Məhkəmə qərarları › İş №2(103)-2332/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2332/2025

02.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2332/2025 02.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi olmaqla müharibədə iştirak etməsi faktının müəyyən edilməsi tələbinə dair iş üzrə (Açar sözlər: iddia ərizəsinin icraata qəbulundan imtina) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), X9 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi olmaqla müharibədə iştirak etməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, e- 2(008)-1885/2025 nömrəli qərardadından Ərizəçi şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, o Ərizəçi N89-90-cı illərdə Bakı Dövlət Universitetinin tələbələrindən ibarət “Könüllü tələb batalyonu”nun tərkibində Laçın rayonunun Cicimli, Qazıdərəsi, Aşağı Cicimli kəndlərinin müdafiəsində, N92-ci ilin fevral ayından N92-ci ilin iyul ayının 1-nə qədər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tərkibinə verilmiş “Suraxan batalyonunun” tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etməyi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, o N65-ci ilin oktyabrın 23-də Tərtər rayonunun Seydimli kəndində anadan olmuş, N83-cü ildə Seydimli kənd orta məktəbi bitirib, Sovet ordusunda hərbi xidmət (N83-N85-ci illər) keçmişdir. N87-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub, N92-ci ildə həmin fakültəni fərqlənmə ilə bitirmişəm. N92-N93-cü illərdə AR Prezident Aparatında işləmiş, N92-N96-cı illərdə Bakı Dövlət Universitetinin Azərbaycanın müasir dövr tarixi kafedrasının əyani aspiranturasını bitirmiş, N96-N98-ci illərdə Dövlət Dillər Universitetinin Azərbaycan tarixi kafedrasında müəllim işləmişdir. 2005-ci ildən Azərbaycan İqtisadiyyat Universitetinin nəzdində Sosial- X7 elmlər FBK-nın (kafedrasının) müdiriyəm. Azərbaycan tarixi və Politologiya fənnlərini tədris edirəm. N89-90-cı illərdə Universitet tələbələrindən ibarət Könüllü tələbə batalyonu”nun yaradıcılarından biri kimi Laçın rayonunun Cicimli, Qazıdərəsi, Aşağı Cicimli kəndlərinin müdafiəsində iştirak etmişəm. Könüllü tələbə batalyonu Azərbaycanın ilk Könüllü hərbi birliyi kimi Universitet rəhbərliyinin icazəsi ilə yaradılmışdır və bir neçə kitabda da bu barədə məlumatlar öz əksini tapıbdır. N92-ci ilin fevral ayından əsasən tələbə və gənclərdən ibarət olan Suraxanı Batalyonunu yaradaraq Tərtər rayonunda hərbi əməliyyatlarda iştirak etmişdir. Tərtərin Torpaqtəpə, Aşağı Çaylı, Talış, Həsənqaya kəndlərinin düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Mənimhəmin döyüşlərdə iştirakımaşağıdakı sübutlar təsdiq edirlər: 1) Onunla birlikdə vuruşmuş, müharibə veteranı olan X3 (şahid ifadəsini məhkəməyə təqdimedəcəyəm) 2) Onunla birlikdə vuruşmuş, müharibə veteranı olan X1 3) Onunla birlikdə vuruşmuş, müharibə veteranı olan X10 4) Fotoşəkillər 5) Müdafiə Nazirliyinin Arxiv arayışı 9/2-4109, 27 may 2021-ci il tarixli (qeyd edilmişdir ki, Suraxanı batalyonunun şəxsi heyətinin siyahısında adı qeyd edilmişdir). 6) Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası kitabının 389-cu səhifəsi (kitabın müəllifi tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin müəllimi Nəsiman Yaqubludur) 7) Şərəfli ömrün bir səhifəsi kitabının 109-137-ci səhifələri (kitabın müəöllifi Azərbaycan Respublikası Elmlər X4 direktoru akademik Yaqub Mahmudovdur). N92-ci ilin iyul ayında Prezident Aparatında işə qəbul olunmağımla əlaqədar olaraq orduda fəaliyyətimdayanmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (Cavabdehə) rəsmi ərizə ilə, müvafiq sənədləri əlavə etməklə müraciət etdim. Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyanın 25 yanvar 2022-ci il tarixli iclasının qərarına əsasən müharibə Veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Səbəb kimi Mərkəzi Arxivin 27 may 2021-ci il tarixli 9/2- 4109 nömrəli arayışında N aprel N92-ci il tarixində müharibə dövründə döyüşən hərbi hissədə iştirakımtəsdiq edilsə də, sonrakı hərbi xidmətimhaqqında məlumatın olmadığı əsas götürülmüşdür. Məlumat üçün bildirir ki, Mərkəzi Arxivin verdiyi arayışda deyilir ki, N saylı hərbi hissə komandirinin N aprel N92-ci il tarixli 10 nömrəli əmrində Ş.Q. Muxtarov adı “Suraxanı batalyonu”nun şəxsi heyətinin siyahısında qeyd edilmişdir. Arayışda həmçinin qeyd edilir ki, N№ li hərbi hissə komandirinin iyul N92-ci il tarixli nizami hissə üzrə əmirlərində Ərizəçi xidməti barədə məlumat aşkar olunmamışdır. Lakin bu heç də o demək anlamına gəlmir ki, o təkcə aprel ayında xidmət etmiş və yaxud iyul ayına qədər hərbi xidmətdə olmamışam. Mən əsasən tələbələrdən və gənclərdən ibarət olan Suraxanı Batalyonunu təşkil edən və döyüş əməliyyatlarına, Tərtərin, ümumiyyətlə vətənimizin ərazi bütövlüyünün qorunmasına cəlb edən, Suraxanı batalyonunun şəxsi heyətinin siyahısında adı birinci olan şəxsəm. Veteranlar haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3-cü abzasında göstərilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyul 2006-cı il tarixli 174 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin 1-ci bəndinə əsasən müharibə veteranı adı aşağıdakı qaydada verilir: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın 1-dən N94-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı Dövlət rüsumunun ödənilməsi haqqında məlumat ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X5 Agentliyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Onun hərbi biletində N92-ci ilin aprel ayından iyul ayına qədər N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməyi barədə qeyd olmadığı üçün və həmin sübutu başqa yol ilə əldə etməyi mümkün olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Belə ki, Bakı Apellyasiya Məhkəməsində inzibati mübahisəyə baxılan zaman Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməyi faktının müəyyən edilməsinin zəruri olduğu bildirilmişdir.

3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, e- 2(008)- 1885/2025 nömrəli qərardadı ilə iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməsi qərara alınmışdır.

4. Qərardad onunla əsaslandırılmışdır ki, döyüş əməliyyatlarında iştirak etmə ilə bağlı hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməz olduğundan ərizəyə baxıla bilməz.

5. Həmin qərardaddan iddiaçı şikayət verərək qərardadın ləğv olunmasını və ərizəsinin icraata götürülməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, Ərizəçi hərbi biletində N92-ci ilin aprel ayından iyul ayına qədər N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməyi barədə qeyd olmadığı üçün və həmin sübutu başqa yol ilə əldə etməyi mümkün olmadığı üçün məhkəməyə müraciət etmək və döyüş əməliyyatlarında iştirak etməsi faktının müəyyən edilməsi məcburiyyətindədir. Belə ki, Bakı Apellyasiya Məhkəməsində inzibati mübahisəyə baxılan zaman Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməyi faktının müəyyən edilməsinin zəruri olduğu bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Lakin Sabunçu Rayon məhkəməsi ərizəni qəbul etməkdən imtina etmiş, bununla da ərizəçinin hüquqlarının Məhkəmə müdafiəsi təminatı hüququ pozmuşdur. Halhazırda hüquqlarını müdafiə etdiyi Ərizəçi N89-90-cı illərdə Universitet tələbələrindən ibarət “Könüllü tələbə batalyonu”nun yaradıcılarından biri kimi Laçın rayonunun Cicimli, Qazıdərəsi, Aşağı Cicimli kəndlərinin müdafiəsində iştirak etməsi, N92-ci ilin fevral ayından əsasən tələbə və gənclərdən ibarət olan “Suraxanı Batalyonu”nu yaradaraq Tərtər rayonunda hərbi əməliyyatlarda iştirak etməsi, Tərtərin Torpaqtəpə, Aşağı Çaylı, Talış, Həsənqaya kəndlərinin düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə iştirak etməsi Fotoşəkillər, Müdafiə Nazirliyinin Arxiv arayışı 9/2- 4109, 27 may 2021-ci il tarixli.“Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası” kitabının 389-cu səhifəsi “Şərəfli ömrün bir səhifəsi” kitabının 109-137-ci səhifələri ilə təsdiq edilir. Lakin hərbi biletində bu barədə qeydin olmamasına görə o həmin faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün məhkəmə müdafiəsi təminatından istifadə etməyə məcburiyyətindədir.

7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, e- 2(008)- 1885/2025 nömrəli qərardadı ilə şikayət təmin olunmamış, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 151.1. iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 153.2. hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: Maddə 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 153.3. hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir Maddə 153.4. ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Maddə 153.5. ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.

9. Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” barədə 12 aprel 20N-cu il tarixli Qərarı: “....Məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər.”

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. İddiaçı tələbində döyüş əməliyyatlarında iştirak etmə ilə bağlı hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən olunmasını xahiş edir.

11. Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” barədə 12 aprel 20N-cu il tarixli Qərarında konkret olaraq qeyd olunur ki, qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir.

12. Şikayətin əsaslandırması ərizənin əsaslandırılması ilə eyniyyət təşkil edir, əlavə olaraq ərizəçi ona istinad edir ki, Bakı Apellyasiya Məhkəməsində inzibati mübahisəyə baxılan zaman Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməyi faktının müəyyən edilməsinin zəruri olduğu bildirilmişdir. Lakin ərizəçi tərəfindən bu mövqe ilə bağlı hər hansı bir qərar təqdim olunmur, şikayətin dəlilləri yalnız ərizəçinin mülahizələrinə əsaslanır.

13. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Buna görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

14. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, e- 2(008)- 1885/2025 nömrəli qərardadından Ərizəçi verdiyi şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, e- 2(008)- 1885/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar