Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2323/2025 18.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X5 mülki iş üzrə (açar sözlər: məhkəmə aidiyyəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-862/2025 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 62.3 m. olan 3 yaşayış otaqlı 23/24 saylı mənzilin X3 mülkiyyəti kimi dövlət reyestr xidmətində qeydiyyata alınması barədə verilmiş ÖM seriyalı 051669 saylı xx.xx.1993-cü il tarixli çıxarışın və həmin çıxarışın verilməsi üçün əsas olmuş sənədlərin 24 saylı mənzilin 24 m olan 1 yaşayış otaqlı və 6 m mətbəx olmaqla ümumi sahəsi 30 m olan sıxlaşdırılmış hissəsinə aid hissədə ləğv edilməsi, ünvan 1 ünvanda yerləşən 24 saylı mənzilin 24 m olan 1 yaşayış otaqlı və 6 m mətbəx olmaqla ümumi sahəsi 30 m olan sıxlaşdırılmış hissəsinin İddiaçı adına dövlət reyestr xidmətində qeydiyyata alınması, habelə ona müvafiq çıxarışın təqdim edilməsi, onun ünvan 1 ünvanda yerləşən 24 saylı mənzilin 24 m olan 1 yaşayış otaqlı və 6 m mətbəx olmaqla ümumi sahəsi 30 m olan sıxlaşdırılmış hissəsinə köçürülməsi və həmin mənzilin 24 m olan 1 yaşayış otaqlı və 6 m mətbəx olmaqla ümumi sahəsi 30 m olan hissəsinin hazırki vəziyyətdə ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Azneftkimya” İstehsalat Birliyinin 118 saylı xx.xx.1990-cı il tarixli qərarı və həmin qərar əsasında tərəflər arasında bağlanmış xx.xx.1994-cü il tarixli müqavilə ilə ünvan 1 ünvanda yerləşən 24 saylı mənzilin 24 m olan 1 yaşayış otaqlı, 6 m mətbəx olmaqla ümumi sahəsi 30 m olan sıxlaşdırılmış hissəsi o- İddiaçı sahibliyinə və istifadəsinə verilmişdir. AR İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 1 saylı Bakı Ərazi İdarəsinin təqdim etdiyi ÖM seriyalı 051669 saylı xx.xx.1993-cü il tarixli çıxarışına əsasən, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 62.3 m olan 3 yaşayış otaqlı 23/24 saylı mənzil X3 mülkiyyəti kimi dövlət reyestr xidmətində qeydiyyata alınmışdır. Məlum faktları nəzərə alaraq, 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2024-cü il tarixli sorğu ilə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 23/24 saylı mənzilin X3 mülkiyyəti kimi hansı hüquqmüəyyənedici sənədlər əsasında dövlət reyestr xidmətində qeydiyyata alınması barədə müvafiq arayışın verilməsi xahiş edilmişdir. Həmin sorğuya 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-34915/2024 **********15 saylı məktubla təsdiqlənir ki, məlum daşınmaz əmlak Azərbaycan Dövlət Neft Şirkətinin neft və qaz emalı üzrə Baş İdarəsi və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1993-cü il tarixli birgə qərarı, habelə AR xx.xx.1993-cü il tarixli “Azərbaycan Respublikasında yaşayış fondunun özəlləşdirilməsi haqqında” Qanununa müvafiq olaraq bir tərəfdən "xxxx" adlanan həmin idarənin rəis müavini Məmmədov K.H. tərəfindən təmsil olunmuş Azərbaycan Dövlət Neft Şirkətinin neft və qaz emalı üzrə Baş İdarəsi ilə X6 arasında bağlanmış və Bakı şəhəri 9 saylı DNK-nun xx.xx.1993-cü il tarixində təsdiq etdiyi M3-1042 reyestr nömrəli müqaviləyə əsasən, X3 adına xx.xx.1993-cü il tarixdə qeydiyyatdan keçmişdir. Yuxarıda qeyd edilmiş faktları əsassız hesab edərək, “daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınması barədə çıxarışın qismən ləğv edilməsi və müvafiq çıxarışın təqdim edilməsinə dair” xx.xx.2024-cü il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə təkrar müraciət etmişdir. Məlum ərizəyə adıçəkilən mənzilin onun sahibliyinə və istifadəsinə verilənə kimi onun anası Kız-Ana Aqa- Bala qızının sahibliyində və istifadəsində olması barədə xx.xx.1976-cı il tarixli müqaviləni də əlavə edib. Qeyd edilən faktları nəzərə alaraq, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 62.3 m olan 3 yaşayış otaqlı 23/24 saylı mənzilin X3 mülkiyyəti kimi dövlət reyestr xidmətində qeydiyyata alınması barədə verilmiş ÖM seriyalı 051669 saylı xx.xx.1993-cü il tarixli Çıxarışın 24 saylı mənzilə aid hissədə ləğv edilməsi və ünvan 1 ünvanda yerləşən 24 saylı mənzilin İddiaçı adına dövlət reyestr xidmətində qeydiyyata alınması, habelə müvafiq Çıxarışın ona təqdim edilməsini xahiş edib. 1 saylı Bakı Ərazi İdarəsi təqdim etdiyi xx.xx.2024-cü il tarixli məktubu ilə bildirir ki, ünvan 1 ünvanda yerləşən 23/24 saylı mənzilə texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamış, bu səbəbdən adıçəkilən mənzilə verilmiş çıxarışın qismən ləğv edilməsi və ona çıxarışın verilməsindən imtina edilmişdir. 1980-ci ildə anası Kız-Ana Aqa-Bala qızının ölümündən sonra, o, həmin binada və eyni mərtəbədə yaşayan xalası-X1 himayəsində və mənzilində yaşamağa başlayıb. Hazırki mübahisə üzrə cavabdeh X6 xalası-Xədicənin gəlinidir və xalası cavabdehə və onun əri, habelə xalası oğlu Vaqifə onun otağından müvəqqəti istifadə etməyə razılıq verdi. Əslində, adıçəkilən 24 saylı mənzillə bağlı yuxarıda qeyd edilmiş faktlar bir qədər yanlış məlumat verilmişdir. Belə ki, məlum 24 saylı mənzil 3 yaşayış otağından və yardımçı sahələrindən ibarətdir və ümumi sahəsi təxminən 60,0 m-dir. Bu mənzilin 24 m olan 1 yaşayış otaqlı və 6 m mətbəx olmaqla ümumi sahəsi 30 m olan sıxlaşdırılmış hissəsi yuxarıda qeyd edildiyi kimi xx.xx.1976-cı il tarixli müqaviləyə əsasən, anası Kız- Ana Aqa-Bala qızının sahibliyində və istifadəsində olmuşdur. Anasının ölmündən sonra, “Azneftkimya” İstehsalat Birliyinin 118 saylı xx.xx.1990-cı il tarixli qərarı və həmin qərar əsasında tərəflər arasında bağlanmış xx.xx.1994-cü il tarixli müqavilə əsasən, ünvan 1 ünvanda yerləşən 24 saylı mənzilin 24 m olan 1 yaşayış otaqlı və 6 m mətbəx olmaqla ümumi sahəsi 30 m olan sıxlaşdırılmış hissəsi onun sahibliyinə və istifadəsinə verilmişdir. Bir müddətdən sonra 24 saylı mənzilin digər 2 yaşayış otaqlı sıxlaşdırılmış hissəsinin sakinləri həmin yaşayış sahəsindən köçdülər və boşalmış hissənin cavabdeh-X5 ayrılması barədə o, aidiyyəti dövlət orqanlarına müraciət etdi. Onun xahişi təmin edildi və 24 saylı mənzilin 2 yaşayış otaqlı sıxlaşdırılmış hissəsi onun istifadəsinə verildi. Cavabdeh-X6 və onun ailə üzvləri 24 saylı mənzilin sıxlaşdırılmış 2 yaşayış otağına köçdülər və eyni zamanda onlar onun 24 saylı mənzilin 24 m olan 1 yaşayış otaqlı və 6 m mətbəx olmaqla ümumi sahəsi 30 m olan sıxlaşdırılmış hissəsindən də istifadə etməyə davam etdilər. O, yetkinlik yaşına çatandan sonra, RF-nın Moskva şəhərinə biznes məqsədi ilə gedib-gəlirdi. Bakıda olanda 24 saylı mənzilin onun sahibliyində və istifadəsində olan hissəsinə baş çəkirdi və cavabdeh tərəfindən mətbəxinin təmir edildiyini görmüş, lakin onların yaxın qohum olmalarını nəzərə alaraq, buna əhəmiyyət verməyib. Cavabdeh-Rəna Əliyeva 24 saylı mənzilin ona ayrılmış sıxlaşdırılmış hissəsini adına özəlləşdirməsi barədə onda qeyri- rəsmi məlumat var idi. Lakin cavabdehin onun istifadəsində olan 24 saylı mənzilin sıxlaşdırılmış hissəsinin onun istifadəsinə verilmiş sıxlaşdırılmış hissəsinə, hələ üstəlik həmin ünvanda yerləşən 23 saylı mənzili də bunlara birləşdirərək özəlləşdirilməsi barədə faktlar ona 2023-cü il tarixində məlum oldu. Belə ki, 2023-cü il tarixində tanımadığı tikinti təşkilatı tərəfindən ünvan 1 ünvanda yerləşən mənzillərin sahiblərinə pul verməklə onların istifadəsində olan mənzillərini alması barədə məlumat alıb və ona nədənsə həmin təşkilat pul təklif etmirdi. O, bunun səbəbini aydınlaşdırmaq üçün 38 saylı MKİS-ə müraciət edib. Cavabdeh-Rəna Əliyevanın həmin istismar sahəsinə təqdim etdiyi çıxarışdan məlum oldu ki, o, həm 24 saylı, həm də 23 saylı mənzilləri özəlləşdirmişdir. Cavabdeh Rəna Əliyeva ilə aralarında yaranmış bu mübahisəni bir müddət sülh yolu ilə həll etməyə cəhd edib, lakin bunun heç bir nəticəsi olmadı. Onu da qeyd edir ki, o, bu müddət ərzində sahibliyində və istifadəsində olan 24 saylı mənzilin sıxlaşdırılmış hissəsinə görə bütün kommunal xərcləri ödəmiş və yaşayış yerindən ona adıçəkilən ünvanda qeydiyyatda olması barədə dəfələrlə arayışlar təqdim edilmişdir. Bu faktları təsdiq edən sübutlar hazırki iddia ərizəsinə əlavə edilir. Biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillər (evlər) özəlləşdirilərkən, həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerləri mülkiyyətçilərin ümumi mülkiyyətinə verilir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 862/2025 saylı qərardadı ilə İddiaçı cavabdeh X5 qarşı (“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) çıxarışın və ona əsas olmuş sənədlərin ləğv edilməsi və sair tələbinə dair mülki iş üzrə icraata ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 62.3 m olan 3 yaşayış otaqlı 23/24 saylı mənzilin X3 mülkiyyəti kimi dövlət reyestr xidmətində qeydiyyata alınması barədə verilmiş ÖM seriyalı, 051669 saylı, xx.xx.1993-cü il tarixli çıxarışın və həmin çıxarışın verilməsi üçün əsas olmuş sənədlərin 24 saylı mənzilin 24 m olan 1 yaşayış otaqlı və 6 m mətbəx olmaqla ümumi sahəsi 30 m olan sıxlaşdırılmış hissəsinə aid hissədə ləğv edilməsi, ünvan 1 ünvanda yerləşən 24 saylı mənzilin 24 m olan 1 yaşayış otaqlı və 6 m mətbəx olmaqla, ümumi sahəsi 30 m olan sıxlaşdırılmış hissəsinin İddiaçı adına dövlət reyestr xidmətində qeydiyyata alınması, ona müvafiq çıxarışın təqdim edilməsi tələbinə dair hissələrdə xitam verilməsi qərara alınmışdır. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli qərarının 17-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib- keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Məhkəmə qeyd etmişdir ki, hazırki mülki iş üzrə iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, ünvan 1, 23/24 saylı mənzil Azərbaycan Dövlət Neft Şirkətinin neft və qaz emalı üzrə Baş idarəsi müdiriyyəti və həmkarlar ittifaqı komitəsinin xx.xx.1993-cü il tarixli birgə qərarına, Azərbaycan Respublikasının xx.xx.1993cü il tarixli “Azərbaycan Respublikasında yaşayış fondunun özəlləşdirilməsi haqqında"ki Qanununa müvafiq olaraq Azərbaycan Dövlət Neft Şirkətinin neft və qaz emalı üzrə Baş idarəsi ilə X6 arasında bağlanmış Bakı şəhəri 9 saylı DNK-da xx.xx.1993-cü il tarixdə təsdiq edilmiş M3-1042 reyestr nömrəli müqaviləyə əsasən xx.xx.1993-cü il tarixdə X3 adına qeydiyyatdan keçmişdir. Həmçinin iddia ərizəsindən göründüyü kimi, iddiaçı “Azneftkimya” İstehsalat Birliyinin 118 saylı, xx.xx.1990-cı il tarixli qərarı və həmin qərar əsasında tərəflər arasında bağlanmış xx.xx.1994-cü il tarixli müqavilə ilə verilmiş ünvan 1, 24 saylı mənzilin 30 kv.m. olan sıxlaşdırılmış hissəsinin onun adına rəsmiləşdirilməsini və çıxarış verilməsini xahiş edir. Beləliklə, Ali Məhkəmə Plenumunun yuxarıda göstərilən qərarında əks olunmuş hüquqi mövqeləri nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçının ləğv edilməsini tələb etdiyi ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 62.3 kv.m. olan 3 yaşayış otaqlı 23/24 saylı mənzilin X3 mülkiyyəti kimi dövlət reyestr xidmətində qeydiyyata alınması üçün əsas olmuş sənəd inzibati akt olduğundan inzibati qaydada mübahisələndirilməlidir. Belə iddia uğurlu olarsa, iddiaçı daha sonra qeydiyyatı aparmış orqana müraciət etməklə reyestrdə müvafiq qeydin aparılmasını və ya dəyişdirilməsini tələb edə və qeydiyyat orqanının hərəkətindən narazı qaldığı halda isə inzibati məhkəməyə müraciət edə bilər. Yuxarıda adı çəkilən Plenum qərarının 16.1-ci bəndinə əsasən inzibati mübahisələr hüquqi təbiətinə görə mülki mübahisələrdən (kommersiya mübahisələrindən) fərqli olduğundan mülki tələblər (kommersiya mübahisələri üzrə tələblər) inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddialarla, inzibati iddia tələbləri isə mülki məhkəmə icraatı qaydasında qaldırılan iddialarla birləşdirilə və onlara birgə baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından hazırki mülki iş üzrə icraata ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 62.3 m olan 3 yaşayış otaqlı 23/24 saylı mənzilin X3 mülkiyyəti kimi dövlət reyestr xidmətində qeydiyyata alınması barədə verilmiş ÖM seriyalı, 051669 saylı, xx.xx.1993-cü il tarixli çıxarışın və həmin çıxarışın verilməsi üçün əsas olmuş sənədlərin 24 saylı mənzilin 24 m olan 1 yaşayış otaqlı və 6 m mətbəx olmaqla ümumi sahəsi 30 m olan sıxlaşdırılmış hissəsinə aid hissədə ləğv edilməsi, ünvan 1 ünvanda yerləşən 24 saylı mənzilin 24 m olan 1 yaşayış otaqlı və 6 m mətbəx olmaqla, ümumi sahəsi 30 m olan sıxlaşdırılmış hissəsinin İddiaçı adına dövlət reyestr xidmətində qeydiyyata alınması, ona müvafiq çıxarışın təqdim edilməsi tələbinə dair hissələrdə xitam verilməli, həmin hissələrdə iddiaçıya aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmaldır. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-862/2025 saylı qərardadından İddiaçı vəkili və nümayəndəsi Vəkil şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)-862/2025 saylı qərardadının ləğv edilməsini, iddia ərizəsinə mahiyyəti baxılması barədə müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hakim Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli qərarının 16.1 və 17-ci bəndlərinə istinad edərək, hazırki iddia tələbinin yuxarıda qeyd edilmiş hissələrinə xitam vermişdir. Məlum qərardad aşağıdakı arqumentlərə görə qanunsuzdur: Əvvəla, hakim qəbul etdiyi qərardadında Plenumun qərarının 17-ci bəndinin “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır” müddəalarına istinad etmiş və eyni zamanda adıçəkilən qərarın tələblərini yerinə yetirməmişdir. Əvvəla, Plenumun qərarının tələbini nəzərə alaraq, hesab edir ki, hazırki iddianın hüquqi təbiəti onun mülki-hüquqi tələb olmasıdır. Yəni ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 62.3 m olan 3 yaşayış otaqlı 23/24 saylı mənzil bir tərəfdən "xxxx" adlanan Azərbaycan Dövlət Neft Şirkətinin neft və qaz emalı üzrə Baş İdarəsi, digər tərəfdən “İkinci tərəf” adlanan X6 arasında əvəzsiz alqı-satqı müqaviləsinin bağlanması və həmin müqavilənin Bakı şəhəri 9 saylı DNK tərəfindən xx.xx.1993-cü il tarixdə M3-1042 reyestr nömrə ilə təsdiq edilməsidir. Hazırki iddia tələbinin hüquqi təbiətini müəyyənləşdirərkən məlum olur ki, adıçəkilən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına əsas olmuş hüquqmüəyyənedici sənəd Bakı şəhəri 9 saylı DNK-nin təsdiq etdiyi xx.xx.1993-cü il tarixli M3-1042 reyestr nömrəli tərəflər arasında bağlanmış əvəzsiz alqı-satqı müqaviləsidir. Bundan başqa, iddiaçı hazırki iddia ərizəsində inzibati orqanın hərəkətsizliyini qanun pozuntusu kimi qiymətləndirməmişdir. Belə ki, imtinanın əsasını inzibati orqanı təmsil edən mütəxəsisslərə mübahisəli mənzilə texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün şəraitin yaradılmamasıdır, bu isə sonuncunun hərəkətsizliyinin qanunsuz olduğu demək deyildir. Məhz bu səbəbdən iddiaçı “mübahisəli mənzilə texniki baxışın keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şəraitin yaradılması barədə” xx.xx.2024-cü il tarixli vəsatətlə məhkəməyə müraciət etmişdir. Bundan əlavə, Plenumun qərarında qeyd edildiyi kimi “əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas olmuş hüquqmüəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.” Məlumat üçün qeyd edir ki, Bakı şəhəri 9 saylı DNK-nun xx.xx.1993-cü il tarixdə təsdiq etdiyi M3-1042 reyestr nömrəli müqavilənin təsdiqlənmiş sürətinin təqdim edilməsi barədə AR Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinə xx.xx.2025-ci il tarixli 09/25-KP saylı sorğu ilə müraciət etmiş və həmin idarə xx.xx.2025-ci il tarixli 3-16-5/6-14- 134/25 saylı məktubla adıçəkilən sorğuya cavab verərək müvafiq sənədləri təqdim etmişdir. Məlum sənədlər “müqavilə” adı ilə xx.xx.2025-ci il tarixdə şəxsi kabineti vasitəsi ilə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmişdir. Plenumun qərarının 8-ci bəndinə əsasən, “aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilməlidir.” Beləliklə, yuxarıda qeyd edilən faktlara əsasən belə nəticəyə gəlmək olur ki, hazırki iddianın hüquqi təbiəti onun mülki-hüquqi tələb olmasıdır, yəni adıçəkilən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına əsas olmuş hüquqmüəyyənedici sənəd Bakı şəhəri 9 saylı DNK-nin təsdiq etdiyi xx.xx.1993-cü il tarixli M3-1042 reyestr nömrəli tərəflər arasında bağlanmış əvəzsiz alqı-satqı müqaviləsidir. Qeyd edilmiş faktlar onu deməyə əsas verir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 862/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı qanunsuzdur və ləğv edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-862/2025 saylı, xx.xx.20245ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-862/2025 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin, 2(005)-862/2025 saylı mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 72.1. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Maddə 72.2. İnzibati aktdan eyni zamanda həm inzibati, həm də məhkəmə qaydasında şikayət (inzibati iddia) verildiyi hallarda, şikayətə məhkəmə qaydasında baxılır və şikayət instansiyasında həmin şikayət üzrə başlanılmış icraata xitam verilir. Maddə 72.5. İnzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 3.1. Bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini xüsusi vurğulamışdır. Avropa Məhkəməsi “Bezımyannaya Rusiya Federasiyasına qarşı” iş üzrə 22 dekabr 2009cu il tarixli qərarında qeyd etmişdir ki, dövlətlərin məhkəmə sistemlərində ayrı-ayrı məhkəmələr arasında aidiyyət məsələlərini müəyyən edən meyarlar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 28 mart 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, “Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. (...) hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. (...) Məhkəmə icraatının növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 4 Qərarı Bənd 1. Məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə “MPM”) 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə “İPM”) 2-ci maddəsi, habelə həmin Məcəllənin XV, XVİ, XVİİ və XVİİİ XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Bənd 2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Bənd 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Bənd 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Bənd 15.4. Eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Bənd 16.1. İnzibati mübahisələr hüquqi təbiətinə görə mülki mübahisələrdən (kommersiya mübahisələrindən) fərqli olduğundan mülki tələblər (kommersiya mübahisələri üzrə tələblər) inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddialarla, inzibati iddia tələbləri isə mülki məhkəmə icraatı qaydasında qaldırılan iddialarla birləşdirilə və onlara birgə baxıla bilməz. Bənd 16.3. “Ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə” verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Bənd 17. “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, ünvan 1, 23/24 saylı mənzil Azərbaycan Dövlət Neft Şirkətinin neft və qaz emalı üzrə Baş idarəsi müdiriyyəti və həmkarlar ittifaqı komitəsinin xx.xx.1993-cü il tarixli birgə qərarına, Azərbaycan Respublikasının xx.xx.1993-cü il tarixli “Azərbaycan Respublikasında yaşayış fondunun özəlləşdirilməsi haqqında"ki Qanununa müvafiq olaraq Azərbaycan Dövlət Neft Şirkətinin neft və qaz emalı üzrə Baş idarəsi ilə X6 arasında bağlanmış Bakı şəhəri 9 saylı DNK-da xx.xx.1993-cü il tarixdə təsdiq edilmiş M3-1042 reyestr nömrəli müqaviləyə əsasən xx.xx.1993-cü il tarixdə X3 adına qeydiyyatdan keçmişdir. Mülki işdən görünür ki, iddiaçının iddia tələblərindən biri də, “ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 62.3 m olan 3 yaşayış otaqlı 23/24 saylı mənzilin X3 mülkiyyəti kimi dövlət reyestr xidmətində qeydiyyata alınması barədə verilmiş ÖM seriyalı, 051669 saylı, xx.xx.1993-cü il tarixli çıxarışın və həmin çıxarışın verilməsi üçün əsas olmuş sənədlərin 24 saylı mənzilin 24 m olan 1 yaşayış otaqlı və 6 m mətbəx olmaqla ümumi sahəsi 30 m olan sıxlaşdırılmış hissəsinə aid hissədə ləğv edilməsi, ünvan 1 ünvanda yerləşən 24 saylı mənzilin 24 m olan 1 yaşayış otaqlı və 6 m mətbəx olmaqla, ümumi sahəsi 30 m olan sıxlaşdırılmış hissəsinin İddiaçı adına dövlət reyestr xidmətində qeydiyyata alınması, ona müvafiq çıxarışın təqdim edilməsi”ndən ibarətdir. Kollegiya iddiaçının çıxarışın verilməsinə əsas olmuş sənədin inzibati akt deyil, mülki hüquqi əqd, yəni əvəzsiz alğı-satqı müqaviləsi olması dəlilinə münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Dövlət Neft Şirkətinin neft və qaz emalı üzrə Baş idarəsi ilə iddiaçı arasında 08 aprel 1993-cü il tarixdə bağlanmış müqavilə necə adlandırılmasından asılı olmayaraq faktiki olaraq mülki hüquqi əqd deyil, inzibati akt xarakteri daşıyır. Belə ki, həmin akta əsasən dövlət mülkiyyətində olan daşınmaz əmlakın özəlləşdirilməsi həyata keçirilmişdir. İddiaçının ləğv edilməsini tələb etdiyi ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 62.3 kv.m. olan 3 yaşayış otaqlı 23/24 saylı mənzilin X3 mülkiyyəti kimi dövlət reyestr xidmətində qeydiyyata alınması üçün əsas olmuş sənəd inzibati akt olduğundan ümumi məhkəmədə deyil, inzibati qaydada mübahisələndirilməlidir. Belə iddia uğurlu olarsa, iddiaçı daha sonra qeydiyyatı aparmış orqana müraciət etməklə reyestrdə müvafiq qeydin aparılmasını və ya dəyişdirilməsini tələb edə və qeydiyyat orqanının hərəkətindən narazı qaldığı halda isə inzibati məhkəməyə müraciət edə bilər. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “Məhkəmələr və hakimlər” haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması yolverilməzdir. İstinad olunanlara əsasən Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olduğundan şikayət təmin edilə bilməz. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-862/2025 saylı nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2323/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2323/2025
18.03.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver