Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2324/2023 12.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin və darvazanın sökülməsi tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki iş üzrə (açar sözlər: qanunsuz tikililərin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin və darvazanın sökülməsi tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(011)-143/2022 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 01 may 2013-cü il tarixdə qeydiyyata alınmışdır. Həmin çıxarışda dövlətə məxsus Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi 5-ci Rezervuar küçəsində yerləşən 0,00728 ha torpaq sahəsinin İddiaçı istifadəsində olması əksini tapmışdır.
2. Əhmədli qəsəbə sovetliyi İcra komitəsinin Bağ bostan Planının surətindən görünür ki, Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi 5-ci Rezervuar küçəsi ünvanında yerləşən torpaq sahəsi bağ bostan əkmək üçün Cavabdeh ayrılmışdır.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, sonradan iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi 5-ci Rezervuar küçəsi ünvanında inşa edilmiş darvazanın və özbaşına tikili olan hamamın cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İlkin iddia onunla saslandırılmışdır ki, İddiaçı 01 may 2013-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən (Seriya RX № 0170107) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisidir. Bir neçə il öncə iddiaçının evinin həyətinə giriş hissəsində, dövlətin mülkiyyətində olan və küçə həyəti sayılan torpaq sahəsi Cavabdeh tərəfindən qanunsuz tutulmuş və həmin ərazi hasara alınaraq Cavabdeh tərəfindən öz həyətinə daxil edilmişdir. Bunun nəticəsində iddiaçının evinin bir pəncərəsi faktiki olaraq həmin ərazidə qalmış və həmin pəncərənin istifadəsi qanunsuz olaraq iddiaçı üçün məhdudlaşdırılmışdır. İddiaçı dəfələrlə bununla bağlı öz iradını bildirməsinə baxmayaraq Cavabdeh qeyd edilmiş iradlara məhəl qoymamış və bununla bağlı heç bir addım atmamışdır. Bundan başqa Cavabdeh özbaşına tutulmuş (zəbt edilmiş) torpaq ərazisində, düz iddiaçının evinə bitişik hissədə özünə hamam tikmişdir. Bunun nəticəsində hamamdan gələn bütün nəm buxarlanması iddiaçının çöl divarından evinin içinə qədər daxil olur və nəticədə iddiaçıya həm də maddi ziyan dəyir. Həmçinin bu cür şəraitdə yaşamaq sağlamlıq üçün də təhlükə törədir. Bununla bağlı iddiaçı öz etirazını bildirmiş, ancaq yenə də bir nəticə verməmişdir.
5. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin arxa hissəsində cavabdeh İddiaçı tərəfindən iddiaçıya məxsus Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi 5-ci Rezervuar küçəsi ünvanında yerləşən 6 saylı fərdi yaşayış evində hörülmüş (iddiaçının həyətinə baxan) pəncərənin İddiaçı hesabına hörülməsi, həmin ünvanda yerləşən 6 nömrəli fərdi yaşayış evinin iddiaçıya məxsus torpaq sahəsində yerləşən hasarın üzərində cavabdeh tərəfindən inşa edilmiş tikilinin onun hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı iddia etdiyi kimi torpaq sahəsi qanunsuz olaraq zəbt olunmamış, ona məxsus olan torpaq sahəsinə iddiaçı tərəfindən hasar çəkilməməmişdir. İddiaçı öz istifadəsində olan başqasının şəxsi əmlakı hesab olunmayan torpaq sahəsi üzərində ev tikmişdir. İddiaçı iddiasının əksinə olaraq, hazırkı torpaq sahəsi iddiaçıya məxsus olmuşdur. Torpaq sahəsini iddiaçı illər bundan öncə cavabdehə satmış və həmin torpaq sahəsi satılan zaman aralarında hasar olmuşdur ki, sözügedən hasarın üstündən cavabdeh ev inşa etmişdir, beləliklə iddiaçıya məxsus hissəyə daxil olmuşdur. Bundan başqa, iddiaçının istifadəsində olan Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi 5-ci Rezervuar küçəsi ünvanında yerləşən 6 nömrəli fərdi yaşayış evindən rahat şəkildə istifadə edə bilmir. Belə ki, İddiaçı tərəfindən edilən qanunsuzluqlar azmış kimi cavabdeh həm də onun həyətini rahatlıqla müşahidə edə biləcəyi bir pəncərə də açdırmışdır. Bu pəncərə İddiaçı məxsus evin arxa hissəsində iddiaçının həyəti ilə içərisinə açdırılmışdır. İddiaçı bunun üçün heç bir icazə almamış, hüquqi sənəd əsasında, yəni hər hansı bir texniki pasport və ya tikinti lahiyəsi üzrə eskizə əsasən etməmişdir. Halbuki, onun hüquqlarını pozan bu addımın atılmasından öncə iddiaçının razılığı alınmalı və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə sənədi əldə edilməli idi. İddiaçı tərəfindən bu özbaşınalıq iddiaçının və ailəsinin rahat şəkildə öz fərdi yaşayış evlərindən istifadə etmələrinə maneə olur, isti yay aylarında öz həyətlərində istirahət etmələrinə imkan vermir. Məhz bu səbəbdən iddiaçıya məxsus Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi 5-ci Rezervuar küçəsi yanında yerləşən 6 nömrəli fərdi yaşayış evinin arxa hissəsində hörülmüş (iddiaçının həyətinə baxan) pəncərənin sökülməsi qanunauyğundur. O dəfələrlə İddiaçı ilə məhkəmədən kənar razılığa gəlmək üçün ona məxsus olan Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi 5-ci Rezervuar küçəsi ünvanında yerləşən 6 nömrəli fərdi yaşayış evinin qanunsuz zəbt etdikləri hissəsini qaytarmalarını tələb etsə də, sonuncu hər dəfə bundan boyun qaçıraraq konstitusiya ilə qorunan mülkiyyət hüquqlarını kobud surətdə pozmuş, bu da azmış kimi öz törətdiyi qanun pozuntusunun üstünü ört-basdır etmək üçün iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
7. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə yerində müayinə zamanı müəyyən edilmişdir ki, Cavabdeh həyətyanı sahəsində tikilmiş hamam planda olmamış, sonradan Cavabdeh tərəfindən inşa edilərək, İddiaçı məxsus fərdi yaşayış evi Cavabdeh məxsus hamam ilə təmassız birləşmişdir. İddiaçı evinin hamam ilə birləşən divarında rütubət və nəmliyin müşayiət olunması və İddiaçı evinin mətbəx hissəsində yerləşən pəncərə Cavabdeh həyətyanı sahəsinə açılması aşkar edilmişdir.
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 08 aprel 2022-ci il tarixli nömrəli **********01 nömrəli mütəxəssis rəyindən görünür ki, Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinə baxış keçirilərək ölçü işləri aparılmış, sərhədləri və koordinatları müəyyən edilmişdir. Lakin, Cavabdeh adına Xətai rayonu Əhmədli qəsəbə soveti İcraiyyə Komitəsi tərəfindən bağçılıq-bostançılıq sahəsi məqsədilə ayrılması iddia olunan torpaq sahəsinin cizgisi miqyassız, koordinatsız, hər hansı istinad nöqtəsindən məsafə göstərilmədiyindən sözügedən torpaq sahəsinin sərhədlərini müəyyənləşdirmək, eyni zamanda Cavabdeh tərəfindən hansı torpaq sahəsinin zəbt edilməsini araşdırmaq mümkün olmamışdır. Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi 5-ci Rezervuar küçəsi ünvanında Cavabdeh tərəfindən quraşdırılmış darvaza ümumi istifadə olunan yolun giriş-çıxışına mane olmur.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyul 2022-ci il tarixli 10/2939 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi 5-ci Rezervuar küçəsi ünvanında yerləşən 6a nömrəli fərdi yaşayış evinin mətbəxində olan pəncərənin Cavabdeh istifadəsində olan torpaq sahəsinə baxdığı müəyyən olunur. Tikinti Norma və Qaydaları 2.08.01.89-un 1.3-cü bəndinə əsasən yaşayış otağı və mətbəx təbii işıq ilə təmin olunmalıdır. İddiaçı xüsusi mülkiyyətində olan mətbəxində divar kağızlarının bəzi hissədə divardan aralanması və nəm çəkməsinin texniki səbəbinin Cavabdeh istifadəsində olan topaq sahəsində yerləşən hamam və ayaq yolu tikililərinin mətbəxə bitişik şəkildə olması ehtimal olunur. Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi 5-ci Rezervuar küçəsi ünvanında Cavabdeh istifadəsində olan hamamın sökülüb Cavabdeh istifadəsində olan torpaq sahəsində inşa edilmiş yaşayış sahəsinə yaxın yerə, hər hansı tikiliyə bitişik şəkildə inşa edilməməklə keçirilməsi texniki cəhətdən mümkündür. Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi 5-ci Rezervuar küçəsi ünvanında Cavabdeh istifadəsində olan darvazanın sökülüb 4-6 metr arxaya Cavabdeh istifadəsində olan torpaq sahəsində inşa edilmiş yaşayış sahəsinə yaxın yerə keçirilməsi texniki cəhətdən mümkündür. Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi 5-ci Rezervuar küçəsi ünvanında yerləşən Cavabdeh tərəfindən quraşdırılmış darvaza ümumi istifadə olunan yolun giriş-çıxışına maneə olub-olmaması subyektiv xarakter daşıdığı üçün məhkəmə tərəfindən qiymət verilə bilər.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(011)- 143/2022 nömrəli qətnaməsinə əsasən, ilk iddia təmin edilmiş, İddiaçı məxsus Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi 5-ci Rezervuar küçəsi ünvanında yerləşən 6a nömrəli fərdi yaşayış evinin mətbəx otağının çöl divarına bitişik Cavabdeh tərəfindən inşa edilmiş hamam (ayaqyolu ilə birlikdə) otağı və həmin ünvanda Cavabdeh istifadəsində olan torpaq sahəsinə giriş məqsədilə ilə inşa edilmiş darvazanın Cavabdeh hesabına sökülməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin arxa hissəsində cavabdeh İddiaçı tərəfindən iddiaçıya məxsus Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi 5-ci Rezervuar küçəsi ünvanında yerləşən 6 nömrəli fərdi yaşayış evində hörülmüş (iddiaçının həyətinə baxan) pəncərənin cavabdeh İddiaçı hesabına hörülməsi, Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi 5-ci Rezervuar küçəsi ünvanında yerləşən 6 nömrəli fərdi yaşayış evinin iddiaçıya məxsus torpaq sahəsində yerləşən hasarın üzərində cavabdeh tərəfindən inşa edilmiş tikilinin onun hesabına sökülməsi barədə qarşılıqlı iddiasının təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh vəkili Könül İskəndərli məhkəmə iclasında ilk cavabdehin torpaqdan istifadəsinin qanuni olmasını göstərsə də, lakin ilk cavabdeh tərəfindən təqdim edilən bağ və bostançılıq məqsədi ilə torpağın ayrılması barədə sənəd Cavabdeh hansı hüdudlarda və koordinatlarda torpaq sahəsinə qanuni sahibliyini müəyyən etmir. Digər tərəfdən, ilk cavabdeh həmin torpaq sahəsində mübahisələndirilən tikilinin və darvazanın inşasının qanuniliyini sübuta yetirə bilməmişdir. Odur ki, Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin sərhədlərini dəqiq müəyyən etmək mümkün olmadığından və onun faktiki sahibliyində olan torpaq sahəsində inşa edilmiş hamamın (ayaqyolu ilə birlikdə) və darvazanın qanuni olması öz təsdiqini tapmadığından, həmçinin həmin darvazanın və hamamın (ayaqyolu ilə birlikdə) mövcudluğu ilk İddiaçı dövlət tərəfindən qorunan mülkiyyət hüququnu pozduğundan, ilk iddia təmin edilməlidir. Bundan başqa, iş üzrə verilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, göstərilən ünvanda tikilmiş mübahisəli hamamın (ayaqyolu ilə birlikdə) və darvazının texniki cəhətdən başqa yerə keçirilməsi mümkündür. Məhkəmə qeyd etmişdir ki, sadalanan xüsusatlara və işin müəyyən edilmiş hallarına əsasən, göstərilən torpaq sahəsində tikilmiş hamamın (ayaqyolu ilə birlikdə) mövcudluğu ilk iddiaçının yola baxan mətbəxinin işıqlandırılmasına maneə yaradır və mətbəxin divarlarının rütubətlənməsi nəticəsində divar kağızlarının qopmasına gətirib çıxarır. Bu isə ilk iddiaçının qanunla qorunan mülkiyyətçi hüquqlarını pozur. Həmçinin həmin tikililərin texniki cəhətdən də başqa yerə köçürülməsi mümkündür. Məhkəmə qarşılıqlı iddia tələblərinə hüquqi qiymət verərək, hesab etmişdir ki, qarşılıqlı cavabdeh İddiaçı yaşadığı fərdi yaşayış evi onun mülkiyyətində olmaqla, həmin fərdi yaşayış evi onun qanuni istifadəsində olan torpaq sahəsinin hüdudlarında tikildiyindən, qarşılıqlı iddiaçı Cavabdeh isə faktiki istifadəsində olan torpaq sahəsinə qanuni sahibliyi məhkəmə araşdırılması zamanı müəyyən olunmadığından, həmçinin, Cavabdeh tərəfindən mübahisələndirilən İddiaçı mülkiyyətində olan tikilinin ona hər hansı şəkildə maneə yaratması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 170.1, 170.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yalnız ilkin iddia tələbinin təmin edilməsinə yönələn hal kimi tərəfindən qonşu torpaq sahəsinə müdaxilə olunduğu qənaətinə gəlmişdir. Habuki, bunun əsasını təşkil edən bir sübut iş materiallarında mövcud deyildir. Bunun əksinə olaarq ilkin iddiaçı tərəfindən onun torpaq sahəsinə qanunsuz müdaxilə olunmasının qarşısının alınması üçün müraciət olunsa da onun tələbi gözardı edilərək işə birtərəfli baxılmışdır. Məhkəmə iş üzrə ekspertiza təyin etsə də yekunda yanlış qənaətə gəlmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 08 aprel 2022-ci il tarixli **********01 nömrəli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi 5-ci Rezervuar küçəsi ünvanında Cavabdeh tərəfindən quraşdırılmış darvaza ümumi istifadə olunan yolun girişçıxışına mane olmur. Göründüyü kimi, hər hansı bir maneənin olmadığı açıq-aşkar vurğulanmışdır. Bundan başqa, Əhmədli qəsəbə sovetliyi İcra komitəsi tərəfindən Cavabdeh bağ bostan əkmək üçün torpağın ayrılmasına baxmayaraq, həmin torpaq sahəsinin cizgisi miqyassız, koordinatsız, hər hansı istinad nöqtəsindən məsafə göstərilmədiyindən sözügedən torpaq sahəsinin sərhədlərini müəyyənləşdirmək mümkün olmadığından, Cavabdeh tərəfindən hansı torpaq sahəsindən qanuni istifadə etməsi müəyyən edilməmişdir. Göründüyü kimi, ekspertiza rəyində də hər hansı bir qanunsuzluğun müəyyən edilməsi barədə bir qeyd mövcud deyildir. Bundan savayı, hamam iddiaçının fərdi yaşayış evinə təmassız birləşdirildiyi, rütubət və nəmliyin müşayiət olunduğu qeyd edilmişdir. Halbuki, onun həyətində inşa edilmiş hamam iddiaçı gəlmədən öncə mövcud idi. İddiaçı sonradan həmin torpaq sahəsində fərdi yaşayış evini inşa etmişdir. Buradan da aydın olur ki, ona məxsus həyətdə inşa edilmiş hamam qanunsuz olmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı işdə iştirak edən şəxslər tərəfindən etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçının nümayəndəsi Vəkil1 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instarnsiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
17. Cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayəti ilə eyni məzmunlu izahatı verərək birirnci instiansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır; Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz; Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Apellyasiya şikayəti ilə qətnamənin tam ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – ilkin iddianın İddiaçı məxsus Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi 5-ci Rezervuar küçəsi ünvanda Cavabdeh istifadəsində olan torpaq sahəsinə giriş məqsədilə ilə inşa edilmiş darvazanın Cavabdeh hesabına sökülməsi hissəsində ləğv elilməli, həmin hissədə iddia rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən göstərilmiş nəticələr bu hissədə işin hallarına uyğun gəlmir.
22. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, işin mübahisəsiz hallarından ünvan 1 ünvanında yerləşən iddiaçının xüsusi mülkiyyətində olması, həmin ünvanla qonşuluqda yerləşən cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin isə Əhmədli qəsəbə sovetliyi İcra komitəsinin Bağ bostan planı ilə bağ-bostan əkmək üçün cavabdehə ayrılması müəyyən olunur.
23. İşin faktiki hallarına münasibətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddia üzrə mübahisəli tikili hamamın sökülməsi tələbinin təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi ilə bağlı hissələrdə doğru nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin qarşılıqlı iddianın təmin olunması və ilk iddianın tam rəddinə yönələn dəlilləri sübuta yetirilmir.
24. Şikayətin ilk dəlili kimi, birinci instansiya məhkəməsi tərəfindən qonşu torpaq sahəsinə müdaxilə olunduğu qənaətinə gəlinməsi, lakin bunun əsasını təşkil edən sübutların iş materiallarında mövcud olmaması göstərilmişdir. Lakin, işdən görünür ki, qonşu torpaq sahəsinə müdaxilə hazırkı mübahisənin predmeti olmamış, iddiaçının iddia tələbini cavabdeh tərəfindən inşa edilmiş tikililərin sökülməsi təşkil etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən də hüquqi dəyərləndirmə də bu istiqamətdə aparılmışdır.
25. 04 iyul 2022-ci il tarixli 10/2939 nömrəli ekspert rəyində iddiaçıya məxsus Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi 5-ci Rezervuar küçəsi ünvanında yerləşən 6a nömrəli fərdi yaşayış evinin mətbəxində olan pəncərənin cavabdehin istifadəsində olan torpaq sahəsinə baxdığı, mətbəxində divar kağızlarının bəzi hissədə divardan aralanması və nəm çəkməsinin texniki səbəbinin cavabdehin istifadəsində olan topaq sahəsində yerləşən hamam və ayaq yolu tikililərinin mətbəxə bitişik şəkildə olmasının ehtimal olunması, cavabdehin istifadəsində olan hamamın sökülüb onun istifadəsində olan torpaq sahəsində inşa edilmiş yaşayış sahəsinə yaxın yerə, hər hansı tikiliyə bitişik şəkildə inşa edilməməklə keçirilməsinin texniki cəhətdən mümkünlüyü, cavabdehin istifadəsində olan darvazanın sökülüb 4-6 metr arxaya, onun istifadəsində olan torpaq sahəsində inşa edilmiş yaşayış sahəsinə yaxın yerə keçirilməsinin texniki cəhətdən mümkünlüyü müəyyən edilmişdir.
26. Göründüyü kimi, məhz cavabdehin istinad etdiyi ekspert rəyi ilə onun tərəfindən tikilmiş hamamın iddiaçının mənzildən maneəsiz istifadə ilə bağlı hüquqlarını və qanunla qorunan mənafelərini məhdudlaşdırdığı təsdiq olunur. Tikilinin sökülməli olmasının işin hallarına mütənasibliyi baxımından, həmçinin, nəzərə alınmalıdır ki, bu tikilini başqa yerdə inşa etmək texniki cəhətdən mümkündür.
27. İnşa edilmiş hamamın iddiaçı gəlmədən öncə mövcud olması, iddiaçının sonradan həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etməsi barədə dəlillər ilk olaraq iş materialları ilə öz təsdiqini tapmır. Digər tərəfdən hamam həqiqətən daha əvvəl tikilmiş olsaydı belə, bu onun qanunsuz tikili olması faktını dəyişdirməzdi və qanuni sahib – iddiaçının hüquqlarını məhdudlaşdırmağa əsas verən hal kimi nəzərə alına bilməzdi.
28. Bunlardan əlavə cavabdehin şikayətində qarşılıqlı iddia ərizəsinin təmin olunmasına dəlalət edən, birinci instansiya məhkəməsinin qarşılıqlı iddia üzrə əsaslandırmasını təkzib edən hər hansı dəlil, araşdırılmalı məqam irəli sürülməmişdir.
29. Cavabdehin onun tərəfindən quraşdırılmış darvazanın ümumi istifadə olunan yolun giriş-çıxışına mane olmaması barədə dəlili isə məhkəmə kollegiyası əsaslı hesab edir. Ekspert rəyində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 08 aprel 2022-ci il tarixli **********01 nömrəli mütəxəssis rəyinə istinad olunsa da, darvaza ilə mütəxəssisin gəldiyi qənaət ekspert rəyində əksini tapmamışdır.
30. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 08 aprel 2022-ci il tarixli **********01 nömrəli mütəxəssis rəyində konkret olaraq göstərilmişdir ki, Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi 5-ci Rezervuar küçəsi ünvanında Cavabdeh tərəfindən quraşdırılmış darvaza ümumi istifadə olunan yolun giriş-çıxışına mane olmur. İşə apellyasiya instansiyasa məhkəməsində baxılarkən sübutların yerində müayinəsi zamanı da Cavabdeh tərəfindən quraşdırılmış darvazanın ümumi istifadə olunan yolun girişçıxışına mane olmadığı müəyyən olunmuş, həmçinin, iddiaçı tərəfindən iddianın həmin hissəsi onun hüquqlarını hansı formada məhdudlaşdırdığı əsaslandırılmamışdır.
31. Mübahisə predmeti olan darvaza qanunsuz olaraq qoyulduğu halda belə hazırkı mülki iş üzrə iddianın bu hissədə təmin edilməsi yalnız bu halda mümkün ola bilərdi ki, iddiaçı tərəfindən darvazanın onun hüquqlarını məhdudlaşdırması təsdiqini tapsın. Lakin, yuxarıda qeyd olunduğu kimi, cavabdeh tərəfindən qoyulmuş darvazanın iddiaçının hüquqlarını məhdudlaşdırılması əsaslandırıdlmamaqla təsdiqini tapmamış və əksinə, mütəxəssis rəyi ilə təkzib olunmuşdur.
32. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin ilk iddianının tam təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslı olmamışdır, apellyasiya şikayəti qətnamənin ilkin iddianın İddiaçı məxsus Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi 5-ci Rezervuar küçəsi ünvanda Cavabdeh istifadəsində olan torpaq sahəsinə giriş məqsədilə ilə inşa edilmiş darvazanın Cavabdeh hesabına sökülməsi hissəsində ləğvinə əsas verir. Bununla bağlı olaraq, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə qismən – qeyd edilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və eyni hissədə iddia rədd olunmalıdır.
33. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(011)-143/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(011)-143/2022 nömrəli qətnaməsi qismən – ilkin iddianın İddiaçı məxsus Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi 5-ci Rezervuar küçəsi ünvanda Cavabdeh istifadəsində olan torpaq sahəsinə giriş məqsədilə ilə inşa edilmiş darvazanın Cavabdeh hesabına sökülməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ilkin iddiası ona məxsus Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci Rezervuar küçəsi ünvanında Cavabdeh istifadəsində olan torpaq sahəsinə giriş məqsədilə ilə inşa edilmiş darvazanın Cavabdeh hesabına sökülməsi hissəsində rədd edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(011)-143/2022 nömrəli qətnaməsi qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasimov
Fuad Abdıyev
Xəyal Sarıyev