Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2337/2020 16.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İlk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma və yaşayış sahəsinin boşaldılması barədə” ilk iddia tələbinə, Cavabdeh İddiaçı qarşı “evə köçürülmə barədə” qarşılıqlı iddiaiddia tələbinə dair 2(001)-6792/2019 nömrəli mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən ilk iddia ərizəsi üzrə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma və yaşayış sahəsinin boşaldılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əşyaları ilə birlikdə ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Xacəsən bələdiyyəsi, Motodrom yaşayış massivində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia və sonradan qarşılıqlı iddianın dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, onun və himayəsinə verilmiş azyaşlı övladları xx xxxxxx 2010-cu il təvəllüdlü X1 və xx xxxxxx 2012-ci il təvəllüdlü X3 ünvan 1 ünvanında yerləşən evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia ərizəsi təmin edilməmiş, qarşılıqlı iddia ərizəsi isə təmin edilərək iddiaçı Cavabdeh uşaqları, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsi, Motodrom ətrafı, ev 0010, 009A saylı mənzilə köçürülmələri qət edilmişdir. İlk iddia ərizəsi üzrə İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk iddianın təmin edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qanunvericilikdə özbaşına tikililərə dair mübahisələri həll etmək üçün birbaşa tədbiq edilən maddi hüquq normaları olmadığından mübahisəli hüquq münasibətlərinin xx.xx.2008-ci il tarixdə yarandığını nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, hazırki mübahisəyə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin aşağıda qeyd olunan maddi hüquq normaları analogiya üzrə tədbiq edilməlidirlər. Belə ki, həmin Məcəllənin 53-cü maddəsinin birinci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin maddənin üçüncü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddi hüquq normalarının tələblərindən göründüyü kimi, hazırki iş üzrə mübahisəli mənzilə köçürülmüş cavabdeh, habelə onun uşaqları iddiaçı və onun ailə üzvləri ilə bərabər surətdə həmin mənzildə yaşaya bilərlər. Ona görə də məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehə qarşı evdən çıxarılma və yaşayış sahəsinin boşaldılması tələbinə dair iddiası təmin edilməməli, cavabdehin isə uşaqları ilə birlikdə mübahisəli mənzilə köçürülməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməlidir.Məhkəmə qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edilmşdir. Belə ki, məhkəmə qətnamə qəbul edərkən, evin mərhum həyat yoldaşı tərəfindən tikilməsini və cavabdehə oğlu ilə birlikdə müvəqqəti yaşayışa verilməsini düzgün qiymətləndirməmişdir. Məhkəmənin istinad etdiyi xx.xx.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinin birinci hissəsi iş üzrə əsas götürülə bilməz. Məcəllənin həmin hissəsində söhbət mənzilin icarəsindən getdiyi üçün faktiki işin hallarına uyğun deyildir. Belə ki, həmin evin mərhum həyat yoldaşı tərəfindən tikilməsi və onlara müvəqqəti yaşayışa verilməsi cavabdeh tərəfindən məhkəmə iclasında təsdiq edilmişdir. Belə olan halda həmin evə hüquqi olan varis isə özüdür. Cavabdehin istinad etdiyi Xocasən Bələdiyyəsinin sənədlərinin isə heç bir hüquqi əsası yoxdur. Həmin sənədlər mülkiyyət hüququnu təsdiq etmir. Bildirir ki, qeyd olunan sənədlərə bələdiyyə tərəfindən texniki yanlışlıq olaraq oğlunun adı yazılmışdır. Belə ki, iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsi, Motodrom ətrafı, ev 0010, 009 saylı üç otaqlı mənzil və 009A saylı iki otaqlı mənzillər özbaşına tikililər olmaqla iddiaçı və onun mərhum əri tərəfindən birgə nikah dövründə inşa edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsi, Motodrom ətrafı, ev 0010, 009 saylı üç otaqlı mənzil və 009A saylı iki otaqlı mənzillər özbaşına tikililər olmaqla iddiaçı və onun mərhum əri tərəfindən birgə nikah dövründə inşa edilmiş, cavabdeh iddiaçının oğlu ilə xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olduqdan sonra xx xxxxxx 2008-ci il tarixdə 009A saylı iki otaqlı mənzilə köçmüş və orada ailəsi ilə birlikdə yaşamış, həmin nikah xx xxxx 2019-cu il tarixli məhkəmə qətnaməsi ilə pozulmuş, tərəflərin birgə nikahından doğulmuş uşaqların cavabdehin yanında qalması qət edilmişdir. Nikah pozulduqdan sonra da cavabdeh həmin mənzildə uşaqları ilə birlikdə yaşamağa davam etmiş, lakin xx.xx.2019-cu il tarixindən həmin mənzilə iddiaçı tərəfindən buraxılmamışdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci və mübahisəli hüquq münasibətlərinin xx xxxxxx 2008-ci il tarixdə yarandığını nəzərə alaraq xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, ilk iddia təmin edilməməli, qarşılıqlı iddia isə təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianı təmin etməməklə, qarşılıqlı iddianı isə təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. İlk iddia ərizəsi üzrə İddiaçı apelyasiya şikayətinin dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən, özbaşına tikili olan evin mərhum həyat yoldaşı tərəfindən tikilməsini və cavabdehə oğlu ilə birlikdə müvəqqəti yaşayışa verilməsini düzgün qiymətləndirməmişdir. Məhkəmənin istinad etdiyi xx.xx.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinin birinci hissəsi iş üzrə əsas götürülə bilməz. Məcəllənin həmin hissəsində söhbət mənzilin icarəsindən getdiyi üçün faktiki işin hallarına uyğun deyildir. Belə ki, həmin ev mərhum həyat yoldaşı tərəfindən tikilmiş və onlara müvəqqəti yaşayışa verilmişdir. Məhkəmə qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edilmşdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından əsassızdır. Belə ki, “Normativ hüquq aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1-ci maddəsinin tələbinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığı hallarda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Eyni məzmunlu müddəa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddərində də nəzərdə tutulmuşdur. Belə hallar yarandığı zaman əvvəl qanunun analogiyasından istifadə edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxxxx 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu yekun hüquqi mövqeyini belə ifadə etmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qaununvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Alı Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxx 2010-cu il tarixli Qərarında qeyd etmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da. bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin birinci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin maddənin üçüncü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin maddənin dördüncü hissəsinə görə, bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Qeyd olunan Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həmin maddənin ücüncü hissəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6792/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(001)- 6792/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi olaraq verildiyi vaxtdan 2 ay müddətində kassasiya şikayəti verilmədiyi halda qanuni qüvvəyə minir və ondan Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Emin Mehdiyev Hakimlər imzalar: Şərafət Məmmədova Xəyal Sarıyev Əsli ilə düzdür: Hakim Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-2337/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2337/2020
16.06.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver