Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2331/2024 07.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “əmək haqqı tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 oktyabr 2023-cü il tarixli qətnamədən iş üzrə tərəflərin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdeh Təşkilata qarşı irəli sürdüyü “əmək haqqı tələbi barədə” iddiasına dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini qət etmişdir. İş üzrə tərəflər həmin qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Rayon Məhkəməsi hər iki apellyasiya şikayətini qəbul etmiş və baxılması üçün şikayətləri, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Apellyasiya şikayətləri üzrə apelyasiyanın mümkünlüyü məsələsini müzakirə edən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hesab edir ki, mülki iş üzrə apellyasiya icraatı mümkün deyil, çünki iddiaçının apellyasiya şikayəti qanunla müəyyən edilmiş qaydada, formada və vaxtında verilsə də, cavabdeh Təşkilatın apellyasiya şikayəti qanunla müəyyən edilmiş qaydada və müddətdə verilməmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2021-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli 363-VİQD nömrəli Qanunu xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir. Həmin Qanunun 2.2-ci bəndinə görə, bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) edilmiş dəyişikliklərin bir hissəsi birinci instansiya məhkəmələrinin qətnamə və qərardadlarından verilən apellyasiya şikayətlərinin forma və məzmunu, habelə apellyasiya şikayətinin verilməsi qaydasına aiddir. MPM-in 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Apellyasiya şikayətinin forması isə “MPM-ə əlavə 2”-də göstərilmişdir. Lakin cavabdeh Təşkilatın qətnamədən verdiyi apellyasiya şikayətdən görünür ki, şikayət, MPM-in 361.1-ci maddəsində, “MPM-ə əlavə 2”-də müəyyən edilən forma və məzmuna uyğun tərtib edilməmişdir. Bundan başqa qeyd edilməlidir ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə xx.xx.2023-cü il tarixdə cavabdeh Təşkilatın elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh Təşkilatın qətnamədən ilk dəfə, yəni xx.xx.2023-cü il tarixdə verdiyi apellyasiya şikayəti Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardada əsasən (şikayətin elektron qaydada deyil, kağız daşıyıcıda verilməsi əsası ilə) geri qaytarılmışdır. Bundan sonra cavabdeh MMC yeni apellyasiya şikayəti vermiş və həmin şikayətin məzmununa “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəni də yerləşdirmişdir. Lakin Rayon Məhkəməsi ərizəyə qiymət verməmişdir. Halbuki, MPM-in 133.2-ci maddəsinə görə buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə (hazırki halda birinci instansiya məhkəməsinə) verilir və məhkəmə iclasında baxılır. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hər 2 hal hazırki mülki iş üzrə apellyasiya icraatını qeyri-mümkün edir. MPM-in 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 263, 264, 402-cı maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “əmək haqqı tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 oktyabr 2023-cü il tarixli qətnamədən iş üzrə tərəflərin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının verdiyi apellyasiya şikayətinin və “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizənin qəbulu ilə bağlı müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi ilə əlaqədar hazırki mülki iş Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2331/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2331/2024
07.03.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver