Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2328/2024 30.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2, Qanuni nümayəndə, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı; İddiaçılar Qanuni nümayəndə və Cavabdeh2 cavabdeh İddiaçı MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: “ədalətli kompensasiya”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X7 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Cavabdeh2, ilkin iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) Cavabdeh2 və Qanuni nümayəndə vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC-nin ilkin iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh2, Qanuni nümayəndə, ilkin iddia üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı (Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilin sökülməsi, mülkiyyət, istifadə hüquqlarına kompensasiya ödənilməklə xitam verilməsi, yeni mənzil sahəsinin verilməsi və kirayə pulunun ödənilməsi” tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Qanuni nümayəndə, Cavabdeh2 ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC-yə qarşı “qanunsuz hərəkətlərin qadağan edilməsi, vurulmuş zərərin bərpası” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3158/2023 saylı, 28 dekabr 2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh2 və Qanuni nümayəndə vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Nərimanov Rayonu, A.Heydərov küçəsində istifadədə olan 0,03537 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində 41,55 kv.m. ümumi, 28,45 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 26 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X5 məxsusdur.
2. Bakı şəhəri Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyinin 38 saylı Mənzil-Kommunal İstismar sahəsinin xx.xx.2023-cü il tarixli, 38/343 saylı arayışından görünür ki, Qanuni nümayəndə, Cavabdeh6, Cavabdeh7 ünvan 1 ünvanında qeydiyyatdadırlar.
3. AR Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı, 136532№-li Qeydiyyat vəsiqəsindən görünür ki, Nərimanov rayonu, A.Heydərov küçəsi, 2 saylı evin 29,0 kv.m.olan, 2 otaqlı, 29 saylı mənzil Cavabdeh2 Həsənqulu oğlunun xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 236 saylı reyestr kitabında 34597 səhifəsində 30/13139 № ilə qeydiyyat aparılmışdır.
4. Bakı şəhəri Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyinin 38 saylı Mənzil-Kommunal İstismar sahəsinin 19 iyul 2023-cü il tarixli, 38/342 saylı arayışından görünür ki, Cavabdeh2 Həsənqulu oğlu, Cavabdeh5 Saab qızı, Cavabdeh4, X9 qızı, ünvan 3 ünvanında qeydiyyatdadırlar.
5. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 7 iyul 2020-ci il tarixli 132 nömrəli Sərəncamından görünür ki, ünvan 5 ünvanında, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 2,2737 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binasının tikintisi üçün İddiaçı icarə əsasında istifadəsinə verilmişdir.
6. 14 avqust 2020-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən sahəsi 22737 kv.m olan torpaq sahəsi İddiaçı MMC-yə icarəyə verilmişdir.
7. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 4 noyabr 2022-ci il tarixli 240 nömrəli Sərəncamından görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli 132 nömrəli sərəncam ilə ünvan 6 ünvanlarında yeni yaşayış binalarının tikintisi məqsədilə İddiaçı MMC-nin icarə əsasında istifadəsində verilmiş 2,2737 ha torpaq sahəsinə əlavə olaraq sözügedən ünvanda yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 0,1131 ha torpaq sahəsi ümumilikdə 2,3868 ha həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razlıq əsasında İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-nin icarə əsasında istifadəsinə verilmişdir.
8. 25 noyabr 2022-ci il tarixli “14 avqust 2020-ci il tarixli 1599 saylı torpaq icarə müqaviləsinə dəyişikliklər”dən görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti, digər tərəfdən İddiaçı MMC 14 avqust 2020-ci il tarixli 1599 saylı torpaq icarə müqaviləsinin 1.1, 7.3 və 7.4 bəndlərinin dəyişməsi ilə bağlı ümumi razılığı gəlmişlər.
9. AR FHN-nin Tikintidə X3 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu tərəfindən Bakı şəhəri İcra Hakimiyyəti Aparatının 28 dekabr 2022-ci il tarixli 7- 2546/17 nömrəli müraciət məktubuna əsasən tərtib edilmiş ünvan 7 ünvanda yerləşən 2 girişli, 5 mərtəbəli yaşayış binasının texniki vəziyyəti haqqında 01 fevral 2023-cü il tarixli rəydən görünür ki, qeyd olunan ünvanda yerləşən yaşayış binası zirzəmili, 2 girişli, 5 mərtəbəli olub 1962-ci ildə inşa edilmişdir. Bina planda düzbucaqlı şəkilli olub qabarit ölçüləri 31,0x13,0 metrdir. Binanın əsas yükdaşıyan divarlarının qalınlığı 0,4 metr olmaqla mişarlanmış əhəng daşından, mərtəbəarası örtükləri isə dəmir-betondandır. Fasadlar mişarlanmış əhəng daşından olub sementqum məhlulu ilə suvanmışdır. Damı yastı tipli olub ruderoid materialı ilə örtülmüşdür. Baxış zamanı yaşayış binasında aşağıda qeyd edilən qüsurlar müşahidə olundu. Yaşayış binası uzun müddət təmirsiz istismar edildiyindən fiziki cəhətdən köhnəlmişdir; Binanın girişlərində dəmir-betondan olan çətir elementlərinin beton mühafizə qatları aşınmış, armatur milləri isə ciddi şəkildə korroziyaya uğramışdır; ümumi sahələrdə suvaq və hörgü məhlulları aşınmışdır...Yaşayış binası mövcud tikinti norma və qaydalarına cavab vermir. Yaşayışbinası memarlıq nöqteyi nəzərindən heç bir tarixi əhəmiyyət kəsb etmir. ünvan 7 ünvanda yerləşən 2 girişli, 5 mərtəbəli yaşayış binasının texniki cəhətdən qəzalı vəziyyətdədir, istismar üçün yararsızdır.Yaşayış binasının yükdaşıyan konstruksiyalarında yaranmış hazırki texniki vəziyyətin təbii fəlakətlə əlaqəsi yoxdur.
10. AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Nərimanov rayon İcra Hakimiyyətinə və AR Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinə ünvanlanmış 11 aprel 2023-cü il tarixli 3-35-1/2-Kol-72- 36-209/2023 saylı məktubundan görünür ki, Bakı şəhəri Nərimanov rayonu, Arif Heydərov küçəsi ünvanında yerləşən 2 nömrəli binanın İddiaçı MMC tərəfindən sökülməsi barədə Qanuni nümayəndə və digərlərinin 27 mart 2023-cü il tarixli müraciətinə baxılmışdır. Əməkdaşlar tərəfindən yerində baxış keçirilən zaman sözügedən ünvanda sənədləşmə işləri tam başa çatdırılmadan bir müddət öncə 2 saylı binanın yan fasadında söküntü işlərinin aparılması müşahidə edilmişdir. Qeyd olunanları nəzərə alaraq, narazılığa səbəb olan amillərin aradan qaldırılması və sənədləşmə işləri tam başa çatdırılmadan tikinti işlərinin aparılmamasına nəzarətin təmin edilməsi üçün aidiyyəti üzrə göstərişlərin verilməsi xahiş edilir.
11. Bakı şəhəri Nərimanov rayonu, Arif Heydərov küçəsinünvanında yerləşən 2 nömrəli binanın 18 sakini tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə kağız daşıyıcı üzərindəki möhürlə təsdiq edilmiş müraciətdən görünür ki, onlar İddiaçı MMC ilə müqavilələr bağlayaraq, mənzillərini təhvil verdiklərini, kirayədə qaldıqlarını, kirayə haqlarının vaxtlı-vaxtında ödəndiyi və İddiaçı MMC-dən heç bir şikayətlərinin olmadığını bildirmişlər. Cəmi 2 qonşu – hazırki mülki iş üzrə iddiaçılar olan Qanuni nümayəndə və Cavabdeh2 görə binanın söküntüsünün yubandığını bunun da onların hüquqlarının pozulmasına gətirib çıxardığını qeyd etmişlər.
Birinci instansiya məhkəməsində icraat
12. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC ilkin iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh2, Qanuni nümayəndə, ilkin iddia üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı (Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilin sökülməsi, mülkiyyət, istifadə hüquqlarına kompensasiya ödənilməklə xitam verilməsi, yeni mənzil sahəsinin verilməsi və kirayə pulunun ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək, Nərimanov Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsini, cavabdeh-ünvan 12, mənzil 26-nı mülkiyyətçisi Qanuni nümayəndə və onunla birlikdə yaşayan və həmin ünvanda pasport qeydiyyatında olan ailə üzvləri-Cavabdeh6, Cavabdeh7 ünvan 10 saylı evin, 26-cı mənzilinə dair mülkiyyət, istifadə və digər hüquqlarına ədalətli kompensasiya ödənilməsi şərtilə xitam verilməsi, onları çıxarılmaqla mənzilin boşaldılması və sökülməsi, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində kəskin qəzalı vəziyyətində olan 2 saylı binanın yerində tikiləcək çoxmərtəbəli 9 saylı yaşayış binasının 4-cü mərtəbəsində cavabdeh Qanuni nümayəndə məxsus 26 saylı mənzilin qanuni sahəsinə (hazırda ümumi sahəsi olan 46.0 kv.m.) 20 % əlavə edilməklə 55.2 kv.m. ümumi sahəsi olan yeni və təmirli mənzil verilməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədəlk onunla birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilmələri üçün aylıq 600 (altı yüz) manat məbləğində kirayə haqqı ödənilməsi barədə və cavabdeh-ünvan 12, mənzil 29-un mülkiyyətçisi Cavabdeh2 Həsənqulu oğlunun və onunla birlikdə yaşayan və həmin ünvanda pasport qeydiyyatında olan ailə üzvləri-Cavabdeh5 Saab qızı, Cavabdeh4 və Cavabdeh3 ünvan 10 saylı evin, 29-cu mənzilinə dair mülkiyyət, istifadə və digər hüquqlarına ədalətli kompensasiya ödənilməsi şərtilə xitam verilməsi, onları çıxarılmaqla mənzilin boşaldılması və sökülməsi, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində kəskin qəzalı vəziyyətində olan 2 saylı binanın yerində tikiləcək çoxmərtəbəli 9 saylı yaşayış binasının 5-ci mərtəbəsində Cavabdeh2 Həsənqulu oğluna məxsus 29 saylı mənzilin qanuni sahəsinə (hazırda ümumi sahəsi olan 44.0 kv.m.) 20 % əlavə edilməklə 52.8 kv.m. ümumi sahəsi olan yeni və təmirli mənzil verilməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədəlk onunla birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilmələri üçün aylıq 600 (altı yüz) manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İlkin iddia onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 132 saylı, xx.xx.2020-ci il tarixli və 240 saylı, xx.xx.2022-ci il tarixli sərəncamları, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş torpaq sahələrinin yerquruluşu planına əsasən ünvan 5/4 və A.Heydərov küçəsi, 2 ünvanlarında yerləşən daşınmaz əmlakların mülkiyyətçiləri ilə qarşılıqlı razılıqlar əsasında müqavilələr imzalanmaq şərti ilə yeni yaşayış binaların tikintisi üçün ümumilikdə 2.3868 ha torpaq sahəsi İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin “Azərdövlətsənayelayihə” DLİ tərəfindən xx.xx.2023-cü il tarixli rəy verilmiş, həmin rəylə müəyyən edilmişdir ki, ünvan 10 ünvanda yerləşən 2 girişli, 5 mərtəbəli yaşayış binası texniki cəhətdən qəzalı vəziyyətdədir, istismara yararsızdır. ünvan 10 ünvanda yerləşən çoxmənzili yaşayış binasının mülkiyyətçilərin tam əksəriyyəti ilə (cavabdehlər istisna olmaqla) qarşılıqlı razılaşmalar əldə etmiş, onlara aylıq kirayə pulları və əlavə mənzil sahələri verilməklə böyük əksəriyyəti ilə müqavilələr imzalanmış və həmin sakinlər mənzillərini boşaldaraq daşınmışlar. O cümlədən, hazırki iş üzrə cavabdehlər-ünvan 12, mənzil 26-nin mülkiyyətçisi X5 və mənzil 29-un mülkiyyətçisi olan Cavabdeh2 Həsənqulu oğluna dəfələrlə bildirişlər göndərilərək müqavilə bağlanılmasını təklif etsələr də, lakin cavabdehlər müqavilə bağlanmaqdan imtina etmişlər. Beləliklə, hazırki iş üzrə cavabdehlər əsassız iddia və tələblər irəli sürməklə mənzillərdən köçmək istəmirlər. Hazırki cavabdehlərin mübahisəli binalardan köçməmələri həmin binaların digər sakinləri qarşısında götürdükləri öhdəliklərin vaxtında yerinə yetirilməsinə maneələr yaratdığı üçün mənafeələrinə birbaşa toxunur.
14. İlkin iddia üzrə cavabdehlər ilkin iddiaya etiraz edərək bildirmişlər ki, AR ƏMDK DƏDRX tərəfindən verilmiş 27 iyun 2008-ci il tarixli ********** saylı qeydiyyat, **********39- 05101-093009 reyestr nömrəli, MA seriya ********* nomrəli Hüquqların Dövlət Qeydiyyat haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışa əsasən yaşayış sahəsi 28.45 kv.m, yardımçı sahəsi 13,1 kv.m olmaqla ümumi sahasi 46 kv.m olan ünvan 12, 26 saylı manzil (Salhaki) Qanuni nümayəndə mülkiyyətindədir. Hal-hazırda mənzilin ümumi faktiki sahəsi 46 kv.metrdən daha çoxdur. Mülkiyyətində olan mənzildə həyat yoldaşı, 2 övladı olmaqla cəmi 4 nəfər yaşayırlar. AR Bakı şəhəri İcra Hakimiyyəti Texniki inventarlaşdırma va mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindan verilmiş 236 reyestr nomrəli kitabda, 34597 saylı səhifədə, 30/13139 saylı qeydə alma nömrəsi, 136532 saylı Qeydiyyat Vəsiqəsinə əsasən yaşayış sahəsi 29 kv.m, olan Baki şəhəri, Nərimanov rayonu, A.Heydarov küçəsi, ev 2, 29 saylı mənzil Cavabdeh2 Həsən oğlunun mülkiyyətindədir. İddiaçı MMC tərəfindən məhkəmə qərarı olmadan qanunsuz olaraq sökülərək yararsız hala salınmışdır. Bu isə öz növbəsində onlar va ailə üzvləri ilə birlikdə yaşadığı mənzillərə girişi çətinləşdirir. Bundan başqa, iddiaçı bu qanunsuz hərəkətləri edərkən ümumiyyətlə bina yerləşən ərazidə söküntü işlərinin aparılmasına icazəsi olmamışdır. Bundan başqa, söküntü zamanı ümumi istilik sistemindən istifadəsi də şirkət tərəfindən qanunsuz olaraq məhdudlaşdırılmışdır. Göründüyü kimi, şirkət onun və ailə üzvlərinin hüquqlarından qaydada istifadə etməyə qanunsuz maneələr yaratmaqla kobud qanun pozuntusuna vol vermişdir.
15. Daha sonra, ilkin iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Qanuni nümayəndə, Cavabdeh2 ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC-yə qarşı “qanunsuz hərəkətlərin qadağan edilməsi, vurulmuş zərərin bərpası” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
16. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən məhkəmə qərarı olmadan qanunsuz olaraq sökülərək yararsız hala salınmışdır. Bu isə öz növbəsində onlar va ailə üzvləri ilə birlikdə yaşadığı mənzillərə girişi çətinləşdirmişdir. Bundan başqa, iddiaçı bu qanunsuz hərəkətləri edərkən ümumiyyətlə bina yerləşən ərazidə söküntü işlərinin aparılmasına icazəsi olmamışdır. Bundan əlavə, söküntü zamanı ümumi istilik sistemindən istifadəsi də şirkət tərəfindən qanunsuz olaraq məhdudlaşdırılmışdır. Göründüyü kimi, şirkət onların və ailə üzvlərinin hüquqlarından qaydada istifadə etməyinə qanunsuz maneələr yaratmaqla kobud qanun pozuntusuna vol vermişdir.
17. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3158/2023 nömrəli, 28 dekabr 2023-cü il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, cavabdeh-ünvan 12, mənzil 26-nın mülkiyyətçisi Qanuni nümayəndə və onunla birlikdə yaşayan və həmin ünvanda pasport qeydiyyatında olan ailə üzvləri-Cavabdeh6, Cavabdeh7, ünvan 12, mənzil 29-un mülkiyyətçisi Cavabdeh2 Həsənqulu oğlu və onunla birlikdə yaşayan və həmin ünvanda pasport qeydiyyatında olan ailə üzvləri-Cavabdeh5 Saab qızı, Cavabdeh4 və Cavabdeh3 mənzildən çıxarılmaqla mənzilin boşaldılması və sökülməsi üçün İddiaçı MMC-yə təhvil verilməsi; İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində kəskin qəzalı vəziyyətində olan 2 saylı binanın yerində tikiləcək çoxmərtəbəli 9 saylı yaşayış binasının 4-cü mərtəbəsində cavabdeh Qanuni nümayəndə məxsus 26 saylı mənzilin qanuni sahəsinə (hazırda ümumi sahəsi olan 46.0 kv.m.) 20 % əlavə edilməklə 55.2 kv.m. ümumi sahəsi olan yeni və təmirli mənzil verilməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilib təhvil verilənədək onunla birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilmələri üçün aylıq 600 (altı yüz) manat məbləğində kirayə haqqının ödənilməsi; İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində kəskin qəzalı vəziyyətində olan 2 saylı binanın yerində tikiləcək çoxmərtəbəli 9 saylı yaşayış binasının 5-ci mərtəbəsində Cavabdeh2 Həsənqulu oğluna məxsus 29 saylı mənzilin qanuni sahəsinə (hazırda ümumi sahəsi olan 44.0 kv.m.) 20 % əlavə edilməklə 52.8 kv.m. ümumi sahəsi olan yeni və təmirli mənzil verilməsi; habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədək onunla birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilmələri üçün aylıq 600 (altı yüz) manat məbləğində kirayə haqqının ödənilməsi; qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.
18. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, istismar müddəti keçmiş, qəzalı mənzillərdə və evlərdə cavabdehlərin yaşamağa davam etməsi onların həyat və sağlamlıqlarına ciddi təhlükə olmaqla yanaşı, cavabdeh tərəfin MMC-nin təklifini qəbul edərək yaşayış sahəsindən çıxmamaları ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Müəyyən edilmişdir ki, hazırda ilkin iddia üzrə cavabdehlərə məxsus mənzillərin yerləşdiyi torpaq sahəsi iddiaçının icarəsinə verilmiş və həmin mənzillər söküntüyə məruz qalan ərazilərə aiddir. Tərəflərin izahatları ilə həmçinin müəyyən edilmişdir ki, ilkin iddia üzrə cavabdehlərin yaşadığı binanın 29 sakini ilə müəyyən razılaşmalar əldə edilərək onların köçürülməsi təmin edilsə də, yalnız sözügedən cavabdehlər binada öz mənzillərində yaşamağa davam edərək binanın yerinə yeni bina inşa edilməsi ilə əlaqədar ilkin iddia üzrə iddiaçıya müəyyən hərəkətləri etməsinə şərait yaratmırlar.
19. Məhkəmə hesab etmişdir ki, cavabdehlərin iddiaçının təklif etdiyi ədalətli, mülkiyyət hüquqlarının qorunması baxımından etdiyi təkliflərə münasibətdə hərəkətləri məhz hüquqdan sui-istifadədir. Belə ki, onlar Konstitusiya ilə tanınan və qorunan mülkiyyət hüquqlarından Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamını icra edən MMC-yə ziyan vuran şəkildə sui-istifadə edirlər, haqsız tələblər irəli sürürlər. Həmçinin ərazidən köçürülmüş sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözlədikləri halda cavabdehlərin qanuna zidd əməlləri həmin sakinlərin haqlı mənafe və mülkiyyət hüquqlarını kobud surətdə pozur. Hazırki halda cavabdehlərin iddiaya etiraz etmələri əslində öz əmlak hüquqlarından sui-istifadə etmələrinə və onların söküləcək mənzillərinin əvəzinə bazar qiymətlərinə uyğun olmayan yüksək məbləğdə kompensasiya tələb etmələrinə süni şərait yaratmaq məqsədi daşıyır.
20. Hazırkı cavabdehlərdən fərqli olaraq, mübahisəli ərazidə yaşayan digər sakinlər onlara yaradılmış şəraitdən və iddiaçı MMC-nın əlverişli təkliflərindən yararlanaraq, habelə texniki və təhlükəsizlik baxımından istismara yararsız və insanların yaşaması üçün təhlükə törədə biləcək qəzalı vəziyyətdə olan mənzillərdə yaşamaqdan qurtularaq əvvəlki yaşayış yerlərini tərk etmişlər. Göründüyü kimi, hazırkı cavabdeh tərəfdən fərqli olaraq, mübahisəli ərazidə yaşayan digər sakinlər onlara yaradılmış şəraitdən və MMC-nin əlverişli təkliflərindən yararlanaraq, habelə texniki və təhlükəsizlik baxımından istismara yararsız və insanların yaşaması üçün təhlükə törədə biləcək qəzalı vəziyyətdə olan mənzillərdə yaşamaqdan qurtularaq əvvəlki yaşayış yerlərini tərk etmiş, başqa sözlə, MMC ilə aralarında razılıq əldə edilmişdir. Məhkəmə qeyd etmişdir ki, azlıqda qalan mənzil mülkiyyətçilərindən olan cavabdehlərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.
21. Məhkəmə qeyd etmişdir ki, ilk iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşır. Buna görə də qanunvericilikdə uçmaq təhlükəsi olan, istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan yaşayış evlərinin sakinlərinin köçürülməsi yerli icra hakimiyyətinin hesabına həyata keçirilməli olmasına baxmayaraq, mübahisəli mənzilərin yerləşdiyi ərazi Bakı şəhər İcra Hakimiyyəti başçısının 132 saylı, xx.xx.2020-ci il tarixli və 240 saylı, xx.xx.2022-ci il tarixli sərəncamları ilə tikinti məqsədləri üçün iddiaçı MMC-yə ayrıldığından, eləcə də, ünvan 10 ünvanda yerləşən 2 girişli, 5 mərtəbəli yaşayış binası texniki cəhətdən qəzalı vəziyyətdə olmasına dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin “Azərdövlətsənayelayihə” DLİ tərəfindən xx.xx.2023-cü il tarixli rəy verdiyindən və verilən sərəncamların da mahiyyəti qəzalı binanın sökülərək yerində yeni binalar inşa edilməsini özündə ehtiva etliyindən, eləcə də hazırki tələb irəli sürülərkən cavabdehlərin bütün hüquqları qorunduğundan (müqavilə şərtlərinə riayət edilməklə əvəzləşdirilən sahənin həcmi, kirayə haqqı və s. təklflər) ilkin iddia tələbi təmin edilməlidir.
22. Məhkəmə, həmçinin qeyd etmişdir ki, MMC-nin fəaliyyəti Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 132 saylı, xx.xx.2020-ci il tarixli və 240 saylı, xx.xx.2022-ci il tarixli sərəncamları, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş torpaq sahələrinin yerquruluşu planı və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin “Azərdövlətsənayelayihə” DLİ tərəfindən xx.xx.2023-cü il tarixli rəy ilə tənzimləyindən, eləcə hazırki iş üzrə ilkin iddia tələbləri tam təmin edildiyidən qarşılıqlı iddia tələbləri əsaslı sayıla bilməz.
Apelyasiya şikayətinin dəlilləri
23. İlkin iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh2 və Qanuni nümayəndə vəkili və nümayəndəsi Vəkil Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3158/2023 saylı, 28 dekabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin “ilkin iddia ərizəsinin qismən təmin edilməsi” və “qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi” hissəsində ləğv edilməsi; qarşılıqlı iddia ərizəsinin təmin edilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbini təmin etməklə AR Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, məhkəmənin öz qərarında istinad etdiyi 132 saylı, xx.xx.2020-ci il tarixli Bakı şəhəri İcra Hakimiyyətinin sərəncamının 1-ci bəndinə əsasən ünvan 11 ünvanında yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 2.2737 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binasının tikintisi üçün icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilir. Bundan əlavə yenə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 240 saylı xx.xx.2022-ci il tarixli sərəncamının 1-ci bəndinə əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 132 nömrəli sərəncamı ilə ünvan 11 ünvanlarında yeni yaşayış binalarının tikintisi məqsədilə İddiaçı MMC-yə icarə əsasında istifadəsinə verilmiş 2.2737 ha torpaq sahəsinə əlavə olaraq sözügedən ünvanda yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 0.1131 ha torpaq sahəsi (ümumilikdə 2.3868 ha) həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binasının tikintisi üçün icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilir. Belə ki, qüvvədə olan beynəlxalq və Azərbaycan Respublikası qanunvericiliyin, eyni zamanda sözügedən Sərəncamın tələblərinə görə yalnız mülkiyyətçilərin və istifadəçilərin razılığı əsasında, yəni ədalətli kompensasiya verilməklə daşınmaz əmlaklar sökülə bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ Konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və proseduralar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman, həm də nəzərə alınmalıdır ki, iddiaçının müdaxilə ilə güddüyü legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qaydalara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır. Göründüyü kimi iddiaçının müdaxiləsi qanunla nəzərdə tutulmuş şərtlərə uyğun şəkildə həyata keçirilməmişdir. Məhkəmənin isə ilkin iddianın qismən təmin edilməsi öz növbəsində mülkiyyətlərində olan mənzillərə öz istədikləri kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququndan məhrum etmişdir. Məhkəməni nnəzərinə çatdırır ki, mülkiyyətdə olan mənzillərin əvəzinə 20 % əlavə edilməklə mənzillərin verilməsi barədə ilkin iddia üzrə iddiaçının iddia tələbini təmin etməklə məhkəmə AR Mülki Məcəlləsinin 211-ci maddəsinin tələblərini pozmuşdur. Hesab edir ki, mülkiyyətlərində olan mənzillərin əvəzinə ilkin iddia tələbində qeyd olunan ölçülərdə mənzillərin ona verilməsinə dair tələbin məhkəmə tərəfindən təmin edilməsi ədalətli olmamışdır. Belə ki, İddiaçı MMC tərəfindən qeyd edilən binada mənzilləri vətəndaşlardan alarkən fərdi yanaşma sərgilənmiş müxtəlif şəxslərə 90 faiz həmin faizdən də artıq əlavə hesablanmaqla əlavə sahələr verdiyi, aylıq kirayə haqqı 1200 manat hesabladığı halda məhkəmə bu hallara qiymət vermədən məhkəmə iddia tələbini təmin etmişdir. Bundan başqa, iddiaçının tətbiq etdiyi 20% hesablanmaqla əlavə meyar nə ilə tənzimlənir, niyə onun şəxsi mülkiyyətinə əlavə sahənin hesablanmasını iddiaçı təklif etməlidir. Mənzil onun şəxsi mülkiyyətidir onun qiymətini və hansı şərtlərlə dəyişməyi o müəyyən etməlidir, iddiaçı yox. Başqa sözlə, məhkəmə mülkiyyətində olan mənzilini bazar qiymətinə uyğun qiymətlədirməmişdir və nəticədə yalnış nəticəyə gəlmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, tərəfindən işin obyektiv baxılması, eyni zamanda sosial ədalət prinsipi baxımından ünvan 10 nömrəli binanın bütün mülkiyyətçiləri ilə "xxxx" MMC arasında bu günə qədər bağlanmış əqdlərin surətlərini İddiaçı MMC-dən tələb edilməsinə dair məhkəməyə vəsatət təqdim edilsə də, məhkəmə həmin sənədlərin tam alınmasını təmin edə bilməmişdir. İş materiallarında olan müqavilələrdən də göründüyü kimi, sosial ədalət prinsipi pozulmuş, fərdi yanaşma nümayiş etdirilmiş, mülkiyyətimiz əlimizdən istəyimiz və iradəmiz olmadan iddiaçının istəyinə uyğun iddiaçının hesablamasına uyğun onun müəyyən etdiyi şərtlərə və onun müəyyən etdiyi icarə haqqına məbləği ödənilərək bizdən alınaraq iddiaçıya verilməsi təmin edilmişdir. Hesab edir ki, məhkəmə qanunvericiliyin tələbini pozmuş, məhkəmə mülkiyyətlərində olan əmlakın bazar qiymətinə əsasən qiymətləndirilməsi üçün hər hansı tədbir görməmiş, iddiaçının hesabladığı meyarlara əsasən mənzillərimizin ona təqdim edilməsi qərarını verməklə ədalətsiz qərar qəbul etmişdir. Bildirir ki, mübahisə predmeti olan ünvan 12 ünvanında yerləşən binanın mülkiyyətçilərinin ümumi istifadəsində olan blokda yerləşən dəhlizin divarları, pəncərələri, pilləkən qəfəsləri, qaz trubaları, istilik sistemləri, binanın sağ və sol hissələri İddiaçı MMC tərəfindən məhkəmə qərarı olmadan qanunsuz olaraq sökülərək yarasız hala salınmışdır. Bu isə öz növbəsində onların və ailə üzvlərinin yaşadıqları mənzilə giriş-çıxışını çətinləşdirməklə yanaşı mənzildən normal qaydada istifadəni məhdudlaşdırmışdır. Bundan başqa, iddiaçı mənzillərin istiliyini təmin etmək üçün ümumi istilik sistemi borularını da kəsərək ümumi istilik sistemindən istifadələri də qanunsuz olaraq məhdudlaşdırılmışdır. Bu səbəbdən də qış aylarında istilik təchizatı olmadığından mənzillərdə istiliyin təmin edilməsi mümkünsüz olmuşdur. Bu səbəbdən mənzilin isitməsi üçün elektrik məişət avadanlıqlardan istifadə etdiyi üçün elektrik enerjisinin sərfiyyatı artması ucbatından əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalmışdırlar. Bundan başqa, kifayət qədər iş materiallarında sübutlar olduğu halda (video çəkilişlər, fotolar) məhkəmə tərəfindən mübahisə predmeti olan binaya zərərin vurulub-vurulması müəyyən edilməmişdir. Sözügedən binanın iddiaçı tərəfindən sökülərək yarasız hala salınmasının müəyyən edilməsi üçün yerində müayinə keçirilməmiş, sadəcə iş materiallarında olan rəyə istinad olunaraq binanın qəzalı vəziyyətdə olduğu qeyd olunmuşdur və bunun ilkin iddia tələbinin təmin edilməsi üçün əsaslardan biri kimi məhkəmə tərəfindən qiymətləndirilmişdir. Halbuki, məhkəmə tərəfindən iddiaçının tərəfindən binaya ziyanın vurulub-vurulmasının müəyyən edilməli idi. Lakin məhkəmə bu faktları araşdırmamışdır. Bundan başqa Bakı şəhər İcra Hakimiyyəti Başçısının 132 saylı, xx.xx.2020-ci il tarixli sərəncamının 2.4-cü və Bakı şəhər İcra Hakimiyyəti Başçısının 240 saylı, xx.xx.2022-ci il tarixli sərəncamının 2.5-ci bəndinə əsasən tikinti işlərinə başlamazdan əvvəl obyektin tikinti layihəsinə AR Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət X1 kənar Dövlət Ekspertiza Baş İdarəsinin müsbət rəyinin, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikinti işlərinə başlanması üçün əsas olan obyektin tikintisinə icazənin alınmasının təmin edilməsi tələbləri həvalə edilmişdir. İddia sərəncamla üzərinə qoyulmuş öhdəlikləri icra etmədən binada söküntü işlərinə və ərazidə bina tikintisinə başlamışdır. Məhkəmə bu hallara hüquqi qiymət vermədən məsələyə səthi yanaşaraq onların hüquqdan sui-istifadə etdiyini bildirir. Göründüyü kimi, məhkəmə lazımi araşdırma aparmadan öz mülahizəsinə uyğun alaraq qarşılıqlı iddia ərizəsini təmin etməmişdir. Halbuki, AR MM-nin 227.1-ci maddəsinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Belə olan halda binanın mülkiyyətçilərinin ümumi istifadəsində olan, iddiaçı tərəfindən yararsız hala salınmış binanın blokunda yerləşən dəhlizin divarlarına pəncərələrinə, pilləkən qəfəslərinə cavabdeh tərəfindən vurulmuş zərərin tam ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı idi. Lakin, bütün bunlara baxmayaraq məhkəmə qarşılıqlı iddia tələbini təmin etməmişdir. Beləliklə, AR Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələbləri pozulmuşdur. Hesab edir ki, məhkəmə qətnamə qəbul edərkən iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, İddiaçı MMC-nin əməkdaşları tərəfindən mübahisə predmeti olan evə zərər vurulması ilə bağlı tərəfindən video çəkilişlərin və foto şəkillər təqdim edilməsinə, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin onlara ünvanladığı 11 aprel 2023-cü il tarixli 3-35- 1/2-Kol-72-36-209/2023 saylı cavab məktubunda tikintiyə icazələri olmadığı halda tikinti işləri aparıldığını qeyd etməsinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi xx.xx.2023-cü il tarixli 3-18-2/2-8897/2023 saylı məktubu ilə "xxxx" MMC-nin tikinti layihəsinə mənfi ekspertiza rəyi verildiyini bildirməsinə baxmayaraq məhkəmə ilkin iddiaçının qanunsuz hərəkətlərinin qadağan edilməsi və binaya vurulmuş zərərə görə təmir işlərinin aparılmasının ilkin iddiaçının üzərinə qoyulmasına dair ilkin iddia tələbini rədd etmişdir. Bundan başqa ilkin iddiaçının iddiasını təmin edərkən iş materiallarında ilkin iddiaçı tərəfindən təqdim edilmiş müqavilələrdə fərdi yanaşma sərgiləndiyini bəzi şəxslərə 90% və daha çox faiz nisbəti ilə əlavə sahələrinin təqdim edildiyi, icarə haqqı olaraq 1200 manat verildiyi halda, onlara qarşı irəli sürülmüş iddia tələbində mənzillərinə 20% əlavə hesablandığını, icarə haqqı olaraq 600 manat verilməsini qəbul edilməz olmasını məhkəmənin nəzərinə çatdırmalarına baxmayaraq məhkəmə bu hallara da hüquqi qiymət verməmişdir. Beləliklə, məhkəmə sübutlara obyektiv baxmaması nəticəsində səhv qərar qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh2 və Qanuni nümayəndə vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, onlara ədalətli kompensasiya verilmir. Belə ki, digər şəxslərə əlavə sahə çox verilmişdir. Digər tərəflərə verilmiş kvadat kəskin şəkildə fərqlənir. O, bu işdə iki ailəni təmsil edir. İlkin iddiaçı onlara 20 faiz təqdim edir, məhkəmə də mülkiyyətçinin hüquqlarını pozaraq 20 faiz əlavə kvardrat və 600 manat icarə haqqı verməklə mənzilin boşaldılması ilə bağlı qətnamə çıxarmışdır. İşin məhkəmədən kənar qaydada həll edilməsi ilə bağlı təşəbbüskarlardan biri onlar oldu, lakin təəssüf ki, tərəf əvvəllər razılaşdırdıqları sahəni azaldaraq başqa sahə kimi təqdim etmişdir, onunla da razılaşa bilməzdilər. Əvvəlki iclasda və birinci instansiya məhkəməsində təqdim etdikləri cədvəldən görünür ki, onların yaşadıqları binada hansı şəkildə ödənişlər, əvəzləşdirmələr və icarə haqqları olubdur. 18 saylı mənzildə yaşayan X6 məxsus mənzil 69 kv.m idi, ona 131 kv.m mənzil veriblər. Onlar həmin ölçmə meyarı ilə mənzil verilməsini xahiş etmiş, həmin ölçmə meyarı ilə onlara 87-90 kv.m sahə düşürdü. Eyni zamanda Radikə Hüseynova 1200 manat icarə haqqı verilir. Belə olduğu halda məsələni sülhə bağlamaq olardı. Onlar artıq heç nə istəmirlər. Qonşuya 90.39 faizlə əlavə sahə hesablanmışdırsa, hüquqlarını müdafiə etdiyi şəxslərə isə əlavə 20-25 faiz təklif olunur. Onlara 87 kv.m verildiyi halda razılaşa bilər. Cədvələ diqqət yetirəndə görmək olur ki, oradakı rəqəmlər kəskin şəkildə fərqlənir. Bəzilərinə 26 kv.m-in əvəzinə 103 kv.m, bəzilərinə 69 kv.m əvəzinə təqribi 130 kv.m sahə verilmişdir. Ayrı-seçkilik edilməsin, onlara verlən faiz nisbətində onlara da ev verilsin. Onlar artıq istəmir. Cədvəl iş materiallarına əlavə edilmiş sənədlər üzrə tərtib olunmuşdur. Cədvəldə bütün müqavilə şərtləri əks olunmuşdur. 87 kv.m sahə və ayda 1200 manat verildiyi halda barışığa gəlməyə razıdırlar. 27.Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Cavabdeh2 bildirmişdir ki, o, 87 kv.m verildiyi halda razılaşa bilər. 28.Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək qeyd etmişdir ki, Arif Heydərov küçəsi 2 saylı binanın 31 sakini, mülkiyyətçisi vardır, həmin 31 sakinin 29-u razılaşaraq müqavilə bağlamış və mənzillərini təhvil vermişlər, yalnız hazırkı 2 ailə razılaşmamışdır. Həmin sakinlərin birinci instansiya məhkəməsinə müraciətləri vardır ki, onlar aylardır kirayədə yaşayırlar və mənzillərinə köçmək istəyirlər. Hal-hazırkı proses Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli qərarının normalarından irəli gəlir. Qərarda göstərilmişdir ki, tərəflərin faktiki sahəsi nəzərə alınaraq ərazi verilsin. Burada həm vətəndaşın çıxarış üzrə sahələri, həmçinin faktiki olaraq tikdiyi sahələr nəzərə alınmaqla ərazilər verilir. Qarşı tərəf bildirir ki, kimlərəsə güzəştlər edirlər, lakin heç bir halda tikinti şirkəti tərəfindən kimlərəsə güzşətlər edilmir. Sadəcə müxtəlif razılaşmalar mövcuddur. Məsələn tərəf əlavə sahə alır, kirayə pulundan imtina edir, başqa ərazini verərək əvəzləşdirir və s. Ümumi qəbul olunmuş norma 20 faiz əlavə sahənin verilməsidir və onlar da bu norma əsasında hərəkət edirlər. Onlar tərəfin əlavə sahələrini nəzərə alır, 41 kvardatı 46 kvardat göstərməklə 20 faiz, hardasa 30 faiz əlavə sahə gəlirlər. Burada hər hansı ayrı-seçkilik olmadan, eyni tələblərlə, eyni əsaslarla, eyni qaydalarla tərəfə təkliflər etmiş, görüşmüş, lakin tərəf əsassız olaraq iddialar irəli sürərək razılaşmamışdır. Layihə üzrə 46 kv.m-dən - 400 kv.m-ə qədər hər sahə vardır. Həmin layihə təsdiq olunmuşdur. Əvvəlki məhkəmə iclasında məhkəmənin təklif etdiyi kimi qarşı tərəflə barışıq əldə olunması üçün əvvəlki təklif etdikləri sahədən daha artıq sahə təklif etməklə, yəni birici instansiya məhkəməsinin qətnaməsi ilə Qanuni nümayəndə müəyyən olunmuş 55.2 kv.m və X2 52.8 kv.m sahə verilməsi nəzərdə tutulmuşdur. Onlar isə barışıq əldə olunması məqsədilə hər iki tərəfə 62 kv.m-də ibarət mənzil sahəsi ilə verilməsi ilə bağlı qarşı tərəfə təklif etdilər. Əgər qarşı tərəf buna razı olarsa bu şərtlərlə müqavilə bağlamağa, 600 manat kirayə haqqı və tam təmirli mənzil verməyə razıdır. Qarşı tərəf nəzərə almır ki, bəzi şəxslərin qeyri-yaşayış sahəsi kimi istifadə etdiyi yerlər, qarajları vardır. Bəzi şəxslər mənzilin təmirindən imtina edir, bəziləri icarə haqqından imtina edir. Heç bir halda vətəndaşa 30 faizdən artıq sahə verilməmişdir, bu mümkün deyildir. Burada heç bir ayrı-seçkilik yoxdur. Cavabdeh2 evinin faktiki sahəsi 44 kv.m, Səbinə xanımın mənzilin sahəsi faktiki olaraq 46 kv.m-dir. Şəxs var ki, mənzilin ara divarını açır, belə olan halda mənzilin sahəsi artır. Onlar bugün çıxarışla qarşı tərəfə 50 faiz artıq sahə verir və bu faizi hələ heç kimə verməyiblər. Qarşı tərəfə 66 kv.m, ikiotaqlı mənzil verməyə etiraz etmirlər. Sakinlərdən biri Həmzəyeva Lalədir, Həmzəyeva Lalənin 15 kv.mlik qarajı mövcuddur, ona görə də onlar məcbur qalaraq həmin sahəni veriblər. Hüseynov Radikə verilmiş sahə ilə bağlı bildirir ki, bu müqavilə formaldır, vətəndaş onların xeyrinə müəyyən sahədən imtina etmişdir. Onlar burada heç kimə əlavə güzəşt etməmişdir. Onlar söküntü işlərinə başlamış, binanın 80 faizini sökmüşlər. 29.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
30.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 31.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 32.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 33.Məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh2 və Qanuni nümayəndə vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin ümumi məzmununa uyğun olaraq kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının
34.13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 35.29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
36.Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
37.5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 38.16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 39.21-ci maddəsinə əsasən ərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxsona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 40.152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 41.152.5-ci maddəsinə əsasən ülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 42.560.1 və 560.2-ci maddələrinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 43.567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 44.1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilənbaşqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 45.1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinəvə ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 46.1100-ci maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanlarınvəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
Şəhərsalma və Tikinti Məcəlləsinin
47. 3.0.20-ci maddəsinə görə, tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir. 48.4.1 və 4.2-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir. 49.17-ci maddəsinin tələblərinə görə ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır. 50.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28.1, 28.3 və 28.4-cü maddələrinin tələblərinə görə mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. Qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin qərarda, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur. 51.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında qeyd edir ki, hər hansı məhrumetmə qanuni olmalı və qanuni məqsəd daşımasından əlavə həmçinin mütənasiblik tələbinə uyğun olmalıdır. İctimaiyyətin ümumi maraq tələbləri və şəxsin fundamental hüquqlarının müdafiəsi ilə bağlı tələblər arasında ədalətli tarazlıq (balans) olmalıdır, bu cür ədalətli tarazlığın axtarışı bütün Konvensiyaya xasdır. Zəruri tarazlığın əldə olunması o halda mümkün deyil ki, şəxs fərdi və həddən artıq yük daşıyır (Sporrong və Lönnroth İsveçə qarşı, 23 Sentyabr 1982). 52.Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsində 3 fərqli qayda müəyyən edilmişdir: birinci bəndin birinci cümləsində təsbit edilmiş birinci qayda ümumi təbiətlidir və mülkiyyətdən dinc istifadə prinsipini bəyan edir; birinci bəndin ikinci cümləsində təsbit olunmuş ikinci qayda əmlakdan məhrumetməni əhatə edir və bunun bəzi şərtlərini müəyyənləşdirir; ikinci bənddə əks olunmuş üçüncü qaydada təsbit edilmişdir ki, dövlətlər digər hüquqlarla yanaşı ümumi maraqlar naminə mülkiyyətdən istifadəyə nəzarət edə bilər. Lakin bu qaydalar əlaqəsiz deyil: ikinci və üçüncü qaydalar mülkiyyətdən dinc istifadə hüququna konkret müdaxilə halları ilə bağlıdır və buna görə də birinci qaydada təsbit edilmiş prinsip prizmasından təfsir olunmalıdır (“Kozacıoğlu Türkiyəyə qarşı” və “Vistinş və Perepjolkins Latviyaya qarşı”). 53.1 saylı Protokolun 1-ci maddəsi dövlət orqanlarının əmlakdan dinc istifadəyə istənilən müdaxiləsinin qanuni olmasını tələb edir: həmin maddənin birinci bəndinin ikinci cümləsi əmlakdan məhrumetmənin “qanunda nəzərdə tutulmuş şərtlərə uyğun olaraq” həyata keçirilməsinə icazə verir. Bundan əlavə, demokratik cəmiyyətin əsas prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrində ehtiva olunan bir məfhumdur (“İatridis” işi, 58-ci bənd; “Yunanıstanın keçmiş kralı və Digərləri Yunanıstana qarşı” və “Broniovski Polşaya qarşı”).
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi 54.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmadığından, müəyyən edilmiş faktlardan isə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyindən şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tam ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməklə ilkin iddia rədd, qarşılıqlı iddia isə təmin edilməlidir. 55.Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 4 noyabr 2022-ci il tarixli 240 nömrəli Sərəncamından görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli 132 nömrəli sərəncamı ilə ünvan 6 ünvanlarında yeni yaşayış binalarının tikintisi məqsədilə İddiaçı MMC-nin icarə əsasında istifadəsində verilmiş 2,2737 ha torpaq sahəsinə əlavə olaraq sözügedən ünvanda yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 0,1131 ha torpaq sahəsi ümumilikdə 2,3868 ha həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razlıq əsasında İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-nin icarə əsasında istifadəsinə verilmişdir.
56. 25 noyabr 2022-ci il tarixli “14 avqust 2020-ci il tarixli 1599 saylı torpaq icarə müqaviləsinə dəyişikliklər”dən görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti, digər tərəfdən İddiaçı MMC 14 avqust 2020-ci il tarixli 1599 saylı torpaq icarə müqaviləsinin 1.1, 7.3 və 7.4 bəndlərinin dəyişməsi ilə bağlı ümumi razılığı gəlmişlər. 57.Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin «Azərdövləttikintilayihə» DLİ tərəfindən tərtib edilmiş 1 fevral 2023-cü il tarixli rəydən əsasən, ünvan 7 ünvanda yerləşən 2 girişli, 5 mərtəbəli yaşayış binasının texniki vəziyyəti istismar üçün yararsız kimi qiymətləndirilmişdir. 58.Bakı şəhər İcra Hakimiyyəti Başçısının 4 noyabr 2022-ci il tarixli 240 saylı sərəncamı çıxarılan zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında 2019-cu il 17 dekabr tarixli 482 nömrəli qərarı ilə qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsi tapşırılmışdır. 59.Yuxarıda sadalanan sənədlərdən göründüyü kimi hazırda İddiaçı MMC-nin (bundan sonra - iddiaçı) binanın sakinləri olan Cavabdeh2 və Qanuni nümayəndə (bundan sonra cavabdehlər) mülkiyyət hüququna müdaxilə üçün qanuni əsaslar mövcuddur, müdaxilənin “ictimai maraqlara” cavab verməsi də müəyyən edilir. 60.Belə ki, Mənzil Məcəlləsinin müvafiq maddələrin məzmunundan göründüyü kimi mənzilin mülkiyyətçisi tərəfindən mənzili qəza vəziyyətinə düşdükdə onu mümkün olan ən qısa müddət ərzində məhz özünün hesabına təmir və bərpa etmək vəzifəsini icra etmədiyi halda onun öz hesabına təmiri keçirilməsi halında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barədə iddianı qaldırmaq zərurəti yaranır. Bu tədbirin ümumi məqsədi sosial istiqamətli olmaqla, sakinlərin qəzalı vəziyyətdə olan binaları təmir-bərpa xərcindən azad etməklə, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Amma o da qeyd edilməlidir ki, hazırkı halda məsələ yaşayış binasının təkcə qəzalı vəziyyətdə olması deyil, şəhərin ümumi görünüşünə xələl gətirməsi, mövcud şəhərsalma normalarına cavab verməməsini də əhatə edir. 61.Avropa Məhkəməsinin presedent hüququna əsasən də, mülkiyyətin müdafiəsi baxımından dövlətin üzərinə düşən pozitiv öhdəlik (mülkiyyət hüququnun pozuntusunun qarşısının alınması üçün) praktik tədbirlərin görülməsini də nəzərdə tutur – xüsusən təhlükəli fəaliyyətlərdən söhbət gedirsə (Öneryıldız Türkiyəyə qarşı). 62.Beləliklə iş materiallarından müəyyən edilir ki, cavabdehlərin mülkiyyətinə İddiaçı MMC tərəfindən edilən müdaxilənin qanuniliyi, əsaslılığı, yəni qanuni məqsəd daşıması halı işdə olan sənədlərə əsasən öz təsdiqini tapır. Bununla yanaşı kollegiya qeyd etməyi zəruri sayır ki, əsas və ayrılmaz insan hüquqlarından biri kimi mülkiyyət hüququnun məhdudlaşdırılması qanuni olmaqla yanaşı, mütənasib olmalı və bu hüququn mahiyyətinə zidd xarakter daşımamalıdır. 63.Bununla əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. 64.İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. 65.“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Həmin Qanunun 3.1-3.5-ci maddələrinə görə, Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqları və azadlıqlarını məhdudlaşdıran qanunda məhdudlaşdırılan hüquq və ya azadlıq, habelə Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddəsi göstərilməlidir. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİİ hissəsində göstərilən əsaslarla yanaşı, insan hüquqları və azadlıqları digər insanların hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə təminat verilməsi və onların müdafiə edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər. 66.Mülki Məcəlləyə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 67.Göründüyü kimi, mülkiyyət hüququ Azərbaycan Respublikasında konstitusion səviyyədə tanınan və qorunan bir dəyərdir. Eyni zamanda, bu hüquq mütləq olmayıb, qanunda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Qanunvericiliklə mülkiyyət hüququnun məhdudlaşdırılması əsasları aydın tənzimlənmişdir. Məhdudlaşdırılmanın həmin müddəalar çərçivəsində yolverilən sayılması üçün mülkiyyət hüququna müdaxilənin qanunda nəzərdə tutulması, qanuni məqsəd daşıması (cəmiyyətin maraqlarına xidmət etməsi) və haqq qazandırıla bilən (zəruri və mütənasib) olması vacibdir. 68.Belə olan halda, müdaxilənin həyata keçirilməsini zəruri edən bir tərəfdən mövcud tikinti norma və qaydalarına cavab verməyən mənzillərin sökülməsi, sakinlərin həmin yararsız halda olan binaları təmir etmək yükündən azad etməklə onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, digər tərəfdən isə şəhərin ümumi görünüşünün, mövcud şəhərsalma tələblərinin təmin edilməsi, şəhərin abadlaşdırılması halları müəyyən edilsə də, bu müdaxilənin qanuni olmasını şərtləndirən - mülkiyyətçinin hüquqları ilə ictimaiyyətin maraqları arasında ədalətli tarazlığın təmin olunub-olunmaması halı da yoxlanılmalıdır. 69.Beləliklə, qəzalı vəziyyətdə olan və bərpası mümkün olmayan binaların yerində yenilərinin inşa edilməklə mülkiyyət hüququnun kompensasiyası mümkündür, lakin bu kateqoriyadan olan mülki işlərə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən araşdırılmalı olan hal çıxarılmanın təsirinə məruz qalan şəxslərə dəyən zərərin ədalətli şəkildə kompensasiya edilib-edilməməsidir. 70.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin çoxsaylı qərarlarında formalaşmış hüquqi mövqeyə görə hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmə mülkiyyətçiyə məxsus əmlakın sökülməli və buna müvafiq kompensasiya verilməli olmasını müəyyən edilərkən onun “gözləntilərinin” olmasını (əmlakın yerləşdiyi yer, mərtəbəsi, sahəsi, ondan istifadəsinin mümkünlüyü və s.) nəzərə almalıdır. Məhz bu halların araşdırılmasının nəticəsi olaraq əldə edilən əmlak üçün təklif olunan kompensasiyanın həcminin eyni və fərqli meyarlara əsasən hesablanmalı olması, mülkiyyətçiynin hərəkətlərində sui-istifadə hallarının olub-olmaması, ədalət prinsipinin pozulub-pozulmaması qiymətləndirilməlidir. 71.Nəzərə alınmalıdır ki, məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Yoxlanılmalıdır ki, arzuolunan məqsədə bu cür müdaxilə vasitəsinin tətbiqi ilə nail olmaq olarmı, istifadə olunan vasitə məqsədə nail olmaq üçün yararlıdırmı; hüququn məhdudlaşdırılmasının hansısa başqa, eyni dərəcədə yararlı, lakin daha az yorucu vasitə ilə həyata keçirmək mümkündürmü, başqa sözlə, istifadə olunan vasitə legitim məqsədə nail olmaq üçün zəruridirmi, istifadə olunan vasitə uyğundurmu (dar mənada proporsionaldırmı). 72.Birinci instnasiya məhkəməsinin qətnaməsini nəzərdən keçirən məhkəmə kollegiyası hesab edir ki, bu qətnamə mülkiyyət hüquqlarına müdaxilə olunan cavabdehlərin hüquqlarının real bərpasını təmin edən məhkəmə aktı hesab edilə bilməz. 73.Belə ki, hazırkı işdə iddiaçının sökülməsini tələb etdiyi mənzillər üzərində cavabdehlərin mülkiyyət hüququna malik olmaları işin mübahisəsiz halıdır. İlkin iddia ərizəsindən göründüyü kimi, İddiaçı MMC söküləcək yaşayış sahələrinin əvəzinə həmin ərazidə, yəni Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində qəzalı vəziyyətdə olan 2 saylı binanın yerində tikiləcək çoxmərtəbəli 9 saylı yaşayış binasının 4-cü mərtəbəsində cavabdeh Qanuni nümayəndə 26 saylı mənzilin qanuni sahəsinə (hazırda ümumi sahəsi olan 46.0 kv.m) 20 % əlavə edilməklə ümumi sahəsi 55.2 kv.m olan yeni və təmirli mənzilin, həmçinin Cavabdeh2 Həsənqulu oğluna həmin binanın 5-ci mərtəbəsində 29 saylı mənzilin qanuni sahəsinə (hazırda ümumi sahəsi olan 44.0 kv.m) 20 % əlavə edilməklə ümumi sahəsi 52.8 kv.m olan yeni və təmirli mənzilin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 74.Birinci instansiya məhkəməsi də ilkin iddia ərizəsində qeyd edilən sahədə mənzillərin verilməsinin ədalətli kompensasiya kimi qiymətləndirmiş, iddianın təmin edilməsi barədə nəticəyə gəlmişdir. Halbuki iş materiallarına əlavə edilmiş Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində qəzalı vəziyyətdə olan 2 saylı binanın yerində tikiləcək çoxmərtəbəli 9 saylı yaşayış binasının tikinti layihəsindən görünür ki, cavabdeh Qanuni nümayəndə iddia ilə verilməsi təklif olunan 55.2 kv.m sahəli, həmçinin Cavabdeh2 Həsənqulu oğluna isə təkklif olunan 52.8 kv.m. sahəli mənzillər mövcud deyildir. 75.Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, mənzil verilməsi təklif olunan binada, verilməsi nəzərdə tutulan ölçüdə mənzilin olmaması iddianın rədd edilməsi üçün əsasdır. Belə ki, qeyri-müəyyən mənzilin verilməsinin göstərilməsi qətnamənin icrası mərhələsində cavabdehə veriləcək yeni mənzilin iddiaçının mülahizəsinə görə müəyyən edilməsinə və sonuncunun hüquqlarının pozulmasına zəmin yaradır. 76.Bundan başqa birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, cavabdehlərin sökülməyə məruz qalan mənzilləri 2 ayrı otaqdan və mətbəxdən ibarətdir. Yuxarıda sözügedən tikinti layihəsindən isə görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində qəzalı vəziyyətində olan 2 saylı binanın yerində tikiləcək çoxmərtəbəli 9 saylı yaşayış binasında tikilməsi nəzərdə tutulan ən az sahəli iki otaqlı mənzil 62 kv.m-dən başlayır. 77.Halbuki yuxarıda qeyd edildiyi kimi mütənasiblik prinsipi baxımından, məhkəmə mülkiyyətçiyə məxsus əmlakın sökülməli və buna müvafiq kompensasiya verilməli olmasını müəyyən edərkən sonuncunun müvafiq “gözləntilərinin” olmasını (mülkiyyətçisi olduğu əmlakın yerləşdiyi yer, mərtəbəsi, sahəsi, otaqların sayı, ondan istifadəsinin mümkünlüyü və s.) nəzərə almalıdır. Belə ki, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi kimi tədbirlər, orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması kimi qanuni məqsədlər daşısa belə, mülkiyyət hüququnun kompensasiyası ədalətli (mütənasib) olmalıdır. Ədalətli kompensasiya dedikdə, müdaxilə ilə hüququ pozulan şəxsin düşdüyü zərərin tam şəkildə qarşılanması başa düşülür. 78.Məhkəmə kollegiyası iddiaçının, MMC ilə müqavilə bağlamış, mənzillərini təhvil vermiş, kirayədə qalan binanın digər sakinlərinin hüquqlarının, cavabdehlərin öz hüquqlarından sui-istifadə hallarına yol verdiklərindən pozulduğuna dair dəlillər ilə əlaqədar isə qeyd etməyi zəruri sayır ki, bir şəxsin əmlaka dair hüquqları digərlərinin hüquqlarından üstün sayılmamalı, əmlak hüquqlarının həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalı, daşınmaz əmlak üzərində hüquq müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir.
79. Bundan başqa qeyd edilməlidir ki, cavabdehlərin iddiaçı ilə, iddiaçının təklif etdiyi formada razılıq əldə etməmələri mülkiyyət hüquqlarından sui-istifadə kimi qiymətləndirilə bilməz. Bunun əksinin düşünülməsi isə cavabdehlərin mülkiyyət və mülkiyyətdən irəli gələn digər hüquqlarının pozulması ilə nəticələnmiş olar.
80. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırki işdə mülkiyyətçilərin hərəkətlərində sui-istifadə hallarının olması, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etmələri də müəyyən edilmir. 81.Belə ki, işə apellyasiya qaydasında baxışı zamanı iddiaçı rəsmi şəkildə 62 kv.m (axrıncı məhkəmə iclasında isə qeyri-rəsmi olaraq 66 kv.m) ölçüdə mənzillərin verilməsini cavabdehlərə təklif etsə də, sonuncular İddiaçı MMC tərəfindən qeyd edilən binanın sakinlərinə verilmiş kompensasiya baxımından fərdi yanaşma sərgiləndiyinə, müxtəlif şəxslərlə əlavə veriləcək sahənin 90 faizdən də artıq hesablanmaqla razılaşdırıldıqlarına, aylıq kirayə haqqının 1200 manat hesablandığına və s. istinadən təklifin mülkiyyət hüquqlarının tam bərpa etmədiyini qeyd etmişlər. 82.Həqiqətən də, iş materiallarından müəyyən edilir ki, mübahisəli ünvanda sökülən digər daşınmaz əmlak sahiblərinə təklif olunan əlavə faiz artımını nəzərə almadan MMC cavabdeh Qanuni nümayəndə 26 saylı mənzilin qanuni sahəsinə (hazırda ümumi sahəsi olan 46.0 kv.m.) əlavə 9,2 kv.m (iddia ərizəsinə görə), 16 kv.m (rəsmi şəkildə təklif olunan sahəyə görə) və 20 kv.m (sonuncu iclasda səsləndirilən təklifə görə) edilməklə, həmçinin Cavabdeh2 Həsənqulu oğluna 29 saylı mənzilin qanuni sahəsinə (hazırda ümumi sahəsi olan 44.0 kv.m.) əlavə 8,8 kv.m (iddia ərizəsinə görə), 18 kv.m (rəsmi şəkildə təklif olunan sahəyə görə) və 22 kv.m (sonuncu iclasda səsləndirilən təklifə görə) edilməklə yeni tikiləcək binada mənzil verilməsini təklif etdiyi təqdirdə, bu binanın digər əlavə ödəniş etməyən, həmçinin icarə haqqını ödəməkdən imtina etməyən sakinlərinə tərəflərindən 26,8 kv.m-59% (Bəhram Mürvətov), 36,6 kv.m-73% (Dursunxanım Talıbova), 44,6 kv.m- 76% (Lalə Həmzəyeva, müqavilədə qarajın verilməsi barədə şərtin mövcudluğu müəyyən olunmur), 62 kv.m-89% (Radik Hüseynov) və s. ölçüdə əlavə sahənin verilməsi barədə müqavilələr bağlandığı müəyyən edilmişdir.
83. Bununla belə İddiaçı MMC tərəfindən binanın sakinlərinə münasibətdə ayrıseçkiliyə yol verildiyinin, cavabdehlərə göstərilənlərdən az sahə təklif edildiyinin səbəbləri əsaslandırılmamış, birinci instansiya məhkəməsi də bu məsələni aydınlaşdırmamış, MMC tərəfindən edilən təklifin qeyri-mütənasib olmasını da diqqətdən qaçırmışdır. Halbuki cavabdehlərin hüquqlarının məhdudlaşdırılmasının daha az yorucu vasitə ilə həyata keçirmək, yuxarıda qeyd edilənlərə əsasən mümkün olduğu müəyyən edilmişdir.
84. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki halda mülkiyyətçilərin (cavabdehlərin) hüquqları ilə ictimaiyyətin maraqları arasında ədalətli tarazlığın təmin olunduğunu iddia etmək olmaz. Çünki mülkiyyətçinin hüquqları ilə ictimaiyyətin maraqları arasında ədalətli tarazlığın təmin olunması ilə bağlı şərtin təmin edilmiş olması, ədalətli tarazlığın təmin olunmasının göstəriciləri kimi əsasən kompensasiyanın ödənilməsi, onun dəyərinin mülkiyyətin qiymətinə mütənasib (proporsional) olması və ağlabatan müddətdə ödənilməsini ehtiva edir. Bu şərtin yoxlanması zamanı mənzillərin qəzalı vəziyyətdə olması, xitam verilməsi tələb olunan mülkiyyət hüququna ədalətli kompensasiya olaraq məhz sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq sahənin ayrılması şərti, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq normal yaşayaşını təmin etmək üçün müvafiq kirayə haqlarının ödənilməsi, bir sözlə mülkiyyətçi ilə hər iki tərəfi qane edən şərtlərlə razılığa gəlməsi əsasları nəzərə alınmalıdır.
85. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il Qərarında qeyd edilən hüquqi mövqeyə görə, Konstitusiyanın göstərilən müddəalarına müvafiq olaraq hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusu müəyyənləşdirilərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır.
86. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qarşılıqlı iddia barədə gəldiyi qənaətlə də yuxarıda qeyd edilənlərə əsasən razılaşmayaraq hesab edir ki, cavabdehlərin Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, qanunla qorunan hüquqlarının və maraqlarının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüquqları yaranmışdır.
87. Belə ki, Mülki Məcəllənin 157.2-ci və 157.4-cü maddələrinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
88. Yuxarıda qeyd edilən normalarda mülkiyyət hüququnun müdafiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia.
89. Hazırkı işdə də iddiaçının sökülməsini tələb etdiyi mənzillər üzərində cavabdehlərin mülkiyyət hüququna malik olmaları, həmçinin onların mülkiyyətində olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam səlahiyyətlərini MMC-nin törətdiyi hərəkətlərə görə həyata keçirə bilməmələri işin mübahisəsiz halıdır. İddiaçının törətdiyi bu hərəkətlər, hüquq sahibləri ilə razılıq əldə edilməmiş, onların qanuni sahiblik hüququnu sərbəst surətdə həyata keçirməsinə məhdudiyyətlər yaratdığından, beləliklə də cavabdehlərin mülkiyyət hüququna əsassız olaraq müdaxilə etdiyindən, istifadələrinə maneələr yaratdığından, qüvvədə olan qanunvericiliyə əsasən yolverilməz və qanunazidd hesab edilməlidir. Belə ki, yuxarıda müəyyən edildiyi kimi iddiaçının cavabdehlərin “əmlak hüquqlarına” müdaxiləsi, müdaxilənin mütənasibliyi baxımından yolverilən deyildir.
90. Beləliklə məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iddiaçının qanunsuz hərəkətləri cavabdehlərin əmlak hüquqlarının pozulması ilə nəticələnmişdir. Qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsi vəzifəsi iddiaçının üzərinə düşür. Belə ki, iş üzrə müəyyən edilir ki, iddiaçı cavabdehlərə məxsus mənzillərin yerləşdiyi binada söküntü-tikinti işləri həyata keçirməsi nəticəsində onlara zərər dəymiş, bina, onların öz mülkiyyətində olan əmlakdan istifadə edə bilməyəcəyi qədər zərər görmüşdür.
91. Kollegiya qeyd edir ki, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavab verənin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir.
92. Hazırkı mülki iş üzrə zərərin baş verməsi, bunun MMC-nin hərəkətinin (və ya hərəkətsizliyinin) nəticəsi olması, əməlin qanunsuz olması və bu əməllə zərər arasında səbəbli əlaqənin, habelə iddiaçının təqsirinin mövcudluğu müəyyən edilmişdir.
93. MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
94. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İlkin iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh2 və Qanuni nümayəndə vəkili və nümayəndəsi Vəkil tərəfindən tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3158/2023 saylı, 28 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC-nin ilkin iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh2, Qanuni nümayəndə, ilkin iddia üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı (Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilin sökülməsi, mülkiyyət, istifadə hüquqlarına kompensasiya ödənilməklə xitam verilməsi, yeni mənzil sahəsinin verilməsi və kirayə pulunun ödənilməsi” tələbinə dair ilkin iddiası rədd edilsin. İlkin iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Qanuni nümayəndə, Cavabdeh2 ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC-yə qarşı “qanunsuz hərəkətlərin qadağan edilməsi, vurulmuş zərərin bərpası” tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. ünvan 12, 29 saylı və 26 saylı mənzillərə qanunsuz müdaxilə edilməsi (sökülərək məhv edilməsi, mənzillərin yerləşdiyi binada söküntü-tikinti işlərinin həyata keçirilməsi, binanın bünövrəsinin zədələnməsi), onların və ailə üzvlərinin bu mənzillərdən istifadə hüquqlarının həyata keçirilməsinə (binaya daxil olmasının, gediş-gəlişlərinin çətinləşdirilməsi) maneələr törədilməsi iddiaçıya qadağan edilsin. ünvan 12 ünvanında yerləşən binada cavabdehlərə aid hissədə yararsız hala salınmış binanın blokundaki dəhlizin divarları, pəncərələr, pilləkən qəfəsləri, istilik sistemi (boruları və s.) iddiaçının hesabına təmir edilərək bərpa edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova