Məhkəmə qərarları › İş №2(103)-233/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-233/2023

13.02.2023 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-233/2023 13.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə” iddia tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “subroqasiya qaydasında pul tələbinə”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Xəzər Rayon Məhkəməsinin 2(003)-204/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən subroqasiya qaydasında 6486.50 manat sığorta ödənişinin məbləği və 30.40 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Xəzər Rayon Məhkəməsinin (hakim Ramilə Xəzri) 2(003)-204/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

3. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək bildirmişdir ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş zərər aktında “X2” markalı avtonəqliyyat vasitəsinə yolnəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin məbləği şişirdilmişdir, hesab edir ki, həmin avtomobilin təmiri üçün "xxxx" ASC tərəfindən ödənilmiş 4735.84 manat kifayət etməli idi. O rayon məhkəməsində avtomobilə dəymiş zərərin müəyyən edilməsi üçün iş üzrə ekspertiza keçirilməsini xahiş etsə də, rayon məhkəməsi onun bu vəsatətini əsassız olaraq təmin etmədi. Göstərilənlərə əsasən, rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

4. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək ekspert rəyi ilə razı olduğunu və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:

6. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, MİTSUBİSHİ PAJERO markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh adına qeydə alınmışdır.

7. İnzibati tənbeh vermə haqqında TP ******* saylı xx.xx.2021-ci il tarixli qərarın surətindən və digər sənədlərdən görünür ki, Cavabdeh 05 aprel 2021-ci il tarixdə əks istiqamətli hərəkət zolağına çıxamadan manevr nəticəsində “X2” markalı **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, o, Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 40 manat miqdarda cərimə edilmişdir.

8. Cavabdeh idarə etdiyi «MİTSUBİSHİ PAJERO» markalı **-NR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçı "xxxx" ASC-də sığortalanmışdır.

9. 23 iyun 2021-ci il tarixli sığorta aktından görünür ki, sığorta ödənişi 11222.34 manat təşkil edir.

10. "xxxx" ASC tərəfindən 4735.84 manat "xxxx" ASC-nin hesabına ödəmişdir.

11. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/7313 saylı ekspert rəyinə əsasən 05 aprel 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində **- ME-*** dövlət qeydiyyat nişanlı “X2” markalı avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 7887,00 manat müəyyən edilir. Tətbiq edilən maddi hüquq normaları:

12. Azərbaycan Republikasının Mülkü Məcəlləsi:

13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

14. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

15. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

16. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

17. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

18. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

19. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

20. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

21. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Tətbiq edilən prosessual hüquq normaları:

22. Azərbaycan Republikasının Mülki Prosessual Məcəllə

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

26. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

27. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

28. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

29. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

32. 384.0.3. qətnaməni dəyişdirə bilər;

33. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

34. Hazırkı halda qətnamə cavabdeh tərəfindən apellyasiya şikayətində tam mübahisələndirildiyindən Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

35. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir.

36. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

37. Hazırkı iş üzrə apellyasiya araşdırmaları nəticəsində məlum olmuşdur ki, sığortalı ilə sığortaçı arasında avtomobilin sığorta müqaviləsi bağlanmış və sığorta müqaviləsi qüvvədə olduğu müddətdə cavabdeh sığortalının (faydalanan şəxs) avtomobilinə yol nəqliyyat hadisəsi nəticəsində zərər yetirmiş, bununla da cavabdeh delikt törətmişdir.

38. İddiaçı avtomobilə dəymiş zərərin "xxxx" Toyota Əhmədli” MMC tərəfindən tərtib edilmiş zərər aktına əsasən 11222.34 manat təşkil etdiyini bildirmiş, cavabdehin mülki məsuliyyətini icbari siğorta edən "xxxx" ASC tərəfindən ödənilmiş 4735.84 manatı və sığortalıya azadolma məbləği çıxılmaqla qalan 6486,50 manat məbləği tələb etmiş, iddia təmin edilmişdir.

39. Delikt nəticəsində vurulmuş həmin zərəri sığortaçı sığortalıya ödəmiş və sığortalı da öz növbəsində zərər vuran şəxsə qarşı tələbini subroqasiya qaydasında sığortaçıya vermişdir. Bununla da sığortaçı sığortalıya ödədiyi ödənişi zərər vuran şəxsdən tələb etmək hüququ vardır.

40. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili onunla bağlı olmuşdur ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş zərər aktında “X2” markalı avtonəqliyyat vasitəsinə yolnəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin məbləği şişirdilmişdir, o, rayon məhkəməsində avtomobilə dəymiş zərərin müəyyən edilməsi üçün iş üzrə ekspertiza keçirilməsini xahiş etsə də, rayon məhkəməsi onun bu vəsatətini təmin etməmişdir.

41. Bununla bağlı, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il qərardadı ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında 05 aprel 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində **-ME-*** dövlət qeydiyyat nişanlı “X2” markalı avtomobilə dəymiş zərərin məbləğinin müəyyən olunması sualı qoyulmuşdur.

42. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/7313 saylı ekspert rəyinə əsasən 05 aprel 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində **- ME-*** dövlət qeydiyyat nişanlı “X2” markalı avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 7887,00 manat müəyyən edilir.

43. Belə olan halda apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməli, cavabdehdən sığortalanmış “X2” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan zərərin sığorta ödənişi üçün (7887,00-4735.84=3151,16) 3151,16 manat tutulmalı, qətnamə qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Nəticə:

46. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, cavabdehdən 3151,16 AZN vurulan zərərin sığorta ödənişi tutularaq iddiaçıya ödənilməli, qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinəəsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutulmalıdır.

49. Şərh edilənlərəəsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Xəzər Rayon Məhkəməsinin 2(003)-204/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilsin, Cavabdeh 3151,16 AZN (üç min yüz əlli bir manat, on altı qəpik) vurulan zərərin sığorta ödənişi alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat alınaraq dövlət büdcəsinə SAP (XİİS) hesabı X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar