlillər göstəriblər. Ona görə də birinci instansiya məhkəməsinin qənaətində göstərildiyi kimi, binanın tikilib təmirli mənzilin təhvil verilməsi üçün müəyyənləşdirilmiş 2 il müddətinə mülkiyyətçilərə aylıq 500 manat kirayə haqqının MTK tərəfindən birdəfəlik ödənilməsi ağlabatan və inandırıcı hesab edilir. Məhz buna görə də MTK-nın ilkin iddiaçılara kirayə haqqı kimi 12.000 (500 manat x 24 ay) manatı əvvəlcədən ödəməsi müəyyən edildiyindən, qalan 28.000 manatın qarşılıqlı iddia üzrə cavabdehlərdən MTK-nın xeyrinə sonradan aradan qalxmış əsasa söykənən hüquqi əsas olmadan varlanma əsası ilə qaytarılması da düzgün olmuşdur. Burada məhkəmə tərkibi xüsusilə vurğulayır ki, 12000 manat kirayə haqqı yalnız binanın tikilib təmirli mənzillərin təhvil verilməsi üçün müəyyənləşdirilmiş 2 il müddət üçün nəzərdə tutulduğundan, qeyd olunan müddətdən artıq dövr üçün mənzillərin faktiki təhvil verilməsinədək, ilkin iddiaçıların yeni əsaslarla kirayə haqqını tələb etmək hüququnu da istisna etmir. Çünki birinci instansiya məhkəməsi 12000 manat kirayə haqqının yalnız 24 ay üçün nəzərdə tutulduğunu müəyyən etmiş, apellyasiya instansiyası məhkəməsi də bu qənaətlə razılaşır. Əlbətdə ki, burada tərəflərin qarşılıqlı razılıq əsasında fərqli şərtlərlə razılığa gəlmələrinə də hər hansı bir maneə yoxdur.
33. Qarşılıqlı iddiaçının apellyasiya şikayətində göstərdiyi sözügedən ərazidə söküntüyə məruz qalmış yaşayış sahələrinin mülkiyyətçilərinə MTK tərəfindən 250-300 manat civarında aylıq kirayə haqqının ödənilməsi barədə razılaşma əldə olunması, hazırki iş üzrə tərəflər arasında razılaşdırılmış aylıq kirayə haqqı isə 300 manat təşkil etməsi barədə dəlillər də hər hansı bir mötəbər sübutlarla təsdiq olunmur. Yuxarıda ilkin iddia üzrə kirayə haqqının iddiaçıların biri ilə 500, digəri ilə 600 manata razılaşdıqlarına dair gətirilən dəlillər üzrə məhkəmə tərkibinin hüquqi dəyərləndirməsi, qarşılıqlı iddiaçının kirayə haqqını 300 manata razılaşdırmalarına dair gətirdiyi dəlillərə də aiddir. Çünki MTK-nın da bəyan etdiyi bu dəlil yalnız sözdən ibarətdir, hər hansı bir mötəbər sübutla təsdiq olunmur. Ona görə də məhkəmə tərkibi bu dəlil üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına lüzum görmür.
34. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçılar və cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür ilkin və qarşılıqlı iddianın qismən təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən, əsassız varlanmadan əmələ gələn öhdəliklərin yaranmasına da zərurət və əsas olmazdı.
35. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3095/2023 saylı, 25 dekabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Apellyasiya şikayətləri təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3095/2023 saylı, 25 dekabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.