Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2335/2023 03.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1864/2021 saylı 22 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayətin mümkünlüyünə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə 6.600 (altı min altı yüz) manat məbləğində sığorta pulunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1864/2021 saylı, 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti 03 fevral 2023-cü il tarixdə apellyasiya şikayəti ilə müraciət edərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini mülki işin materialları ilə müqayisəli şəkildə nəzərdən keçirərək hesab edir ki, hazırki iş üzrə verilmiş şikayət qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Bu Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Qeyd olunan qanunvericilik normaları kontekstində kollegiya qeyd edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1864/2021 saylı 22 aprel 2021-ci il tarixli qətnaməsi tərəflərə poçt rabitəsi vasitəsilə 24 may 2021-ci il tarixdə göndərilmiş, qeyd edilən qətnamə icra edilməsi üçün xx.xx.2021-ci il tarixdə Binəqədi rayon İcra Şöbəsinə ünvanlanmış, xx.xx.2021-ci il tarixdə müvafiq icra şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə icra sənədi aidiyyəti üzrə Nəsimi rayon İcra Şöbəsinə göndərilmişdir. Cavabdeh 26 yanvar 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin təqdim edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hüquqi ünvanı daim olan cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən qətnamənin 2021-ci ilin may-iyun tarixlərində təhvil alınmaması ağlabatan deyildir. Belə olan halda birinci instansiya məhkəməsi yuxarıda qeyd edilənləri nəzərə alaraq cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin məhkəmə aktı barəsində həqiqətən məlumatsız olduğunu, icra sənədi üzrə icra hərəkətlərinin aparılıb-aparılmadığını, aparılıbsa icra hərəkətləri həyata keçirilən zaman cavabdehin-borclunun iştirakının təmin olunub-olunmadığı və s. məsələləri müvafiq icra şöbəsinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1864/2021 saylı 22 aprel 2021-ci il tarixli icra sənədi üzrə açılmış icra işini tədqiq etməklə araşdırmalıdır. Belə ki, birinci instansiya məhkəməsi mülki işi apelyasiya instansiya məhkəməsinə göndərərkən, prosessual müddətin ötürülübötürülmədiyinə, ötürülübsə bunun üzrlü səbəbdən baş verdiyinə və digər bu kimi hallara qiymət verilməli olmasını nəzərə almamışdır. Azərbaycan Respublikasının MPM-in 363.1.3-cü maddəsinə görə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1864/2021 saylı 22 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, yuxarıda qeyd edilən hallara qiymət verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apelyasiya şikayəti mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 366-cı maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1864/2021 saylı 22 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət prosessual müddətin ötürülüb-ötürülməməsinə qiymət verilməsi üçün mülki işlə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2335/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2335/2023
03.03.2023 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver