Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2327/2025 05.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-293/2025 saylı, 15 yanvar 2025-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzil tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Sumayıt Şəhəri, 10-cu mkr, Babək küçəsi boyunca inşa edilən 8 mərtəbəli evin, 3-cü blok, 3-cü mərtəbənin ümumi sahəsi 110 kv.m-dən ibarət olan mənzilin 28 kv.m görə ödədiyi 7000 ABŞ dollarının hazırda mənzil satışının bazar qiymətinə nisbətdə pulun bank uçot dərəcəsi hesablanaraq 36400 manat pulun tutulması, dövlət rüsumu olaraq məhkəməyə ödədiyi 126 manatın və Məhkəmə Ekspertiza Mərkəzinə ödədiyi 124 manat pul vəsaitinin cavabdehlərdən tutularaq ona qaytarılması barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-293/2025 saylı, 15 yanvar 2025ci il tarixli qətnaməsi ilə (hakim Ramin Quliyev) iddia tələbinin qismən təmin edilərək cavabdеh Cavabdeh1 əsassız varlanma hesabına əldə etdiyi 7000 ABŞ dolları (ödənişin icra edildiyi gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə) məbləğində vəsaitin ondan tutularaq İddiaçı ödənilməsi; cavabdеh Cavabdeh1 dövlət rüsumu kimi ödənilmiş 126 manat məbləğində vəsaitin 63 manatının ondan tutularaq İddiaçı ödənilməsi; iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsini və iddiasının tam təmin edilməsini xahiş etmişdir. Mülki iş apellyasiya icraatında olarkən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 elektron kabinet vasitəsilə təqdim etdiyi ərizəsində hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəyini və sözügedən qətnamədən cavabdeh tərəfindən də apellyasiya şikayəti verildiyi bildirərək həmin apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin baxışdan çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəsatətə etiraz etmədi. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, mülki iş üzrə apellyasiyanın mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2327/2025 saylı, 11 mart 2025-ci il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-293/2025 saylı, 15 yanvar 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar mülki iş apellyasiya baxışından çıxarılmalı və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.6-cı, 402.2.5-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Mülki iş üzrə apellyasiyanın mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2327/2025 saylı, 11 mart 2025-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-293/2025 saylı, 15 yanvar 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar mülki iş apellyasiya baxışından çıxarılsın və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2327/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2327/2025
05.05.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver